Antropologiyada yaş və cins problemi



Yüklə 0,55 Mb.
səhifə8/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
yas-cins antropologiyasi muhaz

TƏQDİS ADƏTİ
Sosial-mədəni antropologiyada insanların yaşa və cinsə görə fərqləri müxtəlif xalqların təqdis adətlərində özünü göstərir. Təqdis, məlum olduğu kimi müəyyən sosial qrup və ya mistiq qrup çərçivəsində fərdin yeni inkişaf mərhələlərinə daxil olması deməkdir.Bir ayin kimi gənclərin həyatında mühüm rol oynayır. Cəmiyyətin daxil olmanın tarixi 3 əsas mərhələsi ilə fərqləndirilir: 1) kollektiv ayinlər keçidi nəzərdə tutur (6 və yaxud 12 yaş arası) eyni zamanda kiçik qrup çərçivəsində keçidi nəzərdə tutur; 2) Gizli cəmiyyətə və qardaşlıq daxil olmayla bağlı ayinlər ibtidai dinlərin səviyyəsində şaman və rəhbərin qəbulu; 3) Mərhələnin fərqli xüsusiyyətləri ondan ibarətdir ki, daha güclü və həyəcanlıdır. Çünki cəmiyyətin başqa üzvlərinin səlahiyyətindədir [12;137].
Təqdisin məqsəd və vəzifələri eynidir. Fərqli cəhəti sadəcə məkan və zamana uyğunlaşması ilə bağlıdır. Uyğunlaşma bütövlükdə ənənəvi formaları təqlidi forma daşıya bilər. Hər bir xalqın tarixində təqdis ayini mövcuddur, adətən mahiyyət etibarı ilə müəyyən olunub və mərasimlərlə müşayət olunur.
İbtidai cəmiyyətdə də yetkinlik çağına çatmış oğlanlara təqdis mərasimi zamanı sünnət edilməsi tarixdən məlumdur. Maraqlıdır ki, bu əməliyyat yetkinlik yaşına qədəm qoyan oğlanlara onların fiziki dözümlülüyünü yoxlamaq məqsədilə tətbiq edilirdi. Bu adət ibtidai-icma quruluşunda yaşayan müxtəlif tayfalarda icra olunmuşdur. Sonrakı dövrlərdə də bir sıra xalqlarda qalmışdır və xüsusən müsəlmanlarda onun icrası zərurətə çevrilmişdir. Azərbaycan ailələrində oğlan uşağı anadan olduqdan sonra onun sünnət olunması orta əsrlərdə əsas adətlərdən biri sayılırdı. Ümumiyyətlə, sünnət bir adət halını almış, uşaqlara ya lap körpəlikdə, yaxud da bir qədər böyüdükdən sonra tətbiq olunurdu. Yeri gəlmişkən, qeyd edək ki, müsəlman olmayan xalqlarda, məsələn yəhudilərdə də sünnət adəti hələ də mövcuddur [58].
Aydındır ki, uşağa qarşı bu cür davranış ana və ata üçün daxilən bir ağırlıq gətirir. Onun icrası valideynlərdə təbii olaraq daxili həyəcan doğurur. Lakin buna baxmayaraq, adət halını aldığına görə insanların şüurlarında elə yerləşmişdir ki, heç kəs bu adətə qarşı çıxmır və etiraz belə etmir. Əksinə, zamanı gəldikdə valideynlər özlərində lazımi cəsarəti tapırlar. Ətrafdakılar tərəfindən o qədər təsirlər olur ki, hətta sünnət olunmayanlar müsəlman kimi qəbul edilmir.
Keniya və Tanzaniya ərazisində məskunlaşan massailər arasında da sünnət adəti vardır. Yenicə sünnət olunan yeniyetmələr qara paltar geyinir, üzlərini isə ağ rəngə boyayırlar. Sünnət mərasimi zamanı özünü cəsarətlə aparanlar rəngli lələklərlə özlərini bəzəyə bilərlər. Əməliyyat zamanı qışqıranlara yalnız boz rəngli lələklə bəzənməyə icazə verilir. Belə yeniyetmələr savannada hələ iki-üç ay gəzə bilərlər. Bu zaman ərzində onların yarası sağalır və onları istənilən evdə pulsuz yeməklə təmin edirlər. Sünnətli oğlanlar yeməyi xüsusi çöplər vasitəsilə yeyirlər. Yeməyi ələ almaq olmaz, çünki onlar çirkli hesab olunur. Onlar doğma kəndlərinə qayıdanda qadınlar onlara yeni paltar və bəzəklər bağışlayırlar. Yaşlı döyüşçülər başlarında qəribə oxra və inək yağı sürtülmüş, müncuqla bəzədilmiş hörük gəzdirirlər. Massailər hərbçi olmaq üçün bir neçə il düşərgədə qalırlar. Cəngəlliklərin dərinliklərində qadın və digər nəfslərdən uzaq gənc kişilər məşq edirlər, müharibə etməyin sirlərini öyrənirlər, şir ovu və mal-qara qaçırmağa hazırlaşırlar. Bir sözlə, düşərgədə təcrübə qazanırlar. Məsələn, ilk dəfə alkoqol alır və inək qanının sərxoşluğa qarşı yaxşı kömək etdiyini öyrənirlər. Burada onlar günlərlə bir-birinə hörük bağlayırlar. Onlar düşərgədən qayıdanda hörüklərini kəsib hamı kimi olurlar. Düşərgələrdə ənənəvi təbabət kursu da keçirlər. Bunun üçün savannada ot, kök, ağac yarpaqları mövcuddur. Savanna elə özü aptekdir. Əfqanlar oğlanı yeddi yaşınadək «xətnə» adlanan adətə görə sünnət etməlidirlər. Xətnə mərasimində iki oğlan uşağı olmalıdır. Bu onlara ikiqat ömür arzulamaq niyyəti kimi izah olunur. Bu zaman qonaqlıq verilir, qonaqlar uşaqlara hədiyyələr paylayırlar [36;45].
Avstraliyada təqdis müddəti ağsaqqalar tərəfindən qabaqcadan müəyyən edilirdi. Gənclər bu zaman müəyyən pəhriz saxlamalı və diş sındırmaq, yanan tonqal üstündə oturmaq, kürəyindən bıçaq ilə dərisinin kəsilməsi və sairə kimi, hətta daha əzablı imtahana dözməli idilər. Məsələn, diyeri qəbiləsində təqdis edilməli gənci gözlənilmədən tutub qollarını daldan bağlayır, çığırıb inləməsinə baxmayaraq ona 20 dəqiqə davam edən təqdis əzabı verirdilər. Bəzən bu kimi təqdis adəti gənclərə tam mənada fiziki şikəstlik də gətirirdi. Bəzən belə hallar da olurdu ki, gənc təqdisdən qorxaraq meşələrdə, dağlarda gizlənməkdə yaxasını bu işgəncədən qurtarmağa çalışırdı. Belə gənclər “vəhşi adamlar” cərgəsinə keçirilir, onu izləyir və tutub təqdisdən keçirirdilər. Təqdis zamanı gənci onun üzvü olduğu qəbilə və ya tayfanın “sirləri” ilə, adət və ənənələri ilə tanış edir və ona silah gəzdirmək hüququ verirdilər. Gənclər isə həmin qrupun həqiqi üzvü olmaq üçün tələb olunan keyfiyyətləri qazanırdılar. Təqdis adəti, əsil mənada, gəncləri ictimai qaydalara, nizam-intizama və ənənələrə tabe olmağa öyrətmək məqsədi güdürdü ki, onların pozulması xarakterik böyük cəza tədbirləri ilə nəticələnə bilərdi. Xarakterik cəhət budur ki, təqdisdən sonra gənc ova çıxmalı, yaşlıların nəzarəti altında ov edib gətirməli idi. Qızların təqdisi və gənc oğlanlarda olduğu kimi eyni məqsəd daşıyırdı. Təqdisdən sonra qızlar qadınlar sırasına daxil edilirdilər. (Bəzi tayfalarda təqdis üsuluna qızların bəkarətini pozmaq da daxil idi). Gənclərin təqdisinə dair tədqiqatçılar Şimali Amerika hindləri, Melaneziya, Odlu Torpaq və sair yerlərdə yaşayan xalqlar haqqında maraqlı materiallar toplamışlar. Ehtimal ki, bu təqdis, ibtidai tayfalarda çox yayılmış bir adət olmuşdu [41;66]. Həm də təqdis təfərrüatına qəbilənin toteminə xas olan bir çox xüsusiyyətlər daxil idi ki, bu da qəbilə adət və ənənələrinin qorunub-saxlanılmasında dinin rolunu göstərir. Fratriyaların rolu xüsusilə bir təhlükə baş verən zaman daha böyük olurdu. Belə vaxtlarda onlar hərbi ittifaqı əvəz edirdilər.
F.İnkels Amerikadakı hindli tayfalarının xüsusiyyətlərindən bəhs edərkən tayfalar üçün aşağıdakıları əsas xüsusiyyət hesab etmişdir: 1)öz ərazisinin və öz adının olması; 2)yalnız bir tayfaya məxsus ayrıca dialektin olması; 3)qəbilələr tərəfindən seçilmiş saxemlərin və hərbi başcıların təntənəli surətdə vəzifə başına keçirilməsi hüququ; 4)onları dəyişdirmək, hətta onları qəbilənin arzusu əksinə olaraq dəyişdirmək hüququ; 5) ümumi dini təsəvvürlər (mifologiya) və sitayiş mərasimlərinin təşkili; 6) ümumi işləri müzakirə etmək üçün tayfa şurası çağırmaq hüququ və s.
Bir çox xalqlarda, hətta tayfa ittifaqlarının yarandığını da görürük. Amerika hindliləri öz inkişafında bu tayfa təşkilatından uzaq getməmişdi.
İki qohum fratriya həmişə ümümtayfa bayramlarını keçirirdi, xeyir və şər üşlərini təşkil edirdi, bayramlarda və qəbilə başçıları öldükdə onların dəfnində bir-birinə yardım edirdi. Xüsusilə fratriyalar gənclərin təqdisi şənliklərində əlbir iştirak edirdilər. İrokezlərdə gənclərin təqdisi işinə çox əhəmiyyət verilirdi. Bir çox xalqlarda olduğu kimi, gənclər yalnız təqdis ediləndən sonra evlənmək və qəbilə yığıncıqlarında iştirak etmək hüququ əldə edirdilər.
Yuxarıda deyiliyi kimi, hələ ilk nəsli qruplarda ehtimal ki, yaşa görə münasibətlər daha ilkin olub ona çox yer verilirmiş. Yaşlılara bir qayda olaraq, xüsusi ehtiram edilir, onlarla hesablaşırdılar. Ehtimal ki, bu adət həmin yaşlı adamların böyük həyat təcrübəsinə malik olmasından və buna görə də maddi həyatda hər cür çətinlik və bədbəxtliklərə qarşı mübarizə yollarını daha yaxşı bilməsindən irəli gəlmişdi. Belə adamların şəxsi nüfuzunu böyük içtimai əhəmiyyəti var idi. Onların keçmiş nəsillərdən qalmış adət və ənənələri indi mənsub olduqları insan qruplarında davam edir və hamının ehtiram etməsini tələb edən adət və ənənəyə çevrilmişdi. Antropoloji faktlar göstərir ki, bütün bəsit xalqlardakı nüfuza malik olan ağsaqqallar mahir ovçu və döyüçcü, yaxşı həkim (əlbəttə ibtidai mənada) olmaqdan əlavə, həm də, həmin qəbilə və ya qrupun adət və ənənələrini yaxşı bilən adamlar idilər. Onlar bu ənənələrin həmin qrup daxilində mühafizə edilib saxlanılmasına xüsusi diqqət verirdilər. Bir çox bəsit xalqlarda kök salmış gənclərin təqdisi adəti də, ehtimal ki, yeni nəsli adət və ənənələrə tabe etmək və onları bu ənənələrin mühafizəçilərinə ehtiram etməyə məcbur etmək məqsədini daşıyırdı.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin