Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
ADB

I Aparıcı:  Bildiyiniz kimi, xalqımız keşməkeşlı mübarizələr dolu tarixi bir yol 
keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur:
Azadlıq, müstəqillik. Xalqın ən böyük uğuru onun 
müstəqilliyidir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub 
saxlamaq onu qazanmaqdan qat - qat çətindir. Azərbaycanın 
müstəqillik yolunda atdığı ilk addım 1991 - ci il avqustun 30 - da Ali 
Sovetin xalqın tələbi ilə çağırılmış növbədən kənar sessiyasında 
“Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək 
haqqında “ bəyannaməni qəbul etməsi olmuşdur. Bunun ardınca 
Azərbaycan Respublikası Ali sovetinin həmin il oktyabrın 18 - də 
keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət 
müstəqilliyi haqqında”Konstitusiya aktı yekdilliklə qəbul edilmişdir. 


 
22 
Bununla da Azərbaycan Respublikası 1918 - 1920 - ci illərdə cəmi 23 
ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edilmiş, 
xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına 
qovuşmuşdur. 
Şənini vəsf etməyə yetər, qüdrətim yetər, 
Ulduzunu, ayını göydə mələklər ötər, 
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər
Sən ey İstiqlalımın əbədiyyət sancağı – Azərbaycan bayrağı! 
II Aparıcı: Zəngin siyasi təcrübəyə və böyük dövlətçilik qabiliyyətinə 
malik Heydər Əliyevin belə ağır və mürəkkəb dövrdə xalqın təkidli 
tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycan dövlət müstəqilliyinin 
qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edən 
başlıca amil oldu. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkə 
problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa 
başlandı.1994 - cü il mayın 12 - də cəbhədə atəşkəsin əldə edilməsi 
dövlətçiliyin möhkəmləndirilməsi , nizami ordu quruculuğu, eləcə də 
ölkə həyatının bütün sahələrində inkişafın təmin edilməsi baxımından 
zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq 
təhlükəsindən qurtuldu. Xarici siyasətdə də mühüm nailiyyətlər əldə 
olundu. 1994 - cü il sentyabrın 20 - də Azərbaycanda yaranan 
sabitliyin və beynəlxalq aləmdə ölkəmizə artan inam və marağın 
nəticəsi kimi dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” 
adlandırılan neft sazişi imzalandı.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin