Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   14
Vusale Ibrahimova az-1

Tədqiqat metodları
. Tədqiqat prosesində biz tarixi-
müqayisəli, eləcə də tipoloji təhlil metodlarından istifadə 
etməklə, Azərbaycan və ABŞ ədəbiyyatının inkişaf tarixi yolunda 
elmi-tarixi faktlarla müharibə, militarist romanın tipinin 
yaradılması və XX əsr nasirlərin ədəbi-bədii yaradıcılığında 
onların bədii dərk metodlarının kəşfi istiqamətini müəyyən etmək 
üçün nəzəri təhlil və şərhi, elmi qənaətlərin hasili prinsiplərindən 
istifadə edirik. Dissertasiya işində problemin həlli ilə əlaqədar 
nəzəri təhlil, elmi-nəzəri mühakimələrin irəli sürülməsi nəzərdə 
tutulur.
Azərbaycan ədəbiyyatşünaslığında müharibə mövzusuna 
həsr olunmuş araşdırmalar ötən əsrin 60-70-ci illərindən başlamış 
və sistemli olmamışdır. Qarabağ müharibəsinə gəldikdə isə bu 
istiqamətdə tədqiqatlar aparılmamışdır. 



Müdadiəyə çıxarılan əsas müddəalar:
– Müharibə mövzusu II Dünya müharibəsindən sonra ABŞ 
ədəbi-mədəni 
mühitində 
mühüm 
istiqamətlərdən 
birinə 
çevrilmişdir;
– Müharibə mövzusu özlüyündə tarixi şəraitlə əlaqədar 
olaraq bir neçə mərhələyə bölünür, lakin ənənələrə sadiq qalaraq 
onun yeni dərki hər iki ədəbiyyatı səciyyələndirən əsas 
xüsusiyyətlərdəndir;
– Müharibə mövzusu nəsrin hər janrında təmsil olunur və 
sənətkarın həyata münasibətinin və onu bədii təcəssüm imkanları 
ilə hüdudlanan müxtəlif ədəbi növləri ilə müşahidə olunur;
– ABŞ ədəbiyyatında həm ssientist, həm də antissientist 
əsərlər yaranaraq XXI əsr müharibələrinin artıq bir ölkə üçün 
yox, bütün bəşəriyyət üçün təhlükə yaratmış olacağını diqqətə 
çatdırırlar;
– ABŞ ədəbiyyatında insan şəxsiyyətinin faciəvi taleyi 
şahid ədiblərin realist əsərlərinin amansız təsvir obyektinə 
çevirir; 
– Müasir müharibə mövzusunda yazılmış nəsrin janr 
sərhədlərinin 
genişləndirilməsi 
zəminində 
yeni 
forma 
modifikasiyalarının yaradılmasını mümkün etmişdir;
– Amerika və Azərbaycan müharibə mövzusunda yazılmış 
ədəbiyyatda kəsişən oxşar cəhətlərlə yanaşı fərqli cəhətlər daha 
çox sənətkarların estetik ideallarının fərqində reallaşır; 
– Müharibə mövzusunda yazılan əsərlərdə realizm, 
modernizm və postmodernizm elementlərinin sintezi müşahidə 
olunur; 
– Şəhidlik, həyat, əbədilik və Vətən məfhumları Qarabağ 
haqqında nəsrin əsasını təşkil edir; 
– Müharibə mövzusunda postmodernist dövründə yazılmış 
əsərlərdə dövrün mühüm ideoloji, sosioloji və humanitar 
problemlərin həllinə yönəlməsi müşayət olunur; 
– Müharibə mövzusunda yazılmış əsərlərdə ekzistensial, 
mənəvi-etik problemlərə qəhrəmanın fərdi və ümumbəşəri birlik 
mövqeyinin birləşməsi ilə şərtlənir. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin