Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   14
Vusale Ibrahimova az-1

İŞİN ƏSAS MƏZMUNU 
 
Dissertasiyanın 
Giriş 
hissəsində mövzunun aktuallığı və 
işlənmə dərəcəsi əsaslandırılır, məqsəd və vəzifələri müəyyənləş-
dirilir, tədqiqat metodları, müdafiəyə çıxarılan əsas müddəalar
tədqiqatın elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, 
araşdırmanın aprobasiyası və quruluşu haqqında elmi məlumat 
diqqətə çatdırılır. 
Dissertasiyanın 
“XX əsr ABŞ nəsrində müharibə 
mövzusu, onun əsas prinsip və istiqamətlər”
adı ilə təqdim 
edilən birinci fəsli dörd paraqrafdan ibarətdir.
“Müharibə 
mövzusunun təşəkkülü və inkişafı” 
adlı birinci paraqrafda qeyd 
edilir ki, Amerikanın yerli hindu qəbilələri, xalqları ingilislərin 
dözülməz qayda-qanunlarına qarşı 1861-1865-ci illərdə inqilabi 
müharibə nəticəsində Koloniyalar İngiltərədən ayrılaraq tam 
müstəqillik qazandılar.
O dövrdən etibarən ABŞ torpağı müharibə görməmiş və 
dünyanın ən qüdrətli dövləti yalnız I Dünya müharibəsinin 
sonunda Almaniyaya qarşı və II Dünya müharibəsində faşizmə 
qarşı mübarizəyə qoşuldular. Və məhz bu dövrdən başlayaraq, 
ABŞ ədəbiyyatında əvvəlcə “məhv olmuş nəsl”in faciəsini təsvir 
edən əsərlər diqqəti çəkir.
Bu gün ABŞ-ın ulduz müharibəsinə hazırlıq sahəsindəki 
texniki tədbirləri artıq insan nəzarətindən çıxaraq kompüterlərin 
nəzarətinə əsaslanır ki, bu da insanın özünü elmi-texniki 
tərəqqinin ixtiyarına verməsi deməkdir. Elmin, elmi-texniki 
tərəqqinin nailiyyətləri artdıqca müasir dövrün burjua 
futuroloqları da daha çox dərəcədə bir-birinə əks olan iki cəbhəyə 
ayrılırlar. Əgər ssientist futuroloqlar üçün elmi fetişləşdirmək, 
onun nailiyyətlərini həddindən artıq şişirdərək bütün ictimai 
bəlaları elmlə müalicə etmək ideyası səciyyəvidirsə, antissientist 
futuroloqlar müasir burjua cəmiyyətinin bütün uğursuzluqları 
elmlə bağlamağa, elmin bəşəriyyət üçün böyük fəlakətlər 
mənbəyi olduğunu, törətdiyi ziyanların xeyrini üstələdiyini 
göstərməyə çalışırlar. ABŞ ədəbiyyatında həm ssientist, həm də 
antissientist əsərlər yaranaraq XXI əsr müharibələrinin artıq bir 



ölkə üçün yox, bütün bəşəriyyət üçün təhlükə yaratmış olacağını 
diqqət mərkəzinə çatdırırlar. 
Yaranmış vəziyyətin real təhlükəsini bütün tərəqqipərvər 
qüvvələrin nəzərinə çatdırmaq və bəşəriyyəti bu təhlükədən xilas 
etmək bu gün dünya elm adamlarının tarixi vəzifələrindən birinə 
çevrilmişdir.
Herman Melvinin “İzrail Potter əlli il sürgündə” romanı 
tarixi faktlarla müharibənin insan həyatında əbədi-əzəli 
olmasından və eyni zamanda faciəvi hadisə kimi təsvir etmişdir. 
Lakin əsərdə müəllifin müharibəyə olan ikrah hissi qəhrəman yox 
müəllif tərəfindən göstərilmişdir.
Əsərdə yazıçı cəmiyyətə və insan həyatına bəla gətirmiş 
müharibənin harmoniyanı pozduğunu, hər şeyi vəhşi xaosa, 
özbaşınalığa çevirdiyini yüksək bədii rəmzlərlə əks etdirir. 
XX əsrin əvvəllərini bədii metodların, ədəbi cərəyanların 
çarpazlaşmasına 
baxmayaraq 
realizmin 
təntənəsi 
dövrü 
adlandırmaq olar. Həmin proses ikinci dünya müharibəsinə qədər 
davam edir. Müharibədən sonra makkartizm hərəkatı ədəbiyyatın 
vüsəti inkişafını bir qədər ləngitdi. XX əsrin Amerika realizminin 
qüdrətli nümayəndələri T.Drayzer, C.London, F.Norris və 
başqaları həyat reallıqlarına, qəribə taleli sadə amerikalıların 
faciəvi obrazlarını yaratmışlar. Müharibədən sonrakı gərgin, 
çətin və ziddiyyətli kapitalist Amerikasında gənc nəslin taleyi 
problemi ön plana çıxmışdı. Həmin problem də öz aydın bədii 
izahını məhz “məhv olmuş nəslin” əsərlərində E.Heminqueyin 
“Günəş doğanda”, F.S.Fitsceraldın “Cənnətin bu tərəfi” və 
C.D.Passosun “Manhetten” romanlarında tapdı. Birinci Dünya 
müharibəsində Fitscerald ABŞ ordusunda xidmət etmişdi. 
Amerika 
Birləşmiş 
Ştatlarının 
ədəbiyyatı 
digər 
Qərb 
ədəbiyyatlarından gəncdir. 
Müharibəyə nifrət, müharibəsiz dünya ideyası Heminquey 
yaradıcılığının təməl daşıdır. Heminquey bütün yaradıcılıq 
həyatını insan xoşbəxtliyinin axtarışlarına həsr etmişdir. O, 
mütərəqqi fikirli yazıçı olduğundan antifaşizm mövzusuna 
müraciət etmişdi. Müharibəni insanların total psixoz zamanında 


10 
olduğu kimi, kütləvi şəkildə ağıllarını itirməsi kimi 
qiymətləndirirdi.
1950-ci ildə Nobel mükafatına layiq görülən məhşur ABŞ 
yazıçısı Uilyam Folknerin ilk romanı “Əsgərin mükafatı” 
(Soldiers Pay, 1926) müharibədən dönmüş veteranın acı 
taleyindən bəhs edir. Dos Passosun “Üç əsgər” (Three Soldiers, 
1921) romanında müharibənin dəhşətlərinin naturalist təsvirini 
vermişdir. Militarist qayda-qanunun və amansız şəraitin müxtəlif 
tipli insanlara təsiri bu əsərin əsas mövzusudur. İnsanların 
özgələşməsi, mənəvi sarsıntıları, hər an ölümlə qarşılaşması 
həyatın mənasızlığı kimi problemlərin yaranmasına səbəb 
olmasını araşdırmağı qarşımıza məqsəd qoyuruq. Adı çəkilən 
əsərlərdə müharibənin bəzəksiz təsviri verilmişdir.
Müharibənin lehinə və əleyhinə olan əsərləri tədqiq etmək 
baxımdan İ.Şounun “Cavan aslanlar” (The Young Lions, 1948) 
əsəri qeyri adi süjet xətti və fövqəlzaman prinsipindən istifadə 
edərək “balaca” insanın – dağ xizəkçisi instruktorunın 
faşistləşmə prosesini dəqiqliklə göstərmişdir. Şou təhkiyənin 
sərhədlərini genişləndirib müharibəni Avropadan tutmuş 
Amerika, Afrika ölkələrinə də təsirsiz olmadığını, müxtəlif 
millət, din, etiqad, hərbi rütbə sahiblərinin talelərindən keçirdib 
üç personajın: amerikalı Maykl Gaytekr və Noy Akkerman və 
nasist Xristian Distl üzərində dayanır.
bu üçlük müharibəyə öz ölkə, ordu və hökumətin gözü 
ilə baxmalı və nəticə çıxarmalı olurlar. Nəhayət müharibənin son 
akkordlarında Bavariyada görüşən üçlük dramatik məqamları 
yaşamış olur: vəhşiləşmiş Distl pusquda duraraq öz həmyaşlısı 
Noyı öldürür və dərk edir ki, Maykl onun intiqamını bunu 
öldürməklə alacaq.
Bu günün elmi-nəzəri fikri yazılı ədəbiyyatın praqmatik 
funksiyalardan sərf-nəzər edilməsini və bədii-estetik funksiyanı 
“yeganə funksional keyfiyyət kimi” elan edilməsini birmənalı 
qarşılamır. Müasir milli ədəbiyyatşünaslıq düşüncəsində 
əyləndirici-estetik funksiya yazılı ədəbiyyatın idrakı, tərbiyəvi 
funksiyaları ilə bir sırada yer alır. Nəzəriyyəçi alim R.Əliyev 


11 
tamamilə doğru qənaətə gəlir ki, “müxtəlif janrlarda ədəbiyyatın 
müxtəlif funksiyaları aparıcı olur”
2
.
Aristotelin sözləri ilə desək o ədəbi növləri və janrları 
“Təqlidetmənin vasitələrinə görə” fərqləndirir. Başqa sözlə, janr 
sənətkarın həyata münasibət tərzi, onu bədii təcəssüm imkanları 
ilə hüdudlanan bədii formadır. Bədii forma kimi o mənsub 
olduğu dövrə, aid olduğu ədəbi cərəyana, yaradıldığı bədii dilin 
poetik vasitələrinə və üsluba görə müəyyənlik əldə edir. Şübhəsiz 
ki, burada sənətkarın həyata münasibətinin başında dayanan 
estetik idealın mühüm rolu vardır.
1935-ci ildə “Bizdə bu mümkün deyil” romanı ədəbi 
mühitdə olduğu kimi, ictimai həyatda da bir “partlayış” kimi 
meydana çıxaraq çox geniş oxucu auditoriyası qazanmaqla 
bərabər, ilk faşizm əleyhinə Amerika ədəbiyyatında yazılmış 
əsərdir. Amerika cəmiyyətinin mikrokosmosu kimi kiçik əyalət 
şəhərin timsalında Fort Byul adlı faşistlərin tərəfkeşləri olan 
siyasətçiləri ifşa edib onların əməllərini başa salmağa çalışırdı. 
Faşizmi aydın və inandırıcı şəkildə əks etdirən ədib 
zamanın ideya istiqamətinə tamamilə uyğun olmaqla, böyük təsir 
gücünə malik idi. Roman-utopiya “Bizdə bu mümkün deyil” 
əsərində də antifaşist mövzu, ümidsiz gələcəyin təsviri əsas 
götürülür. 
Lyuisin 
realizmini 
“fotoqrafik” 
dokumental 
adlandırırdılar. Çünki özü də amerika əyalətinin sakini olaraq öz 
qəhrəmanları ilə eyniləşmiş, müəllif-qəhrəman arasında tələb 
olunan məsafəni saxlaya bilməsinə görə günahlandırılırdı. Yeni 
kəşflərin insanın xeyrindənsə, ziyanına yönəlməsi, elmin insan 
nəzarətindən çıxıb nəticədə məhvə aparması Xirosimadan altı il 
əvvəl “Qalileyin həyatı” adlı əsəri ilə əsrin ilk öncəgörmə 
hadisəsini təsvir etmişdir.
Tədqiqat işinin ikinci paraqrafı 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin