Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ


Azərbaycan Xalq Cumhuriyyətinin Milli Bayrağı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   2   3   4   5   6   7   8   9   ...   18
ADB

Azərbaycan Xalq Cumhuriyyətinin Milli Bayrağı 
Türkistan elləri öpüb alnını, 
Söyləyir dərdini sənə, bayrağım. 
Üç rəngin əksini “Quzğun Dəniz” dən, 
Ərmağan yolla sən yara, bayrağım. 
Gedirkən Turana çıxdın qarşıma, 
Kölgən dövlət quşu, qondu başına. 
İzin ver, gözümdən coşan yaşıma, 
Dinlətsin dərdini aha, bayrağım. 
Qanı Xan soyundan aldığın rəngi, 
Qucamış ilhamla müsəlman bəyi. 
İlhamın övladı, dinin dirəyi, 
Gətirdin könlümə səfa, bayrağım. 
Köksümdə tufanlar, gəldim iləri, 
Öpüm kölgən düşən mübarək yeri. 
Allahın yıldızı, o gözəl pəri, 
Sığınmış qoynunda Aya, bayrağım! 
Əhməd Cavad. 
Bayraq 
Torpağım üstünə kölgələr salan 
Mənim varlığımın cilası – bayraq. 
Zəfərdən doğulmuş Göytürkdən qalan 
Qurdbaşlı bayrağın balası bayraq. 


 
17 
Üçrəngli bayrağın kölgəsində mən 
Qaraca torpağı Vətən görmüşəm. 
Zəfər güllərini dövri – qədimdən 
Bayraq işığında bitən görmüşəm. 
Bayraq mənliyimdir, bayraq kimliyim, 
Bayraq – öz yurduma öz hakimliyim. 
Harda əcdadımın ayaq izi var, 
Bu zəfər bayrağım orda dikəlsin. 
Keçdiyi yerlərdə dağlar – yamaclar 
Onun huzuruna salama gəlsin. 
Tarixdən qədimdir, zamandan qoca 
Mənim bayrağıma sancılan hilal. 
Aləmə nur saçdı tarix boyunca 
Məbədlər başına tac olan hilal. 
Daim ucalasan! Savaş günündə 
Əsgər silahıyla səni tən görüm. 
Yalnız zəfər çalmış şəhid önündə 
Səni alqış üçün əyilən görüm. 
Bəxtiyar Vahabzadə 
Bayraq – Vətən deməkdir. 
Vətən onun varlığı. 
Vətən yoxdursa əgər, 
Yoxdur onun bayrağı. 
Sevirəm bayrağımı. 
Öz ana dilim kimi. 
Qaldırıram havaya. 
Onu sağ əlim kimi. 
Od – alovdan keçibdir, 
Bu bayraq zaman - zaman. 


 
18 
Bu bayraq and yerimiz. 
İnam yerimiz - Quran. 
Bu bayrağın arxası, 
Qranitdir, qayadır. 
Yolumuz Kəlbəcərə, 
Ağdama, Şuşayadır! 
Vəli Əhməd 
Milli bayraq 
Dalğalan, ey milli bayraq! 
Öz zirvəndən enmə yerə. 
Başlanıbdır təzə növraq
Keçsin gələn nəsillərə. 
Qüvvətini səndən alır 
Min nemətli od diyarım. 
Təzə - təzə cığır salır 
Ümidlərim, arzularım. 
Mərd çıxmısan imtahandan, 
Vüqarına min bir alqış. 
Atalardan – babalardan 
Vüqar bizə miras qalmış. 
Rəngindəki o qırmızı 
Şəhidlərin al qanıdır. 
Od nəfəsi – yurdumuzu 
Yer üzünə o tanıdır. 
Şövkət Horovlu 
Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan bayrağı 
müasir gəncliyin gözü ilə” konfrans da təşkil etmək mümkündür. Konfransdan 
öncə onun proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən 
olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların, müəllimlərin və 
şagirdlərin adları, onların çıxış edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və 
zaman qeyd olunur. Konfrans zamanı Azərbaycan bayrağı ilə bağlı kitabxana 
rəhbərliyi, siyasətçilər, müəllimələr, jurnalist, yazıçı və şairlərin çıxışları dinlənilir. 
Oxucu konfransının planını sizə təqdim edirik:
Oxucu konfranslarını müxtəlif adlar altında keçirmək olar. Məsələn: 
“Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan 


 
19 
bayrağımız” 
”Birliyimizin sübut günü” 
“Bir kərə yüksələn bayraq bir daha enməz” 
“Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol” 
“Azərbaycan Müstəqillik yolundan dönməyəcək!” 
“95 yaşın mübarək Azərbaycan bayrağı” 
“Azərbaycan dövlətinin müstəqilliyi əbədidir” və s.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin