Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   14
Vusale Ibrahimova az-1

Tədqiqatın obyekti və predmeti
. Tədqiqatın obyektini 
XX– XXI əsrdə Amerika və Azərbaycan nasirlərinin müharibə 
mövzusunda yazılmış əsərləri təşkil edir. Bu məqsədlə tədqiqatda 
filoloji, ədəbi, bədii, publisist və s. aspektdə yazılmış əsərlər 
monoqrafik araşdırmalar və problematik məqalələr tədqiqata cəlb 
edilmişdir.
Amerika və Azərbaycan ədiblərinin müharibə mövzusunda 
yazılmış əsərlərində ədəbi qəhrəmanların etik və estetik 
təkamülünü araşdırmaq, müharibə şəraitinə düşən insanların 
psixoloji böhranın təhlilini, bədii fikrin ümumbəşər və milli-
mədəni prosesləri fonunda öyrənmək tədqiqatın predmetini təşkil 
edir.
Məhz bu müharibəni bu gün də yaşayan xalq onun törətdiyi 
fəlakətləri olduğu kimi gələcək nəsillərə çatdırmağı özünə borc 
bilir. Bu gün müharibə haqqında yazılan əsərlərin çoxu 
hadisələrin şahidi olmuş adamlar tərəfindən qələmə alınmış və 
ona görə də inandırıcı və təsirlidirlər. Müharibə haqqında ən 
yaxşı əsərlər ABŞ nasirləri tərəfindən yazıldığı üçün, tədqiqat işi 
məhz ABŞ ədəbiyyatı ilə bağlıdır.
Tədqiqatın məqsəd və vəzifələri
. Dissertasiyanın əsas 
məqsədi XX-XXI əsr Azərbaycan və ABŞ yazıçılarının 
yaradıcılıqlarında müharibə və onun fəlakət və dəhşətlərini təsvir 
edən əsərlərini gerçəkliyin təcəssümündə realist üsullarından 
istifadə xüsusiyyətlərinin üzə çıxarılmasıdır. Bu məqsədin həyata 
keçirilməsi üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə 
tutulur. 
– müharibə mövzusundakı əsərlərin janr xüsusiyyətlərini 
müəyyənləşdirmək; 



– müharibənin şahidi olmuş yazıçıların əsərlərində insanın 
psixoloji durumunu, daxili ziddiyyətini müəyyənləşdirmək; 
– əsərlərdə təsvir olunan qəhrəmanların timsalında insan 
təbiətinin müharibə şəraitində vəhşiləşməsi prosesini göstərmək; 
– müxtəlif müharibələrdə düşmən obrazını təyin etmək; 
– qəddarlığa müqavimət göstərə bilən xeyirxahlığın gücünü 
təyin etmək; 
– hərbi münaqişələrdən sonra yaranmış əsərlərdə ayrı-ayrı 
fərdlərin 
təəssüratları 
əsasında 
gerçəkliyin 
təcəssümü 
xüsusiyyətlərini üzə çıxarmaq; 
– müharibənin bilvasitə və ya bilavasitə insan taleyinə 
təsirini açıqlamaq; 
– müharibə əleyhinə yazılmış əsərlərdə bədii üslubu təyin 
etmək; 
– insanın mənəvi təkamülünü müəyyənləşdirən əsas 
faktorları nəzərə çatdırmaq; 
– qəhrəmanlığın mənəvi mənbəyini göstərmək; 
– Azərbaycan və ABŞ yazıçılarının yaradıcılığında 
müharibə nəticəsində yaranan mənəvi sarsıntılarının səbəbini 
açıqlamaq.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin