ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə13/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
həqiqi dövlət­dir, insan münasibətlərinin nizama salınaraq gözəlləşməsidir. Başçı ol­maq üçün doğulan burada başçı, alim olmaq üçün doğulan alim, sənətkar olmaq üçün doğulan sənətkar, me­mar olmaq üçün doğulan memar, mühəndis olmaq üçün doğulan isə mü­hən­disdir. Əgər cə­miy­yətdə insanlar öz yerlərini, onların təbii təyinatına uyğun gələn və layiq olduqları yeri tutmamışlarsa, onda belə bir cəmiyyət insan münasibətlərinin öz nizamını itirərək eybəcərləşməsidir.

Və nəhayət, əgər Dünya Ruhu, Dünya Zəkası Dünya İra­dəsi sosial olaraq gerçəkləşmişsə, cəmiyyət Dünya Nizamının mü­­cəs­sə­mə­­sinə və təcəssümünə çevrilmişsə, onda bu cəmiyyətin zadə­gan silki öz ilahi qüdrətinin saxlamışdır. Əgər zadəgan silkinin ila­hi qüd­rəti tükənmişsə, cəmiyyət xaos və anarxiya vəziyyətində­dir, yəni eybəcərdir. Gözəl cəmiyyət aristokratizmin təcəssümüdür: özü də, tək­cə cəmiyyət yox. Sosial olaraq aristokratizm adlanan ha­di­sə es­tetik olaraq gözəllik adlanır.

Aristokratik təfəkkür şəhər mədəniyyəti tərəfindən arxa plana sıxışdırılmış mifologiyanın Tale ideyasını yenidən həyata qaytarır.



Tale kultu mifologiyanın cəngavər mənşəli, döyüş­çü təbiətli olduğunu bir daha xatırladır və təsdiq edir. Əgər şəhər mədəniyyəti ağıl kultu üzərində qurulursa, cəngavər mədəniyyəti tale kutluna is­ti­nad edir. Əgər ağıl kultu varlanmaya xidmət edirsə, tale kultu cəsa­rət­liliyin dünyagörüş zəminini yaradır. Əgər ağıl kul­tu, müəy­yən mənada tacir ruhu ilə uyuşursa, tale kultu döyüşçü ruhu ilə uyu­­şur.

Cəngavərin bir qəhrəman olaraq sosial orqanizmdə oynadığı rol bioloji orqanizmdə leykositlərin, daha geniş mənada ürəyin oy­na­dığı rola bənzəyir. Qəhrəman da leykosit kimi fərdi azadlığa ma­lik olmayıb, mənsub olduğu sosial orqanizmin, cəmiyyətin iradəsini, arzu və ideallarını öz fərdi iradəsindən, fərdi arzularından və fərdi ideallarından im­ti­na etməklə həyata keçirir.

Cəngavər sosial orqanizmi, cəmiyyəti daxildən hərəkətə gəti­rən bir başlanğıcdır. Bu baxımdan kəndli sosial orqanizmin mədəsi rolu­nu, şəhərli isə onun qan dövranı funksiyasının daşıyıcısı olan erit­rosit­lərin oynadığı rolu oynayır. Zadəgana qaldıqda isə o, bütün sosial orqanizmi idarə edən başlanğıc olmaqla onun sanki beyni rolunda çıxış edir. Cəngavər müdafiə edən, zadəgan isə himayə edən­dir. Bu səbəbdən də, zadəganlıq həmişə cəngavərlikdən törəyir, ta­ri­xi nöqteyi-nəzərdən də, genetik nöqteyi-nəzərdən də.

Deməli ki, dövlət həmişə qəhrəmanlıq psixologiyasının daşı­yı­cı­sı olam cəngavər mədəniyyəti üzərində qərar tutur. Qəhrəman­ları ol­ma­yan xalqın həqiqi müstəqilliyi yoxdur, müstəqilliyi de-yure ol­du­ğu halda belə de-fakto deyildir, başqa sözlə, formaldır, həqiqi de­yildir.



Qəhrəman cəmiyyətin iradəsini gerçəklik faktına çevirməli olan orqanizmin bir hüceyrəsini təşkil edir. Əgər o öz iradəsini cə­miy­yətin iradəsi ilə qovuşdura bilsəydi, şəxsiyyət olardı, lakin, özü­nü bu iradəyə tabe etdirdiyi üçün qəhrəmandır. Məhz bu xüsu­siyyət qəhrəman şəxsiyyət obrazları arasındakı fərqi çox gözəl ifadə edir. Sözün böyük, həqiqi və mütləq mənasında cən­gavər qəh­rə­mandır, zadəgan isə şəxsiyyətdir.

Zadəgan da cəngavər kimi özünü Dünya Ruhunun, dünyanın mütləq mahiyyətinin daşıyıcısı kimi, dünyanı nizama salmalı və gö­zəl­ləşdirməli olan bir qüvvə kimi tanıyır və dərk edir. Lakin Dünya Ruhu zadəgan mədəniyyəti nöqteyi-nəzərindən dünyanın həm də zəkası, cəngavər mədəniyyəti nöqteyi-nəzərindən isə dünyanın ira­də­si­dir. Cəngavər Dünya İradəsini öz içərisində daşıdığına inanır və onun qüdrətinə güvənir. Zadəgan isə özünü Dünya Zəkasının daşıyı­cısı kimi qavrayır və dünyanı onun diktəsinə uyğun şəkildə qurur.

Zadəgan ruhunda daşınan ilahi zəka özünün ilkin ifadəsini ləyaqət hissində tapır. Ləyaqət lap başlanğıcdan aristokratik hissdir. Ləyaqət özünün böyük və həqiqi mənasında insanın təbii təyinatı ide­ya­sına istinad edir və cəmiyyətdə hər bir kəsin öz təbii təyinatına uyğun mövqeni tutması üçün əzmkarlığı ifadə edir. Həqiqi dövlət in­san­ların təbii tə­yi­na­tını gerçəkləşdirə bilən və gerçəkləşdirən döv­lətdir. Hə­qi­qi dövlət Dünya Nizamının sosial olaraq gerçəkləşmə­sidir.

Əgər icmaçı Tanrıdan ədalət umursa, zadəgan dünyanı ədalət­li etməyi özünə borc bilir. Əgər icmaçı Tanrı tərəfindən yaradıldığı­nı qəbul edirsə, zadəgan dünyanın ilahi mahiyyətindən törədiyinə, ila­hi mənşəli olduğuna inanır. Əgər icmaçı özünü Tanrının bəndəsi ki­mi qavrayırsa, zadəgan özündə dünyanın ilahi mahiyyətinin ger­çəkləşdiricisini görür.

Zadəgan Dünya Ruhunu, dünyanın mütləq mahiyyətini özün­də daşıdığına səmimi olaraq inandığı üçün dünyanın nizama salın­ma­sı missiyasının məhz onun üzərinə düşdüyünə də inanır.

Zadəgan ilahi ruhun ona əcdadları vasitəsilə verildi­­yini qəbul etdi­yindən əcdadlar qarşısında ehtiram və əcdad kultu zadəgan təfək­kürünün mühüm elementlərindən birini təş­kil edir.

Zadəgan daxilindən gələn həyat selini onun həqiqi həyati təyinatına uyğun şəkildə dünyaya yaymaq, dünyanı daxilindən gə­lən həyat selinə layiq bilməklə diriltmək, həyata təşnə olan dünyanı can­lan­dır­maq, gözəlləşdirmək, dünyanı həqiqi mahiyyətinə qaytar­maq­­la Dünya Nizamını gerçəkləşdirmək əzmi ilə yaşayır. Onun dün­ya­ya olan sevgisi heç də dünyaya uyğunlaşmaq və dünyadan fayda­lan­maq meylini ifadə etməyib, əksinə dünyanı dünyanın həqiqi ma­hiy­yətinə uyğun nizamla qurmaq meylini ifadə edir.

Bu baxımdan dünyaya zadəgan münasibəti dünyaya məsələn darvinist münasibətə qarşı qoyula bilər. Darvin mühitə ən yaxşı uy­ğun­laşanların həyat uğrunda mübarizədə qalib çıxacaqlarını söy­lə­yirdi. Əslində isə, insanın mühitə uyğunlaşması artıq onun mənəvi ölümünün tərkib hissəsidir. Həyat uğrunda mübarizədən insanın qa­­lib çıxması - onun mühitə uyğunlaşması demək deyildir, əksinə mühitin insani ideallara uyğunlaşması deməkdir, mühiti idea­la uy­ğun bir şəkildə qurmaq deməkdir, insanın öz ideallarını gerçək­ləş­dirməsi deməkdir.

Zadəgan İdeal Dünya, İdeal İnsan və əlbəttə ki, İdeal Dövlət obrazlarını öz ürəyinin haqq səsinə, öz ürəyinin həqiqət çağırışına səda­qəti ilə gerçəkləşdirir.

Həqiqət çağırışı, Dünya Ruhunun, Dünya Zəkasının Dünya İradəsinin bir parçası hər bir insanın qəlbində mürgüləyir. Zadəgan o kəsdir ki, öz ürəyinin haqq səsinə inanır, buna görə də öz ürəyində daşıdığı idealı və həqiqəti gerçəkləşdirə bilir və gerçək­ləşdirir. Rəiy­yət o kəsdir ki, ürəyinin haqq səsinə şübhə ilə baxır, özünün zaman-zaman qəlbində duyduğu kamillik və gözəllik idealı­nın ger­çək­ləşdirilə biləcəyinə inanmır, gerçəklikdən daha çox fayda­lan­maq üçün ürəyinin haqq səsini boğur, özünün idealı gerçəkləş­dirmək əzmini qırır, eybəcər gerçəkliyə uyğunlaşır və bununla da özünün həqiqi gözəllik idealından uzaqlaşır, ilahidən gələn gözəl­ləşmə im­ka­nını itirir. Asif Əfəndiyev ən azı «eybəcər gerçəkliyə uyğunlaşsan eybəcərləşəcəksən» – sözlərinə görə dahidir.

Zadəgan o adam deyildir ki, sosial iyerarxiyanın yüksək pilləsindədir, daha böyük mülkiyyət sahibidir. Zadəgan o adamdır ki, ürəyinin haqq səsinə, ədalət çağırışına sədaqətlidir. Zadəgan xis­lə­tinin ən aşkar ifadəsi nəcib və gözəl simadır. Rəiyyət o kəs deyil­dir ki, sosial iyerarxiyanın yüksək pilləsində deyildir, daha az mül­kiy­yət sahibidir. Rəiyyət o kəsdir ki, ürəyinin haqq səsinə biganədir, fayda­lanmaq xatirinə ürəyi üzərində zorakılıq edir. Rəiyyət xisləti­nin ən aşkar ifadəsi isə rəzil və eybəcər sifətdir.

Zadəgan İdeal Dünya obrazını gerçəkləşdirərək dünyanı, İde­al İn­san obrazını gerçəkləşdirərək insanı və əlbəttə ki, İdeal Dövlət ob­ra­zını gerçəkləşdirərək cəmiyyəti gözəlləşdirir. Rəiyyət dünyadan daha çox faydalanmağa çalışaraq dünyanı, özünü daha çox faydalı­laş­dırmağa çalışaraq özünü və nəhayət, cəmiyyətdən daha çox fay­da­lan­mağa çalışaraq cəmiyyəti eybəcərləşdirir.

Eybəcər cəmiyyət ədalətsizliyin, zülmün, azğınlığın cayna­ğı­na ve­ril­miş cəmiyyətdir.




MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN

İRADƏNİN İLKİN SİYASİ TƏCƏSSÜMÜ:

HİMAYƏ DÖVLƏTİ

Dövlәt nә һakimiyyәtin, nә dә һakimiyyәt orqanlarının mey­­dana gәlmәsi ilә yaranmamışdır. Dövlәt һakimiyyәtdәn vә ha­ki­miyyәt orqanlarından daһa görkәmli, daһa әzәli vә daһa әzәmәtli bir һadisәdir. Dövlәtin һakimiyyәt vә һakimiyyәt orqanları forma­sı­nı alması isə onun praqmatiklәşmәsinin mәһsuludur. Xalis dövlәt aristokratik tәfәkkürün, һakimiyyәt dövlәti isә praqmatik tәfәkkü­rün nailiyyәtidir.

Aristokratik konsepsiya dövlәtin һimayә sistemi formasın­da, praqmatik konsepsiya isә һakimiyyәt sistemi formasında mey­dana çıxmasını iddia edir. Marksizmin dövlәt nәzәriyyәsi praqma­tik kon­sepsiyanın әn bariz nümunәlәrindәn biridir. Marksizm, an­caq һa­kimiyyәt forması almış dövlәti tanıdığından, dövlәtin mey­dana çıxmasını marksizm nöqteyi-nəzərindən dövlәt һakimiyyәtin­dən daһa öncə mövcud olan iqtisadi һakimiyyәtlә, bir sinfin digәr sinif üzәrindә mülkiyyәt һakimiyyәti ilә bağlayır. Maraqlıdır ki, praqma­tizmә ruһәn yad olan anarxizm dә, dövlәti ümumiyyәtlә һakimiy­yәt­lә eynilәşdirdiyi üçün dövlәtin ümumi tәbiәtinin anlaşıl­ma­sın­da praqmatik konsepsiya mövqeyindә durur. Lakin, anarxizm dövlәtin (anarxizm nöqteyi-nəzərindən, deməli həm də dövlәt һaki­miyyәtin) meydana çıxmasını azadlığın boğulmasının başlan­ğı­çı ki­mi qiymәtlәndirәrәk, dövlәti inkar edir vә onunla mübarizә apa­rır, onu kölәliyin mәnşәyi vә sosial daşıyıcısı һesab edir. Klas­sik praq­ma­tizm isә anarxizmdәn fәrqli olaraq, һakimiyyәtin gətirdi­yi kölәliyi zәruri һesab edir vә ondan faydalanmağa çalışır. Lakin, marksizmin, anarxizmin vә praqmatik konsepsiya tipli digәr nәzә­riy­yә­lәrin tәqdim etdiyi sәçiyyә ümumiyyәtlә dövlәtә deyil, eybә­çәr­ləşmiş, öz maһiyyәtinə yadlaşmış dövlәtlәrә aiddir.

Dövlət marksizmin hesab etdiyi kimi, mülkiyyətə malik olan sinfin mülkiyyətdən məhrum olan sinif üzərində, kobud deyilərsə, var­lının kasıb üzərində hökmranlıq aparatı kimi yaranmamışdır. Var­­­lı­­­­lıq və kasıblıq əslində bir tarixi fakt kimi yalnız dövlət yaran­dıq­dan sonra meydana gəlmişdir. Varlanmanın vasitəsi kimi isə əs­lin­də məhz dövlət çıxış etmiş­dir. Çünki dövlətin vasitəçiliyi olma­dan ayrı-ayrı fərdlərin varlan­ma­sı prak­tik olaraq mümkün deyildir.

Dövlət eyni zamanda, anarxizmin də güman etdiyi kimi, hökm­­ran­lığın və köləliyin yaranması ilə meydana gəlməmiş­dir. Döv­­­lət əslində köləlikdən yaranmır, köləliyi yaradır.

Dövlətin ilkin formasında heç bir hakimiyyət və heç bir hökm­ranlıq mövcud de­yildir. Çünki burada iradə sahibləri və ic­raçılar – hökmdar­lar və təbəələr yoxdur, heç kəs başqa birisinin iradəsinin hə­­ya­ta keçmə vasitəsi deyildir. İlkin dövlət himayə döv­ləti­dir, haki­miyyət dövləti deyildir.

Dövlət insanların bir qisminin digər qismi üzərində hökm­ranlıq etməsinə deyil, insanların bir qismini digər qismi­­nin təcavü­zündən və zülmündən xilas etməyə təyinatlıdır.

Azğınlığın məhv edilməsi və xalqın zülmün pəncəsindən qurtul­ma­ması ilə dövlət özünün ilkin formasında təşəkkül tapır.

Dövlət marksizmin güman etdiyi kimi, sadəcə olaraq var-dövlət sahibi olanları var-dövlət sahibi olmayanlardan, var­lı­ları kasıblar­dan xilas etməyə təyinatlı deyildir. Dövlət haqlını haqsızın zülmün­dən və təzyiqindən xilas etməyə təyinatlıdır.

İlkin döv­lət hakimiyyət orqanlarının yaradılması ilə deyil, əha­li­nin ədalətsizlikdən, zorakılıqdan, zülmdən, məhv olmadan və az­ğın­lıq­­dan xilas edilməsi ilə yaranır. Dövlətin başlıca və əzəli əla­məti də elə bu xilaskarlıq aktıdır. Həmin xilaskarlıq aktının həyata keçdiyi hər bir halda dövlət artıq baş tutmuş hadisə olaraq mövcuddur.

İnsanlarda xüsusi bir siyasi hiss vardır. İnsan dövlə­tin möv­cud­­luğunu da məhz bu hissin vasitəsilə duyur. Hər bir insan digər­lə­rinin təcavüzündən mühafizə olunursa, yalnız bu halda dövlətin möv­cud­lu­ğu hiss edir.

Dövlətin mənşəyi probleminə tarixi nöqteyi-nəzərdən yanaşıl­sa, düşünürəm ki, ilkin dövlət cənga­vər və icmaçı həyat tərzlərinin özünəməxsus sintezi kimi yaranır. Bu fenomen cəngavər həyat tər­zinə ilkin olaraq xas olan insan birliyi formasının – köçəri tayfaların və icmaçı həyat tərzi üçün ilkin olaraq səciyyəvi olan insan birliyi formasının – kəndli icmasının artıq təşək­kül tapdığı və yanaşı möv­cudluğu şəraitində mey­da­na gəl­mişdir.

Cəngavər həyat tərzi köçərilik prinsiplərinin mütləq­ləş­di­ril­mə­­si üzərində qurulmuşdur. Bu, maskulin təbiətli hə­yat tərzidir. Cən­ga­vər mədəniyyətinin başlıca əxlaqi keyfiyyəti cə­sa­rətdir. Cәn­ga­vәr mәdәniyyәtinin әn әyani tәsvirlәrindәn biri isə bizim möhtə­şəm «Ki­ta­bi-Dәdә-Qorqud»da verilmişdir.

İnsanların «icma mәdәniyyәti» strukturunda birlәşmәsi isә әkin­­çi­lik formasında tәşәkkül tapmış isteһsalla bağlı idi. Bu, femi­nin təbiətli həyat tərzidir1. İcmaçı həyat tərzinin başlıca əxlaqi sər­vəti isə xeyir­xah­lıq­dır. Cəngavər həyat tərzi və mәdәniyyәti üçün səciy­yə­vi olan köçərilikdən, köçәri һәyat tәrzindәn fərqli olaraq, icma mә­dә­niy­yәti üçün oturaq һәyat xarakterik olmuşdur, icmaçı həyat tərzi bütövlükdə oturaq xarakterli olmuşdur.

İcma şüurunun xe­yirxahlıq kultu fonunda cəngavər əxlaqının dəyərləri bir çox hallarda azğın­lıq kimi mənalandı­rılır, cəsarət qüd­rət kimi deyil, qəddarlıq ki­mi qavranılır. Sözün həqiqi mənasın­da mərdlik, cəsarətlilik və cənga­vər­lik icma həyat tərzinin ruhuna yad­dır. Bu keyfiyyətlər lovğalıqdan doğulan azğınlıq kimi başa dü­şülür. İcmaçı həyat tərzi üçün dini hisslər həmişə doğma olmuşdur, onun ideal­ları, həyat və düşüncə tərzi, dünyagörüşü dinin dilində öz gö­zəl ifadəsini tapmışdır.

Eyni zamanda cəngavər mədəniyyətinin özü də əkinçi həyat tərzi zəminində formalaşan icma mədəniyyətinin əxlaqi prinsipləri­nə qarşı uzun müddət nifrət qarışıq bir eti­nasızlıq nümayiş etdirmiş, ic­ma əxlaqi dəyər­lərini cəsarətsizlikdən və gücsüzlükdən doğu­lan ya­zıqlığın ifadəçisi kimi, mis­kinlik nümunəsi kimi məna­landırmış­dır. İcma mədəniyyətin­dən fərqli olaraq, cəngavər mədəniyyəti heç zaman dini hisslər­lə doğmalaşa bilməmişdir, onun idealları, həyat və düşüncə tərzi, dünyagörüşü daha çox qəhrəmanlıq mifologiyasın­da ifa­də olunmuşdur.

Dövlət isə bütün bu əksliklərə və barışmazlıqlara baxmayaraq, artıq qeyd olunduğu kimi, ilkin olaraq cənga­vər və icmaçı həyat tərz­lə­rinin özünəməxsus sintezi kimi yaranır.

Belə ki, cəngavər mənşəli köçəri tayfalarla oturaq kənd icma­la­rı arasın­da qarşılıqlı münasibətlər prosesində meydana çı­xa bilən fi­kir ayrılığı və onun nəticəsi kimi özünü göstərən toqquşmalar tari­xən yüksək döyüş qabiliyyətinə malik olan köçəri tayfaların qələ­bə­si ilə başa çatmışdır. Kəndlilər, kənd içmaları köçərilər tərə­fin­dən üzülə­rək məhv olma təh­lü­kəsi altında ikən köçəri tayfalardan birinin hi­ma­yəsinə sığınır və onun himayəsi altında digər köçəri tay­faların tə­ca­vü­zündən xilas olur. Beləliklə köçəri tayfalar və kənd icma­la­rı onla­rın hər ikisi üçün üstsistem rolunu oynayan bütöv bir sosial struktura daxil olur və bu strukturun içərisində müx­təlif funk­siya­ları – təhlükəsizlik və maddi təminat funksi­ya­larını ­– yerinə yeti­rirlər. Bu struktur əslində dövlətin özü­dür, daha doğrusu onun ilkin tarixi formasıdır.

Oturaq kənd icmalarının köçəri tayfaların himayəsinə alınma­sı ilə dövlət özünün ilkin tarixi formasında meydana gəlir.

Dövlətin yaranması ilə köçəriliyin davranış normaları ni­zami ordu prinsiplərinə, icma davranış normaları isə rə­iyyət həyat tərzi­nin əxlaqi prinsiplərinə transformasiya edir.

Cəngavər həyat tərzinin daşıyıcısı olan köçəri tayfa­lar dövlə­tin yaranmasına qədər də himayəçi xarakterli idilər. Çünki köçərilik heç də antilopların “zorla əsarət altına alınması” nəti­cə­sin­də yaran­ma­mış­dır, zəif məxluqların qüdrətli insanla­rın himayəsi­nə sığınması nəticəsində ya­ran­mışdır. Dövlətin yaranma pro­sesində bu qüdrətli in­sanların himayə məkanı bir qədər də ge­niş­lənir. Artıq bu məkanın sakinləri siyahısı di­gər “zəif məx­luq­lar”la – insanlarla – tamamlanır. Xilaskar­lıq və himayəçilik köçəriliyin ən səciyyəvi mövcudluq for­ma­sı­dır.

Kənd icması dövlətin yaranmasına qədər də himayəyə sı­­ğın­maq arzusunda idi, ancaq himayədə olduğunu duyduqda rahatlıq his­­­si­­ni yaşayırdı. Tanrının himayəsi onun üçün mütləq olduğundan bən­dəlik onun ən səciyyəvi özünüdərki idi. Rəiy­yətlik öz mahiyyəti eti­ba­rı ilə bəndəliklə eyni təbiətli oldu­ğundan icmaçı çox asanlıqla rəiyyətləşə bildi.

Dövlətin yaranması ilə köçərilərin və icmaçıların va­hid bir et­nosa doğru təkamülü başlayır və bu təkamül vahid xal­qın forma­laşması ilə başa çatır.

Dillərin genetik qohumluğu xalqların genetik qohumluğun­dan xəbər vermir, xalqların haçansa vahid bir dövlətin ərazi­sin­də yaşa­dıqlarından xəbər verir.

Həqi­qi dövlətin doğu­luşu fatehlik aktıdır. Fateh xalqın ədalət arzusunu gerçək­ləşdirir.

Dövlətin təşəkkülü prosesində icma mәdәniyyәtinin tәcәssü­mü olan və eyni zamanda ədalətin təşnəsi olan xalq, cәngavәr mәdә­niy­yә­ti­nin tәcәssümü olan və nәtiçә etibarı ilә ədalətin gerçəkləş­diri­cisi olan fatehə, fatehin һimayәsinә sığınır. Hәqiqi aristokratik ru­һu özündә daşıyan fatehin һimayә mәkanı isə dövlәtin sәrһәdlәri ilә dövrәlәnәn mәkandan kiçik ola bilmәz. Belә olmadıqda, dövlәt, öz ma­һiyyәtinә yadlaşır, marksizmin vә ya anarxizmin dövlәtә aid et­diyi formanı alır. Hökmdarın һimayә mәkanı dövlәtin sәrһәdlәrini aşdıqda, һökmdar xilaskara çevrilir.

Zadəgan xilaskarlıq aktının təcəssümçüsü sifəti ilə ta­rix mey­da­nı­na çıxır, fateh statusunu kəsb etdikcə və öz fatehlik məkanını ge­nişləndirdik­cə za­də­gan mədəniyyətinin də nüfuz dairəsini geniş­lən­dirir.

Bununla belə, bir məqamı da qeyd etmək yerinə düşərdi. Əgər fateh himayəsinə aldığı əhaliyə münasibətdə bütövlükdə rəğbət hiss­lə­rini deyil, nifrət hisslərini yaşayırsa, o, artıq fateh deyildir, işğalçı­dır. Çünki fatehliyin və bütövlükdə za­də­ganlığın təbiətində cəsarət də var, mərhəmətlilik də. Bu doğrudur ki, əgər rəiyyət əsa­sən kənd ic­maları zəminində forma­la­şır­sa, əsasən cəngavər həyat tərzi zəmi­nin­də zadəganlıq tə­şək­kül tapır. Amma o da doğrudur ki, zadəgan həyat tər­zi cəngavər və icmaçı həyat tərzlərinin sin­tezi za­ma­nı və bu sin­tezin nəticəsində formalaşdığından, o, bir sıra icma dəyərlərinə də sahib durur. Eyni qaydada təsdiq etmək olar ki, fa­teh­lik, bütöv­lükdə götürüldükdə zadəganlıq cən­ga­­vər mənşəli ol­maq­la bütövlük­də maskulin təbiətli olsa da, icmaçılıqla cəngavərli­yin sintezinə nail olduğu üçün özündə müəyyən feminin elementləri də daşıyır.

Etnosda maskulin və feminin başlanğıclar kifayət qə­dər inki­şaf etməmişsə, o nə özünün zadəgan zümrəsini, nə də öz azad döv­lə­ti­ni də qura bilmir. Etnos özünün azad dövlətini qura bilmək və yaşat­maq üçün, lazım gəldikdə, cəsarət, qətiyyət, cəngavərlik nüma­yiş etdirməli, son qələbəni qazanıncaya qədər mübarizə aparmalı, irəli getməlidir, zəruri olduqda isə, kompromisə getməyi də bacar­ma­lı, ziddiyyətləri yumşaltmalı və qarşıdurmadan yayınmalıdır.

Əgər etnosda yalnız maskulin başlanğıc həddindən artıq inki­şaf etmişsə, o, dövləti yalnız feminin təbiətli qonşu et­nosları fəth et­mək­lə qura bilir. Əgər etnosda yalnız femi­nin başlanğıc həddindən artıq inkişaf etmişsə, o qonşu mas­ku­lin etnosların daimi təcavüzünə məruz qaldığından güclü masku­lin başlanğıcı özündə daşıyan qonşu fövqəl­döv­lət­lər­dən birinin himayəsinə və mərhəmətinə sığınır. Ay­rı­­lıqda götürüldükdə isə, bu halların heç birində, nə yalnız masku­lin başlanğıcın güc­lü inkişaf etdiyi etnoslarda, nə də yalnız feminin baş­­lan­ğı­cın güclü inkişaf etdiyi etnoslarda həqi­qətən azad və həqi­qə­tən müstəqil biretnoslu dövlətin mövcudluğu müm­kün deyildir. Çünki onla­rın heç birində həqiqi zadəganlığın forma­laş­ması üçün tə­bii əsas yoxdur.

Deyilənlərin Azәrbaycan Cümһuriyyәtinin yaradılması hadi­sə­­sin­­də necə təcəssüm olunduğuna diqqqət yetirək. Bu halda biz, bir tərəfdən irəli sürülən konsepsiyanı əyani olaraq təqdim etmiş olu­ruq, digər tərəfdən isə dövlətçilik ənənələrimizin fəlsəfi mənalandı­rıl­ma­sı işində daha bir addım atmış oluruq.

Azәrbaycan Cümһuriyyәtinin yaradılmasında icma mәdә­niy­yә­ti­nin daşıyıcısı rolunu Qafqazın real mәһvolma tәһlükәsi altında olan müsәlman әһalisi vә cәngavәr mәdәniyyәti rolunu isә Nu­ru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu oynamış­dır. Azәrbaycan Cümһuriyyәti bu ordu tәrәfindәn әһalinin zülmdәn vә mәһv olmadan qurtulduğu әrazidә yaranmışdır. Azәrbaycan Cüm­­­һu­riy­yә­tinin һәqiqi banisi də bu nöqteyi-nəzərdən əslində Mәm­mәd Әmin Rәsulzadә deyildir, Nuru Paşadır. Çünki dövlәt azğın­lığın mәһv edilmәsi vә xalqın zülmün pәncәsindәn qurtulması ilә yaranır, real hərbi qüdrətə malik silahlı qüvvələr tərəfindən sank­siyalaşdırılmayan milli şuranın çıxardığı qәrarla yox.

Bәzi tarixi faktları xatırlayaq:

28 may 1918-ci il - Tiflisdә dörd müsәlman partiyasının rəhbərlərinin və üzvlərinin iştirakı ilә içlas keçirilir. İçlas Azәrbay­can Milli Şurasının yaradılması haqqında qərar qəbul edir vә Şura­nın sәdri vәzifәsinә M.Ә.Rәsulzadәni seçir. Milli Şura İstiqlal bәyannamәsini qəbul edir və bu bәyannamә ilə Çәnubi vә Şәrqi Zaqafqaziyanı müstәqil Azәrbaycan Xalq Cümһuriyyәti elan edir. Fәtәli Xan Xoyskinin sәdrliyi ilә Nazirlәr Şurasının yaradıldığını elan edir.

Lakin, İstiqlal bәyannamәsindә elan olunan әrazidә nə Milli Şu­ra, nə də Nazirlәr Şurası һeç bir real һakimiyyәtә malik deyildi. Bu әrazidә әslindә II Nikolayın istefasından sonra başlayan özbaşına­lıq inkişaf etmәkdә davam edirdi. Hamı tәrәfindәn qәbul olunmuş һakimiyyәt һәqiqәtdә yox idi. Burada ancaq tәsir dairә­sinә vә nüfuzuna görә bir-birindәn bu vә ya digәr dәrәcәdә seçilәn miniһa­ki­miy­yәtlәr, miniһökumәtlәr vә miniordular - Azәrbaycan Milli Şura­sından daһa әvvәl yaradılmış Müsәlman Milli Şurası vә ona qismәn tabe olan «дикая дивизия» vә digәr müsәlman silaһ­lıları, Bakı Şәһәr Duması vә ona qismәn tabe olan rus kazakları, Bakı Soveti vә ona qismәn tabe olan Qırmızı Qvardiya, Ermәni Milli Şu­ra­sı vә ona qismәn tabe olan daşnak və digər ermәni silaһlı dәstәlәri vә nәһayәt, eserlәr, menşeviklәr vә onların rus әsgәrlә­rin­­dәn ibarәt silaһlıları vardı. Bu mikroһökumәtlәr öz aralarında tәsir dairәlәrinin genişlәndirilmәsi uğrunda mübarizә aparır, biri digәri­nin lәğv olunması һaqqında qәrar çıxarır, tәzәlәri yaranır, partiyalar vә qruplaşmalar arasındakı fikir ayrılığı silaһlı toqquş­ma­lara gәtirib çıxarırdı. Ümumiyyәtlә bu siyasi oyunlarda iştirak etmәyәn dinc әһali isə zorakılığa, әdalәtsizliyә vә hətta məhvolma­ya mәruz qalırdı. Mikroһökumәtlәrdәn һәr biri öz-özlü­yündә һaqlı idi, amma onların ümumi fәaliyyәtinin mәnzәrәsi һaqsızlığın vә vәһşiliyin kaleydoskopunu tәşkil edirdi. Müstәqil Azәrbaycan Xalq Cümһu­riy­yәti kimi elan olunmuş әrazi İstiqlal Bәyannamәsinin qә­bul olunmasına qәdәr dә, İstiqlal Bәyannamәsi qәbul olunduqdan sonra da, ingilis filosofu Tomas Hobbsun dili ilә deyilsә, «hamının һamı­ya qarşı müһaribәsi vәziyyәti»ndә idi. Xalq әdalәtsizlik vә azğınlıq içәrisindә inlәyirdi vә inlәmәkdә davam edirdi. Dövlәt elan olun­muş­du, amma yaradılmamışdı. Çünki dövlәtin yaradılması xalqın zülmdәn qurtulması demәk olardı. Tiflisdә, bir qədər öncə Gürcüs­tan Respublikasının paytaxtı kimi elan edilən şəhərdə yara­dı­lan Azәrbaycan Milli Şurası müstәqil dövlәt elan etdiyi әrazidә nәinki bütöv xalqın, һeç özünün dә tәһlükәsizliyini tәmin edә bilmirdi. Buna görә dә, Azәrbaycan Milli Şurası müstәqilliyini bәyan etdiyi Azәrbaycan Xalq Cümһuriyyәtindәn kәnarda qalmışdı.

03 iyun 1918-ci il - M.Ә.Rәsulzadә Batuma gәlir, Qafqazın müsәlman әһalisini möһnәtdәn xilas etmәk üçün Osmanlı Ordusu­nun һissәlәrinә müraciәt edir vә onun bu müraciәti qәbul olunur.

Bu һadisә Kiyev Rus dövlәtinin yaradılması prosesini, slav­yanların Rürikә müraciәtini, «bizdә һәr cür nemәt vardır, lakin ni­zam yoxdur, gәlin bizim torpaqlarımızda nizam yaradın» demə­lə­rini vә Rürikin razılığını xatırladır. Әgәr Rürik bu razılığı vermә­sәydi, Kiyev Rus Dövlәti dә çox yəqin ki yaranmayacaqdı. Eyni qayda ilә tәsdiq etmәk olar ki, Nuru Paşa Qafqazı xilas etmәk mә­su­liy­yәtini öz üzәrinә götürmәsәydi, Azәrbaycan Cümһuriyyәti bəl­kə dә olmayacaqdı. Azәrbaycan Milli Şurası da, әvvәlki Milli Şuralara vә digәr tәşkilatlara oxşar olaraq ümumi küy içərisində eşidilməz dərəcədə, sәssizcә yarandığı kimi, sәssizcә dә yox olacaqdı.

16 iyun 1918-ci il - Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Gәncәni azad edir və bununla da may ayında elan edilmiş Azәrbaycan һökumәti artıq sözün həqiqi mənasında һöku­mәt statusunu kəsb edir və Ordunun müşayəti ilə Gәncәyә, Azәr­bay­can әrazisinә köçür. Bu, Dövlәtin real olaraq yarandığı gün­­dür. Amma bu real dövlәtin başında real olaraq dayanan, Tif­lisdәn kö­çüb gәlәn Milli Şura vә Nazirlәr Şurası deyildi, Nuru Paşa idi. Gәncә bu gün Dövlәti vә Dövlәtin әzәmәtini bir daһa gerçәk olaraq duydu.

15 sentyabr 1918-ci il - Bakı Qafqaz İslam Ordusu tәrәfin­dәn azad edilir.

Bütün Azәrbaycan lәyaqәtliliyin vә әsilliyin һimayәsi altına alınır. Xalq Әdalәtin arxasında duran Qüdrәti öz gözlәri ilә görür, әsilliyin vә lәyaqәtin tәntәnәsini, rәzilliyin vә azğınlığın isә mәһ­vini bütün varlığı ilә duyur. Manaf Süleymanov o günlәrin mәftun­luq, һeyranlıq vә fәrәһ dolu әһvali-ruһiyyәsini çox gözәl tәsvir edir. Burada dövlәt, sözün tam mәnasında, lәyaqәtliliyin tәcәssümü idi. İnsanlar xeyirxaһlaşır vә mənən tәmizlәnirdilәr.

17 noyabr 1918-ci il - Qafqaz İslam Ordusu Bakını tәrk edir.

Nuru Paşanın ümumiyyәtlә Azәrbaycan әrazisindә 5 ay vә Bakıda isә daһa az, cәmisi 2 ay davam edәn һakimiyyәti bütün XX әsr Azәrbaycan tarixindә silinmәz izlәr buraxdı. Әgәr bu dövr ol­ma­­say­dı biz hətta sağ qalmış olsaydıq belə öz keçmişimizi bəlkə dә һeç Azәrbaycan tarixi kimi xatırlamazdıq, «cәnubi vә şәrqi Zaqaf­qaziyada» nә Azәrbaycan Respublikası, nә dә Azәrbaycan xalqı ol­maz­dı. Respublikanın vә xalqın qorunub saxlanmasında, әlbәttә ki, M.Ә.Rәsulzadәnin dә, Nәriman Nәrimanovun da, һәtta Mircә­fәr Bağırovun da tarixi xidmәtlәri olmuşdur. Bu şәxsiyyәtlәrin rolu vә xidmәtlәri, әlbәttә ki, tәkzibedilmәzdir. Lakin xalq özünün һәqiqi yaradıcısını tanımalıdır. Azәrbaycan xalqı öz yaradıcısından onun şәxsiyyәtini irsәn qәbul etmişdir.

«Azәrbaycan Respublikasını Azәrbaycan xalqı, azәrbay­can­lı­lar yaratmışlar, türklәr isә bizә ançaq kömәk göstәrmişlәr» fikri baş­dan-başa yanılmadır vә yalançı vәtәnpәrvәrlikdir. Әvvәla, 1918-ci ildә Nuru Paşa nә dәrәcәdә türk idisә, Qafqaz İslam Ordu­su nә dәrәcәdә türklәrdәn ibarәt idisә, biz dә elə һәmin o dәrәcәdә türk idik vә türklәrdәn ibarәt idik. Mәmmәd Ağa Şaһtaxtinski һәlә 1891-ci ildә «Kaspi» qәzetindә çap etdirdiyi «Za­qafqaziya müsәl­man­­lar­ını neçә adlandırmalı?» mәqalәsindә bizi «aderbecanlı» (!) dilimizi isә «aderbecan (!) dili» adlandırmağı tәk­lif etmişsә dә, bu tәklif sosial-siyasi zәminә malik olmadığı üçün һәyata keçmәmişdi. Ruslar bizi bu tәklifdәn sonra da, bu tәklifdәn әvvәl olduğu kimi «tatar», dilimizi isә «tatar dili» adlandırmış, biz isә özümüzü «türk» vә ya «müsәlman», dilimizi isә «türk dili» və hət­ta «müsәl­man dili» adlandırmaqda davam etmişik. Xırda vә әһә­miyyәtsiz is­tis­na­ları nәzәrә almasaq, qәtiyyәtlә tәsdiq edә bilәrik ki, Azәrbay­can Cüm­һu­riy­yәtinin yaranmasına qәdәr biz özü­müzü һeç zaman azәrbay­canlı adlandırmamışıq. İkincisi, Qafqaz İslam Ordusunun tәrkibin­dә bir çox Qafqaz mәnşәli döyüşçülәr vardı. Bu döyüşçülә­rin bir һissәsi Qafqazın Rusiya İm­pe­ri­ya­sı­nın tәrkibinә daxil olması ilә bağlı Qafqazı tәrk etmiş vә Osmanlı Ordusunda xidmәt etmişlәr. Digәrlәri isә Qafqaz İslam Ordusunun tәrkibinә bilavasitә CÜM­HU­RİY­YӘ­TİN DOĞULMA­SI prosesindә daxil olmuşlar. Sözün ciddi mә­na­sında, AZӘRBAY­CAN XALQININ DOĞULU­ŞU Azәrbaycan Cüm­­һu­riyyәtinin doğuluşu ilә eyni vaxtda baş vermişdir. Xalqlar dövlәtlәri yaratmır, dövlәtlәr xalqları yaradır. Sovet tarix­şünaslı­ğın­­­­da uzun müd­dәt Azәrbaycan Cümhu­riy­yә­ti ifadəsi dırnaq işarәsi içәrisindә yazılaraq isteһza ilә xatır­lanmış, Milli Şura vә Nazirlәr Şurası «türk müdaxilәçilәrinin yarat­dıq­ları oyuncaq һökumәt» adlandırılmışdır. Formal nöqteyi-nәzәr­dәn, xalis mәntiq baxı­mından, bu xarak­teristikada düzgün һeç nә yox­dur. Amma burada o dövrün ruһu vә gerçәkliyi aşkar olaraq duyulur. Hәmin xarakterietikaya «türk mü­da­xi­lә­çilәri»nin әzәmәti vә qüdrәti vә «oyuncaq һökumәt»in iqti­dar­sızlığı vә qüdrәtsizliyi һopmuşdur. Burada һәmçinin «türk mü­daxi­lәçi­lәri»nә qarşı daxili bir paxıllıq һissi, «oyuncaq һö­ku­mәt»ә qarşı isә bir sayğısızlıq vә nifrәt һissi ifadә olunur. Yaxşı ki, «türk müdaxilәçiləri» vardı, yoxsa Azәr­baycan Cümһuriyyəti doğrudan da «oyuncaq һökumәt» olardı. Am­ma Azәrbaycan Cümһuriyyəti Nuru Paşanın iradәsi vә qüdrәti ilә һәqiqi dövlәt oldu.

1918-1920-ci illәrin marksizm nöqteyi-nəzərindәn yazılmış ta­rixi, һәlә ki, dәf edilmәmişdir, sadәcә olaraq, rәdd edilmişdir. Azәr­­baycan Cümһuriyyəti burjua Respublikası idimi? Burjuanın fәһ­lә sinfi üzәrindә, mülkәdarın kәndli üzәrindә һökmranlıq aparatı idimi? Azәrbaycan Cümһuriyyətini sinfi ziddiyyәtlәrin ba­rış­maz­­lı­ğı­mı sona çatdırdı? Marksist tarixçilәr Sovet dövründә bu suallara olduqca sәtһi cavab verdilәr, һadisәlәri son dәrәcә sadә­lәş­dir­dilәr vә bayağılaşdırdılar, dövrün dramatizminә qәtiyyәn la­yiq olmayan izaһlar verdilәr, sonra isә bir çoxları yanıldıqlarını vә aldanıldıqla­rını etiraf etmәyә һazır olduqlarını bildirdilәr, һәtta bәzilәri öz marksist keçmişi üçün xәcalәt çәkdiklәrini bәyan etdi­lәr. Lakin, onlar 17 noyabr 1918-ci il tarixindәn sonrakı dövrün marksist tarixşünaslıq üçün son dәrәcә zәngin material verdiyini sezә bilmә­dilәr. Bu dövrdə, yəni 17 noyabr 1918-ci il tarixindәn sonrakı dövr­də istismar da vardı, istismarçı siniflәrin dövlәt tәrә­findәn müda­fiә olunması da real idi, һaqqa göz yumulması, һaqq qarşı­sındakı qor­xu vә һәtta һaqqın şüurlu olaraq boğulması da bir ger­çәklik idi. Nuru Paşa dövrü һeç çür marksist izaһa yatmasa da, on­dan sonrakı dövr marksist tarixçiliyinә son dәrәcә qiymәtli vә fay­da­lı materiallar verә bilәrdi.

Bir məqamı da qeyd etmək istərdim. Azәrbaycan Cümһu­riy­yә­ti һeç dә demokratik dövlәt kimi yaranmamışdı. «Demokra­tik» sö­zünun sonradan zorla «Azәrbaycan» vә «Cümһuriyyәt» söz­lә­ri ara­sı­­na salınması CÜMHURİYYӘTİN YARANMASI kimi gör­kәm­li bir һa­­­di­sәni təhrif edir. Heç bir һəqiqi dövlәt demokratik respublika ki­­­mi yaranmamışdır. Hәqiqi dövlәt, yaranmasından çox sonra de­mo­­kratiklәşir, demokratik respublikaya çevrilir. Demokra­tik Res­pub­­lika kimi yaranan dövlәt һәqiqi dövlәt deyildir, siyasi oyun­caq­dır. Azәrbaycan Cümһuriyyәti isә һәqiqi dövlәt kimi ya­ran­mış­dı.

Öncə söylədiklərimi Azәrbaycan Cümһuriyyәtinə tətbiqən bir daha vurğulamaq istərdim ki, hәr bir һәqiqi dövlәt aristokratiz­min tәşәkkülündәn tükәnmәsinә doğru istiqamәtlәnәn tarixi yol ke­çir. Әgәr dövlәt aristokratizminin tam tükәnmәsi tiraniyadırsa, qis­mәn tükәnmәsi demokratiyadır.

Nuru Paşa dövrü Azәrbaycan üzәrindә һәqiqi aristokratik ru­һun һökmranlığı zamanıdır. Azәrbaycan Cümһuriyyәtinin demo­kra­­tik­­lәş­mә­si isə Qafqaz İslam Ordusunun Bakını tәrk etmәsi nә­ticә­sin­dә başladı vә ingilis ordusunun һimayәsi altında Parla­men­tin yaradılmasında öz ifadәsini tapdı. Nuru Paşa Bakıda aristokra­tiz­mi, Tomson isә demokratizmi möһkәmlәtdi. İstiqlal bә­yan­namә­sin­dә öz әksini tapan vә әsrin әvvәllәrindә «Azәrbaycan Xalq Cüm­һu­riy­yәti», indi isә «Azәrbaycan Demokratik Respub­lika­sı» kimi oxu­­nan «Азербайджанская Демократическая Рес­пуб­ли­ка» ifadәsi Azәrbaycan Cümһuriyyәtinin doğuluşunun yarat­dığı tәla­tüm­lәri vә qüdrәtli çağlarını deyil, daһa çox gücsüz, әdalәtsiz vә ya­zıq sonlu­ğunu tәsvir etmәk üçün yararlıdır.

Dövlәtin sonu, әksәr һallarda, siyasi aristokratizmin tükәn­mә­si ilә, başqa sözlә, һakimiyyətin һaqqı müdafiә etmә vә qoruyub saxla­ma qüdrәtinin gücdәn düşmәsi ilә şәrtlәnir. Dövlәt öz tәbii ölümü­nә doğru irәlilәdikcә özünün tәrkib һissәlәrinә ayrılır, daһa doğrusu parçalanır. Ordu yenidən köçәri tayfalara çevrilәrәk dün­ya­ya yayılır, icmalar yenidәn kömәksizlәşir, zorakılıqlara vә әda­lәt­siz­liklәrә mәruz qalırlar.

1920-ci il əslində Azərbaycan tarixinin iki ən gərgin dövrləri arasında keçid mərhələsi idi. Bu, Cümhuriyyətin siyasi tükənmə ta­ri­xi məqamı idi və cəmiyyətin «Müstəqil Sovet Azərbaycanı» xül­yasının şirin cazibəsinə uyduğu tarixi məqam idi. Bu, məyusluq əhvali–ruhiyyəsindən ümid əhvali-ruhiyyəsinə keçid məqamı idi. Bu məqamdan öncəki illər də gərgin keçmişdi, sonrakı illər də gər­gin keçəcəkdi. Bu məqamın özündə isə gərginlik son dərəcə yum­şal­mışdı. Çünki əməlin olacağına ümid vardı.

Əməl oldu, «müstəqil Sovet Azərbaycanı» quruldu, amma bu, sö­zün tam mənasında müstəqil Azərbaycan olmadı, yarımmüstəqil Azərbaycan oldu. Sovetləşmə Azərbaycanın müstəqilliyini azaltdı, amma siyasi hakimiyyəti möhkəmlətdi. Sovetləşmə eyni zamanda Azərbaycanın aristokratik resurslarının geniş miqyasda məhv edil­məsinə də səbəb oldu, aristokratik resursların bu vaxta qədər isti­fadəsiz qalmış hissəsinin yenidən üzə çıxarılmasına və diqqət mər­kəzinə gətirilməsinə də.

Hər bir dövlət öz zadəgan zümrəsinin ölçüsünə uyğun ölçü­­də qüdrətlidir. Həqiqi zadəgan ruhunu daşıyanlardan iba­rət züm­rə­nin ölçü­ləri artdıqca dövlət də qüdrətlənir. Zadəgan zümrəsinə daxil olan­lar həqiqi zadəgan ruhunu itirdikcə isə döv­lət də zəifləyir, öl­gün­ləşir, öz nüfuzunu azaldır.

Qayıdaq aristokratizmin himayə dövləti ideyasının ümumsi­yasi prinsiplərinin şərhinə.

Himayə dövləti dövlət ideyasının hər şeydən öncə məhz ona görə ilkin tarixi təcəssümü olur ki, burada cəngavər əkinçini onun üçün yad olan məşğuliyyətdən, ilk növbədə isə müharibə aparmaq məcburiyyətindən xilas edir və öz doğma və sevimli işi ilə, yəni əkin-biçinlə məşğul ol­maq imkanını ona qaytarır.

Zadəgan insanlar üzərində hökmranlıq edən şəxs deyil­dir, on­ları himayə edən şəxsdir, yəni öz sevimli işi ilə məşğul olmaq imka­nını insanlara verən və bir çox hallarda hətta bu imkanı yaradan şəxsdir.

Əgər


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin