Antropologiyada yaş və cins problemi



Yüklə 0,55 Mb.
səhifə1/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
  1   2   3   4   5   6   7   8   9   ...   20
yas-cins antropologiyasi muhaz


Antropologiyada yaş və cins problemi

Antropologiya elmində diqqət çəkən mövzulardan biri də insanların inkişafının yaşa və cinsə görə fərqli xüsusiyyətlərinin öyrənilməsidir. İnsanların yaşa və cinsə görə araşdırılması həm fiziki antropologiyada, həm də sosial-mədəni antropologiyada əsas yer tutur. Fiziki antropologiyada insanların kəllə, gövdə sümüklərinin, eləcə də ətrafların yaşa və cinsə görə inkişafı, həmçinin insanın ana bətnindən ahıllıq dövrünə qədər keçdiyi bütün yaş dövrləri öyrənilir. Sosial-mədəni antropologiyada isə istər arxaik dövrlərdə, istərsə də müasir dövrdə insanın müxtəlif cəmiyyətlərdə mövqeyi, sosial statusu, həmçinin onların həm ailədə, həm də toplumlar arasında davranış xüsusiyyətləri öyrənilir.


Cinslər arasındakı fərq, cinsi mənsubiyyətə görə onların cəmiyyətdə yeri və rolu hər zaman diqqət mərkəzində olmuşdur. Yaş cins antropologiyası isə məhz bu problemi aktual mövzu kimi ortaya qoyur və bütün bu suallara cavab axtarır.
Mövzu üzərində işləyərkən istifadə olunan mənbələrə Azərbaycan, rus, türk və xarici antropoloqların elmi əsərləri, monoqrafiyaları və məqalələri və s. aiddir. Bunlara misal olaraq dos. K. H. Məmmədovun 2009-cu ildə çap edilmiş «Antropologiyanın əsasları» kitabı, Şadlinski V.B.,Qasımov Ş.İ., Mövsümov N.T. 2007ci ildə nəşr olunmuş «İnsan anatomiyası» kitabının I cildindən, həmçinin, bu mövzu ilə əlaqədar türk və rus ədəbiyyatından, məsələn, Kaplan Arıncı, Alattin Elhamın Ankarada 1987 ci ildə çap olunmuş «Anatomi insan vücudunun yapısı » kitabından, eləcə də V.V.Butovskayanın “Antpologiya pola” və bir çox antropoloqların kitabları, eləcədə internet resursları və s. misal göstərmək olar.
Antropologiyada yaşa və cinsə görə fərqli xüsusiyyətlər mövzusu ilə bağlı məlumatlar K. H.Məmmədovun 2009-cu ildə çap edilmiş «Antropologiyanın əsasları» kitabında xüsusilə seçilir. Belə ki, kitabda müxtəlif yaş dövrlərində insanlarda özünü göstərən morfoloji əlamətlər, onların kişi və qadın cinsində fərqli xüsusiyyətləri haqqında geniş məlumat verilir. Y.Həsənovun Bakıda 1963-cü ildə nəşr olunmuş «İbtidai icma tarixi» və Ş. Bünyadovanın Bakıda 2012-ci ildə çap olunmuş «Orta əsr azərbaycan ailəsi» kitabları dünya xalqlarının eləcə də, Azərbaycan xalqının müxtəlif yaş qrupları arasında gedən təqdis adətləri haqqında geniş şərh verilir.
Həmçinin rus ədəbiyyatından V.V.Boçarov 1971-ci ildə çapdan çıxan «Antropologiya pola» kitabında da mövzu ilə əlaqədar tutarlı məlumatlar vardır.
Fənninn obyektini fiziki və sosial-mədəni antropologiyada müxtəlif yaş qrupları arasında cinsə görə dəyişən əlamətlər, predmetini isə müxtəlif yaş və cins qruplarında olan insanlar təşkil edir.
Fənnin xronoloji çərçivəsi fiziki antropologiyada insanın ana bətnindən ahıllıq dövrünə qədər keçdiyi yaş mərhələləri, onların cinslər arasındakı fərqli xüsusiyyətləri, sosial-mədəni antropologiyada isə arxaik cəmiyyətlərdən müasir dövrümüzə qədər insanların yaşa və cinsə görə dəyişməsinə qədər keçdiyi uzun bir inkişaf yolu tədqiq olunmuşdur. I hissə «Fiziki antropologiyada yaşa və cinsə görə əlamətlərin dəyişməsi» adlanır. Bu hissədə insanların fiziki antropologiyada yaşa və cinsə görə inkişafı, ana bətnindən ahıllıq dövrünə kimi keçdiyi uzun bir dövr araşdırılıb. Qeyd olunan fəsildə insan əzələ sisteminin, həmçinin gövdə və kəllə sümüklərinin yaşa və cinsə görə fərqli əlamətləri eləcə də, antropologiyada morfoloji əlamətlərin yaşa və cinsə görə dəyişməsi haqqında məlumatlar Sovet və müasir dövrün ədəbiyyatı əsasında araşdırılıb. II hissə «Sosial- mədəni antropologiyada insanların yaşa və cinsə görə fərqli xüsusiyyətləri» adlanır. Bu hissədə ənənəvi və müasir cəmiyyətlərdə insanlar və onların özünəməxsus fərqlilikləri, arxaik cəmiyyətlərdə təqdis adətləri, insanların yaş stratifikasiyası həmçinin, müasir zamanda kişi qadın bərabərliyi, gender problemi kimi məsələlər rus, xarici və yerli antropoloqlarımızın tədqiqatları nəticəsində tədqiq olunmuşdur.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin