Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   2   3   4   5   6   7   8   9   ...   18
ADB

Oxucular əllərində Azərbaycan bayrağı Tünzalə Ağayevanın ifasında “Mən fəxr 
edirəm ki, Azərbaycanlıyam” mahnısının sədaları altında səhnəyə daxil olub, şeirlərini 
deməyə başlayırlar. 
 
Ay – ulduzlu bayrağım 
Başım üstə hər zaman
Alov kimi dalğalan. 
Sənə kəc baxanların 
Gözünə çöksün duman. 


 
12 
Ay ulduzlu bayrağım, 
Günəş üzlü bayrağım. 
Rəngin mavi, al, yaşıl, 
Sənə necə yaraşır... 
Seyr etdikcə hüsnünü 
Sevincim aşıb – daşır. 
Ay – ulduzlu bayrağım, 
Günəş üzlü bayrağım. 
Günəş göylərdə sönməz, 
Uçan ox geri dönməz. 
Bir kərə qalxan bayraq
Heç vaxt bir daha enməz. 
Ay – ulduzlu bayrağım, 
Günəş üzlü bayrağım. 
And içib birər – birər, 
Balaca Heydərçilər. 
Onlar qaldıracaqlar 
Səni günəşə qədər, 
Ay ulduzlu bayrağım, 
Günəş üzlü bayrağım. 
Azərbaycanım 
 
Göz açıb dünyaya gəldiyim gündən
Ömrümü adına bağlamışam mən. 
Sənsiz mən kiməm ki, vətən, ay vətən, 
Ay arzum, diləyim, ruhum, vicdanım 
Könlümün sevinci Azərbaycanım. 
Sən varsan, ömrüm də güllü bahardır, 
Mənə hər addımda taleyim yardır. 
Sənsiz yerişim də müşkül olardı 
Sənsən üfüqlərdə şəfəqim, danım, 
Hər qumu bir inci Azərbaycanım! 
çoxdur dünyada ellər, obalar, 
Hər elin öz adı, öz ünvanı var, 
Övlada can deyən anası olar, 


 
13 
Qoysana adını hər yerdə anım, 
Həmişə birinci Azərbaycanım! 
Qara daşa dəyməz gövhərim sənsiz
Bu geniş dünyada yox yerim sənsiz
Bir gün dara düşsəm, de görüm, sənsiz 
Hikmət döyüşündə neçə dayanım, 
Sözümün qılıncı Azərbaycanım! 
Seyran Cavadov 
Vətənin qüruru, xalqın qüruru, 
Müqəddəs varlıqdır, dövlət bayrağı! 
Ucadan ucadır, uludan ulu, 
Azadlıq rəmzidir, dövlət bayrağı! 
Bir dəfə qalxıbdır. Bir daha enməz. 
Düşmən qarşısında heç vaxt əyilməz. 
Döyüşdə qalibdir, rəngi dəyişməz. 
Ölkəyə şöhrətdir, dövlət bayrağı! 
Bayraqlar içində ucadır başı. 
Tarixi varaqla, bilinmir yaşı. 
Onunla fəxr edir, hər vətəndaşı. 
Günəştək parlaqdır, dövlət bayrağı! 
Bayrağa baxıram, göyləri dəlir,
Başının üstündə, duman çəkilir. 
Xəyala dalıram, ruhum dincəlir. 
Qürur mənbəyidir, dövlət bayrağı! 
Milli qürurumuz, gərəyimizsən, 
Sən bizim şərəfli tariximizsən. 
Zaman dəyişsə də dəyişməmisən, 
Sonda qürurumsan dövlət bayrağı! 
Müstəqil dövlətin rəmzidir bayraq! 
Azad bir dövlətin əzmidir bayraq! 
Azəri xalqının fəxridir bayraq! 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin