Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
71 
evlərinə  qonaq getdik, bir dəfə bir-birimizə 
yeni  il  hədiyyəsi  aldıq.  Bir  də  növbəti  bağ 
mövsümü, sonra daha bir bağ mövsümü. 
     O  evlənəndə  mən  əsgərlikdə  idim,  mən 
əsgərlikdən 
gələndə 

Rusiyada. 
Facebookda  məni  blok  etmiĢdi  ki,  xoĢbəxt 
ailəsinə  mane  olmayım.  Nikolay  öləndə 
atam məni də onun dəfninə aparmaq istədi, 
getmədim. Növbəti bağ mövsümündən artıq 
Nikolayın evində baĢqaları yaĢayırdı. Məni 
heç  maraqlandırmırda  da  yeni  ev  sahibləri 
kimlər idi, əvvəlkilərin qohumu idi ya yox. 
Mən sadəcə sıx-sıx Nikolayın bizi gəzməyə 
yolladığı  sahilə  düĢürdüm.  QıĢda  orda 
dəhĢətli  bir  mənzərə  yaranırdı,  dalğalar  su 
iti  balalarını  daĢlara  çırpıb  öldürür, 
cəsədlərini 
sahilə 
atır, 
itlər 
onları 
parçalayırdı. 
Bizim 
Məryəmlə 
əncir 
yediyimiz  bağlar  çoxdan  qırılmıĢdı,  üzüm 
tənəklərindən  isə  əsər-əlamət  qalmamıĢdı. 
Hər  dəfə  ora  gedəndə  titrətmə  qarıĢıq  bir 
ağrı  məni  bürüyür,  içimdən  nələrsə  qırılıb 
düĢürdü. Mənə elə gəlirdi ki, bütün bunların 
kökündə xeyli dərəcədə onun yaxın 5-6 ildə 
mənə  yazdığı  ağrı,  kədər,  göz  yaĢlarıyla 
dolu  məktubları  da  dayanırdı.  O  daim 
mənimçün  darıxdığını  və  məni  nəfəs  kimi 
içinə  çəkmək  istədiyini,  yanında  olsaydım 
əgər məni bərk-bərk qucaqlamaq istədiyini, 
heç qopmaq istəmədiyini yazırdı. 
     Mən  böyük  bir  təsadüflə  onun  bu 
məktublardan  təkcə  mənə  yazmadığını 
öyrənəndə belə, içimdə ondan miras qalmıĢ 
ağrılar yenə də dinmədi. 
    Məryəmin atasının xərçəngdən dünyasını 
dəyiĢdiyini atamdan eĢitmiĢdim. Bir il öncə 
Rusiyadakı  ərindən  boĢanıb  tənha  anasına 
baxmağa 
gəlmiĢdi. 
Heç 
öyrənə 
bilməmiĢdim  də  ki,  qız  övladı  vardımı, 
vardısa da indi hardaydı. 
     Dərin  yuxudan  uĢaq  səsiylə  oyandım, 
səs  əvvəl  uzaqdan  gəlir,  sonra  ayaq  səsləri 
ilə  birlikdə  tədricən  güclənirdi,  gözümü 
açanda qarĢımda 3 yaĢlı nəvəmi gördüm. O 
Üzünü 
mənə 
yaxınlaĢdırıb 
balaca 
dodaqlarıyla  burnumdan  öpdü,  tamam  tər 
içində  olduğumdan  qalxıb  birbaĢa  özümü 
hamama  çatdırdım,  güzgünün  qarĢısında 
indicə  xəyalımda  canlandırdığım  cavan, 
enerjili  oğlanın  yerində  60  yaĢlarında 
saçları  ağarmıĢ,  içki  içməkdən  yanaqları 
sallanmıĢ,  gözləri  ifadəsini  itirmiĢ  bir  qoca 
vardı.  Əmin  olmaq  üçün  əlimi  üzümə, 
dazlaĢmıĢ  baĢıma  və  qulaqlarıma  diqqətlə 
toxundurdum. 
Gözümə 
hamamdakı 
güzgünün  önündə  bir  bardaq  suyun  içinə 
qoyduğum  protezlərim  sataĢanda  indiki 
zamanda  yaĢadığımı  yəqinləĢdirdim.  Suyu 
açıb  Ģırıltısını  dinlərkən  xatırladım  ki,  illər 
sonra  Məryəm  mənə  məktub  yazmıĢdı  və 
hardasa  Bakıda  bir  yerlərdə  olduğunu, 
mənimlə  qarĢılaĢmağa  üzü  olmasa  da  çox 
mühüm Ģeylər demək istədiyini bildirmiĢdi. 
 
 
 
 
SAMĠR  ĠLQAROĞLU 
 
 
 
Evlənmək lazımdır!.. 
 
Gözlərinin  önündə  böyük  hərflərlə  yazıldı 
bu  əmr,  qulaqlarında,  sanki  səsucaldıcı  ilə 
səsləndi.  Qohumlarıgilə  ürəklə  gedə  də 
bilmirdi bu sözü eĢidəcəyinin dərdindən, az 
qala, buna görə onlarla telefon əlaqəsini də 
kəsəcəkdi. 
-
 
Salam. Necəsən? 
-
 
Əleykəssalam, yaxĢıyam, sağ ol. 
-
 
ĠĢin-gücün? UĢaqlar necədi? 

72
№ 3 (15) Payız 2015 
 
-
 
Salamatçılıq,  Allaha  Ģükr.  Hamısı 
yaxĢıdı. Sən necəsən? ĠĢlərin nə yerdədi? 
-
 
ĠĢlər  yaxĢıdı,  Ģükr.  Bu  gün  müdir 
yenə  çağırmıĢdı,  təriflədi,  yenə  xaricdə 
layihə var ... 
-
 
Ə,  saxla  –  sözünü  ağzında  qoydu. 
Nə  layihə,  nə  müdir?!  Onlar  hamısı 
düzələcək,  e!  Evlənmək  haqda  nə 
fikirləĢirsən?  Nə  vaxt  sevindirirsən  bizi? 
Qız tapa bilmirsən?.. 
Ürəyində  istəyirdi  desin  ki,  ay  balam,  sizə 
nə var, nəyi fikirləĢirəm, nəyi yox?! Balam, 
iĢiniz-gücünüz  yoxdu?  Kimlə  gəzirəm, 
kimlə  evlənirəm,  kimlə  yatıram,  mənim  öz 
iĢimdir. Zəng edirsən kefin açılsın, daha da 
kefini korlayırlar... 
-
 
Ayə,  qızdan  çox  qız.  Rəsul 
müəllimin  qızı.  Gözəl-göyçək,  təhsilli, 
tərbiyəli, adamın üzünə baxmağa da utanır. 
Özləri  gözəl  ailədi,  tanıdığımızdı.  Niyə 
gedib  baxmırsan?  Nazir  müəllimin  ortancıl 
qızı  –  qıza  baxırsan,  deyirsən,  bəs,  ay 
parçasıdır.  Gül  kimi,  sakit  ailədilər, 
qohumdular, get-gəlimiz var, evlərinin içinə 
bələdik. Heç Rafiqin qızını demirəm. Özləri 
də  imkanlı,  qız  da  iĢləyir,  baĢ-baĢa  verin 
dolanın də ... 
Siyahı  uzunmuĢ.  Ona  görə  də  telefonu  öĢ 
masasının  üzərinə  qoyub  iĢləri  ilə  məĢğul 
omağa baĢladı, o taydakı da elə-hey üyüdür. 
Birini  qoyur,  o  birinə  keçir,  hərəsinin 
mənfi-müsbət nəyini bilirsə, tökür e, ortaya. 
-
 
...elə  bilirsən,  deyirik,  hamısını 
özün  elə?!  Əmin  ölməyib  ki.  Hansına 
deyirsən,  lap  elə  hamısına  bir-bir  gedək 
baxaq.  Əmin  özü  aparsın  hamısının 
ailəsinə,  evlərinə.  Özün  bilirsən  ki,  hər 
yerdə  əmini  can-baĢla  qəbul  edirlər, 
xidmətində 
dururlar. 
Gözəlliklərinə, 
davranıĢlarına, 
qabiliyyətlərinə, 
danıĢıqlarına  bax,  bəyən,  sonra  yenə  dur 
qırağa,  gör  qalanını  əmin  həll  eliyir,  ya 
yox?!  Bir  də  gəl  otur  bəy  kürsüsündə,  heç 
bilməyəssən  iĢlər  hardan  gəldi,  hara  getdi. 
Day, sənin də yerinə mən bəyənəsi deyiləm 
ki.  Sənnən  olan  odur  ki,  bizə  bir  qərar 
deyəsən,  qalan  bütün  iĢ  əminin  boynuna. 
Daha bunnan yaxĢı adama nə deyərlər?! 
HəmiĢə söhbət bu məcraya yönələndə əlinə 
yaxĢı  fürsət  düĢür  ki,  yekunlaĢdırsın 
söhbəti.  Yoxsa,  bunlara  nə  var  e,  lap 
günlərlə danıĢalar, yorulmazlar. 
-
 
Heç nə... 
-
 
Nə  vaxt  baĢlayaq  əməliyyata?  – 
ikisi də gülüĢür. 
-
 
Darıxma,  iĢlərdən  baĢım  açılanda 
deyəcəm. 
-
 
Ə,  Allah  saxlamıĢın  oğlu,  iĢ 
həmiĢə var e... 
-
 
YaxĢı, 
narahat 
olma 

gülümsünərək  bezginliyini  gizlədir  –  özüm 
xəbər edəcəm. UĢaqlara, bibiyə salam de. 
-
 
Sağ ol. 
BaĢqalarının toyunda  o qədər oynamıĢdı, o 
qədər  sevinmiĢdi  dostlarının  evlənməsinə. 
Ġndi baĢa düĢürdü ki, bu sevinci yaĢamaq nə 
qədər  çətin  imiĢ.  Hərdən  fikirləĢirdi  ki, 
bəlkə,  onlar  öz  toylarında,  özləri  də 
bilmədən ona görə sevinir ki, bu çətin iĢdən 
də baĢlarını birtəhər salamat çıxara bildilər, 
lap  evi  uçmuĢ  adam  sağ  çıxan  kimi. 
DəhĢətdi  e,  sevinirsən,  özün  də  bilmədən, 
elə  bilirsən  ki,  indi  gəlin  kürsüsündə 
oturanın  sənə  qismət  olmasına  sevinirsən, 
amma səhər ayılanda görürsən ki, o sevinc-
filan  yoxdu,  sadəcə  qayğı  var  –  indi  iki 
nəfərçün  iĢləməlisən,  yəni  ikiqat.  Dünən 
iĢlə  bağlı  10  adamla  görüĢmüsənsə,  sabah 
20  nəfərlə  görüĢməlisən,  dünən  10  səhifə 
vərəq yazıb-pozmusansa, sabah 20... Dünən 
yolu  tək  keçirdinsə,  sabah  onu  da 
keçirməlisən,  dünən  iĢə  tək  gedirdinsə, 
sabah onu aparıb iĢə düĢürməli, sonra özün 
getməli,  qayıdanda  isə  əksinə,  iĢdən  birinci 
özünü, sonra onu götürməlisən. Sənə qalan 
əziyyət  ikiqatdır,  amma  ləzzətlər  yenə 
ancaq  özün  üçündür,  yəni  təknəfərlik  – 
yeməyi  yenə  gündə  3  dəfə,  həm  də  bir 
nəfərin  qarnına  yeyirsən.  Televizora  yenə 
bir  nəfərin  əvəzinə  baxırsan,  kinodan 
təknəfərlik  həzz  alırsan,  yenə  gündə  5 
stəkan  çay  içir,  3-4  dəfə  tualet,  bir  dəfə 
hamam 
qəbul 
edirsən. 
Hələ 
üstəlik 

                            Üç aylıq ədəbiyyat dərgisi 
73 
həzlərinin bir qismindən məhrum olursan – 
dostlarla  rahat,  gecənin  bir  aləminə  kimi 
əylənə  bilmirsən,  təyyarədə  stüardessaya 
kompliment 
deyə 
bilmirsən, 
iĢıqfora 
baxmadan yolu keçən dikdaban ayaqqabılı, 
qısa  və  dar  yubkası  sayəsində  ətli 
baldırlarını, yumru arxasını adamın gözünə 
soxan  xanımlara  baxıb  ağzının  suyunu 
axıda bilmirsən.  
Əvəzində  onunla  ən  zəhlən  gedən  iĢləri 
görməlisən  –  paltar  almağa  saatlarla  vaxt 
sərf  etməli,  avara-avara  mərmər  döĢənmiĢ, 
ağacsız parklarda gəzməli, onun zəhlətökən 
qohumlarıgilə  getməli,  pullarını  qır-qızıla 
xərcləməli,  bütün  bunlara  rəğmən,  səbrli 
olub 
bundan 
iyrəndiyini 
ona 
nəinki 
deməməli,  hətta  bundan  məmnunsanmıĢ 
kimi özünü aparmalısan. 
Hərdən avtomobilini evdə, ya da iĢdə qoyub 
qəsdən  marĢrutla,  ya  da  metro  ilə  gedib-
gəlirdi.  Səliqəli  geyinmiĢ,  zövqünə  uyğun 
gələn,  bər-bəzəyi  yerində,  xanım-xatun 
görkəmli  qızlar  görəndə,  ya  da  parkda  tək 
gəzərkən qol-qola gedən cütlükləri görərkən 
( hələ qarĢılarında uĢaq arabasında bir uĢaq 
da varsa, bu istək daha çox oyanırdı), bir də 
Ģəxsiyyətinə  nifrət  etdiyi,  amma  stressini 
çıxarmaq,    təbii  ehtiyacını  ödəmək  üçün 
yatdığı  qızların,  daha  doğrusu,  fahiĢələrin 
üstündən  duran  kimi  bu  fikir  onu  məhv 
edirdi – evlənmək lazımdır... 
Ġstəyirdi  o  marĢrutda,  metroda  gördüyü 
qızlara  yaxınlaĢsın,  təqdim  olunsun, 
münasibət qursun, amma dayanırdı : 
―Birdən yaxınlaĢdım, ağzını açıb danıĢmağa 
baĢlayanda 
gördüm 
ki, 
təhsilsizdir, 
mədəniyyətsizdir,  geridə  qalmıĢdı,  necə 
deyərlər.  Yaxud  hər  Ģey  yerindədi,  ailəsi 
zaydı.  Yaxud  ailəsi  də  yaxĢıdı,  keçmiĢi 
çirklidir. Nə çox mələk donunda gündə biri 
ilə  yatan,  niĢanlısı  qarıĢıq  4  oğlanla  eyni 
zamanda  münasibət  saxlayan  qız:  biri  ilə 
ancaq  telefonla  danıĢır,  görüĢ  vermir,  biri 
ilə ancaq öpüĢür, ordan o tərəfə qadağanmıĢ 
kimi  davranır,  üĢüncüsü  ilə  seksdə  olur, 
halal  –  hümmət  niĢanlısına  da,  az  qala, 
əlindən  tutmağa  imkan  vermir  ki,  guya, 
qıraqdan görən olar, adına söz çıxar. Ya da 
birdən özü də, ailəsi də, keçmiĢi də əladı, di 
gəl  ki,  xasiyyətlər  uyğun  gəlmir,  onda 
necə?!  Qızı  yarıda  buraxmaq  da  olmur, 
onun  göz  yaĢlarına,  keçmiĢ  xatirələrinə 
dözməyə  ürəyin  də  yox,  amma  anlayırsan 
ki, birlikdə də mümkün deyil, di gəl, vicdan 
əzabına  döz  görüm,  necə  dözürsən?  Elə 
ondansa, yaxınlaĢmayım.‖ 
Yaxud  istəyirdi  uĢaqlarını  hava  almağa 
çıxaran  o  xoĢbəxt  cütlüyə  yaxınlaĢıb  desin 
ki,  nə  xoĢbəxtsiniz    -    yatağınızda  görmək 
istədiyiniz  adam,  evinizdən  körpə  qoxusu 
gəlir,  gecə  onun  ağlamağına  oyanırsınız. 
Yenə dayanırdı : 
―    Əvvəla,  adama  deyərlər  ki,  nə 
gicləyirsən,  get  iĢinlə  məĢğul  ol,  belə 
məhrəm  Ģeylər  haqda  danıĢmağa  sənə  kim 
haqq verib? Hələ özünə güvənən oğlana rast 
gəlmiĢ  olsan,  ağzının  üstünə  gələn  bir 
yumruqdan  qaçamağa  da  məcbur  ola 
bilərsən.  Ġkincisi  də,  nə  bilirsən  e,  elə 
xoĢbəxtdirlər?  Bəlkə,  oğlan  -  ər  hər  gün 
iĢdən  evə  gəlməmək,  arvadının  üzünü 
görməmək  üçün  Allahdan  ölüm  istəyir? 
Bəlkə,  gündə  min  dəfə  o  arvadı  ona  urcah 
edənin atasının goruna söyür? Ya elə bəlkə, 
o  arabadakı  uĢağın  dölü  toylarından  2  ay 
əvvəl  qoyulub,  sonra  biabır  olmamaqçün  o 
oğlan  o  qızla  evlənməyə  məcbur  olub? 
Bəlkə,  o  qız  ilk  sevgilisinin  xəyalı  ilə  hər 
dəfə əri ilə əlaqəyə girir, elə o uĢaq da onun 
xəyallarının  uĢağıdır?  Kimdi  e,  bunları 
düĢünən,  əsas  görsənməkdi,  xoĢbəxt 
görsənirsən, deməli, xoĢbəxtsən.‖ 
Ya  da  istəyirdi  indicə  üstündə  tərlədiyi  o 
fahiĢəni  it  balası  kimi  döysün.  Özünü 
döyürdü  –  silləsiz-Ģapalaqsız,  dəyənəksiz-
filansız – sözlə döyürdü özünü : 
― Bax, əgər o fahiĢə olmasa, necə ödəyərsən 
ehtiyacını  –  28  yaĢında  özün-  özünü 
doydurmayacaqsan  ki-  ?  Əgər  o  fahiĢə  pis 
iĢlə  məĢğuldursa,  bəs,  onda  sən  necə  iĢlə 
məĢğulsan? Əgər o pis yolun yolçusudursa, 
sən niyə  onunla yatağı  paylaĢırsan? Məgər, 
adam  layiq  olmadığı  adamla  bir  yatağı 
paylaĢar? Əgər fahiĢəlik pis sənətdirsə, mən 

74
№ 3 (15) Payız 2015 
 
də  fahiĢəyəm.  Yox,  əgər  fahiĢəlik  yaxĢı 
sənətdirsə, onda yenə mən fahiĢəyəm. Onun 
da  pulunu  ödə,  özünün  də  -  durun  çıxın 
gedin.‖ 
Yadındadı, 
7-8 
il 
bundan 
qabaq 
universitetdə  oxuyarkən  4  yoldaĢ  bir  evdə 
kirayədə 
qalırdılar. 
Onda 
hələ 
valideynərinin, 
qohum-əqrəbalarının 
evlənməklə  bağlı  ağır,  uzun-uzadı,  yerli-
yersiz təkidləri altında sıxılmırdılar, ağızları 
isti  yerdə  idi.  Daha  bilmirdilər  ki,  bunlar  o 
qədər  ağır  sözlərdir  ki,  çox  özündən  deyən 
adam,  cəmi  2-3  il  tab  gətirir,  sonra  daĢı 
tökür  ətəyindən,  bu  sözlərin  yükünü  atır 
çiynindən, təslim olur, bir sözlə. Aralarında 
hər mövzuda olduğu kimi 3-4 il sonra onları 
gözləyən,  kiminin  təhlükə  adlandırdığı, 
kiminin  ürəyinin  arzusu  olan  evlənmək 
məsələsi  haqda,  qızla  oğlanın  bir-birini 
tamamlaması  haqda  çox  danıĢırdılar. 
HəmiĢə  yekun  bir  qərara  gəlirdilər  ki, 
oğlanlar  bir-birini  daha  yaxĢı  anlayır,  daha 
çox  tamamlayırlar,  yəni,  qadınla  evlənmək 
heç  də  qaçılması  mümkün  olmayan  bir  iĢ 
deyil. Amma heç biri bunu etiraf etmirdi və 
sanki 4-5 il bundan sonra onları haqlayacaq 
olan  bu  reallığın  qarĢısında  indidən  ağ 
bayraq qaldırırdılar. Ġndi yadına düĢdü ki, o 
vaxtlar  həmiĢə  boğazına  tıxanan  bir  fikir 
vardı  ki,  onu  açıb  deyə  bilmirdi  və  çox 
böyük ehtimal ki, dostlarından heç birini bu 
fikir  boğmurdu,  ona  görə  də  o,  1-2  il 
bundan  qabaq  hamısının  toyunda  iĢtirak 
etmiĢdi. 
O  fikir  bundan  ibarət  idi  ki,  hər  bir  kiĢi 
evlənməyərək yaĢaya bilər. Bunun bir neçə 
variantı  var  :  əgər  birgə  yaĢamaq,  yəni  bir 
evin,  otağın  havasını  kimləsə  paylaĢmaq 
insan  üçün  mütləqdirsə,  -  hansı  ki  bu, 
mütləq  deyil  –  onda  bunu  bir  dostunla  da 
edə  bilərsən,  madam  ki  səni  dostundan 
yaxĢı  heç  kim,  xüsusən  də  hansısa  qadın 
anlamır.  Qaldı  ehtiyac  məsələsinə,  ondan 
asan  Ģey  yoxdu  –  istəsən  gözəlliyi,  istəsən 
də fikirləri sənin xoĢuna gələn qadınla bunu 
edə  bilərsən  ki,  bu  da  sənin  həftədə  3-4 
dəfə,  uzağı,  bir  gecə  vaxtını  alacaq.  Yaxud 
sən  valideynlərinlə,  ya  da  lap  təkcə  yaĢaya 
bilərsən, yaxud bir xanımla münasibətdə ola 
bilərsən  ki,  o,  istəyəndə  səninlə  qalsın, 
istəməyəndə qalmasın, yetər ki, bundan hər 
iki tərəf məmnun qalsın. Yaxud bir xanımla 
birgə 
yaĢamağınızın 
mümkünlüyünü 
yoxlamaq  üçün  onunla  evlənməyə,  yaxud 
ayrılmağa  qərar  verənə  qədər  bir  yerdə 
yaĢaya  bilərsən.  Ya  da  evlənə  bilərsən 
kiminləsə  -  amma  bunu  bir  ehtiyac  kimi 
hiss  edərək  yox,  istəyərək.  Ona  möhtac 
olaraq  yox,  onu  sevərək.  Əsas  odur  ki, 
anlayasan 
ki, 
evlənmək 
faciə 
deyil, 
evlənməmək  də  və  əksinə.  Əsas  odur  ki, 
hamı  kimi  30-40  yaĢlı  subay,  yaxud  dul 
kiĢiyə  və  ya  qadına  bədbəxt  gözüylə 
baxmayasan  –  bəlkə  onlar  xoĢbəxtliyi  elə 
bunda  görürlər.  Əsas  odur  ki,  uĢağı 
olmayana  barsız  ağac  kimi  baxmayasan, 
bəlkə  onların  barı  baĢqa  Ģeydi.  Əsas  odur 
ki, 
evlənmək 
istəyi 
sənin 
evinin 
səliqəsizliyindən,  qab  və  ya  paltar  yumaq 
bezginliyindən,  yaxud  fahiĢə  ilə  yatmaq 
iyrəncliyindən, yaxud ata olmaq həvəsindən 
irəli  gəlməsin.  Əsas  odur  ki,  hansısa 
xanımın  sənin  həyatının  yoldaĢı  olmasını 
ürəkdən istədiyindən evlənəsən. 
Heç  kimə  demədiyi  bu  sözləri  indi 
mətbəxdə  onunla  çəp-üzbəüz  oturub  onun 
yemək  yeməyinə  baxan,  ürəyində  isə  onun 
subaylığını  ürəyinə  dərd  edən,  oğlunun 
subaylığa bu qədər vecsiz yanaĢmasına heç 
cür biganə qala bilməyən, oğlu üçün bütün 
tanıĢ-biliĢ qızları fikir süzgəcindən keçirən, 
xəyalında bu saat onu bəy geyimində görən, 
bıçağın 
kütlüyü 
nəticəsində 
tərəvəz 
doğrayarkən  içəri  səthində  xırda  kəsiklər 
açdığı  baĢ  barmağı  ilə  onun  alnını 
ovuĢduran  anasının  gözlərinə  baxa-baxa 
demək istəyirdi. 
 
                                                                                                                    
Türkiyə,  Ġstanbul 
 
 
 

                            Üç aylıq ədəbiyyat dərgisi 
75 
Rövşə
n Danyeri
 
 
 
 
 
 
Yuxu 
 
Göz  qapaqlarını  güclə  aralayıb  saata 
baxdı. Altıya on beĢ dəqiqə qalırdı.  
Hələ  on  beĢ  dəqiqə  yatmaq  olardı.  
Yastığı  hərisliklə qucaqlayıb  özünə tərəf 
çəkdi.  Elə  bil    yatağa  yenicə  girirdi  və 
hələ  altı-yeddi  saat  yatacaqdı.  Ancaq 
onun yalnız on beĢ dəqiqəsi var idi. 
Sonra  saatın  zəngi  çalacaqdı  və  o  
qalxmaq  məcburiyyətində  idi.  Yuxulu  da 
olsa  bunu  dərk  edirdi.  Vaxt  itirmədən 
yatmaq üçün beynində onu yoracaq kiçik 
hesablamalar 
aparmağa  baĢladı  və 
yuxuya getdi. 
     Yuxudan 
durdu 
və 
saata 
baxdı.Gözlərinə  inanmadı.Saat  yeddiyə 
on beĢ dəqiqə iĢləyirdi. 
Saatın  zəngini  eĢitmədiyi  və  gecikdiyi 
üçün  baĢını  yastığa  sıxıb  özünü 
məzəmmət  etməyə  baĢladı.  Amma  bu  da 
bir neçə saniyə çəkdi. Tələsmək lazım idi. 
Vaxt  itirmək  olmazdı.  Cəld  yorğanı 
üstündən  atıb  ayağa  qalxdı.  ġalvarını 
götürüb  geyinməyə  baĢladı.  Sonra 
yenidən  saata    baxdı.  Xeyr  ,  bu  yuxu 
deyildi, həqiqətən də yeddiyə iĢləyirdi. 
     Saatı 
yatağa 
tullayıb 
hamama 
girdi.Suyu  açıb  tələsik  əl-üzünü  yumağa 
baĢladı. 
Birdən  gözü  güzgüyə  sataĢdı.  Bir  anlıq 
dayandı  və  diqqətlə  özünə  baxmağa 
baĢladı. 
Vaxtında  çatacağına  ümidi  azalırdı.  Əl-
üzyuyana söykəndi. Əlini saçlarına çəkdi. 
Bir daha özünə baxdı.  Ümidini tamamilə 
itirmiĢdi.  Yox,  heç  cür  gecikmək 
olmazdı. 
Uzun müddət idi ki, bu görüĢü gözləyirdi. 
Demək  olar,  dörd  il  ərzində  hər  gün  bu 
görüĢün  xəyalı  ilə  yaĢayırdı.  Hətta 
deyəcəyi  sözlər    belə  çox-çox    əvvəldən 
hazır idi. 
     Suyu  bağladı  və    əl-üzünü  silə-silə 
hamamdan  çıxdı.  Hər  Ģey  mükəmməl 
olmalı  idi.  Heç  cür  ac  getmək  olmazdı. 
Fikri yalnız onda olmalı idi. 
     Mətbəxə  keçib  tavanı,  yağı  və 
yumurtanı  çıxartdı.  Qazı  yandırdı  və 
tavanı üstünə qoydu. 
Sonra  yağı  tavaya  atdı.  Otağa  qayıdıb 
dünəndən ütülədiyi köynəyini geyinməyə 
baĢladı.  
Ən çox yaraĢan köynəyi bu idi. Ağ , üzəri 
göy  sızıqlı  köynəyini  görüĢ  günü 
bilinəndə seçmiĢdi.         
      Mətbəxə  qayıtdı.  Yumurtaları  qırıb, 
tavaya tökdü. Yumurta  həddən artıq sarı 
idi.  Sarı  rəng  ona  özünü  xoĢbəxt  hiss 
etməkdə kömək edirdi. 
      Onunla    tanıĢ  olduğu    günü  xatırladı. 
Günlərdi hazırladığı  sözləri deyəcəkdi. 
      QarĢısına çıxanda isə heç bir Ģey deyə 
bilməmiĢdi.Qız onun bu halına gülmüĢdü. 
Bu axmaq vəziyyətdə onun da gülməkdən 
baĢqa  çarəsi qalmamıĢdı. Elə bu gülüĢ ilə 
sözlərdən  daha  çox  Ģey  deyə  bilmiĢdi  və 
hər Ģey beləcə baĢlamıĢdı. 
     Barmağının 
tavaya  dəyməsi  ilə 
qıĢqırması  bir  oldu.  Birtəhər    qazı 
söndürüb hamama qaçdı. 
Suyu  açıb  barmağını  suyun  altına  saldı. 
Bu  onun  ağrısını  yüngülləĢdirirdi.  Ağrı 
hissi  və  çarəsizlik  ona  ayrıldıqları  günü 
xatırlatdı. 

76
№ 3 (15) Payız 2015 
 
     Ġlk  günkü  kimi  heç  bir  Ģey  demədən 
ayrılmıĢdılar.  Əslində  bir  yerdə  olduqları 
müddət  ərzində  demək  olar  ki,  heç 
danıĢmırdılar.    Heç  biri  danıĢmağı 
sevməzdi.  Hətta  görüĢəndə  belə  salam 
vermədən  ,  heç  bir  söz  demədən  əl-ələ 
tutub gedərdilər. 
      Münasibətləri 
dostlarına 
qəribə 
gələrdi.  Ancaq  onlar  üçün  qəribə  heç  nə 
yox idi. 
Sözlər  olmadan  bir-birilərini  baĢa  düĢə 
bildikləri  üçün  özlərini  xoĢbəxt  hiss 
edirdilər. 
Həmin  gün  də  heç  bir  Ģey  demədən  , 
gözlərinə  baxa-baxa  ,  əl-ələ  tutuĢaraq 
ayrılmıĢdılar. 
Ġkisi  də  daha  ayrılacaqlarını  bilirdilər. 
Ancaq  yenə  də  o  an  bir  yerdə  ola 
bildikləri üçün xoĢbəxt idilər. 
    Suyu bağlayıb  otağa qayıtdı. Güzgüdə 
özünə  baxdı.  Ġlahi,  bu  nə  idi?!  Köynəyi 
büsbütün  su  olmuĢdu.  Sanki    hansısa 
qüvvə  bu  günkü  görüĢün  baĢ  tutmasını 
istəmirdi. 
    Əsəbi halda köynəyini çıxartdı və yerə 
atdı.  Yatağında  oturub  baĢını  əllərinin 
arasına aldı. 
     Nəyə  görə  belə  olurdu?!  Axı  ,  o  bu 
görüĢü  çoxdan  gözləyirdi.  Gözü  yenə 
saata iliĢdi. 
Saat  yeddinin yarısı idi. Hələ də çatmaq 
ümidi var idi. Tez ayağa durdu və dolabın 
qapısını açdı. 
Köynəklərindən  birini  götürdü.  Heç 
getməməkdənsə  bu formada getmək daha 
yaxĢı idi. Köynəyini geyinib qapıya tərəf 
getdi.  Ayaqqabılarını  geyinməyə  baĢladı.  
Bu  vaxt  qapının  zəngi  çalındı.  Səhər 
tezdən  kim  idi  gələn?Axı,  o  qonaq 
gözləmirdi.Qapını  açmaq  istədi,  amma 
qapı  açılmırdı.  Zəng  isə  dayanmadan  
çalırdı. 
     Bir 
daha 
cəhd 
göstərdi.  Yenə 
alınmadı. Dəli olacaqdı... 
     Səksənərək yuxudan oyandı.Yatağında 
oturdu.  Hələ  də  nə  baĢ  verdiyini  dərk 
etmirdi. 
Saatın  zəngi  isə    elə  hey  çalırdı.  Bir 
müddət  bu  vəziyyətdə  oturduqdan  sonra 
saatın zəngini eĢitdi. 
Zəngi söndürüb, saata baxdı.Saat hələ altı 
idi.Bütün  bunların  yuxu  olduğunu  baĢa 
düĢdü. 
Paltarını  geyinib    əl-üzünü  yudu.  Birdən 
yuxusu  yadına  düĢdü.  Gecikməmək  üçün 
yemək  yeməməyi  qərara  aldı.  Özünü 
qaydaya saldı və evdən çıxdı. 
    Bir  az  piyada  gedərək    qarĢısına  çıxan 
ilk  taksiyə  oturdu.    Artıq  onunla 
görüĢməyinə az qalırdı. 
Dörd il ərzində demək olar ki, hər gün bu 
görüĢü  xəyal  edirdi. Bu istəyi    kiminləsə 
uzunmüddətli münasibət qurmasına mane 
olurdu.  Kiməsə  bağlanar,  onunla  görüĢə 
əvvəlki  tək  istəkli  olmaz  qorxusu  ilə  heç 
kimlə 
iki  aydan  artıq  münasibət 
qurmazdı. 
    Onun  yerini  keçən  il  dostlarından 
təsadüf 
nəticəsində  öyrənmiĢdi.  Bir 
müddət  onunla  əlaqə  yaratmağa  cəhd 
etdi. Daha sonra telefonla danıĢa bildi. 
    Demək  olar  ki,  bir  ildi  hər  gün  onu 
görüĢməyə  razı  salmaq  üçün  çalıĢırdı. 
Nəhayət  bu  gün,  yalnız  on  beĢ  dəqiqəlik 
görüĢə biləcəkdilər. Onun üçün bu on beĢ 
dəqiqə dörd ilin əvəzini verəcəkdi. 
    Bəlkə  onu  burda  qalmağa  razı  sala 
bildi.  Hər  halda  onunla  on  beĢ  dəqiqə 
keçirsəydi,  daha  dörd  il  gözləməyə  razı 
olardı. 
    Taksi vağzala çatdı. O, taksinin pulunu 
verib  platformaya  getdi.  Həyəcandan  heç 
nə  fikirləĢə bilmirdi.UĢaq kimi sevinirdi. 
     Beləcə  on  beĢ  dəqiqə  gözlədi.  Budur, 
qatar  gəlirdi.Qatarın  taqqıltısı  ona  xoĢ 
gəldi. 
Bir anın içində həzin musiqi tək sevdi bu 
səsi. Qatar yavaĢımağa baĢladı. Budur, o, 
pəncərədən 
göründü. 
Ġlahi, 
heç 
dəyiĢməmiĢdi. 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin