Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   14
Vusale Ibrahimova az-1

Tədqiqatın elmi yeniliyi. 
Tədqiqatın elmi yeniliyi də məhz 
bu problemin həllinə yönəlməsi ilə şərh olunur. Araşdırmanın 
yeniliyini əsaslandıran birinci istiqamət ondan ibarətdir ki, ilk 
dəfə olaraq müharibə mövzusu Azərbaycan və ABŞ romanlarının 
materialları zəminində planetin taleyi üçün məsuliyyətlə bərabər 
planetar 
təfəkkürün 
formalaşması 
məqamlarını 
müəyyənləşdirmək, bununla əlaqədar öz konsepsiyamızı 
əsaslandırmaqdır. İkinci istiqamət isə ədiblərin tarixi fakt və 
hadisələri özündə təcəssüm etdirən əsərlərində yazıçı mövqeyinin 
müəyyənləşdirilməsidir. Müharibə ilə bağlı əsərlərdə obrazlar 
aləmi, mövzu axtarışları müxtəlif ölkə yazıçılarının öz 
zamanlarının müharibəsinin real təsvirini verməklə insanları 
məruz qaldıqları problemlərin həll olunmasına yardımçı ola bilər. 
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti
ondan ibarətdir 
ki, işin əsas müddəaları müxtəlif ədəbiyyatların qarşılıqlı 
əlaqələri və təsiri, realizmin, modernizmin və post modernizmin 
xüsusiyyətləri problemlərinin öyrənilməsinə müəyyən əsas 
yaradır. Tədqiqat çağdaş ABŞ, ingilis və dünya ədəbiyyatı, eləcə 
də Azərbaycan ədəbiyyatı fənlərinin tədrisi prosesində istifadə 
oluna bilər.
Aprobasiyası və tətbiqi.
Tədqiqatın məzmununu əhatə 
edən əsas müddəa və nəticələr Beynəlxalq Simpozium, elmi 
konfranslarda məruzələrin tezislərində, məqalə şəklində 
çıxışlarında, eləcə də xarici ölkələrdə – Ukrayna, Qazaxıstan və 
Azərbaycan Respublikasında elmi jurnallarda çap olunmuşdur. 
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. 
Dissertasiya işi Gəncə Dövlət Universitetinin Azərbaycan və 
dünya ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir. 
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi 
qeyd olunmaqla dissertasiyanın işarə ilə ümumi həcmi. 
Dissertasiya işi giriş, iki fəsil, nəticə və istifadə edilmiş 
ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsi 7 səhifə, I fəsil 54 
səhifə, II fəsil 47 səhifə, nəticə 7 səhifə, istifadə edilmiş 
ədəbiyyat siyahısı istisna olmaqla, ümumi 218 045 işarədir. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin