Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
77 
    Elə  ayrıldıqları  günkü  paltar  var  idi…  
açıq  hava  ona  oyanmağa  kömək  edirdi. 
Səkkiz  il  idi  ki,  evliydi.  Ġki  uĢaqları  var 
idi. Bəs bu yuxuydu? 
    Bu  gün  baĢ  verənləri  xatırlamağa 
baĢladı.  Bir  neçə  il  idi  ki,  həyatında  heç 
nə dəyiĢmirdi. 
O,  ev,  iĢ  ailə  qayğıları  ətrafında  dövrə 
vururdu.  Bu  günə  qədər    heç  Ģikayətçi 
deyildi. Ancaq bu səhər  onu gördüyü an  
həyatının  necə  də  cansıxıcı  olduğunu 
anladı. 
      Uzun  saçları  ,  sarıĢın  bədəni  sanki  
yağıĢın  altında  əriyib  yox  olacaqdı.  O  
duruxdu. 
Fikirlərini 
kiminsə 
oxuyacağından 
qorxaraq ətrafına boylandı. Yataq otağına 
gedib    astaca  qapını  araladı.  Arvadı  hələ 
də yatırdı. 
     Ürəyi  sakitləĢdi.  Qapını  bağlayıb  
eyvana  qayıtdı.  Siqaretindən  dərin  bir 
qullam  alaraq    yenidən  onu  düĢünməyə 
baĢladı. 
    Elə 
onu  gördüyü  andaca  onun 
arxasınca  getmək  istəmiĢdi.  Arxasınca 
getdiyini, 
pilləkənlərdə 
qızın  onun 
gördüyünü və heç nə demədən dəlicəsinə 
öpüĢməyə baĢladıqlarını xəyal etmiĢdi. 
Bu  düĢüncələr  onu  bütün  gün  ərzində 
rahat buraxmamıĢdı.ĠĢdə də, yolda da  elə 
hey darıxır, vaxtın tez keçməsini istəyirdi. 
Onu  bir  daha  görə  bilmək  ümidi  ilə 
səhərin tez gəlməyini arzulayırdı. 
     Siqaretdən 
bir  qullam  da  alıb  
məhəccərdə söndürdü və  eyvandan aĢağı 
atdı.  Qayıdıb    yatağına  girdi.  Bircə  tez  
yuxuya gedə bilsəydi! Onda onu daha tez 
görərdi.  Ancaq  heç  cür  gözünə  yuxu 
getmirdi.  Artıq  hava  iĢıqlaĢırdı.  Ancaq 
onun gözünə hələ də yuxu getmirdi... 
 
 
 
 
Ayxan Ayvaz 
Mövcudluq
 oyunu 
 
 
 
                                  Atama və anama 
 
    Gecənin  içindən  keçdik.  ĠĢıqlar  vardı 
haradasa.  Qapalı  yerdən  çölə  baxırdım. 
QarĢımda  atam  və  qardaĢım  durmuĢdur. 
Onların  sifəti boz  idi.  Elə  bil  üçümüz  də 
bir-birimizi  tanımırdıq. Maraqlı  idi  hər 
Ģey.  Gedirdik.  Arxada  diĢlərini  qıcamıĢ 
maĢınlar  üstümüzə  Ģığıyırdı.  Qorxurdum. 
Ġçimdə  çarəsizlik  əzilib  qalmıĢdı.  Kimsə 
mənim  əvəzimə  danıĢırdı.  Qorxu  indi 
gəlib  çatdı,  gözlərimin  iriləndiyini  təcili 
yardım  maĢınının  güzgüsündə  gördüm. 
DəyiĢmiĢdim.  Kim  idi  aynadakı?  Bizi 
hara aparırdılar? 
   -  Oturun  aĢağı  –  kimsə  əli  ilə  çiynimə 
toxundu. 
       Yenə  qorxu.  Ġçimdən  titrəmə  keçdi. 
MaĢın  silkələnə-silkələnə,  sirena  verə-
verə sola buruldu. 
    QardaĢım donuq gözləri ilə pəncərədən 
çölə  baxır,  ötüb-keçən  mənzərələri 
yaddaĢına  köçürürdü.  Atam  yanında 
oturmuĢ 
həkimə 
nəsə 
danıĢırdı. 
Duyulmurdu onun sözləri. 
      Bayırda maĢınlar elədən belə, belədən 
elə  Ģütüyürdü.  Biz  susmuĢduq.  ĠĢıqlar 
gözümə  dəyirdi.  Sevdiyim  qızın  səsini 
eĢitdim:  ―Hara  gedirsən?‖  Ətrafıma 
döyükdüm.  O  burda  olmalı  idi.  Hara 
apardınız  onu?  Ayağa  durdum.  Bu  dəfə 
sanitar məni otuzdurmadı. 

78
№ 3 (15) Payız 2015 
 
    MaĢın  dayandı.  DüĢdük.  Kimsə  məni 
içəri dürtdü, divarlar gözümün qabağında 
durdu.  Ətraf    bulanıq  göründü.  Əlimdən 
yad bir əl tutmuĢdu. Aralıq qapıdan kimsə 
çıxdı.  Mənə  irəlidə  qaranlıq  bir  Ģey 
göstərdi. 
Tək 
getmək 
istədim. 
Qoymadılar.  
     Dəmir  qapı  açıldı.  Tez  də  kilidləndi. 
Birdən  hər  Ģeyin  arxada  qaldığını 
anladım. 
Geri 
qayıtmaq 
istədim. 
Dayandım.  Qorxu  içimi  titrətdi.  Sonra 
nəsə  qəribə  bir  hiss  məni  ağuĢuna  aldı, 
kürəyimdə  istilik  hiss  etdim.  Boğazıma 
qəhər  doldu,  ağladım.  Yerə  çömbəlib 
gözümün  yaĢını  axıtdım.  Gözümün 
önündən bulanıq, ağ xətlər keçirdi. 
  
*** 
     Palataların  qapıları  taybatay  açıqdı. 
Xəstəxanadan  kif  iyi  gəlirdi.  Ġçəri 
keçəndə  burdakı  xəstələri,  yəni  dəliləri 
gördüm.  Onlar  ĢaĢqın  baxıĢları  ilə  məni 
süzürdülər.  Özü  də  hamısı  bir-birinə 
oxĢayırdı.  Elə  bil  onları  qəsdən, 
əvvəlcədən  gətirib  bura  düzmüĢdülər. 
Üstlərində  köhnə,  nimdaĢ  paltarlar  vardı. 
Çoxusu  mayka  geyinmiĢdi.  Ġlk  dəfə  bu 
cür 
insanların 
olduğu 
məkana 
düĢmüĢdüm.  Özümü  necə  aparacağımı 
bilmirdim,  həm  də  bu  baxıĢlardan 
usanmıĢdım.  Divarları  dağıdıb  çıxmaq 
istəyirdim. 
           Birinci  gün  məni  sakitləĢdirə 
bilmirdilər.  DəhĢətli  anlar  keçirirdim. 
Bağırır,  ardınca  ağlayırdım.  QarĢımdakı 
dəlilər  sanki  heç  nə  olmamıĢ  kimi  eyni 
ifadə  ilə  üzümə  baxır,  heç  qıllarını 
qıpırdatmırdılar.  Onların  bu  halı  məni 
daha da qəzəbləndirirdi. 
           Hər  tərəfdən  məni  ağ  adamlar 
yaxaladılar. 
Çırpındım, 
qurtulmaq 
istədim.  Alınmadı.  Sonra  kimsə  qoluma 
iynə  sancdı,  isti  bir  Ģey  vücuduma 
dolanda  yüngülləĢdiyimi,  enerjimin  sona 
çatdığını hiss etdim. 
           Səhər  yuxudan  oyandım.  BaĢımın 
üstündə  biri  durmuĢdu.  Key-key  üzümə 
baxırdı.  Elə  bil  burdakı  hər  kəs  dilsiz, 
ağızsız  idi.  DanıĢmaq  belə  istəmirdilər. 
Sükut bütün palatalarda hökm sürürdü. 
       Pəncərələrə  yanaĢdım.  Burdan  yalnız 
bir  parça  göy  üzü  görünürdü.  Biri 
qulağıma pıçıldadı: ―Ora həsrət qalmıĢıq. 
Bizi çölə buraxmırlar. Ordakı insanlar nə 
edir?‖  Cavab  vermədim.  Çöldə  isə 
insanlar  qaynaĢırdı.  Onların  da  içində 
qapalılıqlar,  kimsəsizliklər  dolanır.  Bu 
Ģəhərdə hər kəs dustaqdır. Biri çöldə, biri 
də  bizim  kimi  türməyə  oxĢayan  bu 
xəstəxanada. 
      Yenicə tanıĢ olduğum Anar bura necə 
düĢdüyündən, 
xəstəxanadan 
danıĢdı. 
DanıĢdıqları 
uydurmaya 
oxĢayırdı. 
Amma  mən  onları  həqiqət  kimi  qəbul 
edirdim.  Onu  anlamasam  da,  razılıqla 
baĢımı tərpətdim. 
  
    AxĢam  yata  bilmədim.  Həkimlər  iynə 
gətirdilər.  Onlara  baĢıma  gələnləri 
nağıl   etdim.  Dinləyir,  tez-tez  əlləri  ilə 
alnımı yoxlayırdılar. 
     -  Yorulmusan  –  deyən  həkim  qoluma 
iynə  vurdu.  Yenə  eyni  hiss:  istilik  və 
boĢluq içimə axdı. Anladım ki, həyatımda 
dərin  bir  uçurum  var.  Mən  daim  dibsiz 
dərinliklərə  yuvarlanmaqla  məĢğulam. 
Ġçimdə  böyük  bir  tənhalıq  oturub,  onu 
özümdən 
uzaqlaĢdırmağı 
bacara 
bilmirəm.  Ġçim  qara  qutu  kimidir:  nə 
kilidi  var,  nə  deĢik  yeri.  Ona  görə  məni 
anlayan, çözən adam azdı. Bəzən hər Ģeyi 
danıĢsam  da  heç  nəyi  deyə  bilmədiyimi 
gözəl anlayıram. 
  
                              
*** 
    Dəlilər  yeməkxanada  oturub  domino 
oynayırdılar.  QarĢılarında  dəftər  var  idi. 
Ora  nə  isə  yazır,  sonra  təzədən  oyuna 
giriĢirdilər.  BaĢlarının  üstündə  durub 
onları izləyirdim: 

                            Üç aylıq ədəbiyyat dərgisi 
79 
   -Get  də,  qaqaĢ  –  onlardan  biri  əli  ilə 
məni itələdi. 
   -  Mənim  üçün  oynayırsız?  –  deyib 
yerimdən qımıldanmadım. 
  - Get də... – o təzədən dilləndi. 
   - Baxıram da... – mızıldandım. 
   - Bax, amma danıĢma... 
     Onlar  mənim  üçün  oynayırdılar.  Bunu 
dəqiq  bilirdim.  DaĢlarda  mənim  gələcək 
həyatım dururdu. Heç kimə bənzəmirdim. 
Hey  insanlardan  qaçırdım.  Elə  bil  çıxıb 
getmək  hər  Ģeyi  həll  edəcək.  Onsuz  da 
insanlar hər yerdə var. 
    Domino daĢlarının üstündə keçirdiyim 
həyatın  acıları  həkk  olunmuĢdu.  Onlar 
dəftərə  nəsə  yazdılar,  yazılan  mənim 
taleyim  idi.  Heç  vaxt  oyun  oynamırdım. 
Əslində    oyun  deyilən  bir  Ģey  yoxdur. 
Əsas  kiminsə  qalib  gəlməsi  deyil,  öz 
qalibiyyətini təsdiq etməkdir. 
         Mən  qələbə  çalırdım.  Onlar  oynayır, 
oynamadığım 
oyunda 
məni 
qalib 
çıxardırdılar. 
Dəftərdə 
alnıma 
yazılmayan,  mənim  olmayan  tale  vardı. 
O,  mənə  bəxĢ  edilmiĢdi.  Ġçimdə  əzabdan 
qurtulma  hissi  gəzirdi.  Onu  anladım  ki, 
hər  Ģeyi  qazansam  da,  itirmək  mənim 
qədərimdir. 
         Dəhlizə  çıxdım.  Burda  dəlilər 
çömbəlib  siqaret  çəkir,  yuxarıda,  divarın 
üstündəki  televizora  baxıb  aralarında  nə 
isə  gap  edirdilər.  Onlara  qoĢulmaq 
istədim, axı, hər halda mən də burdaydım, 
gərək  onların  qurduğu  cəmiyyətə  daxil 
olaydım.  Palaza  bürün,  elnən  sürün. 
Yalan ha deməyiblər! 
    QaqaĢların birindən siqaret istədim. O, 
cibindən  deyil,  damağından  yarıya  qədər 
çəkilmiĢ  siqareti  mənə  uzatdı.  Dodağı 
filtri  selikləmiĢdi.  Amma  iyrənmədim. 
Son zamanlar bu hiss də mənə yad idi. 
   Burdakı  oğlanlar  öz  həyatlarından 
danıĢırdılar.  Bilmirdim,  düz  danıĢırlar  ya 
yox.  Ancaq  qulaq  asmağı  sevirdim. 
HəmiĢə  baĢqalarının  xoĢbəxt  talelərini 
dinləyib  içimdə  sürünən  kədəri  bir  anlıq 
unudurdum.  Mən  baĢqa  insanları,  baĢqa 
taleləri burda yaĢadım. 
       Həkim  ağlamağımın  yaxĢı  hal 
olduğunu deyirdi: 
     -  Belə  olanda  psixoloji  sarsıntıların 
aradan  çıxır.  –  o  öz  çirkli,  kif  iyi  gələn 
otağında  eynəyini  burnunun  üstünə 
gətirib  danıĢırdı.  –  Gərək  çox  ağlayasan, 
ağlamaq xeyirdir. 
         Hər  gün  ağlayırdım,  səbəbsiz, 
anlamını 
bilmədən. 
Televizorda 
göstərilən  ölkələrdə  adamlar  ölürdü. 
Uzaqdan  izlədiyim  ölüm  xəbərləri  məni 
sarsıdırdı. ―Belə xəbərlərə qulaq asma‖ – 
həkim böyrümdən çıxıb məsləhət verirdi. 
Ancaq  o  xəbərlər  idi  məni  ağladan. 
Tanımadığım,  heç  vaxt  getmədiyim 
yerlərin,  görmədiyim  insanların  ölüsünə 
baxıb ağlayırdım. Eynən arvadlar, uĢaqlar 
sayaq. 
Ağlamaq 
məsumluğumun, 
çarəsizliyimin ifadəsi idi. 
     Atam, anam, qardaĢım hər gün yanıma 
gəlirdilər.  Yemək,  ailə  doğmalığı,  sevinc 
və  göz  yaĢı  gətirirdilər.  Onlar  üçün 
darıxdığımı  indi  anladım.  Darıxmaq 
hissini  də  burda  kəĢf  etdim.  Məncə, 
darıxmaq  göyün  buludlu  olub  yağa 
bilməməsidir. 
       Onların  gələ  bilməmək  ehtimalına 
ağlayırdım.  Onlar  məni  kiridirdilər:  hər 
gün gələcəyik... 
       Doğurdan  da  hər  gün  gəlirdilər. 
Əllərində 
həminki 
Ģeylər: 
yemək, 
doğmalıq,  sevinc,  göz  yaĢı...  Ən  çox  da 
anam  ağlayırdı.  Onun  gözlərində  həmiĢə 
kədər hiss etmiĢəm. 
       Hamı  çıxıb  getdi.  Yenə  tək  qaldım. 
Arxada onların olmadığı həyat təzədən öz 
qapısını  üzümə  açıb  məni  gözləyirdi. 
Yalnız  saat  çıqqıltısı  mövcudluğumun 
təsdiqi idi. 
  
 
 
  
 

80
№ 3 (15) Payız 2015 
 
Ə Ə
 
 
 
 
 
 
 
Hacıbala  Səfərov  1996-cı  ildə  Bakıda 
anadan  olmuşdur.  2012-ci  ildən  müxtəlif 
ədəbi  nümunələrlə  ara-sıra  portallarda 
çap  olunmaqdadır.  2012-ci  ildə  "Nəsimi 
Milli  Ədəbiyyat  Müsabiqəsi"nin  poeziya 
üzrə 
xüsusi 
mükafatına 
layiq 
görülmüşdür.  "Ədəbi  Azadlıq  -  2015" 
müsabiqəsində 
hekayəsi 
"Onluq"a 
düşmüşdür.  2013-cü  ildə  Azərbaycan 
Dövlət  İqtisad  Universitesinə  qəbul  olsa 
da,  bir  il  sonra  buranı  tərk  etmiş  və 
hazırda  İstanbul  Universiteti  "Türk  Dili 
və  Ədəbiyyatı"  ixtisasında  təhsilini  (II 
kurs) davam etdirməkdədir.    
 
 
 
 
BOġ QUTU 
 
“Məndən sizə məsləhət, heç kimdən heç 
kimə heç nə  danışmayın. 
Yoxsa, sonra siz də mənim kimi, o 
adamlar üçün darıxacaqsınız.” 
                                                                               
(C. D. Selincer “Çovdarlıqda uçurumdan 
qoruyan”) 
 
 
 
Həyət 
qapısından 
içəriyə 
tərəf 
addımlayanda evlərinə getməyin  
 
 
 
arzulanan  hal  olmadığını  anladı  və  sağa 
dönərək  babasının  tək-tənha  yaĢadığı 
daxmaya  yönəldi.  On  dəqiqə  əvvəl  hiss 
etdiyi  incə  və  dolğun  dodaqların  yerini 
əvəzləmək ehtiyacı qərarına təsir etmiĢdi. 
Lap  əvvəl  ağzında  hiss  etdiyi  Ģəkərli  dad 
yerini  susuzluğa  vermiĢ,  buna  rəğmən 
mədəsindən  yuxarıya  doğru  yayılan 
yüngüllük 
hissi 
hələ 
özünü 
göstərməkdəydi.  Bağçada  yeni  açılmıĢ 
qızılgüllərin  gözəlliyi  onu  daha  çox 
sevindirdi.  Ġndi  hər  Ģey  gözəl  və 
qəbullanacağı 
vəziyyətə 
çevrilmiĢ; 
quĢların  susmayan  mahnıları,  güllərin 
dünyanın  qarmaqarıĢıqlığına  baxmayaraq 
ilk zamanlardakı kimi açması, göyüzündə 
buludların 
təsadüfi 
düzülüĢü, 
bu 
təbiilikdən  qaynaqlanan  gözəllik  onu 
heyran  etmiĢdi.  Ġndi  sürətli,  yoxsa  asta 
gəzdiyinin fərqində deyildi; əlində imkanı 
olsa  heç  tərpənməz,  bu  anı  əlləriylə 
geniĢlətməyə  çalıĢaraq  möhtəĢəmliyin  və 
gözəlliyin  içinə  yerləĢərdi.  Zaman 
anlayıĢın  o  tərəfindəki  mikrokosmik 
sahəni  mənimsəmə  cəhdləri  anasının 
arxadan  gələn  səsini  eĢitməsiylə  boĢa 
çıxdı. 
―Nicat, gəl, yemək ye. Hara gedirsən?‖ 
Bu səsin incəliyi bədənindən titrəmə kimi 
keçdi,  vecsiz-vecsiz  irəliləmək  istəsə  də, 
yaranacaq 
problemlərin 
aradan 
qaldırılmasına  indiki  danıĢığından  artıq 
enerji  lazım  olacağını  bilməyi  danıĢması 
üçün kifayət edirdi.  
―Babama  baxıb  gəlirəm,  ana,  hələ  ac 
deyiləm‖ 
dedi.  Analar  heç  vaxt 
analıqlarından  vazkeçməyəcək,  uĢaqlarsa 
içdikləri 
süddən 
dolayımı, 
yoxsa 
gördükləri  sevgi  və  Ģəfqətdənmi,  bilmək 
olmaz,  hər  zaman  analarına  boyun 
əyməyə  davam  edəcəkdilər.  Neçə  dəqiqə 
susduğunu  bilmirdi.  Anasına  cavab 
verərkən  səsinin  qırıldığını,  ciyərlərində 

                            Üç aylıq ədəbiyyat dərgisi 
81 
yaranan  havayla  yuxarı  doğru  yüksələn 
sözlərin özüylə danıĢdığından daha fərqli 
çıxdığını,  kəlimələrin  vacib  və  əsas 
fərqinin ifadə edildiyi vaxt səs dəyiĢikliyi 
olduğuna  diqqət  etdi.  Səs  onun  səsi  ola 
bilərdi,  fəqət  içindəki  səslə  eyni  deyildi. 
Ġyirmi  dəqiqə  danıĢmamağı  səsinə 
yadlaĢmasına  səbəb  olmuĢdu.  ―Görəsən, 
çox  az  danıĢan  insanlar  da  mənim  kimi 
hisslər  keçirirlər?‖  deyə  düĢündü.  Eyni 
zamanda  diksindiyini,  bayaq  əldə  etdiyi 
mükəmməl  sakitliyi  itirdiyini  gördü. 
Həmin an ayaqlarına ―dayan!‖ əmri verə, 
gedib  yeməyi  yedikdən  sonra  kitab 
oxuyaraq mürgüləyə bilərdi. Lakin geriyə 
dönüĢ  yoxdu,  yolun  yarısını  keçmiĢdi, 
üstəlik  bir  müddət  sonra  etmədiyi  bütün 
hərəkətlərə  görə  peĢmanlıq  çəkə  bilərdi.  
Hər  nə  qədər  məktəbdə  diqqətləri  cəlb 
etmək üçün dediyi ―Mən heç vaxt peĢman 
olmuram‖  cümləsi  varlığını  davam 
etdirsə  də,  bu  onun  hafizəsində  gəmirici 
xatirələrin  olmadığına  sübut  deyildi.  Ġki 
saniyəlik  təntidi,  əlini  qapının  cəftəsinə 
toxundura  bildi.  Ġçəri  girəndə  yeni  bir 
qapıyla  qarĢılaĢdı.  QarĢısındakı  qapı  ilə 
özü  arasında  yer  dəhliz    deyilməyəcək 
qədər  balaca  idi.  Bu  ensiz  və  uzun  yer, 
ayaqqabıları  çıxarmaq,  varsa  baĢmaqları 
ayaqlarına  keçirmək  üçün  əsas  otağa 
keçid  nöqtəsiydi. 
Qapının  bulanıq 
pəncərəsindən 
içəridə 
yanan 
iĢığı 
gördükdə babasının yatmadığını düĢündü. 
Çıxartdığı  ayaqqabıları  kənara  qoydu, 
otağa girdi. Qapı tam açıldığından divara 
toxunub  dayandı.  Qapının  toxunduğu 
divara  söykədilmiĢ  əlavə  iki  əĢya  vardı; 
masa və Ģkaf. Qapı tam açılarkən masa ilə 
aralarında  qalan  məsafə  80  santimetrdən 
çox  deyildi.  Masada  ən  çox  üç  nəfər 
yemək  yeyə  bilərdi.  Üstündə  köhnə  və 
yıpranmıĢ  süfrə  vardı.  ġkaf  masadan 
sonra 
öz 
məğrurluğu 
ilə 
boy 
göstərməkdəydi. Divara kip qoyulmuĢdu, 
bununla  da  evin  bir  divarı  tamamiylə 
örtülürdü.  Otaqda  iki  stul  gördü.  Masa, 
stul  və  Ģkaf  triosuna  diqqət  yetirərkən, 
Nicat  otağın  nə  qədər  balaca  olduğu 
gerçəyini  qavradı.  Tam  qarĢısındakı 
divara  çarpayı  söykədilmiĢ,  Ģkafın 
qabağında  yerləĢdirilmiĢdi.  Bunlardan 
baĢqa  otaqda  yalnız  diqqətəlayiq  iki  Ģey 
vardı.  Biri  çarpayıya    çarpaz  olaraq 
qoyulmuĢ  televizor,  digəri  divara  asılmıĢ 
xalçaydı.  
Nənəsi  babasıyla  evlənərkən  bu  xalçanı 
cehiz  olaraq  gətirmiĢdi.  BeĢ  il  əvvəl 
ölmüĢ  nənəsinin  Ģəkili  böyüdülmüĢ, 
xalçanın üzərinə asılmıĢdı. Otağa yenidən 
göz  gəzdirdi.  Nəhayət,  kravatın  üstündə 
kiçilmiĢ  bədəniylə  oturan  babasının 
fərqinə 
vardı.  Axır  vaxtlarda  çox 
arıqlamıĢ, saçı-baĢı təmizlikdən uzaq, sir-
sifəti  isə  hər  zamankı  anlamsızlıq  və 
çaĢqınlıq  içərisindəydi.  Deyəsən,  babası 
Nicatı görməmiĢdi, gözlərini televizordan 
ayırmırdı. Nicat danıĢmağa qərar verərək 
―Salam,  baba‖  dedi.  Qulaqları  get-gedə 
zəifləyirdi,  amma  bu  dəfə  Nicatı  birinci 
cəhddən  eĢitdi.  Könülsüzcəsinə  baĢını 
tərpətdi  və  sifətini  turĢudacaqmıĢ  kimi 
görünsə  də  bundan  vazkeçərək  ―Salam‖ 
deyərək cavab verdi. Babasının tövründən 
yenə  onu  tanımadığını  anlamıĢdı,  hətta 
―Mənim  üçün  daha  yaxĢı‖  kimi 
dəyərləndirmə  etdi.  Əlini  cibinə  ataraq 
siqaret  qutusunu  çıxardı,  babasına  tərəf 
irəliləyərək  ―Sənə  siqaret  gətirmiĢəm‖ 
cümləsini  qurdu.  Qutunun  içindən  birini 
çıxarıb babasının ağzına qoydu, sağ  əlini 
Ģalvarının arxa cibinə ataraq tək həmlədə 
çaxmağı tapdı, o dəqiqə siqareti yandırdı. 
Ġki  stuldan  birini  altına  çəkdi,  babasının 
yanında  oturdu.  Həkimlər  babasına 
siqaret çəkməyi qadağan etmiĢdilər, buna 
baxmayaraq  80  yaĢa  çatmıĢ  adamın  65 
illik  vərdiĢindən  məhrum  eləmək  ona 
mənasız  gəlirdi.  Böyük  ehtimalla,  eyni 
yaĢlarda  siqaret  çəkməyə  baĢlamıĢdılar. 
Kim bilir, hansı mərdimazar babasına ilk 
dəfə  təklif  etmiĢdi  və  babası  bu  adəti 
davam  etdirərək  neçə  nəfəri  siqaretə 

82
№ 3 (15) Payız 2015 
 
öyrəĢdirmiĢdi.  ―Lənətə  gəlsin,  sonsuz 
təkrarlanma  içində  var-gəl  edirik,  heç  bir 
Ģey dəyiĢmir, hamımız eyni xətaları edir, 
hamımız  eyni  dildə  sevir,  hamımız  eyni 
dildə  unuduluruq.  YaĢamaq  nə  qədər 
mənasız  və  gözəldir.‖  Babasının  ―Nə?‖ 
sualını  eĢidəndə  səsli  danıĢdığını  baĢa 
düĢdü. 
―BoĢ 
ver, 
baba‖ 
sözləri 
dodaqlarının arasından töküldü. Nicat bir 
siqaret  də  özü  yandırdı,  burnundan 
çıxardığı  dumanı  seyr  edərkən  gözləri 
babasının  üzündəki  boĢ  sevincə  iliĢdi. 
Bütün  həyatı  boyuncamı  bu  mənasız 
sevinc vardı üzündə;  sevincləri, hüznləri, 
qorxuları  və  həyəcanları  özünü  yaratmaq 
üçün mənasızlıqmı əlavə edirdi, yoxsa bu 
xəstəliyə  tutulduğundan  sonramı  belə 
olmuĢdu?  Bəlkə  də,  düĢdüyü  boĢluqdan, 
keçmiĢsizlikdən,    xatirəsizlikdən  və 
bunların  yaratdığı  həyat  təcrübəsindən 
qaynaqlanan  müdriklikdən    məhrum 
qaldığından  dolayı belə  olmuĢdu.  Xəyala 
getdiyindən  nə  danıĢdığının  fərqində 
deyildi,  zatən  iki  Ģeyi  –  düĢünmək  və 
düĢündüyündən  fərqli  Ģeyi  danıĢmaq  – 
eyni anda necə etdiyini anlamırdı. Ən son 
ağzından  çıxan  ―Baba,  nənəm  sənin  ilk 
sevgilin idi?‖ sualını eĢitdi. Ahıl kiĢi yenə 
televizora  baxırdı,  amma  sual  marağını 
cəlb etmiĢdi ki, üzünü çevirib ―Bilmirəm‖ 
deyə  cavab  verdi.  Nicat  tək  baĢına  bütün 
kainatı  əhatə  edən  və  bilinməzlik 
səmalarında 
gəzinən  sualın  gerçək 
kədərini indi hiss etmiĢdi. Ġstəmədən səhv 
etmiĢdi,  babasının  beĢ  dəqiqə  əvvəlki 
mənasız  sevincli  üzü  mənasız  kədərə 
çevrilmiĢdi. 
SoruĢmamalıydı, 
fəqət 
Ģübhəsiz, ağlından nə vaxtsa belə bir sual 
keçmiĢdi.  Cavabını  heç  vaxt  ala 
bilməyəcəkdi,  lakin  cavabın  nə  qədər 
vacib olduğunu çox gözəl bilirdi. Öncəki 
nəsillərin  həyatını  ―ağ-qara‖dan  baĢqa 
rəngdə  düĢünə  bilməsə  də,  rəngsiz 
keçmiĢə  qarĢı  olan  ümidi  və  sevgisi, 
rəngli  gələcəyə  olan  gözləntilərindən 
yüksəkdəydi.  Ən  çox  maraqlandığı 
məsələ  bu  idi:  babamın  ilk  sevgilisi 
nənəm olubsa və onunla öldüyü ana qədər 
xoĢbəxt  yaĢayıbsa,  bu  saatı  xarab 
dünyada  hər  Ģey  sonsuz  təkrara  məhkum 
olduğundan, 
niyə 
Aytənlə 
olan 
münasibəti sonsuza qədər davam etməsin 
ki?  UĢaq  ikən  babasının  danıĢdığı 
əhvalatlardan  ən  xoĢladığı,  məhz,  Ġkinci 
Dünya  Müharibəsi  haqqında  olanlar  idi: 
babasının  bombalı,  tanklı,  təyyarəli, 
konslagerli,  hətta  əndazəsindən    çıxaraq 
nüvə 
istifadə 
olunan 
müharibəni 
təkbaĢına  qazandığını  xəyal  edərdi.  O 
vaxtlar müharibə haqqında nəsə bilmirdi, 
bilsəydi  belə  yatmazdan  əvvəl  alnında 
hiss  etdiyi  çatlamıĢ  dodaqların  bütün 
dərdləri,  yaraları  yox  edəcəyini,  ona 
yaxın  oturduğu  zaman  hiss  etdiyi  isti 
nəfəsin  atomun  təsirlərinin  hamısını 
azaldacağını,  tək  üfləməsiylə  təbiəti 
yenidən  qura  biləcəyini  və  hər  Ģeyi 
düzəldəciyini  mütləq  gözünün  önünə 
gətirərdi.  Balacaykən  ağlına  gəlsəydi 
nənəsi  haqqında  soruĢardı,  cəhdlərini 
hamısı  boĢa  çıxdıqda,  anası  ona  cavab 
verərdi.  Amma  o  vaxtlar  nə  Aytən  vardı, 
nə  də  babasının  xəstəliyi.  Babasının 
danıĢdığı 
hadisələrin 
bir 
çoxunu 
unutmuĢdu,  üstəlik  xatirələrin  nə  vaxtsa 
həqiqətən  baĢ  verdiyinə  olan  inancını 
itirmiĢdi.    Aclıqlar,  insanların  birlik 
olmasına  rəğmən  bəzi  problemlərin  heç 
vaxt  həll  olunmaması,  soyuq  hava  və 
digər  Ģərtlər,  taleyin  üzlərinə  gülməsiylə 
qazanılan 
qələbələr, 
müharibədən 
qayıdanların 
cəmiyyətə 
adaptasiya 
cəhdləri  sanki  heç  olmamıĢdı.  Bir  balaca 
xatırlasa, 
yenidən 
mükəmməl 
hekayəçiliyindən  istifadə  etsə,  Tanrıya 
inancını itirmiĢ adamın yenidən inanmağı 
kimi  bir  Ģey  olardı  hər  halda,  fəqət  lənət 
olsun  ki  istədiyi  hardasa  qeyri-mümkün 
idi.Ġndi  heç  bir  Ģeyi  xatırlamırdı,  bəzi 
vaxtlar  oturduğu,  bəzi  vaxtlar  uzandığı 
Nuh 
əyyamından 
qalma 
kravatla 
vəhdətdəydi  və  onu  kravatsız,  kravatı 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin