ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ


prezident sözü Azərbaycan dilinə tərcümədə öndə, qabaqda oturan mənasını verən latın mənşəli praesidens



Yüklə 3,52 Mb.
səhifə37/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   29   30   31   32   33   34   35   36   37
    Bu səhifədəki naviqasiya:
  • İncil
prezident sözü Azərbaycan dilinə tərcümədə öndə, qabaqda oturan mənasını verən latın mənşəli praesidens sözüdən yaradılsa da, prezident sözünü heç də nə latın dilində danışan qədim romalılar, nə də latın dilini özlərinə elmi dil kimi qəbul edən orta əsr avropalıları yaratmamışlar, bu sözü bir siyasi status ifadəçisi olaraq Yeni dövrün siyasi mütəfəkkirləri, daha konkret deyilərsə, müasir dünyanın ən qüdrətli oliqarxlarının özlərinə dayaq bildikləri, güvəndikləru dövlətin, Amerika Birləşmiş Ştatlarının qurucuları yaratmışlar. Prezident institutunun məhz prezident adi ilə dəfə məhz Amerika Birləşmiş Ştatlarının siyasi gerçəklikdə yer al alması da görünür heç də təsadüfi deyildir. Qədim Romada bu statusda vəzifə olaraq konsulun vəzifəsi göstərilə bilər.

1 Ən azı İncilin orijinal mətninin yunan dilində olması bunu deməyə imkan verir. Elə incil sözünün özü də yunan mənşəlidir. İncil və ya orijinalda olduğu kimi, euangelion sözü yunan dilindən mücdə, xeyirxəbər deməkdir. Həmin mücdə, xeyirxəbər isə Yer üzərində ilahi padşahlığın, ilahi quruluşun, yəni müasir terminlərlə deyilərsə, teokratiyanın yaradılacağı barədə xəbərdir. Yeri gəlmişkən qeyd edim ki, yunan mənşəli olan, yunan dilində tanrı mənasını verən theos sözü ilə hakimiyyət mənasını verən kratos sözünün birləşdirilməsindən əmələ gələn, bütövlükdə yunan dilindən tərcümədə, elə kontekstdən də göründüyü kimi, tanrının hakimiyyəti mənasını verən teo­kratiya sözü transsendentləşdirilmiş iradəni ifadə etmək üçün son dərəcə uğurlu termindir, xüsusən imperiyasonu və postimperial siyasi duruma tət­biqən.

1 J.Dorst soyadlı bir fransız alimi Roma imperiyasının çökməsini də həmçinin ekoloji səbəblə bağlamışdır: antik dünyanın son sivilizasiyası Aralıq dənizi ətrafını səhraya döndərmiş, torpağın eroziyası keçmişin böyük imperiyasının dağılmasını qabaqcadan şərtləndirmişdir.

1 Roma imperiyasının çökməsi dövründə belə bir qarşıqoyulma Avqus­tinin dili ilə ifadə olunur. Avqustin insanın hakimiyyətinə qarşı Tanrının hakimiyyətini qoyur. İlahi iradənin ictimai ədalətsizliyə və zorakılığa qarşı qoyulmasından çıxış edərək, Avqustin insan cəmiyyətinin inkişafını Tanrının tərəfdarları ilə əleyhdarlarının mübarizə tarixi kimi qiymətləndirir.

2İdeal himayəçinin malik olmalı olduğu xüsusiyyətlər Tanrının xarakteristi­ka­sın­da aşkar bir tərzdə sezilir. Tanrının keyfiyyətləri onun səciyyələndiril­mə­sində­ki çoxcəhətlilikdə əks olunur: Tanrı kamildir, qüsursuzdur, haqdır, həqiqiliyi şübhə alına bilmədiyi üçün, müqəddəsdir, vahiddir, fövqəltəbiidir, laməkamdır, əbədidir, yaradılması və məhvi mümkün deyildir, dərk­edil­məzdir, bütün biliklərə sahib olduğundan müdrikdir, rəhmlidir, şəfqətlidir, ədalətlidir, qadirdir, qüdrətlidir, dünyanın sahibidir. Tanrının keyfiyyətləri onun yalnız səciyyələndirilməsində müşahidə olunan çoxcəhətlilikdə deyil, onun həm də adlandırılmasında müşahidə olunan çoxcəhətlilikdə əks olunur: Tanrının çox­saylı səciyyələri onun çoxsaylı adlarına uyğun gəlir. Bizim doğma islam təfəkkür ənənələrində də Tanrının bir çox adları vardır: səməd (əbədi), rəhman (rəhmli), haqq (ədalətli), rəbbülaləmin (dünyaların ağası) … Bütün bu xarakte­ristikalar eyni zamanda himayəyə möhtac olan kəsin himayəçidə görmək istədiyi əlamətlərdir.

1 Bütövlükdə cəmiyyətin həyat tərzi müqəddəs yazılara keçirilərək kanonlaş­dırılır. Belə həyat tərzinin fövqəltəbii şə­kildə insanların səadət idealları ilə onların real dün­yadakı vəziyyəti arasındakı fərqi aradan götürəcəyi qəbul olunur. İdeal gerçəklikdən ayrıldığından real dünya illüziyaya çevrilir. İnsanın həqiqi mahiyyəti onun hisslərlə qavranılan dünyadakı real mövcudluğuna qarşı qoyulur. Bununla əlaqədar Avropa orta əsr sxolastikasının əsas anlayışlarından biri olan «essentia» («mahiyyət») anlayışının «existentia» («mövcud olma») anlayışına əks kontekstdə nəzərdən keçirilməsinin heç də təsadüfi olmadığına əmin ola bilərik.

1 Əgər hadisələr arasında səbəbiyyət əlaqəsi varsa, təbii olaraq ilk səbəbə də ehtiyac olmalıdır. Həmin ilk səbəb isə Tanrıdır. Bu, Tanrının varlığını sübut etmək məqsədini öz qarşısına qoymuş məntiqi izahların ən geniş yayılan­larından biridir. Lakin dinin hökmranlığı dövrünün mütəfəkkirləri determinizm prinsipi əsasında təbiəti deyil, yalnız Tanrını, qimən də insan həyatını mənalan­dı­rır­dılar. Dinin hökmranlığı dövrünün mütəfəkkirləri başlı­ca olaraq transsen­dent xarakter verdikləri günah və əzab, savab və bərəkət kimi əxlaqi sərvətlərlə bağlı problemləri həll etmək niyyətində olduqlarından, təbiət haqqında, maddi səbəblər haqqında fikirlər onların diqqət mərkəzindən kənarda qalırdı. Maddi dünya mənəvi dünyanın əzəməti qarşısında kiçilir, ölgünləşirdi.

2 Əgər aris­tokratik dini təfəkkürdə dünyanı hərəkətə gətirən səbəb dünyanın özündən ayrıla bilməyən ruhudursa, rəiyyətin dini təfəkküründə belə bir səbəb mövcudata transsendent olan yaradıcı başlanğıcdır: Kainat da, insan ruhu da Tanrının bircə ol kəlməsi ilə yaranmışdır. Tanrını yaradıcı başlanğıc kimi səciyyələndirən fəlsəfə öz başlanğıcını Sokratdan götürür. Ənənəvi olaraq Platonun adı ilə bağlanan ideyalar real və dəyişməz olmaqla yanaşı hisslərlə qavranılan dünyada öz təcəssümünü tapmalıdırlar. İdeya həmişə nəyinsə haqqında olduğu üçün yoxluqdan varlığa keçidi müəyyənləşdirən yaradıcılıq aktı labüddür. «Fikir insan ruhundan qeyri bir yerdə yarana bilərmi?» sualına cavab verərkən Sokrat Tanrıya iqtibas edir: əgər hansısa öz-özlüyündə bilik mövcuddursa, o bizim biliklərimizdən çox mükəmməldir, Tanrıdan başqa heç kəs bu biliyə sahib ola bilməz. (Платон. Парменид. - Соч. т. М., 1970, с. 414.)

1 Zadəgan eləcə də təbiətdə müşahidə olunan məqsədyönümlülüyün immanent anlaşılmasına üstünlük verdiyi halda, rəiyyət bu halda da transsendent anlama üstünlük verir. İmmanent teleologiyadan transsendent teleologiyaya keçid Avropada Foma Akvinalı tərəfindən həyata keçirilir.

2 Avqustin Avropa üçün məhz bu missiyanı həyata keçirdi. O, insan təbiətini dərindən öyrənməklə ruhun ənginliklərində yurd salmış həqiqəti aşkara çıxarmağı özünün intellektual ehtiyaclarının məqsədinə çevirdi və bununla da, mahiyyətin transsendentliyi ideyasından mahiyyətin immanentliyi ideyasına qayıt­dı. İnsan, öz ilahi mahiyyətindən uzaqlaşdıqca nadanlaşır, bu mahiy­yəti dərk etdikcə, ona yaxınlaşdıqca isə kamilləşir, haqq yoluna, Tanrı yoluna qayıdır. Görünür elə Avqustinin özü dünyanı həmin bu haqq yoluna, Tanrı yoluna qaytaran kəs olaraq artıq Qərbi Avropada, Qərbi Roma İmperiyasının xarabalıqları üzərində teokratiyanın qurucusu oldu.

1 Amma bu qətiyyən kişinin qadına nisbətən üstünlüyündən xəbər vermir. Əgər qadının özü kişinin yalnız nisbi, sosial himayə məkanına qatılmış olursa, bir qədər sadə şəkildə deyilərsə, onun sahib olduğu evdə məskunlaşırsa, amma kişinin bütün nəslinin gələcəyi, nəslin gələ­cək taleyi, həmçinin də onun öz valideynlərindən və valideynləri vasi­təsi­lə əcdadlarından əxz etdiyi qan yaddaşı, onun məxsus olduğu nəslin demək olar ki, bütün həyat təcrübəsi, əbədiyyətin onun təhtəlşüuruna həkk olunmuş izləri əbədiyyətin qoynunda yaşadılmaq üçün hələ ki yalnız qadının bətnində, hələ ki yalnız qadının sahib olduğu mütləq hi­ma­yə məkanında etibarlı sığınacaq tapa bilir. Kişinin, eləcə elə qadının da qan yaddaşı hələ ki yalnız qadında daşınan bu mütləq himayə məka­nı­na etibar edilə bilir. Texnika hələ ki qadının təbii təyinatını mükəm­məl­liklə yerinə yetirməkdən çox uzaqdır.

1Fərdi insan ömrünün təbii inkişaf mərhələləri ilə fəsillərin təbii ardıcıllığı arasındakı analogiyanın çox gözəl təsviri ilə biz bu vaxta qədər daha çox incəsənətdə rastlaşmışıq. Fərdi insan ömrünün mərhələləri ilə fəsillərin ardıcıllığı arasındakı uyğunluğun ən uğurlu bədii həllərindən birini dahi Azərbaycan heykəltəraşı Ömər Eldarov özünün «Ömrün dörd çağı» adlı əsərində vermişdir. Fərdi insan ömrünün təbii inkişaf mərhələlərini təqvimi kontekstdə verən bədii həll bu mərhələlərin həmçinin həm fəlsəfi, həm də siyasi-fəlsəfi kontekstdə mənalandırılmasına əslində bir işıq salır.

1 Tiranizm çox zaman insanın onu sevənlər əhatəsində olduğu zaman baş verir.

1 Ömrün payız çağını yaşayan insan sanki ağacdan qopub yerə düşən bir meyvəyə, bir məhsula bənzəyir ki, onun da yeganə həyati təyinatı daxilindəki tumları qidalandırmaq və onları dünyanın istisindən-soyuğundan qorumaqdır.


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin