Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   14
Vusale Ibrahimova az-1

“Hərbi roman janrının 
bədii estetik xüsusiyyətləriMüharibədə insan amili”
adlanır. 
Uzun illər oxucuya estetik zövq aşılamaq yazılı ədəbiyyatın 
yeganə estetik funksiyası hesab edilmişdir. Bu günün elmi-nəzəri 
fikri yazılı ədəbiyyatın praqmatik funksiyalardan sərf-nəzər 
2
Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı, “Mütərcim”, 2008, – s 213. 


12 
edilməsini və bədii-estetik funksiyanı “yeganə funksional 
keyfiyyət kimi” elan edilməsini birmənalı qarşılamır. Müasir 
milli ədəbiyyatşünaslıq düşüncəsində əyləndirici-estetik funksiya 
yazılı ədəbiyyatın idrakı, tərbiyəvi funksiyaları ilə bir sırada yer 
alır. Nəzəriyyəçi alim R.Əliyev tamamilə doğru qənaətə gəlir ki, 
“müxtəlif janrlarda ədəbiyyatın müxtəlif funksiyaları aparıcı 
olur”
3
. Bu mənada roman janrında, heç şübhəsiz ki, əyləndirici-
estetik funksiya, idrakı tərbiyəvi funksiyalardan sonra gəlir. 
İdraki funksiyanın önə keçməsi romanın sosial və fəlsəfi təbiəti 
ilə birbaşa bağlıdır. Məhz bu mənada roman “dünya modeli” elan 
edilir və bu elan onun üzərinə düşən missiyanı şifahi ədəbiyyatın, 
deyək ki, eposun üzərinə düşən funksiya ilə eyni müstəviyə 
gətirir.
XX əsrin ikinci yarısından sonra ədəbi prosesinin səciyyəvi 
cəhətlərindən biri də janr münasibətində dəyişmələrin baş 
verməsidir. Janrlararası münasibətlərdə keçmələr, poetik 
qarışıqlıq bu dövrün ədəbi janrları üçün səciyyəvidir. İndi sırf saf 
janrdan danışmaq bir qədər çətindir. Ümumiyyətlə, burada poetik 
ehkamçılığa yol verməyə ehtiyac yoxdur. Elmi Texniki İnqilabın 
başlanması ilə bağlı stresslərin artması – yəni zəmanə özü artıq 
60-cı illərdən başlayaraq janrlara çeviklik və yığcamlıq gətirən 
elementlərin gəlməsinə şərait yaratdı. Ədəbiyyatda psixologizm 
gücləndi, sənət pafosdan, patetikadan, möhtəşəm bədii 
təsvirlərdən, təfərrüatlardan adiliyə endi.
Azərbaycan alimi N.M.Sadıqova janrlar haqqında belə 
yazır: “XX əsr ədəbiyyatı fövqəljanr müxəlifliyi və tədricən 
dəyişkən janr və janr sistemləri ilə səciyələnir: Bəzilərindən 
rəhmsız imtina olunur, bəziləri köhnəlmiş elan olunur, yeniləri 
peyda olur və sonra öz yerlərini başqalarına verir, əvvəllər 
uyuşmayan janrlar, indi qəribə sintez yaratmış olurlar... lakin 
müəyyən janrlardan imtinaya heçdə onların izsiz qeyb olması 
3
Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı, “Mütərcim”, 2008, – s. 213. 


13 
demək olmaz, çünki “klassik janrlar tamam yeni, gözlənilməz 
formalarda peyda ola bilər”
4

Ədəbiyyatşünaslıq elmindən məlumdur ki, trilogiya bir 
müəllifin ideya ümumiliyi və mövzu ardıcıllığı, süjeti ilə 
birləşən üç ədəbi əsərdir. Trilogiya klassik ədəbiyyatdan üzübəri 
gələn ədəbiyyatşünaslıq terminidir, belə ki: Dramaturji, yaxud 
təhkiyə janrında yazılıb, vahid müəllif qayəsi ilə bir-birinə bağlı 
olan üç ədəbi əsər. 
Hər hissə müstəqil sayılır və hər birinin də, öz müstəqil adı 
var. Sadəcə, bu müstəqil romanları eyni mövzu və eyni obrazlar 
birləşdirir. Burada dərin həyati müşahidə, yaşanmış həyatın 
qənaətləri, zamana, dünyaya, insan aləminin ziddiyyətlərinə 
kəskin baxış bucağı altından nəzər var. Görünənlər sözlə göz 
önünə gətirilir. İstedadlı qələm sahibi Ceyms Counsun 
diqqətçəkən nəsr nümayəndələrindən biri kimi iri həcmli 
memuarvari trilogiyası: “Buradan əbədiliyə doğru”, “Nazik 
qırmızı xətt”, “Sadəcə səslə” adlanır.
“Buradan əbədiliyə doğru” romanı mövzusunun genişliyi, 
aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və ədəbi 
dəyər baxımından Amerikan bədii nəsrinin müharibə haqqında 
yazılan ədəbiyyatın ən parlaq və nadir nümunələrindəndir.
Havay adalarında hərbi xidmətdə olarkən yaponların Perl-
Harbora 1941-ci ildə hücumunun şahidi olmuş, Quadalkanal 
adasında gedən döyüşlərdə iştirak etmiş, yaralanandan sonra 
ordudan 1944-cü ildə təxris olunmuş Ceyms Couns ABŞ hərbi 
roman ustalarının liderlərindəndir. “Folkner və Hemengveyi kim 
əvəz edə biləcək?” sualına 60-cı illərin tənqidçiləri ən çox gənc 
Counsun adını çəkirdilər.
5
“Buradan əbədiliyə doğru” (From 
Here to Eternity, 1951) ilk romanı Amerika ədəbiyyatında 
müəllifini öncül cərgəyə qoydu.
Sonralar “Nazik qırmızı xətt” (The Thin Red Line, 1962) və 
“Sadəcə səslə” (Whistle, 1978) və “Buradan əbədiliyə doğru” 
4
Садыхова Н.М. Современная амриканская научная фантастика. Проблемы 
метода и жанра (на матеиале амерк литературы) Баку: 1987, – s. 83. 
5
Никомокин А.Н. Американский романтизм и современность. М. «Наука», 
1986, – s. 30. 


14 
romanları trilogiya yaratmışdı. Hər üç əsərdə sadə amerika 
əsgərinin özünü bir fərd kimi, itaətkar oyuncaq olub məhv 
olmaması uğrunda apardığı mübarizənin şahidi oluruq. “Bu 
romanda ilk dəfə təqdim olunan bir çox mövzular müharibədən 
sonrakı amerika nəsrində şöhrət tapdılar. Özgələşmə və 
ünsiyyətsizlik, anonimlik, simasızlıq, şəxssizləşmə – bütün bu 
kimi sosial-psixoloji kateqoriyalar hərbi həyatın qabarıq realistik 
səhnələrində 
təqdim 
olunmuşdur. 
Faciə 
hissi 
əsərdə 
“müharibənin dəhşətləri”lə deyil, məhvedici hərbi bürokratiya 
şəraitində daha acınacaqlı təzahür edən burjua cəmiyyətinin ağıla 
sığmayan boş həyat tərzi, ilə göstərilir” – deyə Amerika 
ədəbiyyatının sovet mütəxəssisi Mulyarçik yazır. Əsərin baş 
qəhəmanı Robert Pryuit, və ya sadəcə dostları deyən kimi Pryu 
adi bir sıravi əsgərin, həyatın və zamanın formalaşdırdığı 
minlərlə gənclərin taleyini yaşayan cavanın obrazı – gənc 
müəllifin əsas uğuru idi. Otuz illik hərbi xidmətə yazılan şaxtaçı 
oğlu “əsgər olmaya bilməzdi. Onun kimi oğlanlara bu yeganə 
çıxış yolu idi”.
6
Bir dəfə şeypuru əlinə alan Pryu onun cazibə qüvvəsini, 
möhtəşəmliyini və təntənəsini hiss edir və eyni zamanda elə 
zəriflik və qəmli hisslər keçirir o məqamda ki, başa düşür – 
şeypur çalmağa onun istedadı var. Və o, düşünür ki, öz amalına 
özünü həsr edə bilirsənsə, deməli həyatın uğurlu sayıla bilər. Və 
o, öz silahdaşı tərəfindən öldürülməyə məhkum olunandan çox 
əvvəl dostları ilə birgə öz həyatına və sadə, adsız əsgərlərin 
həyatına “Hərbi qulluqçunun blyuzu” əsərini – rekviyem 
bəstəliyir. “Buradan əbədiliyə doğru” roman Pryunun ölümünün 
bilavasitə günahkarı olmuş rota komandiri Xolmsın oğlunun 
anası ilə çox mənalı söhbət ilə yekunlaşır. ABŞ Təzəcə İkinci 
Dünya müharibəsinə qoşulub. Karen Holmsın atasından keçən 
hərbi xidmətə olan həvəsi anasəna belə bir sual ilə müraciətini 
gorürük: – “Ana, necə bilirsən, bu müharibə mən Uest Pointdə 
6
Мулярчик, А.С. Спор идет о человеке. О литературе США второй 
половины XX века. / А.С.Мульярчик. – Москва: Советский писатель, – 1985, 
– s.47. 


15 
hərbi məktəbi qurtarana qədər çəkər məndə orada iştirak edim?” 
– deyə soruşur. “Ana inkar cavabı verir, lakin dərhal oğlunu 
“əmin” etməyə çalışır ki, “sən böyüyənə kimi başqa bir müharibə 
başlayar” – “Sən əminsən, ana?”– oğul fikirli soruşur. 
7
C.Counsun “Nazik qırmızı xətt” romanı on beş il 
müharibədən sonra yazılan antimilitarist əsərdir. Bu kimi 
romanlar 
müharibədən dərhal sonra yazılan əsərlərdən 
fərqlənirdilər, çünki bu illər ərzində baş verən hadisələr onları 
səciyyələndirən personajların kontekstində açılırdı. Müharibədən 
sonrakı Amerika həyatı yazıçıları qırxıncı illərdə yaşamış 
qəhrəmandan aralanmaqlarına səbəb oldu. Bu zaman müharibə 
gerçək həyatın problemlərin həll etməsi üçün bir fon kimi 
göstərilir.
Əsərin adı da qədim atalar sözündən götürülüb. “Müqəddəs 
insanı dəlidən yalnız nazik qırmızı xətt ayırır”. Xeyirlə şər 
arasında da yalnız nazik qırmızı xətt mövcuddur. İnsanın 
daxilindəki ziddiyyətlər müəllifin əsas məramıdır. Müharibə 
şəraitinə düşən insan psixologiyasının təşviqinə çox diqqətlə 
yanaşan müəllif insanın daxili konfliktini insan və cəmiyyət, 
insan və vicdan, insan və məhəbbət kimi problemlərini də görür. 
Trilogiyanın sonuncu hissəsində – “Sadəcə səslə məni” 
romanında insanın hətta faşizmə qarşı aparılan müharibənin də 
əleyhinə çıxması göstərilir. Ona görə rus ədəbiyyatçıları onun bu 
əsərini ən çox faşizmdən əziyyət çəkən avropalılara qarşı təhqir 
kimi qəbul edirdilər. Lakin son romanında Couns 1978-ci ildə II 
Dünya müharibəsindən 33 il keçdikdən sonra, Koreya və 
Vyetnam müharibələri, ərəb-İsrail qarşıdurması və s. nəticəsində 
ədibin müharibədə insan amilinə münasibətinin dəyişməsi ilə 
nəticələndiyindən bəhs etmişdirə Ümumiyyətlə müharibə 
əleyhinə çıxış edən müəllif bir daha bu əsərdə öz mövqeyini 
bəyan etmiş oldu.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin