ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə36/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   29   30   31   32   33   34   35   36   37

The summary

Aristocraticism is a primary and initial principle of political thin­king. Acquiring potestar character the political thinking creates his­torical versions of distortion of political essence. The state re­aches conformity to the essence only in that case, when it realizes the idea of natural predestination of each personality, i.e. when it is based on principles of aristocratic political thinking. And, functioning on the basis of potestar political thinking the state contradicts its essence. If the aristocratic political thinking implements simul­ta­neously social and human essence, potestar political thinking en­slaves also simultaneously both social and human essence. If the aristocratic political thinking proceeds from immanent feeling of human dignity, the potestar political thinking emphasizes necessity of outward greatness of power. If the aristocratic political thinking proceeds from moral absolutism, the potestar political thinking basically has pragmatical character.

The state is not formed by building power or government bo­di­es. The state is much more notable and much more majestic phe­no­menon, than power or government bodies. The state for the first time was formed not as a power system, and as a protecting sys­tem.

Each state passes a path from a becoming aristocraticism up to its attrition. Democratism arises in connection with its partial at­tri­tion. The full attrition of political aristocraticism causes the end of the state.

The state, moving in the direction of the natural fall, breaks up to the constituents. Army turning to nomads disperses all over the world; the communities again become helpless and are exposed to violence and injustice. With impatience building the state which is capable to defend the truth and justice is expected.


Kitabın içindəkilər

Bİrİncİ nəşrə sözönü. Fəlsəfəmizdə yeni bir səhifə (akademik Firudin KÖÇƏRLİ) 4
MÜƏLLİFDƏN ÖN SÖZ 8
Ötən ƏSRLƏRDƏN QOPUB GƏLƏN SƏDALAR: MÖVZU ƏTRAFINDA XƏYALİ mükalİmə 9
Fəlsəfənin siyasətə münasibəti necə olmalıdır? Dövlətin mənşəyi məsə­ləsində filosofların hansı mövqeləri var? - Fəlsəfi müdriklik və siyasi qə­tiyyət arasındakı münasibətlər necədir? – Vətəndaş cəmiy­yətinin siyasi rolu ilə bağlı məsələdə filosoflar hansı mövqeni tuturlar? - Bəs, hakimiyyət, qanun, tiraniya, inqilab və müharibə, respublika və demokratiya, kütlə və elita məsələlərində necə?
MÜQƏDDİMƏ 54
Siyasətin fəlsəfəsi fəlsəfi sistem kontekstində. - Hər bir tamam­lanmış fəlsəfə ideal duyğusundan baş­la­yır, siyasi fəlsəfədə isə başa çatır. İdeal duyğusu fəlsəfənin başlanğıc məqamı, ilk sözü, Siyasətin fəlsəfəsi isə – onun son sözüdür. İdeal duyğusundan məhrum olan kəs heç zaman filosof ola bilmədiyi kimi, eləcə də siyasəti öz diqqət dairəsindən kənarda saxlayan filosofun fəl­səfəsi sona çatdırılmamış, tamam­lan­ma­mış qalır. - Estetik müqəddimə (57-61). - Ontoloji mü­qəd­dimə (61-63). - Epistemoloji müqəddimə (63-64). - Etik müqəd­dimə (64-68). - Siyasi fəlsəfənin ilkin təqdimatı(68-69).


İkİ sual 67

Fəlsəfə və siyasətin qarşılıqlı münasibətləri ilə bağlı məsələyə dair iki sual diqqət mərkəzində saxlanılır. Bu suallardan birincisi adi şüurdan, ikincisi isə siyasi fəlsəfədən doğulur: Adi siyasi şüurun siyasi fəlsəfəyə ünvanladığı sual: Fəlsəfə hamının çirkin iş kimi tanıdığı siyasətlə əl-ələ verərkən öz gözəllik və mükəmməlliyini itirmirmi? Siyasi fəlsəfənin adi siyasi şüura ünvanladığı sual: Fəl­səfəyə etinasızlıq göstərən hakimiyyət, zəkaya etinasız olan iradə qüdrətli ola bilərmi?


BAŞLICA SİYASİ DOKTRİNALAR VƏ ONLARIN TARİXİ MƏZMUNU 77
Siyasi fikrin təşəkkülü və inkişafı cəmiyyətin özünütəş­kilat­landırma zərurətindən doğulur və hər bir mükəmməl si­yasi dok­trina nəticə etibarı ilə cəmiyyətin bu və ya digər formada özünütəş­kilatlandırmasının nəzəri əsasını verir. - Kommunistik siya­si doktrina: Melye – Russo - Morelli – Mabli – Baböf – Furye – Sen-Simon – Lamenne – Kabe. - Tiranik, demo­kratik, aristokratik siyasi doktrinalar və onların tarixi inkişaf yolları.
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN İRADƏ ÖN PLANDA: SİYASİ ARİSTOKRATİZM 157
Aristokratizm və siyasi aristokratizm nədir? Zadəgan kimdir və onun tarixi missiyası nədədir? Zadəgan rəiyyətdən nə ilə fərqlənir? Bəs, həqiqi dövlət necə olur? Zadəgan dövlət ideyasını özündə necə təcəssüm etdirir? Cavablar isə təxminən belədir: Dünyanı, ilk növ­bədə isə sosial dünyanı, cəmiyyəti xaos­dan, anarxiyadan xilas et­məyi, ədalətli cəmiyyət qurmaqla Yer üzə­rində ilahi nizamı bərqərar etməyi, və bununla da, həyatı gö­­zəl­ləşdirməyi özünə borc bilən in­san zadəgandır.
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN İRADƏNİN İLKİN SİYASİ TƏCƏSSÜMÜ: HİMAYƏ DÖVLƏTİ 163
Dövlət, marksizmin hesab etdiyi kimi mülkiyyətə malik olan sinfin mülkiyyətdən məhrum olan sinif üzərində, kobud deyilərsə, varlının kasıb üzərində hökmranlıq aparatı kimi meydana gəlməmişdir. Siyasi hakimiyyətin iqtisadi hökmranlıqdan doğuluşu ilə bağlı marksist müddəa nədən dövlətin mənşəyi probleminə tətbiq oluna bilmir? Dövlətin doğuluşu üçün əslində nə səciyyəvidir? Himayəmi, yoxsa hökmranlıqmı? Zorakılıq­dan xilas etməmi, yoxsa zorakılıqmı? Zadəganlıqmı, yoxsa hökmdarlıqmı?
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN İRADƏNİN ARXA PLANA ATILMASI: DÖVLƏT HAKİMİY­­YƏTİ 179
Hakimiyyət nədir? Hökmdarın tarixi mənşəyi kimdir? Hökmdarmı məiyyət kütləsini formalaşdırır? Yoxsa, əksinəmi? Hökmdar-məiyyət münasibətləri əmir-sıravi münasibətlərindən nə ilə fərqlənir? Haki­miyyət və mülkiyyət arasındakı gizli bağlar hansılardır? Himayə dövlə­tinin dövlət hakimiyyətinə doğru təkamülü öz baş­lanğıcını məiyyət kütləsinin yaradılmasında tapır. Məiyyət özgə iradəsinin icraçısı kimi meydana gəlir və meydana gəldiyi tarixi andan bəri öz fərdi iradəsini kütləşdirir.
ZƏBT EDİLƏN HAKİMİYYƏT: TİRANİYA 188
Tiraniya siyasi hakimiyyətin ən aşkar, ən xalis və yəqin ki, elə ən ilkin tarixi formasıdır. Əgər hakimiyyət ümumiyyətlə bir adamın öz iradəsini başqa bir adama qəbul etdirməsidirsə, tiraniyada həmin bu başqa adam rolunda ölkənin bütün əhalisi çıxış edir. Tiraniya bu­nunla da əslində siyasi hakimiyyətin özünü formalaşdırır. Tiranizmə zərurət yaradan tarixi şərait hansıdır? Tiranizmin mövcudluğunu bəraətləndirən tarixi şərait hansıdır? Bəs, tiranizmin sonunu şərtləndirən tarixi şərait hansıdır?
İRSƏN VERİLƏN HAKİMİYYƏT: MONARXİYA 199
Monarxiyanın hökmdarla məmur kütləsi arasında müvazinət for­ma­sı kimi səciyyələndirilməsi özünü doğruldurmu? Qanun ideyası nə üçün siyasi təkamülün məhz monarxiya mərhələsində ortaya atılır? Hakimiyyətin irsi­liyini şərtləndirən amillər hansı­lardır? Bəs, tiran-məiyyət münasibətləri ilə monarx-məmur münasi­bətləri ara­sındakı fərq nədədir? Monarxizmin bir siyasi qurum ola­raq tükən­məsinə, əhəmiyyətinin azalmasına və arxa plana atılma­sına səbəb olan nədir?
PAY VERİLƏN HAKİMİYYƏT: POLİTİYA 219
Dövlət qarşısında duran problemlərin həllinin mürəkkəbləşməsi ilə bağlı dövlətin idarə olunmasının da mürəkkəbləşdiyi şəraitdə hökmdar daimi hərəkətini öz real nəzarətində saxlaya bilmədiyi dövlət aparatını və onun məmur kütləsini ayrı-ayrı hissələrə bölür və həmin hissələr üzərində hakimiyyəti digər insanlarla bö­lüşdür­mək məcburiyyətində qalır. Beləliklə, althakimiyyət strukturları ya­ra­nır. Hökmdarla məmur kütləsi arasındakı sərəncam verən – icra edən münasibətləri tədricən itirilir.
VƏDLƏ ALINAN HAKİMİYYƏT: DEMOKRATİYA 234
Demokratiya nədir? Dövlətin demokratikləşməsi prosesi necə baş verir və onun əsas mərhələləri hansılardır? Tam demokratiya tam xoşbəxtlik­dirmi? Demokratiya o şəraitdə formalaşır ki, hakimiyyət mənşəyi etibarı ilə təbəəlikdən törəyən şəhərli kütləsi üzərində öz nəzarətini tədri­cən itirməyə başlayır, şəhərli kütləsi ilə hakimiyyət arasında subor­dinasiya münasibətləri itir, hakimiyyətdən qopub ayrılan vətəndaş cəmiyyəti formalaşır.

HAQQI ÖDƏNİLMƏKLƏ ALINAN HAKİMİYYƏT: OLİQARXİYA 244
Oliqarxiya formalaşarkən burjuanı real olaraq öz nəzarətində saxlaya bilən, iqtisadi cəhətdən ən qüdrətli olan iri sənaye və maliyyə maqnatları ilə ordunu real olaraq öz nəzarətində saxlaya bilən komandan arasında ilkin olaraq dövlətin yaranması zamanı cəngavər tayfa və kənd icması arasında əldə olunmuş razılaşmaya bənzər razılaşma əldə edilir. Bu razılaşmaya görə maddi təminat funksiyasını iri maqnatlar, mühafizə funksiyasını isə komandan öz üzərinə götürür.
MİLLİ MƏNSUBİYYƏTİN VERDİYİ HAKİMİYYƏT: İMPERİYA 301
İmperializm nə üçün industrial olaraq inkişaf etmiş ölkələrdən doğulur? Qlobal problem ideyasının arxasında vahid bir imperiya həsrəti gizlənmirmi? Metropoliya olmaq iddiasını özündə daşıyan ölkələrin siyasi abi-havası koloniya olmaq həsrəti ilə yaşayan ölkələrin siyasi abi-havasından nə ilə fərqlənir? Məhkum xalq olmaq zorakılığınmı nəticəsidir, yoxsa təbii istəkmi? - İmperializm dikta­tura rejimindən törəyir və mahiyyət etibarı ilə diktaturanın milli sər­hədləri aşmasını ifadə edir.
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN İRADƏNİN TRANSSENDENTLƏŞDİRİLMƏSİ: TEOKRATİYA 305
Kolonializm şəraitində xalq rəiyyət olaraq himayə olunmadığı üçün bəndə olaraq himayə olunmaq istəyir. Xalqın rəiyyətlik duyğu­su korşalır, bəndəlik duyğusu isə son dərəcə inkişaf edir. Din çox zaman görünür elə buna görə də məhz kölə xalqın içərisində formalaşır. Dünyanı ədalətliləş­dir­mək missiyası bu zaman insan üzə­rindən götürülərək bütövlükdə Tanrı üzərinə qoyulur, bu isə si­ya­si aristokratizmin tükənmə əlaməti kimi çıxış edir.
MONOLOQUN SON NİDALARI: mükalİmə ÖNCƏSİ TEZİSLƏR 317

ƏSRİMİZİN İLK ƏKS-SƏDALARI: MƏZMUN ƏTRAFINDA

CANLI mükalİmə 362

sözARDI ƏVƏZİNƏ: Kitab üzərində düşüncələr (fəlsəfə elmləri dok- toru Tahirə ALLAHYAROVA, fəlsəfə elmləri namizədi Müşfiq ŞÜKÜROV) 425

MƏNBƏLƏR 431

ADLAR GÖSTƏRİCİSİ 440

PREDMET GÖSTƏRİCİSİ 451

РЕЗЮМЕ 453

SUMMARY 457


Adil İsgəndər oğlu Əsədov

SİYASƏTİN FƏLSƏFƏSİ:

mahiyyətin gerçəkləşdirilməsinə yönələn iradə və onun tarixi təkamülü

(siyasət və cəmiyyət spiritualist aristokratizm fəlsəfəsi kontekstdə)

Адиль Искендер оглы Асадов

ФИЛОСОФИЯ ПОЛИТИКИ:

воля к осуществлению сущности и ее исторические судьбы в контексте философии спиритуалистического аристократизма


Adil Iskender oglu Asadov

PHILOSOPHY OF POLITICS:

the will to realization of essence and its historical destiny in a context of philosophy of spiritualistic aristocratism


Dizaynerlər: Həbib Hüseynov, Tural Əsədov


.

29 ç.v. Tiraj - 500 nüsxə. İkinci buraxılış - 400 nüsxə





1 Xatırladaq ki, kosmosentrizm – dünyanın öz mahiyyətinə uyğun bir şəkildə qurulduqda həqiqiləşməsi və gözəlləşməsi prinsipidir.

1 Durant W. The Story of Philosophy. The Lives and Opinions of the Grea­ter Philosophers. N.Y., 1933, p.8.

1Bur­jua­laşma əslində şəhərli kütləsinin siyasi hakimiyyətdən for­mal və eləcə də qeyri-formal olaraq müstəqilləşməsi kimi anlaşıla bilər.

1 Durant W. The Story of Philosophy. The Lives and Opinions of the Greater Philosophers. N.Y., 1933, p.7.

1 İ szin («Dəyişikliklər kitabı»), Şi szin («Nəğmələr kitabı»), Şu szin («Tarix kitabı»), Li szi («Adətlər haqqında qeydlər»), Çun-tsyu («Bahar və payız»).

2 Xüsusən, Şi szinə və Şu szinə.

1 Ümumiyyətlə, qeyd oluna bilər ki, Çin siyasətçisi öz müasir prob­lemlərinin həllini ilk növbədə öz tarixində axtarır. Tarixə inam, keçmişə rəğbət, qədimlər qarşısında ehtiram (qu) ümumiyyətlə Çin siyasi təfək­kürü üçün səciyyəvidir. Konfusi və konfusiçilik isə konkret olaraq mü­ba­rizə aparan məmləkənlər dövründən əvvəlki tarixi, cəngavər-zadə­gan ruhunun hökmran olduğu tarixi, bütün Səmaaltının Səmavi İradə əsasında, yəni mütləq ədalət zəminində qurulduğu dövrü, cəmiyyətin ədalətin mücəssəməsi olduğu eranı ideallaşdırdı.

1 Tszo çjuanQo yuy.

1Çin dilində, hökmdar, daha doğrusu, şah.

1Legizmin bu müddəası Xruşşovun bir «məşhur», dillərdə əzbər olmuş ifadəsini xatırladır. Stalinin amansız iradəsi ilə möhkəmlənən Sovet dövləti haqqında Xruşşov demişdi: У нас такое государство, что им каждый дурак может править.

1 Yeri gəlmişkən, qeyd oluna bilər ki, qədim Yunanıstanda demokra­tiz­mlə barışmazlıq təkcə şi­maldan Balkan yarımadasına axaraq Qədim Yunanıstanı ya­ra­dan nəsillərdən törəyən irsi aristokratiya üçün deyil, həm də aborigen mən­şəli nəsillərdən törəyən icma mədəniyyəti daşı­yı­­cı­ları üçün səciyyəvi idi. Bu mədəniyyətin ən görkəmli nüma­yən­dələrindən və ifadəçilərindən olan Sokratın demokra­tiya­ya münasibəti yuxarıda təfsilatı ilə şərh olunmuşdu.

1 Hobbsun demokratiya əleyhinə argumentləri Ötən əsrlərin mükali­mə­sində göstərilmişdir.

1Yeri gəlmişkən, onu da qeyd edim ki, Anaksaqor antik dünyanın təqib­lə­rə məruz qalan son filosofu deyildi. Bu mənada onun taleyi Protaqorun, Sokra­tın, Aristotelin, Boetsinin taleləri ilə ümumilik təşkil edir.

1“Politologiya” ifadəsi qədim yunan mənşəli sözlərdən (πολιτικά və λογος kimi yazılan iki sözdən) yaradılsa da, bu ifadəyə həmin sözlərin Qədim Yunanıstanda daşıdıqları mənaların məntiqi sintezindən yaranan məna verilməmişdir. Məlumdur ki, πολιτικά sözü Qədim Yunanıstanda “ümumdövləti”, müasir qərb siyasi terminologiyası nöqteyi-nəzərindən “ümummilli” problemlər, “ictimai işlər” mənasını daşımışdır, λογος sözü isə ümumən məlum olduğu kimi söz, təlim, elm, hətta məntiq mənalarını daşımışdır. Deyilənlərdən belə ğörünür ki, əgər “politologiya” ifadəsinə onu bir düzəltmə söz kimi əmələ gətirən sözlərin ilkin, əzəli mənalarının, yəni Qədim Yunanıstanda daşıdıqları mənaların məntiqi sintezindən yaranan məna verilsəydi, onda bu ifadə “ümummilli problemlər haqqında təlim” mənasını, və ya “ictimai işlər haqqında təlim” mənasını vermiş olardı. Buradan isə politologiyanın əsas vəzifəsi “ümummilli problemlərin həllidir” deyə düşünmək olardı. Amma “politologiya” ifadəsi Yeni dövr siyasi təfəkkürü nöqteyi-nəzərindən dəyərləndirildiyindən, onun əsas predmeti kimi siyasi hakimiyyət, onun yaradılması, ələ keçirilməsi, fəaliyyət xüsusiyyətləri və cəmiyyət içərisində yayılmasının forma və metodları qəbul edilir. Məhz bu mənanın daşıyıcısı olaraq politologiya müstəqil akademik fənn olaraq XIX əsrin sonlarında formalaşmışdır. Onun ilk kafedraları Qərbi Avropada və ABŞ-da meydana çışmışdır. Azərbaycanda ilk politologiya kafedraları Azər­bay­canın müstəqilliyi ərəfəsində yaradılmışdır. Belə bir məqamı da qeyd etmək yerinə düşərdi ki, müasir Qərbdə çox zaman, “politologiya” ifadəsinin deyil, daha çox “siyasi elm” ifadəsinin işlədilməsinə üstünlük verilir. (Bu, müəyyən qədər ona bənzəyir ki, müasir Qərb elmi çox zaman, “biologiya” ifadəsinin deyil, daha çox “həyat haqqında elm” ifadəsinin işlədilməsinə üstün­lük verir). 1949-cu ildə Siyasi Elmin Beynəlxalq Assosiasiyası yaradılmışdır. Yeri gəlmişkən qeyd edək ki, həmin Assosiasiyanın işində Azərbaycanın görkəmli hüquqşünas alimi Cahangir Kərimov da mühüm rol oynamışdır.

1Əyanilik xatirinə bir qədər kobud terminlərdən istifadə etsək, əgər cəngavərlik sosial həyatın maskulin başlanğıcı olaraq heyvani təbiətlidirsə, sosial həyatın feminin başlanğıcı nəbati təbiətlidir. Heç də təsadüfi deyildir ki, icmaçı həyat tərzi əkinçilik zəminində təşəkkül tap­mış­dır.

1Suveren sözü burada özünün ilkin mənasında, yəni hakimiyyətin ye­ganə mənbəyi mənasında işlədilir.

2İndi mənim minidövlət adlandırdığım vahidləri işarə etmək üçün dilimizdə oba, oymaq, yurd, el kimi bir sıra xarakterik ifadələr də mövcuddur ki, onlar­dan ən azı biri, oymaq etimoloji olaraq nizama salmaq mənasını da verir.

1Amma qəza, xüsusən də mahal ölçülərində bir məkanın təmsilçisi üçün fateh, hakim, əmir, aristokrat sözləri indi bəlkə də bir qədər şişirdilmiş görünə bilər. Lakin onlarla kəndi zülmdən və məhvolmadan xilas etmək və himayə altında saxlaya bilmək həqiqətən də bir hünərdir, bu səbəbdən də ən yüksək epitetlərə layiqdır.

1Potestas (lat.) - hakimiyyət.

1Aristokratiya sözü­nə dövlət formalarından biri kimi verilən məna (Platon, Aristotel, Polibi, Siseron və Hobbs tərəfindən verilən məna) ilə ona ən yaxşıların hakimiyyəti kimi verilən mənadan əlbəttə ki fərqləndirilməlidir.

2Hökmdarın və əmirin sosial statusları arasındakı münasibətlər ağanın və bəyin sosial statusları arasındakı münasibətlərə müəyyən qədər bənzəyir.

1Alman dilində; Stab – ştab, Staat – ştat, Stadt – şəhər, Staat – dövlət: ingilis dilində; Staff - ştab, ştat, Statе – dövlət.

1 Burjua – hakimiyyətə iddialı olan və həmişə gizli və ya aşkar şəkildə hakimiyyət payına malik olan şəhərlidir.

1Qanunun aliliyi prinsipi təbəənin hələ ki yalnız təhtəlşüur səviyyədə hiss olunan idealı olaraq qalır. Bu idealın şüur səviyyədə dərk olacağı gələcəkdə, təbəənin vətəndaş olacağı zaman baş tutacaqdır.

1Meritokratiya sözünün layiq olanların hakimiyyəti kimi başa düşül­düyü halda.

1Nazir sözü fars dilindən tərcümədə nəzarət edən mənasını verir.

2Azərbaycan dilində zərb-məsələ çevrilmiş hazırına nazir ifadəsi də öz mənasını görünür elə bu məqamdan götürür.

1Heç də təsadüfi deyildir ki, canişin sözü fars dilindən tərcümədə həm də hökmdarı əvəz edən mənasını verir.

1Karl Marksın vaxtilə təhkimli kəndli və dəsgah arxasında dayanan fəhlə haqqında söylədiklərini müəyyən dərəcədə politiya dövrünün hökmdarına da aid etmək olar. Təhkimli kəndli məhsul istehsal edən təbii maşının – torpagın - bir əlavəsi olduğu kimi, dəsgah arxasında dayanan fəhlə dəsgahın bir mexanizm olaraq əlavəsi olduğu kimi, politiya dövrünün hökmdarı da dövlət maşınının bir əlavəsidir. Burada söhbət heç də insanın tutduğu sosial statusdan getmir, insanın onu məşğul edən mexanizmdə mexanizmin məntiqinə uyğun şəkildə fəaliyyət göstərməli olduğundan gedir. Sosial statusa qaldıqda isə vurğulamaq olar ki, elə kəndli də əslində təbii maşının idarəedəni statusundadır, fəhlə mexaniki maşının idarəedəni statusunda olduğu kimi, və politiya dövrünün hökmdarı dövlət maşınının idarəedəni statusunda olduğu kimi.

1Dueli bir «vəhşilik əlaməti» kimi bəlkə də bu nöqteyi-nəzərdən ləğv edir.

1Nizam-ül-mülk vəzifəyə baş nazir olaraq deyil, baş vəzir olaraq təyin olun­muş­du və bu adı da daşıyırdı. Amma o, əslində baş nazir səlahiyyətlərində və statusunda idi.

1Bu dövrdə bütün marksizmə, onun yaradıcısı Karl Marksa dialektik təfəkkürün şamil edilməsi meyli həmyerlimiz Zahid Orucovun yazdığı Karl Marks və dialektik məntiq (1964) adlı monoqrafiyada müəyyən mənada özünün məntiqi sonluğuna çatdı.

1Nitşenin kəskin ifadəsi ilə deyilərsə, təbəə hökmdarda kübarlığın çatmadığını görüncə hökmdarlıq həvəsinə düşür.

1Towncity arasındakı fərq heç də şəhərin böyük və ya kiçik olmasından irəli gəlmir. London dünyanın ən böyük şəhərlərindən biri olsa da, bu vaxta qədər də town statusunu saxlamaqdadır. Londonlu bu günün özünə qədər özünü həm də təbəə olaraq da hiss etdiyindən, London da hökmdar iqamətgahının yerləşdiyi şəhər mənasını bu günə qədər bütövlükdə saxla­mış­dır. City mənası isə Londonun yalnız bir hissəsinə, “London-city”yə aid edilir. Çünki məhz bu hissə dövlət üzərində üstünlük əldə edən vətəndaşın məskunlaşdığı məkan (city) mənasına uyğundur, həmin hissədir ki, burada məskunlaşan vətəndaş - varlı və nüfuzlu vətəndaşdır, dövlətə öz hikkəsini qəbul etdirə bilən vətəndaşdır.

1 Xalq və millət arasında fərqlə bağlı yuxarıda aparılan təhlil nöqteyi-nəzərindən, hökmdarın xalqla məs­ləhətləşməyə duyduğu ehtiyac əslin­də onun millətlə məs­ləhətləşmək ehtiyacı idi.

1 Oxlokratiya ifadəsi yunan mənşəli òchlosktátos sözlərinin birləşdirilməsindən əmələ gəlib, Azərbaycan dilinə həm hərfi, həm də semantik tərcümədə güruhun hakimiyyəti mənasını verir. Belə ki, òchlos sözü yunan dilindən tərcümədə güruh mənasına, ktátos sözü isə hakimiyyət mənasına uyğun gəlir.

1 Oliqarxik dövlətin ümimi cizgilərdə təsviri qədim yunanlar – Platon, Aristotel və Polibi tərəfindən verilmişdir. Polibi oliqarxiyanı siyasi sistemin ümumi təka­mü­lü kontekstində təq­dim edir və doğru olaraq qeyd edir ki, oliqarxiya aristokra­tiya­nın cırlaşması ilə bağlı meydana çıxır. Lakin, aristokrati­yadan oliqarxiyaya keçid Polibidə olduğu kimi bilavasitə deyil, vasitəli şəkildə, politiya və demokra­tiya kimi aralıq elementləri vasitəsilə, aristokratiya-politiya-demokratiya-oli­­qar­xiya zənciri üzrə baş vermişdir.

1Daha dəqiq deyilərsə, aristokratiya dövründə hakimiyyət sahibləri üçün, özlərini cəmiyyəti zorakılıqdan xilas etmək missiyasının daşıyıcıları kimi hiss və dərk edənlər üçün səciyyəvi olan özünüifadənin başlıca bədii forması kimi cəngavər turnirləri və birincilərin himayəsi altında özlərini zorakılıqdan xilas edilmiş kimi hiss edən ikincilərin sosial özünüdərkinin başlıca bədii ifadə forması kimi isə ən müxtəlif variasiyalarda rəqs çıxış edirdi. Əgər cəngavər turnirləri tarix meydanına insanın öz qüdrətini nümayiş etdirmək vasitəsi kimi çıxmışsa, rəqs tarixi olaraq insanın özünü bəyəndirmə vasitəsi, özünü sevdirmə, qarşısındakının rəğbətini qazanma vasitəsi kimi yaranmışdır, xüsusən himayə olunanın himayə edən qarşısında.



1 Dövlət aparatının hüquqi olaraq vətəndaşın siyasi hakimiyyətinin obyekti mənasında anlaşılması oliqarxiyaya demokratiyadan bir miras olaraq keçir.

1 Ənənəvi olaraq, icra hakimiyyəti kimi səciyyələndirilən hakimiyyət formasının icra hakimiyyəti kimi deyil, idarəetmə hakimiyyəti kimi səciyyələndirilməsinə mən üstünlük verərdim. Belə ki, hakimiyyətin bu formasının fəaliyyət sferası yalnız qanunverici hakimiyyətin qəbul etdiyi qanunların və qərarların icra edilməsi ilə məhdudlaşmır, həm də həmin qanunlarda təsbit olunan qadağalar çərçivəsində müstəqil qərarlar qəbul etmək, dövləti və cəmiyyəti həm də özünün qəbul etdiyi bu qərarlar əsasında idarə etmək funksiyasını özündə ehtiva edir.

1 Buna hüquqi dildə yumşaq terminlərlə fövqəladə vəziyyət elan etmək hüqu­qu deyirlər.

2 Bu hallar isə hüquqi dildə hərbi vəziyyət elan etmək hüqu­qu müharibə vəziyyəti elan etmək hüqu­qu terminlərləri ilə ifadə olunan səlahiyyətlərin həyata keçirilməsini zəruri edir.

1 Belə bir məqama da diqqət yetirmək lazım gəlir ki,

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin