Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
  1   2   3   4   5   6   7   8   9   ...   14
Vusale Ibrahimova az-1



AZƏRBAYCAN RESPUBLİKASI 
Əlyazması hüququnda 
ABŞ VƏ AZƏRBAYCAN NƏSRİNDƏ MÜHARİBƏ 
MÖVZUSUNDA ƏSƏRLƏRİN JANR XÜSUSİYYƏTLƏRİ 
İxtisas: 
5715.01– Ədəbiyyat nəzəriyyəsi ədəbi təhlil 
və tənqid 
Elm sahəsi: Filologiya 
İddiaçı: 
Vüsalə İlqar qızı İbrahimova
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 
təqdim edilmiş dissertasiyanın 
AVTOREFERATI 
BAKI – 2022 



Dissertasiya işi Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya 
ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbər: 
filologiya elmləri doktoru, professor 
Nailə Məhəmmədhüseyn qızı Sadıqova 
Rəsmi opponentlər: 
filologiya elmləri doktoru, professor 
Hacıyev Asif Abbas oğlu 
filologiya elmləri doktoru, dosent 
Quliyeva Mahirə Həmid qızı 
filologiya elmləri doktoru, dosent 
Hüseynov Qafar Möhsün oğlu 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya 
Komissiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 
nəzdində fəaliyyət göstərən ED 1.05– Dissertasiya şurası. 
Dissertasiya şurasının sədri: 
______________ 
akademik, filologiya elmləri doktoru
professor
 
İsa Əkbər oğlu Həbibbəyli
Dissertasiya şurasının 
elmi katibi: 
______________ 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
İsmixan Məhəmməd oğlu Osmanlı 
Elmi seminarın sədri: 
______________ 
filologiya elmləri doktoru, dosent 
Məmməd İrac oğlu Əliyev 



İŞİN ÜMUMİ SƏCİYYƏSİ 
Mövzunun aktuallığı və işlənmə dərəcəsi.
Müharibə və 
onun insan taleyinə təsiri məsələlərinə müxtəlif yazıçı 
mövqeyindən yanaşmaları çağdaş ədəbi proseslərlə üzvi əlaqəsi 
mövzunun aktuallığına dəlalət edir. XX əsr dünya tarixində 
inqilablar, müharibələr, dünya miqyasında siyasi və ideoloji 
sistemlərin mübarizəsi, qarşıdurması və nəhayət, ilk sosialist 
dövlət kimi meydana çıxmış SSRİ-nin dağılması əsridir; bu əsrdə 
cəmiyyət həyatında, hər bir xalqın həyat tərzində ciddi hadisələr, 
dəyişmələr baş vermişdir və bütün bunlar ədəbiyyata təsirsiz 
qalmamış, bəlkə əksinə, ədəbiyyat əsrin bütün bu qlobal 
hadisələrini əks edərək yeni ədəbiyyat yaranmışdır.
Azərbaycan və Amerika xalqları üçün bu dövr həm fərdi, 
spesifik, həm də oxşar, müştərək cəhətlərlə səciyyələnirdi. 
Ədəbiyyat bu mərhələdə insanı, xalqı əsrin möhtəşəm hadisələri 
– İkinci Dünya müharibəsi kimi hadisələrin içərisində iştirakını, 
mübarizəsini geniş lövhələrdə, epik miqyaslı təsvirlərdə təcəssüm 
etdirə bilmişdir.
Siyasət məngənəsinə düşən Azərbaycanın füsunkar 
Qarabağının ölüm, olum faciəsini həm poetik dillə, həm də nəsrlə 
bizim şair və yazarlarımız ifadə etmişlər. Vətənin ağrıları, faciəsi 
bütün şairlərin töhfələrini verdikləri fəryadlı poeziyamızın 
aparıcı xətti oldu.
Torpaqlarımızı düşmən tapdağından azad etsək də, yenə də 
gündəmdə müharibə və sülh, azadlıq və istiqlaliyyət kimi 
məsələlər var və
 
bu da mövzunun aktuallığını şərtləndirir. 
Amerika ədəbiyyatı Azərbaycan elmi-ədəbi mühitində 
həmişə ciddi marağa səbəb olmuşdur. Elmi araşdırmaların artan 
sayı və son dövrlər tərcümə olunan əsərlərin çoxsaylı faktları 
buna sübutdur.
1
1
Аникин Г.В. Литература США и антифашистская борьба. Литература 
США XX века. Опыт типологического исследования (авторская позиция, 
конфликт, герой), М., 1978, Белов С.Б. Современный американский роман о 
войне, М.,Знание,1987, Беляев А. Идеологическая борьба и литература, М., 
Худ.литература, 1988, Бочаров А. Человек и война, М., 1983. 



XX-XXI əsr Amerika və Azərbaycan ədəbiyyatının 
müqayisəli tarixi və ədəbi tipoloji təhlili zamanı mövzu ilə 
əlaqəli elmi işlərdən, həmçinin ümumnəzəri tədqiqatlardan 
istifadə olunmuşdur. Keçmiş rus sovet ədəbiyyatşünasları II 
Dünya müharibəsindən sonra bu mövzunu ciddi araşdırmışlar. 
Lakin tənqidi fikrə diaxronik kəsikdə diqqət verdikdə məlum olur 
ki, yeni dövrdə ideologiyadan kənar daha obyektiv və daha 
hərtərəfli təhlilə ehtiyac var.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin