Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Vusale Ibrahimova az-1

“Müharibə və onun müxtəlif 
əyaniləşmə formaları
” adlanır. Keçən əsrin ortalarından 
dünyanın taleyi üçün narahatçılıq keçirən və bu həyəcanları, 
narahatlıqları insanı, dünyanı, təbiəti qorumaq motivləri üzərində 
kökləyən ədiblər yetişdi.
Yer kürəsinin gələcəyinə, varlığına narahat olan qələm 
sahibləri Dünya – Yer kürəsini barıt çəlləyinə bənzədib, insanlar 
öz ayağının altına qoyub bu mərmini, istehsal etdikləri 
bombalarla yer kürəsini dünyadan yox edəcəklərindən qorxur
narahat olur və bu dağıdıcı, məhvedici bombaların ondan da 
dəhşətli təhlükələr törədəcəyindən narahatlığını ifadə edirlər. 
Stefan Qeym Amerika həyatını müharibədən çox uzaq, lakin 
bilavasitə onunla əlaqədə olaraq qələmə alan nasirlərdəndir. 
Qeymin məhşur hekayələrində hərbçi olmayan və müharibədə 


18 
iştirak etməyən, lakin qaynar hadisələrlə sıx bağlı olan insanların 
psixoloji durumunun təsviri ilə insan təbiətinin mahir bilicisi və 
realist nasir kimi tanınmışdır. Onun hekayələrinin qəhrəmanları 
dünyanın o başında gedən müharibələrə görə həm gərgin 
psixoloji, həm də ağır fziki vəziyyətə düşən insanlardır. 
Stefan Qeym tərəfindən yazılmış “Birə” hekayəsi də onun 
mahir psixoloq olduğunu bir daha göstərir.
Hekayə professor Elinqtonun Kemp şəhərində yerləşən 
qarajında şənbə səhərinin təsviri ilə başlayır. Professor
Elinqton çox məmnuniyyətlə Amerikanın müdafiə gücünün 
artması naminə çalışır. Və məhz onun sayəsində həddən məxfi 
bakteriya “iyirmidən üçyüz” seriyasından alınmışdı və onun 
Pentaqondakı rəhbərinin dediyinə görə: “Professor” Elinqton 
olmasaydı “E–327” hələ də həyata keçməmiş arzu olaraq 
qalacaqdı. Əsl faciə cənab Elinqtonun sabahı gün “E–327” 
bakteriyasına yoluxduğu məlum olandan sonra baş verir.
Həyat yoldaşı və övladlarının yoluxmaması üçün Elinqton 
Kempa qayıtmaq və Moto ilə danışmaq qərarına gəlir. Və birdən 
XX əsrin amansız zarafatını düşünərək anlayır ki, o, artıq özü 
məxfi silaha, zəhərlənmiş gülləyə çevrilib və istədiyi vaxt atıla 
bilər. Özü əzab-əziyyətlə öləcək. Onun ölümündə günahı olan 
insanlardan intiqam almaq iqtidarında idi. Və professor 
günahkarları axtarmağa başlayır. Daxili iztirablar keçirərək
“Birdən o, əcəzəxananın qarşısında dayandı və pəncərədən 
gözlərini ona dikəltmiş qatili gördü. Vitrinin keyfiyyətsiz şüşəsi 
görüntünü tanınmaz etmişdi, lakin o yenə də kifayət qədər aydın 
idi: hündür, qamətli, xoşagələn amerikalı, əla ailə başçısı, şəhər 
ətrafında evi, yaxşı geyimli və nə üzündə, nə də baxışında 
cinayətkara oxşar bir əlaməti olmayan – budur əsl qatil!
Ulyam Stayron çağdaş Amerika ədəbiyyatında ədəbi-bədii, 
fəlsəfi-estetik və milli düşüncənin formalaşmasında əvəzsiz 
xidmətləri olan yazıçıdır. Koreya müharibəsinin ən şiddətli 
məqamında baş verən kəskin hərbiləşməyə öz tənqidi 
münasibətin 1952-ci ildə çıxan “Uzun sürən yürüş” hekayəsi ilə 
yazıçı-pasifist Ulyam Stayron öz mütərəqqi ideyaların bir realist 
kimi qələmə almışdır. 


19 
Bir vaxt keçdikdən sonra qələmə alınmış hərbi təcrübə 
ehtiraslı bir yazıçının qələmindən çıxmış əsər təsiri bağışlayır. 
Hekayənin ərsəyə gəlməsinin səbəbi amerikalıların Koreyada 
apardıqları müharibə idi.
 
Bu gün yenə Amerika Koreyanı 
müharibə ilə hədələməkdədir. Deməli əsərin mövzusu bu gün də 
çox aktualdır. 
Görkəmli jurnalist və publisist Stiv Kol və Çerenu Bouen 
müharibə həqiqətlərini əks etdirən əsərləri sənədli-publisistikanın 
təzahürünə çevrilir. Müharibə dövrünün tələblərindən irəli gələn 
ən yararlı və operativ janrlar hekayə, oçerk, şeir, publisistik 
məqalələrdə qanlı-qadalı döyüşlərin canlı iştirakçısı olub və bu 
ümdə səbəbdən də oxucu ruhuna müharibənin psixoloji ovqatını 
aşılaya bilir, oxucunu qiyabi-xəyalən müharibənin od-alovunun 
içinə ata bilirlər. Əsərlərdə bədii obrazlar hesabına fakt və 
hadisələri müxtəlif rakurslardan şərh edən müəlliflər iri 
dövlətlərin siyasi mənafeləri nəzərə alınmaqla müharibə kimi 
taleyüklü məsələni dünyəvi qanunlar və geosiyasi vəziyyət 
kontekstindən nəzərdən keçirirlər.
Əsərlərin sənədli faktlarla bolluğu dramaturji strukturun 
əsasını yaratmış olur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin