Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   10   11   12   13   14   15   16   17   18
ADB

I Aparıcı: Varlığımızı təsdiqləyən bayrağımızla bağlı bu tarixin seçilməsi 
təsadüfü deyildi. … 1990 - cı ildə doğma vətəni Naxçıvana qayıdaraq 
Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlığını vətəndaş 
yanğısı və məsuliyyəti ilə davam etdirən ümummilli lider Heydər 
Əliyevin gördüyü işlərin hər biri bir salnamə kimi tariximizə yazılsa 
da onların arasında gələcək taleyimizi müəyyənləşdirən daha mühüm, 
əhəmiyyəti ilə seçilənləri də az deyildi. 
1991 - ci il fevralın 5 - də Azərbaycan Respublikasının Ali 
Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” 
Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Bu 
Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan 
Respublikasının Dövlət bayrağı kimi təsdiq olunmuşdur. 
Od tutub yandı sinəmdə həqiqət çırağı, 
Sənə sevgim dilə gəlməz, sən eşqim ocağı, 
Can fəda olsun sənə, xoşdur Vətən qucağı. 
Mən ki candan aşiqəm, ey məni eşqə salan, 
Azərbaycan, türkün Vətəni, can sənə qurban. 
I Aparıcı: 2010 - cu il sentyabrın 1- də Prezident İlham Əliyevin iştirakı ilə 
Bakıda Dövlət Bayrağı Meydanının açılışı keçirildi və dünyanın ən 
böyük bayrağı paytaxtımızın səmasında dalğalandı. Bayraq dirəyinin 
hündürlüyü 162 metr, onun zirvəsində dalğalanan üçrəngli bayrağın 
uzunluğu 70, eni 35 metrdir. 
Meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb. 2010 – ci il 
noyabrın 9 - da Prezident İlham Əliyevin iştirakı ilə açılan muzeydə 
müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, 
xanlıqlarlın bayraqları, gerblər, Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin qoşun növlərinin döyüş bayraqları nümayiş olunur.
Dinamik və sürətli inkişaf tempinə görə lider mövqeyini inamla 
davam etdirən müstəqil Azərbaycan özünün şərəfli dövlətçilik 


 
32 
tarixinin daha bir əlamətdar bayramını – Dövlət Bayrağı Gününü qeyd 
etməyə hazırlaşır. Bütün sahələrdə keçid dövrünü başa vuran, 
dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmağı qarşıya məqsəd 
qoyan, beynəlxalq arenada özünəlayiq yer tutan , qüdrətli dövlət 
quruculuğu yolunda uğurlu addımlar atan respublikamızda belə bir 
bayramın təsis edilməsi və təntənəli qeyd olunması, başlıca arzusu 
Azərbaycan dövlətinin güclənməsi olan xalqımızın vətənpərvərlik 
ruhunun bariz ifadəsidir. Müstəqillik ən böyük sərvətimiz, ən böyük 
xoşbəxtliyimizdir. Onun əsas rəmzlərindən biri olan üçrəngli 
bayrağımız müstəqilliyimizin qarantıdır.
 
Bu bayraq millətə tutdu üzünü, 
Bayraqdar ecazkar xilaskar oldu. 
Elə həkk elədi ”Allah” sözünü, 
Bağrının başında məşələ döndü. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin