Antropologiyada yaş və cins problemi


Azərbaycanlılarda ailə-nikah munasibətləri və yaş-cins



Yüklə 0,55 Mb.
səhifə4/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   2   3   4   5   6   7   8   9   ...   20
yas-cins antropologiyasi muhaz

Azərbaycanlılarda ailə-nikah munasibətləri və yaş-cins


3. L.H.Morqan və onun antropologiya sahəsində xidmətləri
Tәkamül cәrәyanının әn mühüm nümayәndәlәrindәn biri dә amerikan etnoqrafı Luis Henri Morqandır. L.H.Morqan tәhsilinә görә hüquqşünas, vәkil olmuş vә uzun müddәt böyük göllәr әtrafında yaşayan hindu tayfalarının (irokez) hüquqlarını müdafiә etmişdir. O, 1840-cı ildə Eri Parkerlə birlikdə "İrokezlərin böyük ordeni" adlı ictimai təşkilat yaratmışdır. Həmin cəmiyyətin qarşısında duran əsas məsələlər qırmızı dərililərə ehtiramla yanaşılması, onların problemlərinin həll olunması və Amerika hökümətinin irokezlərə dəstək olması və s. idi. İrokezlәrlә bağlı tәdqiqatlara başlayan Morqanın ilk böyük tәdqiqatı 1851-ci ildә nәşr etdirdiyi "İrokezlәr ordeni" әsәridir. Bir çox amerika tədqiqatçıları bu əsərin nəşr olunma ilini Amerikada Tarixi antropologiyanın yaranması ili kimi qəbul edirlər. Sonrakı dövrlәrdә o, tәdqiqatlarını davam etdirmiş vә 1871-ci ildә "İnsan ailәsindә qohumluq vә qudalıq", 1877-ci ildә "Qәdim cәmiyyәt", 1883-cü ildә isә "Amerika aborigenlәrinin evlәri vә ev mәişәtlәri" adlı әsәrlәrini nәşr etdirmişdir. Morqan özünün antropoloji ideyalarını sistematik şәkildә "Qәdim cәmiyyәt" әsәrindә toplamışdır. Üzərində 40 il işlədiyi bu әsәrindә Morqan qarşısına qoyduğu əsas suallar bunlar idi:

  1. Bəşər tarixində ibtidai icma cəmiyyətinin yeri

  2. İnsanlar arasında ailə-nigah münasibətlərinin inkişaf dinamikası

  3. Bəşər tarixində sosial, iqtisadi, mədəni dövrlərin müəyyənləşdirilməsi

L.H.Morqanın bəşər tarixini öyrənmək üçün əsas istifadə etdiyi materiallar irokezlərlə bağlı idi və o bu materiallarda öz həyatı ilə bağlı gerçəklikləri də görürdü. İrokezlәrin ictimai quruluşunun tәhlili nәticәsindә Morqan belә bir qәnaәtә gәlmişdir ki, ibtidai icma quruluşunda cәmiyyәtin ilkin ictimai qurumu kimi nәsil çıxış edir vә ibtidai icma quruluşunu, ümumiyyәtlә bütün bәşәr tarixini iki böyük dövrә ayıra bilәrik: birinci dövr nәsli qәbilә münasibәtlәrinin mövcud olduğu dövr; ikinci dövr isə xüsusi mülkiyyәt vә әrazi bölgüsünә әsaslanan siyasi cәmiyyәtlәr dövrüdür. Nәsli qәbilә dövrü erkәn vә son nәsli qәbilәlәr olmaqla iki böyük dövrә bölünür. Nәsli qәbilә, qan qohumluğuna әsaslanan nәsil bәşәr tarixindә sosial sturukturun formalaşmasının әsas meyyarı kimi çıxış etmişdir. Ona görә dә, Morqan nәsli quruluşun izlәrini bütün cәmiyyәtlәrdә axtarıb izlәmәyә sәy edirdi. İrokezlərdə nəsil ana xətti ilə bağlı olduğuna görə bəşər tarixinin ilkin pilləsi ana xətti ilə bağlı olan nəsillərdir. Bildiyimiz kimi bu ideyanı Avropada öncə İ.Baxofen irəli sürmüşdür. Onun fikrincə nəsli quruluş elə bir sosial mexanizmdir ki, onun sayəsində bəşəriyyətdə hal-hazırda mövcud olan sosial-mədəni strukturlar formalaşır. İstər Avropa, istər Afrika, istərsə də Avstraliyada mövcud olan ənənəvi və ibtidai cəmiyyətləri götürəndə görəcəyik ki, hər yerdə ilkin rüşeym kimi nəsil çıxış edir. İnsanlar bu və ya digər nəslin nümayəndələridir, bu və ya digər ailənin yox. Nəslin ilkin birləşdirici həlqə olması ilk dəfə Morqan tərəfindən müəyyənləşdirilmişdir. Avropada hər kəs ailədən yazırdı, amma Morqan göstərirdi ki, ibtidai icma quruluşunda ailə nəslin içərisində əriyir və biz onun xüsusiyyətlərini hətta müasir cəmiyyətimizdə də görürük. Məsələn, kəndlərdəki məhəllələr. Morqan göstərirdi ki , nəsli quruluşun özünün inkişafı da müəyyən mərhələlərdən keçmişdir. Nəsli quruluşun tipik ən yüksək mərhələsini də biz irokezlərdə görürük. O göstərirdi ki, bəzi irokez cəmiyyətlərində (irokezlər 6 tayfadan ibarətdir, ittifaqdır) nəsli cəmiyyətin dağılması prosesi baş verir. Morqan nəsli quruluşu qədim roma və yunanlarda da aşkar etmişdi. Romalılarda patrisilər triblərə bölünmüşdü və həmin nəslin xüsusiyyətlərini özündə ehtiva edirdi. Yunanıstanda arxilər var idi və onlarda nəslin izlərini aşkara çıxarmışdır. Ata xәtti ilә qohumluğun formalaşması vә ata nәslinin yaranması isә Morqanın fikrinә görә xüsusi mülkiyyәtin yaranması vә nәsildәn-nәsilә ötürülmәsi ilә әlaqәdar olmuşdur.
L.H.Morqan "Qәdim cәmiyyәt" vә "İnsan ailәsindә qohumluq vә qudalıq" әsәrlərindә ailә-nikah münasibәtlәrinin yaranması vә inkişafını da dәrindәn tәhlil etmiş vә qohumluq münasibәtlәrindә ilk dәfә olaraq qohumluğun ifadә olunmasının iki sistemi olmasını göstәrirdi: tәsnifedici sistem vә tәsviredici sistem. Morqan әnәnәvi vә arxaik cәmiyyәtlәrdә qohumluğun ictimai funksiyalarının yalnız qan qohumluğu ilә bitmәdiyini әsaslandırırdı. Morqan belə hesab edirdi ki, bəşəriyyətin ilkin tarixində ailə və nikah olmayıb. Ailə və nikah müəyyən inkişaf dövründə yaranmağa başlayıb və həmin o ailə və nikahın yaranması ekzoqamiyanın yaranması ilə bağlıdır. Ekzoqamiyanın yaranması ilə əlaqədər olaraq müəyyən şəxslər arasında nikah qadağan olunur və bunun nəticəsində tədricən bizim müasir dövrdə gördüyümüz ailə formaları formalaşır. Onun fikrinә görә qohumluğun xüsusәn dә qohumluq terminlәrinin tәdqiqi sayәsindә ailәnin tarixi formalarını müәyyәnlәşdirmәk mümkündür. O, "İnsan ailәsindә qohumluq vә qudalıq" әsәrindә ailәnin 9 tarixi formasını müәyyәnlәşdirirdisә, "Qәdim cәmiyyәt" әsәrindә ailәnin inkişafında aşağıdakı 6 formanın olduğunu göstәrirdi:
1. Promuskiutet
2. Qan qohumluğu ailәsi
3. Punalua ailә forması yaxud qohum olanların, amma qan qohumu olmayanaların ailəsi
4. Sindiasmik vә ya cütnikahlılıq
5. Patriarxal. Poliqamiyanı da bunun tərkibində götürürdü.
6. Monoqam
Qeyd olunmalıdır ki, XIX әsrin ortalarında etnoqrafik әdәbiyyatda mövcud olan qeyri-dәqiq materiallara әsaslandığına görә Morqanın bu sxemindә çoxlu sәhvlәr mövcuddur. Belә ki, hal-hazırda etologiyada әsaslandırılır ki, insanabәnzәr meymunlarda belә promuskiutet deyilәn mәrhәlә yoxdur. Yaxud punalua ailəsi deyilən bir ailə yoxdur. O, göstərirdi ki, qan qohumluğu ailəsində yalnız yaxın qohumları çıxmaqla digərləri arasında nikahın bağlanmasına icazə verilirdi. Amma ibtidai icma cəmiyyətində qohumlar arasında evlənmə qadağan (ekzoqamiya) idi.
L.H.Morqanın ailə-nikah münasibətlərində irəli sürdüyü bu fikirlər əsas deyil, əsas olan qohumluğun mexanizmlərinin aydınlaşdırılmasıdır. Morqana qədər ibtidai icma cəmiyyətindəki insanların ailə-nikah münasibətlərini və qohumluq əlaqələrini başa düşmək çətin idi. Məhz Morqan ilk dəfə bunun mexanizmlərini açıb ortalığa qoya bilmişdir. Morqan göstərirdi ki, ibtidai insan üçün və bizim üçün qohumluq ayrı-ayrı şeylərdir. Müasir insanın qohumluğu yalnız bir formada - qan qohumluğu formasındadır. İbtidai icma dövründə isə qohumluq yalnız qan qohumluğu formasında deyil, 2 formada mövcuddur:
1. Genioloji qohumluq - mənşə qohumluğu (bir ailənin övladları, bacılar, qardaşlar, onların övladları və s.)
2. Təsnifedici qohumluq
İbtidai icma dövründə insanlar arasındakı münasibətlərin özləri də qohumluq hesab olunur. Bunun sayəsində də nəsil daxilində münasibətlər tənzimlənir. İbtidai icma cəmiyyətində nəsil özü seqmentlərə bölünür. Seqmentlərin içərisində olan insanların özləri ayrılmırlar, bunlar eyni hesab olunurlar. Bu səbəbdən də onların qohumluq əlaqələri eyni hesab olunur. Müxtəlif nikah sinifləri vardır ki, həmin bir qrup sinifə daxil olan qadınlar həmin sinifə daxil olan kişilərlə nikahlanır. Həmin nikahlardan doğulan uşaqların hamısı kimin uşağı olmasından asılı olmayaraq bacı-qardaş hesab olunurlar. Nəsildə ölən kim varsa onlar öləni yad edib sonra çıxıb gedirlər. Bəlkə, onlarda da yas saxlamaq var. Bunu da dəqiqləşdirmək lazımdır. Burdan bir şeyi də bilmək lazımdır ki, təsnifedici qohumluğun adı Morqanla bağlıdır. Ona qədər qrup nikahı və s. haqqında müxtəlif təsəvvürlər var idi. Morqan bu fikirlərlə onların hamsını alt-üst etdi və göstərdi ki, burda uşaqların kimdən olmasını bilməməklə bağlı qohumluq yaranmır, əksinə ictimai münasibətlərin yoluna qoyulması üçün bu münasibətlər yaradılır. Zaman keçdikcə bu münasibətlərin daha təkmilləşmiş formaları ortalığa çıxır və həmin o formalar bizim həyatımızda da vardır. Məsələn, kirvəlik. Bu xristianlarda bizdən də güclüdür. Belə ki, xristianlarda xaç suyuna salınmada kirvəlik mövcuddur. Xaç suyuna salınma, sünnət və s. müəyyən əlaqələrin yaradılması üçün idi, yəni onların nə bioloji, nə gigiyenik, nə də digər insan cəmiyyətlərində funksiyası olmamışdır. Bunlar hamısı sistematik yaxud təsnifedici qohumluq xüsusiyyətlərinin inkişafı ilə bağlı olan xüsusiyyətlərdir. Morqan göstərirdi ki, ibtidai icma quruluşundakı bir çox cəmiyyətlərdə mənşə qohumluğuna nisbətən təsnifedici qohumluq daha mühüm rol oynayır.
L.H.Morqan bәşәr tarixinin dövrlәşmәsini vermәyә çalışmışdır. Özündәn әvvәlkilәrdәn fәrqli olaraq bu dövrlәşmәdә bәşәr tarixini insanların hәyatında baş verәn çox mühüm dәyişikliklәrlә әlaqәlәndirirdi. Bu dәyişikliklәr ictimai hәyat, tәsәrrüfat sahәlәri, texniki yeniliklәr vә s. ilә bağlı idi. Morqan bəşər tarixini 3 dövrə bölürdü: vəhşilik, barbarlıq və sivilizasiya. Vəhşilik, barbarlıq və sivilizasiya dövrləri XVIII əsrin sonlarında şotland ictimai xadimi Mak Lennan (Con Ferqüsyon deyil) tərəfindən irəli sürülmüşdür. O, "Bəşər cəmiyyətinin tərəqqisinə dair" bir neçə cildlik əsərində göstərirdi ki, insanlıq tarixi 3 mərhələdən keçmişdir: vəhşilik, barbarlıq və sivilizasiya.
Morqanın xidməti ondan ibarətdir ki, o, bu dövrlərin - barbarlığın, vəhşiliyin özünü də müəyyən dövrlərə bölmüşdür və həmin bu dövrləri bəşər tarixində baş verən çox mühüm ictimai-iqtisadi dəyişiklərlə əlaqələndirdi. Məsələn, Morqan vəhşiliyin özündə 3 mərhələ müəyyənləşdirmişdi: aşağı pillə, orta pillə, yuxarı pillə. Həmçinin barbarlıqda da 3 mərhələ müəyyənləşdirmişdi: aşağı, orta və yuxarı. O, belə hesab edirdi ki, insanın formalaşması ilə vəhşiliyin aşağı pilləsi, odun əldə olunması ilə vəhşiliyin orta pilləsi formalaşır. Sonrakı tədqiqatlarda müəyyənləşdi ki, Morqanın irəli sürdüyü bir çox xüsusiyyətlər ya onun dediyindən əvvəl olub, ya da onun dediyi dövrdən çox sonra olmuşdur. Amma Morqanın xidməti ondan ibarətdir ki, o, bəşər tarixini sərtləşdirməyə, xüsusən də ən çətin ibtidai icma dövrünün müəyyən pillələrini müəyyənləşdirməyə çalışmışdır. Eyni zamanda bu pillələrin əsas xüsusiyyətlərini aydınlaşdırmağa da səy göstərmişdir. Hal-hazırda həmin dövrləşmədən istifadə olunmur, çünki orda müəyyən şeylər var ki, ya arxaya çəkilmişdir, ya da qabağa. K.Marks yazırdı ki, Morqan materialistdir, amma şüurlu materialist deyil. Morqanın yazdığı əsərlərində irəli sürdüyü ideyaları xaostik materialistdir, dialektikanı ortaya atandır. Amerikada Morqandan sonra Con Uesli Pauel vә Austis Meyson onun ideyalarını davam etdirmişdilәr. Amerikada Frans Boas Morqanın ideyalarına qarşı çıxmışdır. Bu dövrdə onlar təkamülçülüyə qarşı idi.
Uzun müddət təkamülçülük təlimi bəşər tarixində baş verən hadisələri düzgün izah etməyən bir təlim kimi qəbul olunmuşdur. İkinci dünya müharibəsindən sonra təkamülçülüyə yenidən maraq artdı. İctimai elmlərdə təkamülçülüyün inkişafı bilavasitə təbiət elmləri ilə bağlıdır. XIX əsrdə təkamülçülüyün yaranması birbaşa Darvinin əsərləri ilə, XX əsrin ikinci yarısında biologiyada baş verən kəşflərlə bağlı olmuşdur. Bioloji kəşflər, xüsusən də genetik və molikulyar biologiya sahəsində olan kəşflərlə bağlı olaraq yenidən təkamülə qayıdış baş verdi və bu yeni təkamülçülük adlanır. Yeni təkamülçülük XX əsrin 40-60-cı illərini əhatə edir. 60-cı illərdə isə təkamülçülük yenidən tənqid olunmağa başlandı. XX əsrin sonu XXI əsrin əvvəllərində təkamülçülüyün üçüncü mərhələsi başlayır. Bu üçüncü mərhələ hələki davam edir və yenə də biologiyada baş verən dəyişikliklərlə bağlıdır. Lakin, bu dəfə söhbət genetikadan getmir, söhbət genomların oxunması, onların arasındakı əlaqələrin araşdırılması və s. ilə bağlıdır.

Ailənin nəsil artırma və uşaqların tərbiyəsi kimi funksiyaların yerinə yetirməsi şərhi nikah, toy və uşaqların tərbiyə bolumundə acıqlanır. XIX əsrdə azərbaycanlıların ailə-nikah munasibətləri haqqında məlumat verən muəlliflərinin tədqiqatlarından irəli gələn səhvə, indi də bəzi əsərlərdə təsaduf edilir. Belə ki, monoqamiya (təkkəbinlilik) və poliqamiya (çoxkəbinlilik) kimi nikah formları kicik cailə və boyuk ailə anlayışları ilə qarşılaşdırılaraq monoqam və patriarxal ailələr adlandırılır, ibtidai cəmiyyətdə ekzoqamolan qəbilələr «endoqam, endoqamolan tayfalar ekzoqam” kimi verilir, azərbaycanlılarda qohumla evlənməyə icazə verilmə adəti qəbilə icması və tayfa quruluşuna məxsus olan endoqamiya ilə qarışdırılır və muasir Azərbaycan ailəsində ibtidai icma quruluşu dovrunə aid olan ekzoqam və endoqam nikahlar və ya onların qalıqları axtarılır və.s [14;154]


Azərbaycanlılarda ailə-nikah munasibətləri ilə əlaqədar anlayışlara aydınlıq gətirmək ucun onların mahiyyətindən irəli gələn təsnifatdan istifadə etmək məqsədəuyğundur. Bu təsnifata nikah formaları-monoqamiya və poliqamiya, niah adətlərə-qohumla evlənmə, levirat və sororat, nikah usulları-elcilik, nişan, toy və qoşulub qacma daxildir. Bu forma, adət və usulların hər birinin icra prosesində
rəngarəng qayda, ənənə və vərdişlərdən istifadə edilmişdir [20;14].
Tarixi və huquqi kateqoriya olan nikah kişi ilə qaıdını intim munasibətlərini rəsmiləşdirən aktdır. İnsan cəmiyyətinin inkişaf tarixində muxtəlif nikah formaları movcud olmuşdur. İ.Bahoven, C.Mak-Lennan, L.Morqan və F.Engelsin əsərlərində və klassik etnoqarik ədəbiyyatda ayrı-ayrı xalqlar icərisində olmuş qrup nikahlar,
qoşa nikahlar, punalua və s. nikah formları haqqında məlumat verilir.
İbtidai nikah formaları ehtimal ki, Azərbaycan xalqının uzaq kecmişinə aiddir. E.ə. I əsrin sonu eramızın I əsrinin əvvəllərində yaşamış yunan coğrafiyacısı Strabonu əsərlərində madalıqlarda poloqamiya (çoxarvadlılıq) nikah firmasını olmaq haqqında məlumat verilir. Ola bilsin ki, Albaniyada da IV əsrədək poliqamiya nikah forması olmuşdur. Bu ehtimalı xristian dininin təkkəbinliyi məcburi nikah forması elan etməsi ilə əsalandırır və belə bir nəticə cıxarılır ki, bu qadağanın səbəbi Albniyada əvvəllər coxarvadlılığın movcudluğu ola bilərdi. qədimdə Albiniyada coxarvadlılığın movcudluğu haqqında qaynaqlarda konkret fakt yoxdur. “Kitabi-Dədə Qorqud” dastanında da monoqam nikahlar tərənnum edilir. Dastanda Dirsə xan ovladı olmayan arvadını hətta “baxtıma çıxan qadınım” adlandırır və onun ustunə gunu gətirmək belə fikrinə duşmur. O, yalnız butunoğuz bəylərinə qonaqlıq verir, acları doydurur, cılpaqlara paltar verir, və borcluların borcunu ödəyir ki, Tanrıya dua edib ona övlad diləsinlər [21;136].
Uşaqsızlıqla əlaqədar kişini birinci arvadın üstünə «gunu” (ikinci arvad) gətirməsi muxtəlif sonluqlara nəticələnirdi. Kişi şəriətin ona veridiyi huquqdan istifadə edərək ikinci arvad aldıqda, cox vaxt birinci arvad ustunə gunu gətirməsi ilə razılaşmaq istəmirdi. İkinici arvadın özü də gunu vəziyyətindən xoşlamırdı. Evdə gunu arvadlar arasında tez-tez dava-dalaş baş verirdi. Onların biri digərinin gözündən salmağa çalışırdı. Çox vaxt ikinici arvadın tərəfini saxlayır və birincini boşayırdı. Belə halda poliqamiya dama etmirdi və ikiaravadlılığa çevrilmirdi. Bəzən gunu arvadlar bu dava-dalaş adət edirdilər və ailədə belə gərginlik ömürlərini axırna qədər davam edirdi. Bu halda poliqamiya ikiarvadlılığa çevrilirdi. Bəzən də uşağı olmayan arvad ərinin yenidən evlənməsinə razılıq verir və əri ikinici dəfə evləndikdə boşanıb oz atası evinə qayıdırdı. Bu halda poliqam nikah baş vermirdi [22;82].
Ailə həyatında elə hallar olmuşdur ki, uşağı olmayan ağıllı qadın ozu ərinə ikinci arvadı almasını təklif etmiş və ərinin razılığı ilə ailədə qalıb ev işlərin də əsas rol oynamış, gunusu iə mehriban rəftar etmiş, hətta ərini ikinci arvaddından olan uşaqlarına oz doğma ovladları kimi munasibət bəsləyərək onların tərbiyəsi ilə məşğul olmuşdur. Belə hallarda poliqamiya ikiarvadlılığa cevrilirdi [8;25].
Poliqam nikah formasında belə ailəni boyuk ailə formasına aid etmək olmaz. Əslində, belə ailə poliqam nikah əsasında genişləndirilmiş, üç nəsildən ibarət vahid kiçik ailədir.
Poliqamiya levirat adəti iə də bağlı idi.Kiçik uşaqları olancavan qardaşlardan biri cavan vaxtında vəfat etdikdə və onun subayqardaşı olmadıqda, evli qardaşlardan biri mərhum qardaşını uşaqlarınısaxlamaq məqsədilə o dul qalmış arvadı iləevlənirdi.Adət buna yolverdiyinə gorə camaat buna pis münasibət bəsləmirdi.Poliqam nikahəsasında levirat adəti ilə yaranmış belə ailəni, iki ailədən ibarət olduğuna görə, böyük ailə formasına aid etmək olar.
Nikah formlarında bəhs edərkən “siğə” adlanan nikahatoxunmamaq olmaz. Siğə islam dininin şiə təriqətinə mənsub olanruhanilər və tacirlər üçün səciyyəvi olmuş müvəqqəti nikah qaydasıdır. Siğə qaydasına görə, kişi mollanın yanına gedib müvəqqəti yaşamaq istədiyi qadının adını deyir və kəbin kəsdirirdi. Siğə yalnız qadının icazəsilə bağlanan və istənilən vaxt tərəflərin hər birinin təşəbbüsü ilə pozula bilərdi. Siğə nikahdan uşaq doğulduqda kişi həmin uşağı kənar yerdə saxlayırdı. Azərbaycanda siğə nikah qaydası geniş yayılmamışdı.
Nikah adətləri sırasında qohumla evlənməyə munasibət əsas yer tutur. Qohumla evlənmə adəti yalnız qohumla evlənməyə icazə verir, onu məcburi saymır. Bu adət qohum olmayanlarla evlənməyi qadağan etsəydi, onu endoqamiyanın qalığı adlandırmaq olardı, çünki söhbət qəbilə-icma tayfasından deyil, müasir qohum ailələrdən gedir. Bu sözləri ekzoqamiya haqqında da demək olar. Qohum ilə evlənməyi qadağan edən adət olsaydı, onu ekzoqamiya alığı adlandırmaq olardı [3;185].
V.Kurılyov, “Kitabi-Dədə Qorqud” dastanındakı İc Oğuz bəylərin Daş Oğuzdan, Daş Oğuz bəylərini isə İc Oğuzdan evlənmələri haqqında bir məlumatdan belə yalnış nəticə çıxarır ki, Azərbaycanın bu qədim dastanında bir ənsidən törəmiş və endoqam nikahın hökm sürdüyü vahid oğuz tayfasının ekzoqam nikaha əsaslanan iki fratriyası, qəbiləsi təsvir olunmuşdur. Əslində isə Azərbaycan oğuzlarının nikah münasibətlərində endoqam və ekzoqam xarakterli qəti qadağalar olmamışdır. Belə ki, Qanturalı evlənmək üçün öncə İc Oğuzdan qız axtarır. Deməli, qəbilənin üzvü ilə nikah qadağan edən və yalnız qəbilədənkənar evlənməyə icazə verən ekzoqam nikah forması Azərbaycan oğuzları arasında olmamışdır. Qanlı qoca sonra həmin İç Oğuzda, həm də Dış Oğuzda oğlunun arzu etdiyi kimi qız arayıb tapmaqda qalın Oğuz elindən kənara çıxır və nəhayət, Trabzonda belə bir qıza rast gəlir. Qanturalı atasının tapdığı Selcan adlı həmin qızla evlənir. Bu amil göstərir ki, yalnız tayfa daxilində evlənməyi tələb edən endoqam nikah forması da Azərbaycan oğuzları arasında olmamışdı [1;16].
Azərbaycanda ta qədim zamanlardan, ən yaxın qohumlar istisna olmaqla, qohumlar evlənməyə icazə verilirdi. Azərbaycanda qohumla evlənmə adətin iki qrupa bolmək olar: yaxın qohumlar və uzaq qohumlar ilə evlənmə. Yaxın qohumlarla evlənmə adəti kuzennikahlaradlanır. Kuzen nikahlar dedikdə əmioğlu ilə əmiqızının və yaxud xalaoğlu ilə xalaqızının nikahları (buna ortokuzen nikahlar deyilir) və dayıoğlu ilə bibiqızının və bibiboğlu ilə dayıqızının nikahları (bunlara korsskuzen nikahlar deyilir) nəzərdə tutulur. Digər qohumlarla evlənmə uzaq qohumlarla evlənmə adətidir. Azərbaycanda qohumla evlənmə adətində ən cox kuzen nikahlar adəti yayılmışdı. Keçmişdə valideynlər çox vaxt gənclər yaxın qohumları ilə evləndirməyə çalışmışlar. Yaxın qohumlarla evləndirmə müxtəlif amillərlə şərtləndirilir. Onlardan biri sosial-iqtisadi amildir.
Keçmişdə ortokuzen nikah adətin, xüsusilə, də əmioğlu və əmiqızının nikahına daha çox üstünlük verilirdi. Yaxın qohumlarla nikahın sosial-iqtisadi və mənəvi psixoloji məziyyətlərini nəzərə almaqla yanaşı, onun ehtimal olunan mənfi bioloji cəhətlərini də yaddan çıxarmaq olmaz. Yaxın qohumla evlənən tibb elmində “ikiqat qohumluq” adlanır və zərərli adət sayılır. Tibbi statistikanın verdiyi məlmata gorə, son illərdə “ikiqat qohumluq” əsasında qurulmuş ailələrin 3-5 faizində sonsuzluq və digər irsi xəstəliklər baş verir, yəni belə nikahların nəticəsində ya kəmağıl, lal-kar, ya da anadangəlmə əsəb, qansızlıq və urək qusuru kimi irsi xəstəlikləri olan uşaqlar dünyaya gəlirlər.
XX əsrdə Azərbaycanın ziyalı və mədəni ailələrinədək yeni və mütərrəqi fikirli yaşlı nəsillərin nümayəndələri uşaqlarını evləndirərkən kuzen nikahlara mənfi munasibət bəsləmiş və yaxın qohum olmayanlara nikaha ustunluk vermişlər.
Nikahla bağlı adətlərə cavan yaşlarında olmuş kişinin dul qalmış arvadına mərhumun qardaşlarından birini evlənməsi adəti də aiddir. Bu nikah adəti levirat (latınca-“levir” –“qayın” sözündəndir) adlanır. Azərbaycanda levirat nikah adəti çox qədimdən mövcud olmuşdur.
Levirat nikah adətində bir tərəfədən dul qalmış cavan gəlinin ailədən çıxıb getməsinin qarşısını almaq, digər tərəfdən mərhumun uşaqlarını saxlamaq və böyütmək zərurəti nəzərə alınardı. Levirat adətinə görə dul qalmış gəlinlə ilk növbədə subay qayın evlənməli idi. Bu adət Azərbaycanda da evli qardaşla mərhum qardaşın dul qalmış arvadı ilə evlənməyə icazə verirdi [9;47]. Lakin levirat nikah ucun hər iki tərəfin razılığı olmalı idi, yəni Azərbaycanda levirat nikah adəti dul qalmış gəlin ilə qayın evlənməsinə icazə verirdi, onu məcburiyyətə çevirmirdi [4;150].
Azərbaycanda yalnış nikah adətlərindən biri də arvadı vəfat etmiş cavan kişinin subay baldızı ilə evlənməsində olmuşdur. Bu nikah adəti sororat (latınca “soror”-“bacı” sozundəndir) adlanır. Sororat adəti anasız qalmış uşaqların saxlanması zərurəti ilə icra olunurdu. Çünki vəfat etmiş bacının uşaqlarına hamıdan yaxşı xalçaları baxa bilərdi. Azərbaycanda sororat nikah adəti də levirat nikah adəti kimi məcburi deyildi. Adət dul qalmış kişiyə subay baldızı ilə evlənməyi icazə verirdi, onu buna məcbur etmirdi, həm də dul kişi yalnız baldızının razılığı ilə onunla evlənə bilərdi.
Azərbaycanda nikah adətləri ilə bağlı ənənələri sırasında azyaşlı qızların ərə verilməsi, həm də ozlərində yaşlı adamlara ərə verilməsi ənənənsi xüsusi yer tuturdu. Məsum qızların çox erkən yaşlarında ozlərindən yaşlı adama ərə veriməsi ənənəsi etnoqrafik ədəbiyyatda xalqın cəhaləti kimi qələmə verilir və pislənilir. Əlbəttə, bu ənənənin məhdud cəhətləri çox idi [16;99].
Azyaşlı qızları uşaqlıq səadətindən mərhum edər, çox vaxt əminlikərini alcaldıb, “babaları yaşında” kişiyə ərə verərdilər. Lakin keçmişdə qız uşaqlarının ərə verimləsinin obyektiv səbəbləri var idi [53].
İkincisi, azyaşlı cavan gəlinin ər evinə öyrəşməsi asan olurdu, lazım gəldikdə onu yeni ailəsinin ab-havasına uyğunlaşdırmaq üçün yenidən tərbiyə etmək də mümkün idi.
Üçüncüsü, cavan gəlin özündən yaşca böyük olan ərinin nüfuzunu istər-istəməz, qəbul edir və onu ailədə üstünlük mövqeyi ilə hesablaşırdı. Beləliklə, ailə başçısı problemi asanlıqla həll olunurdu [42;178].
Nəhayət, keçmiş Azərbaycan ailəsi üçün xüsusi məna kəsb edən çoxuşaqlılıq ənənəsi mövcud olmuşdur. Erkən yaşlarında gəlin gedən qız 30 yaşında ikən artıq çoxuşaqlı ana olurdu. Çoxuşaqlı ana olmaq isə o dövrdə böyük şərafət idi, qadın üçün bundan yaxşı xoşbəxtlik ola bilməzdi.
Müdriklərimizi bütün bu amilləri əsrlər boyu götür-qoy etmiş, neçə-neçə nəsilərin həyat təcrübəsini ümumiləşdirmiş və “nikah yaşı normaları müəyyənləşdirmişlər. Azərbaycanda ənənəyə görə, “nikah yaşı normaları” oğlanlar
üçün 16-18 yaşından evlənirdilər. Bəzi ailələrdə isə oğlanların evlənməsi müəyyən səbəblərdən yubanırdı və bir çox hallarda 25-30 yaşlarında evlənirdilər. Qızların ərə getməsi isə “nikah yaşı normaları”na uyğun olmuşdur. Bəzi hallarda isə qızları 12-13 yaşlarında ərə vermişlər [7;82].
Azərbaycanda ər ilə arvad arasında yaş fərqi məsələsinə münasibət müxtəlif olmuşdur. Keçmişdə Azərbaycanda ər arvaddan əksər hallarda 10-15, bəzən hətta 20-25 yaş böyük olurdu. Xalqın empirik biliklərinə əsasən tədqiqatçılar isə müəyyən etmişlər ki, ərin arvaddan ən azı 3, ən coxu 7 yaş böyük olması daha əlverişli seçimdir.
Dastandakı oğuzların ictimai quruluşunun, ailə və ailə məişətinin etnoqrafik cəhətdən araşdırılması göstərir ki, üstündən min ildən artıq vaxt keçməsinə baxma-yaraq oğuzların adət-ənənələri ilə müasir azərbaycanlıların adət-ənənələri demək olar ki, eynidir. Bu isə aərbaycanlıların bir sıra tədqiqatçıların iddiasının əksinə olaraq gəlmə deyil, yerli xalq olduğunu göstərir. «Kitabi Dədə Qorqud» dastanında təsvir olunan toy şənliklərinini əsas mərhələləri son dövrümüzə qədər olduğu kimi gəlib çatmışdır [5;90]. Ötən əsrin sonlarında belə Azərbaycanın müxtəlif regionlarında toylar müxtəlif cıdır və güləş yarışları ilə, xalq oyun və əyləncələri ilə müşayiət olunurdu və bu bədii ədəbiyyat nümunələrində də açıq görünməkdədir. «Kitabi-Dədə Qorqud» dastanının ailə-nigah münasibətləri ilə bağlı verdiyi materialların müqayisəli təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycanda erkən orta əsrlərin ailə və ailə məişəti ilə müasir dövrün ailə məişəti arasında ciddi bir fərq yoxdur. Bu isə bütün mənəvi mədəniyyətimizin ayrı-ayrı ünsürləri kimi ailə-nigah münasibətləri ilə bağlı adət-ənənələrimizdə də varisliyin qorunub saxlandığını bir daha sübut edir. Bu heç də milli mənəvi mədəniyyətimizin mühafizəkarlığı demək deyildir. Xalqımızın uzun əsrlər boyu qoruyub saxladığı ailə məişəti ilə bağlı adət-ənənələri bu müddət ərzində daim inkişaf etdirərək daha da təkmilləşdirmiş və mənəvi sərvət kimi bu günlərədək gətirib çatdırmışdır. Toy mərasimi əsas xüsusiyyətlərini dəyişmədən müasir dövrdə modifika-siyaya uğramışdır, yeni ünsürlər əmələ gəlmişdir. Toy mərasiminin inkişafı yeni sosial-siyasi, iqtisadi və həmçinin ideoloji şəraitlə şərtlənmişdir. Tədrici olaraq daxil olan yeniliklər toy şənliyinə yeni rənarənglik gətirmişdir. Toy mərasimi transformasiyaya uğramışdır.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin