1. Yeşikdəki 34 kq meyvənin 16 kq-ı portağal, neçə kiloqram naringi var? Qalanı isə narıngidir. Yeşikdə neçə kiloqram naringi var?



Yüklə 15,07 Kb.
tarix06.10.2023
ölçüsü15,07 Kb.
#152575
Ə.Raminə. ( məsələ həlli) Y.T


MƏSƏLƏ HƏLLİ
1. Yeşikdəki 34 kq meyvənin 16 kq-ı portağal, neçə kiloqram naringi var? Qalanı isə narıngidir. Yeşikdə neçə kiloqram naringi var?
2. Albom 85 qəpikdir. Aydın albom almaq üçün kassaya 1 manat verdi. Ona nə qadar pul qaytardılar?
3. Günayın 2 dənə 50 qəpikliyi, 4 dənə 10 qəpikliyi, 3 dənə 5 qəpikliyi var. Günayın neçə qəpik pulu var?
4. Malik 70 səhifəlik kitabın birinci gün 34 səhifəsini, ikinci gün 25 səhifəsini OXudu. Oxunmamış neçaƏ səhifə qaldi?
5. Birinci boşqabda 12 alma, ikincisində 18 alma var. Aysu 8 alma götürdü boşqablarda cəmi neçə alma qaldı?
6. Avtobusda 18 sərnişin var idi. Bir neçə sərnişin dayanacaqda düşdükdən sonra avtobusda 12 sərnişin qaldı. Dayanacaqda neçə sərnişin düşmüşdü?
7. Səbətdə 25 alma var idi. Bunlardan 7-ni Zəhra, 9-nu Cavid, qalanını Aytən götürdü. Aytən neçə alma götürdü?
8. Birinci kitabda 38 səhifə, ikinci kitabda birincidən 17 səhifə az, ücüncü kitabda isə ikincidən 6 səhifə çoxdur. Uç kitabda cəmi neçə səhifə var?
9. Düzbucaglının uzunluğu 6 sm, eni isə 3 sm-dir. Düzbucaqlının perimetrini hesabla.
10. Çəlləkdə 45 litr su vardı. Səhər 15 litr, günorta isə bundan 9 litr az su işlənərsə, çəlləkdə neçə litr su qalar?
11. Eldar dostu ilqarla meşəyə göbələk yığmağa getmişdi. Eldar 28 göbələk, ilgar isə bundan 12 az göbələk yığdı. Uşaqlar cəmi neçə göbələk yığmışdılar?
12. Nənə qutab bişirdi. O, 3 qabın hərəsinə 6 qutab goydu. Nənə neçə qutab bişirmişdi?
13. Telmanın 21 konfeti var idi. 0, bu konfetləri 7 dostu arasında barabar bölüşdürdü. Hər uşağa neçə konfet düşdü?
14. Gül mağazasına 56 qəranfil, bundan 23 ədəd çox zanbaq gətirdilər. Güllərdən 19-u soldu. Neçə gül qaldı?
15. Fikrimdə tutduğum ədədin üzərinə əvvəl 12, sonra isə 7 əlavə etdikdən sonra 28 çıxarıq. Nəticədə 75 alınir. Fikrimdə tutduğum ədəd neçədir?
16. Zooparkda 86 həşərat, bundan 12 ədəd az quş növü var. Zooparkda cəmi neçə növ heyvan var?
17. Üç sağıcı birlikdə 60 inəyi sağdılar. Birinci sağıcı 18 inəyi, ikinci sağıcı isə 21 inəyi sağmışdır. Üçüncü sağıcı neçə inək sağmışdır?
18. Üç səbətdə 97 alma var idi. Birinci səbətdə 41 alma, ikinci səbətdə isə bundan 5 alma çoxdur. Üçünçü səbətdə neçə alma var?
19. Yeməkxanaya 34 ağ çörak və 28 qara çörək gətirdilər. Gün ərzində 29 çörək işləndi. Yeməkxanada neçə çörək qaldı?
20. Bağda 20 alma ağacı, bundan 7 az armud ağacı, alma və armud ağaclarının birlikdə sayı qədər gavalı ağacı akildi. Cəmi neçə ağac əkildi?
21. Dirrikdən 72 kq kələm, bundan 15 kq az kök, kökdən 20 kq çox turp yığıldı. Dirrikdən cəmi neçə kiloqram tərəvəz yiğıldı?
22. Vazada 10 qirmızı və bunlardan 3 az sarı alma var.Vazada cəmi neçə meyva var?
23. Bir qutudakı 28 şardan 14-ü sarı, 12-si mavi, qalanlar isə qırmızıdır. Qutuda neçə qirmizi şar var?
24. Riyaziyyat dərsində uşaqlar 25 misal, bundan 9 az məsəle həll etdilər. Uşaqlar cəmi neçə tapşıriq həll etmişdilər?
Sinif rəhbəri:Əsədova Raminə Səxavət
Yüklə 15,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin