Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   2   3   4   5   6   7   8   9   ...   18
ADB

 
 

 



 

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün
təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamı 
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın 
Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün 
müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq 
Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi 
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da 
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci 
ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali 
Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və 
rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı 
olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali 
Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul 
edərək onu Dövlət bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 
haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq 
Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını 
bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət 
bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik 
nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər 
mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni 
tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı 
Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 
noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini 
müəyyən edir.
Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-
ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının 
dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qərara alıram:
1. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi 
qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn 
məsələlərihəlletsin.
İlhamƏliyev
AzərbaycanRespublikasınınPrezidenti
Bakı şəhəri, 17 noyabr 2009-cu il. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin