Mil kök sistemi və saçaqlı kök sistemi



Yüklə 126.52 Kb.
tarix01.01.2017
ölçüsü126.52 Kb.

Biologoya www.blackcity.ucoz.com

Kök

Bitkinin bütün kökləri onun kök sistemini təşkil edir. Bitkinin 2 kök sistemi var : mil kök sistemisaçaqlı kök sistemi. Mil kök sistemi əsas kökdən, yəni rüşeyim kökcüyündən inkişaf edir. Mil kök sistemi əsasən toxumdan təzə çıxmış cavan ikiləpəli bitkilərdə yaxşı görünür. İkiləpəli bitkilərin çoxu mil kökə malikdir : əvəlik, lobya, günəbaxan, yerkökü, yonca. Saçaqlı kök sistemi daha çox birləpəli bitkilərdə - taxılların hamısında , soğan, sarımsaq, dağ laləsində olur. Bu bitkilərdə əsas kök çox böyümür və gövdənin torpaqda olan hissəsindən topa ilə çıxan çoxlu əlavə köklər arasında olur. Kökün 3 növü var : əsas, əlavə yan. Əgər kök rüşüym kökcüyündən inkişaf edərsə bu əsas, gövdə və yarpaqlardan çıxarsa əlavə kökdür. əgər kök əsas və əlavə köklərdən inkişaf edərsə o yan kökdür. Yerin bitkilərlə örtülü üst münbit qatı torpaq adlanır. Tərkibində çürüntü olan torpaqların rəngi qara olur. Belə torpaq qara torpaq adlanır. Bitkinin 4 zonası var : Örtücü, sorucu, böyümə, bölünmə. Bitki 5 hissədən ibarətdir : 4 zona və kök üsküyü. Kök üsküyü. – bir qədər tünd rəngdədir. Sıx hüceyrə qatı ilə örtülmüşdür. Kökün ən uc hissəsində yerləşib onu zədələnməkdən qoruyur. Kök böyüyüb torpağın dərinliyinə getdikcə daş, qum, torpaq dənəcikləri ilə rastlaşır. Bu zaman kök üsküyünün hüceyrələri sərt torpaq hissəciklərinə sürtüldükcə sökülüb, dağılır. Onları kökün ucunda arakəsilmədən əmələ gələn yeni hüceyrə qatları əvəz edir. Bölünmə zonası. – Kök üsküyündən yuxarıda yerləşir. Törədici toxumadan təşkil olunmuşdur. Kökün böyüməsini təşkil edir. Kök üsküyünün dağılmış qatlarını yeni hüceyrə qatları ilə əvəz edir. Böyümə zonası. – Bölünmə zonasının üzərində yerləşir. Böyümə zonasındakı hüceyrələr uzanır və nəticədə kök uzununa böyüyür. Sorucu zona. – Böyümə zonasından yuxarıda yerləşir. Burada əmici tellər olur. Əmici tellər kökün səthindən yanlara doğru uzanan hüceyrələrdir. Hər əmici tel kökün xarici hüceyrənin uzun cıxıntısıdır. Başqa hüceyrələr kimi kökün əmici tellərinin hüceyrələri də qılaf, sitoplazma, nüvə və vakouldan ibarətdir. Əmici tellərin uzunluğu 10 – mm dən çox olmur, 10 – 15 gün yaşayır, sonra tələf olur. Əvəzində kökün sətkində yerləşən hüceyrələrdən yeniləri əmələ gəlir. Əmici tellər çox sıx yerləşir. Əmici tellər nə qədər çox olsa bitki o qədər yaxşı qidalanar. Əmici tellər torpaqda olan su və suda həll olmuş mineral maddələri sorub, kökün ötürücü zonasına verilir. Ötürücü zona maddələri gövdə vasitəsi ilə yarpaqlara çatdırır. Otürücü zona. – Kökün sorucu zonasından yuxarıda yerləşir. Ötürücü zonada əmici tellər olmur. Quruluşu eyni olan və eyni funksiyanı yerinə yetirən hüceyrələr qrupuna toxuma deyilir. Bitkidə 6 toxuma var : törədici, örtücü, ötürücü, mexaniki, ifrazat, əsas. Törədici toxuma və ya meristema. – Bitkinin boy atan hissəsində yerləşir. Bu toxumanın hüceyrələri həmişə cavan olur çünki, bitkinin bütün ömrü boyu hüceyrələr bölünür və yeni hüceyrələr əmələ gətirir. Bölünən hüceyrələrin bir hissəsindən bitki orqanizmini təşkil edən daimi toxumalar yaranır. Qalan hüceyrələr isə meristema vəziyyə - tində qalır. Belə hüceyrələr inersial hüceyrələr adlanır. Meristema yunan sözü olub bölünən deməkdir. Örtücü toxuma. – Bitkinin bütün orqanlarını xaricdən örtür. Xarici mühitlə bitki arasında əlaqə yaradır. Bitkini xarici mühitin əlverişsiz şəraitindən qoruyur. Ötürücü toxuma. – Buraya kök borucuqları daxildir. Kök borucuqları vasitəsi ilə su və suda həll olmuş qida maddələri gövdə vasitəsi ilə yarpaqlara qalxır. Kökün ötürücü toxumaları vasitəsi ilə həmçinin yarpaqlarda və gövdələrdə əmələ gəlmiş üzvi maddələr də köklərə ötürülür. Mexaniki toxuma. – Bitkidə dayaq funksiyasını yerinə yeti – rir. Mexaniki toxumanın hüceyrələri çox qalınlaşmışdır. Bu da həmin toxumalara mohkəmlik verir. Mexaniki toxumaların çoxu ölü hüceyrə - lərdən ibarət olur. Onlar dayaq və ya “skelet” rolunu oynayır. Mexaniki toxumalar ən çox ağac bitkilərində inkişaf etmişdir.
GÖVDƏ

Üzərində tumurcuq olan orqana gövdə deyilir. Üzərində yarpaqlar və tumurcuqlar olan gövdənin cavan hissəsinə zoğ deyilir. Yarpağın zoğa birləşdiyi yer buğum, iki qonşu buğum arasındakı hissə isə buğumarası adlanır. Zoğla yarpaq saplağının birləşdiyi yer arasında qalan bucağa yarpaq qoltuğu deyilir. Zoğun təpə hissəsində təpə tumurcuğu, yarpaq qoltuqlarında isə qoltuq (yan) ntumurcuqları yerləşir. Buğumaralarında, yarpaq və köklər üzərində inkişaf edən tumurcuqlar əlavə tumurcuqlar adlanır. Yan tumurcuqların bir jissəsi uzun müddət inkişafsız qalır ki, bunlara yatmış tumurcuqlar deyilir. Yarpaq töküldükdən sonra qoltuq tumurcuqlarının altında tökülmüş yarpaqların yeri qalır. Buna yarpaq çapığı və ya yarpaq yastığı deyilir. Bir buğumda bir yarpaq birləşərsə buna növbəli düzülüş deyilir : Tozağacı, günəbaxan, itburnu, gilas, heyva, alma. Buğum üzərində qarşı-qarşıya iki buğum yerləşirsə, belə düzülüşə qarşı-qarşıya düzülüş deyilir : gicitkan, reyhan, nanə. Bir buğumda üç və daha artıq yarpaq birləşərsə, belə düzülüşə topa düzülüş adlanır : oleandr, elodeya, qatırquyruğu, qaragöz. Tumurcuqlar iki cür olur – vegetativgenerativ. Vegetativ tumurcuqlardan zoğ inkişaf edir, generativ tumurcuqlardan çiçək əmələ gəlir. Generativ tumurcuqlar vegetativ tumurcuqlardan böyük olur. Zoğun təpə tumurcuğu yerləşmiş ən uş hissəsi böyümə nöqtəsi və ya böyümə konusu adlanır.



Bitkinin gövdəsi müxtəlif vəziyyətlərdə olur.

♠ Dikduran : ağac və ot bitkiləri.

♠ Sərilən : çəmənşayı, qaytarma.

♠ Sürünən : üçyarpaq yonca, yemiş, xiyar, çiyələk.

♠ Dırmaşan : Üzüm, noxud, daş sarmaşığı.

♠ Sarmaşan : lobya, çöl sarmaşığı.

♠ qısa gövdəlilər : bağayarpağı, bənövşə, zəncirotu, qarğa gözü.

Sarmaşan və dırmaşan gövdəli bitkilərə lianlar deyilir : üzüm.



  • Gövdənin şəkildəyişməsi

Yer üstü :

◙ kökümsov

◙ soğanaq

◙ gövdə yumruları

◙ soğanaqlı yumrular

Yer altı :

◙ tikan

◙ ehtiyat su anbarı (sukkulent)

◙ bığcıq


Mineral gübrələr

☼ Azot – Bitkinin yaşıl hissələrini gövdə və yarpaqlarının

böyüməsini sürətləndirir.

☼ Kalium – Bitkinin yeraltı hissəsinin soyuğa davamlığını artırır,

Fotosintezə təsir edir.

☼ Fosfor – Çiçək açmağı və meyvə əmələ gətirməyi sürətləndirir.

Suda pis həll olur.
Tumurcuq xaricdən tumurcuq pulcuqları ilə əhatə olunmuşdur. Gövdənin hissələri : xaricdən ən ensiz qat qabıq, qabığın altında ən bərk və enli qat oduncaq, mərkəzdə isə özək yerləşir. Yarpaqlarda əmələ gələn üzvi maddələr qabıq qatıilə aşağı enir. Erkən yazda şirə hərəkəti o qədər güclü olur ki, üzvi maddələr oduncaq qatı ilə aşağı enir. Mineral maddələr oduncaq qatı ilə yuxarı qalxır. Özək : titrək qovaqda yaxşı görünür, gəndalaşda özək yumşaqdır, palıdda, qarağacda isə bərkdir. Gövdə xaricdən şəffaf, rəngsiz və nazik dəriciklə örtülmmüşdür. Cavan budaqlarda dəriciyin altında yaşıl rəngli qabıq yerləşmişdir. Şəffaf və zərif dəricik gövdənin ancaq körpə hissəsini örtür. Yaş artdıqca dəricik mantarlaşır. Mantar qatının hücüyrələri ölüdür. Mantar qatının hücüyrələrinə suyu və havanı özündən buraxmayan maddə hopmuşdur.Mantar aqtının üzərində gövdənin daxili ilə əlaqələnən xüsusi deşiklər, qabarcıqlar olur. Bunlar mərcimək adlanır. Qabığın yaşıl hüceyrələri altında floema yerləşir, ağımtıl rənglidir. Burada floema lifləriələyəoxşar borucuqlar vardır. Floema lifləri gövdəyə elastiklik və mohkəmlik verir. Kətan, cökə,qarağacda floema lifləri yaxşı inkişaf etmişdir. Beləliklə, qabıq dəricikdən və ya mantardan, yaşıl hüceyrələr qatından və floemadan ibarətdir. Qabığın altında kambi tqatı yerləşir. Kök və gövdəni uclardan böyüdən hüceyrələr qrupuna meristema toxuması deyilir.
Yarpaq

Saplağı olmayan yarpaqlara oturaq yarpaqlar deyilir : kətan, aqava, əzvay. Bir çox bitkilərdə saplaq genələrək gövdəni novça kimi qucaqlayır. Buna qın deyilir : buğda, arpa, qarğıdalı, çovdar, darı. Saplaq üzərində yalnız bir yarpaq ayası ayası olarsa, belə yarpaq sadə yarpaq adlanır : fıstıq, vələs, dəmirağac, heyva, armud, qovaq, əzgil, üzüm. Sadə yarpaqlar quruluşuna görə xətvari, lansetvari, yumurtavari, rombvari, ürəkvari, qalxanvari, dairəvi və s. olur. Öz kiçuk saplağı ilə birlikdə ümumi saplağa birləşmiş bir neçə yarpaq ayasından ibarət yarpağa mürəkkəb yarpaq deyilir: Lənkəran akasiyası, qoz, göyrüş, sumaq, lobya, yonca, qızılgül, çiyələk. Ayanın kəsilmə dərinliyi onuun eninin dörddə birindən dərin deyilsə. Ona dilimli yarpaq deyilir : ağcaqayın, çinar, yemişan, üzüm. Yarpaq ayasındakı kəsiklər orta damara və yarpağın qaidəsinə azca çatmırsa, belə yarpağa bölümlü yarpaq deyilir. Yarpaqda kəsik onun orta damarına və ya qaidəsinə qədər olursa, belə yarpağa yarılmış yarpaq deyilir. Mürəkkəb yarpaqlar quruluşuna görə üç cür olur : barmaqvar, Lələkvari, üçər. Yarpaq bir nöqtədən çıxan bir neçə yarpaqcıqdan ibarətdirsə, ona Barmaqvari mürəkkəb yarpaq deyilir : at şabalıdı, çətənə. Mürəkkəb yarpağın yarpaqcıqları bütün saplaq boyu yerləşmişsə bu cür yarpağa lələkvarı mürəkkəb yarpaq deyilir : Safora, ağ akasiya. Lələkvari mürəkkəb yarpaqlar iki yerə bölünür : cüt lələkvari, tək lələkvari. Tək lələkvari : qoz, qızılgül, göyrüş, akasiya. Cüt lələkvari : noxud, lərgə. Üçər mürəkkəb yarpaqlar : lobya, çiyələk, böyürtkan, üçyarpaq yonca. Yaşıl yarpaqların xlaroplastlarında, işığın təsiri altında karbon qazı və sudan üzvi maddələrin əmələ gəlməsi prosesi fotosintez adlanır.


Yarpağın şəkildəyişmələri

♣ Tikan : zirinc, qaratikan, ağ akasiya, kaktus(lar), qanqal.

♣ Bığcıq : noxud, lərgə.

♣ Ehtiyat su mənbəyi : aloya, aqava.

♣ Həşəratla qidalananlar : şehçiçəyi, qovuqlu, milçəktutan, nepentes

♣ Pulcuq : sərv, ardıc.



Meyvələr

Şirəli


♦ Giləmeyvə : pomidor, qarağat, üzüm, feyxoa.

♦ Qabaq meyvəlilər : yemiş, qarpız, boranı, patisson.

♦ Çəyirdəkli meyvələr : şaftalı, gavalı, ərik, zeytun, göyəm, albalı, zoğal.

♦ Narınc meyvəlilər : limon, portağal, naringi.


Quru

♦ Dənmeyvə : buğda, qarğıdalı.

♦ Paxlameyvə : akasiya, lobya, noxud, üçyarpaq yoncanın meyvələri.

♦ Buynuzmeyvə : xardal, kələm, vəzəri, quşəppəyi, ağ turp.

♦ Qutucuqmeyvə : pambıq, xaş-xaş, lalə, bənövşə, tütün.

♦ Toxumcameyvə : günəbaxan, qanqal.


Bitkilərin təsnifatı

Bitki

Heyvan

Növ

Növ

Cins

Cins

Fəsilə

Fəsilə

Sıra

Dəstə

Sinif

Sinif

Şöbə

Tip

Aləm

Aləm



c:\users\user\desktop\новый точечный рисунок.bmp
Örtülü toxumlular şöbəsi

/\

/ \



2 ləpəlilər_____________/ \___________ l ləpəlilər

| |


Xaççiçəklilər Taxıllar

| |


Gülçiçəklilər Zanbaqçiçəklilər

| |


Badımcançiçəklilər Süsənçiçəklilər

| |


Mürəkkəbçiçəklilər Nərgizçiçəklilər

|

Paxlalılar (kəpənəkçiçəklilər)



|

Əməköməkçilər

|

Tərəçiçəklilər



Latınca adlar.

Campanula persicifolia – şaftalıyarpaq zəngçiçəyi.

Campanula latifolia – enliyarpaq zəngçiçəyi.

Conis familiaris – ev iti.

Homo sapiens – ağıllı insan.

Ribes rubrum – qırmızı qarağat.

Ribes neqrum – qara qarağat.

Asporoqus vertiullatus – topayarpaq qulamça.

Asporoqus breslerious – bresler qulamça.

Asporoqus atfinolis – dərman qulamça.





Fəsilənin adı

Çiçək formulu

Çiçək qrupu

Meyvələrinin forması

Yabanı növləri

Mədəni növləri

Xaççiçəklilər (kələmçiçəklilər)

K4L4E4+2D1

Sadə salxım

Buynuz

Yabanı turp, quşəppəyi,yarğanotu, quduzotu, vəzərək, çöl xardalı

Dərman şürəvəni, kələm,

ağ turp, qırmızı turp, vəzəri



Gülçiçəklilər

K5L5ExDy (x>y)

Qalxan, sadə çətir, sadə salxım

Çəyirdəkli fındıqça, tumlu, hamaş (toplum)

Qaytarma, şirpəncəsi, meşə çiyələyi, böyürtkən, yemişan, itburnu,topulqa

Alma, gavalı, ərik, alça, moruq, qızılgül

Paxlalılar(kəpənək çiçəklilər)

K5L5E9+1D1

Sadə salxım, başcıq

Paxla


Üçyarpaq yonca, qara yonca, ağ akasiya, acı paxla

Noxud, lobya, yerfındığı, soya, mərci

Baımcançiçəklilər

K5L5E5D1

Tək-Tək, sadə salxım

Giləmeyvəqutucuq

Qara quş üzümü, bat-bat, xanımotu dəlibəng, tənbəki

Ətirli tütün, pomidor, badımcan bibər, kartof


Mürəkkəbçiçəklilər

K0L5E5D1

Səbət

Toxumca

Zəncirotu, göyçiçək, andız, çobanyastığı, at pıtrağı, eşşək qanqalı, dəvədabanı

Günəbaxan yerarmudu, georgin

Üzüm

---------

Mürəkkəb salxım

Giləmeyvə

Ağ şanı, qara şanı, Təbrizi, Şamaxı mərəndisi, sarıgilə, ağ kişmişi, qara kişmişi, tavkveri, şirvanşah, tatlı, rislinq, mədrəsə, mələyi, bəyanşirə və s.

Əməköməkcilər

K5L5EooD1

Tək - tək

qutucuqdur

Pambıq, burbon, kənaf, gülxətmi, əməköməkci

Taxıllar

C2+2E3D1

2-çiçək pulcuğu



2-çiçək pərdəsi

Mürəkkəb sünbül, süpürgə, qıça

Dənmeyvə

Çobantoppuzu, sudanotu, qamış çayır, bambuk

Buğda, arpa, çəltik, darı, qarğıdalı, çovdar, şəkər qamış

Zanbaqkimilər,

Nərgizkimilər

L3+3E3+3D1

Təpə hissəsi çiçək qrupu ilə qurtarır (tək – tək, yaxud dəstələrlə)

Qutucuq, giləmeyvə

İnciçiçəyi, dağlaləsi, qarğagözü,

Soğan, sarımsaq, aloya(əz- vay), lalə, zanbaq

N.(nərgiz)

Süsənkimlər

L3+3E3+3D1

Təpə hissəsi çiçək qrupu ilə qurtarır (tək – tək, yaxud dəstələrlə)

Qutucuq, giləmeyvə

Süsən, qarğasoğanı, zəfəran,




Fəsilənin adı

Cəmi neçə novü var

Azərbaycanda neçə növü var

Xaççiçəklilər

3 minə qədər

205 – dən artıq

Gülçiçəklilər

3 mindən çox

150 – dən çox

Paxlalılar

12 mində çox

400 – dən çox

Badımcançiçəklilər

3 minə qədər

19

Mürəkkəbçiçəklilər

25 minə qədər

450

Üzüm

600

---

Əməköməkcilər

900

---

Taxıllar

8 mindən artıq

---

Zanbaqkimilər

3 mindən çox

47

Süsənkimilər

200 - ə qədər

26

Nərgizkimilər

0

1

Birləpəlilər sinfi. Taxıllar.

Kökümsov gövdələrindən, yerüstü gövdənin dib hissəsindən çoxlu əlavə gövdələr əmələ gəlir. Bu bitkinin kollanması adlanır. Hər buğuma qın vasitəsi ilə bir yarpaq birləşir. Taxılların gövdəsi hər buğumarasının dibində yerləşmiş hüceyrələrin bölünməsi nəticəsində uzununa böyüyür. Bu böyüməyə interkalyar böyümə adlanır. İçərisi boş olan gövdə küləş adlanır. Çovdarın təzə cücərtisində 4, buğdada isə 3 kökcük olur. Çovdar - 2 inkişaf etmiş 1 inkişaf etməmiş çiçək yerləşir. Buğda - 2-7 çiçək yerləşir, Arpa - 1 çiçək yerləşir, Vələmir - 2-3 çiçək olur. Sudanotunun yerüstü hissəsindən silos, hind darısının yerüstü hissəsindən süpürgə hazırlanır. Əlavə kökləri inkişaf etdiyi yer kollanma düyünü adlanır. Yetişmə dövrü 3 mərhələdən ibarədir : sütül, mum, tam. Bərk buğdanın tərkibində zülal daha çoxdur. Buğdanın toxumları zülal, şəkər, yağ, “B”, “B1”, “B2”, “PP” vitaminləri və başqa maddələrlə zəngindir. Qarğıdalının sütül yetişmiş qıça çiçək qrupundan və yaşıl gövdəsindən silos hazırlanır. Qarğıdalı birevli bitkidir. Eekəkcikli çiçəklər gövdənin təpəsində süpürgə çiçəkqrupunda, dişicikli çiçəklər isə gövdənin ortasında yerləşən qıça çiçəkqrupunda toplanır. Hər dişi çiçəyin ucunda sapvari uzun sütuncuq olur.

YOSUNLAR

||

_____________________||__________________



| |

Bir hüceyrəlilər Çox hüceyrəlilər

--- Xlorella --- Ulotriks

--- Xlimidomonada (paltarlı yosun) --- Spirogira

--- Plevrokokk --- Lominariya(dəniz kələmi)

--- Ulva


--- Qırmızı yosun

--- Qonur yosun


Yosunların 55 mindən artıq növü vardı. Yosunların ən qədim və ən sadə quruluşlu forması göy - yaşıl yosunlardır. Digər yosunlardan fərqli olaraq onların formalaşmış nüvəsi yoxdur və sadə bölünmə yolu ilə çoxalır. Yosunlar, əsasən, su bitkiləridir, lakin quruda yaşayan növləridə var : plevrokokk, xlorellanın bəzi növləri və s. Yosunlar avtotrof bitkilərdir. Ali bitkilərdən fərqli olaraq onlarda xloroplast yoxdur, lakin tərkibində xlorofil olan xromatofor vardır. Xromatofor sözünün mənası yunanca “rəng daşıyan” deməkdir.

Xlorella:- Onun hüceyrələri xırda və kürəşəkillidir. Hüceyrəsi xaricdən qılafla örtülmüşdür. Sitoplazma və nüvə qlafın daxilində olur. Sitoplazmanın içərisində yaşıl xromatofor yerləşmişdir. İşıqda həmin xromatoforda üvi maddələr əmələ gəlir. Xlorella yallnız cinsi yolla çoxalır.(Plevrokok da yalnız cinsi yolla çoxalır). Sadə bölünmə yolu ilə çoxalır.

Xlmidomonada:- Hüceyrənin ön, daha ensiz tərəfində bir cüt qamçı var. Bu qamçıların vasitəsi ilə o, suda cəld hərəkət edir. Hüceyrə sitoplazmadan, nüvədən, qılafdan və vakouldan ibarətdir.Onun həmçinin qırmızı rəngli “gözcüyü” - işığa həssas cisimciyi vardır.Hüceyrənin daxilində kasaşəkilli xromatofor yerləşir, onun daxilində xlorofil maddəsi vardır. Xlomidomonada işıqda müstəqil qidalanır. Xlomidomonada həm cinsi, həmdə qeyri-cinsi yolla çoxalır. Qeyri-cinsi yolla çoxalarkən xlomidomonada əvvəlcə bir yerdə dayanır, qamçılarını itirir. Sonra hüceyrənin daxili möhdəvillsatı iki bərabər hissəyə bölünür və bu hissələrin də hər biri iki bərabər hissəyə bölünür. Nəticədə dörd müstəqil hüceyrə əmələ gəlir. Onların hər birinin sitoplazması, nüvəsi və xromotoforu olur. Hüceyrələr qılafla örtülür. Sonra ana hüceyrənin ümumi qlafı yirtılır və hər hüceyrə müstəqil yaşayır. Hüceyrədə belə bölünmə yolu ilə gedən çoxalma qeyri-cinsi və ya cinsiyyətsiz çoxalma adlanır. Əlverişsiz şəraitə düşərsə cinsi yolla çoxalır. Bu zaman qametlər - cinsi hüceyrələr əmələ gəlir. Sonra an hüceyrənin qılafı dağılır və qametlər suya tökülərək bir biri ilə cüt-cüt birləşir. Bu zaman onların daxili möhtəviyyatı qarışır. İki hüceyrədən ziqot adlanan bir hüceyrə əmələ gəlir. Bundan sonra onun üzəri qalın qılafla örtülür. Belə vəziyyətdə onlar əlverişsiz şəraitdə uzun müddət qala bilir. Belə sakitlik dövründən sonra rütubətli və isti havalarda ziqot bölünür və dörd hüceyrə - cavan xlomidomonadalar əmələ gəlir. Belə şoxalma cinsi yolla çoxalmadır.

Ulotriks:- Budaqlanmayan sapşəkilli çoxhüceyrəli yosundur. Ulotriks sapının ucundakı rəngsiz, uzun hüceyrə vasitəsi ilə əşyalara yapışır. Ulotriks sapını təşkil edən hüceyrələr qısa, qalın qılaflı, bir nüvəli - dir, xromatoforu qapanmayan halqaya oxşayır. Qeyri-cinsi və cinsi yolla çoxalır. Qeyri cinsi çoxalma zamanı ulotriksin vegetativ hüceyrələrinin möhtəviyyatı bölünərək zoosporlar əmələ gətirir. Bunların hərəsi 4 qamçılıdır. Zoosporların miqdarı cüt olur. Həmin zoosporlar bir müddət suda üzəndən sonra su altı cisimlərə yapışır, onlardan yeni ulotriks sapları inkişaf edir. Əlverişsiz şəraitdə ulotriks sapı cinsi yolla çoxalır. Cinsi çoxalma zamanı bəzi hüceyrələrdə xırda, hərəktli qametlər əmələ gəlir. Onlar iki qamçılı olur. Qametlər suda üzərək cüt-cüt birləşərək ziqotu əmələ gətirir. Ziqot bölünrək 4 hüceyrə - spor əmələ gəlir. Onların hər birindən yeni ulotriks sapı inkişaf edir.

Spirogira:- Uzun budaqlanmayan sapşəkilli, uzun, budaqlanmayan yosundur. Başqa sapşəkilli yosunlarla birləşərək çim yığımı əmələ gətirir. Spirogira bir cərgə hüceyrədən ibarət uzun sapşəkilli, pambığa-oxşar topalar əmələ gətirir. Hüceyrələri iri silindrşəkillidir, qılafı xaricdən selikli madda ilə əhatə olunmuşdur. Spirogiranın hüceyrələri birnüvəlidir. Sitoplazma qılafın divarına çəkilmişdir. Hüceyrənin ortasında şirə ilə dolu vakoul olur. Xromatofor lentşəkillidir, nüvə girdədir, Hüceyrənin mərkəzində sitoplazma tellərindən asılmış vəziyyətdədir, ona görədə ulduzabənzər şəkildə görünür. Sapın uzunluğu 8 - 10 sm dir. Spirogiranın çoxalması : Əvvəlcə yanaşı olan 2 spirogira sapı ümumi seliklə örtülmüşdür. Sonra qarşı qarşıya yerləşmiş hüceyrələrdən çıxıntılar uzanır. Bu çıxıntılar bir - biriləri ilə qovuşduqda, aralarındakı arakəsmə əriyib kanal əmələ gəlir. Həmin kanalla bir hüceyrənin möhtəviyyatı axıb ikinci hüceyrənin möhtəviyyatı ilə qarışır. Bu prosesə, yəni iki hüceyrə möhtəviyyatının bir - biri ilə qarışmasına konyuqasiya deyilir. Sonra hər ziqot bölünərək ondan yeni spirogira sapı inkişaf edir. Spirogira vegetativ üsulla da çoxalır. Onun sapı qırıldıqda hər hissədən yeni spirogira inkişaf edir.

Mamırkimilər şöbəsi

Mamırların 25 mindən artıq növü vardır. Mamırlar avtotrof orqanizmlərdir. Onlarda xloroplast yaxşı inkişaf etmişdir. Hündürlüyü 20 - 30 sm-dan çox olmur, kök sistemi yoxdur, onu gövdənin aşağı hissəsindən çıxan nazik sapşəkilli rizoidlər1 əvəz edir.Yaşıl quşmamırında bəzi toxumalar, dikduran yarpaqlı gövdə və rizoidlər vardır. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Mamırlar rütubət sevən bitkilərdir. Mamırın gövdəsi dik qalxır, budaqlanmır, üzərində sıx yerləşən və ucu şiş yaşıl yarpaqlar olur. Gövdəsinin dibindən əmələ gələn nazik sapşəkilli rizoidlər bitkini torpağa bərkidib, gövdəni dik saxlayır, torpaqdan suyu və suda həll olmuş mineral maddələri sorub gövdəyə ötürür. Yaşıl quşmamırı öz çəkisindən 4 dəfə çox su uda bilir. Yaşıl quşmamırının yarpaqları xlorofil maddəsi ilə zəngindir. Xloroplastlarda fotosintez prosesi gedir. Yaşıl quşmamırı birevli bitkidir. Onun yayıldığı yerdə həm erkək, həm də dişi fərd olur. Mamırın bəzi gövdəciklərinin təpəsi qırmızımtıl qonur rəngdə olur. Burada yarpaqlar sıx və iri olur. Onun üzərində spermatazoidlər2 əmələ gəlir. Spermatozoidlər bitkinin təpəsindəki uzunsov kisəciklərdə inkişaf edir. Dişi bitkilərin başcıqları daha iridir. Onlar uzun boğazcıq üzərində yerləşir və kolba formasındadır. Yaşıl quşmamırının dişi və erkək fərdləri yanaşı bitir. Yağış yağdıqda, erkək qametlər yerləşən kisəciklərə toxunan damcılar sışrayaraq erkək qametlərlə birlikdə yumurtahücey- rənin üzərinə düşür, mayalanma gedir və ziqot yaranır. Yaşıl quşmamırı quruda yaşayan bitki olmasına baxmayaraq mayalanma su vasitəsi ilə gedir. Yay dövrundə dişi bitkinin üzərində maya- lanmış ziqotun bölünməsindən əmələ gələn sporlarla dolu qutucuq inkişaf edir. Qutucuq uzun ayaqcığın üzərində yerləşir. Qutucuğun ucu dilimli qapaqcıqla örtülü olur. İkinci yayda qutucuğun üzərindəki sporlar yetişir. Bu zaman qutucuğu örtən qapaqcıq düşür. Yetişmiş sporlar qutucuqdan tökülür və külək vasitəsi ilə hər tərəfə yayılır. Əlverişli şəraitə düşən spor cücərir və ondan nazik yaşıl sap əmələ gəlir. Bu protonema adlanır. Əvvəlcə protonema quruluşuna görə yaşıl yosunlara oxşayır. Sonra protonema böyüyür və şaxələnir. Onun üzərində tumurcuq əmələ gəlir. Bu tumurcuqdan yarpaqlı gövdəsi olan mamırlar inkişaf edir. Beləliklə, mamırlarda cinsi3 nəsillə qeyri cinsi4 nəsil növbələşir.

Sfaqnum(torf) mamırı. Sfaqnum torf mamırıdır. Onu ağ mamır da adlandırırlar. Torf mamırının gövdəsi uzun zəif və çox budaqlıdır. Dövdənin üzəri çoxlu xırda pulcuqşəkilli yarpaqlarla örtülüdür. Xırda budaqcıqlar gövdənin yuxarı hissəsində başcıq şəklində toplanmış olur. Uzun budaqlar isə aşağı sallanır. Sfaqnum mamırında rizoid olmur. Su və suda həll omuş maddələr sfaqnum mamırının daxilinə gövdə və yarpaqlarda olan açıq hüceyrələr vasitəsilə daxil olur. Sfaqnum mamırının yarpaq və gövdələrində İki cür hüceyrə vardır. Onlardan biri xlorofillə zəngin olan, canlı hüceyrələrdir. Fotosintez prosesində həmin hüceyrələrdə bitki üçün su və karbon qazından lazım olan üzvi maddələr əmələ gəlir. İkinci qrup hüceyrələr içərisi boş, şəffaf və deşikli hüceyrələrdir. Bu hüceyrələr ölüdür, bitkidə su anbarı vəzifəsini yerinə yetirir. Belə hüceyrələr bitkinin gövdəsi boyu da yerləşmişdir. Bu hüceyrələr vasitəsi ilə sfaqnum mamırı suyu süngər kimi çəkib özundə saxlayır. Sfaqnum mamırı özü çəkisindən 25 dəfə çox su uda bilir. Sfaqnum avtotrof bitkidir. Sfaqnum mamırı gövdənin uc hissəsi ilə böyüyür. Yay vaxtı hər gövdədə qutucuqlar əmələ gəlir. Bu qutucuqlarda sporlar yetişir. Safqnum mamırıda sporlarla çoxalır. Safqnum mamırının yuxarı hissəsindən böyüdükcə aşağı hissəsindən məhv olur. Hər il təqribən 3 sm böyüyür və böyüdükcə aşağı hissəsi tədricən məhv olur. (uzunluğu dəyişmir). Mamırların və başqa bataqlıq bitkilərinin məhv olmuş gövdə hissələri bataqlıqda suyun içinə tökülür, qat-qat yığılır və oksigen az olan mühitdə tam çürümür. Bir neçə vaxtdan sonra bataqlıqda yarımçürüntülü halda çoxlu miqdarda torf mamırları və başqa bataqlıq bitkilərinin məhv olmuş gövdələrinin hissələri toplanmış olur.Beləliklə mamırların məhv olmuş hissələri başqa bataqlıq bitkilrinin qalıqları ilə birlikdə torfa çevrilir. Sfaqnumun tərkibində dizinfeksiyaedici maddəsi vardır. Azərbaycanda torf çox az sahədə - Gədəbəy rayonunun ərazisində vardır. Torf qiymətli yanacaq növüdür və kənd təsərrüfatında gübrə kimi istifadə olunur. Torf rütubəti özündə yaxşı saxlayır. Torfdan ağac spirti, karbol turşusu, plastik kütlə, qatran və s hazırlanır.

Qıjıkimikər, qatırquyruğukimilər, plaunkimilər

Ali sporlu bitkilərdir. 11.500 dən çox növü vardır. Onlar kökümsov gövdəyə malikdirlər. Çiçəkli bitkilər kimi onlardada kök, gövdə və yarpaq vardır. Çiçəkləri isə yoxdur. Bunların hər üçü də avtotrofdur. Yarpaqlarında xlorofil çoxdur.



Qıjıkimilər. Ən çox rütubətli, kölgəli meşələrdə, dərələrdə, bəzən açıq yerlərdə bitir. Tropik meşələrdə daha çoxdur. Ən geniş yayılanı erkək qıjıdır. Erkək qıjının gövdəsi torpağın üst səthinə yaxın yerləşir, ondan torpağa çoxlu əlavə köklər keçərək bitkini su və mineral maddələrlə təmin edir. Kökümsov gövdənin təpəsindəki böyümə hissəsindən hər il yazda qıjının yarpaqları inkişaf edir. Yenicə torpağın altından çıxmış cavan yarpaqlar ibliz çanağı kimi qıvrılmış olur. Qıjının yarpaqları ucdan böyüyür. Tam inkişaf etmiş yarpaqları iri, ikiqat lələkvaridir. Erkək qıjı çoxillik bitkidir, lakin yarpaqları hər il payızda quruyur. Yazda yeni yarpaqlar inkişaf edir. Qışı kökümsov gövdəsi ilə torpağın altında keçirir. Yayın ortalarında yarpaqların alt səthində qonur rəngli qabarcıqlar əmələ gəlir. Həmin qabarcıqların altında sporangilər yerləşir. Sporangilərin içərisində sporlar olur. Sporlar yetişdikdən sonra külək vasitəsi ilə yayılır. Əıverişli şəraitə düşən spor cücərir və çox kiçik (2.1 mm), incə ürəkşəkilli yaşəl lövhəcil əmələ gəlir. Bu qıjının ilk cücərtisi - protaldır. Cücərtinin alt hissəsində rizoidlər əmələ gəlir ki, bunların vasitəsi ilə cavan bitki torpağa bərkidilir. Protal ikicinslidir. Onun torpağa sıxılmış alt ucunda cinsi çoxalma orqanı olan anteridi5arxeqoni6 əmələ gəlir. Anterididə spermatazoidlər7, arxeqonidə isə yumurtahüceyrə8 yetişir. Protalın torpağa sıxılmış hissəsində yağış və ya şeh suyu ilə spermatazoidlər qamçıları vasitəsilə yumurtahüceyrəyə tərəf üzür. Onlardan biri yumurta hüceyrə ilə birləşib onu mayalandırır. Deməli, qıjılarda mayalanma su mühitində gedir. Mayalanmış yumurtahüceyrədən - ziqotdan rüşeym inkişaf edir, böyüyərək üzərində kök və yarpaq olan kiçik qıjıya çevrilir, protal isə tədricən məhv olur. Beləliklə mamırlardan fərqli olaraq qıjılarda qeyri-cinsi9 çoxalma ilə cinsi10 çoxalma növbələşir. Burada erkək qıjı qeyri-cinsi11 nəsildir, protal isə cinsi12 nəsildir.

Qatırquyruğu. Rütubətli meşələrdə, bataqlıqlarda, rütubətli meşə və çəmənliklərdə bitir.Onun növləri Avstralydan başqa bütün dünyaya yayılmışdır.O dik qalxan, buğumlu və budaqlanan gövdəyə malik, çoxillik otşəkilli bitkidir. Yazın əvvəlində onun kökümsov gövdəsindən bir dəstə xırda yarpaqcıqlı qonur rəngli zoğlar inkişaf edir. Onlar kökümsovda olan ehdiyat qida maddələri ilə qidalanır. Həmin zoğların təpəsində sünbülcüklər yerləşir. Bu sünbülcükdə sporlar əmələ gəlir. Onlar yetişdikdən sonra külək vasitəsi ilə yayılır. Qatırquyruğunda və plaunda çoxalma qıjıda olduğu kimi gedir. Lakin onların protalı bircinslidir, yəni ayrı ayrılıqda erkək və dişi protala malikdir. Spor verən zoğlar quruduqdan sonra həmin kökümsov gövdədən şaxələnən yaşıl, vegetativ zoğlar inkişaf edir. Onlarda xlorofil olduğuna gğrə avtotrof qidalanır. Həmin zoğlar payıza qədər yaşayır, kökümsov gövdədə və onun üzərindəki yumrularda ehdiyyat qida maddələri toplanır. Azərbaycanda qatırquyruğunun 5 növü məlumdur. Onlardan çol qatırquyruğu dərman bitkisidir.

Plaun(qurdayağı). Ən çox rütubətli yerlərdə xüsusən iynəyarpaqlı meşələrdə yayılmış-dır Adi plaun çoxillik və həmişəyaşıl bitkidir. Gövdəsi xırda yarpaqlarla örtülmüşdür. Gövdəsi yerlə sürünür, yuxarıya doğru yaba kimi haçalanan və dik qalxan kiçik budaqcıqlar əmələ gətirir. Sürünən gövdənin yuxarıya tərəf olan alt hissəsindən şaxələnən əlavə köklər inkişaf edir. Budaqcıqların təpəsində sünbülcüklər inkişaf etmişdir.


Qıjıkimilərin nəsli kəsilmiş qədim quruda yaşayan psilofitlərdən törəmişdir.

Bakteriyalar

Xlorofili olan bitkilər avtotrof qidalanır, yəni qeyri üzvi maddələrdən üzvi maddələr yaradır. Onlara yosunlar, mamırlar, qıjılar, çılpaqtoxumlular, örtülütoxumlular daxildir. Bahteriyalar isə yaşamaları üçün lazım olan üzvi maddələri, qeyri – üzvi maddələrdən hazırlaya bilmir, hazır üzvi maddələrlə qidalanır, yəni heterotrof qidalanan canlılardır. Bakteriyalar adi gözlə görünməyən çox kiçik canlılardır. Ölçüləri 0.1- 10mkm olur. Onları yalnız mikroskopla 500-1000 dəfə böyütməklə görmək mümkündür. Yer üzərində elə bir yer yoxdur ki, orada bakteriya olmasın. Torpaqda daha çox bakteriya vardır. 1 qram torpaqda 100 milyonlarla bakteriya var. Havası dəyişdirilmiş otaqda havası dəyişdirilməmiş otaqdan 13 dəfa az bakteriya olur. Bakteriyalar,adətən, rəngsiz olur. Bakteriyaların 2, 4, bəzəndə daha çox qamçısı olur. Bəziləri qamçısızdır. Bakteriyalar müxtəlif formada olur. Kürəşəkilli bakteriyalar – kokklar, çöpşəkilli bakteriyalar – batsillər, vergülşəkilli bakteriyalar – vibrionlar, spiral formada olanlar – spirillalar və s. adlanır. Bakteriyalar çox sadə quruluşludur. Onlar qılafsitoplazmadan ibarətdir. Bakteriyalaların hamısı bir hüceyrəlidir. Onların tam formalaşmış nüvəsi yoxdur. Nüvə maddəsi sitoplazmanın içərisində səpələnmişdir. Elə bakteriyalar vardır ki, qeyri – üzvi maddədən, üzvi maddə yarada bilir. Bunlara yaşılpurpur (qırmızı) bakteriyaları misal göstərmək olar. Çürüdücü bakteriyalar orqanizmin çürümüş qalıqları ilə qidalanır. Bunlar saprofit bakteriyalardır. Xəstəliktörədən bakteriyalar isə canlı orqanizmlərin üzvi maddələri ilə qidalanır. Bu cür bakteriyalar parazit bakteriyalar parazit bakteriyalar adlanır. Bakteriyalar əlverişsiz şəraitə düşdükdə xaricdən qalın bir qat əmələ gəlir . o qat spor adlanır. Bu zaman bakteriyalar hərəkətsiz qalır, qidalanmır. Bu da bakteriyanın spora çevrilməsi hadisəsi adlanır. Bakteriyaların sporu qıjıkimilərdən fərqlənir. Qıjıkimilərin sporu çoxalmaya, bakteriyaların sporu isə onu əlverişsiz şəraitdən qoruyur. Bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Əlverişli şəraitdə bakteriyalar maksimum 20, minuimum 30 dəqiqədən bir bölünür. Əlverişli şərait olarsa bir bakteriyadan 72 nəsil əmələ gələ bilər. Bunların birlikdə çəkisi 4 tondan çox olar. Bakteriyaların çoxalması üçün su, qida maddələri və istilik lazımdır. Bakteriyalar soyuqda çoxala bilmir. Paxlalı bitkilərin köklərində yumrucuq bakteriyaları olur. Onlar havadakı azotu mənimsəyərək torpağı azotlu maddələrlə zəngin edir. Oksigenli mühitdə yaşayan bakteriyalar aerob, oksigensiz mühitdə yaşayanlar isə anaerob bakteriyalar adlanır.
Bakteriyalar

/ \

___________________________/ \___________________________

| |

Heterotrof avtotrof



/ \ / \

_______/ \_______ ________/ \_________

| | | |

Saprofit Parazit fotosintezedici xemosintezedici



/ | | | / | \

/ | | | / | \

Çürümə b. Torpaq b. Xəstəliktörədən b. Göy-yaşıl, yaşıl və azot b. | dəmir b.

Qırmızı(purpur) b. Kükürd b.

Göbələklər

Göbələklərin təxminən 100 minə qədər növü məlumdur. Onların bəziləri birhüceyrəli, əksəriyyəti isə çoxhüceyrəlidir. Göbələklərin torpaq altı hissəsi hər tərəfə şaxələnən və uclardan böyüyərək torpağın içərisində tor şəklində yayılan mitseli adlanan ağ rəngli tellərdən ibarətdir. Papaqlı göbələyin yerüstü hissəsi mitseli tellərinin üzərində yerləşir və meyvə cismi adlanır. Meyvə cismi papaqkötükcükdən ibarətdir. Ona görə də bu göbələklərə papaqlı göbələklər deyilir. Bitki kökü ilə göbələk mitselilərinin simbioz əmələ gətirməsi mikoriza adlanır. Mikorizalar zamanı göbələk mitseli ilə ağac kökü birləşir. Gğbələk ağaca sumineral maddələ verir. Ağac isə göbələyə lazım olan üzvi maddələr verir (məs.qlükoza). Simbioz yaşama həm ağac, həm də göbələk üçün əlverişlidir. Mikorizolar: qırmızı göbələk – ağcaqovaq, tozağacı göbələyi – tozağacı, yağlı göbələk – şam ağacı, sarımtıl gögələk – küknar. Göbələklərin papaqcığının altı iki cür olur: lövhəşəkilli – şampinyon, kötük göbələyi, yalançı tülküqulağı göbələyi, əsl tülküqulağı göbələyi, boruşəkilli – yağlı göbələk, ağ göbələk, öd göbələyi. Göbələklər iki yolla çoxalır : cinsi yolla sporlarla, qeyri cinsi yolla mitselilərlə(veghetativ üsul). Göbələklərdə bitkilər və bakteriyalarda olduğu kimi xarici hüceyrə qılafı qalındır. Buna görə də maddələr hüceyrəyə pinositoz (pino-içmək, sitoz-hüceyrə) yolu ilə daxil ola bilər.

Bütün göbələklər heterotrofdur, yəni heç bir göbələk növündə xlorofil yoxdur. Heterotrof olduqlarına görə 2 cür olurlar : saprofitparazit.

Parazit göbələklər. Qov göbələyi, sürmə göbələyi, çovdarmahmızı göbələyi, plazmopara vitikola göbələyi, pas göbələyi, kartof göbələyi.

Qov göbələyi – meyvə, bağ və parklardakı ağaclarda parazitlik edir. Çoxillikdir. Meyvə cismi əmələ gətirir. Meyvə cisimlərinin alt hissəsində çoxlu xırda borucuqlar olur. Həmin borucuqların içərisində sporlar əmələ gəlir. Yetişmiş sporlar borucuqlarından aşağı tökülür və külək vasitəsi ilə yayılır.

Pas göbələyi – taxılçılığa zərər vurur. Taxıl bitkilərində parazitlik edən pas göbələyinin vurduğu ziyan daha böyükdür. Bu göbələklər bir birinin ardınca davam edən müxtəlif sporlar əmələ gətirib, bir bitkidən başqa bitkiyə yoluxur. Pas göbələyi taxılların yarpaqlarında qonur rəngdə olur. Fotosintez sahəsini kiçildir, xlorofili dağıdır. Pas göbələyində zoosporlar olur. Meyvə cismi əmələ gətirmir.



Plazmopara vitikola göbələyi – üzüm bitkisində mildium xəstəliyini əmələ gətirir. Bu xəstəliyə bitkinin cavan budaqları, meyvəsi və yarpaqları yoluxur. O yaarpaqların altında dəstə ilə bozumtul örtük şəklində görünür. Onu diqqətlə nəzərdən keçirsək sporangiləri müşahidə etmək olar. Mildium xəstəliyinin qarşısını almaq üçün üzüm bağlarına bordo məhlulu(əhənglə göy daşın qarışığı) çiləyirlər. Meyvə cismi əmələ gətirmir.

Çovdarmahmızı göbələyiçovdar bitkisinin üzərində parazitlik edir. Bu göbələyin sporları çovdar çiçəkləyən zaman onun yumurtalığına yoluxur. Meyvə cismi əmələ gətirmir.

Sürmə göbələyi – buğda, çovdar, arpa, darı, qarğıdalı və diğər dənli bitkilər üzərində parazitlik edərək həmin bitkilərin dənlərini məhv edir. Sürmə göbələyinin sporları məhsul yığımı dövründə təxılların dəninə yapışır. Səpin zamanı dənlə birlikdə torpağa keçir və onunla birlikdə böyüyür. Taxıl bitkiləri çiçəkləyən zaman göbələyin mitselisi gövdənin içərisində böyüyərək çiçəyin yumurtalığına şatır. Orada dənin endospermi hesabına qidalanaraq onun içərisini çoxlu qara rəngli sporlarla doldurur. Sürmə xəstəliyinin qarşısını almaq üçün səpindən əvvəl taxıl dənini zəif formalin məhlulu ilə dərmanlayırlar. Formalinin təsirindən dənlərə yapışmış sporlar tələf olur.
Göbələklər(saprofit)

/ \


__________________________________/ \________________________________

| |


Kiçik(mikroskopik) Böyük(makroskopik)

meyvə əmələ gətirməyən meyvə əmələ gətirən

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

mukor (ağ kif), maya göbələyi,pensil (göyümtül kif) | əzvay, yalançı əzvay, əsl əzvay,

| tülküqulağı, həqiqi tülküqulağı, yalançı tülkü-

| qulağı, şampinyon, tozağacı göbələyi, toz göbələyi,



| sarı göbələk, qırmızı göbələk , yağlı göbələk.
Mukor. Çörək , çürümüş meyvələr, peyin, isti və rütubətli yerlərdə qalanda üzəri kiflə örtülür. Bu kif göbələyidir. Həmin göbələk ağ kif göbələyi yaxud mukor adlanır. Mukorun mitselisinin torşəkilli hər tərəfə şaxələnən şəffaf telləri birhüceyrədən ibarətdir. Hüceyrə çoxnüvəlidir, lakin arakəsmələri yoxdur. Ağ kif göbələyi mitselisinin bəzi şaxələri yuxarıya doğru dik qalxır. Həmin dik qalxan şaxələrin uclarında papaqlı göbələklərin meyvə cisimlərinə oxşar başcıqlar əmələ gəlir. Bu başcıqlar sporangi adlanır. Onların içərisində sporlar əmələ gəlir. Sporlar yetişəndə başcığın rəngi tündləşir və partlayır, onun içərisindən sporlar tökülür. Həmin sporlar külək vasitəsi ilə ətrafa yayılır. əlverişli şəraitdə - isti, rütubətli yerlərdə çürüməkdə olan meyvə, tərəvəz, peyin və çorək üzərinə düşmüş mukor sporları cücərir və yeni kif göbələri mitselini əmələ gətirir. Beləliklə mukor göbələyi qeyri cinsi yolla – sporlarla şoxalır. Ağ kif göbələyində cinsi çoxalma da müşahidə olunur. Cinsi çoxalma mitselinin iki qonşu, qısa arakəsmə ilə ayrılan şaxəsi bir birinə yaxınlaşır. Sonra onların arasındakı qılaf pərdəsi əriyir və şaxələrin daxilində olan mühtəviyyat çoxlu növlərlə birlikdə qarışır. Sonra qalın qatla örtülən zoospora şevrilir. Uzun müddət sükunət dövrünü keçirdikdən sonra cücərərək yeni kif göbələyi mitselisini əmələ gətirir. Ağ kif göbələyi saprofit orqanizmdir. Papaqlı göbələklərdəki kimi xlorofili olmur. Hazır uzvi maddələrlə qidalanır.

Penisil. Pensil mitselisi ağ kif göbələyindən fərqli olaraq çoxhüceyrəlidir. Onun mitselisi arakəsmələrlə hüceyrələrə ayrılmışdır. Penisil göbələyindən penisil adlana dərman hazırlanır. Həmin dərman kök bakteriyalarının törətdiyi xəstəliklərə qarşı çox təsirlidir. Penisil göbələyindən alınan dərman müxtəlif irinli xəstəliklər ağ ciyər iltihabı , boğaz ağrısı və başqa xəstəliklərin, yaraların müalicəsində istifadə olunur. Buna görə də penisil göbələyi labaratoriyalarda yetişdirilir. Penisil göbələyi sporlarla çoxalır. Ağ kif göbələyi birhüceyrəli və çoxnüvəli olduğu halda, penisil göbələyi çoxhüceyrəli və bir nüvəlidir, lakin hər bir hüceyrəsi birnüvəlidir.

Maya göbələyi. Bu göbələklər şəkər olan mühitdə yayılmışdır. Təbiyətdə onlara ağac gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında şirin meyvələrin üzərində rast gəlmək olar. Maya göbələyi bir nüvəli, ovalşəkilli hüceyrədən təşkil olunmuşdur. Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə çoxalır. Bu zaman ana hüceyrə üzərində qabarcıqlar (tumurcuqlar) əmələ gəlir. Sonra onlar böyüyür və ana hüceyrədən ayrılır. Tumurcuqlanma yolu ilə sərbəst çoxalır. Bəzən ana hüceyrənin üzərində ondan ayrılmadan tumurcuq,onunda üzərində ikinci tumurcuq əmələ gəlir və s. beləliklə, tumurcuqlanan hüceyrələrdən ibarət şaxəli zəncir əmələ gəlir. Maya göbələyindən yeyinti sənayesində çörək, pivə və bir sıra başqa qida məhsullarının istehsalında geniş istifadə olunur.

Mukorda sporangilər başcıqlarda toplanır, penisildə sporangilər salxımlarda toplanır. Mukor çox şaxələnən , pensil az şaxələnəndir.

Şibyələr

Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Şibyələr +60 dərəcədən -50 dərəcəolan yerlərdə yaşaya bilir. Şibyələr formasına görə müxtəlif olur: qazmaq(qabıq), yarpaq, kol. Qazmaq şəkilli şibyələr daşların, qayaların üzərində yayılaraq orada müxtəlif rəngdə yarpaq şəklində lövhəciklər əmələ gətirir.Onları zədələmədən daşın üzərindən qoparmaq olmur. Bunlardan qızılı sarı rəngli divar şibyəsini (krantoriyanı) misal göstərmək olar. Divar şibyəsi ağacların qabığı üzərində qazmaq şəklində olur. Şibyələrin bəziləri kiçik kol şəklindədir. Köhnə ağacların budaqlarından sallanan saqqala bənzər şibyəni tundrada geniş talalar təşkil edən maral şibyəsini, “İslandiya mamırını”(setraliya) , kladoniya və digərlərini misal göstərmək olan. Şibyənin tallomu birhüceyrəli, yaxud çox hüceyrəli yaşıl və ya göy yaşıl yosunlardan təşkiln olunmuşdur. Deməli, şibyələr simbioz həyat keçirməyə uyğunlaşmış göbələk yosunlardan ibarətdir. Göbələk su və mineral maddələrlə yosunu təmin edir. Yosun hüceyrələrində fotosintes prosesi zamanı üzvi maddələr əmələ gəlir və o üzvi maddələr göbələk qidalanır. Ona görə də şibyələr miksotrof orqanizm hesab olunur. Beləliklə, iki müxtəlif orqanizmin simbioz yaşayışı təmin olunur.



Şibyənin tallomu = göbələk mitselisi + yosunların tallomu.

Şibyədə kök, gövdə, yarpaq və çiçək olmur. İşıq olmadıqda yosun hüceyrələrində üzvi maddələr əmələ gəlmir və şibyələr məhv olur. Şibyələr adətən, tallomun hissəcikləri ilə çoxalır. Şibyələrin daxilindəki göbələk sporlarla, yosun hüceyrəsi ilə bölünmə yolu ilə çoxalmağa qabildir. Bunlardan əlavə şibyənin tallomu daxilində xüsusi hüceyrə qrupları əmələ gəlir. Onlar çoxalıb böyüdükdə aşağıdan talloma təzyiq artır. Nəticədə tallaom yırtılır. Bu zaman hüceyrə qrupları külək və su vasitəsi ilə ətrafa yayılır. Hazırda 26 minə qədər şibyə növü məlumdur. O cümlədən, Azərbaycanda 700- ə qədər şibyə növü məlumdur. Şibyələrin xalq təsərrüfatında əhəmiyyəti çoxdur. Maral mamırı adlanan şibyənin maralçılıq təsərrüfatının inkişafında mühüm əhəmiyyəti vardır. Şimalda – tundra zonasında bu şibyə maralların əsas yemini təşkil edir. İslandiya yamırı adlanan şibyə yeyilir. Bəzi ölkələrdə onu una qatırlar. Həmin şibyədən təbabətdə mədə - bağırsaq və nəfəs yolları xəstəliklərinin müalicəsində istifadə olunur. Bəzi şibyə növlərindən boyalar alınır. Lakmus şibyəsindən kimya sənayesində geniş istifadə olunan lakmus istessal olunur.



Canlı qruplar

Quruluşu

Çoxalması

Bakteriyalar

Birhüceyrəli, xlorofilsiz, nüvəsiz.

Sadə bölünməklə

Kif göbələyi

Bir və ya çox hüceyrəli, göbələk telləri sapşəkillidir

Sporlarla

Maya göbələyi

Kürəşəkilli və birhüceyrəlidir

Tumurcaqlanma ilə

Papaqlı göbələklər

Göbələk telləri, mevə cismindən

Sporlarla və mitseli telləri ilə

Şibyələr

qazmaq(qabıq), yarpaq, kolşəkilliformadadır. tallomu göbələk telindən, birhüceyrəli yosunlardan.

Tallom hissəcikləri və xüsusi hüceyrə qrupları ilə

Mənbə: 6 - 7 ci sinif biologiya kitabından götürülmüşdür.

Yazını yazdı: Pasha_97 (Paşa Paşayev)

Sayt: www.blackcity.ucoz.com



1 -Yalançı köklər.

2 -Erkək qametlər

3 -qametofit

4 -sporofit

5 - erkək

6 - dişi

7 - erkək qamet

8 - dişi qamet

9 - cinsiyyətsiz

10 - cinsiyyəti

11 - sporofit

12 - qametofit

səhifə




Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə