Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
83 
onsuz  düĢünmək  mümkün  deyildi.  Bu 
beli  bükülmüĢ  adam,  indiyə  qədər  hər 
vaxt  burda  oturmuĢ,  bundan  sonra  da 
burada  oturacaq  kimiydi.  Babasının  ona 
baxdığını 
gördü. 
Üzündəki 
dərin 
qırıĢların  içi  toz  və  hörümçək  toru  ilə 
doluymuĢ  kimi  gəldiyindən  tükləri  biz-
biz  oldu.  YaĢlanmaq  Nicat  üçün 
cəhənnəm  demək  idi.  Nəhayət,  babasının 
nə  istədiyini  qavraya  bildi  və  cəld 
davranaraq  ikinci  siqareti  ağzına  qoyub 
yandırdı.  Babasının  ciyərlərindən  yuxarı 
doğru  yayılan  duman  xoĢbəxtliklə  eyni 
dərəcədəydi.  ―Kim  bilir,  bəlkə  də 
siqaretin siqaret olduğunu da unutmuĢdur, 
beynində 
siqaretdən 
baĢqa 
Ģeyə 
çevrilmiĢdir‖ deyə ağlından keçdi. Babası 
üçün  siqaret  sanki  sevinc  gətirən  dərman 
idi,  buna  rəğmən  qadağan  edilmiĢdi;  özü 
də  evdən  gizlədirdi  çəkdiyini,  hərhag 
evdən  etiraz  etməzdilər,  amma  özünü 
riskə  atmayaraq  hələlik  belə  yola  verirdi.  
―Baba, mən gedirəm, axĢam, bəlkə, yenə 
yanına  gəldim.  Anam  birazdan  yeməyini 
və  dərmanlarını  gətirəcək.  Mənim  sənə 
siqaret verdiyimi qətiyyən kimsəyə demə, 
oldu?‖  
 
Qoca  cavab  vermədi.  Son  dediklərinin 
yersiz  olduğunu  bilirdi.  ―Kim  olduğumu 
bilməyən  adam  siqaret  çəkdiyimizi  necə 
desin  ki?‖  Amma  bu  cümləni  deməsəydi 
olmazdı,  dediklərindən  sevinc  və  həzz 
alırdı, 
aralarında 
yaranan, 
təkcə 
qohumluğa  görə  deyil,  həqiqətən  ikisini 
bir-birinə  bağlayan  teli  müqəddəsləĢdirir, 
ilahiləĢdirirdi.  Babası  onun  gerçəkliyinin 
aynasıydı,  istədiyi  sirri  ona  deyə  bilər, 
yeniyetməlikdəki  pessimisist  və  sevinc 
dolu  hisslərini  bircə-bircə  danıĢa  bilərdi. 
Ayağa  durdu,  qapının  qabağına  çatanda 
belindəki  cüt  gözü  hiss  etmədi.  Qapını 
açaraq otaqdan dıĢarı çıxdı. 
Oyandığında  otağın  iĢığının  yanılı 
olduğunu 
gördü. 
ĠĢıq 
gözünə 
düĢdüyündən  oyanmıĢ  ola  bilərdi.  Otağa 
göz  gəzdirdiyində  anasının  sərt  baxıĢları 
ilə 
qarĢılaĢdı.  Deməli,  anası  onu 
gözləyirdi,  heç  təəccüblənmədi.  ―Sən 
siqaret çəkirsən? Nə vaxt baĢlamısan?‖  
Ard-arda iki sualdan dolayı Nicat karıxdı, 
ancaq  vəziyyəti  düzəltməyə  çalıĢaraq  bir 
çox gəncin etdiyi təəccübə  cavab vermək 
taktikasına  əl  atdı.  ―  Nə  siqareti?  Bir 
danıĢ görüm nə olub, axı?‖ O an çıxarkən 
qapını  bağladığını,  buna  görə  otaqdakı 
tüstünün  dıĢarı  çıxmadığını  xatırladı. 
Anası  ―babavın  otağına  girəndə  it  iyi 
gəlirdi, 
mən 
onsuz 
Ģübhələnməyə 
baĢlamıĢdım  bu  baba  sevgisindən‖ 
deyərək  susdu.  Gerçəkləri  bir  balaca 
dəyiĢərək  deməyə  qərar  verdi.  ―Ġt  iyi? 
YaxĢı  görək,  ayma,  yenə  qarıĢqanı  fil 
eliyirsən‖  sözləri  beynindən  keçsə  də, 
dilini  dinc  tutmağı  bacardı.  Yalanını 
hazırlamıĢdı,  ―Hə,  o  söhbəti  deyirsən. 
Babam məndən siqaret istədi, mən də bir-
iki  siqaret  alıb  gətirdim.  Ürəyini  qırmaq 
olmaz, axı.‖  
 
―Belə  Ģeyi  necə  edə  bilirsən?!  Babavın 
xəstə  olduğunu  və  bunun  ona  qadağan 
olunduğunu  bilirsən.‖  Anasının  son 
sözlərindəki  qəzəb  və  hiddət  açıq-aĢkar 
sezilirdi.  
 
―Bilirəm,  ayma,  bilirəm,  amma  babamı 
nə qədər  çox sevdiyimi  sən özün bilirsən 
də, 
yazıq 
kiĢinin 
ürəyin 
sındıra 
bilmərəm.‖  
 
―Bir  daha  belə  etmə!  Getdikcə  nəfəs  ala 
bilmir.  Mənə  söz  ver  ki,  bir  də  belə 
etməyəcəksən.  Hələlik  atava  demirəm, 
ancaq bir də görsəm məndən incimə.‖  
―Mama,  söz  verə  bilmərəm.  Onsuz  bu 
yaxınlarda  ölüb  gedəcək,  kiĢini  bundan 
da  məhrum  edək?‖  kimi  sözləri  əvvəllər 
düĢünsə  də  yenə  demədi.  Anası  susdu, 
ciddi  və  sərt  baxıĢlarla  baxdıqdan  sonra 
otaqdan  çıxdı.  Ġnsan  müəyyən  müddət 

84
№ 3 (15) Payız 2015 
 
sonra gerçəkləri qəbul etməli olur, ağlına 
baĢqa açıqlama gəlmədi.  
 
Bugün  Aytən  dərsdə  yox  idi,  ikinci 
tənəffüsdə  dəhlizdə  gəzərkən  bundan 
əmin  oldu.  Maraq  ona  üstün  gəlirdi, 
ağlına  heç  bir  tutarlı  səbəb  gəlmədi. 
Dərsin  axırına  qədər  xəbər  gözləsə  də 
xeyri  olmadı,  xəbər  çıxmadı.  ―Sabah 
öyrənərəm görüm nə olub!?‖ dedi. Aytən 
yeniyetməliyinin dönüĢ nöqtələrindən idi. 
Onun  hesabına  özünə  inamı  yaranmıĢ, 
digər 
gənclərlə 
əlaqədə 
aqressiv 
tövrlərindən  vazkeçmiĢ,  hərəkətlərini 
nizama  salmıĢdı.  Aytənin  bunları  necə 
etdiyini bilmirdi, özlüyündən də dəyiĢmiĢ 
ola  bilərdi.  Sadəcə  sevginin  əĢyalara, 
insanlara,  davranıĢlara  qayğı  göstərmək 
bacarağının  inkiĢafına  töhfə  verdiyi 
həqiqəti  var  idi.  Məktəbin  qapısından 
bayıra çıxanda nə edəcəyini hələ bilmirdi. 
Evəmi  getsin,  yoxsa  biraz  orda-burda 
veyillənsinmi 
dilemmasıyla 
qarĢı-
qarĢıyaydı. Məhəllədə biraz avaralanmağı 
seçdi. 
 
Küçənin 
baĢında 
qarĢı 
tərəfdəki 
mağazının  önündə  duran  A.-nı  gördü.  A. 
onun  məktəbdə  ilk  aĢiq  olduğu  qız  idi. 
Aradan  keçən  illərdən  sonra  diqqətlə 
baxdığı  zaman  A.-nın  gözəl  olmadığını, 
hətta  çirkin  sayıla  biləcəyini  gördü. 
DüĢündükcə  qızın  nəyini  sevdiyini 
anlamırdı.  UĢaqkən  yaĢadığı  hissin  aĢiq 
olmaq olduğunu hardan biləydi ki? Buna 
eĢq  demək  olmazdı.  A.-nı  gördüyündə 
həyəcanlanırdı, 
əksini  iddia  etmək 
uĢaqlığına  xəyanət  olardı.  Deməli,  bütün 
məsələ  AytəndəymiĢ.  Aytən,  Nicatın 
əlindən  tutub  gözəlliyi  tək-tək  ona  baĢa 
salmamıĢdı,  amma  hiss  elətdirdiyindən 
əmindir. Aylar, illər sonra Aytəndən bezə 
bilər,  onu  tərk  edə  bilərdi,  düĢünmək  nə 
qədər  qorxunc  idi,  fəqət  qorxunc  olduğu 
qədər  də  gerçək  idi.  Kim  idi  Aytən? 
Həyatına  necə  girmiĢdi?  Necə  olmuĢdu 
ki,  düĢüncələrinə  və  ağlına  hakim 
kəsilmiĢdi?    Təkrar  mağaza  tərəfə 
baxdığında 
A.-nı 
görmədi. 
Biraz 
hüznləndi,  səbəbini  baĢa  düĢmədi.  BoĢ 
küçənin  axırına  çatanda  sağa  döndü,  tək 
futbol  oynayan  Kamalla  qarĢılaĢdı. 
Kamal  sısqa,  yaĢına  görə  qısaboylu,  iri 
almacıq  sümükləri  ilə  diqqət  çəkən  12 
yaĢında oğlan idi. Çiyinləri geniĢ deyildi, 
əlləri  o  qədər  uzun  idi  ki,  yöndəmsiz 
görünürdü, barmaqları incə və uzun - əsl 
pianoçu  barmağı  kimi  idi,  boynunun  sol 
tərəfində  anadangəlmə  iri  xal  vardı. 
Nicatdan  beĢ  yaĢ  balacaydı.  Çox  ağıllı 
biri  deyildi,  məhlənin  digər  uĢaqları 
tərəfindən 
sevilmirdi. 
Nicat 
bunun 
səbəbini uĢaqlardan soruĢduqda, onlar bir 
ağızdan  ―Topu  var,  amma  bizimlə 
oynamır,  elə  ancaq  tək  oynayır‖ 
demiĢdilər. Əgər tək  oynamağı  yalnız  bu 
aralar olsaydı, Kamalın atasının ölümüylə 
əlaqələndirə  bilərdi.  Kamalın  artıq 
dünyada güvənə biləcəyi həqiqi mənadakı 
gücü  itirdiyindən  çəkingən  davranmağı 
normal olardı. Belə davranmağı təkcə iki 
aylıq  məsələ  deyildi,  əvvəldən,  topu 
aldığından 
bəri 
beləydi. 
Kamala 
yaxınlaĢdıqca heç ümid eləməsə də, yenə 
Ģansını yoxlamaq istədi.  
 
―Salam,  Kamal‖  deyərkən  gülümsəməyə 
çalıĢırdı.  Nicatı  görər-görməz  topu 
saxladı,  əlinə  götürdü  və  qorxmuĢ  səs 
tonuyla  ―Salam,  Nicat‖  dedi.    ―Necəsən, 
igid?  Tək  adamlıq  futboldan  bezməyən 
yeganə  adamsan  dünyada.‖  Son  sözlərini 
deyərkən  istehza  etdiyini  hiss  etdi. 
Kamal,  Nicatın  ona  istehza  etdiyini 
anlamamıĢdı,  üstəlik  səsindəki  qorxaqlıq 
yox  olmuĢdu.  ―Bəsdi  görək,  adam  nə 
qədər  tək  oynayar,  bezmirsən  heç?  Niyə 
həmiĢə tək oynayırsan?‖ Bu sualın ağlına 
hardan 
gəldiyini 
bilmirdi, 
böyük 
ehtimalla, insani maraq  baĢ qaldırmıĢ və 
üsyan zəfərlə nəticələnmiĢdi. Hərgah indi 
Kamal  qəbul  etsə  də,  futbol  oynamazdı. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
85 
Əvvəllər  səhərdən  ta  axĢama  qədər  top 
dalıyca qaçır, yalnız qaranlıq çökdüyündə 
evə  geri  dönərdi.  Nə  vaxtdı  ayağına  top 
dəymirdi,  uĢaqlar  nə  qədər  təklif  eləsələr 
də  razı  olmurdu.  Özünə  görə  haqlı 
səbəbləri varıydı; artıq böyümüĢdü, futbol 
sevgisi  uĢaqlıq  simvoluydu,  arxada 
qoymaq  daha  düzgün  olardı.    Aytəni, 
babası,  düĢüncələri  və  cibində  bir  qutu 
siqareti  vardı.  Oynasaydı  siqaret  çəkdiyi 
üçün  təngnəfəs  olardı.  ―Əslində,  mən  də 
tək  oynamağı  sevmirəm,  amma  necə 
deyim...‖  Kamalın  sözlərini  yarıda 
saxladığını görən Nicat özünü anlayırmıĢ 
kimi  göstərərək  ―Çəkinmə,  de  görək‖ 
dedi 
 
―Mənim  ən  çox  qorxduğum  Ģey  topun 
partlamağıdır. UĢaqlarla hər gün oynasam 
top  xeyli  köhnələr.‖  Nicat  sifətinə  ciddi 
görkəm  verib  etiraz  elədi.  ―Sən  oynasan 
da, oynamasan da top hər gün köhnəlir və 
nə vaxtsa mütləq partlayacaq. O partlasın 
deyə yaradılıb.‖ Yenə axırlarda istehzaya 
keçmiĢdi. Kamalın üzündə bu iynələməyə 
görə  inciyib-küsən  ifadə  yox  idi.  Nicatı 
sevindirən təkcə Ģey bu idi.  ―Amma topu 
mənim  üçün  atam  almıĢdı.‖  Getdikcə  səs 
tonu alçalan Kamalın danıĢmaqda əziyyət 
çəkdiyi,  toxunsan  ağlayacaqmıĢ  kimi 
dayanması 
hər 
halından 
bəlliydi. 
―Anamın pulu yoxdu, mənə  yeni top ala 
bilməz‖  sözləri  Nicatın  üzünə  sillə  kimi 
dəydi. Sözlərin  yaratdığı qüssəylə baĢını 
aĢağıya  dikmiĢdi,  baĢını  qaldırdığında 
Kamal artıq evlərinin qapısını açmıĢ, ona 
doğru 
baxmaqdaydı. 
Biraz 
daha 
baxdıqdan sonra Kamal içəri girib gözdən 
itdi.    Aytən  gəlməmiĢdi,  Kamal  onu 
dilxor  etmiĢdi,  deməli,  indi  siqaret 
çəkməsi üçün kifayət qədər səbəbi vardı. 
Babasının  otağına    yaxınlaĢdığında  nə 
anası,  nə  atası  göründü.  Nicat  kimsəyə 
görünmədən  içəri  keçə  bildiyi  üçün 
xəfiflik  və  xoĢbəxtlik  hiss  edirdi.  Ġçəri 
girdiyində  bütün  əĢyalar  öz  yerindəydi. 
Dünən də bugünün eynisiydi. Stulu altına 
çəkdi, babası və özü üçün siqaret yandırıb 
danıĢmağa  baĢladı.  ―Baba,  hamımız 
öləcəyik.  Mən  də  öləcəyəm,  anam  da 
öləcək,  atam  da  öləcək,  bəlkə  bu 
küçələrdə  yenə  təkbaĢına  futbol  oynayan 
kədərli  uĢaqlar  görünəcək,  bu  Ģəhər 
böyüməyə  davam  edəcək,  böyüdükcə 
tanıdıqlarımız 
azalacaq,tanıdıqlarımız 
azaldıqca  inamla  səkilərdə  gəzməyimiz 
imkansızlaĢacaq, 
avtobuslarda, 
metrolarda 
bir-birimizi 
tanımamağa 
baĢlayarıq,  baba,  insan  dəli  olmaq  istəsə 
də  ola  bilməz,  susaraq  yola  verərsən 
həqiqətləri,  həqiqətlər  çıxıĢı  olmayan 
küçələrdə divar olaraq  qarĢımıza  çıxar, o 
divarlara  diqqət  etmədən  yolumuzun 
burda bitdiyini düĢünür, səhv gəldiyimizi 
düĢünüb geri dönərik, baba və heç kimsə 
cavab  verə  bilməz  poetik  suallarımıza, 
çünki  qulaqlarımız  qapalıdır  və  heç  bir 
Ģey eĢitmirik, baba.‖ Daha əvvəl ağlından 
keçən  cümlələri  dəftərə  yazmıĢdı,  indi 
özündən  əlavələr  etmiĢdi,  amma  nə 
vaxtsa  böyük  bir  nitqə  çevriləcəyini 
düĢünməmiĢdi.  Sanki  quyunun  dibindən 
çıxan boğuq ―Nə?‖ kəliməsi Nicatın yenə 
fərqində  olmadan  səsli  danıĢdığını  baĢa 
düĢməsinə səbəb oldu. Bu qırıĢıq üz indi 
hər 
Ģeydən 
uzaqlarda 
anlamsızlıq 
diyarlarında  dolaĢırdı.  Bayaq  dediyi 
sözlər  nə  qədər  mənasızsa,  80  yaĢlı 
qocanın 17  yaĢlı  gənci anlaması  da  bir  o 
qədər  çətin  və  imkansız  idi.    ―Heç  nə, 
baba,  heç  nə.  Siqaretin  də  qutarıb,  sənə 
birini  də  yandırım.  Sənə  siqaret  yandırıb 
xoĢbəxtliyinə  səbəb  olmaq  mənim  üçün 
Ģərəfdir,  baba.‖  Nicat  axıra  yaxın 
özündən  çıxmıĢdı.  Babası  bu  siqareti  də 
bitirdi,  10  dəqiqə  televizora  baxdılar. 
Nicat  durub  otağı  tərk  etmək  üçün 
babasına  mütləq  üçüncü  siqareti  də 
çəkdirməliydi. Müasir dünyada bir insanı 
30  dəqiqə  xoĢbəxt  edə  bilmək  Ģansına 
sahib olduğu üçün otağa girdiyindən bəri 
ilk  dəfə  özünü  sevincli  hiss  etmiĢdi. 

86
№ 3 (15) Payız 2015 
 
Sonuncu 
siqaretlə 
qutu  boĢalmıĢdı. 
Qutunu əzərək masanın üstünə atdı. 
Oyandığında 
hələ 
yuxunun 
təsiri 
altındaydı.  Aytən  bunu  necə  edə  bilərdi? 
Heç cürə qəbul edə bilmir, mənasını baĢa 
düĢmürdü.  SusamıĢdı,  ayağa  qalxıb 
mətbəxdə  ard-arda  iki  stəkan  su  içdi.  Su 
əvəzinə  siqaret  olsaydı  pis  olmazdı. 
Köynəyi güc-bəla əyninə keçirib, aĢağıya 
endi. Babasının evinə doğru addımlamağa 
baĢladı.  Heç  tərəddüd  eləmədən  içəri 
girdi  və  oturub  siqaret  yandırdı.  ―BaĢım 
çıxmır,  baba,  insanlar  necə  bu  qədər 
amansız  ola  bilirlər,  hələ  Aytənin  etdiyi 
haqsızlıq,  məni  tərk  etməsi  heç  bir 
məntiqə  sığmır.  Hər  Ģey  bu  qədər  sadə 
olmamalıydı, Aytəni ilk dəfə öpdüyümdə 
gözlərini    yummamasından    baĢa 
düĢməliydim.  Hər  halda    mən  gözlərimi 
yummuĢdum, sonradan  o mənə gözlərini 
yummadığını  demiĢdi.  Bəlkə  də,  mənə 
daha  çox  təsir  edə  bilsin  deyə  belə 
demiĢdi,  bilmirəm.  Ġndi  çox  gecdi, 
düzəldilə 
biləcək 
nəsə 
qalmayıb. 
Sevdiyimi nadir hallarda deyirdim, ancaq 
bütün  həqiqətləri  sən  bilirsən,  baba, 
hamısını  sənə  danıĢmıĢam.  Səndən  heç 
gizlinim  olmayıb.  KaĢ  ki  sənin  əlindən 
tutub  Ģahid  olaraq  Aytənin  yanına  apara 
bilsəm.  Sən  sakit  və  asta  səs  tonunla 
söylədiklərimi 
Aytənə 
danıĢsan. 
Unudacaq vaxtı tapdın da. Eh, baba, eh.‖ 
Siqaretini 
ovcunda 
söndürməsinə 
baxmayaraq,  əlindəki  ağrını  hiss  etmirdi. 
Ġkinci  siqareti  də  yandırdı  və  yenə 
ovcunda  söndürdü.  Kötükləri  masanın 
üzərinə  qoydu,  bayaqkı  oturuĢunu 
pozmadan  dayandı.  Neçə  dəqiqədir  belə 
oturduğunun  fərqində  deyildi.  Qapının 
açılmasıyla  yaranan  ciyiltili  səs  otağa 
yayıldı,  qapıya  tərəf  baxdı.  Anası  otağın 
siqaret 
tüstüsüylə 
dolduğundan 
boğulacaqmıĢ kimi oldu, sağ əlini əvvəlcə 
boğazına apardı, sonra bir az daha yuxarı 
qaldıraraq  ağzını  və  burnunu  qapadı.  Sol 
əlini  yelləyərək  tüstünü  yox  etməyə 
çalıĢırdı.  Nicat  anasının  tərs  baxıĢlarının 
əzəmətindən  əzilərək  ―Mənə  heç  elə 
baxma, 
mama, 
babamı 
siqaretdən 
məhrum etmək ona qarĢı edə biləcəyimiz 
ən  böyük  haqsızlıqlardandır‖  dedi. 
Anasına 
maraqla 
baxır, 
verəcəyi 
reaksiyanı  gözləyirdi.  Birdən  anasının 
üzünə çökən kədəri gördü, bu nəsə baĢqa 
bir  Ģey  idi.  Anasının  çöhrəsinə  yayılan 
hüznün  davamı  olaraq  gözləri  doldu  və 
göz  yaĢları  səssiz-səssiz  aĢağıya  doğru 
axmağa  baĢladı.  Nicat  anasının  on 
saniyəlik  ağlamasının  ardından  dönüb 
otağı  tərk  etməsini  səssizcə  izlədi. 
Gözlərini  qapıdan  çəkərək  ətrafa  baxdı. 
Hər  Ģey  öz  yerindəydi;  kravat,  televizor, 
Ģkaf,  masa  və  oturduğu  da daxil olmaqla 
iki  stul.  Anlıq  baxıĢdan  sonra  üzərinə 
çökən  gerçəkliyi  bütün  bədəniylə  hiss 
etdi.  Otaqda  əskik  olan  təkcə  babasıydı. 
Bunun  fərqinə  varması  oyandığı  andan 
bəri    davam  edən    yarıyuxululuqdan 
çıxmasıyla nəticələndi. Masanın üzərində 
keçən  gəliĢində  əzib  atdığı  boĢ  qutunu 
gördü.  Qutu  düĢüncələrində  boĢ  oyuğu 
dolduran  son  parçaydı,  artıq  hər  Ģey 
yerbəyer  olmuĢdu.  Qutunu  əlinə  aldı,  ən 
son  nə  vaxt  ağladığını  xatırlaya  bilmədi, 
əlləriylə  örtdüyü  üzündən  aĢağıya  doğru 
süzülən,    əllərini  və  boĢ  qutunu  isladan 
suyun  varlığını  duydu.  Özünə  gəldiyində 
stuldan  ayağa  qalxdı,  əlindəki  qutunun 
qırıĢıqlarını  düzəltməyə  çalıĢdı,  cibinə 
qoydu və artıq gizləyəcək heç bir Ģeyinin 
qalmadığı həqiqəti ilə üzləĢdi. 
 
Haraya gedəcəyini bilmədən addımlarkən 
həyətin  qapısı  önündə  əlində  topla 
dayanan  Kamalı  gördü.  Kamal  ona 
baxaraq 
―QardaĢ, 
mənimlə 
futbol 
oynamaq istəyirsən?‖ deyə soruĢdu. Nicat 
qəbul  etmək  mənasında  baĢını  yuxarıdan 
aĢağıya doğru yellədi və həyətdən çıxmaq 
üçün qapıya doğru asta-asta yeridi. 
 
  

                            Üç aylıq ədəbiyyat dərgisi 
87 
Fariz Yunisli 
   
 
 
Ə ə ə
        Üzünü xatırlamadığım anamın 
əziz ruhuna 
 
        Mayın  əvvəlləriydi.  Dağlar,  təpələr 
yaĢıla bürünmüĢ, dərələr zirvələrdəki qara 
arxayın  olub  səs-səsə  vermiĢdilər.  Yaz 
yağıĢları səngidiyindən çay yataqlarından 
su  əvəzinə  elə  bil  ağappaq  köpük  axırdı. 
Göydağ  ona  sığınan  Qarlıdərədəki  qarı 
bərk-bərk 
qucaqlayıb 
əriməyə 
qoymurdu... 
    MəĢdi  elə  bil  yuxudan  qəfil  ayıldı. 
Vaxt-vədə  gəlib  yetiĢmiĢdi.  YaxĢı  bilirdi 
ki,  ələyəz  toxumladı,  günün  altında 
qurudu, ələ gəlmir, lap samana dönür. Bir 
də  belə  dağ  yerlərində  gedib  kimdənsə 
ələyəz,  əvəlik,  çiriĢ-cacıq  istəmək  də 
adətdən  deyildi.  Adama  deməzdilər  ki,  a 
kiĢi, bu dağ-daĢı sənə qadağan eləyiblər? 
Sən  də  canına  cəfa  ver,  yığ  gətir,  ye. 
Çünki  qıĢ  aylarında  ələyəzli-yarmalı 
aĢdan  sonra  odun-kərmə  yanan  sobanın 
həndəvərində  dirsəyini  yerə  vermədin, 
onda nə oldu ki? 
Sabah 
dan 
yeri 
ağaranda 
yola 
düĢəcəklərini 
qətiləĢdirdi. 
GünəĢ 
Mirzəuçanın 
baĢından  aĢanda  bəzi 
qonĢuları  elə  həyətdə  durub  çağırdı, 
bəzilərinin  isə  qapısını  döyüb,  səhər 
ələyəzə  gedəcəklərini  xəbər  verdi.  Evə 
gələn  kimi  bəlkə  də  bu  ilin  sonuncu 
qazayağılı-düyülü  aĢını  hazırlayan  arvadı 
Nisəni səslədi: 
   - Səhər, inĢallah, ələyəzə gedəcəyik, 5-6 
yumurta qaynat. 
   - BaĢqa nə hazırlayım? 
   -  Nə  hazırlayacaqsan,  bir  az  da  pendir 
qoy, 
vəssalam. 
Yumurtanı 
təndir 
çörəyinin  arasına  doldurub  üstünə  pendir 
yayacağıq. 
Gömürəndən, 
acıqıcıdan, 
yarpızdan  da  basacağıq  ortasına,  bu  da 
olacaq bizim ləzzətli yeməyimiz. 
   Təndir  çörəyi  kəlməsini  eĢidəndə  Nisə 
öz-özünə  mızıldandı  ki,  bərəkətinə 
qurban  olum,  tapdığımız  unun  baĢına  nə 
oyun  açırlarsa,  xəmir  təndirdə  durmur. 
Sacın  da  üstünə  salırsan,  Kalba  Ocağın 
payız  əriyinin  gövdəsi  kimi  cadar-cadar 
olur. ―Təndirəsər xəbərləri‖ndən qulağına 
çatmıĢdı  ki,  Türkiyədən  gələn  unun 
içində  dənə  maĢ  da  var.  Onun  rəngini 
açmaq  üçün  əhəng  qatırlar.  Ona  görə  də 
dürmək  tutmaq  mümkün  olmur,  ovulub 
tökülür... 
     Nisə  bu  ocağa  düĢəndən  qoyun,  quzu, 
mal 
növbəsinə, 
pencər 
yığmağa 
gedənlərin  camtayısını  özü  hazırlayırdı. 
Əvvəllər  MəĢdinin  suda  qaynadılmıĢ 
yumurtanı  pendirlə  yeməsinə  təəccüb 
eləsə  də,  sonralar  yavaĢ-yavaĢ  buna 
öyrəĢdi.  Hətta  ara-sıra  o  da  MəĢdi  kimi 
yumurtaya pendir qatardı. 
     Gecə  saat  on  ikidə  iĢıqlar  yanan  kimi 
yumurtaları  balaca  çuqun  qazana  salıb 
spiralını  özləri  sarıdıqları  daĢ  pilətənin 
üstünə  qoydu.  Naqili  cərəyana  qoĢanda 
onsuz da közərən iĢıqların gözü bir az da 
qaraldı. Bu zaman qayınanasının sözlərini 
xatırladı:  ―Yumurta  ki  qaynara  düĢdü, 
altmıĢacan say, götür, hazırdı‖. Bəxtindən 
MəĢdi  də  yumurtanı  boĢ  yeyirdi.  Ancaq 
bu  iĢıqla  yumurtaların  yarım  saata 
biĢməyi möcüzə olardı... 
 
 
*** 
      Ələyəz sevdalıları səhərə yaxın – saat 
5-ə  qalmıĢ  bir  ay  əvvəl  təməli  qoyulan 
məscid  hasarının  qarĢısına  yığıĢırdılar. 

88
№ 3 (15) Payız 2015 
 
Gözlərinə  yuxu  getməyən,  zəngli  saat 
kimi  kənd  sakinlərini  səhərin  Ģirin 
yuxusuna 
həsrət 
qoyan 
xoruzların 
həmahəng  avazını  Nağının  itinin  kal  səsi 
pozurdu.  Kəndin  bu  baĢındakı  xoruz 
banlayanda  o  biri  baĢdakı  elə  bil  onunla 
həmrəy  olduğunu  bildirirdi.  Nağının 
itininsə  səsinə  səs  verən  yoxuydu.  Bu 
arada MəĢdi deyinirdi ki, görəsən, onların 
Bozdarı  niyə  belə  gəvəzələmir.    Amma  
Bozdar  hələm-hələm  itlərdən  deyildi. 
Ciddi  bir  qaraltı  görəndə  hürür,  sahibini 
xəbərdar edirdi. Hər Ģeydən əvvəl nəfsini 
cilovlamağı 
bacarırdı. 
Mal-heyvan 
növbəsində  olanda  sahibləri  öz  itlərinin 
əlindən  süfrə  açmağa  peĢman  olurdular. 
Ona  görə  də  çox  zaman  özləriylə  hazır 
dürmək  götürürdülər.  MəĢdi  isə  süfrəni 
açıq  qoyub  əlini,  pomidor-xiyarı  yumağa 
gedər,  hər  dəfə  də  qayıdanda  Bozdarın 
aralıda  dayanıb  onu  gözlədiyini  görərdi. 
Hətta  bir  dəfə  fevralın  axırlarında 
axĢamüstü  sürünü  kəndə  gətirəndə  nə 
qədər 
çağırsa 
da, 
Bozdarı 
tapa 
bilməmiĢdi.  Bir  müddət  sonra  it  ağzında 
yeni  doğulmuĢ  bir  quzu  onun  qarĢısında 
dayananda 
gözlərinə 
inanmamıĢdı. 
Əvvəlcə  itin  quzunu  öldürdüyünü  zənn 
edib,  vurmaq  istəsə də, onun  sağ-salamat 
olduğunu görüb sevinmiĢdi. 
Nəhayət,  dünən  getməyə  söz  verənlərin 
hamısı  gəlib  çıxdı.  ―Ya  Allah!‖  -  deyib, 
yola  düĢdülər.  Kənddən  təxminən  iki 
kilometr  aralı,  ―Sandıq  arxac‖  deyilən 
yerə  yaxınlaĢanda  qabaqda  gedən  MəĢdi 
boğazını  dərindən  arıtladı  ki,  gecə 
növbətçiləri  at-ulağı  ürkütməsin.  Onun 
ardınca  Nizam  da  zorla  öskürdü.  Ancaq 
elə  bil  bu  gecənin  qarovulları  yoxa 
çıxmıĢdı.  Yalyurdla  Topalma  dərəsindən 
axan  suyun  Ģırıltısından  baĢqa  bir  cınqır 
eĢidilmirdi.  MəĢdinin  ürəyinə  qara-qura 
fikirlər  gəldi  ki,  bəlkə  dığalar  gecəylə 
gəlib 
keĢikçiləri 
əsir 
götürüb. 
      BeĢ  ildən  çox  olardı  ki,  əli  silah 
tutanlar  iki-iki,  çox  qarıĢıq  vaxtlardasa 
üç-üç  dayanıb  kəndin  keĢiyini  çəkirdilər. 
Ermənilər  yeni  torpaq  sevdasına  düĢəndə 
tərs 
kimi 
kənddəki 
tüfəngləri  də 
yığmıĢdılar.  Sakinlərin  bəziləri  etiraz 
etmiĢdilər  ki, bəs  qız-gəlini  balta-miĢarla 
qoruyacağıq?!  Qoyun,  heç  olmasa,  part-
purt  eləyək,  görsünlər  ki,  bizim  də  bir 
Ģeylərimiz  var.  Hətta  buna  görə  beĢ-altı 
nəfərin 
ev-eĢiyini 
ələk-vələk  edib, 
özlərini 
də 
rayonda 
əməllicə 
incitmiĢdilər.  Sonra  yığılan  tüfənglərin 
heç  birindən  xəbər-ətər  çıxmamıĢdı. 
Camaat  bu  beĢ-üç  ov  tüfəngi  ilə  kəndi 
qoruyurdu. 
     Qəfildən  səngərdən  Abbasın,  dalınca 
da Cəlilin kobud səsləri eĢidildi: 
    - Kimsən?! Dayan!!! 
    -  Ə,  mənəm  e!  –  qəfil  komandadan 
dərisi  yolunmuĢ  hinduĢka  dərisinə  dönən 
MəĢdi  cavab  verdi.  QaĢla  göz  bir-
birindən yaxĢı seçilmədiyindən yoldaĢları 
bunu hiss eləmədi. MəĢdi zarafatla: 
    - Öz aramızdı, deyəsən, qorxdunuz ha! 
    -  Niyə,  sən  burada  növbə  çəkəndə 
qorxursan? – Cəlil əsəbiləĢdi. 
    -  YaxĢı,  özündən  çıxma.  Qorxsam, 
addımımı  evdən  çölə  ataram?  Sən  də 
zarafat-zad qanmırsan, vallah. 
    -  Ġndi  deyin,  görək,  bu  qədər  qız-
gəlinlə hara gedirsiz? 
    - Ələyəzə. 
    -  Ə,  sənin  baĢın  xarab  olub?!  -  Abbas 
coĢdu.  Ə,  noolsun,  bir  ilə  yaxındır 
atəĢkəsdir.  EĢitmiĢik  ki,  atəĢkəs  olar  üç 
saat,  beĢ  saat,  üç  gün,  bir  həftə,  əĢi,  lap 
bir  ay!  Heç  gör,  silahlar  ―dilini‖  dinc 
qoyur!  Hələ  də  Ģəhid  veririk.  Deməli, 
müharibədi!  Bə  bu  camaat  niyə  burda 
növbə  çəkir?!  Hərə  bir-iki  hörük  ot 
yığacaq  deyə,  bu  qədər  insanın  həyatını 
riskə atmaq olar?! 
     - 
ƏĢi, 
gedib 
lap 
sərhədə 
dirənməyəcəyik ki, - MəĢdi çəkinə-çəkinə 
dedi. 
Bərilərdən 
nə 
tapsaq  yığıb 
qayıdacağıq.  Cəlil  də  bərk-bərk  tapĢırdı 
ki, ehtiyatlı olsunlar. 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin