Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
149 
Ġçimdə qövr edər,  
əəəəədə balam, yaram 
heyyyy.... 
 
 
UĢaq  gülsə  də,  gözlərindən  yaĢ 
bıldır-bıldır 
tökülürdü. 
Müəllim 
də 
qoĢulmuĢdu 
uĢağa, 
qarmonçalan 
da 
qarmonu sinəsinə basıb çala-çala göz yaĢını 
hərdən pencəyinin qolu ilə silirdi... 
 
Klubun 
divarları, 
daĢları, 
döĢəməsi, 
pəncərələri, 
pəncərələrdəki 
ĢüĢələr,  bu  ĢüĢələrdən  sallanan  hörümçək 
torları,  o  torların  içindəki  hörümçəklər  də 
səs-səsə verib ağlaĢa-ağlaĢa oxuyurdular: 
 
Ġçimdə  qövr  edər,  əəəəədə  balam,  yaram 
heyyyy... 
 
 
 
*** 
 
Qara  tut  dəyib.  Gilasa  da  dən 
düĢüb. Kəndin ayağındakı sulu yerdə (bura 
su,  su  mühərrikləri  ilə  kanaldan  vurulur) 
ucu-bucağı  görünməyən  çiyələk  sahəsində 
qız və qadınlar çiyələk yığırlar. Dünən gecə 
yığılan  sahələrə  xüsusi  dərmanlar  səpilib, 
səhərisi  kal  giləmeyvələr  sürətlə  yetiĢib 
qıpqırmızı  qızarıblar.  Sahəyə  o  qədər  azot 
və  digər  dərman  və  gübrələr  verilib  ki, 
çiyələyi  ağıza  aparmaq  belə  olmur.  Ġki  qız 
yan-yana çiyələk yığır və hərdən də özlərini 
saxlaya bilməyərək ağızlarına da atırlar. 
 
-NarıĢ, Yasəmənnən nə xəbər? 
 
NarıĢ dediyi qız ah çəkdi: 
 
-Yoxdu,  xəbər.  Bir  daĢ  bir  gölə 
düĢdü...  Yaqin öldürdülər gədələr... 
 
-Allah,  sən  saxla!  Uzaq  olsun... 
Yox,  ay  NarıĢ,  dünən  gədələri  genə  kol-
kosda o yan-bu yana çovuyan görüblər?.. 
 
-Nə  bilim,  ay  Sara,  allah  eləsin 
tapa  bilməsinnər...  Bəs  bu  qız  necoldu? 
Ġynə deyil ki itə, tapammayax... Mən ƏĢrəfi 
anda verdim. O da and içdi ki, neçə gündür, 
gəzmədiyi 
yer 
yoxdur, 
tapa 
bilmir 
Yasəməni.  Hələ  dedi  ki,  qorxuram  özünə 
bir Ģey eləyər... 
 
-Vay!..  Nənə  vay!  Mən,  mən 
sancılandım... Ay qarnım!... 
 
-Sara,  Sara!..  Qorxma...  Bəs... 
Mənim  də  qarnım  burur...  Ana...  Bizə 
noldu?! 
 
-DemiĢdilər 
ki, 
yemiyin 
bi 
zəhrimarı... Dərmannıdı... Öldüm!... 
 
Qızlar  çiyələk  ləklərinin    arasına 
yıxılıb  balıq  kimi  partlayırlar.  Bu  vaxt 
ġərifin  köməkçisi  briqadir  Rza  onlara 
yanaĢıb qıĢqırır: 
 
-Ay 
hayasızlar, 
deyilməyib 
yeməyin bu zəhrimarı?! Ġndi ölün elə! 
 
Qızlar  daha  bərkdən  qıĢqırırlar.  O 
biri  cərgələrdəki  qız-gəlin  tökülüĢüb  gəlir 
və  zəhərlənmiĢ  qızlara  yardım  etməyə 
çalıĢırlar.  Bu  vaxt  Rza  cib  telefonuyla 
kiminləsə  danıĢır.  On  dəqiqə  sonra  bir 
maĢın  gəlir  və  artıq  qıĢqırmağa  belə  taqəti 
olmayan  qızları  maĢına  qoyub  kəndin 
ambulatoriyasına aparırlar. 
 
*** 
DĠġĠ  TISBAĞANIN  
GÖRDÜKLƏRĠ: 
           Kəndin  aralığı.  AğlaĢma  səsləri. 
Çiyələkdən  zəhərlənən  qızlardan  birini  – 
Nargiləni  xilas  etmək  mümkün  olmayıb.  
KiĢilər  meyit  namazına  durublar.  Namaz 
qısa  müddətdə  bitir.  (İşin  qaynayan 
vaxtıdır. Ona görə hamı özü işini bilir; hər 
şeyin  qısasını  edirlər.  Hətta  molla  belə 
namazı da, oxuyacağı Yasini də qısaltmağa 
məcburdur.)  Gənc  qızı  dəfn  etməyə 
aparırlar.  AğlaĢan  qız-gəlin  kiĢilərin 
çiynində 
dəfn 
edilməyə 
aparılan 
rəfiqələrinin  arxasıncan  baxıb  quzu  anası 
üçün  mələyən  kimi  mələĢirlər.  (Burda 
qızlar-qadınlar  dəfnə  gedə  bilməzlər) 
Qızlardan  biri  əllərini  qabağa  uzadaraq 
diliylə  deyil,  əliylə  ağı  deyir:‖NarıĢ 
heyyyyyy...‖ Bu, bizim tanıdığımız Saradır.  
 
Hüznlü 
dəstə 
yola 
düzəlir. 
Qabaqda    cənazəni  çiyinləri  üzərində 
aparanlar,    ardınca  molla,  onun  yanında 
Mayıl  Əmənov,  oğlanları  ġərif  və  ƏĢrəf, 

150
№ 3 (15) Payız 2015 
 
məktəb  direktoru  və  bir-birinin  ardınca 
düzülmüĢ əlliyəcən adam... 
 
KiĢilərin  ləpirlərinin  üstüylə  hüzn 
dolu  bir  qadın  səsi  də  irəliləyir  qəbiristana 
tərəf: 
 
―NarıĢ heyyyy!!!‖ 
 
Dörd-beĢ  yaĢlarında  bir  qızcığaz 
anasının  qıçlarına  qısılıb  bu  olub  bitənlərə 
təĢviĢlə  baxır.  Alt  dodağı  dik  Ģaqqalanıb, 
qan çənəsi aĢağı süzülür. 
 
...Tısbağa  olanda  nə  olar?!  Dözə 
bilmirəm  insanların  bu  amansızlığına.  Axı, 
necə olsa mən də qadın sayılıram... Tənimin 
baĢı gizildəyir... Erkək Tısbağayla bu Urmu 
dərəsində    neçə  illik  ayrılıqdan  sonrakı 
görüĢümüzün  dadını  çıxartmaqda  ikən  gah 
bizi  tüstüdə  boğdular,  gah  da  belə  Ģaxsey-
vaxseylə  qanımızı  qaraltdılar.  Tısbağa 
olanda nə olar... 
 
*** 
BOZ QIRĞININ YUXARIDAN 
GÖRDÜKLƏRĠ:
 
 
Mən  qırğıyam.  Tanıdığınız  Erkək 
Tısbağanı  göydən  yerə  salan  Boz  Qırğı. 
Vallah  insafsız  deyiləm.  Bu  insanlara 
baxanda  bizə  Ģükür.  Erkək  Tısbağanı, 
istəsəydim  daĢa  çaxardım.  Amma  DiĢi 
Tısbağanı  yuxarıdan  gözüm  aldı,  onun 
vəziyyətini  görüb  atdım  otun  üstünə. 
Nəysə... Ġndi buradan – bu yüksəklilkdən nə 
görürəm,  necə  görürəm,  onları  sizə 
anladacam. 
Yəni, 
anladacam 
dedim...  
Amma  əslində  mən  də  Ģəklini  cızacam, 
təsvir  etməyə  çalıĢacam.  BaĢ  çıxartmaq 
sizlikdir... 
 
 
Bir  gün  sonra  ġərif    elə  idman  
paltarındaca  bir  diplomat  pulla  düĢdü 
kəndin  küçələrinə.  Qiymətindən  də  beĢ-on 
manat  yuxarı kənddə nə qədər mal, qoyun, 
at, eĢĢək vardı, hamısını baĢladı qiymətləĢib 
almağa. Ailə baĢçılarının, ağsaqqalların qəti 
etirazlarına baxmayaraq cavanlar hətta yanı 
balalı süd verən inəkləri belə ġərifə həvəslə 
satırdılar.  Təxminən  on  günə  kəndin  bütün 
tövlələri  boĢaldı  –  Əmənovlar    iki  min 
baĢacan  mal,  on  min  baĢacan  da  qoyun-
keçiyə sahib oldular.  
 
Bir  gün  ġərif  heyrətlə  atasına 
baxıb dedi: 
 
-ƏĢĢi,  bizi  iĢə    salmısan  e! 
Qabaxdan  çiskinli-dumanlı  payız,  qarlı-
çovğunlu  qıĢ    gəlir,  bəs  bu  boyda  mal-
heyvanı  harda  saxlayacayıq  biz?  Ġki 
tövləmiz var, ikisi də öz mallarımıza ancaq 
çatar... 
 
Mayıl kiĢi bic-bic gülüb dedi: 
 
-Malları  bu  it  uĢağının  özlərinə 
otardacağıq,  özlərinə  sağıb-sığatdıracağıq, 
öz  tövlələrində  də  saxlayacağıq.  BoĢ  tövlə 
nələrinə 
gərəkdir? 
Səhərdən 
tövlələri 
kiralamağa  baĢla,  amma  bu  dəfə  lap  aĢağı 
qiymətə! Kiralayan kimi də təmirə baĢla. 
 
Doğrudan  da,  adamlar  tövlələrini 
çox  ucuz    qiymətə  Əmənovlara  kirayəyə 
verdilər.  
 
Ġndi  kənddə  bircə  dabbaqçıların 
mal-heyvanı  vardı.  Onları  da  sındırmağın 
yolunu  Mayıl  Əmənov    tapmıĢdı,  sadəcə  
hələ risk edə bilmirdi. 
 
...Bu ġərif ki var, kəndin arvadları 
demiĢkən,  çox  afirist  gədə    idi.  YaraĢıqlı, 
boy-buxunlu  olması  öz  yerində,  həm  də 
atası  kimi  siyasətcil  idi.  Hər  gün  aynanın 
qabağında  birdəfəlik  almazla  təraĢ  elədiyi 
üzünə  krem  çəkə-çəkə  düĢünürdü:‖Bu 
kəndin  söz  sahibi  kiĢilər  olsa  da,  onların 
hamısının  gözü  arvadlarının  ağzındadır. 
Onları döysələr də, söysələr də, hərəsinə 6-
7  uĢaq  doğuzdursalar  da,  axırda  arvadlar 
deyən  olur.  Ona  görə  kiĢilərlə  dava-dalaĢ 
bizə  xeyir  gətirməz.  Lazımdır  ki,  qadınları 
ələ  alaq.  Bunun  bir  yolu  mənim  kimi 
yaraĢıqlı olmaqdan keçirsə, o biri yolu pula 
bağlıdır.  Atamı  gözləməyə  dəyməz  məncə. 
Axı  burda  kim  atasını  eĢidir  ki?!  Cavanlar 
ata-analarının yalvarıĢlarına baxmayıb  mal-
qaranı  mənə  satmadılarmı?  Hörmətli 
Əmənov!  Ġcazə  ver,  mən  özüm  bildiyim 
kimi edim...‖ 
 
...Hə,  mən  Boz  Qırğıyam.  Min 
illərdir 
ki, 
nəslim-nəcabətim 
burada 
yaĢayıb, ömür sürüb. Nəcabət demiĢkən, biz 

                            Üç aylıq ədəbiyyat dərgisi 
151 
həqiqətən  nəcabətli  nəsilik.  Kəkliyi,  ilanı, 
bu daĢa oxĢar tısbağaları, həyət-bacalardakı 
toyuq-cücələri  allah  bizə  yem  buyurub.  Bir 
kəkliklə,  bir  ilanla  bir  gün  doyuruq. 
Artığında  gözümüz  olmaz.  Heç  kimin 
çörəyinə  bais  olmadıq.  Özümüzdən  zəifləri 
alçaltmadıq.  Ən  yüksək  dağ  baĢında  yuva 
qurduq,  ikidən  artıq  bala  saxlamadıq.  Bir 
diĢi  qırğıyla  bir  ömür  yaĢadıq.  BaĢqasında 
gözümüz olmadı. Bəli, biz quĢuq. Amma...  
 
Çox  pərt  olmuĢam.  Biləndə  ki,  bu 
insanlar bizim adımızı batırırlar, az qalıram 
gözlərini oyam. Baxın, bu Əmənov Mayıla 
Qırğı Mayıl deyirlər. Niyə axı məhz Qırğı? 
Neyniyəsən,  hara  Ģikayət  edəsən?  Bu 
insanların  nə  məhkəməsi  məhkəmədi,  nə 
qanunu 
qanundur. 
Özləri 
yazdıqları 
qanunları, özləri də tapdalayırlar. Vallah, on 
qırğı 
ili 
yaĢamıĢam, 
belə 
məxluq 
görməmiĢəm.  Neçə  ildən  birsə  seçkiləri 
olur. 
YığıĢıb 
bilirsiniz 
neynirlər? 
Əvvəlcədən 
hazırlanmıĢ 
siyahıdakı 
adamların  adına  bülleten  düzəldirlər,  sonra 
məktəblərdə  seçkilər  keçirdirlər  və  həmin 
məktəblərin müəllimləri o bülletenləri qom-
qom  qutulara  doldururlar  –  guya  ki,  xalq 
gəldi, səs verdi, deputat seçildilər. Xalq heç 
seçkiyə  gəlmir  ki!  Ac  xalqı  seçki 
maraqlandırmır. 
Gündəlik 
 
çörəyə 
möhtacdırlar  onlar...  Ehhh,  vallah...  Bircə 
Ģeydən  qorxuram:  bu  ac-yalavac  kənd 
sakinləri  belə  getsə  bizim  yemimizə  əl 
uzadacaqlar. 
Ġlanları, 
qurbağaları, 
tısbağaları  yeyib  qurtaracaqlar...  Özləri 
demiĢkən: ac qılıca çapar... 
 
*** 
BĠRLƏġDĠLƏR... 
         ―OfĢar-broyler‖lə  kəndin    arasındakı  
qobuda  iki kiçik otaq tikdilər. Bir də uzun 
bir  anbar.  Cənub  zonasından  (İdrisin 
adamları  hələ  cənuba  dadanmamışdılar
bir  manat  artığına  alıb  gətirdikləri  gön-
dəriləri 

kiçik 
otaqlarda 
aĢılayıb 
dərmanladılar,  sonra  elə  o  dərədəki  kol-
kosun  üstünə  sərib  sərgilədilər.  Bakıdan 
gətirdikləri    dəri  üzrə  mütəxəssislər  həm 
dəriləri, 
həm 
də 
bağırsaqları  xüsusi 
aparatlarla, 
lazimi 
 
dərmanlarla 
elə 
aĢıladılar  ki,  iki  ayacan  belə  saxlasan,  nə 
xarab olar, nə də Ġdrisin dabbaqxanasındakı 
kimi  baĢ  çatladan  qoxu  verərdi.  (Düzdür, 
bunlarınkı  də  iy  buraxırdı,  amma  daha 
qonşularınınki kimi deyildi.)  
 
Bir  neçə  gün  sonra  Bakıdan  gələn 
ilk  tır  Əmənovların  dabbaqxanasından 
yüklərini tutub yola çıxdı. Elə həmin axĢam 
Ġdrisgilə  xəbər  çatdı:  bəs  Əmənovlar  gön-
dəri iĢinə də əl uzatdılar.  
 
Ġsris  dəhrəni  qapıb  yolağayacan 
yüyürdü,  nə  fikirləĢdisə,  bir  də  yolağadan 
evinəcən  geri  qaçdı.  Bir  də  qayıdıb 
yolağayacan  yüyürdü,  elə  əlini  atıb  çalğu 
kolundan    düzəldilmiĢ  yolağanı  açmaq 
istəyirdi ki, içəridən - həyətin qulğuna kimi 
dərinliyindən zəhmli bir səs gəldi: 
 
-Qqqqqayıt  bbbbir  də,  iki  də 
yyyyyüyür!.. 
 
Palıd    taxtasından  düzəldilmiĢ 
taxtda  ağ  tuman-köynəkdə  mütəkkəyə 
söykəklənib  eĢmə  cığara  çəkən  atası 
Zöhrabın səsiydi. Bu kənd-paranın ən yaĢlı 
sakinlərindən  olan  Zöhrab  kiĢi  sakit, 
dinməz-söyləməz adamdı. Uzun boylu, enli 
kürəkli, saqqalı ətəyinə tökülən bu kiĢi indi 
ömrünün  son  çağlarını  yaĢasa  da  hələ  canı 
suluydu. DanıĢanda kəkələdiyindən  kənddə 
ona  Bıbbı  Zöhrab  deyirdilər.  Elə  normal 
danıĢa  bilmədiyinə  görə    yüz  sözün  birin 
deyər,  ya  deməz.  Əgər  Bıbbı  Zöhrab 
danıĢmağa  baĢladısa,  ya  dava  düĢəsidi,  ya 
kimsə döyülməlidi, ya da ağlagəlməz bir iĢ 
baĢ  verməliydi.  Əvvəllər  belə  az  danıĢan 
olduğundan  onun  da  Ģahsevən  olduğunu 
güman  eləmiĢdilər.  Hətta  adının  yanına  bir 
Ģahsevən sözün də qoĢmuĢdular: ―ġahsevən 
Zöhrab‖.  O  da  bunu  eĢidib  böyürə-böyürə 
(doğrudan mal kimi böyürürdü) demiĢdi: 
 
-Mmmmən 
qqqqaraĢalvar 
Zzzzzöhrabam,  arrrrrvadıızın  bbbıppısı 
haqqqqı! 
 
Oğlunun  əlində  dəhrə  hələ  də 
yolağada dayandığını görüb bir də böyürdü: 
 
-Yyyyüyür dddddedim! 

152
№ 3 (15) Payız 2015 
 
 
Ġdris  dəhrəni  həyətdəki  Ģəftəli 
ağacına  çaldı,  ağac  Ģaqqıltıyla  yerə  yıxıldı. 
―Ooooooh!‖  kimi  qeyri-insani  bir  səs 
çıxardıb  bir  neçə  dəfə  həyətdə  o  baĢ-bu 
baĢa  yüyürdü,  it  kimi  ləhləyə-ləhləyə  gəlib 
atasının qabağında dayandı: 
 
-Niyə  qoymadın  gedip  çapım 
onları bu dəhrəylə?! Yazıq Ģəftəli ara yerdə 
güdaza getdi?! 
 
-Ggggetmə.  Ddddağa  ddddedilər 
kkkkimnən 
qqqqqorxursan? 
Ddddedi 
pppulludan...    Özü  dddə  ssssəsini  qqqıs... 
Bbbbbböyürmə... 
Ggggget, 
Əmmmmmənovlarla iĢĢĢĢĢĢ qqqqur...  
Onnnnara əllll uzzzzat... ġĢĢĢĢĢərik ol... 
 
Bu  vaxt  həyətdən  bir  az  aralıda 
maĢın  siqnalı eĢidildi. Ġdris dönüb baxanda 
gözündə  eynək  ġərifi  görüb  Ģəftəlini  bıçaq  
pendiri    kəsən    kimi  kəsib  yerə  salmıĢ 
dəhrəyə    baxdı.  Atasının  gücənə-gücənə 
dediyi  sözləri  yadına  salıb  yenə  bir 
―ooooooh‖  elədi,  amma  bu  dəfə  içində 
böyürdü və bir də dönüb ġərifə baxdı. ġərif 
də  hörmət  əlaməti  olaraq  gözlüyünü 
çıxardıb: 
 
-Salam  əleyküm,  Ġdris  əmi,  -  dedi. 
–  Atam  xahiĢ  elədi  ki,  bir  biz  tərəfə 
gələsiniz... 
 
 
 
AxĢam  ĢüĢəli  mülkün  həyətindəki 
alma  ağacının    kölgəsində  oturub  qısa  bir 
söhbət  etdilər.  Salam-kalamdan  sonra 
Əmənov  qalxdı.    Əslində,  bu  o  anlama 
gəlirdi  ki,    qoca  Ġdrislə  qabaq-qabağa 
oturmağı özünə sığıĢdırmamıĢdı. Bir kəlmə: 
―Mənim 
əvəzimnən 
söhbəti 
ġərtif 
aparacaq‖  deyib  yuxarı  –  mülkün  4-cü 
mərtəbəsindəki istirahət otağına yollandı.          
           ġəriflə Ġdrisin söhbəti uzun çəkmədi. 
Və bu qısa söhbət hər ikisinin də razılığı ilə 
belə sonuclandı: Ġdrisin dabbaqxanası köçür 
dərənin  qobusundakı  təzə  dabbaqxanaya, 
burada  isə  birləĢirlər.  (Əslində,  bu,  İdrisin 
dabbaqxanasının ləğvi demək idi. Nədən ki, 
onun  dabbaqxanası  kustar  üsulla  işləyirdi. 
Əmənovlarınkı 
isə 
müasir 
texnoloji 
qurğularla  təmin  edilmiş,    Şərifin  diliylə 
desək,  “yevro  dabbaqxana”  idi.)  Yeni, 
birləĢmiĢ dabbaqxananın rəisi ġərif olmaqla 
direktoru  Ġdris  təyin  edilir.  Xalis  gəlirdən 
hərəsi  otuz  beĢ  faiz  götürür,  yerdə  qalan 
iyirmi  faizsə  dabbaqxananın  sərfiyyatına 
yönəldiləcək.  Qaldı  on  faizə,  bunun  sahibi 
Bakıda oturan  Adam idi. Hər ayın sonunda 
adamı gəlib nağddan hesabını aparacaqdı... 
 
Əvvəlcədən  hazırlanmıĢ  sənədi 
qollayıb  artıq  qapıda  müntəzir  olan 
hüquqĢünasa verdilər. 
 
Beləcə,  Əmənovların  gənc  oğlu 
ailənin  rastlaĢdığı  bir  müĢkülü  də  asanlıqla 
həll edə bildi. 
 
 
*** 
 
Kəndin ən yaĢlı adamlarından olan 
doxsan  yaĢlı  Narıngül  arvad  əlində  ağac  el 
yoluna çıxıb. Gələn-gedəni çağırır, qıĢqırır, 
nəsə soruĢur. 
 
-Ay uĢaq, ay bala... O qaraltı nəydi 
gör? Belə keçəni deyirəm, e... Bəlkə mənim 
inəyimdi? Bu axĢam evə gəlmədi axı? Qalar 
çöldə, qurda-quĢa yem olar e... 
 
Səsinə  heç  kimin  səs  vermədiyini 
görüb  qonĢuları  Zülfünazın  yolağasına 
yönəlir: 
 
-Ay Zülfünaz... Zülfünaz heyyyy... 
 
Səksən  beĢ  yaĢlı  Zülfünaz  arvad 
içəridən hay verir: 
 
-A batmıĢ, nədi? Noolub? 
 
-Ağız,  mənim  Xumar  inəyim 
gəlmədi axı? Buzovu qalıb məliyə-məliyə... 
 
Zülfünaz içəridən ağlamsınır: 
 
-Yazıq  arvad...    Bəs  axı  sənin  o 
nəvən  Xumarı  Əmənovlara  satmadı?  Ağlın 
qaçıpdımı? Yeri get ayna, bizi dost-düĢman 
yanında xəcil eləmə... aaallah... 
 
-Nə  təər  yanı?  Əmənovlar  mənim 
inəyiməmi qalmıĢdılar? Bı nə deyir aaz? 
 
Sonra  qarı  inəyi  horaylayır,  malın 
anlayacağı dildə ( mallar itəndə həmişə belə 
edərdilər) çağırmağa baĢlayır: 
 
-Bijjje... 
Bijjje... 
Düüüü, 
hoooooo... Bijjje. Bijjjjje....  
 
 

                            Üç aylıq ədəbiyyat dərgisi 
153 
*** 
GÜLZAR
 
             Narıngül  qarı  kol-kosa  iliĢə-iliĢə, 
yıxıla-dura  gəlib  kəndin    Nobatalı  örüĢü 
deyilən yerə  çıxdı. Burda bəlkə iki min, üç 
min  inək  otlayırdı.  Elə  ağzını  açıb  bijje 
eləmək  istəyirdi  ki,  gördü  kolun  dalından 
bir  kölgə  keçib  aĢağı  sinidi.  Qarı  inəyini 
unudub  özünü  yığıĢdırdı,  beynində dolaĢan 
ələĢən-kələĢən görüntüləri çözməyə çalıĢdı. 
―Bı  nəydi?  Niyə  mənnən  qaçdı?  Yasəmən 
evdən  çıxıb?  Yooox  bı  Yasəmən  dəyil, 
onun ayrı Ģiklidi... Dayan, dayan... ― 
            -Ağız, a bala, mənnən niyə qaçırsan, 
tanıdım 
səni,  dədənnən,  qardaĢınnan, 
əminnən  qaçmısan,  bilirəm...  Gəl,  gəl  bəri 
görüm... 
 
Doğrudan  da,    böyürtkən  kolunun 
içindən  saçı  pırtlaĢmıĢ,  əyin-baĢı  didik-
didik olmuĢ bir qız çıxdı, qarıya tərəf qaçıb 
onun ayağına qapandı. 
 
-Nənə,  saa  qurban  olum!  Məni 
axtarıllar...  Tapsalar  öldürəcəhlər...  Gizlət 
məni... 
 
Qarı  onsuz  da  hər  Ģeyi  görürdü, 
ona  görə  heç  nə  soruĢmadı.  Özü  qabağa 
düĢüb,  ―dalımca  gəl‖  dedi.  AxĢam  Ģəviniyi 
çalanda    artıq  onlar  kəndin  içindəydilər. 
Qarı geri dönüb pıçıldadı: 
 
-Sən  bu  ağacın  daldasında  gizlən, 
amma  gözünü  mənnən  çəkmə.  Bax,  o 
qıraqdakı  daxma  mənimdi,  mən  içəri  girən 
kimi  sən  də  burdan  tərpənib  özüu  atarsan 
evə.  Qorxma,  heĢ  kim  görmüyəcəy  səni... 
Qapını açıq qoyacam... 
 
 
 
...-Atamla 
anam 
fermada 
iĢləyirdilər.  Çox  vaxt  məni  də  özdəriynən 
aparardılar.  Bir  axĢam  aparmadılar.  Evdə 
on  birdə  oxuyan  qardaĢımla  mən  qaldım. 
(Məktəbimizdə  yuxarı  sinif  oğlanlarının 
çoxu  kimi  qardaşım  da  nəşə  çəkirdi. 
Çəkəndə özündə olmurdu. Elə hala düşürdü 
ki,  qorxurdum  ondan.  İndi  yenə  o  halda 
idi.)  O  da  baĢladı  maa  söz  atmağa. 
―QəĢəhləĢmisən,  Gülzar...  Məmələrin  nə 
yaman çıxıb‖ kimi gic-gic sözlər deyir maa. 
Mən də onnan iki yaĢ böyüyəm axı... Üzünə 
bir  sillə  tutuzdurdum  ki,  kiri!  Qayıdıb 
mənim  qolumu  burdu,  yıxdı  kravata,  çıxdı 
üstümə....  Ha  elədim,  əlinnən  çıxa 
bilmədim... Ağzınnan da bir iy gəlir, baĢım 
çatlayır.  Onda  gördüm  iĢdanımı  çıxardır... 
Əlinnən  çıxıb  qaçmax  istiyəndə  baĢımnan 
nəyləsə  vurdu,  huĢumu  itirdim...  Oyananda 
gördüm  al  qanın  içindəyəm...  Qara  qanı 
ağzınnan gəlmiĢ üzümü açmıĢdı... 
 
Qız  hönkürüb  ağlayır,  danıĢa 
bilmirdi.  Qarnı  gün-gündən  böyüyən 
Yasəmən  də  qoĢulmuĢdu  ona.  Qarı  qızları 
sakitləĢdirmək üçün dedi: 
 
-DanıĢ, 
qız... 
DanıĢ 
ki, 
yüngülləĢəsən...  Ağlama,  day  ağlamaxdan 
keçib səninki... 
 
-Mənim 
qara  günüm  baĢladı 
bunnan sonra. QardaĢım iki günnən bir, siz 
də  bağıĢlayın,    Ģeyini  əlinə  alıb  üstümə 
gəlirdi.  Dedim  atama  deyəcəm,  qayıtdı  ki, 
səni  doğrayaram.  Belə-belə  düz  bir  il 
mənnən  ər-arvad  kimi  gizlində  yaĢadı. 
Sonra gün gəldi, bu ölmüĢ əsgər getdi. Mən 
dərdimi  açıb  anama  danıĢdım.  Arvad 
dərdimə  Ģərik  olmaq  əvəzinə  saçımnan 
tutub  evin  içində  sürüdü,  üz-gözümü  didib 
dağıtdı.  ―Harda  sihdimisən,  qızdığıı  kimə 
vermisən,  düzün  de,  mənim  gədəmi  niyə 
biavza  eliyirsən,  a  səni  biavza  olasan!‖ 
deyib  qiyyə  çəkdi.  Səsə  Rusiyadan  təzə 
gəlmiĢ  əmim  gəldi.  O  da  maa  müĢtəri 
gözüynən  baxdı,  elə  anamın  yanındaca  bir 
sillə vurub çıxıb getdi. AxĢam anamla atam 
fermaya  gedəndə  əmim  bizə  gəldi  və 
qollarımı  qanırıb  məni  soyundurdu.  Bu 
oğraĢ  da  qardaĢım  eliyənnən  elədi.  Özü  də  
əmimə  baxanda  qardaĢım  insaflıymıĢ!  Ġt 
oğlu  həm  daldan  yaĢadı  mənnən,  həm 
qabaqdan. Bunnan da kifayətlənmədi, Ģeyin 
çıxardıb ağzıma da soxdu... 
 
Qızı  ağlamaq  tutdu.  Çiyinləri 
atdandı,  eĢqırdı,  eĢqırdı  və  özündən  getdi. 
Yasəmən  ayağa  durub  su  gətirdi,  qızın 
üzünü  yudu,  yaĢ  əllərini  onun  boyun-
boğazına, sinəsinə, döĢlərinə çəkdi. Bunları 

154
№ 3 (15) Payız 2015 
 
edə-edə  düĢündü  ki,  mənnən  də  bədbəxti 
varmıĢ ki... 
 
Qız ayılıb bir müddət səssiz qaldı. 
Yasəmənin  süzdüyü  isti  çaydan  bir  qurtum 
aldı.  Narıngül  qarı  təzə  doğulmuĢ  piĢik 
balası  kimi  köməksiz  olan  bu  zavallını 
süzə-süzə ―hı‖ eləyib dedi: 
 
-Sohra da binamus atan baĢladı... 
 
Qız  dik  atıldı.  Qarını  qanlı-qanlı 
süzdü və birdən nəsə yadına düĢüb üzünün 
ifadəsi dəyiĢdi, acı-acı gülümsədi: 
 
-Mən  gecə  yatmıĢdım.  Bir  ağ 
saqqallı  kiĢi  yuxuma  gəlib  əlini  baĢıma 
çəkdi.  Sohra  dedi  ki,  qızım,  Gülzar, 
qorxma,  gedərsən OfĢara, orda bir qarı özü 
gəlib səni tapacax...  O sənsən eləmi? – Qız 
Narıngül qarıya baxdı. 
 
-Bəs sizin kənd haradı? – Yasəmən 
dərdli-dərdli soruĢdu. 
 
-Biz  rayon  mərkəzində  olurux... 
Hə,  nənə  düz  deyir...  Bir  gecə    özümü 
həyətimizdəki quyuya atmaq istəyirdim. Elə 
quyunun  qapağını  təzəcə  qaldırmıĢdım  ki, 
bir  qüvvətli  əl  qolumnan  tutdu.  Atam  idi. 
Sevindim. Dedim kiĢi dərdimə Ģərik olmağa 
gəlib.  O  məni  çəkib  odun  yığdığımız 
otaqçaya  apardı.  Ağzımı  yumub  dedi  ki, 
anan  danıĢıb,  hər  Ģeyi  bilirəm.  Elə  ordaca 
ayaq  üstə  mənimlə  yaĢadı.  Sonra  da 
hədələdi  ki,  mənnən  baĢqa  bir  kimsəyə 
versən, səni baltayla doğrayaram!.. 
 
Qarının  gözləri  çevrildi.  BaĢı  əsə-
əsə  ağzı  köpükləndi.  Bircə  bunları  deyə 
bildi: 
 
-Heç  sənin  kərəminə    Ģükür 
olmasın... 
Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin