ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə32/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   29   30   31   32   33   34   35   36   37

Azər HÜSEYNOV: Adil müəllim, eyni zamanda onu da etiraf etmək gə­rək­dir ki, Sizin fəlsəfi bi­lik­lərinizlə yanaşı, hüquqi bilikləriniz də kifayət qədər inkişaf etmişdir.

Ərəstun MEHDİYEV: Amma Adil müəllim ilk öncə filosofdur, onun yalnız elmi fəaliyyətində deyil, bütün fəaliyyətində, irəli sürdüyü layihələrin adlarında belə onun filosof olduğu aydın bir şəkildə se­zilir.

Fikrət ORUCOV: Adil Əsədov alim olmaq üçün doğulanlardandır.

Kamal ABDULLA: Adil Əsədov bir alim olaraq istedadına mənim də inan­dığım insanlardandır.

İzzət RÜSTƏMOV: Siz Adil Əsədovun bir alim olaraq istedadından və üstünlüklərindən bəhz etdiniz. Dediklərinizlə tamamilə razıyam. Mən eyni zamanda onun bir müəllim olaraq da istedadını və üs­tün­lüklərini qeyd etmək istərdim. Adil müəllim Azərbaycan Milli Akademiyasının alimi olmaqla yanaşı, həm də uzun illərdir ki, Ba­kı Dövlət Universitetində dərs verir. Belə bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, onun on dəqiqəlik söhbəti bir çox başqala­rı­nın saatlarla dediklərindən daha dəyərlidir. Çün­ki o, öz zəkası­nın gücü ilə dinləyicisini işıqlı bir ideyaya doğru yönəldə bilir.

Adil ƏSƏDOV: Fikirlərini mənim üzərimdə cəmlədikləri üçün və qiy­mətli vaxtlarını mənim nəzəri mövqelərimin mənalandırılmasına sərf etdikləri üçün möhtərəm alim­lə­ri­mizə minnətdaram.

Əfrand DAŞDƏMİROV: Sizin ideyalarınız və mövqeyiniz, yəqin ki Sizi varlı etməyəcək, amma layiq olduğunuz hörmət və ehtiramı Sizə mütləq gətirəcəkdir.


sözARDI ƏVƏZİNƏ:

Kitab üzərində düşüncələr
«Mən belə hesab edirəm ki, siyasətdə gələcək nəsillər üçün də ədalətli və doğru ola biləcək ümumi həqiqətləri müəyyən etmək üçün bi­zim dünya hələ çox gəncdir. Bizim hələlik üç min ili əhatə edən təcrü­bəmiz yoxdur». Bu sözləri David Yum 1740-cı ildə, Makiavellidən üzü bəri 300 ilə yaxın siyasi təcrübənin nəticələrini yekunlaşdırarkən yazmışdı. Onun yaşa­dığı vaxtdan indiyə qədər bəşəriyyət bir neçə möhtə­şəm siyasi və mənəvi çevrilişlərdən keçmişdir. İndi üçüncü minilliyin baş­­lanğıcında­yıq. Proble­min aktuallığı da göz qabağındadır.

İnsanın təbiətində və siyasətdə olan danılmaz həqiqətləri ümumiləş­dir­mək üçün bizim kifayət qədər təcrübəmiz və elmi təhlil qabiliyyətimiz vardırmı?

Qədim yunanlar qırx yaşı elmi mühakimə və yaradıcılıq qabiliyyət­ləri­nin zirvəsi hesab edir və ömrün bu çağını «akme» adlandırırdılar. Adil Əsədovun Siyasətin fəlsəfəsi adlandırdığı əsər hər cəhətdən - həm minil­liklərin fəlsəfi yekunlaşdırılması baxımından, həm də qədim yunanların akme adlandırdıqları hadisə baxımından vaxtında ərsəyə gəlmişdir.

Hər bir elmin əsasını öyrənilən hadisə və proseslərin daha uğurlu təhlilini verməyə imkan yaradan ideal-tipik kons­­truksiyalar təşkil edir. Bəşəriyyətin siyasi inkişaf ənənələ­rinin hər bir ölkədə özünəməxsusluğunu şərtləndirən müxtəlifliklərin təhlili ideal-tipik kons­­truksiyalar olmadan müm­kün deyildir. İdeal arxetiplər ciddi şəkildə ilk dəfə Maks Veber tərəfindən irəli sürülmüş və işlənilmişdir. Vahid fikri obraz təşkil etməklə bərabər «obyektiv mümkün» olan ideal-tipik konseptlərdən istifadə hər bir elmi təhlilin ən vacib xüsusiyyətidir. Poststrukturalist filosoflar Delez və Qvattari özlərinin «Fəlsəfə nədir?» adlı yeni kitabında yazırlar: Filosofun vəzifəsi fəlsəfi təfəkkür konseptlərini, paradiqmalarını kəşf etmək, yarat­maq və formalaşdırmaq­dır». Bunun öhdəsindən gəlməyi isə Kant «özünün şəxsi mühakimə cəsarəti» adlandırırdı.

Adil Əsədov qarşısına qoyduğu vəzifənin öhdəsindən lə­ya­­­qətlə gəl­miş, yeni ideal-tipik modellər təqdim etməklə, fəl­sə­fənin möhtəşəm dün­ya­sına, bir «damla» da əlavə etmişdir. Və mən Rikkertin Veber metodu haq­qında dediklərini misal gətirərək, öz təəssüratımın bununla tam üst-üstə düşdüyünü bildiri­rəm. «Veberin dahiliyi ondadır ki, onun elmi nəzəriyyəsi heç bir adi metodoloji sxemə yerləşmədiyi halda, dərin bir sistemliliyə malikdir; lakin, məhz elə buna görə də yeni-yeni və xüsusi tədqiqatlara yol açır, onları istiqamətləndirir».

Son illərdə siyasi qütblərin və qovğaların sıxışdırdığı ölkəmizdə tarix və siyasət yalnız, necə deyərlər, qapı və pəncərəmizdən hər birimizin həyatına daxil olmuş, hər bir kəs onun iştirakçısına çevrilmişdir. Siyasət, futboldan son­­ra insanların ən çox bacardığı sahəyə çevrilmişdir. Burada ən təəssüf doğuran xüsusiyyətlərdən biri də odur ki, insanlar müvafiq dün­yagörüş sistemi olmadan, Qərbi Avropa ölkələrindən fərqli olaraq, şü­ur­lardakı inqilabı yaşamadan həyatın, siyasətin və tarixin inqilabları ilə üz-üzə qalmışlar. Ən çox səslənən sual isə «Nə etməməli?» sualıdır.

«Fəlsəfənin siyasətin fəlsəfəsində başa çatması» qənaəti çox mənti­qidir. Metafizik anlayışların problematik müstəvisində təhlil aparan müəllif Materiya, Dünya Ruhu, Dünya İradəsi, Dünya Zəkası, həyat seli, substan­siya, ekzistensiya, mütləq ideya kimi kateqoriyalara münasibətini bildirir. Mə­nim subyektiv fikrimə görə, müəllif dualist və ya plyuralist olmaqdan daha çox, monistdir və onun yanaşma metodu Hegelin panlogiz­minə yaxındır, bəlkə də eynidir. Digər tərəfdən, müasir elmin bəraət qazan­dırdığı «subyektiv başlanğıc» faktorunun həlledici hesab edilməsi elmiliklə bərabər, XX əsrdə qulaqları döyənək etmiş maddi-iqtisadi baş­lan­ğıcın birinciliyi fikrinə əksdir və ən azı məhz buna görə də, çox orijinal və yenidir.

Platon belə hesab edirdi ki, dövləti filosoflar idarə etməlidir. Leybnits isə belə hesab edirdi ki, dövləti akademiyalar idarə etməlidir. Təbii bir sual meydana çıxır: alim kimdir?, necə olmalıdır? Elmdə 20/80 nisbəti hər kəsə məlumdur. 20% dahi, ideyalar ixtiraçısı, 80% isə tədqi­qatçı, sistemləşdirici və təsnifatçı kimi məlumdur. Problemin be­lə qoyulu­şuna etiraz edənlərə demək istərdim ki, Platonun dahi ixtiraçı, ideyalar yaradıcısı, Aristotelin isə təsnifatçı, sistemləşdirici kimi səciyyəsi elmdə qəbul olunmuş fikirdir. Yaxud yunan elmi ixtiraçı, Şərq elmi isə təsnifatçı kimi xarakterizə edilir. Mübahisəli olsa da, mənim fikrim­cə, hər iki sahə öz-özlüyündə dəyərlidir. Biri olmadan o bi­ri mümkün deyildir. Elm hər ikisinin vəhdətindən ibarətdir. Birinci anlayırsa, ikinci izah edir və hermenevtik dairə tamamlanır. Bu məqamı Adil Əsədov xüsusi bir vurğu ilə qeyd edir.

Adil Əsədov Siyasətin fəlsəfəsini fəlsəfənin son sözü adlandırır. İlk əvvəl bu fikir şaşqınlıq yaradır. Lakin müəyyən tarixi paralellər aparılarsa, bu şaşqınlıq aradan qaldırıla bilər. Kibernetikanın və sinergetikanın banisi A.Boqdanov yazırdı: nizam elmi (tektologiya) olan yerdə fəlsəfəyə ehtiyac qalmayacaq; Yaxud Fukudzava liberalizmi bəşəriyyətin və tarixin ən ideal sonu, vəziyyəti, kəşfi adlandırırdı. Bu kontekstdə Adil Əsədovun məntiqi başa düşülür, burada liberalizm deyil, siyasi aristokratizm «tarixin sonu­dur». Mən belə başa düşürəm ki, müəllif Dünya Ruhunu insan, Dünya Ni­za­mı­nı gerçəklik, birincidən ikinciyə doğru yolu mümkün edən siyasi əməl fəlsəfəsini isə son söz adlandırır. Buna qarşı etiraz etmək isə qeyri-mümkündür.

Siyasətin fəlsəfəsində Adil Əsədov siyasi aristokratizmin təşəkkül dinamikasını izləməklə, siyasi həyatın arxitektonikasını, inkişaf vektorunu, nizam parametrlərini aşkara çıxarmış, sosiumda, eləcə də Kosmosda Niza­ma nail olmaq elminin əsas müddəalarını təqdim etmişdir.

Nizam elmini alimlər, filosoflar təqdim edir, «centlmenlər» (L.Straus) həyata keçirir.

Adil Əsədovun aristokratizmə verdiyi tərif belədir: «Aristokratik si­ya­si doktrina ictimai həyatın ideal formasını heç bir hakimiyyətin olmadığı və hər bir insanın sosial orqanizmdə öz həqiqi yerini tapa bildiyi cəmiyyətdə görür». Aristokratizmin əsas prinsipləri kimi ədalətli əxlaq və mənə­viyyat, intellektual qüdrət, yenilməz iradə və nəciblik hesab olunur. Necə deyərlər, XXI əsr siyasətinin arzu olunan modeli burada öz əksini tamamilə tapmışdır. Bu model dünyada baş verən sosial-mədəni transfor­ma­siya­ların meyli ənənə­sini də, əksmərkəzləşmə meyillərini, iki minilliyin sosial nəticəsi kimi formalaşmış «siyasi fəal insan» (A.Smolenski) fakto­runu da əhatə edir.

Biz «uğur və fayda» sivilizasiyasında yaşayırıq. Bu, həqiqətdir. Yapo­ni­yanı bugünkü səviyyəyə gətirib çıxaran milli uğur fəlsəfəsi (mey-dzi) və texnonasionalizmdir. Çıxış yolu axtarmaq üçün hökmən «fayda» fenomeni nəzərə alınmalıdır. «Ya fayda, ya ədalət» prinsipini bir qədər dəyişə­rək «elə etməlisən ki, əxlaqi və mənəvi ədalət faydalı olsun» prinsipi irəli sürülməlidir.

İnsanın bir varlıq kimi baza strukturu nəzərə alınmalıdır. Siyasi nizamın meyarı isə çox düzgün müəyyən edilmişdir: siyasi nizamın meyarı heç də fayda deyildir, əxlaq və mənəviyyatdır. Siyasi əməl və mənəviyyat birlikdə sözün böyük mənasında nizama aparır. Həyata ölümlə hədd qoyu­lur­sa, əmələ, siyasi əmələ mənəviyyatla hədd qoyulma­malıdır. Bu həddi keçmək olmaz. Bəşəriyyətin bütün fəlakət və məşəq­qətləri bu həddin po­zul­­ması üzündən baş vermişdir.

Adil Əsədovun ideal siyasi nizam fəlsəfəsi nizama nail olmanın ən düzgün və yeganə meyarını əks etdirdiyi üçün real siyasi fəaliyyətin əsası kimi qəbul edilə bilər. Mənə­viy­yat, vicdan bir vaxt Qədim Yunanıstanda «zəiflərin güclülərə qarşı hiyləsi» kimi qəbul edilsə də, mən heç şübhə etmirəm ki, sivilizasiyanın bütün fəlakətləri mənəvi və əxlaqi təfəkkürün parçalanması üzündən baş vermişdir. Məhz buna görə də, tarixi fürsət siyasi əxlaqla üst-üstə düşərsə, gələcəyin əzəməti və əbədiyyəti danıl­mazdır.



Siyasi fəlsəfəsinin Adil Əsədov təqdimatı tarixi və siyasi psixologiya kimi elm sahələri ilə məşğul olanlar üçün də, göydəndüşmə əsərdir. Mən bu sahədə daim ədəbiyyat axtaran tədqiqatçılara rast gəldiyim üçün belə deyirəm. Elita və psixologiya az işlənmiş problem sahəsidir. Müəllifin ideal-tipik modelləri əsasında hər bir elitanın fəaliyyət motivlərini anlamaq və qiymətləndirmək mümkündür. Necə deyərlər, eli­ta və onun siyasi fəlsəfəsi gözlərimiz önündə bütün aydınlığı ilə canlanır. Qərar qəbul edən şəxs hansı meyara əsaslanırsa, onun hansı elitaya aid olduğu aydın olur.

Sonda demək istərdim ki, bizim bəyənmədiyimiz Qərbdə eli­ta 80 ildir ki, intellektual testlərdən keçir və burada si­ya­si fəlsəfəni alimlər döv­lətə təqdim edir. Bizim sosializmdən əxz etdiyimiz vərdiş isə hələ qalmaq­dadır, si­ya­si fəlsəfəni elmə dövlət təqdim edir. Və əgər hələlik Qərbə «fayda və uğur» fəlsəfəsi irad tutulursa, onda Qərbin buraxdığı səhv­ləri təkrar etməmək üçün Adil Əsədov siyasi nizam fəlsəfəsini təqdim edir: növbə elitanındır. Bu gün qanun islahatları konveyerinin aramsız işlədiyi bir vaxt­da Otto fon Bismarkın sözləri yada düşür: pis qanunlarla və yaxşı məmur­larla bir təhər idarə etmək mümkündürsə, yaxşı qanunlarla və pis məmur­larla idarə etmək isə heç cür mümkün deyildir. Hazırda inkişaf demokra­tiya və Azərbaycan modeli haqqında tədqiqatlar baş alıb gedir. Siyasi fəlsəfə isə öz inamlı addımlarını hələ təzəcə atmaqdadır. Hər halda «dün­yanın o başına səyahət birinci addımdan başlayır» (Lao-tszı).


Tahirə ALLAHYAROVA,

Azərbaycan Respub­li­kası­nın Prezidenti yanında Strateji Araş­dır­malar Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru
Zadəgan dövləti ideyasının ortaya atılması, doğrudan da, zadəganlıq əməlidi, xilaskarlıqdı. Zadəgan dövləti ideya­sı ölümdən qurtara bilər müa­sir dünyanı. Bir qədər bəxt də la­zım­dır ki, bu möhtəşəm ideyaya biganə qalmasınlar.

Siyasi fikir sahəsində son əsrlərdə yaranmış düşüncə yeknəsəkliyini məhz bu kitab pozmalıdır. Demokratiyadan elə ya­pı­şıblar ki, elə bil bə­şərin yaradıcılıq imkanları tükənib. Onsuz da hamı hiss eləyir ki, demokra­tiya idealının azdan-çox­dan malik olduğu şirə artıq qurtarmaq üzrədir. Demokratiya ger­­çək­liklə sövdələşmədi. İnsani problemlər yalnız İdeal­dan qopan İşığın nuru ilə həll oluna bilər. Demokratiya Ata­sız­lıqdı. Ögey Atanın zülmündən (despotiyadan) qaçıb sığınıb­lar demokratiyaya. Bəşərin, doğru­dan da, ən amansız, ən praqma­tik vaxtıdı.

Kitab gözəl, işıqlı, dərin fəlsəfi idrakçılıq nü­munəsidi. Müəllif alim­lik edəndə onunla razılaşmamaq olar, bəzi məsələlərdə etiraz etmək olar, lakin elə ki, filo­sofluq başlayır … mübahisə əbəsdir. Saflıqla, azadlıq eşqi ilə, alovlu insanpərvərliklə mübahisə günahdır. Filosof­luq­la bağlı elə bir məqam olmadı ki, ürəyimdə əks-səda doğurma­sın.

Müəlli­fin gücü – fəlsəfi refleksiyadadır. Filosof aqi­bəti, fəlsəfə, mən­tiq barədə mülahizələr – dahiyanə.



Metodologiya cəfəngiyatının tənqidi necə orijinal, qə­ti və gözəldir!

«Tədqiqatçı alimdən daha çox oxuyur, daha çox savadlı­dır». Dahiyanə ştrixdi! Bu cür ştrixlər o qədər çoxdur ki, ya­ğış kimi üstünə sə­pə­lə­nir elə bil.

«Sənətkar və qətiyyət» mövzusu dəhşətli dərəcədə təzə və sarsıdıcı təsir bağışlayır. Məncə, burada uduzma yoxdur. Sə­nət­kar dərin olduğu üçün iradəsi fəaliyyətsiz olur. O bilir ki, mütləq mənada bu Çayın qabağını almaq mümkün deyil. Bunu onun qədər duymaq çox çətindir. Cəngavərdə qətiy­yət körpə sadəlövh­lüyü hesabına yaşayır. Kşatri dünyanın mahiyyə­tinə qapıla bil­səy­di, qılıncını atardı, brahman olardı, dağlara çəkilərdi (Bud­da kimi). Upanişadalarda, Mahabharatada bu hal tez-tez açı­lır. Bu, müdrik­lik və fəallıq mövzusudur. Sənətkar müdrik olmasa da, ona doğru gedən yol­dur. Bu yolu təkcə Tolstoy, Taqor kimilər getsə də.

Hind ruhunun əsas ideyası: problemlər, ziddiyyətlər may­ya­nın ifa­də­si­dir. Həqiqət ziddiyyətsizliyin dərkidir.

Problemlərin dərkindən də həqiqətə yüksəlmək olar, inka­rından da. Əsas məsələ ziddiyyətsiz, problemsiz, mütləq, son­suz, kamil təmələ təmas edə bilməkdir.

Hind materialına istinad yoxdur. Hərçənd ki, brahman (za­­də­gan), kşatri (cəngavər), vayşi (icmaçı, əkinçi), şudra (şə­hər­li) paraleli üzdədir. Şəhərli ruhu (praqmatik, dayaz) elə şudra ruhu kimi təqdim edilir. Demok­ra­tiya («gəda hakimiy­yəti») elə şudra erasıdı. «Dünyanı zadəgan-cəngavər birliyi xi­las edəcək» fikri hinddə vardır.

«Zadəgan mədəniyyətində insanın öz təbii təyinatına uy­ğun sosial məkandan kənarda qalması, başqa sözlə yazıqlıq qa­da­ğan olunur» - deyir­si­niz. Tam anlamıram. Yazıqlıq məsələsi ilə tam razıyam. O biri təyi­ni isə anlamıram. Zadəganlar – tac­sız imperatorlardır. İsa kimi kasıb tələ­bə­­lə­rin əhatə­sin­də gəzəndə belə. Onlar sosial mühiti axtarmırlar, yara­dır­lar. Şahanə görkəmi və ruhi rəvanlığı onlara həqiqətin dər­ki gətirir. Buddaya şahlıq da gədalıq kimi gəldi. Tolstoy sərgərdanlığı qraflıqdan üstün saydı. Hansı sosial mühitdən gedir söhbət? Zadəganı yazıqlaşdır­mırmı bu «sosial mühit» ax­ta­rışı?

Zadəgan-cəngavər fərqi. Zadəgan üstünlüyünün açılması­nı istərdim. Bir az da geniş. Zadəganın nurdan başqa səlahiy­yə­ti, imtiyazı, hökmü olma­malı­dır, məncə.

Kitabda qoyulan məsələlərin bir çoxu mənim düşüncəm üçün yeni ol­du­ğundan onların mənalandırılması və mənim daxili dünyamla razılaş­dırıl­ması, yaxud inkarı üçün xeyli vaxt la­zımdır. Bu fikirlər isə isti-isti ruhumda yaranmış həyəcanların yalnız ilkin ifadəsidir.

Həmişə dünyada iki tip adamlar olub, olacaq: Əsillər və Saxtalar, Sağlamlar və Şikəstlər, daxilində Xeyir daşıyan­lar və Şərə xidmət edənlər. İkincilər minlərlə doğulur həmi­şə. Birincilər həmişə az olur. Əsillik liba­sına bürünməyən sax­ta tapmayacaqsınız, sağlamlıq libasına bürünməyən şikəstə rast gəlməyəcəksiniz. Elə Şər yoxdu ki, Xeyir paltarı geymək ar­zusunda olmasın. Bu onların qədim şakəridi. Problem bun­da­dı.

Dünyanı saxtaların hakimiyyətindən qurtarmaq üçün gedən müba­rizə əbədidir.

Uğur olsun!


Müşfiq ŞÜKÜROV,

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının

Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə

Problem Şurasının elmi katibi



MƏNBƏLƏR
COLON. Qanunlar

LAO-TSZI. Dao de szin

KONFUSİ. Lun Yuy

MO-TSZI. Mo-tszı

PLATON. Siyasətçi. Dövlət. Kritiy. Qanunlar

ARİSTOTEL. Politika

HİND SİYASİ TRAKTATI. Arthaşastr

ŞAN YAN. Şan vilayəti hökmdarının kitabı, b.e.ə. 350

MEN-TSZI. Men-tszı, b.e.ə. 332

SYUN-TSZI. Syun-tszı, b.e.ə. 258

XAN-FEY-TSZI. Xan-fey-tszı, b.e.ə. 240

POLİBİ. Ümumi tarix

SİSERON. Dövlət haqqında. Qanunlar haqqında

LUKRETSİ KAR. Şeylərin təbiəti haqqında

STRABON. Coğrafiya, b.e.ə. 24

PLUTARX. Müqayisəli bioqrafiyalar. Dövlət işləri haq­qın­da nəsi­hət­lər

TASİT. Tarix. Annallar

XRİSTİANLIĞIN MÜQƏDDƏS KİTABI. İncil

İUDAİZMİN MÜQƏDDƏS KİTABI. Talmud

ULPİAN. Vətəndaş hüququnun məcmusu, 228

AVQUSTİN. İlahi dövlət haqqında, 413-426

MƏHƏMMƏD PEYĞƏMBƏR. Hədislər

ƏLİ. Nəch əl-bəlağə

FƏRABİ. Fəzilətli şəhər əhlinin baxışları. Xoşbəxtliyin əldə edil­məsi

HƏLLAC. Ədalət və tovhid. Siyasət, xəlifələr və əmir­lər. Nurun nuru. Səmimiyyət və qurtuluş

FİRDOVSİ. Şahnamə

İBN SİNA. Ədalət kitabı

OĞUZ EPOSU. Kitabi-Dədə-Qorqud

NİZAMÜLMÜLK. Siyasətnamə

KEYKAVUS. Qabusnamə

XAQANİ. Mədain xərabələri. Həbsiyyə

NİZAMİ. Sirlər xəzinəsi, 1177

NİZAMİ. İsgəndərnamə, 1203

SÜHRƏVƏRDİ. İşığa dair traktat

İBN-ƏL ƏRƏBİ. Məkkə vəhyləri. Təfsir əl-Quran

FRANSIZ XALQ QƏHRƏMANLIQ EPOSU. Roland haq­qın­da nəğmə, 1170

İSPAN XALQ QƏHRƏMANLIQ EPOSU. Mənim Sidim haqqında nəğmə, XII əsr

ALMAN XALQ QƏHRƏMANLIQ EPOSU. Nibelunq haq­qın­da nəğ­mə, XII əsr

NESTOR. Ötən illərin dastanı, XII əsr

ÇJU Sİ. Dörd kanon məcmuəsinə şərh. Dəyişiklik­lər kitabının hə­qiqi mənası.

RUMİ. Məsnəvi

SƏDİ. Bustan, 1257. Gülüstan, 1258

RƏŞADƏDDİN. Cami ət-təhvarix, 1311

DANTE. Monarxiya haqqında, 1312

MARSİY PADUAN. Sülhün müdafiəçisi, 1324

İBN XƏLDUN. Müqəddimə, 1375

HAFİZ. Divan, 1390

NƏİMİ. Cavidannamə. Vəsiyyətnamə, 1393

ƏMİR TEYMUR. Vəsiyyət

FORTESKYU. Təbii hüququn təbiəti haqqında, 1440

CAMİ. İsgəndərin müdriklik kitabı, 1486.

CAMİ. Baharistan, 1487

MOR. Utopiya, 1516

ERAZM. Xristian hökmdarının tərbiyəsi

LÜTER. Alman millətinin xristian zadəganlarına. Xris­tia­nın azadlığı haqqında. Tezislər, 1517

MÜNSER. Knyazlar qarşısında moizə, 1524

MAKİAVELLİ. Hökmdar, 1532

MOJEVSKİ. Dövlətin islahı haqqında, 1551

BRUT. Hökmdarlardan müdafiə haqqında

BOESİ. Könüllü köləlik haqqında mühakimə, 1560

BODEN. Tarixin asan öyrənilməsi metodu, 1566.

BODEN. Respublika haqqında altı kitab, 1576

MONTEN. Esselər, 1580

BEKON. Siyasi və əxlaqi esselər, 1597

SERVANTES. Don Kixot, 1605-15

KAMPANELLA. Günəş şəhəri, 1623

QROTSİ. Müharibə və sülh hüququ barədə, 1623

QRASİAN. Siyasətçi, 1640

RİŞELYE. Siyasi vəsiyyət

HOBBS. Leviafan, 1651

LAROŞFUKO. Memuarlar, 1662

PASKAL. Fikirlər, 1669

SPİNOZA. Dini-siyasi traktat, 1670

SPİNOZA. Siyasi trak­tat, 1677

BOSSYUE. Ümumdünya tarixi haqqında düşün­cə, 1681

LABRÜYER. Xarakterlər, və ya əsrimizin adət­ləri, 1688

LOKK. Dövlətin idarə olunması haqqında iki trak­tat, 1680

LEYBNİTS. Teodisiya, 1710

VOLF. Siyasət, və ya İnsanların ictimai həyatı haq­qında ağ­la­batan fikirlər, 1721

VİKO. Millətlərin ümumi təbiəti haqqında yeni elmin əsas­­ları, 1725

BİRİNCİ PYOTR. Vəsiyyət, 1725

SVİFT. Qulliverin səyahəti, 1726

MELYE. Vəsiyyət, 1729

VOVENARQ. İnsan zəkasının dərk olunmasına giriş, 1746

KONSTAN. Konstitusiya siyasəti kursu

MONTESKYÖ. Qanunların ruhu haqqında, 1748

RUSSO. Elmlər və sənətlər haqqında düşüncə, 1750

DİDRO. Tiran, 1753

MORELLİ. Təbiətin kodeksi, 1753

RUSSO. İnsanlar arasında bərabərsizliyin mənşəyi haq­qın­da düşüncə, 1754.

VOLTER. Ümumi tarix, xalqların adətləri və ruhu haq­qında, 1756

BÖRK. Təbii cəmiyyətin bəraətləndirilməsi, 1756

RUSSO. İctimai müqavilə, 1762

BEKKERİA. Cinayətlər və cəzalar haqqında, 1764.

FRANKLİN. Böyük imperiyanı necə kiçik dövlət etmək olar, 1773

HOLBAX. Təbii siyasət, 1774

CEFFERSON. Britaniya Amerikasının hüquqlarına ümu­­mi baxış, 1774.

CEFFERSON. Virciniya haqqında qeydlər, 1787

CEFFERSON. İstiqlaliyyət bəyannaməsi, 1775.

MABLİ. Qanunvericilik haqqında, və ya Qanunların prin­sipləri, 1776

TÜRQO. Sərvətlərin yaradılması və bölüşdürülməsi haq­qında düşün­cələr, 1776

HERDER. Bəşəriyyət tarixinin fəlsəfəsi ideyasına dair, 1784-91

EYNZİDEL. Aforizmlər

RİVAROL. Xalq və güruh, 1789

MİRABO. Despotizm haqqında esse, 1789

SİYES. İmtiyazlar haqqında esse, Üçüncü silk nə deməkdir, 1789.

İnsan və Vətəndaş Hüquqları Bəyənnaməsi. Böyük Fransa İnqi­labı­nın aktı, 1789

RADİŞŞEV. Peterburqdan Moskvaya səyahət, 1790

BÖRK. Fransada inqilab barədə düşüncələr, 1790

ROBESPYER. İnqilabi qanunçuluq və ədalət mühaki­məsi, 1793

PEYN. Zəka əsri, 1794-95. Sağlam təfəkkür

BABÖF. Plebeylərin manifesti, 1795

KONDORSE. İnsan zəkası tərəqqisinin tarixi mənzə­rəsi, 1795

MESTR. Fransa haqqında düşüncələr, 1796

FİXTE. Təbii hüququn əsasları, 1796

KANT. Hüquq haqqında təlimin metafizik başlanğıc­ları, 1797

ŞATOBRİAN. İnqilablar haqqında esse, 1797

LİXTENBERQ. İngiltərədən məktublar, 1798

ŞATOBRİAN. Xristianlığın dühası, 1802

MESTR. İnsani təsisatların yaradıcı prinsipi ba­rə­də esse, 1810

KLAUZEVİTS. Müharibə haqqında

HEGEL. Hüququn fəlsəfəsi, 1821

SEN-SİMON. Yeni xristianlıq, 1825

PESTEL. Rus həqiqəti, 1825

VİNYİ. Sen-Mar, 1826

TOKVİL. Amerika demokratiyası haqqında, 1835

RUQE. Siyasət və fəlsəfə, 1840

LAMENNE. Fəlsəfənin eskizi, 1840-56

KABE. Mən necə kommunist oldum, 1840. İkari­ya­ya səyahət, 1840

KARLEYL. Qəhrəmanlar, qəhrəmanlara ehtiram və tarixdə qəhrə­man­lıq, 1841

DÜMA. Üç müşketyor, 1844

ŞTİRNER. Yeganə və onun mülkiyyəti, 1845

BELİNSKİ. Qoqola məktub, 1847

MARKS. Kommunist partiyasının manifesti, 1848

MARKS. Fransada sinfi mübarizə, 1850

BAB. Bəyan

KİREYEVSKİ. Avropa maarifçiliyinin xarakteri və onun Rusiya maarifçiliyinə münasibəti haq­qında, 1852

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin