Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

   
 
V
əfa  Mürsəlqızı   
 
 
 
QuĢ ölüsünə ağlayan uĢaq 
 
Ay quĢ ölüsünə ağlayan uĢaq, 
Silməklə göz yaĢın kiriyən deyil, 
Ağlama ay bala, dur gedək evə

                            Üç aylıq ədəbiyyat dərgisi 
105 
Ağlamaqla ölü dirilən deyil. 
Dünya baĢdan-baĢa ölüm qoxuyur, 
Adam düĢündükcə yorulur, bala! 
Öldürmə özünü, hardasa orda, 
Adamlar quĢ kimi qırılır, bala! 
 
Nə əcəb bu boyda biganəliklə, 
Ağac olmamıĢıq, daĢ olmamıĢıq, 
YaxĢı ki, Allahın yazığı gəlib, 
Adam doğulmuĢuq, quĢ olmamıĢıq. 
 
Kimsə bəhanədir, kimsə səbəbdir, 
Kiminsə boynuna günahı düĢür, 
Gör fələk nə yaman aciz imiĢ ki, 
Bir barmaq canlıya tamahı düĢür. 
 
Ay quĢ ölümünə ağlayan uĢaq, 
Ağlama, gözünün yaĢını saxla, 
Bizi də sapandla güdür əzrayil, 
ÇalıĢ bu dünyada baĢını saxla. 
 
Fırlanır bu dünya yaranan gündən
Fırlanar bir sabah devrilənəcən, 
Adamlar ağlayır quĢ ölümünə, 
Ümid qatilinə çevrilənəcən. 
 
 
 
Adamlar gedəndə üzr istəyir 
 
Qalmayıbdır daha səbrimiz bizim, 
Tükənib iradə, tükənib dözüm, 
Getməyə yerim yox, qalmağa üzüm, 
Sən məni bağıĢla gəldiyim üçün. 
 
Annan nə qoparım, günə nə verim
Ömrümü ömrünə gününə verim? 
Mən nə yaĢadım ki, sənə nə verim? 
Sən məni bağıĢla gəldiyim üçün. 
 
Yanan ürəyinə qar olammadım, 
Ümidin gül açdı, bar olammadım, 
Sənə hər Ģey oldum, yar olammadım, 
Sən məni bağıĢla gəldiyim üçün. 
 
Dərdi qarıĢ-qarıĢ gəzir, istəyir, 
Ölümün Allahdan nəzir istəyir, 
Adamlar gedəndə üzür istəyir, 
Sən məni bağıĢla gəldiyim üçün. 
 
           *** 
Məni bənd-bənd öldürürsən. 
Əza-əza basdırırsan, 
Taleyimi, qismətimi, 
Yaza-yaza basdırırsan. 
Güya hərdən əfv eləyib, 
Sonra bir də səhv eyləyib, 
Bir sözünlə məhv eyləyib, 
Büküb sözə basdırırsan. 
Qul oldum sözün önündə, 
Yol azdım izin önündə, 
Ölürəm gözün önündə, 
Dözə-dözə basdırırsan. 
 
 
VarmıĢ 
Duyğuların ən gözəlin , 
Ġçində boğmaq da varmıĢ, 
Ən böyük səadətinə
Uzaqdan baxmaq da varmıĢ. 
Dərdə düĢmək yar yasından, 
Ölmək sevgi yarasından, 
Dolub ürək parasından, 
Gözündən yağmaq da varmıĢ. 
DoğmalaĢmaq qıĢda, qarda, 
Ayrı düĢmək bir baharda, 
Sevdiyini yuxularda, 
Köksünə sıxmaq da varmıĢ, 
Can vermək yolunda belə, 
Sağ olmaq solunda belə, 
Onunla olanda belə, 
Onsuz darıxmaq da varmıĢ, 
Yu yağan yağıĢla məni, 
Gözümdəki yaĢla məni, 
Allahım, bağıĢla məni, 
Sözündən çıxmaq da varmıĢ. 
 
 
 
 

106
№ 3 (15) Payız 2015 
 
QAILB  B
ƏHRAM  
 
 
 
Ayaqqabı 
Kəndimizə əvvəlcə müharibənin xəbəri 
gəldi, 
sonra özü. 
Əvvəl yaĢamaq ümidini itirdi insanlar, 
sonra baĢlarını. 
Həyatlarını itirənlər də oldu 
Biz baĢlarını qoruyub,  
həyatlarını itirənlərdən olduq. 
Öz həyatımızı arxada qoyub, 
Köçüb gəldik ölkənin lap bu baĢına - 
BaĢqalarının həyatını yaĢamaq üçün 
Atam bazarda bir dükan götürdü 
Ayaqqabı satdıq. 
PiĢtaxtanın arxasında gah anam durdu, 
gah atam, 
məktəbdən sonra da mən. 
Bacım hələ çox balacaydı onda 
Bir gün mağazamıza qoltuğu ağaclı bir 
kiĢi gəldi 
Ayağının biri yox idi 
Ayağını soruĢanda "ölüb" dedi, gülə-gülə 
Atam ona bir cüt ayaqqabı satdı. 
Mən etiraz elədim 
"Ona sağ tayı sataq" dedim 
Atam barmağını dodaqlarına aparıb "sus"  
dedi 
"Böyüyün iĢinə qarıĢma". 
KiĢi ayaqqabının sağ tayını ayağına 
geyindi, 
Sol tayını qoltuqağacıyla yan-yana 
qoltuğuna vurdu,  
Çıxıb getdi. 
O gün atamı bağıĢlamadım... 
Ġndi böyümüĢəm,  
Ġllər keçib o gündən 
Hələ də fikirləĢirəm ki, o ayaqqabının sol 
tayı necə oldu?  
Atamı hələ də bağıĢlamamıĢam. 
 
Həsrət 
Əvvəlcə 
barmaqlarımda sıxdığım 
siqaretin külü düĢəcək döĢəməyə, 
sonra özü 
Lap sonra 
qıvrım saçlı bir qız uĢağı 
boylanacaq 
otağın qapısından içəri. 
Çağıracaq məni, 
Səs gəlməyəcək, 
UĢaq qorxacaq, təntiyəcək 
Sonra qaçacaq qapını açıq qoyub 
Bir azdan yanında bir qadınla qayıdacaq 
geri, 
Və bu andan baĢlayacaq 
iki insanın ən həsrətli günləri 
 
Qan 
Dünya qana boyanacaq bir gecə, 
BaĢ daĢları qan içindən boylanacaq, 
Qan iyindən qəbirlərdə yatanlar da 
oyanacaq, 
Ağ kəfənlər qırmızıya boyanacaq. 
 
Qan yağacaq yağıĢların yerinə, 
Arvadlar qan tökəcək qarğıĢların yerinə, 
Ġnsanlar diĢləriylə bir-birini didəcək, 
Bu dünyamız qana qurban gedəcək. 
 
Qan gələcək anaların döĢündən 
Balalara qan verəcək analar, 
Süd yerinə qan içəcək balalar. 
Elə onda, Tanrı göydən enəcək, 
Anaları, balaları qucaqlayacaq, 
Tanrı da onlara qoĢulub qan ağlayacaq. 
Qan quruyub qalacaq Tanrının üz 
gözündə, 
Üst-baĢı da batacaq insanların qanına. 
Nə qədər çalıĢsa da, o qan silinməyəcək 
Tanrı üst-baĢında qan, göylərə 
dönməyəcək. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
107 
GÜNEY  SOVQATI
 
 
 
Rza Talibi 
 
 
 
biz Təbərizin 
 qırılmıĢ təsbehinin danələriyik 
 yerdən tuplamağa çalıĢır 
….. Arxa məhəllənin dilsiz uĢaqları 
 təsbihin mullası 
 nə sıxır vətənin əlini! 
 
 
 
V.
Ġlqar 
 
 
Və qəbristan 
Yerə sərilmiĢ bir divar 
MaĢaəllah nə çox qapisi var! 
Hamisi da iki üzlü 
                                                                                   
alta gəlmək   
üstə getmək       
Baxma bizə   
Qapilarin gözəlliyi 
                                                                                                                
iki üzlülükdədir   
 
 
 
 
Kiyan Xiyav 
 
 
 
Tablo  
Gozümü tikmiĢəm  
Xəyalimda 
Itik bir qağayi 
Üzun üldurur  
Səid Muğanlı 
 
Buranı burax 
burda yaĢaya bilmədim 
baĢqa bir vətən axtarıram 
ölmək üçün! 
 

səni yaza bilmədim 
bağıĢla dilim 
məni bağıĢla 
baĢqa bir dil öyrənirəm 
yaza bilmək üçün! 
 

dağılıram bu Ģəhərdə 
sevirəm, sevilə bilmirəm 
xırdaca mahna gəzirm getmək üçün! 
 

bağıĢla anam 
səni sevə bilmədim 
baĢqa bir qadın axtarıram sevmək üçün!.. 
 
 
 

108
№ 3 (15) Payız 2015 
 
M
əhəmməd Səfəri 
 
 
 
Yerdə  
QurumuĢ qanın üstünə 
YağıĢ yağırdı... 
QardaĢım 
Qanın yerdə qalmayacaq! 
 
 
*** 
VurulmuĢ bir quĢ 
Qanadını həyətinizə sərib 
Uçmaq xiyallarını 
Qanıyla yazır qarlara 
Gəl oxu 
Qar  
...Qar üstünə yağmadan 
 
 
*** 
Kəpənək 
Özün  
Evimizdəki ıĢıqdan ötür 
Cama çırpıb 
Yerə düĢdü 
Bizim evdə eĢq yasaqdır  
 
 
*** 
Gözlərini  
axıtma gözlərimdən 
qoy bu dəniz  
.......uzaqlara calansın 
 
 
 
M
əhəmmədrza Ləvai 
 
 
Divar 
baĢını qaldırıb uçmadı 
həvsimdə alma yanmaz artıq 
küsmə döyüĢümüz bitəmədən 
öncə 
inadını sümüyümə yatır 
sonra üsyanını boĢamağa macal ver 
burax bu əsgi metodu 
açılan qapı qadın deyil həmiĢə 
divar kıĢı deyil həmiĢə 
yeriĢin yar bizə qonaq gələcəkdir bu an 
o səbəbdən 
karvan yolun yetənəyidir 
gözlərin mənim 
 
RUQ
ĠYYƏ  SƏFƏRĠ 
 
 
Dəlixana 
hekayə 
     Otağın  qapısı  açılır,  hamı  gözlərini 
zilləyib  bizə  baxır.  Doqquzu  da  maraqla 
bizi izləyirlər. Ürəyim qırt-vırt  gedir. Neçə 
dönə vərdiĢ etmiĢdim yenə də çaĢıb özümü 
bəlli etməkdən diksinirdim. Mən körpə uĢaq 
kimi sakit və zərərsiz biriyəm. YavaĢ-yavaĢ 
yeriyirəm.  YavaĢ  danıĢıram,  heç  gülmürəm 
və  qəm-kədər  gözlərimdən  yağır.  Hərdən 

                            Üç aylıq ədəbiyyat dərgisi 
109 
dostum Səidi görürəm. Gülümsəyərək mənə 
yaxın gəlir.  
    – Səid axı sən burda neynisən?- deyirəm. 
Səid  ancaq  gülümsəyib  bir  məsafədə 
dayanır,  sonra  dönüb  gedir.  Səsləyirəm. 
Kədərli  səslə  səsləyirəm.  Gedib  gözümdən 
itəndən  sonra  hönkür-hönkür  ağlamağa 
baĢlayıram.  
     Hadisə  axĢam  üstü  baĢ  verdi.  Mən 
maĢını  götürüb,  dostum  Səidi  qapılarından 
mindirib gəzmək üçün Ģəhərə sarı aparıram. 
Məktəbi  təzə  bitirmiĢdik.  Nə  universitetə 
girməyi,  nədə  ki,  əsgərliyə  getməyi  heç 
istəmirdik.  Ġkimiz  də  qız  sevib  elçi 
göndərmiĢdik.  Mənə  əsgərliyi  bitirməyimi 
Ģərt  qoyurlar.  Səidin  atası  zəngindi.  Qız 
atasının  gözü  onu  tutub,  elə  ənqəribdi* 
evlənsinlər. 
     MaĢın  yel  kimi  gedir  və  bizim 
gözümüzdə qorxu deyə bir Ģey yoxdur. Səid 
hərdən  baĢını  pəncərədən  çıxarıb  həyatda 
ən böyük bildiyi uğuru üçün, istədiyi qədər 
sevinclə  bağırır.  Məndə  onunla  səs-səsə 
verib 
içimdəki 
kədərimi, 
öfkəmi, 
qısqanclığımı bağırıram. 
   Uzun  və  düz  yol  qıvrılır.  Mən  hələ  də 
sürətimi azaltmaq istəmirəm. Önümü kimsə 
kəsə  bilməz,  nə  maĢınlar,  nə  yoldan 
keçənlər,  nə  əyri-buruq  yollar,  nədə  ki, 
Məryəmin  atası!  Bəzən  bir  balaca  nədənlə 
böyük  ümidlər  heçə  gedir,  bəzən  də  elə 
həmin  balaca  nədən  -  yolun  bir  balaca 
burulması - ümidsizlikdən qurtara bilər. Yol 
burulur  maĢının  sürətini  almaq  istəmirəm. 
Birdən  önümüzə  böyük  yük  maĢını  çıxır. 
Mən  maĢını  parka  sarı  verirəm.  MaĢın 
parkın  qırağında  çevrilir.  Bir  uzun  tormoz 
çığırtısı,  bir  qorxunc  gurultu  və  izdihamın 
hay-küyü,  diri  qaldığımı  mənə  sübut  edir. 
Heç ağrım yoxdur. Qapını kəsib məni eĢiyə 
çıxardırlar.  
  Yolun  ortası  tilit*    qan  içindədir.  Mənim 
qanım  ola  bilməzdi.  Mən  maĢının 
içindəydim.  Ancaq  baĢımı  yavaĢca  çevirə 
bilirəm.  Səidin  baĢsız  və  parçalanmıĢ 
meyidini  görürəm  və  daha  qaranlıqdan 
baĢqa  heç  nə  görmürəm.  Gözlərimi  bir  də 
xəstəxanada açıram. 
     Əsgərliyə getməmək üçün tək çarəm var 
idi. Özümü dəli yerinə vurub qırmızı kağızı 
ala  bilmək!  Atamla  dəlixanaya,  həkimin 
yanına  getdik.  Mən  uĢaq  kimi  yavaĢ-yavaĢ 
yeriyirdim.  Nigaran  və  kədərli  baxıĢlarla 
baxırdım. Həkim deyir: 
    - Nə vaxtdan belə olub? 
   -Qəza  keçirib  yaralanıb  bir  aydan  çox 
xəstəxanada  yatıb.  Ġndi  də  deyir  bəs 
rəhmətlik dostu Səidi görür.  
   Həkim  dəli  olduğumu  dəqiqləĢdirmək 
üçün iyirmi dörd saat dəlixanada qalmağımı 
istəyir. Atamın razılığını alandan sonra dəli 
paltarlarımı  geyirəm.  Atamın  əlini  buraxıb 
həkimin köynəyinin ətəyindən yapıĢıram.  
     Həkim  çox  ehtiyatla  məni  otağıma  sarı 
aparır.  Doqquz  nəfərlik  bir  otaq.  Otaqda 
taxtlar sıra ilə düzülüb və hərəsi birin özünə 
çıxıb.  BoĢ  qalan  bir  taxtın  üstündə 
oturdandan  sonra  dəlilərlə  zarafatlaĢaraq 
otaqdan 
çıxır. 
Tutduğum 
ifadəni 
dəyiĢməməliyəm.  Kamera  ilə  izləndiyimi 
bilirəm. 
Bunun  üçün  yatmaq  doğru 
olacaqdı.  Taxtımda  uzanan  kimi  dəlilərin 
biri  mənə  sarı  gəlir.  Ağzının  ətrafı 
tüpürcəklidi. Məni yerimdən itələyir: 
    - Dur ayağa bura mənimdi- deyir. 
    Qorxumdan  etiraz  etmədən  ayağa  qalxıb 
baĢqa  bir  taxtın  üstünə  keçirəm.  Dəlilər 
etiraz  edirlər.  Taxtların  hamısının  onların 
olduğunu  deyirlər.  Bir  qədər  ayaq  üstə 
durub,  gözlərimi  duvara  zilləyirəm.  Səidlə 
danıĢıram,  səsləyirəm  və  hönkürmə  vurub 
ağlayıram.  Bu  iĢi  neçə  saatdan  bir 
təkrarlayıram.  O  qədər  vərdiĢ  etmiĢəm  ki, 
inanmıram biri Ģübhələnsin. 
Ayaq üstə durmaqdan yoruluram.   
Gecədən  bir  qədər  keçib  və  dəlilərin  bir 
neçəsi  yuxudadılar.  Duvarın  dibində  yerə 
uzanıb gözlərimi yuman kimi böyrümə ağır 
bır zərbənin dəyməsi ilə dik yerimdən 
 
*ənqərib – tezliklə 
*tilit – tamamilə 

110
№ 3 (15) Payız 2015 
 
qalxıram.  Məni  taxtımdan  qovan  dəlini 
görürəm.  
      -Burda  yatma,  bura  mənimdi,  –  deyir. 
Gözləri  qan  çanağına  dönüb.  Bir  balaca 
etirazla  boğazımdan  yapıĢıb  boğacağı 
mümkünsüz  deyildi.  Sakitcə  ayaq  üstə 
dururam.  Vaxtı  bilmək  üçün  otağa  göz 
dolandırıram. BaĢa düĢürəm ki, burda saatın 
anlamı  yoxdu.  Dəlilər  üçün  gecə-gündüz 
birdir.  Zamanı  danmıĢ  kimi  olurlar.  Bütün 
gecəni 
səhərə 
kimi 
adi 
həyatlarını 
yaĢayırlar. 
  
Birisi 
ancaq 
maĢın 
sürür. 
Siqnallarının,  arada  bir  tormozlarının  səsi 
eĢidilir. Tualetə gedəndə də maĢınını sürür. 
Qapıya  çatan  kimi  ucadan  bir  neçə  dönə 
siqnal  verir.  Qapını  açırlar.  Arxa  dəndəyə 
verib  ehtiyatla  maĢınını  otağa  salır.  Deyir 
həyətə  salıram.  MaĢından  çıxıb  dincəlmək 
üçün taxtına sarı gedəndə də, iki əlini önünə 
tutub  fərmandan  yapıĢır  kimi  bir  əda  ilə 
gedir. Birisi də qaĢığının ucuna ip bağlayıb 
boynundan  aslayıbdır.  Bir-bir  dəliləri 
müayinə  edir.  Dəlixananın  öz  həkimlərini 
də  müayinə  edir.  QaĢığı  ürəyimin  baĢına 
qoyur. 
     – Sən dəli deyilsən yalan demə, – deyir. 
Qorxu ürəyimi bürüyür. Bir dəli hardan dəli 
olmadığımı bilir - düĢünürəm.  
Bəlkə  elə  bu  dəli  deyil  və  bizləri 
nəzarətdə saxlamaq üçün burda qalır. Bəlkə 
də dəlidir və dəli olduğu üçün özünə tayları 
tanıyır.  Dəlilərin  birisi  gəlir,  sol  əlini  irəli 
gətirib sağ əlinin iĢarə barmağı ilə ovcunda 
nəsə yazaraq: 
     -Sənin  pərvanən*  varmı  belə  mərizə 
baxırsan?  –  soruĢur.  Həkim  dəli,  məni 
buraxıb  onunla  dalaĢmağa  baĢlayır.  Səs 
qalxır, qapı açılır. Dəlixana iĢçilərindən biri 
içəri  girir.  Hamısının  üstünə  çığırmağa 
baĢlayır.  Həkim  dəli,  qabağına  qaçır. 
Barmağı ilə məni göstərərək – bu dəli deyil 
bu  dəli  deyil-  deyə  bağırır.  ĠĢçi  bir  balaca 
sakitlik yaradıb qapını bağlayıb çıxır. 
    Dəlilər 
məni 
heç 
istəmirlər. 
Yuxusuzluqdan, 
yorqunluqdan 
və 
hamısından  da  pisi  qorxudan  yarıcan 
olmuĢdum. Hər an birisinin içəri girib məni 
özü  ilə  bu  dəli  oğlu  dəlilərin  yanından 
çıxarmasını gözləyirdim.  
    Qapı  açılır,  iĢçilərdən  biri  içəri  girir. 
Mənə  sarı  gəlib  biləyimdən  tutub  dünənki 
həkimin  otağına  aparır.  Atam  da  oradadır. 
Onu 
görcək 
uĢaq 
kimi 
ağlamağa 
baĢlayıram.  Atam  boynumu  qucaqlayıb 
toxdaqlıq  verir.  Həkim  bir  az  məni 
danıĢdırır və sonra nəticəni atama deyir.  
     Qırmızı  kağızı  ala  bilmədiyim  üçün 
baĢqa  yolları  sınamalıyam.  Bəlkə  mollalar 
məktəbinə girib molla olsam, bəlkə də... . 
    AxĢam  çağı  Məryəmdən  bir  mesaj  gəlir. 
Heç  gözləmədiyim  bir  mesaj.  Atası  baĢqa 
birisinə  ərə  verir.  Məndən,  onu  öldü 
bilməmi 
istəyir. 
Ġnanmadım. 
Məni 
qorxutmaq  üçün  ya  da,  hərəkətə  gətirmək 
üçün  bu  yalanı  uydurmuĢ  ola  bilərdi. 
Mesajının  cavabını  göndərdim.  Mesaj  geri 
qayıtdıqda telefonuna zəng açdım. Nömrəsi 
bağlanmıĢdı.  Min  cür  fikirlə  gecəni  səhərə 
çatdırıb  qapılarına  getdim.  Bir-iki  saat 
gözlədikdən sonra anası evdən çıxır. BaĢqa 
çarəm yox idi.  
*pərvanə - lisenziya 
Elə  anasının  qarĢısına çıxıb nələr  olduğunu 
soruĢdum. Məryəm adaxlanmıĢdı belə ...! 
     Otağın qapısı açılır.  ĠĢçilərdən  biri  məni 
içəri  aparır.  Hamısı  gözlərini  zilləyib  bizə 
baxırlar... . 
      Hər  gün  kərdidən  həkim  qıza  bir  gül 
dərirəm.  Rəisə  məktub  yazmıĢam  kərdidə 
ancaq  Məryəm  gülü  əksinlər.  Deyib 
kərdidəki  güllərin  hamısı  Məryəm  gülüdür. 
Həkim  qız  nədənsə  ―qızılgül‖  deyir  onlara. 
Adı  da  Məryəmdi.  Yazıq  Mehdi  dəlidi  da, 
deyir  bəs  Zəhradı  adı.  Dərdiyim  gülü 
iyləyib 
köksümün 
üstünə 
qoyub 
yuxlayıram.  Hər  zaman  Məryəm  gəlib 
götürəndə ayılaram.  
 
 
 
*pərvanə - lisenziya 

                            Üç aylıq ədəbiyyat dərgisi 
111 
 
ÇEVİRMƏ
 
 
XULĠO  KORTASAR 
 
 
 
MıxlanmıĢ qapı 
         hekayə 
 
―Servantes‖  mehmanxanası  yarıqaranlıq, 
sakit  və  demək  olar  ki,  boĢ  olması  ilə 
baĢqalarının 
xoĢuna 
gəlməsə 
də, 
Petronenin 
ürəyincə 
idi. 
Həmin 
mehmanxananı  paroxodla  çayı  keçərkən 
təsadüfi bir yol yoldaĢı məsləhət görmüĢ, 
Montevideonun  mərkəzində  yerləĢdiyini 
demiĢdi. Petrone ikinci mərtəbədə, vanna 
otağına malik, birbaĢa dəhlizə çıxıĢı olan 
bir  otaq  götürdü.  Açar  asılan  lövhəyə 
nəzər  salanda  anladı  ki,  mehmanxanada 
qonaq  çox  deyil;  mehmanxana  rəhbərliyi 
açarlara  otağın  nömrəsi  yazılmıĢ  ağır 
bürünc  disklər  bərkitmiĢdi  ki,  müĢtərilər 
çıxarkən ciblərinə qoymasınlar. 
Lift,  üzərində  gündəlik  jurnallar  qoyulan 
kiçik masa və telefon köĢkü olan dəhlizə 
açılırdı.  Onun  otağı  liftin  iki  metrliyində 
idi.  Otağın  qonĢuluqdakı  kinoteatrın 
damına  baxan  kiçik  pəncərəsindən  ara-
sıra  bir  göyərçinin  gəziĢdiyini  görmək 
olardı.  Hamamın  nisbətən  daha  iri  və 
divara dirənən pəncərəsinin üst hissəsi isə 
demək olar ki, heç nəyə yaramırdı. Mebel 
dəsti  yaxĢı  idi,  çoxsaylı  siyirmələri, 
rəfləri,  bir  də  az  hallarda  rast  gəlinən 
asılqanları var idi.  
 
     Mehmanxana  müdiri  hündürboy,  arıq 
və  tamamilə  keçəl  bir  adam  idi.  Gözünə 
qızılı 
çərçivədən 
eynək 
taxar, 
uruqvaylılar  kimi  sonor  və  uca  səslə 
danıĢardı.  Ġkinci  mərtəbənin  çox  sakit 
olduğunu  da  Petroneyə  o  demiĢdi. 
Yeganə  otaq  idi  ki,  ona  bitiĢik  digər 
nömrədə  hardasa  bir  yerdə  iĢləyən  və 
ancaq  gecə  düĢəndə  gələn  bir  xanım 
qalırdı.  Petrone  həmin  xanımla  növbəti 
gün  liftdə  qarĢılaĢdı.  O,  bunu  qadının 
əlindəki  sanki  qızıl  onluğu  xatırladan 
açarın  nömrəsini  görəndə  baĢa  düĢdü. 
Qapıçı  onlardan  nömrələrin  açarlarını 
təhvil  alıb,  divardakı  lövhədən  asdıqdan 
sonra  qadınla  hansısa  məktublardan 
danıĢmağa  baĢladı.  Petrone  onun  cavan 
amma elə də gözəl olmadığına və burdakı 
digər  qadınlar  kimi  zövqsüz  geyiminə 
fikir  verməyə  də  macal  tapmıĢdı. 
     Mozaika  istehsalçıları  ilə  müqavilə 
hardasa  bir  həftəyə  qədər  uzanacaqdı. 
AxĢam Petrone paltarlarını dolabdan asdı, 
masanın  üstündəki  kağızları  qaydaya 
saldı.  DuĢ  qəbul  edəndən  sonra  isə 
kontora  getmək  vaxtı  çatana  qədər 
Ģəhərin  mərkəzində  gəziĢdi.  ―Positos‖ 
kafesində  kokteyl  və  kontorun  əsas 
binasındakı  Ģam  yeməyi  istisna  olmaqla 
bütün günü danıĢıqlarda keçdi. Onu otelə 
gətirəndə  gecə  saat  biri  keçmiĢdi.  Elə 
yorulmuĢdu  ki,  yerinə  uzanan  kimi 
yuxuya  getdi.  Oyananda  səhər  saat 
doqquza  az  qalmıĢdı.  Elə  ilk  dəqiqələrdə 
nədənsə  fikirləĢdi  ki,  yuxuda  olarkən 
qulağına  körpə  hənirtisi  gəlir  və  onu 
narahat 
edirdi. 
     Oteldən  çıxmazdan  qabaq  biraz 
qeydiyyat 
iĢçisi 
ilə 
söhbətləĢdi. 
Qeydiyyatçının danıĢığında alman aksenti 
hiss  olunurdu.  Avtobus  və  küçələrin 
adları  haqda  məlumat  alarkən  dalğın 
halda  özünün  və  qonĢu  tənha  qadının 

112
№ 3 (15) Payız 2015 
 
qaldığı  otaqların  açıldığı  böyük  dəhlizə 
nəzər  saldı.  Ġki  qapının  arasında  -  aralıq 
divarın qarĢısındakı pyedestalda* Miloslu 
Venera 
heykəlinin 
uğursuz 
surəti 
qoyulmuĢdu. Yan tərəfdəki digər qapı da 
hər  yerdə  olduğu  kimi  kürsülər  və 
jurnallar  qoyulmuĢ  dəhlizə  açılırdı.  Elə 
bir  sakitlik  vardı  ki,  onlar  söhbətə  ara 
verdikdə  o  səssizlik  sanki  kül  kimi 
mebellərin  və  daĢ  piltələrin  üzərinə 
çökürdü.  Liftin  səsi  demək  olar  ki, 
dözülməz  idi,  elə  bil  hardasa  qəzet 
xıĢıldayır  və  ya  kibrit  çırtıldayırdı.  
     Bu  günün  müĢavirələri  gecə  düĢənə 
qədər  davam  elədi.  Petrone  Ģam  yeməyi 
üçün 
Ġstiqlaliyyət 
meydanındakı 
yeməkxanalardan birinə girməzdən qabaq 
18  Ġyul  küçəsində  biraz  gəziĢdi.  ĠĢlər 
qaydasında  gedirdi  və  Buenos  Ayresə 
düĢündüyündən  daha  tez  qayıda  bilərdi. 
KöĢkdən  bir  argentina  qəzeti,  bir  blok 
qara siqaret qutusu alıb  aram-aram otelə 
doğru addımladı. Yandakı kinoteatrda iki 
film  nümayiĢ  olunurdu,  hər  ikisinə  də 
artıq  baxmıĢdı.  Əslində  harasa  getməyə 
heç  həvəsi  də  yox  idi.  Ġnzibatçı  onu 
salamladı  və  hətta  daha  bir  yataq  ağı 
lazım  olub-olmadığını  da  soruĢdu. 
Papiros  çəkə-çəkə  biraz  söhbətləĢib 
ayrıldılar.  
     Yerinə  girməzdən  qabaq  Petrone  gün 
ərzində  istifadə  olunmuĢ  sənəd-sünədi 
qaydaya  saldı  və  qəzeti  götürüb  həvəssiz 
də  olsa,  oxumağa  baĢladı.  Oteldə  hökm 
sürən  qulaqbatırıcı  sakitliyə  hərdənbir 
Soriano küçəsindən keçən tramvayın səsi 
ara  versə də, bu  fasilədən  sonra  səssizlik 
sanki  daha  da  dərinləĢirdi.  Səbirsizlənib 
qəzeti  bir  kənara  tulladı,  dolabın 
güzgüsünə  baxa-baxa  əynini  soyunmağa 
baĢladı.  Artıq  çoxdan  köhnəlmiĢ  dolabı 
qonĢu  otağa  açılan  qapıya  dayamıĢdılar. 
Bu  tapıntı  Petroneni  təəccübləndirdi, 
çünki otağa ilk dəfə baxıĢ keçirəndə qapı 
sanki  ondan  ―gizlənmiĢdi‖.  Əvvəl  belə 
güman  elədi  ki,  bina  otel  məqsədilə 
tikilib,  ancaq  indi  baĢa  düĢdü  ki,  digər 
sadə  otellər  kimi  bu  da  yazıçılar  və  ya 
onların  ailələrinin  qədim  evlərindən 
düzəldilmiĢ  mehmanxanadır.  Yadına 
düĢdü ki, bugünə qədər qaldığı və tanıdığı 
çoxsaylı mehmanxanaların demək olar ki, 
hamısında  bu  cür  mıxlanmıĢ  qapı  var; 
bəzi  yerlərdə  o  lap  gözə  dəyəcək  qədər 
aĢkardadır,  bəzilərində  isə  bu  oteldə 
olduğu kimi ya paltar Ģkafı, ya stol, ya da 
asılqanla gizlədilən qapılar sinəsini və ya 
qarnını  əli  ilə  örtməyə  çalıĢan  utancaq 
qadın  kimi  qeyri-müəyyənlik  yaradırdı. 
Hər  halda  cidanı  çuvalda  gizlətmək 
mümkün  olmadığı  kimi  qapı  da  Ģkafın 
arxasından  görünürdü.  Vaxtilə  yəqin  ki, 
adamlar 
bu 
qapıdan 
girib-çıxmıĢ, 
taqqıldatmıĢ, 
örtmüĢ 
və 
bununla 
ətrafındakı  divarlardan  fərqli  olaraq  o 
taxta parçasına sanki hələ də davam edən 
bir həyat bəxĢ etmiĢdilər. Petrone qapının 
o  üzündə  də  paltar  Ģkafı  olduğunu  və 
ordakı  qadının  da  bu  qapı  haqqında  eyni 
Ģeyləri  düĢündüyünü  təsəvvürünə  gətirdi.  
     Yorğun  olmasa  da,  yaxĢıca  yatdı.  Üç-
dörd  saat  yatmıĢdı  ki,  sanki  qıcıqlanırıcı 
bir  hadisə  baĢ  vermiĢ  kimi  narahatlıq 
hissi  onu  yuxudan  oyatdı.  ĠĢığı  yandırdı, 
saata  baxdı.  Saat  üçün  yarısı  olduğunu 
görüb  iĢığı  söndürdü.  Elə  bu  an  yan 
otaqdan  bir  körpə  inilitisinin  gəldiyini 
eĢitdi.  
     Əvvəlcə  heç  nə  baĢa  düĢə  bilmədi, 
hətta  heyrətləndi  də.  Deməli,  ötən  gün 
onu  narahat  edən  də  elə  həmin  səs  idi. 
―Artıq  hər  Ģey  aydın  oldu,  daha  rahat 
yatmaq  olar‖  deyə  yenidən  gözlərini 
yumdu.  Ancaq  yata  bilmədi.  Ġndi  də 
ağlına baĢqa Ģey gəldi. ĠĢığı yandırmadan 
və  diqqətlə  qulaq  kəsilərək  dikəlib 
yatağında  oturdu.  Səhv  eləmirdi,  hənirti 
həqiqətən  də  yan  otaqdan,  mıxlanmıĢ 
qapının arxasından, çarpayının ayaqlarına 
yaxın  sahədən  eĢidilirdi.  Ancaq  həmin 
yan  otaqda  körpə  ola  bilməzdi.  Axı 
inzibatçıdan  bütün günü iĢdə olan qonĢu 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin