Əlaqələndirilir cəmiyyətləri ayırd edirlər



Yüklə 17,85 Kb.
tarix16.11.2022
ölçüsü17,85 Kb.
#69517
Belge (2)


Cəmiyyət öz konkret təzahürlərində son dərəcə rəngarəngdir. Müasir cəmiyyətləri müxtəlif parametrlərə
görə (məsələn, siyasi quruluş, coğrafi vəziyyət, mədəniyyət, ünsiyyət dili, sabitlik səviyyəsi, sosial inteqrasiya
dərəcəsi, əhalinin təhsil səviyyəsi və s.) fərqləndirmək olar. Tipik cəmiyyətlərin universal təsnifatları onların
başlıca parametrlərinin ayırd edilməsinə əsaslanır.
[49 - 50]
Cəmiyyətlərin tipologiyasında əsas istiqamətlərdən biri dövlət hakimiyyəti formalarının ön plana
çəkilməsidir. Bu baxımdan totalitar (dövlət sosial həyatın əsas istiqamətlərini müəyyən edir), demokratik (əhali
dövlət strukturlarına təsir göstərmək imkanına malikdir) və avtoritar (totalitarizm və demokratiya ünsürləri
əlaqələndirilir) cəmiyyətləri ayırd edirlər.
Marksizm cəmiyyətləri istehsal münasibətlərinin tipinə görə fərqləndirir və ibtidai icma, quldarlıq,
feodalizm, kapitalizm, sosializm (və ya kommunizm) ictimai-iqtisadi formasiyalarını ayırd edir. Sonuncu xüsusi
mülkiyyətçilik münasibətlərinin ləğvini, istehsal vasitələri üzərində mülkiyyətə hamının bərabər münasibətini
nəzərdə tutur.
Müasir sosiologiyada ənənəvi, industrial, postindustrial cəmiyyətlər kimi fərqləndirmə daha davamlı
tipologiya hesab oluna bilər.
Ənənəvi cəmiyyət (bunu sadə və aqrar cəmiyyət də adlandırırlar) aqrar uklada, az mütəhərrik strukturlara və
ənənələrə əsaslanan sosiomədəni tənzimləmə üsuluna malikdir. Fərdlərin davranışına ciddi şəkildə nəzarət olunur.
Ənənəvi davranış normaları, adətlər, sabit sosial təsisatlar (xüsusən ailə, icma) çox mühüm məna kəsb edir.
İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunur. Ənənəvi cəmiyyət üçün istehsalın aşağı inkişaf
surətləri xarakterik cəhətdir. Bu tip cəmiyyət üçün davamlı sosial həmrəylik çox əhəmiyyətli amildir. E. Dürkheym
vaxtilə Avstraliya aborigenləri cəmiyyətini öyrənərək bu qənaətə gəlmişdi ki, dini etiqadlar cəmiyyətin əxlaqi

23
vəhdətini qoruyub saxlamaqda çox mühüm rol oynayır. Ova hazırlaşmaqla, nikah mərasimləri və s. ilə bağlı birgə


rituallar cəmiyyətin kollektiv ruhunun möhkəmlənməsinə kömək edir.
«İndustrial cəmiyyət» termini hələ O. Kont tərəfindən elmi dövriyyəyə daxil edilmişdi. Belə cəmiyyətin
əsasını istehsal, sənayenin inkişafı təşkil edir; bunlar əməyin elmi təşkilinə istinad edir. Sənaye istehsalı fəhlələrin
iş yerlərində
[50 - 51]
təmərküzləşməsini nəzərdə tutur. Əmələ gələn işçi kütləsinin sahibkarlarla münaqişəsi
yaranır. Zənginliyin artmasının əsas şərti mənfəət ardınca qaçma və rəqabət olur. Lakin artıq istehsalla bağlı olan
böhranlar da çoxalır; nəticədə bolluq içərisində yoxsulluq güclənir. İndustrial cəmiyyət sosial həyatın təşkilinin elə
tipidir ki, burada fərdlərin azadlığı və maraqları onların birgə fəaliyyətini nizamlayan ümumi prinsiplərlə
əlaqələnir. Belə cəmiyyət üçün çevik sosial strukturlar, sosial mobillik, inkişaf etmiş kommunikasiyalar sistemi
xarakterik cəhətlərdir.
XX əsrin 60-cı illərində postindustrial (informasiya) cəmiyyət konsepsiyaları (D. Bell, A. Turen,
Y. Habermas) meydana gəlir; bu, ən inkişaf etmiş ölkələrin iqtisadiyyatında və mədəniyyətindəki kəskin
dəyişikliklərlə şərtlənmişdi. Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu
etiraf olunur. Zəruri təhsil alan, ən yeni informasiya əldə etmək imkanı qazanan adamlar sosial ierarxiya
pilləkanında irəliləmək üçün üstün şanslar əldə edirlər. İnsanın cəmiyyətdə əsas məqsədi yaradıcı əmək olur.
Postindustrial cəmiyyətin neqativ tərəfi də var: dövlətin, hakim elitanın informasiyaya müyəssərlik, kütləvi
informasiyanın və kommunikasiyanın elektron vasitələri sayəsində insanlar, bütövlükdə cəmiyyət üzərində sosial
nəzarəti gücləndirməsi təhlükəsi qalır. Cəmiyyətin həyat dünyası effektivlik və instrumentalizm məntiqinə daha
çox tabe olur. Mədəniyyətdə, o cümlədən ənənəvi dəyərlərdə inzibati nəzarətin təsiri altında pozulma meylləri
güclənir, çünki belə nə-zarət sosial münasibətlərin, sosial davranışın standartlaşmasına, unifıkasiyasına can atır.
Cəmiyyət iqtisadi həyat və bürokratik təfəkkür məntiqinə daha çox tabe olur. İnsanlar sosial nailiyyətlərdən istifadə
etsələr də, iqtisadiyyatın və dövlətin öz şəxsi həyatlarına müdaxiləsindən müdafiə olunmaq məcburiyyətində
qalırlar. Deməli, müasir cəmiyyətin sosial sferası təhlükəsiz deyildir. Ona görə də modernizasiyaya qarşı
müqavimət və mübarizə zəminində müəyyən sosial
[51 - 52]
hərəkatlar (məsələn, vətəndaşlıq təşəbbüsləri,
«yaşıllar» hərəkatı, antinüvə hərəkatı və s.) meydana çıxır.
Göründüyü kimi, cəmiyyətin bir pillədən digərinə keçməsinin obyektiv göstəriciləri kimi sənayenin inkişafı,
elmi-texniki tərəqqi ön plana çəkilir.
Bir çox tədqiqatçıların (məsələn, D. Bell, A. Kinq, C. Martin, A. Norman, C. Neysbit, İ. Məsud və
başqaları) əsərlərində postindustrial cəmiyyətin fərqləndirici xüsusiyyətlərinə xüsusi diqqət yetirilir. Həmin
xüsusiyyətlər aşağıdakılardır: əmtəələrin istehsalından xidmətlər iqtisadiyyatına keçilməsi; yüksək təhsilli peşəkar
texniki mütəxəssislərin rolunun artması; cəmiyyətdə kəşflərin və siyasi qərarların mənbəyi kimi nəzəri biliklərin
öncül mövqeyi; texnika üzərində nəzarət və elmi-texniki yeniliklərin nəticələrini qiymətləndirmək imkanı;
intellektual texnologiya yaradılması zəminində, habelə informasiya texnologiyası deyilən texnologiyadan istifadə
etməklə qərarların qəbul olunması.
İnformasiya cəmiyyətinin təşəkkülü təsadüfi deyildir. Bu cəmiyyətdə sosial dinamikanın əsası ənənəvi
maddi ehtiyatlar deyil, informasiya (intellektual) bilikləridir, elmi, təşkilati amillərdir, insanların intellektual
qabiliyyətləri, təşəbbüsləri, yaradıcıhqlarıdır. Formalaşmaqda olan informasiya cəmiyyətinin tələbatları
informasiya texnologiyalarının, necə deyərlər, həyat vəsiqəsi almasını zəruri etmişdir.
İndustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçilməsi zamanı sosial həyatın bütün sahələrində
informasiya ehtiyatlarının toplanması ilə onlardan istifadə olunması arasındakı məhdudiyyətlər aradan qaldırılır;
bu, sosial proseslərin dinamikasının artmasına, ictimai tərəqqinin sürətlənməsinə səbəb olur. Deməli, informasiya
cəmiyyətində informasiya axınları və massivləri sosial inkişafı müəyyən edir, mövcud ehtiyatlar və amillərlə
müqayisədə prioritet istiqamətlidir; burada əhalinin mütləq əksəriyyəti və ya hamısı informasiya fəaliyyəti ilə
(əlbəttə, fərqli səviyyədə) məşğul olur.
Elmi ədəbiyyatda informasiya cəmiyyətinin gələcəkdə
[52 - 53]
informasiya-ekoloji cəmiyyətə keçəcəyı
fıkri də öz əksini tapmışdır. Mütəxəssislərin fıkrincə, informasiya cəmiyyəti ekoloji sağlamlaşma imkanlarını
artırmalıdır. İnformasiya-ekoloji cəmiyyət ekoloji problemləri effektli həll etməyi bacaran, ekotələbatların,
ekodəyərlərin və imperativlərin tarazlığını təmin edən, yüksək ekoloji mədəniyyətə, əxlaqa, şüura əsaslanan
cəmiyyətdir. Başqa sözlə, o, sosiumun yeni qlobal vəziyyətidir, noosferanın təşəkkülünün növbəti mərhələsidir.
Müasir sosiologiyada cəmiyyətin sistem-struktur və münaqişə konsepsiyaları geniş yayılmışdır. Onları
yığcam şəkildə nəzərdən keçirək.
Yüklə 17,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin