Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
ADB

 II Aparıcı: Bayraq meydanından keçərkən ilhamla, inamla, əzəmətlə 
dalğalanan bayrağımızı lap yaxından seyr edirik. Ona tamaşa etdikcə
“Bayraq” şeiri misralara çevrilərək ürəyimizdən dilimizə süzülür: 
Gəlin oxucumuzun ifasında Seyran Cavadovun “Bayraq” şeirini dinləyək 
Bayraq bir millətin özünüdərki
Qeyrəti, məsləki, əqidəsidir. 
İliyindən keçib, canından gələn, 
Dilində göyərən haqqın səsidir. 
Xətai idrakı, Babək qılıncı, 
Koroğlu sazının öz simidir o. 
Babam Füzulinin qərib məzarı, 


 
23 
Hələbdə soyulan Nəsimidir o. 
Dik saxla başını, dik tut, bayrağım! 
Qəddin əyilməsin heç vaxt bir daha. 
Hələ qarşıdadır sənin xoş çağın, 
Gedək o günləri doğan sabaha! 
Ulu əcdadımın Qobustandakı 
Qayada cizgisi, Qaval daşıdır. 
Yüz illər, min illər yol keçib gələn
Nəsillər yaşadan qan yaddaşıdır. 
Kəpəzdi, Qoşqardı, Arazdı, Kürdü, 
Mayası atəşdən, sudan yoğrulub. 
Üç rəngi köçürüb öz varlığına, 
Bir aylı gecədə sanki doğulub. 
Dönüb bir millətin səcdəgahına. 
İgidlər önündə onun and içər. 
“Yaşa, ana yurdum, sən yaşa!” – deyə 
Girib döyüşlərə canından keçər. 
Namusdu, qeyrətdi, şöhrətdi, şandı, 
Bayraq ucalanda millət ucalar. 
Bayrağı ucaldan oğullar varsa, 
O millət həmişə zəfərlər çalar. 
I Aparıcı:  Milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın 
suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında 
müstəsna əhəmiyyət kəsb etdi. 
Azərbaycanın BMT - yə üzv qəbul olunması ilə onun beynəlxalq 
aləmdə tanınmasına başlandı. 1995 - ci ildə müstəqil Azərbaycanın 
Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün 
zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət 
konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu 


 
24 
il ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu 
prosesi uğurla həyata keçirildi, dövlətçilik ənənələri zənginləşdirildi. 
Vətənin qüruru, xalqın qüruru, 
Müqəddəs varlıqdır, dövlət bayrağı! 
Ucadan ucadır, uludan ulu, 
Azadlıq rəmzidir, dövlət bayrağı! 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin