ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə16/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
qa­nun-məşvərətçi orqan olur.

Qanun-məşvərətçi orqanın hökmdardan sonra ən başlıca sima­sı isə vəzirdir. Lakin vəzir, artıq öncə söylənilən fikirlərdən məlum olduğu kimi, siyasi arenaya heç də qanun-məşvərətçi orqanın təsis edil­mə­si ilə daxil olmamışdır, onun siyasi arenada görünməsi qa­nun-məşvərətçi orqanın təsis edilməsindən daha öncə baş vermişdi, çox yəqin ki əksinə, qanun-məşvərətçi orqan siyasi arenaya hökm­dar tərəfindən məhz vəzirin təşəbbüsü ilə və vəzirin öz fəaliyyət dairəsini genişləndirməsi nəticəsində daxil edilmişdir. Belə ki, sara­ya bir məmur olaraq vəzirdən öncə daxil olanların və möhkəmlə­nən­lərin, yəni xəzinədar və cəllad statuslarını daşıyanların tiran tərə­fin­dən idarə olunmasının əsasında qanun deyil, hökmdarın avtoriteti dururdu. Xəzinədarın və cəlladın fəaliyyət sahələri bir o qədər də mü­rəkkəb olmadığından, bu sahələrin qanunla reqlamen­tasi­ya olun­masına da elə bir ehtiyac yox idi. Qanunla reqlamentasiya olunmalı olan sahələr vəzirin məsləhətçi, müşavir statusunda fəaliy­yət göstə­r­diyi zaman aşkara çıxdı. Vəzir hökmdara hansı işlərin görülməsi barədə, eləcə də hansı işləri kimlərə, hansı təbiətdə olan insanlara həvalə etmək barədə məsləhətlər verməklə təkcə iş bölgüsündə de­yil, həm də iş bölgüsü vasitəsilə həmçinin vəzifə böl­gü­sündə və hətta vəzifələrin təsis olunmasında da mühüm əhəmiy­yət kəsb edir və bununla da həm də qanun yaradıcılığının bir icti­mai-siyasi hadisə olaraq yer almasında əhəmiyyətli rol oynayır. Çünki qanun yaradı­cılığı vəzifələrin təsis olunmasından sonra başla­yır və onun məntiqi davamı olaraq çıxış edir.

Qanun-məşvərətçi orqanın təsis olunması da təbii ki vəzifələ­rin təsis olunmasından sonra baş verməlidir.

Bununla yanaşı, qanun-məşvərətçi orqanın meydana çıxması qanunverici hakimiyyətin hökmdar hakimiyyətindən bir qədər ay­rıl­­ma­sı­nın başlanğıcı kimi də anlaşıla bilər.

Hökmdar hakimiyyətindən məhkəmə hakimiyyətinin ayrılma­sı isə məmurun yeddinci tarixi tipi – qazı - meydana çıxdığı zaman baş verir.

Əgər məmurun birinci, ikinci üçüncü tarixi tiplərinin – kvartirmeysterin, xəzinədarın və cəlladın – hökmdar tərəfindən idarə olunmasının əsasında qanun deyil, hökmdarın avtoriteti durur­dusa, onun dördüncü tarixi tipivəzir – qanun ideyasının müəllifi kimi çıxış edirdisə, məmurun beşinci altıncı tarixi tipləri - və­kil daxili təyinatlı cəza ordusunun başçısı –qanun qüvvəsinə malik ilk hüquqi akt hesab edilə bilən yazılı fərmanla vəzifəyə təyin edilirdilərsə, onun yeddinci tarixi tipiqazı – yalnız qanunun de­ter­mi­nizm üzərində qurulması və artıq ümumən qəbul olunmuş bir reallıq faktına çevrilməsi şəraitində fəaliyyət göstərə bilir və möv­cud ola bilir.

Qazı siyasi-ictimai əhəmiyyət daşıyan bir sima olaraq siyasət meydanına daxil olduğu zamandan başlayaraq qanun məmur fəaliy­yətinin zəruri əsasına çevrilir və bunsuz mümkün olmur.

Bütün bunlarla yanaşı belə bir məqamı da diqqətə çatdırmaq lazımdır ki, qanun ümumiyyətlə hökmdarın üzvi iradəsinin korşal­ma­sı, başqa cür deyilərsə, dövlətin bütöv bir sosial orqanizm olaraq üz­vi iradəsinin hökmdarın rasional iradəsindən fərqlənməsi və hökm­­darın rasional iradəsi ilə əvəzlənməsi məqamında tarix mey­da­­nı­na çıxır və monarxın rasional iradəsinin ifadəçisi statusunu kəsb edir, və sonradan, xüsusən də siyasi-ictimai əhəmiyyəti öncə xatırla­nan və xüsusi olaraq vurğulanan qazı institutu ictimai həyatda müh­üm əhəmiyyət daşıyan bir hadisə olaraq siyasət mey­danı­na daxil ol­du­ğu zamandan sonra hətta təbəə iradəsinin ifadə­çisi­nə də çevrilir. Be­lə ki, əgər qanun hökmdarın daxildən qaynaqla­nan əxlaqi hiss­dən, təbii təyinat ideyasının emosional mücəssəməsi olan ədalət duy­ğu­sun­dan artıq fərqlənən, bəzən hətta uzaq düşən iradəsinin ye­rinə yetirilməsi bir zərurətə çevrildiyi zaman meydana gəlmişdisə, qa­zı fenomeninin siyasət meydanına çıxması ilə məiyyət mənşəli əvəz prinsipi qanun yaradıcılığının əsasına qoyulur. Qanun bu an­dan başlayaraq ədalət duyğusunun məiyyət baxımından ifadə­çi­si olan əvəz prinsipini demək olar ki bütün hallarda bu və ya digər şə­kil­də özündə ehtiva edir.

Bu məqamdan başlayaraq, qanunlar məiyyətin və bütövlükdə tə­bəənin təkcə nə etməli oldu­ğunu deyil, həm də nə etməməli oldu­ğu­­nu da müəyyənləşdirməklə yanaşı həm də qadağan olunmuş əməl­­­lə cəza arasındakı münasibətlərə birmənalı xarakter verir.

Məmurun yeddinci tarixi tipi olan qazı qadağan olunmuş əməl­ ilə cəza arasındakı birmənalı münasibətlərin bilavasitə reallaşdırıcı­sı olaraq sosial-siyasi status qazanır və məhkəmə adlandırılan həmin o institusional hakimiyyət forması da bu statusdan doğulur. Məhkəmə hakimiyyəti sistemi ədalət hissinin daxildən, dərinliklər­dən qaynaq­la­nan möhtəşəm bir yaşantı olaraq itirildiyi dövrlərdə, əxlaqın və əxlaqı özünə hopduran adətin qanun tərə­fin­dən sıxış­dırıl­dı­ğı və qa­nunla əvəz edildiyi şərai­t­də baş verir. Məhkəmə haki­miyyəti hökm­dar hakimiyyəti ilə yanaşı duran bir hakimiyyət forması olaraq meydana çıxır və onun meydana çıxması ilə bağlı cə­za üsulları da müxtəlifləşir, necə deyərlər daha rəngarəng olur.

Cəza vermək ümumiyyətlə götürüldükdə isə insana çəkdirilən əzabın bu əzabı ona çəkdirənlə bölüşdürülməsi kimi dəyərləndirilə bilər. Bu halda dövlətin sanksiyalaşdırdığı cəza qanunu həm də onunla izah oluna bilər ki, təbəələrə (sonradan vətəndaşlara) digər təbəələr (digər vətəndaşlar) tərəfindən çəkdirilən əzab son nəticədə həm də dövlətə çəkdirilən əzabdır və dövlət bu əzabı ona əzab çək­di­rənlə bölüşdürür. Amma bu məqam daha çox tiranın və qismən də zadəganın hüquqi instinktlərinə uyğun gəlir. Təbəənin hüquqi ins­tinktləri isə bütövlükdə daha çox bir qədər öncə xatırlanan və təhlil olunan əvəz prinsipində öz dəqiq ifadəsini tapır.

Müqayisə üçün belə bir məlum faktı da konstatasiya edək ki, məiy­yət üçün son dərəcə doğma və anlaşıqlı olan, qanun kimi qav­ra­nılan əvəz prinsipinə tiran özünün klassik tarixi simasında heç cür əməl etmirdi, əksinə «zərurət qanunu tanımır» prinsipi ilə fəaliyyət göstərirdi. Cinayət və cəza arasında münasibətlərə birmənalı qanun sta­tu­sunun verilməsi yalnız tiraniyanın son, böhran mərhələsindən başlayaraq yer alır.

Bu mərhələ məmurun və ümumiyyətlə təbəənin determinizm üzərində qurulan əvəz prinsipinin mühüm siyasi əhəmiyyət kəsb et­mə­yə başladığı bir dövr idi. Lakin əvəz prinsipi yalnız cinayət və cəza arasındakı münasibətlərə birmənalı qanun statusunun veril­mə­si ilə tamamlanmır. Cinayət və cəza arasındakı münasibətlərə birmə­na­lı qanun statusunun verilməsi əvəz prinsipinin yalnız bir tərəfidir. Onun ikinci tərəfi isə birmənalı qanun statusunun xidmət və haqq arasındakı münasibətlərə verilməsi ilə bağlıdır.

Məmurun və ya ümumiyyətlə təbəənin statusunu və öhdəlik­lə­rini reqlamentasiya edən əksər qanunlarda xidmət və haqq arasın­dakı münasibətlər birməna­lılaşdırılır, məmurun və ya təbəənin təkcə nə etməli olduğu deyil, həm də bunun əvəzində necə mükafatlan­dırı­lacağı da diqqətə çatdırılır, onun nə etməli olduğu­nun aşkar su­rətdə göstərilməsi bunun əvəzində nə alacağının göstə­ril­mə­si ilə tamamlanır, həmişə aşkar formada olmasa da, ən azı qey­ri-aşkar for­mada.

Beləliklə, qanun bir qədər sadələşdirilmiş şəkildə deyilərsə, mü­­əy­yən mənada vəzifə təlimatı ilə ştat cədvəlinin özünəməxsus bir sintezi kimi təsəvvür edilə bilər. Əgər qanun vəzifə təlimatının bir proobrazı olaraq vəzifə sahibləri tərəfindən yerinə yetirməli olan xid­məti öhdəliklərin təsvirini özündə ehtiva edirsə, ştat cədvəlinin bir proobrazı olaraq hakimiyyət orqanının bir təsisat kimi struktu­runun, vəzifələrin adlarının, sayının fiksasiyası ilə yanaşı həm də ey­ni zamanda əməkhaqqının miqdarının göstərilməsi ilə səciy­yəvidir.

Daha anlaşıqlı olmaq üçün bir qədər kobud terminlərdən bir daha istifadə etsək, onda təsdiq edə bilərik ki, qanun o şəraitdə meydana gəlir ki, təbəə kütləsi kölə sistemi olmaqdan nökər sistemi olmağa doğru təkamül edir. Belə ki, kölə öz sahibinə təmənnasız xidmət edir, nökər isə xidmətinin əvəzində haqq alır. Kölə məhz kö­lə olduğu üçün xidmət edir, nökər isə xidmətini haqq aldıqdan ötrü göstərir. Qanun ilk növbədə əslində həmin bu nökər instinktinin sank­­si­yalaşdırılması ilə meydana çıxır. Təbəə kütləsinin kölə sistemi olmaqdan nökər sistemi olmağa doğru təkamülü isə tiraniyanın son, böhran mərhələsində baş verir.

Bu mərhələdə hökmdarın özünün siyasi və hüquqi ins­tinkt­lərinə qaldıqda isə, bunlar, cəngavərin siyasi və hüquqi instinktləri ilə təbəənin siyasi və hüquqi instinktləri arasında aralıq mövqe tutur. Xatırladaq ki, təbəənin əvəz prinsipinin mütləqləşdiril­məsin­də öz rasional ifadəsini tapan siyasi və hüquqi instinktlərindən fərq­li ola­raq, cəngavərin siyasi və hüquqi instinktləri öz rasional ifadə­sini ta­le ideyasında tapır. Təbəə isə xidmət və mükafat arasın­da və həmçi­nin cinayət və cəza arasında birmənalı münasibətlər sis­te­mi­ni son dərəcə qiymətləndirdiyindən, dövlətin idarə olunmasının özü­lünü də hələ ki qanunun aliliyi prinsipi adlandırılmasa da1, qa­nu­nun icra­sı­nın zəruriliyi prinsipi adlandırıla bilən prinsipdə görür.

Qanunun icrasının zəruriliyinin qarantı olaraq isə tarixən ilkin olaraq monarx çıxış edir. Belə ki, qanun-məşvərətçi orqan tərəfin­dən işlənilib hazırlanan və müzakirə edilərək təsdiq olunmaq üçün monarxa təqdim edilən hər bir qanun layihəsi yalnız monarx tərə­findən təsdiq olunduqdan, yəni monarxın rasional iradəsinin ifa­dəçi­­si­­nə çevrildikdən sonra hüquqi qüvvə kəsb edir və onun icrası yalnız bu halda ictimai-siyasi zərurətə çevrilir.

Hökmdar monarx statusunu kəsb edərkən demək olar ki eyni tarixi zamanda həm vəzifə, post, siyasi status təsisçisi, həm təyinat­çı­sı, həm qanun yaradıcısı olur və həm də qanunverici hakimiyyətin də başçısı olmuş olur, bunlardan birinci, üçüncü və dördüncü hal­lar­da əlbəttə ki vəzirin və ümumiyyətlə qanun-məşvərətçi orqanın ak­tiv fəaliyyəti və dəstəyi ilə.

Monarxın tirandan fərqi həm də bu baxımdan özünü göstərir. Əgər tiran məiyyətin sahibidirsə, monarx məmu­run hər şeydən öncə ya bilavasitə, ya da bilvasitə qanunvericisidir.

Əgər tiranməiyyət arasındakı münasibətlər rəistabedə olan arasındakı münasibətləri xatırladırsa, monarxməmur arasın­dakı münasibətlər daha çox dramaturqaktyor arasındakı münasi­bət­ləri xatırladır. Monarx qanun yaradıcısı olmaqla bir dram əsəri müəllifinə, vəzifə təyinatçısı olmaqla isə dram əsərini səhnəyə qo­yan rejissora bənzəyir. Qanunun özü də sanki bir dram əsəridir ki, burada personajların yerini məmurlar tutur. Aktyor özünü yalnız əsər­də göstərilən qaydada aparmalı olduğu kimi, məmur da özünü yal­nız qanunda göstərilən qaydada aparmalıdır. Aktyor əsərdə yer alan rollar içərisindən yalnız rejissor tərəfindən ona verilən rolu oy­na­ma­lı olduğu kimi, məmur da qanunda yer alan vəzifələr içərisin­dən yalnız monarx tərəfindən təyin edildiyi vəzifəni icra etməlidir. Heç də təsadüfi deyildir ki, tiraniya dövrü cəmiyyət həyatının ümu­mən canlanması ilə yanaşı həm də poeziyanın gur inkişafı ilə səciy­yə­vi olduğu halda, monarxiya dövrü dövlətə xidmətin artıq yalnız canlı tabeçilik qaydasında deyil, eyni zamanda təsisatlar və təyinat­lar qaydası ilə aparılması ilə yanaşı həm də cəmiyyətin ümumi hə­yatında dramaturgiyanın gur inkişafı ilə səciyyəvidir.

İndi isə mənə elə gəlir yaxşı olardı ki, monarxiyanın və tira­ni­yanın müqayisəli təhlilinə bir daha, sonuncu dəfə qayıdaq və bu təhlili artıq başa çatdıraq, siyasi təkamül prosesində hökmdarın tiran statusundan monarx statusuna keçid almasının təhlilini ta­mam­la­ya­raq, diqqətimizi müstəsna olaraq monarx statusunun öz xalisliyində tarixi inkişafına yönəltməyin zamanı düşünürəm ki, artıq yetişmiş­dir.

Beləliklə, sonuncu müqayisə. Əgər tiraniyada dövlət canlı or­qa­niz­mi xatırladırsa, monarxiyada o, daha çox insan tərəfindən yara­dılan süni mexanizmi, cansız maşını xatırladır. Əgər məiyyət tiranın canlı iradəsinin alətidirsə, məmur daha çox cansız dövlət maşınının alətidir.

Monarxiya yalnız o ölçüdə zəruridir ki, hökmdar dövlət qarşı­sında duran həqiqi problemləri görməklə və başlıca siyasi vəzifələri həm siyasi məqsəd olaraq, həm də siyasi status olaraq müəyyənləş­dirməklə yanaşı, eyni zamanda, bir tərəfdən, bu problemlərin uğur­lu həlli üçün, bu ümumsiyasi məqsədlərin müvəffəqiyyətlə yerinə yeti­rilməsi üçün, vəzifə təsisatlarının və təyinatlarının uğurla gerçək­ləş­dirilməsi üçün bir vasitə olaraq yaradılan cansız dövlət maşınının institusional inkişafını öz kreativ nəzarəti altında saxlayır, obrazlı deyilərsə, bu cansız dövlət maşınının canlı ixtiraçısı və səmə­rə­ləş­diri­­ci­si olur, onun strukturunu və fəaliyyət prinsiplərini daimi olaraq inki­şaf etdirir, dövləti problemlərin həlli üçün onu müntəzəm olaraq yararlı vəziyyətə gətirir və yararlı vəziyyətdə saxlayır, yəni hüquqi bazanın, qanunların yaradılmasına aktiv və real rəhbərlik etməkdə da­vam edir, bu bazanı yeniləmək və siyasi gerçəkliyi mütə­madi olaraq həmin bazaya uyğunlaşdırmaq yolu ilə islahatlar həyata ke­çirir, digər tərəfdən isə uğurlu kadr siyasəti aparır, yenə də obra­zlı deyilərsə, bu cansız maşının başlıca istehlakçısı olmaqla lazım gəl­dik­cə onun artıq yararsız hala düşmüş hissələrini müntəzəm olaraq təzələri ilə dəyişir.

Monarxik sistemin xüsusiyyətlərindən biri də ondadır ki, hökm­dar kadr siyasətini həyata keçirərkən idarəetməyə müstəsna ola­­raq irsi aristokratiyanı cəlb etməklə kifayətlənə bilmir. Bəzən can­sız dövlət maşınının yararsız hala düşmüş hissələri məhz zadə­gan mənşəlilərin içərisindən irəli çəkilənlər olur və onları əvəz et­mə­li olan yenilərinin isə bəzən rəiyyət içərisindən seçilməsi lazım gəlir və bu, bir sıra hallarda təsadüfdən daha çox, zərurətdir. Belə ki, hökmdarın özü zadəgan mənşəli olsa da, o, həm də təbəə işinin də xüsusiyyətlərini bilməlidir ki, bu işin idarə olunmasının uğurla yeri­nə yetirilməsi üçün, uyğun vəzifələrin təsis edilməsinə və onla­rın hüquqi bazasının yaradılmasına rəhbərlik edə bilsin, müvafiq təyinatları həyata keçirə bilsin, təbəə işi ilə bağlı vəzifələrin icrasını təbəələrin ən uyğun gələnlərinə həvalə edə bilsin. Bunun zadəgan mən­şəli insan üçün çətin olması, tam həcmdə isə ümumiyyətlə mümkün olmaması ucbatından dövlətin idarə olunması­na artıq yal­nız zadəgan mənşəli insanlar deyil, həm də yarıza­dəgan-yarırəiyyət mənşəli, hətta rəiyyət mənşəli insanlar da cəlb edilməyə başlayır, idarəetmə işi yalnız irsi olaraq zadəgan olanlara deyil, bu işi daha yaxşı bacaranlara həvalə edilir, onların sosial mənşəyi isə artıq mü­əyyənedici amil olaraq qəbul edilməməyə başlayır.

Dövlətin idarə olunması­na irsi olaraq zadəgan olanlarla yanaşı cəlb edilən həmin insanlar isə sonradan, tədricən xalis zadəganları dövlətin id­arə olunmasından hətta sığışdırmağa da üz tuturlar və buna bəzən nail də olurlar.

Dövlətin idarə olunmasına həmin insanların cəlb edilməsi irsi aristokratiyanın intellektual imkanlarının fərqli olması ilə və bu səbəbdən də real siyasi-tarixi situasiyaya tam həcmdə müvafiq gəlməməsi ilə bağlıdır. İdarəetməyə cəlb olunanların içərisində ək­sə­riy­yəti təşkil edənlər isə yarıza­dəgan-yarırəiyyət mənşəlilər olur.

Dövlətin idarə olunmasında səlahiyyət əldə etmiş yarıza­dəgan-yarırəiyyət mənşəli insanın vəziyyəti isə ikimənalıdır, o, əda­lətliliklə fay­dalılıq arasında tərəddüd keçirir. Ədaləti faydalılığa qur­­ban ver­dik­cə isə tədricən ürəyinin ilahi səsini korşaldır, fa­y­­dalı olanın mü­da­fiə­sinə durduqca isə obrazlı deyilərsə içərisindəki iblisi can­landırır, zadəgan təbiətinə yadlaşır, haqqa və ədalətə həqa­rətlə baxır, sözün pis mənasında rasional iradənin daşıyıcısı olur, və yenə də sözün pis mənasında məiyyət ol­­ur. Ona görə sözün pis mənasın­da rasional iradənin daşıyıcısı olur ki, onun rasional iradəsi dövlətin bir sosial orqanizm olaraq üzvi iradəsi ilə üst-üstə düşmür və ona görə sözün pis mənasında məiyyət ol­­ur ki, onun fəaliyyət ahəngi xidmətində durduğu dövlətin fəaliyyət ahəngi ilə uyuşmur. Çünki o, əslində dövlətin xidmətində olmur, özünü dövlətə xidmət edən kimi göstərir və bundan faydalanır. Məiyyətin ümumiyyətlə dövlətə gös­tər­diyi xidmətin lazımi səviyyədə olmaması son nəticədə əlbəttə ki dövlətin özünü və özülünü zəiflədir və bu səbəbdən də dövlət xid­mə­tə görə haqqı da lazımi səviyyədə verə bilmir və vermir. Məiyyə­tin bir hissəsi özünün mövcud durumu ilə razılaşaraq xidmətini sədaqətlə davam etdirir, ikinci hissəsi digər gəlir mənbələrini də ax­ta­rıb-tapmağa çalışır, üçüncü hissəsi isə digər gəlir mənbələrini axtarıb-tapır və xidməti tərk edir.

Beləliklə, dövlətin institusional inkişafı öz müəyyənliyini və bir­mənalılığını müəyyən dərəcədə itirmiş olur və monarx tərəfindən təyinatların verilməsi də mürəkkəbləşir.

Bu şəraitdə himayə prinsipi hakimiyyət prinsipi qarşısında getdikcə daha çox geri çəkilməyə başlayır, himayə öz prinsipial möv­­qeyini hakimiyyətə verir.

Amma indi himayə üçün digər bir sfera - şəhərin hakimiyyət tərəfindən artıq bir o qədər də gərəkli hesab edilməyən və buna görə də rəsmi hakimiyyət tərəfindən artıq bir o qədər himayə də olunma­yan, rəsmi hakimiyyətlə özü arasındakı subordinasiya müna­si­bət­­lə­ri­ni rəsmən itirən rəiyyət kütləsi ilə rəsmi hakimiyyətin ayrı-ayrı nümayəndələri arasında qeyri-rəsmi himayə münasibət­ləri formala­şır, başqa sözlə, korrupsiyanın əsası qoyulur. Digər tərəfdən özü üzə­rin­də rəsmi hakimiyyətin himayəsini əslində itirən həmin o şə­hərli kütləsi ilə dövlət hakimiyyətindən kənarda qalan zadəgan mən­şəli insanlar arasında yeni bir himayə münasibətləri meydana çı­xır, və məhz bu sferada vətəndaş cəmiyyətinin ilk cücər­tiləri formalaşır. Hakimiyyətdən qopub ayrılan şəhərli kütləsinin artıq və­tən­daş cəmiyyəti olaraq formalaşması əsasən bu küt­lənin təşkilat­lan­ma­ğa başlaması ilə ifadə olunur və monarxiya­nın bir siyasi sistem olaraq böhran vəziyyəti keçirdiyi dövrün yaxın­laşmasına doğru həmin təşkilatlanma siyasi xarakter daşımağa və nəticədə hakimiyyətə id­dia­lı olan insanların siyasi partiya adlan­dırılan birliyi yaranır.

Beləliklə, şəhər mədəniyyətinin zadəgan mədəniyyəti ilə tə­ması nəticəsində şəhər mədəniyyəti burjualaşmağa doğru üz qoyur. Bu­nun­la da zadəgan dünyagörüşü şəhərli dünyagörüşündən prinsi­pi­al əlamətlərlə fərqlənsə də, şəhərli kütləsinin tarixi təkamülündə za­də­gan mənşəli insanlar da artıq müəyyən, bəlkə də mühüm rol oynamağa başlayırlar.

Digər tərəfdən, dövlət hakimiyyətindən kənarda qalan zadə­gan mənşəli insanlar şəhərin himayəçisi olmağa başladıqları zaman­dan şə­hər özlüyündə mühüm siyasi əhəmiyyət kəsb edir və bunun da nəticəsində şəhər əhalisinin getdikcə daha çox bir hissəsi monar­xın real hakimiyyətindən kənarda qalır.

Belə olduqda monarxiyanın bir siyasi sistem olaraq böhra­nı başlayır, dövlət maşını laxlamağa doğru gedir və dövləti prob­lem­lə­rin həlli getdikcə daha çox ləngiyir. Əgər bu ləngimənin baş­lıca mənbələrindən biri hökmdar təfəkkürünün siyasi problemləri həll edə bilən düzgün qərarları vermək üçün zəruri informasiya ilə yük­lən­məməsidirsə, digər mənbə hökmdar təfəkkürünün izafi infor­masi­ya ilə, yəni mövcud siyasi problemlərin bilavasitə həllinə yönəl­mə­yən informasiya ilə yüklənməməsidir. Hökmdar təfəkkürü­nün ümumdövlət problemlərinin deyil, xüsusi problemlərin, daha dəqiq deyilərsə, onu bir monarx kimi deyil, bir fərd kimi qayğılandı­ran problemlərin həllinə yönəlməsi hökmdar təfəkkürünün deqrada­si­ya­sı­na gətirib çıxarır.

Dövlət maşınının laxlamağa doğru yönəlməsinin və dövləti problemlərin həllinin getdikcə daha çox ləngiməsinin ən baş­lıca mənbəyi isə hökmdar təfəkkürünün korşalmasıdır və bu səbəbdən də siyasi problemləri həll edə bilən düzgün qərarları verə bilmə­məsidir.

Monarx özünün təbəə üzərindəki real hakimiyyətini yuxarıda göstərilən səbəblər ucbatından getdikcə daha çox itirməsinin qarşı­sını almaq üçün, təbəə kütləsi üzərində öz nəzarətini möhkəmlən­dir­­mək və idarəetmənin keyfiyyətini artırmaq məqsədi ilə idarəet­mə­­nin həyata keçirilməsində ona yardımçı ola biləcək bir təsisat kimi üzv­ləri irsi aristokratiyanın seçmə nümayəndə­lərindən ibarət Dövlət Şu­ra­sını yaradır və özü ilə məmur kütləsi arasında əlaqələndirici həl­qə kimi həmin bu Dövlət Şurasını yerləşdirir. Öncə mövcud olan qanun-məşvərətçi orqanın səlahiyyətləri də Dövlət Şurasına verilir.

Monarx Dövlət Şurasını irsi aristokratiyanın ona idarəetmə işində, xüsusən də qanun yaradıcılığı işində yardımçı olması üçün yaradır. Bununla da hökmdar idarəetmədə onun bilavasitə hökmü altında olan, onu əhatə edən, lakin gücünə və sədaqətinə artıq bir o qədər də etibar etmədiyi məiyyət kütləsindən müəyyən qədər üz döndərərək üzünü irsi aristokratiyaya doğru çevirir, özü ilə müəy­yən mənada və müəyyən dərəcədə eynimənşəli, eyniköklü, həmkar hesab edilə bilən irsi aristokratiyaya doğru. Hökmdar bununla da öz hakimiyyətinin bir hissəsini də əslində irsi aristokratiyaya güzəştə getmiş olur.

Amma bu hal başlanğıc məqamında hökmdarın siyasi çəkisini və populyarlığını azaltmır, əksinə artırır. Siyasi çəkisi və popul­yar­lığı bu halda azalan isə vəzir olur. Vəzirin müəyyənedici rol oynadı­ğı qanun-məşvərətçi orqanın öz mövqeyini Dövlət Şurası­na verməsi ilə vəzirin idarəetmədə malik olduğu status itirilməsə də, kifayət dərəcədə zəifləyir.

Dövlət Şurası hökmdarın məsləhət almaq istəyindən yaranır və öncə məşvərətçi orqan kimi təsis edilir. Məmur kütləsinin dav­ranış prinsiplərini özündə ehtiva edən qanunların hökmdar tərəfin­dən təsdiqindən öncə Dövlət Şurasında müzakirəsi nəzərdə tutulur. Qa­nun­veri­cilik təşəbbüsü əvvəlcə hökmdara, sonra isə Döv­lət Şura­sının digər üzvlərinə məxsus olur.

Sonradan Dövlət Şurası tədricən məşvərətçi orqandan qanun­ve­rici orqana doğru təkamül edir.

Dövlət Şurasının əhəmiyyəti həddindən artıq artdığı halda isə hökm­dar əslində hökmdar olmaqdan qalaraq, Dövlət Şurasının sa­də­­cə olaraq üzvlərindən birinə çevrilir. Dövlət Şurası bu halda, Hob­bsun dili ilə deyilərsə, suveren statusunu kəsb edir.

Belə olduqda, monarxiyanın tək adamın hakimiyyəti mənasın­da bir siyasi sistem olaraq yeni böhranı baş vermiş olur, daha doğ­rusu, monarxiyanın tək adamın hakimiyyəti mənasında böhranı özü­nün ikinci mərhələsinə qədəm qoyur. Monarxiya bu halda özünün əzəli mənasını, tək adamın hakimiyyəti mənasını ona görə itirmiş olur ki, onun adı monarxiya olaraq qalsa da, özü əslində monarxiya, yəni tək adamın hakimiyyəti olmur.

Burada o faktı da xatırlatmağa dəyər ki, Makiavelli tərəfindən irəli sürülən və bu günə qədər də təqdir olunan təkhakimiyyətlilik-respublika qarşıqoyulması dəqiq deyildir və heç cür mütləqləşdirilə bilməz. Nominal ola­raq monarxiya adlandırılan bəzi dövlətlər əslin­də respublika xarakterli olduqları kimi, nominal olaraq respublika adlandırılan bəzi dövlətlər də əslində monarxik təbiətlidir.

Qayıdaq Dövlət Şurasının suveren statusunu kəsb etməsi ilə bağlı siyasi gedişatın təhlilinə.

Siyasi təkamülün sonrakı gedişatında hökmdar Dövlət Şurası­nın suveren statusunu təsdiq etməklə öz təkhakimiyyətliliyi­nin no­mi­nal xarakterini qanuniləşdirir. Bu hal hüquqi müstəvidə öz ifadə­sini kooptasiya prinsipinin rəsmən tanınmasında, xüsusən də onun hökmdar tərəfindən rəsmən tanınmasında tapır. Əgər məşvə­rət­çi statuslu Dövlət Şurasının üzvləri hökmdar tərəfindən təyin edilirlər­sə, suveren statuslu Dövlət Şurası öz tərkibini kooptasiya yolu ilə, özünün qərarı ilə müəyyənləşdirir. Bu müəyyənləşdirmə öz məntiqi sonluğunu isə onda tapır ki, Dövlət Şurasının üzvləri əsasən əyalətlərin əmirlərindən ibarət olur, Dövlət Şurası müəyyən qədər aristokratik senatı bərpa edir.

Əgər suveren statuslu Dövlət Şurası dövlətin problemlərini həll edə biləcək qərarları vermə qüdrətinə malikdirsə, dövlət yeni­dən qədim yunanların başa düşdüyü mənada aris­tokratiya və ya müasir siyasi terminologiya nöqteyi-nəzərindən meritokratiya1 xarakterini alır. Meritokratiya, və ya dövlət forması mənasında başa düşülən aristokratiya cəngavər mədəniyyəti əsasında formalaşır və ondan törəyir. Suveren statusunun monarxdan Dövlət Şurasına keç­məsi ilə ifadə olunmuş tarixi akt uyğun cəngavər mədəniyyətini siya­siləşdirir və bununla da zadəgan mədəniyyətinin hüdudlarını geniş­ləndirir.

Aristokratiyanın bir dövlət forması kimi siyasi gerçəklikdə ye­ni­dən yer almasının tarixi hədləri əhəmiyyətli dərəcədə uyğun cən­ga­vər mədəniyyətinin intellektual imkanları ilə müəyyənləşir. Bu im­kan­lar xaricində aristokratiyanın özü də deqradasiyaya uğra­mağa başlayır. Dövlət Şurası belə halda öz siyasi əhəmiy­yətini azal­dır və suveren statusunu tədricən itirməyə doğru üz tutur. Dövlət Şu­rasının siyasi əhəmiy­yətinin azalmasının və onun suveren statu­su­nun tədricən itirilməyə doğru üz tutmasının səbəbi isə irsi aris­tokratiyanın intellektual imkanlarının tükənməsi ilə bağlıdır.

Aristokratiyanın yaradıcılıq imkanlarının tükənməsi za­­də­gan və şəhər mədəniyyətləri arasında bir daha yadlaşmaya, nəticədə dövlətin bir daha praqmatikləşdirilməsinə, aristokratizmin isə bir da­ha sığışdırılmasına gətirib çıxarır.

Çünki irsi aristokratiyanın siyasi yaradıcılıq qüdrətinin təka­mül tempi siyasi problemlərin təkamül tempindən geri qaldıqca, siyasi problemlərin Senat institutunun dirçəldilməsi vasitəsilə aris­tokratik zəmində tam həlli mümkün olmur. Əksinə olaraq aristo­kratik sena­tın dirçəldilməsi öz ifadəsini həm də hakimiyyətin irsi aristokratiya ilə bölüşdürülməsində tapır ki, bu da nəticədə ayrı-ayrı əyalət rəh­bərlərinin müstəqilliyini artırır, separatizmi gücləndirir.

Əgər hökmdar tərəfindən şəhərin dəstəklənməsi, himayə olun­ması və deməli ki, həm də gücləndirilməsi şəhəri bütövlükdə hökm­darın hakimiyyəti üçün təhlükəyə çevirirdisə, irsi aristokratiyanın dəs­tək­lənməsi hökmdar üçün ərazi bütövlüyünün pozulması təhlü­kə­sini yaradır.

Belə bir şəraitdə dövlətin inkişafı ən azı üç istiqamətdə baş verə bilir. Birinci istiqamət - şəhərin iqtisadi və siyasi inkişafı üzə­rin­də nüfuz qazanmış zadəgan mənşəlilərin şəhəri üsyana qaldır­ması­dır. İkinci istiqamət – ümumən dövlətdə kifayət qədər siyasi kapital toplamış əyalət əmirlərdən birinin hakimiyyəti dövlət çevri­lişi vasitəsilə ələ keçirməsidir. Üçüncü istiqamət isə dövlət qarşı­sın­da duran problemlərin həllinin mürəkkəbləşməsi ilə bağlı dövlə­tin idarə olunmasının da mürəkkəbləşdirilməli olduğu əqidə­sin­dən çı­xış edilərək, monarx tərəfindən kardinal siyasi islahatların həyata keçi­ril­məsidir, bu siyasi islahatlara əlbəttə ki, ilk növbədə Dövlət Şura­sının əldə etdiyi suveren statusunun ləğv edilməsi aiddir.

Əgər şəhər iqtisadi və siyasi baxımdan kifayət qədər inkişaf etmişsə, dövlət düşdüyü böhranlı vəziyyətdən birinci istiqamətə üs­tünlük verərək çıxır. Belə olmadıqda, əgər monarx bir şəxsiyyət ola­raq öz siyasi nüfuzunu itirmişsə dövlət ikinci istiqamət üzrə, əgər itirməmişsə üçüncü istiqamət üzrə inkişaf edəcəkdir.

Dövlətin ikinci və ya üçüncü istiqamət üzrə öz təbii inkişafını davam etdirdiyi halda isə, hökmdar həm öz siyasi çəkisini və qüd­rətini getdikcə artırmaqda olan şəhər üzərində hakimiyyətini möh­kəmlətmək üçün, həm əyalət rəhbərlərinin separatizminin qarşısını almaq üçün, həm də bir çox nümayəndələri dövlət aparatında əhə­miy­yətli yer alan, populyarlığı, siyasi çəkisi və sayı kifayət dərəcədə artmış məmur kütləsini özünün real nəzarətində saxlaya bilmək üçün və onun bir bütöv olaraq daimi mütəhərrikliyinə və səmərəli fəaliyyətinə nail olmaq üçün bu kütləni ayrı-ayrı hissələrə bölür və həmin hissələr üzərində nəzarəti yeni siyasi təsisatların daşıyıcıları­na - «


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin