Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
95 
adam  var.  Onu  da  qeyd  edim  ki,  həkim 
məsləhəti  olmadan  istənilən  xəstənin 
dərmanına  yeməyə  qonaq  olurmuĢ  kimi 
Ģərik çıxmağı özünə man bilmir. 
 Xülasə,  axırıncı  dəfə  dostum  mənə 
gileyləndi 
ki,  kiĢinin  qəribəlikləri, 
qorxuları getdikcə artır. Ġndi də gecə iĢıq 
keçən  kimi  oyanır,  qaranlıqda  yata 
bilmir.  Deyir,  axırı  bezdim,  dedim  bunu 
aparım  bir  təbibin  yanına  görüm  o  nə 
deyir  –  bu  qədər  də  olmaz  axı.  O  da 
yoxladı,  bilmirəm  dedi  nə  xəstəliyidi  – 
adı  da  yadımdan  çıxdı.  Bir  az  da  dava-
dərman yazdı, götürdüm gəldim. 
Bunu  eĢidəndə  həmin  xəstəliyin  adı 
yadıma  düĢdü,  day  özümü  saxlaya 
bilmədim.  Dostuma  dedim  ki,  xətrinə 
dəyməsə o xəstəliyin adını mən deyərəm. 
 
-
 
Nə? 
 
-
 
Toyuq xəstəliyi 
ƏĢĢi, bu sözdən sonra bizdə can qalmadı. 
Nə  cür  qəĢĢ  eliyib  güldüksə,  hələ  bir 
müddət yadımızdan çıxmayacaq.  
    Sonra  anamdan  yenə  soruĢanda  dedi 
ki,  bəs  onun  el  dilində  adı  daha  dəqiq 
―toyuq  korluğu‖  xəstəliyidir  ki,  bu  da 
gecə  görmənin  pozulmasıdır.  Ġnternetdən 
öyrəndim  ki,  elmdə  ―hemeralopiya‖ 
adlanan  bu  termin,  ayrıca  xəstəlik  deyil, 
müxtəlif 
göz 
xəstəliklərinin 
simptomudur. 
     Bunu  qardaĢımla  danıĢıb  yenə  bir 
xeyli ürəkdən gülüĢdük. Bəli, yaxın dost 
dediyim  qardaĢımla.  Ondan  daha  yaxın 
dost kim olacaqdı ki… 
 
 
 
                                                                          
 
 
 
 
 
POEZ
İYA... POEZİYA... 
 
Ziba Xəlil  ĠĢıq     
 
 
Ruhumun Ģəklini çək! 
YaxĢı  rəssam deyillər sənə... 
Mənə darıxmağın rəsmini  çək, dostum! 
Mənə boğulmağın tablosunu yarat! 
Mənə bezməyin  çizgilərini ver! 
Çarəsizliyin necə 
Portretini iĢləyə bilərsənmi?! 
Ya gözləməyin?! 
Ya səbrin, hövsələnin?! 
Ya dözməyin... 
Nadan adamların söz qusuntusuna 
dözməyin rəngləri  varmı?! 
Ġyrənməməyin  tonları necə? 
Mənə unutmağın akvarelini fırçala! 
Xatırlamamağın soyuq fonunda... 
Mənə susmağı  boya  
kətan üzərində. 
Hayqırmağın reylefini xətlə. 
Sərhəddini  dəqiqləĢdir. 
Durulmğın, pak olmağın 
yolunu de,  
fırçanı təmizlədiyin bir fincan suda. 
 
YaxĢı  rəssam deyillər sənə, dostum! 
Ġçimdəki  kədəri, qüssəni 
naturadan köçürə bilərsənmi?! 
Bəs talesizliyin naxıĢlaırnı?! 
Sevinci  isti tonlarda, 
Dərdi... 
Dərdi  qar kimi soyuq,  
buz kimi Ģəffaf vermək mümkünmü?! 

96
№ 3 (15) Payız 2015 
 
Rəssam! 
Əff etmək... 
Əff etməyin rənglərini qarıĢdır, 
yeni  rəng al! 
Çiz bağıĢlamağın qrafik rəsmini. 
YaxĢı rəssam deyillər sənə, dostum! 
Çək! 
Çək, dostum! 
Çək, çəkə bilirsən 
 Ruhumun Ģəklini.... 
 
 
 
bəlkə bir gün 
bəlkə bir gün. 
açılar qapıları taybatay 
könül sarayımın 
günəĢ sızar içəri  
incə Ģəfəqləri ilə 
yandırmadan 
səni andıran... 
 
bəlkə bir gün 
yaddaĢımın ən gizlin yerindən 
oyanar 
qalxar ayağa 
sənlə bağli ən Ģirin xatirə 
cuĢa gələr duyğular 
ruhun dolar otağa 
hisslərimi qıdığlar. 
 
bəlkə bir gün 
uzaq  fin körfəzində 
sərində 
taxtadan tikilmiĢ 
kicik bir daxmada 
yuxudan oyanaram. 
qağayıların səsində 
"səni sevirəm!" 
"səni sevirəm!" 
pıcılltarını duyaram ... 
 
bəlkə bir gün 
poçtalyon bir bağlama gətiriər 
üstündə imzasız. 
təəccüblənərəm böyüklüyünə 
kimdən, 
nədir deyə 
açmağa qorxaram 
sonra maraq güc gələr 
alıb əlimə qayçını 
əllərim əsə-əsə 
sökərəm bağlamanı. 
icindən... 
içindən  
qamıĢdan hörülmüĢ dibçəkdə 
çiçəyi üstündə  
lavanda kolu cıxar  
canlı 
sevincdən donaram  
bir anlıq 
imzan bu,  anlaram... 
 
bəlkə bir gün 
payızın sonuncu günü 
xəzəlli xalı üstündə  
uzanıb 
ağacların göz yaĢına 
yarpaqların son bahar rəqsinə 
qoĢulub 
dəsmal bağlayaram küləyə 
sənə iĢarə 
bəlkə gələrsən deyə... 
bəlkə... 
bəlkə bir gün... 
 
 
Sən məni sev 
Sən məni sev! 
Mən çiçəkləri. 
Sən məni qoru! 
Mən ləçəklərin. 
Bu Dünya tordu. 
Biz bu dünyanın 
Kəpənəkləri... 
 
Tanrım, rəhm elə! 
Sevməyə ürək, 
Uçmağa qanad. 
Məsud olmağa 
Fürsət, Ģans tanı. 
Ġmkan, səbəb ver! 

                            Üç aylıq ədəbiyyat dərgisi 
97 
Özün hifz elə! 
Sevən, sevilən 
Gülü, çiçəyi 
Bu zərif, güclü 
Uçan, uçuĢan 
Tordan yayınan 
Kəpənəkləri... 
 
 
Göylərin ziyafət 
Ulduzlardan plov süzdüm. 
Ayı da qoydum baĢına. 
Payız kimi səndən küsdüm. 
Gəlmədin qonağlığıma. 
Gəlmədin Ģirə içməyə. 
Buludumın göz yaĢından. 
Yarpaqlar özün atırdı. 
Qoca Çinarın qaĢından. 
Acmısansa dön geriyə. 
Kabab çəkmiĢəm doludan. 
ĠĢtahanı itirmə, gəl! 
Qorxuram dolu əriyə. 
Qala GünəĢ təndirini. 
Kündəliri yapım yenə. 
Yandırmamaq üçün məni . 
Dumanı sarı əlimə. 
Fikrini dəyiĢ də, qayıt. 
Təbiətin bayramına. 
Çiskin ürəyimi qurut. 
Çıxaq göyrəin damına. 
Göylər ziyafət verəcək. 
Bu gecə hər ikimizə. 
Bir bulud plov çəkərəm 
Yeyərik ləzzətimizə... 
 
Barmaqlar klaviaturada
 
Ortaq dostların "status"larında  
rastlaĢırıq bəzən. 
sən rəy yazırsan, 
mən "like" edirəm... 
ümumi dostlarımızın  
ad günündə qarĢliaĢırıq sanki. 
sən sağlıq deyirsən, 
mən əl çalıram... 
virtual bu  
reallığımız yani... 
hanı?! 
hanı kucələrdə qarĢılaĢmalar?! 
vağzallarda... 
hava limanında... 
həyat neçə dəfə rastlatdı bizi?! 
neynəsin yazıq.... 
yadindamı?" 
sən "Ġkarus"la Bakıya gedirdin, 
mən qayıdirdım. 
vavzalda... 
ani baxıĢ. 
yaddaĢda iliĢəcək 
bir Ģeirdə qalacaq görüĢ. 
hani o hava limani?! 
yaz idi, ya payiz?! 
artıq xatırlamıram. 
mən Moskvaya uçuram. 
sən Leninqrada... 
salamlaĢmalar  
yad kimi ... 
ya da... 
ya da nəğmələdə görüĢüruk. 
ortaq mahnılarımızda. 
ruhumuz eyni ya. 
zövqümuz də. 
biz də! 
xoĢbəxt ola bilərdik biz də. 
amma olmadıq. 
qədər, inad, dəyər bilməmək 
bilmirəm, nə zibilsə.. 
indi nə ad versək yalan olar. 
olan olub... 
kasa dolub. 
amma yenə... 
(nə yaxĢı ki "amma"lar var.) 
nə yaxĢı ki bəzən, hərdən 
rastlaĢırıq virtualda 
icimizdə nisgil. 
üzdə laqeyidlik maskası. 
bozarmiĢ boyalar naturada. 
ürəkdə ağrı. 
barmaqlar?! 
barmaqlar klaviaturada... 
*** 

98
№ 3 (15) Payız 2015 
 
ortaq dostların  
postlarında qarĢılaĢırıq indi... 
 
Çürük xatirələr 
Çaldım qatıq kimi xatirələri. 
Yarı süd, yarı su ayran alındı. 
Niyə saxlamıĢdım çürük günləri?! 
Demən bu gün doğru,  
Dünən yalandı. 
 
Bəxtəvər o kəsdi bu günü gözəl. 
Dünəni bundan da mənalı olub. 
Ehtiyac qalmaya bəzəkli sözə. 
Kefli hala düĢə- xəyala dalıb. 
 
Kiminə acı bir zəhər kimidi. 
Kimi Ģərab salır yadına. 
Boğaza doluĢan qəhər kimidi. 
Kimininsə çatır hərdən dadına. 
 
 
YaĢlanmıĢ insanının qoltuq ağacı. 
Gəncliyin gündəlik tutmaq həvəsi. 
Geri çevirirsən sanki sayğacı. 
Yenə düĢündürür böylə hərkəsi. 
 
Bu gün günün xoĢsa, heç qəm eləmə. 
KeçmiĢi tərpətmə yerində qalsın. 
Kimi bu günündən doğramac etsin. 
Kimi dünənindən dovğa bulasın ... 
 
 
Balan ölsün 
Bu yazını sənmi yazdın? 
Fələk sənin balan ölsün. 
Bu nə xətdi  cızma-qara. 
Yazdıqların yalan olsun. 
 
Nə etsəm qalmadın  razı. 
Səhv yozdun doğrunu-düzü. 
Sənin kimi, insafsızı. 
Talan olsun, talan olsun. 
 
XoĢbəxtlik mavi bir quĢdu. 
Ha tutmaq istədim uçdu. 
Köhnə acıları biçdim 
Yeni  dərdə salan ölsün. 
 
Sevgim uzaq oldu mənə. 
Ac qaldım məhəbbətinə. 
Mənim  yar  adlı dərdimə. 
Ġnanamayıb gülən ölsün. 
 
Fələyi  görsən deyirsən. 
Hicranı bərabər bölsün. 
Məni   sənə həsrət qoyan. 
Səni  məndən alan ölsün 
 
 
 
Əbədi GünəĢ kimi 
Yanmaz! 
Donmaz! -deyərdim, ruhum. 
Yorulmaz canım. 
Nə zaman olub bu?! 
Min il öncə. 
Cavandim onda 
Güclüydum. 
Necə safdim. 
UĢağdım... 
Yüirüdum ömrun yollarinda. 
Yandim, biĢdim. 
Neçə cür, neçə təhər hallara düĢdüm. 
Çiçək kimi açdım hərdən. 
Bulud kimi doldum 
YağıĢ kimi yağdim.  
Su kimi axdim hərdən. 
Buz kimi dondum. 
Neçe cur, nə fason hallara düĢdum. 
Əvvəl bərk halına maddənin. 
Sonra yumĢaq halına. 
Bütün kimyəvi proseslərdən keçdim. 
UyuĢdum ruhumun əhvalına. 
Hərdən nadan gözdən,  
Çürük sözdən.  
Bərkidim daĢ kimi. 
Hərdən də... 
Hərdən də plazma halina düĢdüm 
maddənin. 
Əbədi GünəĢ kimi. 
Qabırğadan yarana 

                            Üç aylıq ədəbiyyat dərgisi 
99 
Kimi "anam" dedi, kimisi "bacım" 
Kimi "qızım" dedi, kimi "sevgilim". 
Nə sevgin tükəndi, nə bitdi gücün. 
Bölündün meyvə tək sən dilim-dilim. 
 
Doğmalara yanan od-ocaq oldun. 
Keçən çör-çöp atdı yanan ocağa. 
Övladına isti bir qucaq oldun. 
Özün sığınarkən soyuq bucağa. 
 
Gecələr yatmadın, bala böyütdün. 
Qəlbinin gözüylə səhəri açdın. 
Sən oğul böyütdün, sən qız böyütdün. 
Canını əritdin- ağardı saçın. 
 
Qoyuldu boynuna, dünyanın suçu. 
Bütün olmuĢların, olacaqların. 
Allahın əlində günah keçisi. 
Ġblisin əlində fahiĢə qadın. 
 
Əvvəlin iĢıqdı, sonun qaranlıq. 
GünəĢsən, buludlar örtüb çöhrəni. 
Səndən yarandısa bütün insanlıq, 
Niyə qabırğadan yaratdı səni?! 
 
Kimi anam dedi, kimisi bacım. 
Sən duyan, sən yanan, bəzən yandıran. 
Kimi Ģirin dedi, kimisi acı. 
Sən ey, qabırğadan, candan yaranan... 
 
 
 
Bakı kimlərin Ģəhəridi 
Bakı kimlərin Ģəhəridi?! 
Varlıların, yoxsulların?! 
Bakı kimlərin Ģəhəridi?! 
Yerlilərin?! 
Gəlmələrin?! 
Bakı kimin Ģəhəridi?! 
Mənim?! 
Sənin?! 
Bakı milyonçular Ģəhəri. 
Bakı bir çörək dalınca 
Əyalətən köç edən aclarıın pənah yeri. 
Bakı ümidlər, arzular,  
xəyallar paytaxtı. 
Bakı məyusluq, qorxu, hürkü baĢkəndi. 
DiĢləyər, çeynəyər, udar. 
Balinalara yem olar burda xırda balıqlar. 
Bakı sevənlərini ac qoyan, peĢman edən. 
Dağıdanlarını məhĢur, tox edən dağ. 
Bakı elm, savad, bilik ocağı. 
Gənclərin gəncliyi, tələbələrin çırağı. 
Bakı kimlərin Ģəhəridi?! 
Dağıdanların, quranların?! 
Atanların, gedənlərin?! 
YaĢayanların,qalanların?! 
Tozu, küləyi, dənizi. 
Hər tinində tarixin, qədim ... 
KeçmiĢin izi. 
 
Bakı kimlərin Ģəhəridi?! 
Küçə-küçə, tin-tin 
Kəsik-kəsik. 
Uğultu, sevgi, nifrət daĢıyan 
Qoca, yorğun, qədim qala 
Biz yaĢarıq, gedəsiyik. 
Onu sevən, ya bezikən. 
Bakı qalıb, yenə qalar... 
.... 
Bakı kimlərin Ģəhəridi?! 
Cavab sizin... 
 
 
Kənan Hacı 
 
 
 
     Oxucularımız Kənan Hacını əsasən 
nasir kimi tanıyırlar. Elə dərgimizdə də 
onun nəsr əsərləri çap olunub indiyəcən. 
Amma Kənan bəy həm də istedadlı 
şairdir. Hətta bu yaxınlarda “Xan” 
nəşriyyatında şeirlər kitabı da işıq üzü 
görüb. Dərgimiz çapa hazırlanarkən 

100
№ 3 (15) Payız 2015 
 
qələm dostumuzun hepatit – C 
xəstəliyindən əziyyət çəkərək xəstəxanaya 
yerləşdirildiyi xəbəri gəldi. Kənan bəyə 
can sağlığı arzulayır və deyirik:”Yastığın 
yüngül olsun, dost!” 
 
 
 
*** 
 
Əvvəl sevgi doğulur, 
sonra uĢaq, 
ümidlər sevincin üzündən heç vaxt 
öpmür, 
ömrümüz balıq kimi çırpınır 
tərəddüdlərdə… 
ümidlər ithaf olunur gecikmiĢ sevgilərə, 
oğlum olsa, adını Ümid qoyardım, 
məndən sonra ölən ümidlərin Ģərəfinə!… 
Mənə nəsə olub, sən də duymusan, 
çünki bilirsən; 
əvvəl sevgi doğulur, 
sonra uĢaq, 
bəlkə o uĢağı sən doğacaqsan, 
zaman bətnində yubanır bəlkə?!.. 
Bu gecənin əzabı da halal xoĢun, 
külqabıda söndürdüyüm yarımçıq fikirlər 
də, 
sinəmdə vaxtı sənin saatına qurmaq 
istəyim 
sənə gülməli gəlməsin, 
bütünü gecikmələrin heyfini çıxıram 
keçib getdiyim yollardan… 
Əvvəl sevgi doğulur, 
sonra… 
sonra deyərəm… 
 
 
*** 
 
Kənd reproduksiyası – I 
 
bu Ģəhərin dodağında 
yenə söndü iĢıqlar, 
ümid küçəsini keçib 
doğulduğum kəndə döndüm, 
gördüm ümidin baĢdaĢın əyib zaman… 
kürəyini dənizə söykəyən evin 
qəbir kimi uzun sükutunu 
ĢimĢək kimi doğradı 
içimi boğan qəhər, 
qəbirdən gələn səs kimi 
inildədi nəm divarlar: 
Ģəhər ögey anadı, 
burda da doğman qalmayıb, 
bura ölməyə gəlmisən?… 
bir vaxt anam baxan güzgüyə, 
atam baxan güzgüyə 
bir də baxdım, 
əksimi göstərmədi, 
daĢa basdım burda soyuq iĢıqları, 
qaranlığı əl-qolumu doğradı, 
bir Ģam yandırıb oturdum, 
tozlu pəncərədən 
mənə yad adam baxırdı, 
qəlbinin küncündə boğduğu kədər 
qırıĢa çevrilib alnına çıxmıĢdı, 
yumruğumla qırdım pəncərəni də!.. 
 
 
 
*** 
 
Dumandan sıyrılıb çıxdın qəfildən, 
qollarımın halqası qədər 
kiçildi Ģəhər, 
nəfəsin dəydi üzümə, 
bədənin axdı köksümə, 
ağız dadını bildim… 
səndən əvvəl nəfəsim belə titrəmirdi
köksüm belə geniĢ deyildi, 
uzaqlar bu qədər yaxın deyildi, 
itmək istədiyim yerdə tapdım səni… 
Yandıra bilmədim siqaretimi, 
yandırdın bir təbəssümünlə 
acı həsrətimi… 
itmək istədiyim yerdə tapdım səni, 
ay mənə sevgidən dərs keçən gözəl… 
  
  
 

                            Üç aylıq ədəbiyyat dərgisi 
101 
EL-SEV
ƏR 
 
Sağlıq 
(Cəlil Cavanşir ücün deyilmişdir) 
Sən doldur stəkanı.. 
Bir zamanlar ki, 
Dünya öküzün buynuzlarındaydı 
Heraklın çiynindəydi göy üzü 
Onda düz vaxtı idi dünyanın 
Yeyirdik 
Ġçirdik 
əylənirdik 
ölürdük… 
dünya o qədər böyük idi ki 
divlər sürü ilə dolaĢırdılar, 
indi, iki qoçun baĢı bir qazanda qaynamır 
hələ çox Ģeyləri xatırlamıram… 
atdı göy üzünü çiynindən Herakl 
düĢdü yer üzü öküzün buynuzundan 
yiyəsiz qaldıq 
öldü divlər- sürüylə 
indi bu xarabaya allah da yiyə durmaz 
Indi sən orda rakı içirsən  
Mən səni düĢünürəm 
Saclarıma qarısıb barmaqlarım 
Zibili cixib dunyanin indi 
Ölürük 
içirik 
ölürük... 
Ġndi bizim çiyinlərimiz  
dostlarımızın ağlamaq yeridir ancaq 
əziz dost, 
Sənə çiyinmi yollayım  
Yoxsa, göz yaĢı-ən duru yerindən 
Ağla, 
Divlər də ağlıyar 
Amma kimsə görməz divlərin göz 
yaĢını... 
Sən süz... 
Mən köklü bir ah çəkim... 
Dikmə yerə bəbəklərini 
Sallama baĢını 
Süz Ģair, səninlə deyiləm? 
Nə qədər azan verilməyib yüz ataq... 
  
  
 
FURQAN  
 
 
 
 
 
çat 
bir damcı yağıĢ istəyiylə 
çatlaq-çatlaqdı torpaq... 
 
geriyə dönüĢ istəyiylə, 
döyüĢ istəyiylə 
çatlaq-çatlaqdı Qarabağ... 
 
bir ömür sülh istəyiylə 
bütövdü, tamdı uĢaqların gülüĢü... 
 
və adamların nifrət-nifrət ürəklərində 
çatlaq-çatlaqdı sülh... 
 
 
yarpaq pıçıltısıyla 
açıq-aydın eĢidirəm: 
bu qoca ağac  
hər gün, 
hər saat, 
hər dəqiqə 
yarpaq pıçıltısıyla 

102
№ 3 (15) Payız 2015 
 
Ģükür edir Allaha- 
insan yaradılmadığı üçün... 
 
 
yağıĢ 
bu yağıĢ nə yaman haqladı bizi, 
evdə dustaq kimi saxladı bizi... 
 
hamı bu yağıĢdan qaçıb gizlənir, 
inanmıram kimsə göyə dırmana... 
çəksəm ciyərimə torpağın ətrin, 
torpaq olanacan bəs edər mənə- 
nə xoĢ... 
 
amma ki, 
Ģıdırğı yağmaqla döĢünə döymə, 
belə az öyünə bilərsən, yağıĢ... 
bu evin damını boĢuna döymə, 
qapıdan buyura bilərsən, yağıĢ... 
 
 
yürü 
biz görə bilməyənləri 
o kor nə gözəl görür... 
üzünü tutub səmaya 
o it nə gözəl hürür... 
 
yıxmaqçündü onu, bunu, 
hiyləgərin min oyunu... 
nə gözəl qazır quyunu, 
toru nə gözəl hörür... 
 
fikir vermə hər axmağa, 
iliĢmə tora, qarmağa... 
qabağa, ancaq qabağa, 
yürü, ay adam, yürü... 
 
 
unudulanlar üçün hönkürtü 
bu nahaqq dünyada 
adından göründüyütək 
haqsızlıqlar çıxacaq qarĢına, 
dost... 
 
uzun bir ―eeeeeeh‖ deyib 
ötəcəksən yenə də... 
döyməyəcəksən dizinə, 
vurmayacaqsan baĢına, dost... 
 
məsələn, bəzi yerlərdə 
özün olduğun halda 
siyahıda adın görünməyəcək... 
arxa planda qalan 
və yaxud unudulan 
yenə sən olacaqsan... 
 
məsələn, üçrəngli bayraqdakı 
bəyaz rəng olacaqsan... 
 
dünya haqqında teorem 
eynəyimin ĢüĢələri 
nə qədər böyüdür böyütsün- 
fərqi yox... 
 
nəsən ki, guya?! 
 
elə o boydasan, elə əvvəlkisən, 
elə balacasan,  
cılızsan, dünya... 
 
 
diaqnoz 
günlərin bir günü 
rentgenə salacaqlar səni... 
gözlərinə inanmayacaq həkim, 
heyrətlənəcək  
və eynilə belə deyəcək: 
―oy daaaaaaaaa...‖ 
 
sinəndə daĢ tapılacaq  
yumruq boyda... 
 
 
güclü Ģeirlərin kölgəsində 
çay içmək 
gözəl Ģeirləri  
Ģairlər yazmır, 
heç yaza da bilməzlər,  
canım-gözüm... 
 
ancaq  
boĢ-boĢ danıĢmağı bilir Ģairlər,  

                            Üç aylıq ədəbiyyat dərgisi 
103 
qürrələnir, 
qeybət edir, 
küçələrdə veyil-veyil gəzirlər... 
 
Ģairlər ən zəif Ģeirləri yazırlar... 
sonra da çay içirlər 
güclü Ģeirlərin kölgəsində... 
 
ən gözəl Ģeirdi  
söyüd ağacı! 
 
hey 
umudlar bulud-bulud, 
buludlar axında... 
buludlar söyüd-söyüd, 
söyüdlər salxımdı... 
 
adamlar ömür-ömür, 
ömürlər ovucda... 
ömürlər qabar-qabar, 
qabarlar qorxuncdu... 
 
ağrılar tale-tale
talelər təpikli... 
təpiklər ağrı-ağrı, 
ağrılar təbii... 
 
...olsa da ömür zülüm, 
yenə də axırda- 
umudlar bulud-bulud, 
buludlar axında... 
 
 
dünya dediyin 
dünya haqda  
uzun-uzun danıĢmağa dəyməz, 
nə də uzun yaĢamağa dəyməz... 
 
plastik su qabıdı ömür 
və bu qaba doldurulmuĢ 
qazlı sudu adam... 
 
gün altında qalanda  
qabın ĢiĢdiyi kimi 
qəm altında qalanda  
ağız-burnu ĢiĢir ömrün... 
partlayır  
burulğanlarda çox çalxalandıqca... 
 
dünya dediyin budu da... 
budu, adam... 
 
 
bağıĢlayın, əcəb elədim 
 
Müşfiq Cəbi üçün 
 
nə qədər yazsan da ―çıxıb gedəsən‖- 
heç yana getmək olmur... 
olmur da...  
nə edəsən?! 
 
asasan özünü günəĢin saçlarından, 
yaxud da  
atasan özünü üfüqdən aĢağı... 
 
sonra da məktub yazasan o dünyadan 
―huĢum özümdə deyildi, 
sərxoĢ idim, 
nə elədimsə göz yaĢlarımı içib elədim‖ 
 
və ən sonda üzr istəyəsən hamıdan: 
―bağıĢlayın... 
əcəb elədim!‖ 
 
 
 
 
özünəqəsd 
gecənin sükutunu 
yorğan kimi yox, 
asfalt kimi çəkib üstünə 
daĢ yuxuya gedib Ģəhər... 
 
xatirələrini 
ağ neft kimi töküb üstünə 
qəsd edir özünə- 
yata bilmir bir nəfər... 
 
 
yaxın gəlməz uzaqlar 
dənizin ortasında 

104
№ 3 (15) Payız 2015 
 
hər Ģeydən uzaq düĢən 
kiçik bir ada kimi, 
sükut içərisində 
bir sıldırım qayaya 
dəyib geri qayıdan 
səs kimi, səda kimi 
yalqızam, canım-gözüm... 
 
bir deyən də yoxdu ki, 
ay evin yıxılmasın, 
belə yaxın dost olma 
həsrətlə, intizarla... 
axı özün bilirsən
həsrət binokl deyil, 
yaxın gəlməz uzaqlar... 
 
 
bir qocanın saatsaza  
oxuduğu Ģeir 
gəl zamana tərif verim, 
sən də otur qulaq as... 
divardakı saatların  
birin götür qulaq as... 
 
saatlar məcburdu vaxtın 
leĢini daĢımağa... 
elə vaxt olur vaxt olmur 
baĢını qaĢımağa... 
 
ölərmi əqrəbi geri 
dönsə saatlarının... 
mən günlərimi sayıram, 
sənsə saatlarını... 
 
uzun, upuzun Ģeir 
...məsələn,  
bu ağac öz kölgəsini qoruyur 
günəĢin istisindən... 
 
...və biz də yarpaq olmalıydıq əslində... 
...olammadıq-heyif! 
 
xatırlatma 
yağıĢ yağanda ağlama, 
göz yaĢını yuyar su... 
yağıĢ yağmayanda ağla, 
tükənər, quruyar su... 
 
yuxun ərĢə çəkilibsə, 
sən yerdə nə gəzirsən?! 
həyatda yaĢayammırsan, 
Ģeirdə nə gəzirsən?! 
 
ömür nədi- bir addım yol, 
bitəcək addım atsan... 
dərdim dəvə boydadı ha, 
qar yağacaq oynatsan... 
 
nida iĢarəsindən sonra vida iĢarəsi 
nida iĢarəsidi 
Ģəhid oğlunun məzarı üstə  
dua oxuyan ata... 
...və vida iĢarəsidi  
gözlərində gilələnən damcılar... 
 
...sanki indicə bütün ölülər qalxıb  
atanın üstünə yeriyəcəklər 
―nooolar o mübarək dualarından  
bizə də ver‖ deyə... 
 
ata duasını dilimləyib paylayacaq- 
hər dilimini bir ölüyə... 
Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin