Antropologiyada yaş və cins problemi



Yüklə 0,55 Mb.
səhifə7/20
tarix20.04.2023
ölçüsü0,55 Mb.
#101182
1   2   3   4   5   6   7   8   9   10   ...   20
yas-cins antropologiyasi muhaz

Səhra tiplərində də kəskin temperatur fərqləri olur. Məsələn, Naxçıvanda yayda 45 dərəcə isti, qışda isə -45 dərəcə şaxta ola bilir. Bir il ərzində 100 dərəcə temperatur fərqi və üstəlik toz bədən quruluşuna rəsir edir. Cənub-Şərqi Asiya arid zonasında olanlar hamısı balacadırlar. Bədən nə qədər kiçik olsa uyğunlaşmaq da bir o qədər asan olur.
Tropik zonada yaşayan insanlarda boy uzun olmasına baxmayaraq , bədən kiçik olur. Bizim tərlədiyimix intensivlikdə zənci tərləsə o yox olar, bədənində su qalmaz. Buna görə də o başqa mexanizmlərdən istifadə edir.
Bütün bu dəyişikliklər irsidir, irsi dəyişkənliyi yaradan isə təbiətəuyğunlaşmadır.

Sosial yaş qruplarının öyrənilməsində XIX əsrdə L.Frobenius və Q.Şurs, Q.Kunov, S.Çerussov məşğul olmuşlar. Bu tədqiqatçılar vaxtilə Efiopiyada mövcud olmuş “Qada” sistemini öyrənməklə social stratifikasiyanı araşdırmağa çalışmışlar. Qada kişi institutudur, 10 qrupa bölünür.hər qrup 8 ildən bir 5 mərhələdən keçir. Hər qrup 55 mərhələni 40 il içində keçir [44;45].



  1. Hazırlıq mərhələləri. Bu sosial-yaş qrupunun üzvləri kiçik mərasimlərdə istifadə edilər. 8 yaşa qədərki dövr.

  2. Gənc hərbçi qrupu (8-16 yaş)

  3. Yaşlı hərbçilər qrupu ( evlənməyə icazə verilmir, 16-24)

  4. İdarəçilik (övlada icazə verilir, 24-32)

  5. Rəhbər (32-40)

Stratifikasiya ­­–­­­­ “stratum” - təbəqə, “facio” edirəm sözlərindən götürülüb, mənası cəmiyyətdəki sosial təbəqələşmə ifadə edir. Cəmiyyətdəki yaş qruplarına görə müxtəlif təbəqələr formalaşır. Mövcud cəmiyyətin sosial-iqtisadi inkişafı və mədəni səviyyəsindən asılı olaraq təbəqələşmə formalaşır. Adətən belə strukturda aparıcı qüvvə yaşlı nəsil hesab olunur. Sənaye cəmiyyətlərində genderin rolu üstünlük təşkil etsə də ənənəvi cəmiyyətlərdə yaşlılar hesab olunur. Stratifikasiya terminini Pasrokin gətirmişdir. Sosial stratifikasiya cəmiyyətdəki bərabərsizliyi göstərir. Sosial stratifikasiyanın aşağıdakı tipləri müəyyən edilir.
1. eqalitar cəmiyyət – belə cəmiyətdə siyasi nüfuz və var-dövlətdən asılı olmayaraq bütün insanlar arasında bərabərsizlik mövcuddur. Sadəcə müəyyən nüfuz fərqləri mövcud ola bilər. Belə cəmiyyətlərə yığıcı və ovçuların, əkinçi və maldarların icmaları daxil ola bilər.
2. rütbəli cəmiyyətlər- bu cəmiyyətlərdə tayfa başçısı rütbəcə hamıdan üstün hesab olunur. Onun nüfuzu digər tayfa üzvlərindən daha üstün olur və nəsildən nəslə ötürülür. Əslində tayfa başçısının siyasi hakimiyyəti belə cəmiyyətlərdə çox da nəzərə çarpmır. Bu fərq sadəcə maddi təminatla və mənsubiyyətlə bağlı olur. Məsələn, hindularda müəyyən geyim ornamentləri, müəyyən adların qoyulması yalnız müəyyən təbəqəyə aid olanlara icazə verilir [43;32].
3. kasta cəmiyyəti - kastada üzvlük birbaşa doğumla bağlı olur. Qəti müəyyənləşdirilmiş hüquq və azadlıqları olan insan qruplarına kasta deyilir. Kastalar endoqam sosial qruplar hesab olunurdu. Irsən keçirdi. Kastalıq Hindistanda mövcud olmuşdur.
4. sinifli cəmiyyət – Marksist ideologiyasının formalaşması ilə geniş yayılmışdır. Məsələn, fəhlə, kəndli, sahibkar, quldar.
Qadınların sosial statusuna görə antropologiyada cinsi statusların 3 növü müəyyən edilir.
1. qadının cəmiyyətdəki rolu;
2. qadın rolunun ictimai əhəmiyyəti;
3. qadın hüquqları.
Sosial- mədəni anropologiyada qadının statusu ilə bağlı 2 variant əsas götürülür.
1. qadınının üstünlük təşkil etdiyi cəmiyyətlər; (hindu, irokez)
2. qadının maksimal dərəcədə tabe olduğu, hüquqsuz olduğu cəmiyətlər ( yaxın Şərq cəmiyyəti)
Qadının kişiyə tabe olması ilk dəfə hüquqi cəhətdən Hammurapinin qanunlarında təsdiq olunmuşdur. Məhəmməd Peyğəmbər sonradan qadınların sosial statusunu dini qaydalarla cəmiyyətə qaldırmağa çalışmışdır. Yaş bərabərsizliyi XIX – XX əsdrən öyrənilir. Alman antropoloqları Henrix Şurs 1902-ci ildə yazdığı “Yaş qrupları və kişilər ittifaqı” əsərində qədim dövrdən etibarən bərabərsizliyi eqalitar cəmiyyətlərdə müəyyən izlərinin olduğunu göstərmişdir [35;78].
Məlumdur ki, kişi beyni qadın beynindən 150 sm3 daha iridir və bu kişi bədəninin daha iri olması ilə əlaqəlidir. Yəni bədənlər üzrə cinsiyyət diformizmi, yəni ki, ağ və boz maddənin nisbəti də cinsiyyətdən asılı olaraq dəyişir. Qadınların boyu çəkisini nəzərə alsaq, boz maddənin daha çox olduğunu kişilərdə isə ağ maddə daha çoxdur. Qadınlarda gicgah əmgək beyinin ön tərəfi boyun hissə və onurğa beyinin bel hissəsi qurşağdan yuxarı hissəsində boz və ağ maddənin bir birinə nisbəti daha yüksəkdir. Boz maddənin qalınlığı əmgək hissəsində qadınlarda kişilərə nisbətən daha qalındır və bu fərqliliklər ömür boyu saxlanılır. Baxmayaraq ki, cinsi ayrılıq beyinin ölçülərində əsaslı rol oynamır, sadəcə morfoloji dəyişiklər, onların xarakterində, davranışlarında fərqli şəkildə davam edir. Androgen və ostragen beyinin differessasiyasına yəni, fərqlənməsinə hər bir cinsə spesifik olaraq morfoloji və neyrokimyəvi təsiri var və bunu danmaq olmaz [37;140].
Cinsi fərqlilik embrionun üçüncü ayından başlayaraq embrionun inkişafında cinsi fərqlilik beyində artıq başlayır. Bu da beyinin formalaşmasında öz təsirini göstərir. Bu da beyindəki hipotalamus kişi və qadında ayrı-ayrı inkişaf edir. Baxmayaraq ki, hipotalamus hipofiz vəzisinin kontrolunda olur, lakin o insan bədənindəki digər bütün vəzilərin hormon sekresiyasında yəni, hormon ifrazına təsir göstərir və belə çıxır ki, hipotalamus bir neçə vəzi ifraz etməsinə baxmayaraq və hipofiz vəzisinin tərkibində olduğu üçün o insanin bütün hormonal dəyisikliklerinə təsir göstərir. Nəticədə, hipotalamusun fərqli şəkildə differensasiyasi qadınların yetkin yaşda qadın cinsi hormonlarının ifrazına və onlarin aylıq olaraq ifrazina gətirib çıxarır. Hipotalamusun kişi üzrə differensasiyasında isə kişilərdə aylıq dövrün olmamasına gətirib cixarir . Kişilirdə aylıq hormonlar olmur və bu onlarda dövr etmir [45;38].
Baxmayaraq ki, beyinin quruluşu və funksiyası müxtəlif olaraq ətraf aləmin gözündən gizlidir, lakin o bizim həyatımızda çox böyük, həm cinsi həm də bədən quruluşunda çox əhəmiyyətli rol oynayır. Kişilərdə və qadınlarda seksual davranış üçüncü bir hissəylə bağlıdır. Bu mərkəz hipotalamusun ön hissəsində yerləşir.Və bu kişilərdə daha böyükdür və buna görə də kişilərdə cinsi aktivlik daha böyük olur. Hipotalamusun medial preoptik kişilərin cinsi davranışında çox böyük rol oynayır. Həmçinin partnyorunda seçimində böyük rol oynayır. Beyinin aşağı hissələrində isə mutoneyronlar yığılır və onlar onaf mərkəzinin hissəsi kişilərdə qadınlardan daha böyükdür. Bu mutoneyronlar qadınlarda çanaq hissədə həmçinin kişilərdə penis hissədə yerləşir.
Müasir ontogenetik axtarışlar kişi və qadın beyninin postnatal doğuşdan sonrakı dövrünü başa düşməyə kömək edir. Qızlarda hippokamp, oğlanlarda isə badamcıqlar daha böyük olur. Kişilərdə zamanla beyinin ümumi həcmində azalma qeydə alınır amma alın hissəsində böyümə qeyd olunur. Qadınlarda isə yaşla əlaqəli olaraq hipokamtın və əmgək hissəsin kiçilməsi qeyd olunur, buna baxmayaraq həm kişidə həm qadında zamanla boz maddənin azalması görünür və bu kişilərdə daha intensiv baş verir [31;22].
Cinsiyyət fərqliliyini beynin funksiyalarında da görmək olur. Məlumdur ki, kişi və qadında ümumi qan dövranının həcmi qadınların serebral qan dövranının həcmi kişilərdən çoxdur. Müxtəlif alimlərin fikirlərinə görə estrogenin qan dövranın artması ilə əlaqələndirirlər. Bu fərqliliklər qadın və kişilərin neyropsixi xəstəliklərin müalicəsində bəzi preparatların nəyə görə qadınlarda daha effektiv olduğunu göstərir. Cinsi fərqlilik beynin neyrokimyasında da özünü göstərir. Əksər hallarda qadın beynindəki sertorin hormonu qadınlarda daha çoxdur. Baxmayaraq ki, onun ifrazı kişilərdə daha tez gedir. Bu hormon hərəkət etməni, görməyi və s. yönləndirir və bu hormonun pozulması müxtəlif psixi patologiyalara gətirib çıxarır. Qadın və kişilərdə seretorini fərqli olması bu xəstəliklərdə fərqli olmasına gətirib çıxardır.
Daha bir neyromediator qadın beyinində intensivliyi artıran dopomindir. Dopomin ifrazı sinapsin funksiyası ilə kişi və qadınlarda fərqlidir və qadınlarda çox olduğundan nəticəsi daha effektlidir. Sağlam qadınlarda çoxlu miqdarda dopomin konsentrasiyası görünür və bu ön beyindəki tüklü mərkəzlə əlaqədardır. Bu isə dopominin estrastyatumdaki sıxlığı baş beyinin qabıq hissəsində çoxdur [34;43].
Son bioloji tərkib hissəsi Maninin bubertat hormonal statustur, Bubortat hormonlar insanın cinsi yetişkən olduğu vaxtda ifraz olunan hormonlardır.Bu hormonlar cinsi yetişkənliyi müəyyən edir. Misal olaraq, kişilərdə spermotozoidlər yaranmasını qadınlarda isə menstruasiya tsiklini idarə edir və ikinci cinsiyyət əlamətlərinin inkişafına təsir edir. Bundan əlavə olaraq bu hormonlar hər bir şəxsin seksual davranışına və psixoloji özəlliyinə təsir göstərir. Qizlarda ikincili cinsi yetiskenlik birinci aybası dövründən 4 il əvvəl başlayır və ilk bir neçə il ərzində menstrual requlyar olmaya bilər və ovulyasiya prosesində də kəsilmələr ola bilər. Qadınların cinsi yetişkənliyi ekoloji ekonomik şərtlərdən asılı olaraq dəyişir. Bir populyasiya sərhədlərində kənd yerlerindəki qızlar daha gec yetkinləşirlər, lakin daha təminatlı ailələrin qızlari isə daha tez inkişaf edirlər. Populyar ədəbiyyatda tez tez afrika və latın amerikasının inkişaf etmiş ölkələrində qız uşaqlarının 13-15 yaşında ərə verildiyi göstərilir. Bu mümkündür. Lakin antropoloqlar göstərir ki, yığıcılıq və heyvandarlıqla məşğul olan cəmiyyətlərdə qadınların cinsi inkişafı 15-16 yaşlarında başlayır və ilk uşaqlarının 18-19 yaşlarında dünyaya gətirirlər. Məsələn, Tanzaniyadakı xadza qəbilələrində bu vəziyyət belədir. Qızlardan fərqli olaraq oğlanlarda cinsi yetişkənlik daha gec başlayır. Oğlan uşaqlarında ikincili cinsiyyət əlamətləri qızlardakından daha gec etapda başlayır, lakin bu paradoksa amerikan antropoloqu Bogin 1999-cu ildə munasibət bildirmişdir. Əvvəllər belə qəbul olunmuşdur ki, qadınlar daha tez yaşlanır. Amma uşaqların doğulmasını nəzərə alsaq, ilk olaraq kişilər qocalır. Düzdür, bir çox sosioiqtisadi cəmiyyətlərdə kişilər qadınlardan daha gec evlənir. Məsələn, ovçu-yığıcı cəmiyyətlərində onlar özlərini göstərməyə borcludurlar, maldar cəmiyyətlərində isə onlar öz döyüºçü qabiliyyətlərini və mal-qaraya baxmağı bacardıqlarını sübut etməlidirlər. Məsələn, Keniytanın masay qəbiləsində və həmçinin digər çoban cəmiyyətlərində kişi döyüşçülərin müəyyən yaş sinfi seçilirdi və onları moran adlandırırdılar. Bir qayda olaraq, bu qrup kişilər kişilərə aid xüsusi evlərdə yaşayırdılar və onlar nigaha girə bilməzdilər. Amma bu o demək deyildi ki, onlar buna riayət edirdilər. Masay moranlarinin rəfiqələri var ki, onlar öz vaxtlarının onlarla keçirirlər. Təxminin 35 yaşında moranlar ailə qururdular və bu andan etibarən onlar hərbi yürüşlərdə iştirak etmirdilər və təssərüfatla məşğul olurdular [32;425].
Cinsi yetişkənlik kişilərdə və qadınlarda köklü olaraq bir-birindən fərqlənir. Kişilərdə androgen qadınlarda isə estrogen hormonu yüksəkdir. Uşaqdoğma müəyyən dövrdən sonra kəsilir və bu onların həyat tərzi ilə bağlıdır. Bu onların artıq öz uşaqlarına və nəvələrinə daha çox bağlanmasına yardım edir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin