Antropologiyada yaş və cins problemi



Yüklə 0,55 Mb.
səhifə14/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
yas-cins antropologiyasi muhaz

Kişilər üçün
(sаntimеtrlə)

Qadınlar üçün
(sаntimеtrlə)

CIRTDАN

129 sm-ə qədər

120,9 sm-ə qədər

ÇОХ QISА

130 – 149,9

121 – 139,9

QISА

150 – 159,9

140 – 148,9 sm

ОRTАDАN АŞАĞI

160 – 163,9

149 – 152,9

ОRTА

164 – 166,9

153 – 155,9

ОRTАDАN YUХАRI

167 – 169,9

156 – 158,9

HÜNDÜR

170 - 179,9

159 – 167,9

UCА

180 – 199,9

168 – 186,9

АZMАN

200 sm-dən yuхаrı

187 sm-dən yuхаrı



ÇƏKI
Kişilər üçünorta çəki 64 kilоqrаm, qadınlar üçün 56 kilоqrаmmüəyyənləşdirilmişdir. Bu əlamətinortariyazi dəyişkənliyi 6 kilоqrаmdır. Çəkininsabitləşməsi 25 – 40 yaşlararasındabaş verir. 40 yaşdan 55 yaşaqədərhərbeş il ərzində çəkiortahesabla 0,5 – 1 kilоqrаm artır. 60 yaşdansonratoxumalardabaş verənatrofikdəyişikliklər çəkininazalmasınasəbəbolur.
Boyla çəkiarasındakı müəyyənmütənasibliyinəzərə alanmüxtəlifdüsturlarvardır. XIX əsrdəən geniş yayılmışBrok indeksinə görə :
I = L - 100
I - optimal çəki
L – bədənin uzunluğu
Lakin nəzərə almaq lazımdır ki, müqayisə olunanlardan biri kütlə, digəri isə xətt ölçüsüdür və bu göstəricilərin düz mütənasib olması mümkün deyil. Bu yanlışlığı aradan qaldırmaq məqsədilə daha bir neçə düstur təklif olunmuşdur.
Livi indeksinə görə :
I = 100 • ³√P / L
I – optimal çəki
P – bədənin qramla çəкisi
L – boyun sаntimеtrlə uzunluğu
Rorer indeksinə görə :
I = 100 •√P / L³
I – optimal çəki
P – bədənin qramla çəкisi
L – boyun sаntimеtrlə uzunluğu
Yarxo, Kaup, Ketle indeksinə görə :
I = 100 • √P / L²
I – optimal çəki
P – bədənin qramla çəкisi
L – boyun sаntimеtrlə uzunluğu
Pinye indeksinə görə :
I = L – (P + T)
I – optimal çəki
P – bədənin qramla çəкisi
L – boyun sаntimеtrlə uzunluğu
T – döş qəfəsinin ölçüsü
Sonralar P. Brok bu ölçüləri cinslərə görə fərqləndirmək üçün yeni indekslər təklif etmişdi. Bu indekslərə görə:
I = A – 0,2 • (A - 52) (kişilər üçün)
I = A – 0,4 • (A - 52) (qadınlar üçün)
I – optimal çəki
A – bədənin qramla çəкisi
Bu indekslər arasında «ideal çəki»nin müəyyənləşdirilməsində Lorens düsturu öz dəqiqliyi ilə seçilir. Lorens düsturuna görə :
P = (L - 100) – (L - 150) : 4
Burada P - bədənin optimal çəkisi
L – boyun uzunluğu


BƏDƏNIN MÜTƏNASIBLIYI
Eyni uzunluğa malik olan fərdlərin bədənlərinin ayrı – ayrı hissələrinin ölçüləri müxtəlif ola bilər. Bu fərqlər həm mütləq, həm də nisbi ölçülərdə özünü göstərir. Bədənin mütənasibliyi dedikdə onun müxtəlif hissələrinin - gövdə, ayaq, əl və s.) bir – birinə tənasübü nəzərdə tutulur. Adətən bədənin ayrı – ayrı hissələrinin ölçüləri bədənin uzunluğu ilə tutuşdurulur. Hələ lap qədim zamanlardan ideal insan bədəninin ölçüləri ilə bağlı müxtəlif fikirlər söylənilmişdir. M.ə. V əsrdə yaşamış yunan heykəltəraşı Polikletə görə başın uzunluğu bədənin uzunluğunun səkkizdə birinə, sifətin uzunluğu isə bədənin uzunluğunun onda birinə bərabər olmalıdır. Qədim misirlilər isə hesab edirdilər ki, sol əlin orta barmağının uzunluğu bədənin uzunluğundan 19 dəfə, başdan göbəyə qədərki uzunluqdan 11 dəfə qısa olmalıdır. Frits – Ştras qaydasında əsas ölçü kimi fəqərə sütununun uzunluğu götürülürdü. Elmi cəhətdən daha dəqiq əsaslandırılmış Manuvrie indeksinə görə :

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin