Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ


  Yaşa səni, yaşa üçrəngli bayraq ! Əli Köçkün   Gerbim, himnim, bayrağım



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   2   3   4   5   6   7   8   9   ...   18
ADB

 
14 
Yaşa səni, yaşa üçrəngli bayraq ! Əli Köçkün 
 Gerbim, himnim, bayrağım 
Sərvətimdi, varımdı 
Yenilməz vüqarımdı. 
Andım, iftixarımdı 
Gerbim, himnim, bayrağım. 
Sinəmdəki bu həvəs, 
Şəhid qanına əvəz. 
Aləmə salıbdı səs 
Gerbim, himnim, bayrağım. 
Ana Kürdü, Arazdı, 
Vəsf eləsəm də azdı. 
Təzə bahardı, yazdı 
Gerbim, himnim, bayrağım. 
Varlığımdır, səddimdir 
Basılmaz sərhəddimdir. 
Səsim, imzam, xəttimdir 
Gerbim, himnim, bayrağım. 
Kəpəzdi, Savalandı 
Ürəyimdəki qandı. 
Anam Azərbaycandı 
Gerbim, himnim, bayrağım. 
Bayrağımız 
Ay – ulduzlu gur şəfəqli, 
Göz oxşayan, bər – bəzəkli, 
Göy, qırmızı, yaşıl rəngli, 
Dalğalanan bayrağımız. 
Sən millətin qürurusan, 
Odun şöhrət, sünbülün şan. 


 
15 
Yenilməzdir Azərbaycan. 
Ucal hər an bayrağımız. 
Tanrı bizi darda qoymaz. 
Gözəlliyə fələk qıymaz. 
Səndən heç vaxt könül doymaz. 
Məğrur dayan, bayrağımız. 
Öz yerin var yer üzündə
Bir bəzəksən el gözündə. 
Şuşada, Cıdır düzündə. 
Qalx, dalğalan, bayrağımız. 
Azərbaycan 
Od tutub yandı sinəmdə həqiqət çırağı, 
Sənə sevgim dilə gəlməz, sən eşqim ocağı, 
Can fəda olsun sənə, xoşdur Vətən qucağı. 
Mən ki candan aşiqəm, ey məni eşqə salan, 
Azərbaycan, türkün Vətəni, can sənə qurban. 
Yandır haqqın məşəlini, aləm nura dönsün, 
Çıxsın yağı düşmən önünə, ərlər öyünsün, 
Üçrəngli bayrağı qaldır, dünyada görünsün. 
Çal cəngini, olsun yağının bağrı qızıl qan, 
Azərbaycan, türkün Vətəni, can sənə qurban. 
Sən Təbrizsən, Bakısan, Ərdəbilsən, Gəncəsən, 
Dəmir qapı Dərbəndsən, Qarabağ, Əlincəsən, 
Sən Azəri türkünün namusu, qeyrətisən. 
Türk aslanı doğulsun, amalı, eşqi Turan. 
Azərbaycan, türkün Vətəni, can sənə qurban. 
Vətənim, səni can yanğısı ilə sevirəm, 
Önündə diz çökərəm, torpağını öpərəm, 
Baş qoyub daşın üstə sənə səcdə edərəm. 
Bu diyarı bəxş edib, aləmləri yaradan. 


 
16 
Azərbaycan, türkün Vətəni, can sənə qurban. 
Qəlbimdə yuva qurmuş Vətən adlı sevgisən. 
Can verən şəhidlərin azadlıq nəğməsisən. 
Beş yerə parçalanmış bir yurdun haqq səsisən. 
Dinindir gözəl islam, and yerindir o Quran, 
Azərbaycan, türkün Vətəni, can sənə qurban.
Ələkbər Sadiq 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin