ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ


despotdur, zor tətbiq etməklə hakimiyyəti ələ alan, zəbt edən insan isə tiran



Yüklə 3,52 Mb.
səhifə15/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
despotdur, zor tətbiq etməklə hakimiyyəti ələ alan, zəbt edən insan isə tirandır.

Dövlətin tiranik təbiəti buradan göründüyü kimi heç də bütün hallarda dövlət hakimiyyətinin zor tətbiq etməklə ələ keçirilməsi, zəbt edilməsi ilə müəyyənləşmir. Daha konkret desək, dövlətin tira­nik xarakter alması heç də kiminsə zor tətbiq etməklə hakimiyyətə gətirilməsi deyildir, kiminsə hakimiyyətinin zor tətbiq etmə nəticə­sində meydana çıxması əlaməti ilə müəyyənləşmir. Dövlətin tiranik təbiəti başlıca olaraq başqa bir əlamətlə, kiminsə zor tətbiq edərək hakimiyyəti ələ alması əlaməti ilə və bütün əhalini bu hakimiyyətin nü­fuz dairəsinə daxil etməsi ilə müəyyənləşir. Tiranın hakimiyyəti­nin digər, heç də birincidən az əhəmiyyətli olmayan əlaməti isə bir qədər öncə qeyd olunduğu kimi ondadır ki, burada zor tətbiq etmə, zor gös­tərmə, zor işlətmə, zorakılıq ədalətsizliyə qarşı müqavimət və mübarizə forması kimi çıxış edir.

Tiraniya yalnız o halda özünü doğruldur ki, hökmdar döv­lə­­tin qarşısında duran bütün problemləri görür, təbəə kütlə­sini hərəkətə gətirməklə və onun hərəkətini tənzimləməklə bu problemləri həll edir. Hökmdarın dövlət qarşısında duran problemlərin həllinə yönə­lən ira­dəsi bu problemlərin dəyi­­­­­­­ş­il­mə­sindən asılı olaraq dəyişilir. Bu dəyişilmə hökmdar iradəsinin icraçısı olan məiyyət kütləsinin daimi olaraq fəa­liyyətdə saxlanılmasında əks olunur. Dövlət qarşısında duran prob­lem­lərin həllinə yönələn bu fəaliyyət tiranı əgər belə de­mək mümkündürsə, dövlətin ruhuna çevirir.

Tiraniya bir qayda olaraq o halda tarix meydanına çıxır ki, irsi aristokratiya ölkənin iqtisadi inkişafı üzərində öz real nəzarətini artıq itirmişdir, özü də, bu, tiran tərəfindən aristokratik senatın keç­mişin bir qalığı kimi ləğv etdiyi zamandan daha öncə baş vermişdi. Çünki tiraniyanın meydana çıxması, əsasən ticarətin, sənətkarlığın və sənayenin inkişaf etdiyi, demosun – «burjua»nın1 – güclü olduğu rayonlarda baş verir.

Tiranizmin meydana gəlmə ərəfəsində mülki həyat irsi aristo­kra­tiya­nın nəzarətindən çıxdığı üçün, müstəqilləşdiyi üçün, faydalı­lıq prinsipi ədalət prinsipindən azad şəkildə fəaliyyət göstə­rir­di, faydalılıq prinsipinin təcəssümçüsü olan şəhər kəndin istismar­çısı­na çevrilmişdi. Əhalinin əksəriyyətini təşkil edən kəndli kütləsi öz üzə­rində dövlətin himayəsinə məhz bu halda daha çox ehtiyac duyurdu. Tiran mülki həyatı yenidən hərbçinin nəzarəti altına sal­maq­la həm də bu ehtiyacı ödəyir, əhalini, ilk növbədə isə əlbəttə ki, kəndli kütləsini istismar zülmündən qurtararaq xalqa çevirir.

Əgər aristokratiyada dövlətin maddi təminatçısı rolunda kənd çıxış edirdisə, tiraniyada artıq bu öhdəlik həm də şəhərin üzərinə düşür. Əgər ilk öncə kəndin təhlükəsizliyinin təminatçısı əmir idisə, tiran indi kəndi şəhərin istismarından xilas edir.

Aristokratiya və tiraniya elə buna görə də bir-birindən təkcə hakimiyyətin suvereni rolunda bir adamın, yoxsa bir neçə ada­mın­ çıxış etməsi ilə deyil, həm də onların himayə etdikləri sosial məka­nın həcmi ilə fərqlənirlər.

Bununla yanaşı tiraniyanı və aristokratiyanı doğmalaşdıran əlamətlər də mövcuddur. Əgər aristokratiya cəngavər mədəniyyəti üzə­rində cücərən zadəgan mədəniyyətinin siyasi təcəssümüdürsə, tiraniya cəngavər mədəniyyətinin özünün siyasi təcəssümüdür. Cən­gavər və zadəgan mədəniyyətləri həm də subyektivist təbiətli ol­maq­la ümumi əsaslara malikdirlər və onların hər ikisi obyektivist təbiətli şəhər mədəniyyətinə yaddırlar.

Tiraniyada şəhərli bir tacir və sənətkar olaraq artıq möhkəm­lən­sə də, onun məiyyət durumunda qalan hissəsinin, tirani­ya­nın mey­dana çıxmasına qədər əhali üzərində müəyyən nüfuza, ey­ni zamanda həm də müəyyən mənada hakimiyyətə malik olan hissə­si­nin öncə malik olduğu status və müəyyənlik tiraniyanın meydana çıxması nəticəsində laxladılır, onun sözün həm yaxşı, də həm pis mə­na­larında məmur statusu və müəyyənliyi kəsb etməsinə doğru təka­mülü dayandırılır. Bu təkamülün, yəni məiyyət durumunda olan insanların məmur statusu və müəyyənliyi kəsb etməsinə doğru istiqamətlənən tarixi gedişin yenidən bir daha sosial gerçəklik amilinə çevrilməsi tiraniyanın bir dövlət forması olaraq böhran keçirdiyi dövrdə baş tutur. Belə ki, məmur statusunun siyasi ger­çək­lik­də yenidən yer alması tiraniyanın bir siyasi sistem olaraq təbiətinə zidd olduğu üçün, bu statusun dirçəldilməsinin bir zərurət olaraq etiraf olunması ilə tiraniya da öz tarixi inkişafının sonuna doğru gedir, öz mövcudluğunun böhran mərhələsinə qədəm qoyur.

Bu məqamı anlamaq üçün bir qədər öncəyə, səbəblərə qayı­daq. Tiraniyanın böhranı o zaman başlayır ki, tiran dövlət başçısı olsa da, artıq dövlət qarşısında duran real problemləri görə bilmir, gördük­də belə, onların həll olunma mexanizmlərini tapa bilmir. Hökmdar­dan gəlməli olan hökmlərlə bu problemləri həll etməli olan təbəə kütləsinin, ilk növbədə isə məiyyətin icraçılıq instinktləri hə­min hökmlərin yoxluğu şəraitində korşalmağa başlayır. Belə hal­da hökmdar onun iradəsini yerinə yetirməli olan məiyyət kütləsini öz iradəsinin qeyri-müəyyənliyi üzündən düzgün istiqamətdə, yəni döv­lət qarşısında duran real problemlərin həllinə yönəmli olan isti­qa­mətdə hərəkətə gətirə bilmir. Tiran idarə etmədən hökmranlıq et­diyi məqamdan başlayaraq onun hakimiyyəti bəzən hətta nominal xarakter də daşımağa başlayır. Çünki indi onun hökm vermək səla­hiy­yəti varsa da, düzgün hökm vermək qabiliyyəti və qüdrəti artıq yoxdur. Çünki “hökm vermək” artıq “idarə etmək” mənasını vermir, yalnız “hakimiyyətdə olmaq” mənasını verir.

“Hakimiyyətdə olmaq” və “idarə etmək” sözlərində daşınan mə­na­ların bu kontekstdə bir daha və bir qədər də aydınlaşdırılması məqsədi ilə linqvistik imkanlardan, xüsusən də rus dilinin linqvistik imkanlarından istifadə etmək faydalı olardı: rus dilində hakimiyyət­də olmaq mənasını verən властвовать, господствовать sözlərin­dən fərqli olaraq, idarə etmək mənasını verən править sözü daha yum­şaq səslənir və mənşə etibarı ilə də çox yəqin ki, düzgün şəklə salmaq, yoluna qoymaq mənasından törəmişdir. Belə ki, rus dilində idarə etmək mənasını verən править sözünün hərfi tərcümədə düz­gün mənasını verən правый, правдивый sözlərinə bənzəyişi görü­nür heç də təsadüfi deyildir. Править sözü yəqin ki yalnız forma etibarı ilə deyil, həm məna etibarı ilə, semantik olaraq, həm də mənşə etibarı ilə правый, правдивый sözlərinə yaxındır və son nə­ticədə düzgün şəklə salmaq, idarə edərək yoluna qoymaq, bir qədər qı­sa şəkildə ifadə olunsa və sadələşdirilsə, düzgün idarə etmək mə­nasını verir.

Hökmdar dövləti təkbaşına olaraq düzgün idarə etmək, yəni dövləti problemləri həll edə biləcək qərarlar qəbul etmək qüdrətini itirdikcə və eyni zamanda hakimiyyətin yeganə mənbəyi olaraq qal­dıq­ca cəmiyyətdə mövcud siyasi nizam pozulur, siyasi reallıq əda­lətin meyarlarından getdikcə daha çox uzaq­laşır.

Hökmdar burada öz qüdrəti ilə dövləti möhkəmləndirə bildiyi kimi, öz qüdrətsizliyi ilə onu zəiflədə də bilir.

Hökmdarın malik olduğu hüquqlar və imtiyazlar onların kö­mə­yi ilə yerinə yetirilməli olan vəzifələrdən, onların vasitəsi ilə həll edilməli olan problemlərdən ayrı düşdüyü üçün öz mənasını itirir, mənasızlaşır. Oynamalı olduğu, lakin oynaya bilmədiyi rol tiranın vəziyyətinə ikimənalı xarakter verir.

Hökmdar özünün bu ikimənalı vəziyyətindən xilas olmaq üçün öz keçmişini, öncə etdiklərini, tiraniyanın formalaşma dövrünü yad­daşın­da bir daha canlandırır, indiki böhran durumunun təsiri al­tın­da olub-keçənləri artıq tənqidi olaraq nəzərdən keçirir, nəyin düz­gün edildiyini, nəyin isə düzgün edilmədiyini aydınlaşdırmağa ça­lışır və bu aydınlaşdırma nəticəsində də öz fəaliyyət prinsiplərinə bəzi dəyişikliklər edir. Cəmiyyətin inkişafında öncə zərərli hesab et­di­yi və buna görə də qarşısını aldığı bəzi meyilləri indi ağlabatan hesab edir və onlara yeni həyat verir. Bu özünü xüsusən onda göstə­rir ki, tiraniyanın böhran mərhələsində hakimiyyət sahibi olan hökm­­dar məiyyətin məmur statusu kəsb etməsinə doğru istiqamət­lə­­nən tarixi-siyasi prosesi bərpa edir, daha konkret deyilərsə, məiy­yə­tin içərisindən seçdiyi bəzi şəxslərə müəyyən məsələləri onun hökmü olmadan müstəqil həll etmə hüququnu və məiyyətin digər hissəsi üzərində sərəncam vermə səlahiyyətini verir və bununla da yenidən məmur kütləsini formalaşdırır.

Məmur kütləsi yenə də məiyyətdən törəyir. Lakin məmur mə­iy­yətdən fərqli olaraq, müəyyən qərar qəbul etmək hüququna malik olması və məiyyətin bir hissəsi üzərində sərəncam vermə səlahiy­yəti əldə etməsi ilə yanaşı, həm də müəyyən bir fəaliyyət formasına bağlıdır. Məiyyətin fəaliyyət forması isə ümumiyyətlə qey­ri-müəy­yən­dir. Amma buna baxmayaraq, məiyyət kütləsi içəri­sin­dən bəzi insanlara məmur statusunun verilməsi və onlara məiyyə­tin yerdə qalan digər hissəsini faktiki olaraq idarə etmək hüququnun verilmə­si məiyyətin həmin o digər hissəsinin də müəyyən xidməti müs­təqil olaraq yerinə yetirmə istiqamətində ixtisaslaşması ilə para­lel baş ve­rir.

Məiyyətin ixtisaslaşması əsasən iki istiqamətdə baş verir. Mə­iy­yə­­tin bir hissəsi hökmdarın mükafatvermə alətinə, ümumiləşdiril­miş şəkildə deyilərsə, xəzinədara, digər hissəsi isə hökm­darın cəza­vermə alətinə, ümumiləşdirilmiş şəkildə deyilərsə, cəllada ayrılır. Or­­du­­nun özü də artıq bir xilaskar kimi deyil, daha çox cəzavermə aləti kimi çıxış edir. Əgər hökmdar cəlladın hökmdarı sifəti ilə xəzinəda­rı cəza qorxusu altında saxlayırsa, xəzinədarın hökmdarı sifəti ilə cəlladı mükafatla şirnikləndirir. Tiraniyanın bu son mərhə­lə­sin­­də siyasi hakimiyyət tədricən, bir tərəfdən, xüsusi məc­bu­­­riy­­yət aparatı­nı, digər tərəfdən isə xüsusi mükafatlandırma apa­ratını for­ma­laş­dı­rır, dövlət getdikcə genişlənməkdə olan institu­sio­nal forma alır. Tə­bəə­nin əvəz idealı hökmdarın əlində idarəetmə aləti olur.

Əvəz ideyasına təbəənin özü isə əlbəttə ki, hökmdardan daha artıq siyasi əhəmiyyət verir və bu ideyanın vasitəsi ilə daha artıq si­yasi əhəmiyyət əldə edir. Məiyyət ixtisaslaşma yönümündə təkamül etdikcə, məmur statusunun siyasi çəkisi getdikcə artır, çünki artıq ixtisaslaşmış konkret məmur və onun sərəncamında olan məiyyət dövlət üçün mühüm əhəmiyyət kəsb edən konkret işi digər insanlara nisbətən daha yaxşı görürlər, bu isə həm onların dəyərini və dövlət aparatında mövqeyini möhkəmlədir, həm də nəticədə dövlətin hərbi və mülki altsistemləri arasındakı nisbət də ciddi dəyişikliklərə uğradır. Tiraniya öz inkişafının böhran mərhələsinə daxil oluncaya qədər mülki əhalinin fəa­liyyəti ikinci dərəcəli əhə­miy­yətə malik idi. Əsas fəaliyyət sferası olaraq müharibə çıxış edirdi və ön planda da elə müharibə idi. Tiraniyanın böhranı zamanı o da aşkar oldu ki, mül­ki fəaliyyətin də əhəmiyyəti artmış, mülki həyat müharibə ilə eyni güclü olmuşdur.

Tiraniya cəngavər mədəniyyətinin siyasi təcəssümü olaraq ta­rix səhnəsinə çıxsa da, onun özünün tarixi inkişafının sonuncu, böh­ran mərhələsində hökmdar öz hakimiyyətini cəngavərlik ins­tinkt­ləri­nə meydan verməklə deyil, daha çox məmur instinktlərinə meydan verməklə möhkəmlənir və bu dövrdə o, artıq şəhərli həyat tərzinin hima­yə­çisi, cəngavər və qismən də zadəgan həyat tərzinin isə boğucusu, daha dəqiq deyilərsə, cəngavər və zadəgan ins­tinkt­ləri­nin istismarçısı sifəti ilə fəaliyyət göstərir, şəhərli kütlə­sinə isti­nad edir, hərbçinin, ordunun gücündən isə sui-istifadə edir.

Hökmdar şəhərlə irsi zadəganlıq və həqiqi cəngavərlik arasın­dakı ziddiyyəti bu dövrdə artıq şəhərin xeyrinə həll edir.

Şəhər ilk öncə hökmdarın möhtəşəmliyini və onun hakimiy­yəti­nin daha üstün olmasını nümayiş etdirmək, onun və onun ətrafı­nın firavanlığını, rahatlığını təmin etmək üçün meydana çıxmışdısa, indi şəhər artıq sanki bir müstəqil siyasət subyektinə çevrilməyə baş­la­yır və hökmdarın özünü də bu siyasətlə razılaşmağa təhrik edir. Bu hal isə özünü həm də onda göstərir ki, şəhərin getdikcə artmaqda olan maliyyə ehtiyaclarının ödənilməsi üçün əyalətlərdən daxil olan vergilərin miqdarı getdikcə artırılır və əyalətlərdən alınan vergilər paytaxta daxil olan sərvətin başlıca mənbəyi olduğundan əyalətlərin sayının artırılması üçün hökmdar müntəzəm olaraq yeni işğalçılıq müharibələrinə təhrik edilir. Hərb xilaskarlıq vasitəsi deyil, işğalçı­lıq vasitəsi olur.

Lakin, bununla belə, bu mərhələdə hökmdar şəhərlə irsi zadə­gan­lıq və həqiqi cəngavərlik arasındakı ziddiyyəti bütövlükdə şəhə­rin xeyrinə həll etsə də, həmin mərhələdə bir çox zadəganların da hökm­dar tərəfindən müdafiə edilməsi faktları tarixə məlumdur. Am­­ma bu faktlar tiraniyanın son, böhran mərhələsi üçün qanunauy­ğun­­luq­­­dan daha çox, istisnaları ifadə edir. Hökmdar tarix meydanın­da artıq məhz şəhərli iradəsinin ilkin siyasi ifadəçisi sifəti ilə görü­nür və şəhəri yenidən kəndin istismarçısına çevirir. Tiraniya bütün bunlarla da öz tarixi inkişafının sonuncu mərhələsində özünün əksli­yinə çevrilmiş olur.

Tiraniyanın sonda öz əksliyinə çevrilməsi öz ifadəsini həm də onda tapır ki, tiranın məiyyətə olan klassik münasibətindən fərqli olaraq, burada hökmdar artıq məmur kütləsinə münasibətdə məiy­yət psixologiyasının əvəz prinsipini, «hər kəs qəbahətlərinin müqa­bi­lində və ölçüsündə cəzalandırılmalı, xidmət­ləri­nin müqabilində və ölçü­sündə isə mükafatlandırılmalıdır» prinsipini əsasən ger­çəkləş­dirir.

Tiraniyanın klassik mərhələsindən onun son, böhran mərhələ­si­nə keçid ilk növbədə həmin bu məqamla, bir tərəfdən, cina­yət və cəza arasında, digər tərəfdən isə, xidmət və mükafat arasında mü­nasi­bətlərin birmənalılaşdı­rıl­ma­sı ilə səciyyələnir və şərtlənir. Məiy­yə­tin və xüsusən for­malaşmaqda olan məmur kütləsinin klas­sik mənada tirana olan nifrəti həm də onunla bağlı idi ki, tiran heç bir kəsə haqqı onun xidmətlərinin müqabilində və xidmətlərinin öl­çüsünə müvafiq vermirdi, verdiyi cəzanın ağırlığı da qəbahətin ağır­lığına müvafiq deyildi.

Tiraniyanın son mərhələsində hökmdarla məmur kütləsi ara­sın­da artıq formalaşan birmənalı xidmət-mükafatlanma münasibət­ləri son dərəcə mühüm bir siyasi hadisəni doğurur. Məmur bu mü­na­si­­bətlərdən müntəzəm ola­raq faydalanmaq xatirinə onların həmi­şə­lik saxlanılmasına çalışır və elə buna görə də məhz məmur hakimiyyətin irsi olmasını və bununla da monarxiyanın doğu­luşu­nu şərtləndirir.



İRSƏN VERİLƏN HAKİMİYYƏT:



MONARXİYA

Hökmdarla məmur kütləsi arasında tiraniyanın son mərhələ­sin­də formalaşan birmənalı xidmət-mükafatlanma münasibətləri ona gö­rə hakimiyyətin irsi xarakter kəsb etməsinə, başqa sözlə, monar­­xi­­ya­nın bir siyasi sistem olaraq formalaşmasına səbəb olur ki, döv­lə­tin xəzinəsindən müntəzəm olaraq öz payını alan məmur bu pay al­ma hüququnu gələcək üçün də qoruyub saxlamağı arzulayır, bun­dan ötrü isə hökmdarın hakimiyyətini daimi, irsi görmək istəyir və edir.

Hakimiyyətin irsi xarakter alması onun həm də hökmdarın özü üçün praqmatik qavranılması ilə, hakimiyyətin bir borc, vəzifə, xal­qın taleyi üçün məsuliyyət kimi deyil, səlahiyyət, hüquq, hökm­ran­lıq kimi qavranılması və qəbul edilməsi ilə bağlı idi. Elə buna görə də hakimiyyət öz inkişafının yalnız o məqamında irsi xarakter daşıma­ğa başlayır ki, bu məqam tiraniyanın son mərhələsinin, tira­ni­ya­nın böhran keçirdiyi mərhələnin bir məntiqi nəticəsi olaraq yer alır. Çünki məhz bu mərhələdə hökmdar üçün mühüm olan ədalət və xalqın taleyi deyildir, hakimiyyətdir.

Monarxiya tiraniyadan daha bir cəhəti ilə də fərqlənir. Bu cəhət tiraniyanın klassik mərhələsindən fərqli olaraq monarxiyanın insti­tu­sional xarakter daşımasıdır. Monarxiyada məiyyətin bir çox nü­mayəndəsi hökmdarın iradəsinə yalnız sadəcə olaraq bir şəxs ola­raq deyil, həm də bir vəzifə daşıyıcısı olaraq, bir məmur olaraq tabedir. Monarxiyada hər bir məmur tiran məiyyətindən fərqli ola­raq müəyyən vəzifə daşıyıcısı olduğu üçün məmurun yerinə yetirə­cəyi xidmət monarxın canlı iradəsindən daha çox, vəzifənin özünün xarakterindən irəli gəlir.

Monarxiya məhz bu cəhəti ilə tiraniyadan həm fərqlidir, həm də üstündür. Lakin monarxiyanın elə bir cəhəti də vardır ki, monar­xi­ya özünün bu cəhəti ilə nəinki tiraniyadan və ya despotiyadan, əs­lin­də hətta bəlkə respublikadan da üstündür. Monarxiyanın tira­niya­­dan, despotiyadan, əslində hətta respublikadan belə üstünlüyü isə on­dan ibarətdir ki, monarx ölkəni və xalqı tiraniyada olduğu kimi amansızlıqla eksperiment obyektinə çevirmir, despotiyada oldu­ğu kimi ölkəyə müvəqqəti olaraq işğal olunmuş və buna görə də talan edilməli olan bir ərazi kimi, xalqa isə təslim və kölə edilməli olan insan kütləsi kimi baxmır və ya respublika üsul-idarəsində olduğu kimi ölkəni və xalqı hətta heç ölkə və xalq ilə də siyasi sövdələşmə obyektinə çevirmir. Monarxiyanın tiraniyadan, despo­tiya­dan, əslin­də hətta respublikadan belə mütləq üstünlüyü isə on­dan ibarətdir ki, monarx ölkəni və xalqı özününkü hesab edir, özünə doğma bilir və doğma edir, özünün və nəslinin taleyinin ölkənin və xalqın taleyi ilə bağlı olduğu əqidəsindədir, buna görə də bütün gücü ilə ölkənin və xalqın inkişafının və yüksəlişinin qayğısına qalır.

Qayıdaq tiranın və monarxın müqayisəli təhlilinə.



Tiran yalnız öz ürəyinin hökmü ilə hərəkət edir, digərlərinin mövqeyi və mülahizələri, hətta ictimai rəy onun üçün əhəmiyyətə malik deyildir, onun özü ictimai rəyi yaradandır. Monarx üçün isə di­gər­lərinin rəyi, mövqeyi, hətta məsləhəti belə əhəmiyyətlidir. Üs­təlik monarxın xüsusi bir məsləhətverənə belə ehtiyacı vardır. Onun bu ehtiyacının ödənilməsi ilə isə siyasət meydanına yeni bir oyunçu çıxır və tarix həmin oyunçuya vəzir adını verir. Vəzir siyasət mey­da­nına öncə hökmdarın məsləhətçisi, müşaviri statusunda bir mə­mur olaraq daxil olur və siyasət meydanına daxil olduğu zamandan hökmdarın ən yaxın ətrafında birincilər sırasında olur, hətta tezliklə onun yaxın ətrafının birincisi olur. Lakin vəzir hökmdar sarayının hökmdarın özündən sonra ən mühüm siyasi siması olsa da, buraya məmur statusunda daxil olanların tarixən heç də birincisi deyildir, üçüncüsüdür. Saraya bir məmur olaraq vəzirdən öncə daxil olanlar və möhkəmlənənlər isə əlbəttə ki xəzinədar və cəllad statuslarını daşıyanlardır. Xəzinədar və cəllad statusları monarxiyaya tiraniya­dan bir miras olaraq keçir, amma monarxiyada köklü dəyişikliklərə uğ­ra­yır. Bu hal xüsusən xəzinədarın statusu ilə bağlıdır. Xəzinədar bir sosial-siyasi sima olaraq tiraniyanın böhran mərhələsində mey­da­na çıxmışdı və tiraniyanın klassik mərhələsinin kvartirmeys­te­rin sosial-siyasi statusunu əxz etmişdi. Əgər xəzinədar tiraniyanın böh­ran mər­hə­ləsində kvartirmeysterin tam həcmdə hüquqi-siyasi varisi idisə, monarxiyanın doğuluşu prosesində o, bu statusun xeyli hissə­si­ni artıq itirmişdi, qalan hissəsini isə indi vəzirlə bölüşmək məc­buriyyətindədir. Monarxın xəzinədarı tiranın kvartirmeysterin­dən ona görə daha az sosial-siyasi statusa malikdir ki, monarx tirana nisbətən daha az dərəcədə hərbçidir, və buna görə də mülki işlər, xüsusən maliyyə işləri ona bir o qədər də yad deyildir. Bu da mülkiyyətin idarə edilməsində xəzinədarın rolunu xeyli azaldır. Və­zi­rin siyasət meydanına çıxması ilə isə mülkiyyətin idarə edilmə­sində xəzinədarın öncə malik olduğu rol və təsir vəzirlə demək olar ki, yarıbayarı bölünmüş olur. Sonradan dövlət başçısının bilavasitə nümayəndəsi statusunda maliyyə və iqtisadi işlərə başçılıq edən yük­sək rütbəli şəxs olaraq vəkil vəzifəsinin təsis edilməsi ilə xəzi­nədar öncə malik olduğu siyasi əhəmiyyətini və ölkənin iqtisadi inki­şafındakı rolunu və təsir gücünü demək olar ki büsbütün itirir. Ox­şar siyasi təkamül cəllad statusu üçün də səciyyəvidir. Əgər tira­niyanın klassik mərhələsi cəza üsulu kimi yalnız ölüm cəzasını, fi­ziki işgəncəni, icbari əməyi (köləliyi) və əmlak müsa­dirəsi cəzası­nı tanıyırsa, tiraniyanın son, böhran mərhələsindən başlayaraq cəza növ­lərinin siyahısına həbs, azadlıqdan məhrum etmə, sürgün və cə­ri­mə cəzaları da əlavə edilir. Bununla əlaqədar olaraq daxili təyinatlı cəza ordusu yaradılır və cəllad öncə malik olduğu siyasi əhəmiy­yəti­ni demək olar ki itirir. İndi mühüm siyasi əhəmiyyət kəsb edən daha cəllad deyildir, daxili təyinatlı cəza ordusunun başçısıdır.

Monarx tirana nisbətən daha az dərəcədə hərbçi olduğundan, tiraniyadan monarxiyaya keçid mərhələsində müharıbınin yerini getdikcə daha çox diplomatiya tutmağa başlayır.



Tiranın və monarxın müqayisəli təhlilin davamına qaldıqda isə qeyd etməliyik ki, tiran və monarx arasındakı fərq yuxarıda söy­lənilənlərdən savayı həm də ondan irəli gəlir ki, əgər tiran məiyyəti bilavasitə idarə edirsə, monarx məmuru həm də qanun vasitəsilə idarə edir.

Qanunlar və hüquq, sözün tam mənasında, siyasi təkamülün yal­nız yuxarıda xatırlanan mərhələsində, tiraniyanın son, böhran mərhələsində formalaşır, elə bir mərhələdə ki, bunu monarxiyanın təşəkkül mərhələsi də adlandırmaq olar. Qanun yazılı hü­quq olaraq o halda tarix meydanına çıxır ki, hökmdarın iradəsi rasional müstə­vi­də artıq tam həcmdə yerinə yetirilmir. Bu isə əvvəla ondan irəli gəlir ki, hökmdarın rasional iradəsi dövlətin bir bütöv orqanizm kimi üzvi iradəsi ilə üst-üstə düşmür, ondan fərqlənir. Həmin bu fərq artdıqca isə dövlətin bir bütöv orqanizm kimi üzvi iradəsi hətta hökmdarın özü üçün də getdikcə daha artıq dərəcədə qeyri-müəyyən olur, onun sözü bu qeyri-müəyyən iradənin təsadüfi ifadəçisi oldu­ğun­dan, getdikcə azalmaqda olan entuziazmla qarşıla­nır, bununla da hakimiyyət öz təbiiliyini getdikcə daha çox itirir. İkincisi, bu mərhə­lə­də hökmdarın iradəsi əslində həm də əxlaqi hiss­dən, ədalət duyğu­sundan uzaq düşdüyü üçün o təbəə tərəfindən bir o qədər də ürəklə yerinə yetirilmir. Təbəənin əxlaqi hissləri və əda­lət duyğusu hökm­da­rın əxlaqi hisslərindən və ədalət duyğusun­dan kifayət dərəcədə fərqli olsa da, hökmdarın iradəsinin artıq əxlaq və ədalət prinsiplə­rin­dən uzaq düşdüyünü əslində hökmdar da, tə­bəə də ayrı-ayrılıqda özünəməxsus bir şəkildə olsa da hiss edirlər. Təbəə hökmdarın ira­də­sinə və siyasi instinktlərinə artıq bütün qəlbi ilə bağlı olmur və bu­na görə də hökmdarın göstərişlərini bəzən düz­gün anlamır, bəzən unudur və bəzən də qəsdən təhrif edir. Bəzən hətta gizli və min hiylə ilə olmuş olsa da hökmdarın sözünə məhəl qoyulmur, onun sözü getdikcə artmaqda olan etinasızlıqla qarşıla­nır, bunun mümkün olduğu bütün hallarda onun göstərişlərinə əslində barmaqarası baxı­lır. Lakin bu halın səbəbi yalnız təbəədə, və ya yalnız hökmdarda deyildir, bunun səbəbi həm də obyektiv şəraitdədir, siyasi təkamü­lün özünün xüsusiyyətlərindədir. Belə ki, tiraniyanın son, böhran mər­hələsi ərəfəsində dövlətin ərazisi və əhalisi işğallar nəticəsində həddindən ziyadə artdığı üçün, daha çox adamı idarəetməyə cəlb etmək, daha çox adama göstəriş vermək, daha çox adamın göstəriş­ləri necə icra etdiyi barədə hesabatlarını dinləmək, daha geniş miq­yasda vəziyyəti analiz etmək, çoxsaylı insanların taleyi ilə bağlı olan problemləri həll etmək üçün düzgün qərarlar qəbul etmək və bu qərarların çoxsaylı insanlar tərəfindən icrasına nəzarət etmək lazım gəlir. Bu isə bir adamın edə biləcəyin­dən daha çoxdur, o adam nə qədər qüdrətli bir hökmdar olmuş olsa belə, hətta tiran belə olmuş olsa da. Çünki hökmdar idarəetməyə cəlb olunan bu çoxsaylı insan­la­rın artıq heç də hamısını tanımır və tanıya da bilməz, heç də hamısının adlarını bilmir, hansına hansı tapşırığı verdiyini də heç də həmişə xatırlamır. Hökmdardan gələn tapşırıqlar həm də bunun nə­ti­cə­sində lazımınca yerinə yetirilə bilmir və yerinə yetirilmir. Belə halda hökmdar təbəə kütləsinin bir hissəsinin, ilk növbədə isə mü­rək­kəb iş görən hissəsinin ümumiyyətlə nə etməli olduğunu yazı­ya köçürtdürərək mütləq­ləşdi­rir və yazıya köçürülmüş öhdəliklərin mün­təzəm olaraq yerinə yetirilməsini onlara bir vəzifə olaraq tap­şırır və bununla da onları konkret məmur vəzifəsinə təyin etmiş olur. Hökmdarın iradəsi ra­sio­nal olaraq müəyyənləşdirilərkən və sank­­siyalaşdırılarkən isə onun sözü də öz əhəmiyyətini artırır, qanu­niləşir. Qanun hər şeydən öncə konkret məmur vəzifəsinə təyin olu­nan kəsin, vəzifə sahibinin yerinə yetirməli olduğu xidməti öhdə­lik­lə­rin təsvirini özündə ehtiva edir.

Qanunun meydana çıxması ilə hökmdarın hər bir təbəəyə ay­rı­ca tapşırıq verməsinə, və deməli ki, təbəənin hər birini şəxsən tanı­ma­sına, onların şəxsi adlarını bilməsinə və bu səbəbdən də konkret tap­şı­rığı onlardan hansı birisinə verdiyini təfərrüatları ilə xatırla­ması­na ehtiyac qalmır. Hökmdar artıq ayrıca şəxsə sadəcə olaraq bir ayrıca şəxs kimi tapşırıq vermir, ayrıca şəxsi vəzifəyə təyin etməklə ona tapşırıq vermiş olur. Hökmdar üçün indi icraçının adı onun yal­nız şəxsi adı deyildir, həm də hökmdar tərəfindən ona verilən addır, yəni onun vəzifəsinin adıdır. Qanunun meydana çıxması ilə tapşırığı hökmdar artıq heç də bütün hallarda konkret şəxsə, konkret şəxsi ad daşıyıcısına deyil, həm də konkret vəzifə daşıyıcısına verir.

Qanun isə hər şeydən öncə vəzifə sahibinin yerinə yetirməli olduğu öhdəlikləri fiksasiya edir. Qanun ümumi adlar vermək, yəni vəzifə təsis etmək əsasında təbəəyə ümumi tapşırığın verilməsi ehti­ya­cın­dan yaranır və bu ehtiyacı ödəyir. Qanunun meydana çıx­ma­sı ilə monarx artıq ümumi tapşırıqlar verərək idarəetmənin öh­də­sindən daha asanlıqla gəlir.

Monarx tirandan fərqli olaraq, qanun vasitəsilə idarə etdiyin­dən, monarxın özü bütün hallarda ya bilavasitə qanunvericidir, ya da onun qanunvericiyə ehtiyacı vardır.

Monarxın qanunvericiyə ehtiyacını tarixən ilkin olaraq ödə­yən isə onun yaratdığı və fəaliyyətini öz nəzarəti altında saxladığı


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin