Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
125 
 
Günlərin  bir  günü  o,  yaxın 
yoldaĢlarının biri ilə küçədə gəziĢirdi, yenə 
də  öyrəncəsi üzrə  öz  ideallarından  üyüdüb-
tökür,  özünün  biliyi  ilə  ĢeĢələnirdi.  Birdən 
elə  bil  yanağına  su  sıçrantısı  toxunduğunu 
duydu.  Haradandır  bu?  nə  suyudur  belə? 
Liberal  göyə  baxdı:  yoxsa,  yağıĢ  yağmaq 
istəyir?  Ancaq  göy  üzündə  bir  dənə  də 
olsun  bulud  yox  idi,  günəĢ  də  dəli  kimi 
göyün  ən  uca  qatına  dırmaĢıb,  oradan  yerə 
od ələyib özü üçün əylənirdi. Düzdür, külək 
əsir,  ancaq  onun  pəncərələrdən  atılan  kirli 
suları  götürüb  belə  uzağa  aparacaq  gücü 
yoxdur. Onda liberal üzünü yoldaĢına tutub 
soruĢdu: 
 
 
–Bu  nə  görkəzmədir!  YağıĢ  yox, 
pəncərədən  kirli  su  atan  görünmür,  ancaq 
mənim üzümə nəsə su sıçrayır! 
 
–Ora bax, o qabaqdakı evin tinində 
kimsə  gizlənib,–yoldaĢı  dilləndi,–bu  onun 
iĢidir!  O  sənin  bu  liberallığına  tüpürmək 
istəyir,  ancaq  bunu  sənin  gözünün  önündə 
eləməyə ürəyi gəlmir. Bax o da, ―alçağın əli 
çatan‖  yola  əl  atıb,  tində  gizlənib  tüpürür, 
külək  də,  onun  tüpürcəyini  gətirib  sənin 
üzünə sıçradır. 
 
 
 
 
 
Vicdanın itkin düĢməyi 
 
 
Vicdan  itkin  düĢmüĢdü.  Ancaq, 
adamlar  yenə  də,  heç  nə  olmayıbmıĢ  kimi, 
küçələrdə,  teatrlarda  qaynaĢırdılar;  biri-
biriylə  öcəĢir,  biri-birini  ötüb  keçməyə 
çalıĢrdılar;  yenə  də,  ora-bura  vurnuxur, 
əllərinə 
nə 
keçirdisə 
göydə 
qapıb 
götürürdülər,  ancaq  onlardan  heç  kim, 
birdən-birə  nəyinsə  çatıĢmadığını,  yaĢam 
orkestrində  hansısa  tütəyin  çalmaqdan 
qaldığını  duymurdu.  Bir  çoxlarının  isə  elə 
bil 
əli-qolu 
açılmıĢ, 
bir 
az 
da 
zirəkləĢmiĢdilər.  Adamların  iĢləri  çox 
yüngülləĢmiĢdi:  indi  daha  baĢqasına 
badalaq gəlmək çox asan idi, yaltaqlanmaq, 
sürünmək, 
aldatmaq, 
qulağagirənlik, 
fırıldaqçılıq eləmək su içmək kimi qolay bir 
iĢ olmuĢdu. Adamların bütün ağrı-acıları da 
silinib  getmiĢdi;  onlar  elə  bil  özləri 
yerimirdilər, 
kimsə 
onları  sürütləyib 
aparırdı;  nə  baĢ  verir-versin,  kimsənin  nə 
qanı  qaralır,  nə  də  bunun  niyəsini 
düĢünürdü; sanasan, keçmiĢ də, bu gün də, 
gələcək də, hamısı onların öz əlində idi, elə 
biləsən,  vicdanın  itkin  düĢməyi  onların 
hamısını bir andaca ağ günə çıxarmıĢdı. 
 
Vicdan  eləcə  birdən...  bir  göz 
qırpımındaca  yoxa  çıxmıĢdı!  Dünənəcən 
adamları  bir  an  da  olsa  belə  gözdən 
qoymayan,  onların  bütün  düĢüncələrinə 
burnunu  soxub,  qatıb-qarıĢdıran  bu  qanıacı 
keĢikçi  buralardaydı,  indi  birdən...  harasa 
yoxa  çıxmıĢdı!  Onunla  birgə,  insanları  ara 
vermədən 
izləyən 
qanqaraldıcı 
qarabasmalar 
da 
yoxa 
çıxmıĢdı, 
qarabasmalar  yoxa  çıxan  kimi,  bu  vicdan 
deyilən  nəsnənin  hər  addımbaĢı  adamların 
bütün  gizlin  iĢdəklərini  açıb  tökməsindən 
yaranan 
mənəvi 
sarsıntılar  də  ötüb 
keçmiĢdi. 
Adamlara 
ancaq 
Tanrının 
yaratdığı bu gözəl dünyaya baxıb sevinmək 
qalmıĢdı: 
dünyanın 
bilgin 
adamları, 
indiyədək  onların  irəliyə  doğru  yürüĢünü 
yavaĢıdan  sonuncu  boyunduruqdan  da 
qurtulduqlarını  baĢa  düĢmüĢdülər  və 
qazandıqları  bu  özgürlükdən  yararlanmağa 
tələsirdilər.  Adamlar  elə  bil  baĢlarını 
itirmiĢdilər;  dörd  bir  yanı  quldurluq, 
soyğunçuluq baĢına almıĢdı, hər Ģey uçulub 
dağılmağa baĢlamıĢdı.  
 
Yazıq  vicdan  isə,  yolun  ortasında, 
didilib  parçalanmıĢ,  əzilib  üzülmüĢ,  ayaq 
altında  tapdalanmıĢ,  yaman  günə  düĢüb 
qalmıĢdı.  Kimin  qarĢısına  çıxırdısa,  onu 
ayağa  dolaĢan  bir  cındır  sayağı  təpikləyib 
qırağa  atırdılar;  hələ  bir  çoxları,  ―belə  bir 
tör-töküntü  Ģəhərin  görməli  yerinə  necə 
gəlib  çıxıb?‖  deyə  donquldanırdılar  da. 
Birdən, hansısa qaragünlü bir içki düĢkünü, 
özünün  dumanlanmıĢ  baxıĢları  ilə,  yüz 
qram  da  içə  bilmək  üçün  köhnə-kürüĢ 

126
№ 3 (15) Payız 2015 
 
axtarıĢına  çıxmasaydı,  təkcə  Tanrı  bilir, 
vicdan  hələ  nə  qədər  belə  ayaqlar  altında 
atılıb qalacaqdı.       
 
Vicdanı tapan anda, içki düĢkünün 
bütün  bədəni  gizildədi,  sanasan,  onu 
elektrik  vurmuĢdu.  Tor  görən  gözləri  ilə 
yan-yörəsinə  baxan  içki  düĢkünü,  yavaĢ-
yavaĢ  baĢından  içki  dumanının  dağıldığını 
sezməyə baĢladı, birdən o, ömrünün çoxunu 
bu  yolda  qoyub,  var  gücü  ilə  özündən 
uzaqlaĢdıra  bildiyi:  acı  gercəkliyi  anlamaq 
bacarığının  da  özünə  qayıtdığını  duymağa 
baĢladı.  Öncə  üĢəndi,  bu,  insanın  ürəyinə 
daman,  az  sonra  düĢə  biləcəyi  hansısa 
qorxunc  bir  durumdan  soraq  verən,  küt  bir 
qorxu  duyğusu  idi;  yaddaĢı  oyanıb 
çalxalandı,  susqun  xəyalları  dil  açıb 
danıĢmağa  baĢladılar.  YaddaĢı,  ağına-
bozuna  baxmadan,  keçmiĢin  utancverici 
qaranlığından, onun zaman-zaman törətdiyi: 
bütün  zorakılığı,  dönüklüyü,  daĢürəkliyi, 
əyriliyi  bir-bir  çıxarıb  üzünə  çırpmağa 
baĢladı;  xəyalları  ömründə  bütün  olub 
keçən  nə  varsa,  hamısını  canlandırıb,  onun 
gözləri  önünə  gətirməyə  baĢladı.  Bunun 
ardınca isə, içində özünə qarĢı bir məhkəmə 
baĢladı, nə baĢladı... 
 
Yazıq  içki  düĢkününə,  özünün 
bütün  keçmiĢi  iyrənc  bir  cinayət  kimi 
görünməyə baĢlamıĢdı. O, yerində quruyub 
qalmıĢdı, 
nə 
düĢünüb-daĢına, 
nə 
baĢqasından  soruĢa,  nə  də  özü  anlaya 
bilirdi: gözü qarĢısında canlanan, özünün bu 
mənəvi  düĢkünlüyündən  bərk  sarsılmıĢdı, 
könüllü 
olaraq 
baĢladığı 
bu 
özünümühakimə,  onu  elə  ağrıdır,  elə  üzüb 
əldən  salırdı,  bunu  heç  ən  ağır  dövlət 
məhkəməsi də  bacarmazdı.  O  indi düĢdüyü 
bu  çaĢqınlıq  içində  büsbütün  baĢını 
itirdiyindən,  söyüb  yamanladığı  keçmiĢinin 
çox  hissəsinin  onun  özündən  asılı 
olmadığını  da  unutmuĢdu,  axı  dərindən 
baxanda  bu  keçmiĢi  o  özü  yaratmamıĢdı, 
bütün  bunları  onun  baĢına  gətirən, 
anlaĢılmaz,  qorxunc  bir  güc  idi:  çöllükdə 
çör-çöpü  qanadına  alıb  uçuran  qasırğa 
sayağı  bir  güc  idi  bütün  bunları  törədən... 
elə bu güc də onu, yazıq içki düĢkününü, o 
çör-çöp  sayağı alıb, özü hara istəsəydi, ora 
da  süpürləyib  aparmırdımı?  Onun  keçmiĢi 
niyə  belədir?  o  öz  keçmiĢini  nədən  baĢqa 
cür  yox,  ancaq  belə  yaĢamıĢdı?  o  özü 
kimdir axı?–bütün bu sorğulara o indiyəcən, 
ancaq çiynini çəkməklə, gözünü döyməklə, 
bir  sözlə,  özünü  anlamazlığa  vurmaqla 
―cavab‖  tapmıĢdı.  Onun  bütün  yaĢamı 
boyunduruq  altında  keçmiĢdi;  boyunduruq 
altında  doğulmuĢdu,  boyunduruqla  da  gor 
evinə  gedəcəkdi.  Ġndi  buyur,  haradansa  bu 
anlaq  gəlib  çıxıb,  deyir  mən  də  varam,–axı 
anlaqlı olmaq onun nəyinə gərək idi? yoxsa, 
onu ağır sorğularla küncə qısnayıb, sonra da 
susaraq,  onun  düĢdüyü  bu  gülünc  duruma 
baxmağa  görəmi  gəlib  bu  anlaq?  öləzimiĢ 
yaĢam  axınını  coĢdurub,  sonra  da  onu,  gur 
axınına  qarĢı  duruĢ  gətirə  bilməyəcəyi  bir 
ömür  selinə  itələyib  salmaq  üçünmü  gəlib 
çıxıb? 
 
Yazıqlar  olsun!  oyanmıĢ  anlağı 
onu nə ovuda bilir, nə də gələcəyə bir inam 
yaradırdı,  üstəlik,  anlağı  ilə  birgə  ayılan 
vicdanı da, ancaq bir  çıxıĢ  yolu bilirdi: ara 
vermədən, 
heç 
nəyə 
yaramayan 
özünüqınamaqla onun baĢ-beynini aparırdı! 
Bundan  qabaq  da  onun  ömrü,  sanasan,  bir 
duman içində keçirdi, elə indi də bu duman 
çəkilməmiĢdi,  üstəlik,  indi  hara  baxırdısa, 
ürəyini üzən qarabasmalar görürdü; o bütün 
ömrü boyu, əlini-qolunu bağlayan bir zəncir 
gəzdirmiĢ,  ancaq  bunun  nə  olduğunu 
bilməmiĢdi,  indi  bunun  nə  olduğunu  bilən 
kimi, bu zəncirin çəkisi ikiqat artmıĢdı. Ġçki 
düĢkünü  belə  ağır  düĢüncələrə  dalaraq, 
gözündən  sel  kimi  yaĢ  axıdırdı,  onun  bu 
durumunu  görən  yaxĢı  adamlar  ayaq 
saxlayır,  sonra  da  bu  ağlayıb-sıtqamağın 
çaxırın təsirindən olduğunu düĢünərək, ötüb 
keçirdilər.  
 
–Hardasan,  ay  ata!  daha  gücüm 
çatmır... 
dözə 
bilmirəm!–yazıq 
içki 
düĢkünü qıĢqırıb bağırır, adamlar  isə baxıb 
gülür, onu ələ salırdılar. Onlar bu anda içki 
düĢkününün  büsbütün  ayıq  olduğunu  baĢa 
düĢmürdülər,  bu  yazıq  içki  düĢkününün 

                            Üç aylıq ədəbiyyat dərgisi 
127 
durduğu yerdəcə iĢə düĢüyünü, uğursuz bir 
tapıntısının  onun  ürəyini  didib-tökdüyünü 
haradan  biləydilər?  O  özü  arayıb-axtarıb 
bunu 
tapsaydı, 
düĢünüb-daĢınardı, 
götürqoylu  olardı,  axı  o,  bu  dünyadakı 
ağrıların 
hamısından 
acısının, 
gözlənilmədən 
tapılan 
vicdandan 
doğulduğunu  bilməmiĢ  deyildi.  Belə 
gözlənilməz  tapıntıdan  baĢını  itirməsəydi, 
onda o, özünü eĢĢək yerinə qoymuĢ, əxlaqı 
korlanmıĢ  bir  içki  düĢkününü  görən 
kütlənin  də,  elə  ondan  geri  qlmadığını, 
özünü, 
ruhca 
yaramaz, 
davranıĢca 
uzunqulaq kimi apardığını da unutmazdı.  
 
―Yox,  gərək  bundan  yaxamı 
qurtaram!  yoxsa  bu  məni  yaman  günə 
qoyacaq‖–içki  düĢkünü  belə  düĢünüb,  öz 
tapıntısını yola tullamaq istədi, ancaq elə o 
andaca yaxında dayanmıĢ polis onu saxladı.  
 
–Sən  ay  qardaĢ,  deyəsən  burada 
düz  iĢə  baxmırsan  a,  yoxsa  dövlətə  qarĢı 
həcv  yazıb  gizlincə  yaymaq  istəyirsən?–
polis 
ona 
barmaq 
silkələyib 
dedi,–
qardaĢımsan,  sənə  deyim,  bu  iĢə  görə  səni 
iliĢdirərəm, əlli-ayaqlı gedərsən! 
 
Ġçki  düĢkünü  tələsik  öz  tapıntısını 
cibində  gizlədib,  oradan  uzaqlaĢdı.  Yan-
yörəsinə  boylanaraq,  əyilə-əyilə,  gizlincə, 
köhnə tanıĢı Proxorıçın iĢlədiyi meyxanaya 
gəlib  çıxdı.  Öncə,  gizlincə  pəncərədən 
boylanıb  baxdı,  içəridə  heç  kimin 
olmadığını,  Proxorıçın  isə  piĢtaxtanın 
arxasında  mürgülədiyini  görüncə,  bir  göz 
qırpımında özünü içəri saldı, Proxorıç ayılıb 
özünə  gələnə  kimi,  tapıntısını  onun  əlinə 
dürtüĢdürüb aradan çıxdı.  
 
Proxorıç  gözlərini  bərəldərək, 
yerində donub qaldı; bir az keçmiĢ onu qan-
tər  süpürüb  basdı.  Nədənsə,  birdən  ona  elə 
gəldi,  sanasan,  burada  patenti  olmadan 
alver  eləyir;  ancaq  vitrinə  göz  gəzdirəndə 
bütün  patentlərin:  göyü,  yaĢılı,  sarısı 
qarıĢıq,  hamısının  öz  yerində  olduğunu 
görüb  ürəyi  toxdadı.  Ġçki  düĢkünün  onun 
əlinə  soxuĢdurduğu  bu  cındır,  nədənsə  ona 
çox tanıĢ gəlirdi.  
 
―Aha!–yadına  düĢdü–hə  də,  bu 
mənim  patent  almazdan  qabaq  güclə 
baĢımdam elədiyim həmən cındırdır! Odur, 
özüdür!‖ 
 
Ġçki  düĢkünün  gətirdiyi  cındırı 
tanıyandan sonra o, birdən nəyə görəsə, indi 
daha  əlində  olan  bütün  var-yoxunu  dağıdıb 
yoxsulluq 
içində 
yaĢamalı 
olacağını 
düĢünməyə baĢladı. 
 
–ĠĢə bax da, baĢını aĢağı salıb iĢini 
görürsən,  yamanlıqlar  isə  elə  bil  sıraya 
düzülüb 
yaxandan 
qopmurlar, 
biri 
qurtarmamıĢ  o  birisi  baĢlayır–denən  daha 
mən  batdım  da!  daha  bundan  sonra  mənim 
iĢləməyim  alınmaz!–o  bütün  bunları  bir 
andaca  düĢünüb  daĢındı,  sonra  birdən  onu 
bir  titrətmə  tutdu,  üzü  ağappaq  ağardı,  elə 
bil, gözünə buçağacan heç kimin görmədiyi 
hansısa qorxunc bir varlıq görünmüĢdü. 
 
–Yoxsa,  sən  elə  bilirsən,  bu  yazıq 
xalqı içkiyə öyrətmək yaxĢı iĢdir!–oyanmıĢ 
vicdanı pıçıldadı. 
 
–Arvad! 
Arina 
Ġvanovna!–
qorxudan  özünü  itirmiĢ  meyxanaçı  dəli 
kimi qıĢqırmağa baĢladı. 
 
Arina  Ġvanovna  baĢı  lovlu  qaçıb 
gəldi,  ancaq  Proxorıçın  yeni  tapıntısını 
görən  kimi, qadından öz səsinə oxĢamayan 
bir  qıĢqırtı  qopdu:  ―Gözətçi!  vay  dədə! 
Kömək eləyin!  Bizi soyurlar!‖ 
 
―Ġndi  mən  bu  alçağa  görə,  gərək 
bir  anın  içində  varımdan  yoxumdan 
çıxam?‖–bu  sözləri  Proxorıç,  bu  cındırı 
haradansa  tapıb  ona  soxuĢduran  içki 
düĢkünü  üçün  deyirdi.  Yerində  quruyub 
qalmıĢ meyxanaçının alnını iri tər damlaları 
bürümüĢdü.  
 
Bu  arada  meyxana  yavaĢ-yavaĢ 
adamla  dolmağa  baĢlamıĢdı,  ancaq  baĢqa 
vaxt  alıcılarının  qabağına  qaçan  Proxorıç, 
onların  matını-qutunu  qurutmuĢdu,  o, 
alıcılarına 
çaxır 
satmaqdan 
boyun 
qaçırmağı bir yana qalsın, hələ durub onlara 
çaxır  içməyin  korluqlarından,  onun  yoxsul 
adamın evini yıxmağından üyüdüb tökməyə 
baĢlamıĢdı.     

128
№ 3 (15) Payız 2015 
 
 
–Sən  bir  bardaq  çaxır  içməklə 
yetinsən,  buna  sözüm  yox,  hələ  desən 
canına  da  yarayar!–o,  göz  yaĢları  içində 
danıĢırdı,–axı  sən  aza  dayanmırsan,  gərək 
çaxırın  küpünə  girəsən!  Bundan  nə  çıxar? 
Boğazdan 
yuxarını 
çaxırla 
uyutdun, 
boğazdan  aĢağındakı  da  köynəyin  altında, 
köksündə  uyusun,  sən  hələ  sonra  ayılıb 
baĢına nə oyun açdıqlarını biləcəksən, onda 
da gec olacaq! Mənə bax, ay dəyərli adam, 
sən  bu  gün  əlləĢib  vuruĢub,  yüz  qəpik 
donluq  alırsan,  indi  bir  anlığına  düĢün, 
birincisi, bu puldan ötəri iĢləməyə dəyərmi, 
ikincisi,  sən  indi  hansı  ağılnan  qan-tər 
töküb  qazandığın  o  pulu  mənə  vermək 
istəyirsən?! 
 
–Sənə  nə  gəlib,  Proxorıç,  elə  bil 
ağlını  itirmisən!–çaĢıb  qalmıĢ  alıcılar 
deyirdilər. 
 
–Mənim 
düĢdüyüm 
lova 
düĢsəydin,  sən  də  elə  ağlını  itirərdin!–
Proxorıç dilləndi,–sən bax gör hələ mən bu 
gün özümə necə bir patent düzəltmiĢəm! 
 
Bunu  deyib,  onun  üçün  tapıb 
gətirdikləri  vicdanı  alıcılara  göstərdi,  sonra 
bunun 
kiməsə 
gərək 
olub-olmadığını 
onlardan  soruĢdu.  Alıcılar  bunun  nə 
olduğunu  bilincə,  vicdanı  götürmək  bir 
yana  qalsın,  hamısı  qorxusundan,  qapıya 
sarı  geri çəkildilər. 
 
–Bax,  mən  indi  bu  patentlə 
iĢləyirəm!–Proxorıç  vicdanı  göstərib  acıqla  
çımxırdı. 
 
–YaxĢı,  indi  sən  nə  eləmək 
istəyirsən?–alıcılar soruĢdular.  
 
–Mənə  elə  gəlir,  indi  yalnız  bir 
yolum  qalıb–yıxılıb  ölmək!  Ġndi  mən  daha 
kimsəni  aldada  bilmirəm;  bu  yazıq  xalqa 
çaxır içirib yaman günə qoymağa da vicdan 
yol  vermir;  siz  bilən  mənim  ölməkdən 
baĢqa bir yolum qalırmı? 
 
–Yox, sən doğrudan da iliĢmisən!–
alıcılar gülüĢməyə baĢladılar. 
 
–Mən  də  elə  düĢünürəm,–Proxorıç 
sözünü  ardını  gətirdi,–mənə  qalsa,  gərək 
indi  bu  qab-qacağın  hamısını  sındıram, 
çaxırın  da  hamısını  o  su  arxına  tökəm 
getsin!  Yoxsa,  mənim  kimi  vicdanlı  adam 
spirtin iyini aldımı, ürəyi ağzından gəlir! 
 
–Sən  belə  əliuzunmu  çıxmısan?!–
bayaqdan  dayanıb  baĢ  verənlərə  səssizcə 
baxan  Arina  Ġvanovna  ərinin  üstünə 
kükrədi, deyəsən ərinin oyanan vicdanından 
ona pay düĢməmiĢdi,–axtarıb özünə vicdan 
tapana bir bax! 
 
Ancaq  Proxorıç  da  yola  gələnə 
oxĢamırdı.  O,  acı  göz  yaĢlarını  tökür,  elə 
hey danıĢır, danıĢırdı.  
 
–Belədir  də,  bu  bədbəxtlik  kimin 
baĢına  gəldisə,  yaxasını  buraxan  deyil. 
Kiçik  alverçi  ol,  ya  böyük  tacir,  iliĢdinsə 
iĢin  bitdi.  Bu,  gəlib  canına  daraĢdısa,  səni 
dəli  eləyib  baĢdan  çıxaracaq.  Bunu  tapan 
adamın  baĢında  ancaq  bir  düĢüncə  olur: 
―Mən  bu  dünyanın  ən  yazıq  adamıyam–
alnıma bu yazılıb, qurtardı getdi‖.  
 
Beləliklə 
də, 
Proxorıç  bütün 
gününü  belə  fəlsəfi  çalıĢmalarla  keçirdi, 
düzdür,  Arina Ġvanovna  onu  saxlayıb,  qab-
qaĢığı  sındırmağa,  çaxırı  arxa  tökməyə 
qoymasa da, ancaq onlar  o günü bir  damcı 
da  olsun  çaxır  satmadılar.  AxĢam  isə, 
Proxorıçın  kefi  lap  kökəlmiĢdi,  o,  yatağa 
uzananda  gözünün  yaĢını  tökən  Arina 
Ġvanovnaya baxıb dedi: 
 
–Ay 
mənim 
ruhum, 
sevgili 
arvadım!  düzdür,  bu  gün  biz  heç  nə 
qazanmadıq, ancaq bilirsənmi adam özünün 
vicdanlı olduğunu biləndə necə yüngülləĢir! 
 
Doğrudan da o, baĢını yasdığa atan 
kimi  yuxuya  getdi.  Yuxuda  da,  nə  yerində 
qurdalandı,  nə  də  xoruldadı,  ancaq  bundan 
qabaq  vicdanı  olmayıb  çoxlu  pul  qazanan 
çağlarında  o,  bütün  gecəni  yatağında 
qıvrılardı.  
 
Ancaq Arina Ġvanovna bu iĢlərə bir 
az  baĢqa  sayaq  baxırdı.  O,  meyxanaçılıqla 
vicdanlı  olmağın  bir  yerdə  tutmadığını 
yaxĢı  bilirdi,  ona  görə  də,  nə  olursa  olsun, 
bu  vicdan  deyilən  çağrılmamıĢ  qonaqdan 
yaxa  qurtarmağı  kəsdirmiĢdi.  Ürəyi  sıxıla-
sıxıla  gecəni  bir  təhər  baĢa  vuran  qadın, 
meyxananın tozlu ĢüĢələrinə gün iĢığı düĢən 

                            Üç aylıq ədəbiyyat dərgisi 
129 
kimi,  yatmıĢ  ərindən  vicdanı  oğurlayıb, 
baĢılovlu küçəyə qaçdı.  
 
ĠĢ  elə  gətirmiĢdi,  bu  gün  bazar 
günü  idi:  qonĢu  kəndlərdən  adamlar  araba 
ilə  bazara  sarı  getməkdə  idilər.  Məhəllənin 
polis  gözətçisi  Qırğı  da  onların  ardınca 
düĢüb,  bazarda  qayda-qanun  yaratmağa 
gedirdi. Yeyin addımlarla bazara sarı gedən 
Qırğını 
görəndə 
Arina 
Ġvanovnanın 
gözlərinə  iĢıq  gəldi,  o  indi  artıq  nə 
edəcəyini  bilirdi.  Qadın  var  gücü  ilə 
Qırğının  ardınca  qaçmağa  baĢladı,  ona 
çatan  kimi,  bir  göz  qırpımındaca,  əlindəki 
vicdanı onun paltosunun cibinə soxdu. 
 
Qırğı  kiçik  görəvli  adam  olsa  da, 
bunda  utanmalı  bir  Ģey  görmürdü, o  özünü 
sındırmağı 
sevən 
adam 
deyildi, 
əliuzunluğuna  da  söz  ola  bilməzdi.  Bir 
çoxları  onun  davranıĢca  sırtıq  olduğunu 
deyirdilər,  ancaq  ona  gözəgirən  adam 
demək  daha  düzgün  olardı.  Ona  əli  əyri 
demək  olmazdı,  ancaq  qarĢısına  çıxan 
qəniməti də əldən buraxmazdı. Bir sözlə, bu 
adam çox abırlı bir rüĢvətxor idi. 
 
Ġndi  birdən  bu  adamın  içində 
özünün də baĢ açmadığı bir fırtına qopmağa 
baĢlamıĢdı. 
 
Bazar  meydanına  gəlib  arabaların, 
sandıqların,  taxta  piĢtaxtaların  üstünə 
qoyulmuĢ satlıq mallara baxanda birdən ona 
elə  gəldi,  bunların  heç  biri  onunku  deyil, 
hamısı  özgə  adamlarındır.  Bundan  qabaq 
onun  ağlına  heç  vaxt  belə  düĢüncələr 
gəlməzdi.  O  özünün  utanmazlıq  yağan 
gözlərini silib düĢünməyə baĢladı: ―Mənim 
baĢım  pozulub  nədir,  yoxsa  bütün  bunları 
yuxuda  görürəm?‖  O,  üstünə  satlıq  mallar 
düzülmüĢ  bir  arabaya  yaxınlaĢdı,  əlini 
uzadıb  özü  üçün  nəsə  götürmək  istədi, 
ancaq  ha  çalıĢdısa  əlini  qaldıra  bilmədi; 
baĢqa  bir  arabaya  yaxınlaĢıb,  öyrəncəsi 
üzrə,  satıcının  saqqalından  tutub  çəkmək 
istədi–bu nə iĢdir, əlini uzada bilmir!  
 
Qırğı  bərk  qorxmuĢdu.  ―Bu  nə 
iĢdir  mən  düĢdüm?–O,  düĢünürdü,–belə 
getsə  mən  bütün  iĢlərimi  korlayıb  quru 
yurdda  qalaram!  Yoxsa,  ağlım  baĢıma 
gələnə kimi, çıxıb evə gedim?‖ 
 
Biraz 
götürqoy 
eləyib 
evə 
getməkdən  daĢındı,  düĢündü,  bu  nədirsə 
indi keçib gedər. Bazarda gəzib  dolaĢmağa 
baĢladı;  gözü  önündə  ev  quĢları,  paltar-
parça,  baĢqa  satlıq  Ģeylərin  sırası  uzanıb 
gedirdi, ancaq o nədənsə, alıĢdığı kimi, əlini 
uzadıb onlardan özünə gərək olanları götürə 
bilmirdi,  elə  bil,  bunların  hamısı  dilə  gəlib 
deyirdilər:  ―Əlini  uzatsan  bizə  çatar,  ancaq 
bacarmazsan!‖ 
 
Alverçilər  çox  keçmədən  Qırğının 
bu  yeni  durumundan  duyuq  düĢdülər: 
baĢının  pozulduğunu,  öz  qazancından  əl 
çəkib  onlardan  heç  nə  tutub  almadığını 
görüncə, onu ələ salmağa baĢladılar, əlüstü 
onun üçün yeni bir ad da düĢünüb tapdılar, 
dünənəcən 
çəkindikləri 
Qırğını, 
saymazyana, 
elə 
üzünəcə: 
Fofan 
Fofanıç(Uyuğ  Uyuğoviç)  deyə  çağırmağa 
baĢladılar. 
 
–Yox,  mən  deyəsən  doğrudan 
xəsətələnmiĢəm!–Qırğı 
belə 
düĢünüb, 
əliboĢ, evə sarı yollandı. 
 
O  evə  qayıtmaqda  olsun,  arvadı–
ana  Qırğı  evdə  onu  gözləyərək  düĢünürdü: 
―Görəsən  mənim  istəkli  ərim  bu  gün  evə 
neçə  torba  ayın-oyun  gətirəcək?‖  Bunları 
düĢündüyü  yerdə,  birdən  qapı  açıldı,  kiĢisi 
əliboĢ 
evə 
girdi. 
Gördüyü 
bu 
anlaĢılmazlıqdan 
ana 
Qırğının 
ürəyi 
yerindən  necə  atlanmıĢdısa,  o  da  eləcə 
ərinin üstünə atıldı. 
 
–Torbalar hanı?–ərindən soruĢdu. 
 
–Bu  gün  adamların  əlindən  nəsə 
tutub almağa vicdanım yol vermədi...–Qırğı 
sözə baĢladı. 
 
–Mən  səndən  soruĢuram,  hanı 
ayın-oyun yığdığın torbalar? 
 
–Bu  gün  vicdanım  yol  vermədi, 
adamların  əlindən  nəsə  tutub  alam...–Qırğı 
yenə təkrarladı. 
 
–Nə  olar,  lap  yaxĢı,  onda  gələn 
bazar  gününə  kimi  öz  vicdanını  yeyib 
dolanarsan,  məndən  yemək  gözləmə!–ana 
Qırğı onun üstünə çımxırdı. 

130
№ 3 (15) Payız 2015 
 
 
Qırğı  baĢını  aĢağı  salıb  dinmədi, 
ana  Qırğının  sözündə  bərk  adam  olduğunu 
yaxĢı bilirdi. Paltosunu soyunub asılqandan 
asdı,  birdən(!),  elə  bil,  hər  Ģey  dəyiĢib 
qabaqkı  kimi  oldu!  Vicdanını  paltosu  ilə 
birgə  divardan  asıb  ondan  uzaqlaĢınca, 
özündə  bir  yüngüllük  duydu,  yenə  də 
öncələrdə  olduğu  kimi  düĢünməyə  baĢladı: 
bu  dünyada  baĢqalarına  çatası  heç  nə 
yoxdur,  nə  varsa  hamısı  onun  özünündür. 
O, 
alıĢdığı, 
adamları 
çapıb-talamaq 
istəyinin də özünə qayıtdığını sezdi. 
 
–Hə,  arxadaĢlar,  indi  görüm  necə 
yaxanızı  qırağa  çəkəcəksiniz!–Qırğı  belə 
deyib  əlini  əlinə  sürtdü,  sonra  paltosunu 
geyinib, qaçaraq, bazara sarı yönəldi. 
 
Bu  nə  möcüzədir!  paltonu  əyninə 
geyməyi  ilə  yenidən  əzginləĢdi.  Elə  bil,  o 
özündə  iki  adamı  yaĢadırdı:  biri  paltosuz–
utanmazın,  soyğunçunun,  əliuzunun  biri;  o 
birisi  isə,  paltolu–utancaq,  çəkingən  birisi. 
Evdən çıxmağı ilə içində yenidən hər Ģeyin 
dəyiĢdiyini  anlasa  da,  ancaq  yenə  bazara 
getməkdən  daĢınmadı.  ―Ola  bilsin,  özümü 
toplayıb  bazar  adamından  nəsə  qopara 
bildim‖ deyə düĢündü. 
 
Ancaq  bazara  yaxınlaĢdıqca,  onun 
ürəyi  get-gedə  daha  bərkdən  döyünməyə, 
acgözlüyü  isə  yavaĢ-yavaĢ  azalıb  yoxa 
çıxmağa  baĢladı,  o,  bazarda  gün  uzunu 
yağıĢın-qarın  altında  dayanıb,  çamurun 
içində eĢələnən, bütün bu dözülməz əməyin 
qarĢılığında 
qəpik-quruĢ 
qazanan 
adamlardan  heç  nə  ala  bilməyəcəyini  baĢa 
düĢdü.  Axı,  nəyinə  gərəkdi,  onun-bunun 
boxçasına  burnunu  soxub  baxsın,  hələ  bir 
istədiyini  də  götürsün;  birdən,  cibindəki 
pulqabının  ağırlığını  duymağa  baĢladı,  elə 
bil haradansa, pulqabındakı pulların özünün 
yox,  baĢqalarının  pulu  olduğu  ürəyinə 
dammıĢdı.  O,  bazardakı  satıcılardan  birinə 
yaxınlaĢıb dedi: 
 
–Al  görüm,  arxadaĢ,  bu  on  beĢ 
qəpik sənə çatacaq! 
 
–Bu nə puldur, Fofan Fofanıç? 
 
–Mən indiyəcən sənin ürəyinə çox 
toxunmuĢam,  arxadaĢ!  Səni  and  verirəm 
Tanrıya, məni bağıĢla! 
 
–Tanrı bağıĢlasın! 
 
Beləliklə  də  o,  bütün  bazarı  gəzib 
dolaĢaraq,  üstündəki  pulun  hamısını 
adamlara  paylayıb  qurtardı.  Bu  iĢi  görüb 
qurtarandan  sonra  ürəyində  çox  böyük  bir 
yüngüllük duysa da, ancaq baĢında dolanan 
qara-qura  düĢüncələr  də  bir  ucdan  ona 
dinclik vermirdi. 
 
–Yox,  mənə  nəsə  olub,  deyəsən 
çox pis bir xəstəliyə yoluxmuĢam,–deyə öz-
özünə mızıldandı,–yaxĢısı mən çıxım gedim 
evə,  hə,  elə  yolüstü  qarĢıma  çıxan  ac-
yalavacları  da  yığıb  apararam  evə,  Tanrı 
yetirəndən nə var, qarınlarını doyurarlar! 
 
Dediyi  kimi  də  elədi:  yolboyu 
qarĢılaĢdığı  bütün  ac-yalavacları  baĢına 
toplayıb  evə  gəldi.  Ana  Qırğı  onun  bu 
dəliliyini  görüb,  qıĢqırmağa,  əlini-qolunu 
ölçməyə baĢladı. O isə, yavaĢca siviĢib evə 
keçdi,  sevgi  dolu  baxıĢları  ilə  arvadını 
süzərək dedi: 
 
–Fedosya  can,  budur  bax,  sənin 
dediyini 
eləmiĢəm, 
çöldə  ac-yalavac 
dolaĢan kimi görmüĢəmsə yığıb gətirmiĢəm 
evə,  Tanrının  adı  üçün,  bunların  qarnını 
doyur! 
 
Ancaq  paltosunu  divara  çalınmıĢ 
mıxdan  asan  kimi,  birdən  yenə  də  özündə 
bir  yüngüllük  duydu.  Sonra  pəncərəyə 
yaxınlaĢıb,  evinin  qapısı  ağzında  Ģəhərin 
bütün ac-yalavaclarının toplandığını gördü! 
Baxdı-baxdı,  heç  nə  anlaya  bilmədi: 
―Bunlar  burada  nə  gəzirlər?  Yoxsa, 
istəyirlər 
bunları  qamçılayıb  buradan 
qovalayım?‖ 
 
–Bunlar  burda  nə  gəzirlər?–o 
qaçaraq  həyətə  çıxıb,  acıqla  arvadından 
soruĢdu. 
 
–Necə  yəni  nə  gəzirlər?  Bu  ac-
yalavacları  sən  yığıb  gətirmisən,  özün  də 
hamısının qarnını doyurmağı buyurmusan!–
Ana Qırğı mırıldandı. 
 
–Hamısını 
qov 
getsinlər! 
Boyunlarının  ardından  tutub  at  bayıra 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin