Antropologiyada yaş və cins problemi


Antropologiyada morfoloji əlamətlərin yaşa və cinsə görə dəyişməsi



Yüklə 0,55 Mb.
səhifə3/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   2   3   4   5   6   7   8   9   ...   20
yas-cins antropologiyasi muhaz

1.2. Antropologiyada morfoloji əlamətlərin yaşa və cinsə görə dəyişməsi
Antropologiyada morfoloji əlamətlər həm yaşa həm də cinsə görə dəyişərək, özünü boy, çəki ,dəri, tük örtüyündə gedən fərqliliklərdə göstərir.Bədən mütansibliyi yaşa, cinsə, coğrafi bölgəyə və məşğuliyyətə görə, dəyişə bilər. Məsələn, kişilərdə kürək, qadınlarda isə çanaq isə daha enli olur. Belə ki, antromorf göstərici, yəni kürəyin enliliyinin üç mislinin çanağın enliliyinə nisbəti, qadınlarla müqayisədə kişilərdə daha böyükdür. Ekvator boyunca yaşayan əhalinin əksəriyyəti nazik, uzun bədən quruluşuna malikdirlər. Kənd əhalisi ümumilikdə şəhərlilərdən öz bədənlərinin braximorfluluğu ilə seçilirlər [.
Boy və ya bədənin uzunluğu mühüm morfoloji əlamətlərdən biridir. Mühüm fərdi dəyişkənliyə malik olan bu əlamət yaşa, cinsə və coğrafi arellara görə fərqlənir. Antropoloqlar tərəfindən orta göstərici kişilər üçün 165 sm, qadınlarda 154 sm müəyyənləşdirilmişdir [18;16].
Yenicə doğulmuş oğlan uşağının boyu 51 sm, qız uşağının boyu isə 50 sm olur. 7-8 yaşa qədər oğlanlarla qızlar arasında boyun uzanması fərqi müşahidə olunmur. 7 yaşdan 10 yaşa qədər daha sürətlə boy at atan qızlar 10-11 yaşlarında oğlanları ötüb keçirlər.15 yaşdan sonra sonra oğlanlar boy artımına görə, qızlara nisbətən daha sürətlə inkişaf etməyə başlayırlar. Cinsi yetişkənlik dövründə həm oğlanlarda, həm də qızlarda boy artımı 5-6 sm olur. 19 yaşdan sonra qızlarda boy artımı 0,5 santimetrə qədər azalır. Qadınlarda boy artımının zirvə nöqtəsi 18-19, kişilərdə 25-26 yaş hesab olunur. Boyun sabit artımı 45-50 yaşlarında dayanır və 55 yaşa qədər 0,5 sm daha sonrakı hər beşilliklər ərzində 0,7 sm azalmağa başlayır. Boyun belə kiçilməsinin əsas səbəbi fəqərə qığırdaqlarının öz elastikliyini itirməsi ilə bağlıdır [18;17].
Yer kürəsi üzrə boyun uzunluğu arasındakı orta riyazi fərq 182santimetrdən 141 santimetrə qədər dəyişərək, 40-41 santimetrə çatır. Ən qısaboylu əhali Mərkəzi və Cənubi Afrikada, Amerikanın, Avropanın, Asiyanın şimal ucqarlarında, Şərqi və Cənub-Şərqi Asiyada, Mərkəzi və cənubi Amerikada yaşayır. Çad gölündən cənub-şərqdə və tropik meşələrdən şimalda yaşayan zəncilər, Markiz adası sakinləri, norveçlilər və isveçlilər, balkan yarımadası, Qafqaz sakinləri, pakistanlılar, Şimali Amerika hinduları öz ucaboyluluqları ilə seçilirlər. Kişilər üçün orta çəki 64 kiloqram, qadınlar üçün 56 kiloqram müəyyənləşdirilmişdir. Bu əlamətin orta riyazi dəyişkənliyi 6 kiloqramdır. Çəkinin sabitləşməsi 25-40 yaşlar arasında baş verir. 40 yaşdan 55 yaşa qədər hər beş il ərzində çəki orta hesabla 0,5-1 kiloqram artır. 60 yaşdan sonra toxumalarda baş verən artofik dəyişikliklər çəkinin azalmasına səbəb olur [18;18].
0 ilə 2 yaş arasında uşaqlar həm kilo həm də boy baxımından artım çox sürətlə inkişaf edir. Sümüklərin uzunluqları artır; Ortalama olaraq uşaq ildə 15 sm böyüyür. 3 ilə 7 yaş arasında bir oğlan uşağının boyu 1.4 dəfə artır və kilosu iki dəfəyə çıxar, digər tərəfdən bir qız uşağının boyu 1.3 dəfə artar, kilosu isə 1.6 dəfə artır. Sümük inkişafının ən yüksək səviyyədə olduğu dövrü təşkil edən iki il ərzində (adama asılı olaraq 9 ilə 14 yaş arasında görülür) yeniyetmələr yekun sümük kütlələrinin 25%ini əldə edirlər. Uşaqlıqda edilən yaxşı yemə vərdişləri uşaqların kritik yetkinlik mərhələsində ehtiyaclarını ödəmələrinə imkan verir. Sümük toxuması davamlı olaraq yenilənən canlı bir toxumadır. Kalsiumun alınması müəyyən bir həddə qədər (hər bir yaş üçün tövsiyə edilən uyğun gündəlik miqdara bağlı olaraq) ayırıcı bir amildir və bu astana üzərində alınan hər cür şəkilçi kalsiumun başqa bir faydası yoxdur. 3 ilə 8 yaşları arasında uşaqların bədən ağırlığına görə kalsium ehtiyacı yetişkinlerinkinden 2- 4 dəfə daha çoxdur. Sümük sıxlığı, miqyası və möhkəmliyi baxımından yüksək kalsium alınması inkişaf boyu daha çox sümük artımına icazə verir, amma göstəricilər sümük ölçüsü üzərində hər hansı bir sistematik təsir bildirmir. Fosfor sümükdə mühüm struktur rol oynayır, çünki sümüyün mineral plombu olan hidroksiapatit komponentidir. D Vitamini bağırsaqda və sümükdə və böyrəklərdə fosfor /kalsiyum mübadiləsini də nizamlamada rol oynayır.(net matriali) Optimal D vitamini vəziyyəti sümük toxuması minerilazyonu üçün labüddür. Bədənin D vitamini ehtiyacının yalnız 20- 30%u qidadan qarşılanır və dəridə sintez D vitamininin əsas mənbəyidir. Bu sintez günəş işığına bağlıdır, bu səbəbdən pediatrlar aşağı səviyyədə günəş işığına məruz qalan uşaqlar üçün qış aylarında D vitamini gücləndirməsi tövsiyə edirlər. A Vitamini sümük metabolizm təşkil olunmasında bilavasitə rol oynayır. Eyni zamanda, çox miqdarda A vitamini alınması vacib bir problemə səbəb olur [49].
Eyni uzunluğa malik olan fərdlərin bədənlərinin ayrı-ayrı hissələrinin ölçüləri müxtəlif ola bilər. Bu fərqlər həm mütləq, həm də nisbi ölçülərdə özünü göstərir. Bədənin mütənasibliyi dedikdə, onun müxtəlif hissələrinin (gövdə, ayaq, əl və s.) bir-birinə tənasübü nəzərdə tutulur. Adətən bədənin ayrı-ayrı hissələrinin ölçüləri bədənin uzunluğu ilə tutuşdurulur. Hələ lap qədim zamanlardan ideal insan bədənin ölçüləri ilə bağlı müxtəlif fikirlər söylənilmişdir. M.ə V əsrdə yaşanmış yunan heykəltaraşı Polikletə görə başın uzunluğu bədənin uzunluğunun səkkizdə birinə, sifətin uzunluğu isə bədənin uzunluğunun onda birinə bərabər olmalıdır. Qədim misirlilər isə hesab edirdilər ki, sol əlin orta barmağının uzunluğu bədənin uzunluğundan 19 dəfə, başdan göbəyə qədərki uzunluqdan 11 dəfə qısa olmalıdır. Frits-Ştras qaydasında əsas ölçü kimi, fəqərə sütunun uzunluğu götürüldü.
İnsan dəri rəngi silsilə müxtəlifliklərdə -tünd boz rəngdən açıq rəngə qədər olur. Fərdi insanda olan dəri piqmentasiyası genetikanın məhsuludur və bu fərdin biolojik valideyinləri tərəfindən genetik ötürülür. Təkamüldə qəbul olunmuş müddəaya görə insanda olan dəri piqmentasiyası, insanda təbii seçmə prosesi və ulturabənövşəyə şüaların dəridə tənzimlənən biyokimyəvi effekti nəticəsində yaranır.
İnsanın morfoloji əlamətləri onun dəri,tük örtüyünün yaşa və cinsə görə dəyişməsində də özünü göstərir. İnsanın dəri rəngi əsasən bədəndə olan melanin maddəsi ilə bağlıdır.İnsanın dərisi isə iki qatdan: xarici-dəriüstlüyü və epidermisdən və daxili-xüsusi dəri və ya dermadan ibarətdir. Dərinin altında boş piy toxuması yerləşir ki, bu da dərini bədənin daxili toxuması ilə birləşir. Dəriüstlüyü çoxqatlı epitel toxumasından ibarətdir. Onun üzərində bir-birinə sıx söykənən, rəngsiz pulcuqlara bənzər buynuzlaşmış ölü hüceyrələr yerləşir [30;57]. Bu qat dərinin qoruyucu qatını əmələ gətirərək bədənə mikroorqanizmlərin, bərk cismlərin, maye və qazların daxil olmasının qarşısını alır. Dəriüstlüyünün dərin qatı çoxqatlı canlı hüceyrələrdən təºkil olunmuº və həmin huceyrələr çoxalmaq qabiliyyətinə malikdir.
Dərinin buynuz pulcuqlardan ibarət olan üst qatı daim xarici mühitin təsiri altında sürtülüb tökülür. Lakin bunların altında yerləşən canlı hüceyrələrin fasiləsiz olaraq çoxalması nəticəsində həmin buynuz pulcuqlar yeniləri ilə əvəz olunur. Melanin dərinin birinci və ikinci qatlarında olur və dəriyə öz rəngini verir. Melanin adlandırılan bu maddənin meydana gəlməsi prossesi melanogenezis adlandırılır. Melanin isə membrana bağlı paketə bənzər melanosom içərisində olur. Əmələ gələn melanin maddəsi melonositlərin qollarından biri olan keratinositlərə hərəkət edir. Normal şəraitdə melanozom keratinositlərin üst hissəsini və genetik zərbələrdən qorunmanı təmin edir. Bir melonisitin özündə 36 melanin olur ki, bu hesab keratinositlərdən gələn siqnala əsaslanır. Onlarda melaninin çoxalması və ya hazırlanmasını tarazlayır. İnsanda fərqli dəri rənginin olması isə melanosomlarda olan müxtəlif miqdar və həcimdə olan melaninlə əlaqədardır. İnsan dəri rənginin arxasınd asırf bu genetik mexanizma enzim tirosinaz nəzarət edir. Melanosidlər melanini iki növdə hazırlayırlar. Ən yayğın şəkli bioloji melanin olan eumelanindir. Eumelaninin işərisində qəhvəyi və qara gəngli polimerlər vardır. Eumelanin saçda və dəridə olarsa dəri daha tünd rəng alır, saç isə tünd, qara, boz, və sarı ola bilir. əgər eumelaninin sayı dəridə çoxdursa insan dərisi tünd rəngdə olur. Feomelanin də isə qırmızı və ya çəhrayı polimerlər mövcuddur. Feomelanin çox olduqda dəri rəngi olduqca açıq olur və saç rəngi qizılı və ya qırmızı rəng alır, eyni zamanda dodaqdada mövcuddur. İnsan dərisinə rəng verən melanin eyni zamanda onu günəşdən gələn ulturabənövşəyi şualardanda qoruyur və piqmentlər dəridə isti və günəşli yerlərdə daha çox olur. Melanin piqmentlərinin salğılanmasına genlər cavabdehdir. Bu səbəbdəndə ekvatora yaxın b ir yerə gedən kimsəni bir anda dəri rəngini dəyişməsi imkansızdır. Eyni şəkildə bu uşaqlarada ötürülmür. Bu genetik ötürülmə üçün uzun illər tələb olunur. Bu uzun illər ərzində coğrafi şəraitə adaptasiya olmuş insan genləri gen havuzuna daxil olur və gələcək nəsillərə mərhələli olaraq ötürülür. Yəni dərinin tündləşməsi və ya açıq rəngə doğru dəyşməsi mərhələli olaraq baş verir. Ulturabənövşəyi işıqlar və insanların yerləşdiyi coğrafi mövqe insan piqmentasiyasına bir başa təsir göstərir. Ən çox ulturabənövşəyi şüalar ekvator və ona yaxın ərazilərə düşür. Alimlər 50.000 il içində insanların fərqli coğrafi mövqeylərə köçü nəticəsində insan populasiyalarında açıq və tünd rəng dərinin meydana çıxdığını düşünürlər. Belə dəyişikliklər 100 nəsildən bir baş verir. Əsas nəzəriyyədə isə dəri rənginin dəyişilməsi günəş işığına adaptasiya olması və ulturabənövşəyi şualardan yarana biləcək zədələrin aradan qaldırılması üçün DNT-də gedən multasiyalarla bağlıdır. Ulturabənövşəyi şüalar dəridə D vitaminin əmələ gəlməsi üçün olduqca mühümdür, lakin dəriyə çox nüfuz etdikdə yaniqlara, zədələrə, müxtəlif ləkələr və hətdda dəri xərçənginə səbəb olur. Qadın və kişi piqmentasiyası da bir –birindən fərqlənir. Belə ki, qadınlarda dəri piqmentasiyası daha azdır, yəni dəriləri daha açıq olur. Səbəb isə qadın bədənində D vitamininə daha çox ehtiyac olur və günəş işığından alınan D vitamini bədən üçün sərf olunur [46;10].
Dəri örtüyü yaşa görə dəyişərək özünəməxsus fərqli əlamətləri ilə xarakterikdir. Qoltuq altındakı çökəkdə və qasıq nayihəsində tər, piy vəzilərindən başqa cinsi yetişkənlik dövründə yaranan apokrin vəziləri də vardır. İnsan yaşa dolduqca atrofiya nəticəsində dəri öz elastikliyini itirərək qırışmağa məruz qalır. Müxtəlif xalqlarda bu proses fərqli şəkildə baş verir. Dəriləri ən çox qırışıq olan xalqlar beşmənlər və qottentotlar hesa olunurlar [18;110].
Antropologiyada ən vacib morfoloji əlamətlərdən biri sayılan tük örtüyü də yaşa və cinsə görə dəyişir. Antropoloji tədqiqatlarla tüklərin forması, onu rəngi irqlərin müəyyən olunmasında mühüm əlamətlər hesab edilir. İnsanda həyatı boyu bir-birini əvəz edən üç cür tük örtüyü yaranır. Birinci və ya lanuqa tük örtüyü ana bətnindəki körpənin 4 aylığında meydana gəlir və 8 aya qədər gur inkişaf edir. Qaş, alın və üst dodaqda bu tük növü daha tez əmələ gəlir. Ovuclar, daban, göz qapağı, göbək və məmələr istisna olmaqla ana bətnindəki uşağın bütün bədənini örtən lanuqa örtüyü 0,03 millimetrdən çox olmayan yumşaq, rəngsiz tüklərdən ibarət olur. Doğuşa qədər lanuqa örtüyü itərək, ikinci tük örtüyü ilə əvəz olunur.
Qol, bel, ayaqların müəyyən hissəsini örtən açıq rəngli ikinci tük örtüyünə başın tükləri, kirpik və qaşlar da daxildir. İkinci tük örtüyünün orta qalınlığı 0,03-0,05 millimetrdir.
Cinsi yetişkənlik dövrünün başlanması ilə bədənin bəzi hissələrində üçüncütük örtüyüyaranır. Buraya qoltuqların altı və qasıq hissəsindəki tüklərdən başq, bığ, saqqal, qarın, sinə və kürəkdəki tüklər də daxildir. 40 yaşa qədər inkişaf edən bu tük örtüyü insan qocaldıqdan sonra seyrəlməyə başlayır.
Tük örtüyünün normal inkişafının pozulması iki cür olur. Bədəndəki tük örtüyünün həddən artıq inkişafı hipertrixoz, inkişafdan qalma halı isə hipotrixozadlanır. Hipotrixoz lanuqonun qalması və böyüməsi ilə yanaşı, həm də ikinci və üçüncü tük örtüyünün gur inkişafı ilə bağlıdır. Hipertrixozun özü məhdud və universalxarakterli ola bilər. Məhdud hipertrixoz dedikdə, bədənin müəyyən hissəsində tüklərin gur inkişafı, universal dedikdə isə bütün bədəndə tük örtüyünün gur inkişafı nəzərdə tutulur. Universal hipertrixoxhalı lanuqa qatının saxlanması ilə yanaşı, həm də diş sisteminin qüsurlu inkişafı ilə bağlı ola bilər. Tük örtüyünün cinslərə uyğun olmayan inkişafı, məsələn, qadınlarda sifət və qarında tüklərin bitməsi və ya kişilərdə qarının aşağı hissəsində tüklərin bitməsi heterotrixoz adlanır.
İnsanın yaşı artdıqca türklərin rəngindədəyişiklik baş verir. 7-12 yaşlarında insanın tüklərinin rəngi tündləşir. Melaninin kökə yaxın yerdən başlayaraq azalması nəticəsində tüklər ağarmağa başlayır.
İnsanların yayılma areallarına görə onların morfoloji əlamətlərində də fərqliliklər özünü göstərir. Belə ki, müxtəlif irqlərə məxsus insanların morfoloji əlamətləri yaşa və cinsə görə fərqli şəkildə dəyişir. Məsələn, buşmen və ya Cənubi Afrika irqi neqr tipindən daha qısaboyluluğu, daha açıq rəngli dərisi, daha nazik burnu, enli və kiçik ölçülü sifət quruluşu ilə fərqlənir. Buşmen qadınları dünya xalqlarından oturacaqlarına güclü şəkildə piy qatının yığılması (steatopigiya) və cinsiyyət orqanının fərqli quruluşuna (qottentot “yarığı”) , kişilər isə cinsiyyət orqanının çox vaxt ereksiya formasında olmasına görə seçilirlər. Bununla yanaşı, buşmenlərdə dərinin tez qırışması və məməciksiz qulaqlar daha çox müşahidə olunur [18;30].
Fiziki antropologiyada insan qruplarının sinifləndirlməsində istifadə olunan ölçülərdən biri də qan qruplarıdır. Qan qrupları yaş həddinə görə dəyişməyən, irsən ötürülən,təbii,ictimai və məişət şəraitindən asılı olmayan,müəyyən coğrafi yayılma arealına malik olan əlamətlər sırasında yer alır.
Qan qruplarının öyrənilməsində Karl Landşteynerin böyük rolu qeyd olunmalıdır. 1901-ci ildə qırmızı qan hüceyrələrində pərdənin xarici layına bağlanan antigenlər növünə görə insanda ən az 3 qan qrupu lduğunu göstərdi. Bu qrupları A,B,O adlandırdı. 1 il sonra A və B antigenlərinin ikisini birdən daşıyan AB qrupu tapıldı. Landşteynerin işləri tibbin inkişafını,atalıq və cinayət davalarında qan qruplarının etibarlı bir dəlil olaraq istifadə edilməsini təmin etdi. Varislik,antropologiya araşdırmaları üçün də əhəmiyyətli şərait yaratmış oldu. K.Landşteynerin ardınca çex alimi Y.Yanski insanlarda 4 qan qrupunun olmasını müəyyənləşdirdi.
Qanda olan qan cisimləri qanın plazması ilə qarışır və ya aqqlyunasiya (latınca-yapışma) prosesi baş verir. Əvvəllər 2 antigen məlum idi : A və B. Tezliklə eritrositlərdə həmçinin “lal” O antigeni aşkarlandı və bununla da 4 qan qrupu müəyyənləşdi. Qan tipləri və quruluşlarında irqi və etnik fərqlər mövcuddur. ABO qan qrupu sisteminə aid 1 əsr boyunca örnəklər yığılmışdır. Məsələn: populyasiyalıların çoxu miqrasiya etmiş və qarışmışdır. ABO qan qruplarının sıxlığı və şəffaflığı dünya populyasiyaları arasında dəyişir. Qan tipinin şəffaflığı miqrasiya,xəstəlik,münasibətlərarası imkanlar,adət-ənənələr coğrafiya və qan tipinin təyinindən asılıdır. Etnik və irqi fərqliliklırin qan qruplarındakı yayımcılığı bugünkü zamanda siyasi baxımdan düzgün hesab edilmir.
Yer üzərində qan toplanması işi çox önəmlidir ki, bu işlə müəyyən şəxslər məşğul olurlar. Lakin onlardan hər biri emosional baxımdan siyasi “iqlim” riski ilə üz-üzə qaldığından bu yayımcılığı etməkdən ehtiyat edir. Məsələn: erkən Avropa irqləri çox aşağı tip olan B tezliyi və yüksək A tezliyi ilə xarakterizə olduğu halda Asiya irqi A və B tipinin yuxarı tezliyi ilə xarakterizə olunur. Müəyyən etnik qruplar digər etnik qruplara nisbətən müəyyən bir qan xəstəliyinə və yaxud nadir qan xəstəliklərinə, qan pozğunluğuna qarşı həssas olurlar. Məsələn: Daffi-neqativ qan tipi Afrika mənşəli insanlarda daha sıx müşahidə edilir. Nisbətən az rast gəlinən bu qan tipi Şimali Amerikanın qalan əhalisində qan çatışmazlığı ilə nəticələnə bilər. Müasir elm DNA araşdırmaları nisbətən dünyadakı yerli əhaliyə tətbiq edilərək etnik miqrasiya nümunələri üçün genetik sübutların kəşfinə və sənədlərə gətirib çıxarmışdır. Göstəricilər vərəsəliyin çox xüsusi rejiminə nisbətən xüsusi populyasiyalara və qohumluq ehtimallarını digər məsələlərlə qiymətləndirmək üçün istifadə olunur. Bu gün yer üzündə 4 qan qrupunun yayıldığı və daha çox üstünlük təşkil etdiyi ərazilər müəyyən edilməkdədir. Məsələn: O və A qruplarına Qərbi avropalılarda və Avropa köklü amerikalılarda daha çox təsadüf olunur. B nadirdir, AB isə ən az rast gəlinəndir. Asiyalılarda isə O qan qrupuna sahib olan insanlar çoxluq təşkil edir. A və B isə təxminən eyni saydadır. AB qan qrupundan olanlar isə demək olar ki, yox səviyyəsindədir. Səhranın cənubunda yaşayan afrikalılarda, Amerika zəncilərində O qan qrupu üstünlük təşkil edir. A və B qan qrupları aşağı səviyyədə, AB isə çox aşağı səviyyədə mövcuddur. Bütün bu göstəricilərdən nəticə çıxarmaq olar ki, qan qrupları da öz növbəsində insan həyatında yaş qruplarına görə dəyişməyən lakin, çox mühüm əhəmiyyət kəsb edən əlamətlərdəndir.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin