Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ


 Giriş hissə (Milli Bayrağımız haqqında məruzə) 2



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   2   3   4   5   6   7   8   9   10   ...   18
ADB

1. Giriş hissə (Milli Bayrağımız haqqında məruzə)
2. 9 noyabr Milli Bayraq Günü haqqında kitabxana rəhbərliyinin, siyasətçilərin, 
jurnalist, yazıçı və şairlərin çıxışları.
3.Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların “Milli Bayraq Günü” ilə bağlı 
məruzələri.
4. Konfransın yekunu.
Siyasətçilərimizin, gənc oxucularımızın, məktəblilərin Milli Bayraq Günü 
haqqında ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi masanın keçirilməsi 
də, məqsədə uyğundur. Müəllimələr, siyasətçilər, yazarlar, şairlər 
müstəqilliyimizin qorunmasında, gənclərin həyatının yaxşılaşdırılmasında mühüm 
rolu olan gənclər təşkilatlarının nümayəndələri tədbirə dəvət olunur. 
Tədbir zamanı siyasətçilər, yazarlar, müəllimələr, gənclər və təşkilat 
nümayəndələri məruzə edirlər. Gənclərimizin Azərbaycan bayrağı haqqında 
fikirləri, ideyaları, gələcək planları barədə çıxışları dinlənilir. Hər bir tədbir 
iştirakçıları dinlənildikdən sonra, onlara oxucular tərəfindən suallar verilir və 
iştirakçılar verilən suallara açıqlıq gətirirlər. 
Kitabxanalarda keçirilən silsilə tədbirlərdən biri də kitab icmalıdır. 
Azərbaycan bayrağının tarixi, əhəmiyyəti haqqında yazılmış kitabların icmalının 
keçirilməsində məqsədimiz oxucular arasında bayrağımızla, dirçəlişimizlə, 
müstəqilliyimizlə bağlı nəşr olunan bir çox kitablarla oxucuları tanış etməkdir. 
Kitabxanada keçiriləcək tədbirlərin ən maraqlısı ədəbi-bədii gecədir. Ədəbi 
bədii gecə əsasən üç hissədən ibarət olur. Birinci hissədə tədbirdə iştirak edən 
qonaqların çıxış və məruzələri dinlənilir. İkinci hissədə isə Bayrağımızla, 
Müstəqilliyimizlə bağlı bir çox vidolentlər, müxtəlif slaydlar nümayiş olunur. 
Üçüncü hissədə ədəbi - bədii kompozisiya iştirakçılara təqdim olunur. Həmçinin 
tədbirin bədii hissəsində müxtəlif şeir və musiqilər də səslənir. 
Tədbirə kitabxananın müdiriyyəti tərəfindən milli Qəhrəmanlar, görkəmli 
şəxslər, müəllimlər ,şairlər, yazıçılar və bir sıra qonaqlar dəvət olunur. Foyenin və 
zalın divarlarına Bayraq haqqında deyilmiş sitatlar yazılmış plakatlar asılır. 
Qeyd etdiyimiz kimi, tədbir bir çox başlıqlar altında keçirilə bilər. İndi isə 
“Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbi bədii gecəninin ssenarini 
sizə təqdim edirik. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayır. Səhnəyə 


 
20 
üçrəngli Azərbaycan bayrağı gətirilir. Səhnə bayram əhval-ruhiyyəsi ilə bəzədilir. 
Bir çox sitatlar səhnənin divarından asılır. Məsələn:” 9 noyabr Milli Bayraq 
günüdür”, “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”,” 9 noyabr İnqilab, oyanış 
bayramıdır”,”Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, ”9 noyabr milli şüurun 
yüksəliş günü”,”Birliyimizin sübut günü” ,“Müstəqillliyimiz əbədidir”, “İnsanlara 
hüriyyət, millətlərə istiqlal”, “Haqq verilməz, alınar!”,”Bir daha yüksələn bayraq, 
bir daha enməz” , “Bayrağımız qürur mənbəyimizdir”, “Bayrağımız eşidilən 
səsimiz, duyulan nəfəsimizdir”, “Bir kərə yüksələn bayraq, bir daha enməz”, 
”İlhamla, inamla dalğalanan bayrağımız”, ”Türkçülük, Müasirlik və İslamçılıq 
bayramı”, ”Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız”, ”Bayraq müstəqilliyimizin 
simvoludur”, “Qüdrətli Azərbaycanın gücünün, əbədi müstəqilliyinin parlaq 
nümunəsi olan bayrağımız”, ”Ölkəmizin unudulmaz tarixi hadisəsi”, “Üçrəngli 
bayrağınla məsud yaşa Azərbaycan!” və s.
Səhnədə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyevin Azərbaycanın müstəqilliyi, inkişafı yolunda gördüyü 
işlərdən bəhs edən şəkillər, Bayraq haqqında yazılmış şeirlərdən parçalar asılır. 
Tədbirin başlanğıcında bayraq haqqında hazırlanmış slayd tədbir 
iştirakçılarına təqdim olunur. Sonra aparıcılar əllərində Azərbaycan bayrağı 
himnimizin sədaları altında səhnəyə daxil olurlar: 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin