Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ


“XX əsr Azərbaycan ədəbiyyatında hərbi müharibə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14
Vusale Ibrahimova az-1

“XX əsr Azərbaycan ədəbiyyatında hərbi müharibə 
mövzusu və onun bədii fikirdə inikası” 
adlı ikinci fəsil dörd 
paraqrafdan 
 
ibarətdir. 
“XX əsr müharibələrinin Azərbaycan 
nəsrində əksi” 
adı ilə təqdim edilən birinci paraqrafda göstərilir 
ki, bəşəriyyətin ümumi dərdi olan müharibələr həmişə dəhşət 
saçmış, faciəyə çevrilmiş və kütləvi ölümlər gətirmişlər. Həyatın 
və zamanın çoxlu cəngi-cidalları olur və bu gün də var. Müasir 
çağımızda bu əndazədən çıxır. Azərbaycan nəsrində müharibə 
haqqında ilk romanın müəllifi Əbülhəsən Əlibaba oğlu 
Ələkbərzadə oldu. Əbülhəsən müəyyən döyüş təcrübəsi olmayan, 
hətta silah tutmağı bacarmayan azərbaycanlıların tədricən, əsl 
döyüşçüyə çevrilməsi prosesini əks etdirmişdir. Əlbəttə, ilk dəfə 
“Dostluq qalası” olan “müharibə” romanı nöqsansız deyildir. 
Lakin Əbülhəsən bilavasitə böyük bir döyüş yolu keçmişdi, onun 
romanı da dərin həyati müşahidələrinin məhsulu idi. Sonralar 
müharibə mövzusunda “Uzaq sahillərdə” (İmran Qasımov, Həsən 


20 
Seyidbəyli) “General” (Hüseyn Abbaszadə), “Qartal əfsanəsi” 
(Əfqan), “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə 
günəşi” (Gəray Fəzli), “Mübahisəli şəhər” (Süleyman Vəliyev) 
və s. romanlar yarandı. Lakin qeyd olunmalıdır ki, bu romanların 
heç birində müharibə həqiqətləri Əbülhəsənin romanında olduğu 
kimi səslənmədi.
1918-ci ildə milli ədəbiyyatıımızın nəhənglərindən biri 
H.Cavid imperialist müharibəsi əleyhinə “İblis” faciəsini yazır. 
Hadisələr Birinci Dünya müharibəsi zamanı Türkiyə və 
Ərəbistanda cərəyan edir. Böyük dramaturq insanların necə 
qanlar tökdüyünü, İblisə uyduqlarıını əks etdirib. Deməli, dünya 
durduqca insan nəfsindəki Mələklə İblisin, Xeyirlə Şərin, 
Ədalətlə Zülmün bir-birilə canlı çarpışması davam edəcək. Bu iki 
əks qüvvəyə Nəsirəddin Tusinin ifadəsilə desək, fəzilət və rəzalət 
də deyilir. Bizim daxilimizdə fəzilətlə rəzalət həmişə bir-birilə 
aktiv mübarizədədir. Fəzilət rəzalətə qalib gələndə insan – 
Mələk, fəzilət rəzalətə məğlub olanda İnsan-Şeytan olur.
İkinci Dünya Müharibəsi özünün miqyasına və insan 
tələfatına görə dəhşətli bir savaş idi. Müharibə dünyanın əksər 
dövlətlərini əhatə etmiş, cəbhələrdə milyonlarla insan qurban 
getmiş, böyük şəhərlər darmadağın edilmiş, xarabalığa 
çevrilmişdi. Azərbaycan da Böyük Vətən müharibəsinin əsas 
ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi.
İkinci paraqraf 
Qarabağ müharibəsi haqqında nəsrdə 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin