Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ


“Hərbi roman janrının modifikasiyası”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Vusale Ibrahimova az-1

Hərbi roman janrının modifikasiyası” 
adlı
 
üçüncü 
paraqrafda XX əsrin ikinci yarısında ədəbi prosesdə əsas və 
7
Ковалев, Ю.В. Джеймс Джонс и его герои. Джеймс Джонс. Только позови. 
/ Ю.В.Ковалев. – Москва: Радуга, – 1983, – s. 850. 


16 
mərkəzi təmayüllərdən biri mövcud estetik meyar və dəyərlərə 
tənqidi münasibətdən danışılır. Gənc ədəbi nasir 30-40-cı illərdə 
Amerika ədəbiyyatında formalaşmış və 50-60-cı illərdə isə daha 
da möhkəmlənmiş bədii norma və kriteriyalara tamamilə yeni 
mövqelərdən yanaşırdı. Bədii təfəkkürün ictimai gerçəkliyə 
münasibəti, müsbət və mənfi qəhrəman bölgüsü, ədəbiyyatın 
qabaqcıl və baş qəhrəman konsepsiyası, keçmişə və yeni 
dəyərlərə yanaşma, çağdaş dünyaya baxış və s. demək olar ki, 
yeni nəslin əsərlərində ciddi dəyişikliklərə uğrayırdı. Ədəbi 
gəncliyin erkən nəsrində diqqəti cəlb edən əsas yenilikçi cəhət 
mövcud ədəbi qayda və qanunlara məşhur obraz və obrazlar 
sisteminə dekonstruktiv yanaşma idi. Dekonstruktivizm bu 
dövrdə müxtəlif üslub və axın nümayəndələrini yaxınlaşdıran, 
bir çox cəhətdən birləşdirən ən qüdrətli tendensiya idi. Cozef 
Hellerin “Tələ–224” əsərinin satirik və yumoristik nəsr üslubu öz 
ahəng və intonasiyasına, bir çox xüsusiyyətlərinə görə, başqa 
satirik nəsr üslublarından fərqlənir. Onun qatı, kəskin və qəzəbli 
kinayəsi, şən əhval-ruhiyyə yaradan yumordan fərqlidir. C.Heller 
cəmiyyətə narazı münasibətini sətiraltı mənalarla, istehza, güclü 
kinayə vasitələri ilə ifadə etməsi ilə oxucuları əyləndirmək üçün 
yox, düşündürmək üçün gülürdü. Bu gülüş acı və amansızdır. 
Müəllifin satirası İkinci Dünya müharibəsində dünyanı qan 
çanağına çevirmək istəyən bütün qara qüvvələrə yönəlirdi. Bu 
zaman onun gülüşü daha sarsıdıcı, öldürücü səciyyə daşıyır, daha 
böyük ictimai əhəmiyyət kəsb edirdi. Hər qəhqəhəsi qəzəb, kin 
və nifrət alovları saçırdı. İkinci Dünya müharibəsində hərbi-hava 
donanmasının qulluqçusu kimi iştirak etmiş Cozef Heller öz 
təəssüratlarını satirik və cəfəng üslubda “Tələ– 22” (Catch– 22, 
1961) romanında canlandırmışdır. Kurt Vonnequt Hellerin 
müharibə haqqında bu son əsərini Amerikanın faşizmlə aparılan 
mübarizədə iştirakını böyük bir yalan kimi təyin etdi. 
Hellerin təsvir etdiyi müharibə həcmcə böyük bir 
yarmarkanı xatırladır: burada hər şey satılıb alınır; insan 
həyatları, rütbələr və vəzifələr, neft və diyirçəkli podşipnik, türk 
noxudu və qara gavalı. Alverə, düşməni daxil etməklə, hamı cəlb 


17 
olunub. Eləcə də, təkcə düşmən hərbi obyektlərini deyil, mülki 
şəxsləri, elə öz eskadrilyalarında bombardman edirlər.
Yazıçı-fantast Kurt Vonnequt ədəbiyyata özünəməxsus 
mövzularla gəlmişdir. Onun əsərləri fərdi təsvir forması, süjet 
tamlığı və həyat lövhələri ilə oxucunun gözü önündə müharibə 
epizodlarını dayandırdı. Əsərləri mövzu əlvanlığı və kompozisiya 
bitkinliyi ilə seçilir. “Beş nömrəli sallaqxana; və ya uşaqların 
səlib yürüşü” romanında (Slaughterhouse Five; or The Children’s 
Crusade, 1969) əsərində fikirlər, ifadələr aydın və sadə olduğu 
qədər də fəlsəfi və düşündürücüdür. Yazıçı fantastik roman 
janrına müraciət edərək vaxt, zaman kəsiklərinə özünəməxsus 
rakurslardan yanaşmaqla bircə anla, min ili yaxınlaşdırır, həyatla 
ölüm və olum arasındakı münasibətlərə öz arşını, baxış bucağı 
ilə yanaşır. O, zamanı qabaqlamağa çalışır. Müəllif eksperiment 
apararaq zamanı əsərin infrastrukturuna, obrazına daxil edərkən 
o, zamanı adi müşahidəçi kimi yox, həm də həyatın mahiyyətinə, 
onun gedişatına təsir edə biləcək element kimi, ortaya qoyur, 
ondan deyimin uğurlu şəkildə ifadə olunması məqsədilə istifadə 
edir. Həqiqət uydurmadan daha dəhşətli və inanılmaz olduğu 
üçün müəllif qrotesk və fantastikadan istifadəni elə ilk səhifədən 
başlamaqla qəhrəmanı iki müharibənin –İkinci Dünya və 
Vyetnam müharibələrinin iştirakçısına çevirir. 
Dördüncü 
paraqraf 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin