ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə17/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
nazirlər»ə və «canişinlər»ə - həvalə edir. Bununla da hökm­dar öz üzərinə düşən hakimiyyət yükünü əhəmiyyətli dərəcədə azaldır, müəyyən mənada hakimiyyəti digər insanlarla bö­lüşdür­mək yolu ilə olmuş olsa belə.

Lakin bu hakimiyyət qazanılmış hakimiyyət deyildir, pay ve­ril­miş hakimiyyətdir. Pay verilmiş bu yeni hakimiyyət strukturları­nın öncə mövcud olan hakimiyyət strukturları üzərində nəzarəti həya­ta keçirə bilmələri üçün isə onların yeni qüvvələrlə gücləndiril­mə­si­nə, deməli ki, daha çox adamın idarəetməyə cəlb edilməsinə eh­ti­yac yaranır və bu ehtiyacın ödənilməsi ilə, idarəetməyə cəlb edilən in­san­ların sayının çoxalması ilə dövlətin ümumi xəzinəsindən pay alan­ların, bir qədər müasir, və buna görə də həm də bir qədər kobud deyilərsə, dövlətin büdcəsindən əmək haqqı alanların sayı da artır və bu say bütün əhalinin olmasa da, paytaxtın və canişin iqamət­gahının yerləşdiyi şəhərlərin əhalisinin sayı ilə müqayisə oluna biləcək bir həddə çatdıqda dövlət tədricən əksəriyyətin idarəet­mə­də təmsil olunduğu formanı, əksəriyyətin müəyyən haki­miy­yət payına malik olduğu formanı, politiya formasını alır.



PAY VERİLƏN HAKİMİYYƏT:



POLİTİYA

Politiya əksəriyyətin idarəetmədə təmsil olunduğu, əksəriyyə­tin müəyyən hakimiyyət payına malik olduğu dövlət forması olaraq öz başlanğıcını o tarixi məqamdan götürür ki, hökmdar burjualaş­ma­ğa doğru istiqamət götürən şəhər üzərində hakimiyyətini möh­kəm­lətmək üçün nazir institutunu, əyalət rəhbərlərinin separa­tizmi­nin qarşısını almaq üçün isə canişin institutunu təsis edir, mövcud hakimiyyət strukturlarının fəaliyyətinə nəzarət etmək üçün nazirin və canişinin sərəncamında yeni hakimiyyət strukturlarını yaradır və hökmdar bununla da həm öz üzərinə düşən hakimiyyət yükünü əhəmiyyətli dərəcədə azaldır, həm də digər insanlara da hakimiyyət payı vermiş olur. Beləliklə, bir tərəfdən nazirlərin, digər tərəfdən isə canişinlərin hökmdardan bir pay olaraq aldıqları althakimiyyət struk­turları yaranır.

Bu məqamın bir qədər təfərrüatlarına varsaq yuxarıda diqqətə çatdırılan həmin tezis özünün konkret ifadəsini həm də onda tapmış olur ki, hökmdar bir tərəfdən özünün xüsusi fərmanla təyin etdiyi və böyük səlahiyyətlər verdiyi nazirə müəyyən bir sahənin idarə olun­ma­sını həvalə edir, onun sərəncamında yeni hakimiyyət struk­tur­la­rını yaratmaqla yanaşı, həm də eyni zamanda indi onun tabeçi­liyinə verilən sahənin öncə idarə olunmasında iştirak edən məmur­ları onların bütün məiyyətləri ilə birgə «nazir»in nəzarətinə1 və əslində həm də hakimiyyətinə verir2 və bu hakimiyyətin real və effektiv olması üçün nazirin özünə də althakimiyyət strukturları yarat­maq hüququnu verir. Nazirin statusu ənənənin vəzirə və vəkilə aid etdiyi statusların yaradıcı sintezi nəticəsində formalaşır. Lakin na­zir statusu əlbəttə ki vəzirin də, vəkilin də statuslarından fərqli­dir. Belə ki, nazir vəzirdən fərqli olaraq yalnız məsləhətçi, müşavir de­yil­dir, o, həm də real və birbaşa hakimiyyət sahibidir. Amma bu­nun­la yanaşı vəzirin statusunda nazirin statusundan daha geniş olan bir məqam da vardır. Nazir hökmdarın yalnız ona həvalə etdiyi sahə üzrə məsləhətçisi ola bilir, vəzirin müşavirliyində isə belə bir sahə məhdudiyyəti yoxdur. Nazirin statusunun hüquqi varisi olduğu vəkilin statusundan, yəni öncə hökmdar sarayından kənarda dövlət başçısının bilavasitə nümayəndəsi olaraq maliyyə və iqtisadi işlərə başçılıq edən, rütbəsi və ənənəvi statusu o zaman üçün yüksək he­sab edilən məmurun statusundan fərqliliyi isə ondadır ki, nazir döv­lət başçısının yalnız sadəcə olaraq nümayəndəsi deyildir, o, həm də nəzarətində olan sahə üzrə müstəqil surətdə qərar qəbul edə bilən və təsisatlar yarada bilən, hətta hüquqi-normativ aktlar belə qəbul edə bilən hakimiyyət sahibidir.

Hökmdar digər tərəfdən, bir-birinin qonşuluğunda yerləşən bir sıra əyalətləri vahid bir canişinlikdə birləşdirir, bu canişinliyin idarə olunmasını özünün xüsusi fərmanla təyin etdiyi və böyük səlahiy­yətlər verdiyi canişinə həvalə edir, onun sərəncamında yeni haki­miy­yət strukturlarını yaratmaqla yanaşı, həm də eyni zamanda indi onun tabeçiliyinə verilən əyalətlərin öncə idarə olunmasında iştirak edən məmurları, bütün əyalət rəhbərlərini, yerli idarə başçı­larını on­ların bütün məiyyətləri ilə birgə canişinin nəzarətinə və əslində həm də hakimiyyətinə verir. Əyalətlərin canişinliklərdə birləşdi­ril­mə­­si, daha doğrusu onların canişinliyə daxil edilməsi, canişinin tabeçiliyinə verilməsi əyalətlərin siyasi statusunu azaldır, əvvəlki əyalətlər indi qəza inzibati-ərazi statusunu, əvvəlki əyalət rəhbərləri isə qəza rəisi statusunu alırlar. Hökmdar bununla da həm inzibati-ərazi vahidlərinin siyasi əhəmiyyətini, həm də əyalət rəh­bər­ləri­nin, yerli idarə başçılarının siyasi çəkisini azaldır və bu əsas­da da inzibati-ərazi vahidlərinin daha effektiv, daha yaxından idarə olun­ma­sına nail olur. Bununla razılaşmayan və buna hər hansı bir for­ma­da müqavimət göstərən yerli rəhbərlərin müqavimətini isə ca­ni­şin səlahiyyətinə verilmiş qoşun hissələrinin köməyi ilə çox asan­lıqla qırır və onları özünün təyin etdiyi yeniləri ilə əvəzləyir.

Canişin də nazir kimi vəkil institutunun bir davamıdır, əgər və­kil hökmdarın hər hansı bir məsələ ilə bağlı saray xaricində səla­hiyyətli nümayəndəsi kimi çıxış edirsə, nazir kimi elə canişin də hökmdarın hökmdar sarayı xaricində səlahiyyətli nümayəndəsi kimi çıxış edir, amma onların hər ikisinin vəkildən fərqi ondan iba­rətdir ki, canişinin və nazirin özləri də hökmdar sarayı xaricində bir saray sahibləridirlər.

Sabir Rüstəmxanlının obrazlı şəkildə “balaca padşahlar” ad­lan­­dır­dığı althökmdarların – nazirlərin və canişinlərin1 vəziyyəti ikimənalıdır. Althökmdar, bir tərəfdən hakimiyyət sahibidir, iradəsi­ni öz məmur­larına və məiyyətinə diktə etdirmək səlahiyyətinə ma­lik­dir. Amma, digər tərəfdən nazir də, canişin də althökmdar olmaq­la yanaşı, həm də mə­murdur, hökmdarın xidmətindədir və hökmda­ra qulluq edir. Nazir də, canişin də yarıhökmdar, yarıməmurdır.

Bu səbəbdən də, nə nazir, nə də canişin özünü heç zaman sözün tam mənasında rahat, azad hiss edə bilmir, əksinə özünü həmişə gərginlik altında hiss edir. Güclü hakimiyyətə malik olduq­ları üçün tabeliklərində olanları həmişə gərginlik altında saxlaya bilsələr də, onların özləri də öz başları üzərində onlardan qat-qat güc­lü olan hökm­darın durduğunu bütün ağırlığı ilə hiss edirlər, özlə­ri­ni hökm­darın zəhmi altında hiss etdiklərindən, mənəvi rahatlıq, könül pərvazlanması, poeziya onlara əslində yaddır. Məiyyətlərinə göstə­riş vermək hüquqları böyük olsa da, hökmdara hesabat vermək mə­su­liyyətləri daha böyükdür. Althökmdar hər bir hərəkətinin hökm­dar tərəfindən necə qarşılanacağını daimi olaraq ölçüb-biçir, hər bir addımını hökmdar qarşısında hesabat vermə məqamını zeh­nin­də tutaraq atır, əməllərini bir çox hallarda bu əməllər barədə xəyalən hesabat hazırlaya-hazırlaya yerinə yetirir. Görünür elə bu sə­bəb­dəndir ki, tiraniya dövrü həm də poeziyanın gur inkişafı ilə səciyyəvi olduğu halda, monarxiya dövrü isə həm də cəmiyyətin ümumi həya­tın­da dramaturgiyanın gur inkişafı ilə səciy­yəvi olduğu halda, poli­tiya dövrü dövlətə xidmətin dövlətdən haki­miy­yət payı alınması ilə yanaşı həm də prozanın gur inkişafı ilə səciyyəvidir. Poeziya göstə­riş verənin, dram göstərişin yerinə yeti­ril­məsi­nə mü­qa­vi­mət göstə­rə­nin, proza isə göstərişin yerinə yetiril­məsi barədə hesabat verənin üslubudur. Althökmdar tərəfindən gös­tə­rişlərin verilməsi dərinlik­lər­dən gələn həqiqət yaşantısının ifadəçi­si deyil, xidmətinin xüsusiy­yət­lərindən irəli gələn vəzifə borcunun ifadəçisi olduğundan bir elə ilhamla, vəcdlə, şövqlə müşayiət olunmadan baş verir. Althökmdar çox böyük səlahiyyətlə­rə, çox böyük hakimiyyətə malik olduğundan onun verdiyi göstəriş­lər də bir elə müqavimətlə rastlaşmadan yerinə yetirilir, deməli ki, dramatizm durumunu da doğurmur. Lakin politiyada althökmdarın özündən tutmuş onun ən kiçik əməkdaşına kimi, bütün bu məiyyət kütləsinə belə bir xüsusiyyət xasdır ki, on­lardan hər biri rəhbərinə daha yaxşı görün­mək, özünü onun qarşı­sın­da bəraətləndirmək, özü­nü və öz əməlləri­ni rəhbəri qarşısında müsbət tərəfdən göstərmək, deməli ki, özünü daimi olaraq hesabata hazırlamaq meyilləri güclü inkişaf etmişdir. Buna görə də politiyada göstəriş verənin deyil, gös­tərişə müqavimət göstərənin də deyil, göstərişin yerinə yetirilməsi barədə hesabat verənin üslubu, yəni pro­za aparıcı mövqe tutur.

Rəhbərinə daha yaxşı görünmək, özünü onun qarşısında bəra­ət­ləndirmək və özünü daimi olaraq hesabata hazırlamaq meyilləri­nin məhz politiyada güclü inkişaf etməsi həm də onunla izah oluna bilir ki, althakimiyyət qazanılmış hakimiyyət olmadığı üçün, onun mən­bəyi kimi əsasən təyin etmə, vəkalətləndirmə, vəkil etmə, səlahiy­yətləndirmə, ixtiyar vermə çıxış etdiyi üçün, yuxarıda göstə­ri­lən müəyyən mənada pay olduğu üçün, pay verilən hakimiyyət olduğu üçün əksər hallarda müvəqqəti istifadəyə verilən sərvət məna­sın­dadır. Bu sərvəti althökmdara və onun əməkdaşlarına verən rəh­bər bunu onlardan geri ala da bilir.

Maraqlıdır ki, politiya şəraitində oxşar proza hissiyyatını hətta monarxın özü də müəyyən dərəcədə yaşayır. Çünki politiyanın si­ya­si təkamülü axınında dövlət aparatı iradə icraçısı olmaqdan iradənin subyektinə çevrilməyə başlayır və bu da hətta monarxın özü­nün statusunu da tədricən məmur statusuna yaxınlaşdırır və əslində bu­nun­la da monarxiyanın bir dövlət forması olaraq əsasları sarsılmış olur.

Təbii ki, belə bir sual yarana bilər ki, dövlət aparatının iradə ic­ra­çı­sı olmaqdan iradə subyektinə çevrilməsi nə deməkdir və bu necə baş verir? Yarana bilən bu sualın cavabı isə bir qədər mürək­kəb olduğundan diqqətin daha əhəmiyyətli dərəcədə ona yö­nəl­dil­mə­sini tələb edir.

Belə ki, politiyanın tarixi təkamülü prosesində nazirlər və cani­şin­­lər özləri də artıq qeyd olunduğu kimi althakimiyyət struktur­ları­nı yaratmaq hüququna malikdirlər və yaradırlar, hakimiyyətin icraçı ilə bölüşdürülmə prinsipi isə özü-özlüyündə politiyanın siyasi həyat normasına çevrilir, pay verilən hakimiyyətin obyektinə də bu paydan pay düşür. Politiyada hakimiyyət səviyyələri və hakimiyyə­tin iyerarxiyası yaranır, məmurluq bürokratiya xarakterini kəsb edir. Amma bu verilən pay hakimiyyətlər təbii ki hökmdarın haki­miy­­yəti­nin azalması hesabına baş verir, bu pay hakimiyyətlər təbii ki hökmdarın hakimiyyətindən verilən paylardır. Hökmdar malik oldu­ğu hakimiyyəti payladıqdan sonra dövlət aparatının özü suveren ro­lun­da çıxış etmiş olur. Dövlət aparatının iradə icraçısı ol­maq­dan ira­də subyektinə çevrilməsi də elə budur. Monarx da bu halda əslində həmin bu suverenin məmuru olur, həmin bu iradə sub­yekti­nin icraçısı olur, öz fəaliyyətini də onun fəaliyyət ritmi əsasın­da qurmalı olur1.

Politiyada monarx əsasən təsisatçı və direktivverən, nazir və canişin isə əsasən idarəedən, təşkilatçı və sərəncamverəndir.

Politiyanın sonrakı təbii inkişafında monarx lazımi təsisatları yaratmağa və öz nazirlərinə və canişinlərinə siyasi problemləri həll edə biləcək lazımı direktivləri verməyə çətinlik çəkdiyini hiss edir və elə buna görə də onlarla daha çox məsləhətləşməyə, elə bil onlar­dan göstəriş almağa ehtiyac duyur. Bu isə monarxın sosial statusu ilə onun real vəziyyəti arasındakı ziddiyyəti bir qədər də kəskinləş­dirir və üstəlik həm onun daxili gərginliyini, həm də cə­miy­yətdə so­­sial-siyasi gərginliyi bir qədər də artırır.

Dövlət aparatı iradənin icraçısı olmaqdan iradənin subyekti olmaq məcrasına düşdüyü məqamdan başlayaraq idarəolunma ling­ləri də tədricən itirilməyə başlayır.

Belə olduğu halda idarəetmənin öncə mövcud olan linglərinin bərpası meyilləri baş qaldırır.

Əgər politiyanın geriyə, monarxiyaya doğru qayıdışı öz ifadə­si­ni hökmdarın althökmdarlara göstərdiyi təzyiqin yenidən güclən­məsin­də tapırsa, politiyanın daha əvvələ, aristokratiyaya doğru qayı­­dışı artıq canişinlərin hökmdara göstərdiyi təzyiqin güclənməsi ilə ifadə olunur, monarxiyanın politiya məcrasında təbii təkamülü isə təbəə kütləsinin, ilk növbədə isə nazirlərin simasında dövlət apa­ratı­­nın hökmdara göstərdiyi təzyiqin güclənməsi ilə şərtlənir.

Politiya tarixən formal olaraq monarxiya kimi qiymətləndiril­sə də, əslində təkhakimiyyətlilik mənasında başa düşülən monarxiya deyildir, bu mənada başa düşülən monarxiya ilə respublika arasında aralıq mövqe tutur. Bu isə həm də o deməkdir ki, althakimiyyət struk­turlarının yaranması ilə monarxiya – təkhakimiyyətlilik öz mə­na­sını bir qədər di­gər tarixi formada olsa da, yenidən itirməyə baş­la­­yır.

Siyasi problemlərin mürəkkəbləşmə dinamikası ilə hökm­­darın bu problemləri həll edə bilmə imkanlarının təbii hədləri arasındakı ziddiyyət dərinləşdikcə althakimiyyət strukturlarının əhəmiyyəti və muxtariyyatı artır. Hökmdar althakimiyyət strukturlarının əslində şərik­li idarə olunmasında öz üstünlüyünü tədricən itirməyə başla­yır. Hakimiyyət yenə də tədricən idarəetmədən ayrılmağa doğru üz qo­yur. Hökmdar dövlət hakimiyyəti tərəfindən həll olunmalı olan prob­lemlərə mahiyyət etibarı ilə yadlaşır.

Hökmdarın dövlət hakimiyyəti vasitəsi ilə həll etməli olduğu problemlərə yadlaşdığı şəraitdə hökmdarın iradəsinin yerinə ye­tiril­­məsi və ya yerinə yetirilməməsi onun avtoritetindən daha çox, tabe­ol­manın nə dərəcədə faydalı olub-olmamasından asılı olur. Na­zir bu məqamda hökmdarın iradəsini özünə faydalı olduğu üçün və bəzən da özünə faydalı olduğu halda yerinə yetirdiyindən hökmda­rın hətta onun özü üçün də tutqun olan iradəsi əksər hallarda yerinə yeti­rilməmiş qalır. Nazir hökmdara onun iradəsinin artıq yerinə yeti­ril­mə­si barədə deyil, digər nazirlərin «günahı ucbatından» yeri­nə yetiril­mə­məsi barədə hesabat verir.

Öncə althakimiyyət strukturları idarəetmənin effektliliyinin artırılması üçün yaradılmışdı. İndi isə althakimiyyət strukturları san­ki dövlət aparatının parçalanması üçün bir zəmin yaradır.

Dövlət aparatının vahid bir mexanizmə çevrilməsi məqsədi ilə nazirlərin müntəzəm olaraq üzləşdirilməsinə və birgə fəaliyyətinə ehti­yac yaranır. Bu ehtiyac nazirlərdən ibarət əvvəlcə məşvərətçi nazirlər şurasının, sonra isə həlledici hüquqa malik nazirlər komi­t­ə­si­nin, yəni hökumətin yaradılması ilə ödənilir.

Lakin hökmdar daha çox hərbçi olduğu üçün, cəngavər mən­şəli olduğu üçün nazirlər tərəfindən həll olunmalı olan mülki işlərin tə­fər­rüatı­na varmır, bu işləri öz ruhuna yad bilir və əməldə də get­dik­cə daha çox yadlaşdırır, həmin səbəbdən də mülki işlərə ümumi rəhbərlik fəaliyyətini həyata keçir­mək­dən ötrü hökumətin başçısı statusunda baş nazir institutunu təsis edir və mülki işləri bütöv­lükdə baş nazirə həvalə edir.

Baş nazir institutunu təsis etməklə, monarx özünün dövlət apa­ra­tı qarşısındakı məğlubiyyətini təhtəlşüur səviyyəsində artıq eti­raf etmiş olur. Sonradan, kontrasiqnatura aktı ilə isə monarx bu məğ­lubiyyəti həm şüur səviyyəsində etiraf etmiş olur, həm də onu qanuniləşdirmiş olur.

Baş nazirin siyasi çəkisinin artması ilə isə hətta qoşun başçısı (sərkərdə, sərdar) statusu belə hərbi nazir, və ya müdafiə naziri sta­tu­su ilə əvəz edilir və baş nazir bununla da özünü hökmdarla ordu ara­sı­na salmış olur və ordu üzərində nəzarət hüququnu əldə etmiş olur.

Hökumətin idarə edilməsini baş nazir statuslu başqa birisinə həvalə etmiş monarxın özü isə əslində hökm­darlıq səlahiyyətlərinin çox böyük hissəsini itirmiş olur. Baş nazirin özü bir qayda olaraq öz sosial mövqeyi etibarı ilə təbəə, bir qədər konkret deyilərsə məmur mənşəli olduğu üçün, təbəə-məmur instinktlərini daha yaxşı başa düş­­düyü üçün dövləti də təbəəliyin siyasi instinktlərinə uyğun şə­kildə yenidən qurur, təbəəni və ondan daha çox təbəəliyi himayə edir. Zadəganlığı başa düşmədiyi üçün zadəganlığa düşmən kəsilir, zadəganın azad ruhunu qıraraq onu hökmdarın himayəsinə sığın­ma­lı olan təbəəyə çevirmək istə­yir, zadəganın öz şərəf və ləyaqətini müs­tə­qil olaraq qoruma əzmini başa düşmür1, zadəganı əksinə ola­raq dövlətdən sığınacaq ummağa, məhkəməyə müraciət etməyə ça­ğı­rır və məcbur edir, feodal qəsrlərini darmadağın edir, zadəganlı­ğın sir­rini qanın nəcibliyində və əsl-nəcabətdə deyil, xidmət-müka­fat müna­si­­bət­­ləri­n­də görür, zadəgan mənşəli yerli idarə rəhbərlə­rini tə­bəə mənşəlilərlə əvəz edir, ordunu onun cəngavər mənşəyin­dən ayı­rır, orduya muzdlu xarakter verir.

Baş nazirin siyasi instinktləri, idealları və həyat tərzi bir sıra siya­si traktatlarda özünün parlaq ifadəsini tapmışdır. Qədim Hindis­tanda Arthaşastra, Qədim Çində Şan vilayətinin idarəolunma kitabı, Səlcuqilər imperiyasında Siyasətnamə, İtaliyada Hökmdar və Fran­sa­da Siyasi vəsiyyət. Burada sadalanan traktatların demək olar ki, hamısı vaxtilə baş nazir kimi fəaliyyət göstərən insanlar tərəfindən yaradılmışlar. Bu insanlar həmin traktatlarda baş nazir fenomeninin rasionallaşdırılmasına, bu və ya digər şəkildə əsaslandırılmasına və bəraətləndirilməsinə səy göstərmişlər. Tarix Arthaşastranın müəl­lifi­nin adını saxlamasa da, onun hansı əsrdə yaşadığını və hansı im­pe­­ra­torun naziri olduğu haqqında məlumatı saxlamışdır. Şan vila­yə­­ti­nin idarəolunma kitabının müəllifi Şan Yan baş nazir insti­tutunun tipik nümayəndəsi idi. Onun tərəfindən irəli sürülən və qis­mən gerçəkləşdirilən ideyalar öz ifadəsini əslində onun həyata ke­çir­diyi islahatlardan daha çox, onun qələmə aldığı kitabda tap­mışdır. Bu kitab Qədim Çində baş nazir institutunun və bu institutla birgə doğulan və bəlkə də ondan daha mühüm olan bir hadisənin - mərkəzləşdirilmiş dövlətin inkişafına güclü təkan vermişdir. Səlcu­qilər imperiyasında baş nazir və ya o vaxtın dili ilə deyilərsə, baş vəzir1 olan Nizam-ül-mülkün Siyasətnaməsi və Fransanı baş nazir institutunun bütün incəlikləri ilə üz-üzə qoyan Rişelyenin Siyasi və­siy­yəti də öz mahiyyəti etibarı ilə Şan vilayətinin idarə­olunma kitabı ilə eyni qəbildəndir. Şan Yanın Qədim Çində oynadığı rol Səlcuqi­lər imperiyasında Nizam-ül-mülkün və Fransada isə Rişelye­nin oynadı­ğı rola son dərəcə bənzəyir. Onların hər üçü mərkəzləş­diril­miş döv­lət ideyasının həm bir siyasi doktrina kimi nəzəriyyəçisi və həm də müəyyən qədər gerçəkləşdiricisi idilər.

Bununla yanaşı, baş nazir fenomeninə və mərkəzləşdirilmiş dövlət ideyasına aristokratik reaksiya da son dərəcə maraqlıdır. Ri­şel­ye­nin simasında baş nazir fenomeninə aristokratik reaksiya və nifrət isə öz parlaq ifadəsini dahi fransız yazıçıları Düma, Vinyi və Hüqo tərəfindən yaradılmış obrazlarda tapmışdır. Dümanın Üç müşketyoru Rişelyeni iblis qiyafətində, Vinyinin Sen-Marı – azad zadəgan ruhunun qatili qiyafətində və Hüqonun Marion Delormu isə xalq əleyhinə olan despotik hakimiyyətin simvolu kimi təqdim edir.

Əsasən utilitarist təbəə ruhunun daşıyıcısı olan baş nazirlə əsa­sən personalist zadəgan ruhunun daşıyıcısı olan hökmdar arasın­dakı münasibətlər bir qayda olaraq həmişə gərgin və qeyri-müəy­yən­dir. Bu da görünür elə ondan irəli gəlir ki, baş nazir hökmdarın iradəsinin icraçısı olmalı halda, əslində hökmdar baş nazirin iradəsi­nin icraçısı olur. Baş nazirin hökmdara olan münasi­bət­ləri ikiüzlü­lük və hiylə üzərində qurulduğu halda, hökmdarın baş nazirə olan münasibətləri kütlük şüuru və təhqir olunmuş ləyaqət hissi üzərində qurulur. Baş nazir siyasi problemləri hökmdara elə izah etməlidir ki, onların həlli üçün özünün nəzərdə tutduğu ideyalar və qərarlar hökm­dar tərəfindən söylənilmiş olsun. Hökmdar da öz növbəsində özünü elə göstərməlidir ki, baş nazir guya onun ideya­larını həyata keçirir və guya onun iradəsini yerinə yetirir. Hökm­darın baş nazirə olan münasibəti həm də ona görə ziddiyyətlidir ki, hökmdar baş nazirin özü üzərindəki hakimiyyətini hiss edir və ondakı hökmdarlıq instinkti baş naziri kənarlaşdırmaq istəyini yaradır, lakin hökmdar hiss edir ki, baş nazirin məsləhətlərinə hə­yati ehtiyacı vardır, onun özü üzərində intellektual hakimiyyəti ol­ma­dan keçinə bilmir. Personalist zadəgan ruhunun daşıyıcısı olan hökmdar obyektivist təbəə ruhunun daşıyıcısı olan baş nazirin özü üzərində hökmranlıq zərurətindən xilas olmaq üçün yollar axtarır.

Qeyri-cəngavər ruhlu və qeyri-zadəgan mənşəli insanlara xid­mə­tin­dən asılı olaraq zadəgan rütbələrinin verilməsi isə aristo­kra­tizmin daha dərindən deqradasiyasına gətirib çıxardı.

Aristokratizmə olan tarixi ehtiyacın irsi aristokratizmin im­kan­ları­nı üstələməsi yalançı aristokratiyanı törədir. Politiyada elə bu səbəbdən də aristokratiya ilə təbəə arasındakı kəskin sərhəd getdik­cə əriməyə başlayır.

Politiyada hətta monarxın özü də tədricən yüksək imtiyazlara malik məmura çevrildiyindən, monarxın hüquqi vəziyyəti dövlət və­zi­fə­si statusunu kəsb edir və praqmatik əhəmiyyət daşıyır.

Politiyada dövləti xidmət sferaları və səviyyələri mürəkkəb­ləş­di­yi üçün xidmətə uyğun mükafatlandırma sistemi də mürəkkəb­lə­şir. Təbəəni xidmətinə müvafiq şəkildə mükafatlandırma işini uğur­la həyata keçirmək üçün pul meydana çıxır.

Pulun meydana gəlməsi ilə bağlı əmtəə istehsalı da özünə ge­niş meydan tapır.

Bu vaxta qədər başlıca olaraq öncə hökmdar iqamətgahının yerləşdiyi məkan olan, sonra vətəndaş cəmiyyətinin daşıyıcısı mə­na­sında şəhərlinin məskunlaşdığı məkan durumuna gələn şəhər, in­di tədricən həm də obrazlı şəkildə deyilərsə sənaye məhsullarını is­teh­­sal edən sosial maşına çevrilir.

Xammal təminatı və satış bazarının əldə edilməsi bu maşının fəaliyyətinin başlıca müqəddəm şərtləri olur. Şəhər öz hikkəsini dövlətə qəbul etdirdikcə dövlət bu müqəddəm şərtlərin təqdimatçı­sına çevrilir.

Dövlət tərəfindən həyata keçirilən istilalar həmin bu hikkənin coğrafi məkanını genişləndirir. İstila xilaskarlıq xarakterini deyil, da­­ha çox işğal xarakterini alır. İşğal olunmuş ərazilər üzərində qo­yulmuş canişinlər əslində bu hikkənin gerçəkləşdirilmə aləti ro­lun­da çıxış edirlər.

İqtisadiyyatın siyasəti müəyyən etməsi barədə marksist müd­dəa siyasi inkişafın məhz politiya mərhələsində özünü müəyyən də­rəcə­də olsa da doğrultmağa başlayır. Görünür, siyasət zəiflədikcə iq­ti­sa­diy­ya­tın şıltaqlığı ilə oynamağa başlayır.

Maraqlıdır ki, marksizmin Lenin və Stalin kimi görkəmli prak­tik­ləri iqtisadiyyatın siyasəti müəyyən etməsi barədə marksist müd­dəanın əksinə fəaliyyət göstərirdilər. Bu müddəa öz praktik təsdi­qini əslində Stalinin ölümündən sonra tapdı.



Stalindən sonrakı sovet dövləti əslində politiya xarakterli idi. 1953-cü ildə Stalinin ölümündən sonra birinci şəx­sin təşəbbüskarlıq qüdrəti zəiflədi. Xruşşovun «volyuntarizm»i şəxsi təşəbbüskarlıq deyildi, əcnəbi ideyaların zorla sovet gerçəkliyinə yeridilməsi idi. Sosializm özünün real mövcudluğundan, problemlərindən, öz inki­şaf təmayüllərindən irəli gələn ideyalarla qüdrətlənə bilərdi, əcnəbi dövlətlərin problemlərinin həlli üçün yaradılan ideyalarla zəiflədi. Təşəbbüskarlıq və icraçılıq, aktiv və passiv determinizm arasındakı kəskin sərhəd əridi. Bu isə son nəticədə həyatın həm də məntiqi prinsiplərini dəyişdirdi. İcraçının qismən müstəqilləşməsi onun və­ziy­yə­tinə ikili məna verdi. Əslində Stalin tərəfindən total olaraq təbəəyə çevrilmiş kütlənin icraçılıq instinktləri tədricən korşalmağa başladı və bu kütlədə təşəbbüskarlıq meyilləri yarandı. Onun diqqət mərkəzində artıq vəzifəsindən irəli gələn öhdəliklərdən daha çox vəzifəsinin verdiyi səlahiyyətlər və sui-istifadə imkanları dayandı, sovet gerçəkliyinin belə bir ikimənalı vəziyyəti sovet adamının düşüncə tərzini dəyişdirdi və bu düşüncə tərzi öz nəzəri ifadəsini nə qədər qəribə görünsə də, dialektik məntiqdə tapdı. Eyni zamanda, məmur kütləsinin aktiv determinizmin daşıyıcısına çevril­mə­si onu öz həqiqi təbiətinə yadlaşdırdı, sovet gerçəkliyi daxilində burjualaş­ma meyilləri cücərdi. Stalinin xalqda formalaşdırdığı kölə psixolo­giya­sı Xruşşovun hakimiyyəti illərində nökər psixologiyası­na trans­for­masiya etdi. Burjua, öz sosial mənşəyi etibarı ilə nökər təbiətli olduğundan, Xruşşov dövrü sovet gerçəkliyinin burjualaş­ması­nın başlanğıcı oldu. Heç də təsadüfi deyildir ki, bu dövrdə sovet gerçəkliyinə qərb – burjua dəyərlərinin güclü axını başladı. Demo­kra­tik­ləş­mə, hakimiyyət böl­güsü, qanun qarşısında bərabərlik, hakimiyyət bölgüsü, parlamentarizm kimi prinsiplər sosializm prin­sipi ilə uzlaşdırılarkən əslində bütün cəmiyyətdən ibarət olan dövlət aparatı total korrupsiyaya uğradı, sovet həyat və düşüncə tərzinin ikili xarakteri dərinləşdi, ikiüzlülük yaşayış normasına çevrildi. Sta­lin­çi sovet adamının vəziyyəti birmənalı idi. O, dövlət sistemində onun üçün nəzərdə tutulmuş funksiyanın mütləq icraçısı idi. Dövlət sistemi isə total xarakterli idi, bütün cəmiyyəti sarmışdı. Bu siste­min təsviri üçün qərb politolo­­giyasının yaratdığı totalitarizm sözü ən uğurlu ifadədir. Xruşşov dövründə isə dövlətə sədaqətlilik özü­nün aparıcı və müəyyənedici mövqeyini praqmatizmə verməyə başladı. Sovet adamı sədaqətlilik və praqmatizm arasında tərəddüd keçir­dik­cə onun vəziyyəti ikimənalılaşdı. Birmənalı düşüncə tərzi­nin nə­zə­ri ifadəsi olan formal məntiq ikimənalı təfəkkür üsulunun nəzəri ifadəsi olan dialektik məntiq tərəfindən sıxışdırıldı. Heç də təsadüfi deyildi ki, dialektik məntiqin təbiəti ilə bağlı tədqiqatlar məhz Xruşşovun hakimiyyəti illərində genişləndirildi. Səciyyəvidir ki, insan təfəkkürünün ikimənalı və ziddiyyətli xarakteri ilə bağlı mülahizələrin nəzəri olaraq əsaslandırılmasına yönələn bu tədqiqat­lar­da Stalinə qarşı təkcə tənqidi münasibət və etinasızlıq göstərilmə­di, həm də Leninə, hətta Xruşşova qarşı bir ehtiram və heyranlıq nümayiş etdirildi. Bu heç də yalnız siyasi aksentlərin dəyişilməsi ilə bağlı deyildi, siyasi aksentlərin dəyişilməsindən daha fundamental idi və bəlkə də onun əsasını təşkil edirdi. Stalinin təfək­kürü dia­lektik təbiətli deyildi, analitik təbiətli idi. Leninin və Xruş­şovun düşüncə tərzi isə dialektik xarakterli idi, ikimənalı səciyyə daşıyırdı. Bu dövrdə bütün marksizmə, xüsusən onun yaradıcısına, Karl Mar­ksa dialektik təfəkkürün şamil edilməsi meyli vardı1. Lakin, sovet ger­­çəkliyinin ikiləşməsi, ikimənalılaşdı­rıl­ması, dialektikləşdi­ril­mə­si prosesi sosialist gerçəkliyi tərəfindən dayandırılmalı idi və Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması ilə dayandırıldı. Çünki həqiqi sosialist təfək­kürü dialektik təbiətli deyildir, analitik təbiət­lidir. Dialektik təfəkkürün yenidən dirçəldilməsi və ön plana çıxa­rılması ikimənalı təfəkkürü özündə daşıyan digər baş katibin – Qor­baçovun hakimiyyəti ilə bağlı həyata keçirildi. Qorbaçovun haki­miy­yətinin sona çatması ilə dialektik məntiq də arxa plana atıldı. Dia­lektik məntiq yalnız ikimənalı dövrlərdə diqqət mərkəzin­də ola bilir. O, xalis sosializmə yad olduğu kimi xalis kapitalizmə də yaddır. Xruşşovun hakimiyyəti politiyanın ən bariz nümunələrin­dən biri olmaqla xalis sosializmlə xalis kapitalizm arasında aralıq mövqe tutur.

Politiya monarx statusunu saxladığına baxmayaraq həqiqi mo­nar­xiya olmadığı kimi, əksəriyyəti idarəetməyə cəlb etməsinə bax­ma­yaraq həqiqi demokratiya da deyildir.

Xalq içərisindən çıxan adamların hakimiyyətə cəlb olun­ma­sına əsaslanan politiyanın mümkünlüyü həmin cəlbolunma me­xanizm­lərinin imkanları ilə müəyyən olunur. Bu imkanlar xa­ricində politi­yanın süqutu başlayır.

Politiyanın süqutu dövründə dövlətin başlıca siyasi problem­lə­ri həll edilməmiş qalır, yəni hakimiyyət bir tərəfdən öz ordusunu, daxili təyinatlı qoşun hissələrini və məmur kütləsini lazımi səviy­yədə saxlamaq qüdrətinə malik olmur, digər tərəfdən isə xalqın təh­lükəsizliyini lazımi səviyyədə təmin edə bilmir.

Nəticədə xalq özünün təhlükəsizliyi üçün, ordu, daxili təyi­­nat­lı qoşun hissələri və məmur kütləsi isə özünün maddi təminatı üçün digər yollar axtarmağa başlayır. Ordunun, daxili təyinatlı qo­şun his­sə­lərinin və məmur kütləsinin müstəqilləşməsi və bununla da öz ilkin mahiyyətinə yadlaşması isə politiyanın sonunu yaxınlaş­dırır.

Xalq özünün bütövlükdə bir xalq olaraq təhlükəsizliyi üçün döv­lətə, dövlətə məxsus silahlı dəstələrə tam səmimiyyətlə etibar et­mə­diyindən, sədaqətinə və gücünə inandığı insanlardan ibarət xüsu­si mühafizə dəstələrini yaradır və öz təhlükəsizliyi daha çox onlara etibar edir.

Ordu, daxili təyinatlı qoşun hissələri öz maddi durumlarını lazı­mi vəziyyətə gətirmək üçün təbii ki, hər şeydən öncə zorakılıq metodlarına əl atırlar. Orduda və daxili təyinatlı qoşun hissələrində qarətçilik instinkti oyanır və bu instinkt bir tərəfdən hakimiyyəti iş­ğal­çılıq müharibələri aparmağa sövq edir, digər tərəfdən isə həm ordunu, həm də daxili təyinatlı qoşun hissələrini tədricən reket dəs­tə­lərinə çevirir.

Məmur özünün maddi təminatı üçün isə dövlət aparatında tut­duğu vəzifədən daha əlverişli bir qaydada istifadə etməyə çalışır. Döv­lət aparatında məmurlar tərəfindən tutulan vəzifələr xüsusi bir sərvət əhəmiyyətini kəsb edir, bir sərvət kimi də istifadə olunur və alınıb-satılır. Vəzifə sözü özünün ilkin və həqiqi mənasını itirməyə başlayır, sözün ilkin və həqiqi mənasında olduğu kimi vəzifə ki­mi de­yil, əksinə hüquq, imtiyaz, hakimiyyət kimi qav­ranılır və bu qav­rama getdikcə daha geniş miqyas alır. Hakimiyyət bütövlükdə cə­miy­yətin deyil, ayrı-ayrı sosial qrupların iradəsinin ifadəçisi kimi çıxış edir. Dövləti xidmət sui-istifadə ilə çuğlaşır, məmurluq artıq sözün pis mənasında bürokratiya formasını alır. Qanunlar məmur üçün faydalı olduğu halda və faydalı olduğu qaydada yerinə yeti­rilir.

Bu, məmurun öz vəzifə öhdəliklərini yerinə yetirməməsi ola­raq kor­rupsiyadır, amma korrupsiyanın nisbətən yumşaq tərəfidir. Kor­rup­siyanın sərt tərəfi isə dövlətdə xidməti vəzifələrin satılıb-alın­masıdır.

Korrupsiyanın burada xatırlanan hər iki tərəfi açıq rüşvətxor­luq formasını ala da bilər, almaya da bilər. Məsələn, XVII-XVIII əsr Fransasında vəzifə və rütbə həm bir hakimiyyət ifadəsi olaraq qavranılırdı, həm də onlar, xüsusən vəzifə dövlət tərəfindən sanki bir mülkiyyət olaraq hətta açıq və rəsmi şəkildə satılırdı. Əgər öncə məmur vəzifəyə malik olduğu məxsusi qabiliyyətlər əsasında təyin olunurdusa və muzdlu işçi statusunda idisə, vəzifəni pulla alan adamın statusu mahiyyət etibarı ilə kapitalist (indiki dillə deyilərsə - investor) statusudur. Onun vəzifəyə təyin olunmaq üçün verdiyi haqq kapital (investisiya) xarakterli, xəzinədən aldığı məvacib və yan gəlirlər mənfəət xarakterli olur.

Vəzifəni pulla alan kəsin məmurluq instinkti, yəni hökmdarın iradəsinin icraçısı kimi özünüdərki son dərəcə zəifdir. Burada hökm­dar məmurlar üzərində öz hakimiyyətini tədricən itirir. Bun­dan başqa vəzifəsini pulla alan məmurların maraqları və bacarıqları bu vəzifədən irəli gələn öhdəliklərə heç də həmişə uyğun gəlmədi­yindən vəzifələrin satılması monarxın real hakimiyyətini getdikcə daha çox zəiflədir.

Təbəə artıq özünü hökmdarın iradəsini yerinə yetirməli olan bir alət kimi deyil, müstəqil bir şəxs kimi qavramağa başlayır. Poli­tiya şəraitində müstəqilləşmə öz başlanğıcını ticarətdən götü­rür, sə­nət­kar­lıqla davam edir, dövlət strukturlarının korrupsiyaya uğra­ma­sında isə başa çatır.

Politiyanın süqutu dövründə korrupsiya özünü başlıca olaraq iki formada göstərir: xəzinədən təyinat üzrə istifadə olunmaması yolu ilə xəzinədən oğurlama formasında və xəzinəyə daxil olmalı olan sərvətin xəzinəyə daxil olmadan mənimsənilməsi, yəni vergi­nin rüşvətlə əvəzlənməsi formasında.

Politiyada


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin