Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
89 
    Yeddi kiĢi xeylağından yalnız Muradın 
tüfəngi  vardı  –  babası  Novruzdan  qalma 
təklülə  ―16‖  kalibr.  Qalanları  qız-gəlinin 
mindiyi  ulaqları  sürmək  üçün  əlinə 
çomaq götürmüĢdü. MəĢdinin SarıqaĢqası 
özünə  qamçı  vurduran  atlardan  deyildi. 
Kənddə uzaq mənzilə onunla yarıĢa bilən 
at  yoxuydu.  Hətta  bu  atın  qonĢu  kəndə 
satılan  böyük    tayı    hər  il  Novruz 
bayramında  keçirilən  Suüstü  yarıĢlarında 
birincilik 
də 
qazanmıĢdı. 
Amma 
MəĢdinin 
əlindəki 
ağac 
baĢqalarınınkından  daha  yoğunuydu. 
Yerə  dəyən  hissəsində  də  toppuz  vardı. 
Çünki  ―quyruğu  qəfil  gödələn‖  (dili 
döndərmədiyi  üçün  Qafqaz  gürzəsinə 
belə  deyirdi)  ilanlardan  çox  qorxurdu. 
Harda görsəydi, mütləq öldürməliydi. Bu 
da  səbəbsiz  deyildi.  UĢaq  vaxtı  kəndin 
kənarında  quzu  otaranda  böyük  bir  ilan 
onun  qarĢısında  dayanıb  fısıldamıĢ,  o  da 
əlindəki 
çubuğu 
çiyninə 
qaldıran 
vəziyyətdə  quruyub  qalmıĢdı.  QonĢusu  – 
bir  sinif  ondan  yuxarı  oxuyan  Teymuru 
(Temir  çağırırdılar)  haraylamıĢ,  o  da 
gəlib 
çıxanacan  ilan  sürünüb  yox 
olmuĢdu.  Onda  MəĢdi  üç  gün  ördək  səsi 
çıxardı.  Nənəsi  MəĢdinin  vəziyyəti 
haqqında MəĢhəd ziyarəti ərəfəsində olan 
molla  Hüsüyə  də  demiĢdi.  Molla  uĢağın 
yastığının  altına  bir  az  çörək,  bir  də 
Quran  qoymağı  məsləhət  görmüĢdü. 
Sonralar  MəĢdi  o  ağır  günlərin  tez  keçib 
getməsinə  görə  Allaha  dua  edirdi.  Yoxsa 
qəlbini  Nisəyə  necə  aça  bilərdi?  Fürsət 
düĢəndə  Nisəyə  sözünü  elə  uca  səslə 
deyirdi  ki,  sanki  o  üç  günün  acığını 
çıxırdı.  Qız  da  az  qalırdı  utandığından 
yerə  girsin.  Etiraz  edəndə  daha  da 
coĢurdu: 
    -  Qoy  hamı  eĢitsin!  Əgər  məni  boğaza 
yığsan,  bir  gün  səni  sevdiyimi  aləmə  car 
çəkəcəm! 
    Əsgərliyə  gedəndə  Nisəyə  sanki  son 
sözünü demiĢdi: 
    -  Bilmirəm,  hansı  diyara  aparacaqlar. 
Həyatdı,  baĢıma  bir  iĢ  gəlsə,  heç  ilimin 
çıxmasını  gözləmə,  istəyən  olsa,  get. 
Allah səni xoĢbəxt eləsin!         
      Bunu  deyəndə  burnunun  ucunda 
qəribə  bir  acıĢma  hiss  eləmiĢdi.  Nisənin 
də  alt  kirpiyində  daĢmağa  bənd  duzlu 
gölməçə yaranmıĢdı. 
     Qismətdən  gedib  dünyanın  o  ucuna  – 
Ġrkutsk  vilayətinə  düĢmüĢdü.  EĢitmiĢdi 
ki, 
yüksək 
nizam-intizamı 
olan, 
təlimlərdə  fərqlənən, normativləri normal 
yerinə  yetirənlərin  bir  ildən  sonra  qısa 
müddətə evə buraxılma ehtimalı var. O da 
ucsuz-bucaqsız 
meĢənin 
ortasında 
davranıĢlarına  fikir  verir,  hər  cəhətdən 
nümunəvi  olmağa  çalıĢırdı.  Məqsədi 
yanvarın 28-də dünyaya göz açan Nisənin 
doğum  günündə  onun  yanında  olmaq, 
sevindirməkdi.  Ancaq  iĢlər  MəĢdinin 
hesab-kitabına  uyğun  getmirdi.  Həmin 
hərbi  hissəyə  verilən  ermənilər  elə  bil 
türk  düĢməni  Zori  Balayanın  ―Ocaq‖ 
kitabını  əzbərləyib  gəlmiĢdilər.  Hər 
məqamda 
azərbaycanlılarla 
münaqiĢə 
çıxarmaq,  yaxĢı  ad-san  qazananları 
ləkələmək yolunu tutmuĢdular. 
MəĢdi  cəmi  onca  ay  dözə  bilmiĢdi. 
Gümrüdən  olan  Poğos  Dağlaryan  adlı 
birinin    onu  mətbəx  bıçağı  ilə  vuracağını 
hiss  edib,  qəfil  qanrılıb  çənəsindən  bir 
yumruq  iliĢdirmiĢdi.  Poğos  bir  saatdan 
çox  özünə  gəlməmiĢdi.  MəĢdi  heç  halını 
da  pozmamıĢ,  veriləcək  cəzanı  nəzərə 
almadan demiĢdi ki, dığa sağ qalıb ondan 
əl  çəkməsə,  bu  dəfə  cəhənnəmə  vasil 
edəcək.  Onda  Poğos  ölmədi,  ancaq 
həddini  aĢmağa  da  cəsarəti  çatmadı. 
MəĢdinin  ad  günü  arzusu  gözündə  qaldı. 
On 
beĢ 
gününü 
yatdı, 
buraxılıĢ 
hüququndan da məhrum oldu... 
 
 
 
 

90
№ 3 (15) Payız 2015 
 
                        *** 
      Hacı  Məmmədalı  yurduna  çatanda 
beĢ-on  dəqiqəliyə  at-ulağa  dinclik 
verdilər.  Bundan  istifadə  edən  kiĢilər 
arxac  yerində  kəĢfiyyata  çıxdılar.  Burada 
istədikləri  qədər  ələyəz  olmadığı  üçün 
Güney yurda getməyi qərara aldılar. Bu o 
demək  idi  ki,  onların  hələ  saat  yarımlıq 
yolları vardı. 
     Keçi  qalasından  peyda  olan  günəĢ 
bütün  Əyriçay  yatağını  nura  qərq  eləsə 
də, Qaranlıq dərə həmiĢəki kimi vahiməli 
görkəmindəydi. AxĢamdan canına üĢütmə 
düĢən,  səhərə  yaxın  Ģehlə  yuyunan  otlar 
artıq  qurulanırdılar.  MəĢdinin  gözünün 
düĢməni  olan  ilanlar  da  yavaĢ-yavaĢ 
qıvrılaraq sanki günəĢə minnətdarlıqlarını 
bildirirdilər. 
Aran 
yerlərindən 
gəlib 
Qarovulxana, Qaraçı yurdu, Tüklü çəmən 
və  ġah  bulağında  yerləĢən  çobanların 
çadırları 
uzaqdan 
ağappaq 
çaĢır 
göbələyini  xatırladırdı.  ġah  bulağındakı 
üç  çadırın  yanında  üzü  EĢĢək  meydanına 
sarı  dayanan  ―UAZ‖ın  üstündəki  Ģeh 
damcıları  günəĢin  Ģüaları  ilə  cürbəcür 
rənglərə boyanaraq ətrafa səpələnirdi... 
      Niyyətlərinin 
mənzilinə 
çatanda 
günəĢdən  qıyılan  gözlərdə  təbəssüm 
yaranmağa  baĢladı.  Bütün  kənd  əhlinə 
yetəcək  qədər  ələyəz  vardı.  Bükəklərdə 
torpağın üzərini örtən köpük qarın yenicə 
əriməyindən xəbər verirdi. Ağzını səmaya 
açan  çiçəyi  burnunda  ələyəzlərə  adam 
qıymaq  istəmirdi.  Həm  də  deyirdilər  ki, 
bu  otun  körpələrinin  o  qədər  də  faydası 
olmur.  Çiçəkləri  tökülməkdə  olan,  yeni 
toxumlayanları daha məsləhətlidi. 
KiĢilər at-ulağı yerbəyer eləyib qurtarana 
qədər  zənən  xeylaqları  ələyəzə  yamanca 
giriĢdilər.  Bu  arada  MəĢdi  yoldaĢlarına 
səsləndi 
ki, 
bir-birindən 
çox 
aralanmasınlar, 
ayıq-sayıq 
olsunlar. 
Murada da tapĢırdı ki, silahı əlindən yerə 
qoymasın.  O,  iki  hörük  ələyəz  yığmasa, 
dünya  dağılmaz.  Hələ  bir  hörük  də  özü 
boyun oldu. 
     Hər  kəs  sanki  torpağa  səcdə  edirdi. 
Ələyəz  yığmaq  o  qədər  də  asan  deyil. 
Ötən  ildən  qalma  quĢqonmaz  tikanları 
qarın  altında  islanıb  bir  təbəqə  yaradır, 
yazda qar gedəndə quruyur, qan tökməyə 
müntəzir  cəllada  bənzəyir.  Buna  görə  də 
onu 
torpaqdan 
yalnız  bir-bir,  çox 
ehtiyatla  çıxarmalısan.  Bəzən  tələsik 
dartılanda gövdəsi torpaqda qalır, üç-dörd 
yarpağı  ələ  gəlir.  Bütöv  çıxarılanları 
hörmək də asan olur. 
MəĢdi  təxminən  yarım  kisə  yığandan 
sonra  güntutar  bir  yerdə  otların  üstünə 
sərildi.  Bir  qədər  aralıda  kisəyə  ələyəz 
basan  Nisəyə  səsləndi  ki,  15-20  dəqiqə 
gözünün  acısını  alıb,  durub  davam 
edəcək.  MəĢdinin  kirpikləri  bir-birinə 
yenicə  kipləĢmiĢdi  ki,  Muradın  bacısı 
Gülcahanın boğunuq çığırtısını eĢitdi: 
    - Erməni gəliiir!!! 
    Cəld  yerdən  sıçradı,  qeyri-ixtiyarı 
Nisəni  çağırdı.  Əlini  baĢına  apardı.  Saçı 
kirpi  oxları  kimi  qabardığından  elə  bildi 
ki,  papağı  baĢında  deyil.  Bir  qədər  aralı 
qoyduğu  çomağını  götürüb  bağıra-bağıra 
heykələ  dönən  yoldaĢlarına  sarı  qaçmağa 
baĢladı: 
    - Qoy gəlsin, o dığaların baĢını bax bu 
ağacla  əzəcəyəm.  Bu  dəfə  əlimdən  sağ 
qurtarmayacaqlar. 
    Murad 
təklüləni 
hərbi 
geyimli, 
çiynində  silahı  olan,  asta  addımlarla 
onlara  tərəf  gələn  düĢmənə  tuĢlayaraq 
irəli  addımlayır,  özü  də  bilmədən  var 
qüvvəsi ilə guruldayırdı: 
    -  Gəl!  Gəl,  o  murdar  ayağını  bu  pak 
torpağa basmağına səni peĢman edim, sən 
də  gör!  Bizdən  bu  qədər  torpaq 
qopartdınız  bəs  eləmədi?!  Yüz  il  bundan 
qabaq  babalarım  da  elə  bu  dağda-daĢda 
ananızı  ağlatmıĢdı.  Ġndi  sənin  qulağını 
kəsəcəyəm.  Erməninin  qulağı  kəsiləndə 
adama oxĢayır... 
       DüĢmən  təqribən  ―16‖-nın  mənzilinə 
yaxınlaĢanda  Murad  tətiyi  çəkdi,  erməni 
üzüqoylu yerə sərildi. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
91 
     - Al payını, nacins məxluq! – hamı bir 
ağızdan  ürəyini  boĢaltdı.  Qadın-kiĢi,  hər 
kəs  üzüyuxarı  ayı  çaĢırlarının  arasına 
düĢən  erməniyə  tərəf  cumarkən  qarĢıdan 
gələn səs onları sanki yerə mıxladı: 
     -  Ə,  sən  Allah,  atma!!!  Dayan!!!  Mən 
Mürvət 
müəllimin 
oğlu 
Əsgərəm! 
Atma!!!  
     Gözlər  bərələ  qalmıĢdı.  DüĢmən 
sandıqları  qonĢu  kəndin  sakini  qalxıb 
yalvara-yalvara onlara tərəf addımlayırdı: 
    -  Murad,  qurban  olum,  atma!  Məni 
çevir  o  bir  balanın  baĢına!  ĠĢin  bu  yerə 
gələcəyini  bilməzdim,  qələt  eləmiĢəm! 
BaĢınıza dönüm, məni bağıĢlayın!  
     Kənd  sakinlərinin  qorxaq  bildiyi 
Həsən  sinəsini  qabağa  verib  Əsgərin 
sifətinə birini dartdı. Onu Ģil-küt eləməyə 
qalxan  baĢqalarını  da  MəĢdi  birtəhər 
sakitləĢdirdi: 
    -  Qurban  olasan  buradakı  qız-gəlinə, 
bir  də  dədən  Mürvət  müəllimə.  Bəxtin 
kəsdi,  Murad yaxĢı  niĢan ala  bilməmiĢdi. 
Yoxsa  sabah  ehsanını  yeyirdik.  O  silahı 
alıb,  bilirsən  də...  Güclə  dodaqlarını  bir-
birinə sıxdı. 
 
 
*** 
      Heç  kəsdə  həvəs  qalmamıĢdı.  Bir-iki 
saat  da  dümələndilər.  Ġstədikləri  qədər 
ələyəz  yığa  bilməmiĢdilər.  Artıq  gün 
əyilirdi.  Özəkləməyə  baĢlayan  cacıqların 
üstündə  süfrələr  açıldı.  Hərə  evdən 
gətirdiyi  nemətləri  ortaya  qoydu.  Ürəyi 
istəyənlər  bir-birinin  dəstərxanına  əl 
uzatdı. 
MəĢdinin 
əhvalı 
necə 
pozulmuĢdusa,  gömürən,  acıqıcı,  yarpız 
yadına  düĢmədi.  Dünən  axĢam  Nisəyə 
tərif  elədiyi  ―ləzzətli  yemək‖  yumurta, 
pendir,  bir  də  təndir  çörəyindən  ibarət 
oldu... 
    Yenə ələyəz arıtlandı, hörüldü, kölgədə 
quruduldu.  Satan  satdı,  aran  yerlərində 
olan  qohumlara,  dostlara  pay  verildi. 
Nisənin  qısır  qoyun  qovurması  ilə 
biĢirdiyi ələyəz aĢı MəĢdinin ağzını dada 
gətirmirdi.  Hər  dəfə  ələyəz  sallanan 
qaĢığı  ağzına  aparanda  Güney  yurddakı 
qorxunc  hadisə  gözlərinin  qarĢısında 
canlanırdı.  Hədiyyə  verdikləri  qohumlar, 
dostlar da builki ələyəzi tərifləmirdi. Kim 
bilir,  MəĢdi  dadı  qaçan  ələyəzdən  yana 
bəlkə bir də dağa-daĢa düĢməyəcəkdi... 
 
GÜNEL  NAT
İQ 
 
 
 
Uçmadan yaşamaq 
 
      Yarım saata yaxın idi ki,  uĢaq zülüm-
zülüm  ağlayırdı.  Ondan  bir  az  aralıda 
çarpayıda  uzanmıĢ  qadın,  baĢını  yastığın 
altına  soxub  özünü  ətraf  səslərdən  təcrid 
eləmiĢdi.    Əslində  düĢünürdü.  Balaca 
bantlı qız olduğu vaxtları, sevimli uĢaqlıq 
çağlarını,  universitet  illərini,  o  adamla 
tanıĢlığı...  Burda  xəyallar  ―dayanacaq 
edir‖,  ―ayaq  saxlayırdı‖.  Sanki  nəyisə 
gözləyirdi.    Bəlkə  də  ondan  müdaxilə 
gözləyirdi.  O  isə  elə  bil  qəsdən 
xəyallarını  orda  ayaqüstə  saxlayır,  onlara 
bir yeri belə çox görürdü.  
      UĢaq  ağlayırdı.  Belə  vaxtlarda  o, 
analıq  hislərindən  özünü  məhrum  edir, 
uĢağın  onun  həyatındakı  yerini  kəsib 
götürür,  xatirələrə  dalırdı.  Harda  ki,  o, 
bantlı  qız  idi,  həyatı  rəngbərəng  Ģarlar 
kimi  görürdü.  Elə  bilirdi,  həyatın 

92
№ 3 (15) Payız 2015 
 
üstündən  də  belə  Ģar  kimi  adlayacaq,  elə 
havada,  uça-uça  keçəcək  həyatı.  Özü  də 
Ģarların rəngiylə baxacaq həyata- bir gün 
qırmızı, bir gün narıncı.... 
UĢaq  heç  vaxt  belə  israrlı  olmamıĢdı. 
―Mən heç belə inadkar deyildim, mən heç 
vaxt inadkar olmamıĢam. Bəlkə ona görə 
ki,  sevdiklərim  olub  yanımda,  kiridiblər 
məni.  Bəlkə  atasını  istəyir?..  Yox,  nə 
olursa olsun, o bir də girməyəcək burdan 
içəri.  O  adam  ata  olmaq  Ģansını  çoxdan 
itirib‖.  
     Xatırlayır,    ilk  dəfə  onu  öpdüyünü. 
Hava  xeyli  qaralmıĢdı.  Onlar  dağüstü 
parkda gəzirdilər. Ġkinci, ya üçüncü görüĢ 
idi.  Pillələrdən  düĢərkən  oğlan  birdən 
ayaq saxladı, onu divara dayayıb ilk dəfə 
görürmüĢ  kimi  baxmağa  baĢladı.  Düzü, 
onda bir az qorxdu.  
    -Nə etməyə hazırlaĢırsan? 
    -Səni  öpməyə,-  oğlan  dedi.  Və  onu 
öpdü.  
    O anda hər ikisinə qanad taxdılar. Ona 
da  balacası  düĢmüĢdü.  O  da  kiçik 
qanadlarını  götürüb  oğlanın  onu  apardığı 
yerlərə  uçurdu.  Hərçənd  qaranlıq  idi, 
amma  hər yer  uĢaqlıqda gördüyü  Ģarların 
rəngində  görünürdü.  Narıncı,  qırmızı, 
göy...  Qaranlıq  necə  gözəl  və  rəngli 
olarmıĢ...  Qaranlığın  neçə  rəngi  olarmıĢ 
ilahi.  Kiçik  qanadlar  insanı  hansı 
yüksəkliklərə apararmıĢ! 
Sonra  onun  evli  olduğunu  öyrəndi. 
Təsadüfən.  Yazığı  gəldi  o  qadına.  Onun 
yerində olmaq istəməzdi.  
     Yadına  gəlir,  həmin  anda,  hə,  elə 
həmin  anda  qanadları  lap  balacalaĢdı, 
kövrəkləĢdi.  Təsəvvür  etmirdi,  qanadsız 
necə  yaĢamaq  olar.  Belə  çıxır,  yaĢamaq- 
uçmadan  yaĢamağı  öyrənməkmiĢ  sən 
demə.  Çünki  insan  dünyaya  uçmaq  üçün 
gəlir.  Tanrı  aldadır  onu,  kiçik  qanadlar 
verir, o da.... 
Elə  həmin  günlərdə  öyrəndi  o  qadının 
hamilə olduğunu.  ―O adam necə baxacaq 
o uĢağın gözlərinə‖,- deyə düĢündü.  
    ...UĢağın ağlamağı Ģikayətə bənzəyirdi. 
―HəmiĢə  belə  olur.  Indi  susacaq‖,-  deyə 
düĢündü. 
AldadılmıĢ  o  qadın  da  telefonda  belə 
ağlayırdı.  Zülüm-zülüm.  Onda  kiĢi  artıq 
onun  evinə  gəlmiĢdi.  ―Istəmirəm  o 
qadını‖,-  deyirdi.  O  da  ürəyində  özünə 
təsəlli  verərək,  ―hər  Ģey  yaxĢı  olacaq‖ 
deyə öz baĢını aldadaraq susmuĢdu. 
    ...O  qadının  ağlamağını  heç  vaxt 
yadından  çıxarmayacaq.  Onda  bildi  ki, 
yalandır  hər  Ģey.    Hətta  o  qanadlar  da, 
hansı ki, saxta materialdan düzəldilib. Ġlk 
dəfə  idi  ki,  tanrının  belə  iĢ  tutacağı 
haqqında düĢünürdü. Özü də qorxmadan.  
     Həmin  telefon  söhbətindən  sonra 
(ondan  sonra  kiĢi  evini,  həmin  qadını  və 
artıq  doğulmuĢ  uĢağını  tərk  edib  onun 
evnə  gəlmiĢdi)  kafelərin  birində  həmin 
aldadılmıĢ və tərk edilmiĢ qadınla üz-üzə 
oturmuĢdular.  Qadın  onunla  görüĢmək 
istədiyini  demiĢdi.  Çox  xahiĢ  etmiĢdi.  O 
da  getmiĢdi  görüĢə.  Qadın  uĢaq 
arabasıyla  gəlmiĢdi.    O  isə  nə  illah  etsə 
də,  uĢağın  gözünün  içinə  baxa  bilmirdi. 
―Yəqin  uĢaq  da  baĢa  düĢür  ki,  onu 
atasından  ayıran  zalım  qadın  mənəm‖. 
Hərçənd  fərqindəydi  ki,  körpədir  hələ, 
heç nə anlamır.  
    -Qorxmayın,  baxın,  onsuz  da  o, 
görmür...-Qadının  sözləri  onu  fikirlərdən 
ayırdı. 
Diksindi bu sözdən. Necə yəni görmür?  
   -Anadangəlmə  kordu-  qadın  bu  sözləri 
yük daĢıyırmıĢ kimi dedi. DüĢündü ki, bu 
qadın  hələ  bu  yükü  neçə-neçə  uzun  illər 
daĢıyacaq. 
     KiĢinin  ona  bunu  deyib-demədiyini 
xatırlamağa  çalıĢdı.  Yox,  bu  haqda  o 
bircə  kəlmə  də  eĢitməmiĢdi.  Bəlkə  də  o, 
evi  tərk  edəndə  bunu  bilmirdi,-deyə 
düĢündü. 
    -O  lap  baĢdan  bunu  bilirdi-  qadın  elə 
bil  onu  oxudu-bəlkə  ona  görə  bizi  atıb 
getdi-, dedi. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
93 
―Belə çıxır, müqəssir mən deyiləm‖-deyə 
düĢündü. Qadınlıq qüruru sındı elə bil.   
    -  Biz  bir-birimizi  sevirik-  dedi.  Özünə 
əmin  olmaq  üçün  kiĢinin  nəvaziĢlərini 
xatırladı,  ona  dediyi  sözləri,  ilk 
görüĢlərini, qanad taxdıqlarını... hər Ģeyi. 
Onu inandıracaq olan hər Ģeyi xatırlamaq 
və qadına demək istədi, amma bacarmadı. 
UĢaq... qaranlıq gözləriylə ona baxırdı.  
     -Amma  o  mənə  baxır,  –  o  sarsılaraq 
dedi. 
     -Qəribədir, hə, – Qadın dedi. - Mən də 
əvvəl  yanıldığımızı  düĢünürdüm,  amma 
həkim  onun  çox  hissiyyatlı  olduğunu 
dedi. O, hisləriylə ―görür‖. 
    ―Belə 
çıxır, 
bu 
uĢaq 
mənim 
görmədiklərimi də görür‖- deyə düĢündü. 
Tanrının  kor  yaratdığı  bu  kiçik  bəndə 
atasının,  anasının,  elə  onun  özünün  də 
görmədiklərini görürdü...  
Bir  gün  sonra  özünün  hamilə  olduğunu 
öyrəndi.  Bunu  öyrəndiyi  andan  ona  elə 
gəldi  ki,  adamlar  o  uĢağın  gözləriylə 
baxırlar.  ―BaĢa  düĢürəm,  ailə  dağılıb, 
amma mən günahkar deyiləm, mən yalnız 
uçmaq  istədim‖.  Özü  də  bunları  qıĢqıra-
qıĢqıra  demək  istəyirdi,  hərçənd,  bilirdi 
ki,  səsi  çox  uzağa  getməyəcək.  Divara 
dəyib özünə qayıdacaq.  
     Bütün hamiləliyi belə keçdi. ―Mən ona 
artıq  heç  nə  verə  bilmərəm‖-  deyirdi  öz-
özünə.  Mən  ona  uçmadan  yaĢamağı 
öyrədə  bilməyəcəm,  çünki  mən  özüm 
bunu bacarmıram.  
    Əvəzində kiĢi sevincliydi. UĢağa lazım 
olacaq  hər  Ģey  almıĢdı.  Pal-paltar, 
çarpayı.  UĢaq  doğulduğu  gün  sevincinin 
həddi- 
hüdudu  yox  idi.  Oğlanları 
doğulmuĢdu.  
Bir axĢam bitdi hər Ģey. O, çay gətirmək 
üçün  mətbəxə  keçmiĢdi.  KiĢi  uĢaqla 
oynayırdı.  O  qayıdanda  kiĢinin  əlləri 
yanına  düĢmüĢdü.  UĢaq  isə  divanın  bir 
küncündə 
qığıldayır, 
əl- 
qolunu 
oynadırdı.  
    -O görmür- kiĢi dedi. 
     UĢağa yaxınlaĢıb onu götürdü. KiĢinin 
qucağına verməyə çalıĢaraq dedi: 
    -Necə görmür? Bax, o bizə baxır. Bax! 
    KiĢi heç nə demədən boĢluğa baxırdı.  
    O isə gah uĢağa, gah da kiĢiyə baxaraq 
gah çığırır, gah da yalvarırdı. 
    KiĢi  heç  nə  eĢitmirdi.  Çünki  səsi 
divarlara dəyib qayıdırdı.  
    ...  6  ay  keçmiĢdi.  KiĢi  bir  də  geri 
dönməmiĢdi.  O  da  uĢağın  gözlərinə 
baxmamıĢdı  bir  də.  Onu  ittiham 
edəcəyindən qorxurdu. 
    Bir  ara  Avropaya  getmək  istədi.  Orda 
əlillərə  münasibət  baĢqadı.  Cəmiyyət 
onları sevir, qoruyur. Amma düĢündü ki, 
hara  getsə  qaranlıqlar  bir  də  üzünə 
gülməyəcək.  
    Həmin  gün  bir  yuxu  gördü.  Tanrı 
qanad  əvəzinə  lələk  taxırdı  ona.  O  da 
lələklərə  doğruçu  qanad  kimi  baxır, 
hərdən  isə  silkinib  uçmaq  istəyirdi. 
Hansısa  boĢluqdan  iki  iĢıqsız  göz  onu 
seyr  edir,  onun  görmədiyi  yalançı 
ümidləri görürdü... 
 
F
ƏRHAD  
ZEYNALOV 
 
 
 
Toyuq x
əstəl
i
y

 
     Bildiyimiz kimi, yer üzündə xəstəliyin 
heç  sayı  hesabı  yoxdu.  Günü  gündən  də 
sanki bu xəstəliklərin sayı artır. Biz gənc 

94
№ 3 (15) Payız 2015 
 
nəslin  də  heç  dözümü  yoxdu.  Hətta  indi 
belə  bir  deyim  formalaĢıb  ki,  ―uĢaq 
anadan  olandan  həkimdədi‖.  Əslində 
tibbi  xəstəliklərdən  bəhs  etmək  fikrim 
olmasa  da,  bir  haĢiyə  çıxmaq  istəyirəm 
ki, mənə daha çox maraqlı gələn ―mərəz‖ 
sözünün  sinonimləri  olan  xəstəliklərdi. 
Məsələn,  kimisi  maĢın  xəstəsidi,  kimisi 
nərd. Kimi topdan ayrıla bilmir, kimisi də 
qələmdən və s.  
 
Bütün 
bunlardan 
baĢqa, 
uĢaqlıqdan eĢitdiyim bir xəstəlik adı var, 
o  yadıma  düĢəndə  həm  maraq  məni 
öldürür, həm də gülmək. Onun tibbdə adı 
olsa  da,  el  arasında  baĢqa  adla  tanınır. 
Maraqdan  ölməyimin  səbəbi  də  odur  ki, 
xəstəliyin  mahiyyətini  yadımda  saxlaya 
bilmirəm.  Bircə  onu  bilirəm  ki,  biz 
tərəflərdə  aciz,  qorxaq  adamlara  toyuq 
deyirlər.  Sözümün  canı  var,  ki  ona  da 
hekayəmin sonunda qayıdacam… 
Çox yaxın bir dostum var, uĢaqlıqdan elə 
bir yerdə böyümüĢük. UĢaq vaxtı bu dost 
atasın  mənə  çox  tərifləsə  də,  ağlı 
kəsəndən  sonra  elə  hey  giley  güzar 
etməyə baĢlıyıb. Deyir bilmirəm bu sovet 
adamlarına  nə  yedirib-içiriblər  ki,  belə 
çox  sadəlövh,  hər  Ģeydən  yersiz 
ehtiyatlanan  və  narahat  olan  bir  qövmə 
çevriliblər.  Bu  zəmanəylə  də  heç 
ayaqlaĢa  bilmirlər.  Mən  əvvəl  o  kiĢinin 
cizgilərini  cızıb,  sonra  onun  haqqında 
bəzi  maraqlı  faktları  sizinlə  bölüĢmək 
istiyirəm.  
Balaca  boya,  ağarmıĢ  saçlara  və  uĢaqlıq 
qayğılarını  alnında  əks  etdirən  qırıĢlara 
malik  olan  bu  kiĢinin,  öz  həmyaĢıdları 
arasında öyünə biləcək qədər böyük qarnı 
onun ayaqlarını görmək arzusunu çoxdan 
gözündə 
qoyub. 
Üzündən-gözündən 
sadəlövhlük, 
səmimilik 
yağan 
qəhrəmanım  zəhmətkeĢ,  qara  əllərilə  heç 
vaxt  minnətli,  haram  çörək  götürməyib. 
Sovet qəlibindən çıxmıĢ bir adam kimi il 
uzunu  klassik  geyim  və  ayaqqabıdan  da 
əl çəkməz. Xasiyyətə gəlincə… 
Bu  adam  nə  vaxtsa  səfərə  çıxacağını 
bilsə, günlərlə yuxusun qaçırar, evdə var-
gəl eliyib öz beynində ən xırda detalları – 
məsələn, 
hansı 
rəngdə 
corabını 
geyinəcəyini,  nə  götürəcəyini,  eləcə  də 
saat  neçədə  yola  çıxacağını  düĢünməyə 
baĢlıyar.  Bəlkə  də  qınayan  olmasa  səhər 
çıxacaq 
avtobusa 
oturmaq 
üçün 
avtovağzala gecədən yola düĢər. 
Səbirsizlikdən  çayı  çox  vaxt  nəlbəkidə 
içər,  səhər  yeməyini  birmənalı  olaraq 
ayaqüstə  yeyər.  Qorxusundan  ömründə 
nə  maĢın  sürüb,  nə  dənizə  gedib.  Yalnız 
öz  binalarındakı  liftdən  istifadə  edir  ki, 
həmin  liftə  baxan  adamın  nömrəsi 
telefonda  var.  Telefon  üstündə  olmasa, 
ona da minməz. 
Hər  hansı  hərbi  rütbəli  Ģəxs  gördükdə, 
dünyanın  ən  qatı  cinayətkarı  imiĢ  kimi 
ondan  qaçmağa  çalıĢar.  Yolu  polis 
Ģöbəsinin və ya komissarlığın qarĢısından 
düĢsə,  hökmən  paralel  yoldan  istifadə 
edər.  Hətta  metroda  əĢyaları  yoxlayan 
polisin sualına tuĢ gəlməmək üçün həyati 
zərurət  olsa  belə,  üzərində  metal  əĢya 
götürməz.  Bu  onun  ən  zəif  nöqtəsidir.  
Axı  bununla  da  bağlı  belə  bir  maraqlı 
əhvalatı var. 
ĠĢ  yerində  baĢqa  bir  adamın  baĢına 
gəlmiĢ bədbəxt hadisə ilə bağlı onu ifadə 
vermək üçün bəlli bir tarixə prokurorluğa 
dəvət  ediblər.  Bu  kiĢi  məsələylə  bağlı  o 
qədər  həyəcan  keçirir  ki,  xəstəxanaya 
prokurorluqdan  tez  çatdırılmalı  olur. 
Amma  bu,  onu  ifadə  vermək  zülmündən 
azad eliyə bilir. Uzun sözün qısası, onun 
bu  cür  əhvalatlarını  saymaqla  bitirmək 
olmaz. 
Gör  vəziyyət  nə  yerdədi  ki,  o,  neçə  ildi 
xarcidə  yaĢayan  oğlunun  yanına  getmir. 
Deyir  mən  təyyarədən  qorxuram.  Özünə 
də  bəraət  qazandırır  ki,  bəs  mən  tək 
deyiləm  –  dünyada  mənim  kimi  – 
aerofobiodan
1
  əziyyət  çəkən  minlərlə 
                                                            
1
 Aerofobio – təyyarədə uçmaq qorxusu 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin