ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ


Demokratik hakimiyyət kimi, liberal hakimiyyət



Yüklə 3,52 Mb.
səhifə24/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

25
Demokratik hakimiyyət kimi, liberal hakimiyyət də haki­miy­yət sürənin hakimiyyət altında olanla şüur səviyyəsində razılaş­dırılmış iradəsinə istinad edir. Lakin demokratik hakimiyyət icti­mai şüura, daha doğrusu, ictimai rəyə, çoxluğun rəyinə söykəndiyi halda, hal-hazırda çoxluğun dayandığı mövqedə dayandığı halda, li­beral lider çoxluğun deyil, hər bir kəsin də fərdi şüuruna və mövqe­yinə əhəmiyyət verir. Demokratik hakimiyyət xalqı bir mil­lət, onun hər üzvünü isə bir vətəndaş olaraq tanıyır. Liberal haki­miyyət isə xalqı nəsə sirli bir mahiyyət kimi, onun hər üzvünü isə sanki bir şəxsiyyət olaraq qəbul edir.
26
Demokratik lider əksər hallarda özünü xalqı himayə edəcək qədər güclü bilmir. Demokratik iqtidarın buna görə də həmişə mü­xa­lifətə ehtiyacı vardır. Demokratik rejimdə iqtidarın tükənməkdə olan hakimiyyət resursları müxalifətin qüvvələri ilə bərpa edilmə­lidir, əgər müxalifətin belə bir hakimiyyət resursları varsa.
27
Demokratizm şəraitində iqtidarda olanların öz etdiklərini bir­mə­­nalı olaraq uğur kimi qiymətləndirmələri, müxalifətin isə iqti­darın hər bir addımını bir qayda olaraq pisləməsi, uğursuzluq kimi qiy­mət­lən­dirməsi, iqtidarı ifşa etməyə çalışması ümumən məlum olan siyasi manera olmaqla yanaşı, həm də müəyyən dərəcədə bir psixoloji amildir. İqtidarda təmsil olunan, ixtiyarında hakimiyyət olan, güc olan insan reallığa, dünyaya və cəmiyyətə ümumiyyətlə ide­al nöqteyi-nəzərindən yanaşmağa, reallığı, dünyanı və cəmiyyəti idealın işığında qiymətləndirməyə, hadisələrə ideal baxımından nə­zər salmağa, üstəlik, reallığı mümkün olduğu qədər ideala yüksəl­t­mə­yə, reallıqda, dünyada və cəmiyyətdə daha çox ideala yüksəldil­məsi mümkün olan şeyləri görməyə, ideala yüksəldilməsi mümkün olmayan şeyləri isə ümumiyyətlə görməməyə meyillidir, ideala yük­səl­dilməsi mümkün olmayan şeylər bir qayda olaraq əslində onun diqqətindən kənarda qalır. Müxalifət mövqeyində dayananlarda isə bunun əksi baş verir. Onlar dünyanın ideala yaxın olmasından deyil, idealdan uzaq olmasından şaddırlar, dünyanın idealdan uzaq olma­sın­dan ona görə şaddırlar ki, dünyanı ideala yüksəltmək qüdrə­tindən məhrumdurlar və özlərinin qüdrətsizliyindən və məhrumiy­yətlər içə­ri­sində olmalarından utanmamaq üçün başqalarını da qüd­rət­siz və məhrumiyyətlər içərisində görməyi arzu edirlər. Digər tə­rəf­dən, iqtidarda, yoxsa müxalifətdə olmaq bəzən həm də ona görə siyasi məsələ olmaqdan daha çox, psixoloji məsələdir ki, bu, insanın təbiətən zadəgan ruhlu, zadəgan xislətli olmasından, yoxsa rəiyyət ruhlu, rəiyyət xislətli olmasından irəli gələn bir məsələdir. İdealla ya­şa­maq, ideala doğru can atmaq, dünyanı ideala yüksəltmək əzmi əgər konkret insanın təbiətinə ümumiyyətlə yaddırsa, o hətta iqti­darda təmsil olunsa belə həmişə küskündür, əzgindir və diqqətlə nəzər yetirilsə, həm də eybəcərdir, özünü müxalifətdən də daha pis vəziyyətdə hiss edir. İnsanda idealla yaşamaq, ideala doğru can atmaq, dünyanı ideala yüksəltmək əzmi olduqda isə, o iqtidarda təm­sil olunmasa belə özünü müxalifətçi kimi küskün və əzgin hiss etmir, çünki iqtidarda olub-olmamasından asılı olmayaraq özünün həyati təyinatından irəli gələn məqsədlərini və həyatının əsas işini bilir, buna görə də, həyatını ideala yüksəltmək imkanları və vasitə­lə­ri ona bir iqtidar payı olaraq verilmədikdə də, o, həyatını ideala yüksəltmək üçün bu imkanları və vasitələri özü əldə edir, özü yara­dır və bununla da həyatını mənalı görür və mənalı edir.
28
Demokratikləşmə cəmiyyətdə daşınan aristokratik resursla­rı üzə çıxarmaq və bu resursları cəmiyyətin idarə olunmasına cəlb etmək üçündür və bu mənada da demokratikləşmə hadisəsi­nin qadının emansipasiyası hadisəsinə bir oxşayışı vardır. Dövlə­tin de­mo­kratikləşməsi hakimiyyətə daha layiq olanların hakimiyyə­tə cəlb olunması üçün olduğu kimi, qadının emansipasiyası da ona həyat yoldaşı olmaq üçün daha layiq olan kişini, idealda isə onu himayə etmək təyinatını özündə daşıyan kişini üzə çıxarmaq və qadını onun xanımı etmək üçündür.
29
Təəssüflə belə olmuş olsa da, qeyd etməliyik ki, kişi hima­yəsindən məhrum olan qadın qadına xas olan müsbət keyfiyyətləri - qadınlığı, zərifliyi, nəzakəti, incəliyi, yüksək mədəniyyətliliyi, qay­ğı­keşliyi və xeyirxahlığı tədricən itirir, qayğıkeşliyi və xeyir­xahlığı bütün hallarda və bütövlükdə olmasa da, zərifliyi, nəzakəti, incəliyi, yüksək mədəniyyətliliyi kişi himayəsindən məhrum oldu­ğu bütün hallarda mǘtləq və bütövlükdə itirir. Qadın kişinin himayə məka­nın­dan kənarda qaldıqda bir qadın olaraq təravətini və ülviyyə­tini mǘtləq azaldır. Amma digər tərəfdən, qadın kişinin müt­ləq haki­miy­yəti altında olduqda da ruhu, heysiyyatı və hətta mənəviyyatı belə əzilir və zədələnir, elə bu da həmçinin onu bir qadın olaraq təravətdən salır, ülviyyətini azaldır. Bu isə həm də o deməkdir ki, qadının emansipasiyası ideyası hətta Şərq üçün də bir o qədər mə­nasız deyildir. Həmin səbəbdən də qadının emansipasi­ya­sı ideyası­na birmənalı yanaşılmamalıdır, bu ideya nə birmənalı olaraq pis, nə də birmənalı olaraq yaxşı kimi qiymətləndirilə bilməz. Elçin Azərbaycan qadınının emansipasiya tarixinin ədəbiy­yatda əks olu­nan mərhələlərini çox gözəl verir: Almaz, Səriyyə Təhminə. Düşünürəm ki, bu qiymətli müddəa yalnız ədəbiyyatşü­nas­lıq yönü­mün­də deyil, həmçinin digər bir yönümdə, fəlsəfi yö­nüm­də, və eləcə də siyasi-fəlsəfi rakursda da davam etdirilə bilər. Cəfər Cab­bar­lı­nın emansipasiyaya uğramış Almazı və Sevili son dərəcə ro­man­tik və cazibəli görünür. İlyas Əfəndiyevin Səriyyəsi emansipasi­yalaşmada növbəti addımı atır. O, mübarizə aparır, am­ma mübariz­ləşdik­cə, təəssüflər olsun ki, kişiləşir və bunun da nəticəsində eybə­cərləşir. Eybəcər qadın bir çox hallarda məhz kişi­yə bənzər qadın­dır. Və nəhayət, emansipasiyalaşmanın son mərhə­lə­si kimi Anarın Təhminəsinin göstərilməsi son dərəcə səciyyəvi­dir. Kişi himayə­sin­dən məhrum olmaq mənasında emansipasiya­laş­ma­ya uğramış qadının sonu doğrudan da elə Təhminə olmalı idi. Zadəganlığın hima­yəsindən məhrum olan şəhərin demokratikləş­mə­si də təxmi­nən eyni sxem üzrə baş verir. Zadəganlığın himayə­sin­dən məhrum olan şəhərin demokratikləşməsi sözün pis mənasın­da qadının eman­si­pasi­yası­na bənzəyir, bu qaydada demokratikləş­miş şəhər təhminələşir, Min bir gecə Bağdadına, Dekameron Florensiyasına çevrilir. Urbanik inkişafın doğurduğu problemlər həqiqi aristokra­tik təfəkkür zəminində həll oluna bilmədikdə qeyri-aristokratik təfəkkür zəminində həll olunur. Nəticədə, şə­hər mədə­niy­yətinin inkişafı aristokratizmin sığışdırılmasına, dövlətin isə sö­zün pis mənasında praqmatikləşdirilməsinə və tənəzzülünə gətirib çıxarır.
30
Demokratizm xalqın hakimiyyəti olduğunu bəyan etsə də, əs­lində şəhərin mənafeyinin ifadəçisi kimi meydana çıxır, dövlət demo­kra­tiya və sonradan isə oliqarxiya formalarını alaraq şəhər mədəniyyətinin siyasi ifadəçisinə çevrilir.
31
Demokratizm bir çox hallarda iqtidarın xalqı himayə etmək məsuliyyətindən yayınması ilə, vəzifənin borc kimi deyil, imtiyaz kimi anlaşılması meyli ilə şərtlənir.
32
Aristokratik meyilli hakimiyyət sahibi xalqı himayə etmək məsu­liy­yətini hiss edir və bu himayəni gerçəkləşdirir, demokratik meyilli hakimiyyət sahibi isə əksinə olaraq xalqın himayəsinə sığın­maq istəyir və bu himayədən faydalanmaq hüququndan maksi­mum dərəcədə istifadə edir.
33
Məsuliyyət hissi əslində himayə etmək istəyini nəzərdə tutur, hüquq şüuru isə himayədə olmaq istəyini.
34
Aristokratizm maskulin dəyərlərə, demokratizm isə feminin də­yərlərə söykənir.
35
Aristokratizm ürəyin və ağılın, demokratizm isə yalnız ağılın hakimiyyətidir.
36
Aristokratizm haqq duyğusunun və əxlaqi hissin mütləqli­yinə, demokratizm isə ictimai rəyə, rasional praqmatizmə, formal olaraq isə hüquqa və qanuna istinad edir.
37
İctimai rəy yalnız cəmiyyəti həqiqətə yüksəltmə resurslarının tükənməsi halında ön plana keçə bilir.
38
Aristokratik lider ictimai rəyə uyğunlaşmır, ictimai rəyi həqi­qət səviyyəsinə yüksəldir.
39
Dövlət hakimiyyəti malik olduğu aristokratik resursları tükən­dir­diyi halda onu təmsil edənlərin simasında xalqı ədalətsizlikdən, ən azı zorakılıqdan himayə etmək məsuliyyətinə və qüdrətinə malik olmur, ədalətə, əxlaqa və haqqa biganə olur və xalq bu şəraitdə şəxsiyyətin hakimiyyətindən, avto­kratizm­dən üz çevirərək qanunun hakimiyyətinə, hüquqi dövlətə üz tutur. Siyasi təfəkkür əslində, bu halda demokratizm formasını alır.
40
Ümumi, aydın, dəqiq, mütləq, bütün mübahisələrdə tətbiq edi­lə bilən ideyaya ehtiyac yarandığı zaman qanun meydana çıxır.
41
Qanun sözün əzəli mənasında məmur kütləsinin konkret vəzi­fə təsisatı daşıyıcısı olaraq xidmət xüsusiyyətlərinin birmənalı ola­raq müəyyənləşdirilməsi üçün və eləcə də, xidmətinə görə ala­cağı əvəz­in forma və miqdarının konkretləşdirilməsi üçün yaradılır.
42
Dövlətin ümumiyyətlə hüquqla və qanunlarla bağlılığı ikinci də­rəcəli və bəlkə də n-ci dərəcəli əhəmiyyətə malikdir. Dövlətin xalis hi­ma­yə sistemi olaraq mövcud olduğu halda əməl və əvəz arasında, daha konkret deyilərsə, bir tərəfdən «xidmət və mükafat» ara­sın­da, digər tərəfdən isə «cinayət və cəza» arasında birmənalı mü­na­sibət­lər olmadığı halda, dövlətin mövcud olmadığı ibtidai cə­miy­yət­də əməl və əvəz arasında birmənalı münasibətlər mümkündür və ol­muş­dur. Talion, yəni cinayətkarın etdiyi cinayət əməlini cina­yət­ka­rın özünün üzərində eyni ilə təkrar edən cəza və onun xüsusi forması olan qan intiqamı əslində cinayət və cəza arasındakı mü­nasi­­­bətləri birmənalılaşdıran adətdir, başqa cür deyilərsə, cəmiy­yətin dövlətəqədərki vəziyyətində yazılmamış qanundur.
43
Cəza qanunu ideyasının əsasında qisas instinkti yatır. Vaxtilə Nitşe də buna bənzər bir mülahizə söyləmişdi. Dövlət hakimiyyəti formalaşarkən isə cəza qanunu özgənin əli ilə qisas almanın bir for­masına çevrilir.
44
Hüquq prinsipi üzərində qurulmuş hakimiyyət və tabeolma özünəməxsus müqaviləyə istinad edərək könüllü olsa da, təmən­na­sız deyildir. Burada hakimiyyət də, tabeolma da mükafatlanma xa­tiri­nə həyata keçirilir. Dövlət hüquq prinsipi üzərində qurulduqda elə buna görə də özünün xalis və həqiqi formasından müəyyən dərə­cədə uzaqlaşmış olur, tabeolma öz səmimiliyini itirir, müəyyən dərəcədə olmuş olsa belə.
45
Dövlət hüquqi prinsipləri arxa plana ataraq şəxsiyyətdə tə­cəs­süm olunan əxlaqi prinsipləri ön plana çıxarırsa, bu halda siyasi təfəkkür icmaçı səciyyə daşımağa başlayır, sözün əzəli mənasında kommunistik xarakter alır. Əgər aristokratik hakimiyyət daxildən qaynaqlanan ədalət duyğusuna əsaslanırsa, əgər tiranik hakimiyyət zora əsaslanırsa, əgər demokratik hakimiyyət ictimai rəyə və hüqu­qa əsaslanırsa, kommunistik özünüidarə avtoritetə əsaslanır.
46
Dövlətlər kimi elə ailələr də, əsasında fəaliyyət göstərdikləri hakimiyyət tipindən asılı olaraq, aristokratik, demokratik, tiranik və kommunistik təbiətli ola bilərlər. Aristokratik ailə ideal ailədir. Burada ailə başçısı ailənin bütöv bir orqanizm kimi həyatı ilə yaşa­yır və ailə üzvlərinin hər birini onların həqiqi ideallarının ger­çək­ləş­di­ril­məsinə doğru istiqamətləndirməklə bütövlükdə ailənin idealları­nı gerçəkləşdirir. Aristokratik ailədə ailə başçısı hər bir ailə üzvünü onun özündən daha yaxşı tanıyır, buna görə də onun həyatına onun özündən daha düzgün istiqamət verə bilir. Görünür elə bu səbəbdən­dir ki, aristokratik ailədə ailə başçısı hamı tərəfin­dən sevilir, bu isə o deməkdir ki, ailə başçısı ailə üzvlərinin təkcə iradəsi üzərində deyil, təkcə zəkası üzərində deyil, həm də hissiyyatı üzərində hakimiyyətə malikdir. Burada hakimiyyət səmimi və təbii­dir. Demokratik ailədə isə ailə başçısına və eləcə də ailə üzvlərinə ha­mı tərəfindən yalnız hörmət olunur. Burada sevginin yerini hör­mət tutur, ailə başçısı və ailə üzvləri ailənin bütöv bir orqanizm kimi idealları və həyatı ilə yaşamırlar, ən yaxşı halda onların hər birinin öz arzuları və öz ideal­ları mövcuddur, onlardan hər biri digərlərinin öz arzularını gerçək­ləş­dirmək hüququnu tanıyırlar, qəbul edirlər, hətta bəzən bir-birinə kömək də edirlər. Bu bəzən edilən kömək də bir çox hallarda öz qar­şılı­ğı­nı gözləyir. Lakin bütövlükdə onlar bir-birlərinin arzularına, ideallarına, məqsədlərinə və qərarlarına yalnız hörmətlə yanaşmaqla kifayətlənirlər. Bu ailədə vahid iradə və həqiqi birlik yoxdur, burada yalnız şərti razılaşma, necə deyərlər müqavilə vardır. De­mokratik ailədə iradələrin qeyri-təbii uzlaşdırıl­ma­sı diqqəti cəlb edir, Hobb­sun ictimai müqavilə adlandırdığı razı­laş­ma­ya bənzər bir qaydada. Demokratik ailə Qərb ailəsi üçün son dərəcə səciyyəvidir və nikahın müqavilə kimi anlaşılmasını bizim Qərbdən əxz etməyimiz heç də təsadüfi deyildir. Əgər aristokratik ailə orqanizm xarakterlidirsə, demo­kratik ailə insanları qarşılıqlı faydalı əməkdaşlığa meyilli olan cəmiyyət xarakterlidir. Ailə başçısı isə burada yalnız demokratik lider­dir. Onun sözünə yalnız o halda sözsüz əməl olunur ki, onun fik­ri əksəriyyətin fikri ilə üst-üstə düşür. Demokratik ailədə ailənin bir bütöv olaraq üzvi iradəsi yoxdur. Elə buna görə də demokratik ailə yalnız qarşılıqlı hörmət üzərində qurulmuş ailə olaraq heç də ən yaxşı və ən ideal ailə hesab edilə bilməz. Aristokratik və demokratik ailədən fərqli olaraq, tiranik ailə üçün isə nə səmimi sevgi, nə də səmimi hörmət hissləri səciyyəvi deyildir. Tiranik ailə üçün ümid qarışıq qorxu üzərində qurulan haki­miyyət səciyyəvidir. Burada hamı ailə başçısına təhtəlşüur sə­viy­yədə müəyyən ümidlər bağla­maq­la yanaşı əslində ondan sadəcə olaraq qorxur, heç kəs onun arzu və istəkləri ilə nəinki yaşamır, hətta bu arzu və istəklərin mövcudluq hüququnu da qəlbən qəbul etmir, üstəlik onun iradəsinə passiv şəkil­də müqavimət də göstərir. Əgər aristokratik ailə orqanizm xarakter­li, demokratik ailə qarşılıqlı faydalı əməkdaşlığa meyilli cəmiyyət xarakterlidirsə, tiranik ailə mexanizm xarakterlidir. Əgər aristokra­tik ailədə hakimiyyət ailə başçısına ehtiram hissi üzərində qurulursa, əgər demokratik ailədə hakimiyyət qarşılıqlı hörmət hissi üzərində qurulursa, əgər tiranik ailədə hakimiyyət ümid qarışığı olan qorxu hissi üzərində qurulursa, şərti olaraq “kommunistik ailə” və ya “ic­ma tipli ailə” adlandırıla bilən ailədə hakimiyyət dözüm prinsipi üzə­rin­də qurulur. Əgər ailə üzvləri ailə başçısına ehtiram göstərmir­lərsə, ona heç olmasa hör­mət etmirlərsə, ən azı ondan qorxmurlarsa, hətta ona qarşı heç dözümlülük də nümayiş etdirmirlərsə, bu, qətiyyən ailə deyildir, insanların təsadüfi yığımına bənzər bir şeydir.
47
Hər hansı bir normal inkişafda olan dövlət kimi, normal inki­şaf­da olan hər hansı bir ailə də özünün təbii təkamülündə hakimiy­yət tiplərinin müəyyən, qanunauyğun ardıcıllığını yaşayır. Təzə qu­ru­lan ailə üçün aristokratik ha­kimiyyət səciyyəvidir. Uşaqlar doğul­duq­ca isə vəziyyət dəyişir. Uşaqlar nə qədər ki, körpədirlər, hökm sa­hibləridirlər, obrazlı şəkildə deyilərsə, tirandırlar. Amma onlar bir qədər böyüdükdən və anlaqlı olmağa başladıqdan sonra tiranik haki­miy­yə­tin subyekti və obyekti arasında mövqe əvəzlənməsi baş verir. Ailə başçısı əvvəlcə uşaqlar üzərində, sonra isə bütün ailə üzərində tiranik hakimiyyət sahibi olmağa başlayır. Uşaqlar böyüyə­rək özlə­ri­nin bəzi problemlərini özləri müstəqil olaraq həll edə bildikləri za­man isə ailə başçısının hakimiyyəti tədricən demokratik xarakter daşı­ma­ğa başlayır. Hər bir ailə üzvünün öz problemlərini artıq müstəqil olaraq həll edə bildiyi və etdiyi halda isə, ailə bütövlükdə icma xarakterini alır. Dövlətdə də belədir. İdeal dövlət odur ki, xalq dövlət başçısına səmimi olaraq sədaqətlidir və onu sevir. Ortabab dövlətdə xalq dövlət başçısına yalnız hörmətlə yanaşır. Xalqın döv­lət başçısından qorxduğu dövlət isə pisdir. Xalqın hakimiyyətə mü­nasi­bətdə özünü dözümlülüyə öyrətməsi ondan da pisdir. O dövlət­də ki, xalq dövlət başçısını nə sevir, nə ona hörmət edir, nə ondan qorxur, nə də ona qarşı dözümlülük göstərir, bu əslində heç dövlət də deyildir.
48
Hakimiyyətin müstəsna dərəcədə səlahiyyət kimi, imtiyaz ki­mi, bir hüquq kimi qəbul olunması onun yalnız görünən tərəfinin mütləqləşdirilməsi ilə bağlıdır. Bu anlam hakimiyyətin adi şüur səviyyəsində qavranılmasından doğulur. Adi şüur əlbəttə ki heç də yalanın ifadəçisi deyildir, amma tam həqiqətin də ifadəçisi deyildir, öz təbiəti etibarı ilə və gündəlik qayğıların təzyiqi altında məhdud­dur. Hakimiyyətin adi şüur səviyyəsində anlaşılmasının məhdudiy­yəti­ni aradan qaldırmaq üçün hakimiyyətin aristokratik anlamı diq­qət mərkəzinə gətirilməlidir. Hakimiyyətin aristokratik anlamı isə hakimiyyətin müstəsna dərəcədə hüquq kimi deyil, digər insan­ların taleyi üçün məsuliyyət hissi kimi qavranılmasına söykənir. Haki­miy­yə­tin aristokratik anlamı nöqteyi-nəzərindən, hakimiyyət hü­quq, səlahiyyət, imtiyaz olmaqdan daha çox məsuliyyətdir, borc­dur, zülmə məruz qalanları zülmdən xilas etmə, ədalətsizliyə düçar olanları ədalətsizlikdən qurtarma məsuliyyəti və istəyidir. Əgər bu məsuliyyət hissi və bu istək xilaskarlıq bacarığı ilə tamamlanırsa, bu, artıq son dərəcə böyük nemətdir. Elə bir böyük nemətdir ki, dövlət yalnız onun sayəsində mövcud ola bilir. Dövlət o dərəcədə mövcuddur, o dərəcədə həqiqidir, o dərəcədə güclüdür və o ölçüdə müstəqildir ki, hakimiyyətin aristokratik resursları o dərəcədə və o ölçüdə inkişaf etmişdir və öz təbii təyinatını gerçəkləşdirməkdədir. Hakimiyyət yalnız bu resurslara sahib olan insanlara məxsus olduq­da gerçəkdir. Əslində elə hakimiyyətdən kənarlaşdırılma da ək­sər hallarda bu resursların tükənməsi ilə əlaqədar olduqda özü­nü doğ­rul­dur. Bunu isə heç də konstitusiya maddəsi deyil, həyatın özü tən­zim­­ləyir. Azərbaycanın yaxın tarixindən bircə o faktı xatırlamaq kifayətdir ki, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy pre­zidentlik müd­dət­lə­ri­nin başa çatmasına hələ çox qalmış bir zaman­da haki­miy­yət­dən salınmışdılar. Bu, onların nə pis adam olmaq­ların­dan, nə demokratik olmamalarından, nə də həddindən artıq demokratik olmalarından irəli gəlməmişdi. Bu, onlarda bir rəhbər kimi daşınan aristokratik resursların tükənməsindən irəli gəlmişdi. Çünki rəhbər yalnız özündə daşıdığı aristokratik resurslar tükənin­cə­yə qədər sö­zün tam mənasında idarə edə bilir. Aristokratik resursların olub-olmaması isə insanların təbii təyinatının göstərici­lərindən biridir. Böyüklük edə bilmək üçün, rəhbər ola bilmək üçün, əgər istəyirsi­niz­sə, hökmdar ola bilmək üçün hökmdar təyi­natlı olmaq gərəkdir. Hakimiyyətin əvəzlənməsi daha güclü aristo­kra­tik resurslara malik olan başqalarının meydanda olması halında təbiidir, hakimiyyətin təbii müddətini əslində aristokratik resursla­rın ölçüsü müəyyənləş­di­rir. Əgər cəmiyyətdə tənəzzül müşahidə olunursa, bu, hakimiy­yət­də daşınan aristokratik resursların artıq tükənməsindən xəbər ve­rir. Yox, əgər cəmiyyətdə inkişaf müşahidə olunursa, bu, haki­miy­yət­də daşınan aristokratik resursların hələ də mövcud olmasın­dan və reallaşdırılmaqda olmasından xəbər verir. Əgər real inkişaf varsa, vəzifələr, məsuliyyətlər də genişləndiril­məli­dir, əslində elə hü­quqlar, səlahiyyətlər, imkanlar, və müddətlər də.

49
Dövlət anlayışı ilə çox zaman assosiasiya olunan hakimiyyət məfhumu dövlətin mahiyyətini deyil, yalnız zahiri əlamətlərindən bi­rini əks etdirir. Dövlət hakimiyyət olmadan mövcud ola bildiyi ki­mi, hakimiyyətdövlət olmadan mövcud ola bilər. Özündə ha­ki­miy­yət resurslarını daşıyan hər kəs bu resursların istifadəsi üçün döv­lətdən kənarda da tətbiq məkanı tapa bilir. Məsələn elə yuxarıda barəsində söhbət gedən ailə hakimiyyəti, və ya xidməti statusun ver­di­yi hakimiyyət. Bundan əlavə, hər bir əmr, hər bir göstəriş, hər bir tək­lif əslində hakimiyyətdir. Başqalarından nəyisə tələb etmək, baş­qalarını nəyəsə təhrik etmək səlahiyyətinə və imkanına malik olan hər bir kəs hakimiyyət sahibidir. İcazə verməyin, hətta icazə alma­ğın özü də qismən hakimiyyətdir. İcazə vermək - icazə verənin icazə alan üzərində hakimiyyət sahibi olmasına, icazə alanın qabi­liy­yətləri və imkanları üzərində sərəncam vermək hüququna malik olmasına işarə vurur. İcazəli olmaq isə ona görə hakimiyyət sahib­liyi­dir ki, insanı öz məxsusi qabiliyyətləri və imkanları üzərində haki­miyyət sa­hibi edir, ona öz zamanına malik olmaq hakimiyyətini verir. Bu­raya hətta onu da əlavə etmək olar ki, sual vermək səla­hiyyəti də əslində bir hakimiyyətdir, başqalarını müəyyən informa­siya vermə­yə təhrik etmədir, hesabat vermək hökmünü vermədir. Hətta yerində deyilmiş adi belə söz belə hakimiyyətdir. Hər bir ey­ham, yerində de­yil­miş hər bir söz əslində hakimiyyətə malik olma­nın göstəricisi­dir. «Sözümü eşitmədin»in mənası, «İradəmi yerinə yetir­mə­din»dir. «Söz demək» «hökm etmək»dir. Başqasını müəy­yən əmələ təhrik etməyən söz, əslində söz deyildir, ən çoxu anlayış­dır.
50
Hətta yalvarış, dua, xahiş, təvəqqe də hakimiyyətdir, lakin, güc­sü­zün güclü üzərində hakimiyyətidir.
51
Bir insan başqa bir insanın iradəsini öz iradəsinə tabe etdirdiyi və bir insan başqa bir insanın iradəsinə tabe olduğu bütün hallarda hakimiyyət və köləlik mövcuddur. Hakimiyyət nə qədər yumşal­dılsa da, köləliyin başqa üzü olaraq qalır. İradə sahibinin icraçıya olan münasibəti hakimiyyət, icraçının iradə sahibinə olan münasi­bə­­ti isə köləlikdir. Burada yalnız aristokratik hakimiyyət istisna təş­kil edir, çünki aristokratik hakimiyyət əslində sözün tam mənasında hakimiyyət deyildir, himayənin sadəcə olaraq simvolik adıdır. Aris­tokratik hakimiyyət yalnız o halda yer alır ki, insan başqa bir insanın iradəsinə deyil, özünün daxildən gələn, həqiqi iradəsinə tabe etdi­rilir.
52
Hər bir dövlət aristokratizmin təşəkkülündən tükənməsinə doğ­­­ru istiqamətlənən tarixi yol keçir. Demokratizm aris­tokratizmin qis­­mən tükənməsi ilə meydana çıxır. Hakimiyyət aristokratizminin tam tükənməsi isə kolonializmdir.
53
Kolonializm şəraitində müstəmləkə zülmü altında qalan xal­qın vətəndaşlıq və rəiyyətlik duyğusu arxa plana, bəndəlik duyğusu isə ön plana keçir, müstəmləkə zülmü altında qalan xalq üçün dövlət artıq öz inkişafını başa çatdırmış olur və onun həyatında dövlətin yerini din tutur.

54
Dövlət öz təbii ölümünə doğru irəlilədikcə özünün tərkib his­sələ­rinə parçalanır. Ordu köçəri tayfalara çevrilərək dünyaya yayılır, icmalar yenidən köməksizləşir, zorakılıqlara və ədalətsizliklərə mə­ruz qalırlar. Ədalətin və haqqın müda­fiə­sində dura biləcək qədər qüd­rə­tə malik dövlətin yaradılması həsrətlə gözlənilir.
55
Siyasi hakimiyyət iqtidarın cəmiyyəti təşkilatlandırma qüd­rə­tin­dən qüdrətsizliyədək, şəxsiyyətdə daşınan cə­miy­yətqurma re­surs­ları­nın, aristokratik resursların aşkar olunmasından, əgər belə de­mək mümkündürsə, kəşf olunmasından bu resurslarının tükən­mə­sinə qədər təkamül yolu keçir.
56
Dövlətin öz təbii inkişafında gəlib keçdiyi təkamül mərhələ­lə­ri­nin hər birində müəyyən siyasi təfəkkür tipi aparıcı mövqeyə ma­lik olur və həmin mərhələyə uyğun siyasi strukturların xüsusiyyətini müəyyənləşdirir. Dörd siyasi doktrinadan – kommunistik, tiranik, de­mo­k­ra­tik və aristokratik doktrinalar – hər biri bu təfəkkür tiplə­rin­dən birinin əsasında qurulur və uyğun mərhələni nəzəri olaraq ideallaşdırır, dövlətin mahiyyətini və mənasını həmin mərhə­lədə görür. Aristokratik siyasi doktrina dövlətin təşəkkül mərhələ­sini, tiranik siyasi doktrina siyasi hakimiyyətin formalaşma mərhə­ləsini, demokratik siyasi doktrina vətəndaş cəmiyyətinə keçid mər­hə­lə­sini və şəhər mədəniyyətinin ön planda olduğu dövrü, kommu­nistik si­ya­si doktrina isə – dövlətin tənəzzül mərhələsini daha yaxşı ifadə edir.
57
Dövlətin öz tarixi təkamülündə kəsb etdiyi siyasi formalar­dan hansının daha uzunmüddətli və etibarlı olması, bir tərəfdən, sosial həyatın maskulin başlanğıcının potensiyası ilə, yəni hakimiy­yət aris­tokratizminin nə dərəcədə qüdrətli olması ilə, digər tərəfdən isə, sosial həyatın feminin başlanğıcının potensiyası ilə, o cümlə­dən, coğrafi kontekstlə müəyyən olunur.
Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin