Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 
 
 
 
 

                            Üç aylıq ədəbiyyat dərgisi 
143 
Boris Akunin 
 
Ə
YLƏNCƏLĠ 
TĠRANġÜNASLIQ
 
     Günlərin bir günü, oturub Rusiya 
camaatının da beynini məĢğul edən bir 
məsələ üzərində düĢünürdüm: görəsən 
necə olur ki, demokratik dövlətdə birdən-
birə avtoritar hakimiyyət bərqərar olur? 
     Dedim lap əvvəldən, yəni antik 
dövrdən baĢlayım. Götürüb tərəqqisi ilə 
aləmə səs salmıĢ qədim yunan Ģəhər-
dövləti Sirakuzanın tarixini vərəqlədim. 
Eramızdan əvvəl V-IV əsrlərdə 
Sirakuzada hökm sürən xalq hakimiyyəti 
ömrünü baĢa vurduqdan sonra (əlbəttə bu, 
nisbi idi, müasir anlayıĢlara görə bu daha 
çox oliqarxiya idi) diktatura dövrü 
baĢladı. 
Bir neçə onillik boyunca bu ölkəni bir-
birinin ardınca iki fərqli kaloritə malik 
tiran, hər ikisi     
 
     Dionis adını daĢıyan ata və oğul idarə 
etdi.  Bəzən  tarixçilər  onları  qarıĢıq 
salırlar,  birinin  etdiklərini  o  birisinin 
ayağına  yazırlar,  amma  mahiyyətcə 
bunun  elə  bir  önəmi  yoxdur.  Tiran  elə 
tirandır. 
    Gəlin görək Sirakuza demokratiyasının 
baĢına 
nələr 
gəldi. 
    Ata  Dionis  vəzifəyə  Ģəhər-dövlətin 
təhlükəsizliyi  və  müdafiəsi  ilə  məĢğul 
olan  ictimai  kontorda  sadə  məmur  kimi 
baĢlayıb.  O  asta-asta  vəzifə  pillələrini 
qalxıb,  baĢ  sərkərdəliyə  qədər  yüksəlir. 
Öz  həyatına  yalançı  qəsd  hazırlayır, 
bunun 
ardınca 
xəzinədən 
Ģəxsi 
mühafizəsini  təmin  etməyə  600  nəfərlik 
bir  cangüdən  dəstəsi  üçün  pul  qoparda 
bilir. 
    Tədricən  kontingenti  min  nəfərə  qədər 
artırır.  Altdan-altdan  bütün  aparıcı 
vəzifələrə öz mühafizəçilərini yerləĢdirir. 
Bunun  ardınca  da  diktator  olur  və 
camaatın  gözünün  odunu  elə  alır  ki, 
Sirakuzada  heç  kim  cəsarət  edib  onun 
qarĢısında  cınqırını  çıxarda  bilmir.  Ata 
Dionis  axıra  qədər  -  ölənə  kimi  ölkəni 
dəmir  yumruqlarla  idarə  edir.  Amma  o 
bütün  normal  tiranlar  kimi  kefinin  yaxĢı 
yerinə  düĢəndə  yaxın  bildiyi  adamlarla 
zarafatlaĢmağı da sevirmiĢ. Məsəlçün, elə 
sevimlisi Damoklla. 
    Tiran 
ali 
Ģeyləri 
də 
nəzərdən 
qaçırmırdı. Düzdür, nə durnalara qoĢulub 
səmaya  qalxıb,  nə  də  dəniz  dibindən 
amfora  çıxarıb,  amma  idmanı  çox 
sevirmiĢ,  xüsusilə  də  olimpiadaları. 
YarıĢlara 
təmtəraqla 
geyindirilmiĢ 
idmançılardan  ibarət  böyük  komandalar 
göndərirdi.  Düzü,  deyəsən  onlar  heç  bir 
mükafat  almadan  evə  qayıdırdılar.  (Bu 
qanqaraldan xətanı sonradan Oğul Dionis 
düzəltdi, baĢqa Ģəhər-dövlətlərdən atletlər 
almaq  ilk  olaraq  onun  ağlına  gəlir.) 
    Ata  Dionis  ilk  olimpiadanı  məyus 
halda  baĢa  vurur.  O,  olimpiadaya 
dəbdəbəsi  göz  qamaĢdıran  çoxlu  döyüĢ 
arabası  göndərir,  gözəl  çadırlar  qurmağı 
əmr  edir.  Bundan  baĢqa  öz  Ģərəfinə 
yazılmıĢ  poemaları  ucadan  oxumaq  üçün 
aktyorlar 
göndərir. 
     Lakin  Ģeirlər  elə  biabırçı  səslənir  ki, 
güzəĢtə  getməyən,  tələbkar  yunanlar 
aktyorları  fitə  basır,  çadırlarını  dağıdır, 
daha  sonra  isə  olimpiadada  qansız  bir 
tiranın adamlarına yer olmadığını bildirib 
ümumiyyətlə  sirakuzalıları  oyunlardan 
xaric 
edirlər. 
    Ata  Dionisin  Ģeirə  və  ümumiyyətlə 
ədəbiyyata münasibəti tamam ciddi idi. O 

144
№ 3 (15) Payız 2015 
 
özünü  böyük  Ģair  və  dramaturq  sayırdı. 
Bir  dəfə  Ģair  Filoksen  irəli  gedib 
hökmdarın  Ģeirləri  haqda  mənfi  fikirlər 
söyləyir.  Tiran  inciyir  və  ―həyasız‖  Ģairi 
daĢ  karxanasına  iĢləməyə  göndərir.  Bir 
qədər  sonra  ürəyi  yumĢalır,  Ģairi  saraya 
qaytarır,  yeni  Ģeirlərini  ucadan  oxuyaraq 
soruĢur:  ―Necə  yazmıĢam?‖.  ―Məni 
karxanaya  geri  göndər‖,  -  deyə  Filoksen 
kədərli-kədərli 
cavab 
verir. 
    Əfsanəyə  görə,  Dionisin  axırına  da  elə 
ədəbiyyat  çıxır.  Bir  dəfə  onun  yazdığı 
faciənin 
tamamilə 
gözlənilmədən 
mükafata  layiq  görülməsi  xəbəri  gəlir, 
özü də baĢqa yerdə yox, birbaĢa Afinanın 
özündə  (əslində  özü  gizlincə  münsiflər 
heyətini  pulla  ələ  almıĢdı).  Laureat  elə 
sevinir  ki,  içib-içib  canını  tapĢırır. 
    Amma  baĢqa  versiya  da  var  ki,  onu 
hakimiyyətə  sahib  olmaq  istəyən  oğlu 
zəhərləyib. 
   Oğul  Dionis  də  eynilə  atası  kimi 
özündənrazı,  yekəbaĢın  biriydi,  bircə 
atasından  fərqli  olaraq  ədəbiyyatla  deyil, 
fəlsəfə  ilə  maraqlanırdı.  Filosof-hökmdar 
utopyası  ilk  dəfə  biçarə  Platonun  yox, 
onun 
ağlına 
gəlib. 
     Hüdudsuz 
mütləqiyyəti 
mütləq 
maariflənməyə  çevirmə  cəhdi  Platonun 
güc-bəla  ilə  Sirakuzadan  qaçıb  canını 
qurtarması  ilə  bitdi,  Dionis  isə  daha 
amansız 
tirana 
çevrildi. 
Axırda 
vətəndaĢlar  ayağa  qalxıb  öz  milli 
liderlərini 
sürgünə 
göndərdilər. 
    Onun  həyatının  finalı  mənalı  və  hətta 
bir  qədər  kədərlidir  də:  Oğul  Dionis 
hakimiyyətdən  salındıqdan  sonra  Korinf 
Ģəhərinə  gedib  adi  müəllim  kimi 
çalıĢmağa  baĢlayır.  Xeyirxah  Siseron 
onun haqqında deyirdi ki, keçmiĢ diktator 
hakimiyyətdən  kənar  qala  bilməzdi  və 
heç  olmasa  uĢaqların  üzərində  tiranlıq 
etməliydi. 
    Buyurun,  necədir,  indi  özünüz  deyin, 
tarixi sevməmək olar? 
Çevirdi: Namiq Hüseynli 
Ə
 
AZAD  QARADƏRƏLĠ 
 
 
 
 
ġÜġƏ  EV 
  
 roman 
 
(əvvəli ötən sayımızda) 
 
    ĠKĠNCĠ   HĠSSƏ 
 
        Birisi    Həqiqəti  axtarmağa  yollanır. 
Uzun  axtarışlardan  sonra  üfunətli  bir  yerə 
çatır. Bir komanın  içində qoca, son dərəcə 
çirkin  bədheybət    varlığın  oturduğunu 
görür.  Anlayır    ki,  bu,  Həqiqətdir.  "Ey 
Həqiqət"  -  deyir,  insanlar  məndən  sənin 
necə  olduğunu  soruşacaqlar.  Bəs  mən  nə 
deyim?"  Həqiqət  belə  cavab  verir:  "Get, 
onlara yalan söylə."   
                                                                                              
Çin mifologiyasından 
 
 
         
            YERĠYƏN  “DAġLAR”    
  
Yumru,    tərsinə  çevrilmiĢ  qaba 
bənzəyən kəpirli bir daĢ. Arxasına baxanda 
bu  daĢın  xeyli  məsafə  qət  etdiyini  görmək 
olar.  Hərəkət  edən  bu  daĢın  yeridiyini, 
yaxud  süründüyünü    düĢünəndə  səni    kor 
bir vahimə basır.* Ən qorxulusu isə o idi ki

                            Üç aylıq ədəbiyyat dərgisi 
145 
bu daĢ  qarĢıdakı  dik təpəyə belə  dırmana  
bilmiĢ,  gəlib  özünə  burada  dayanacaq 
seçərək    yenidən  daĢa  dönmüĢdü.  Üstündə 
bərabər hissələrə bölünmüĢ xətlər var sanki. 
Kor  bucaqlara  oxĢayan  bu  xətlər  elə  bil  
insan  əliylə  çəkilib.  Qabaqdan  və  arxa 
tərəfdən ayağa bənzəyən, amma daĢın içinə 
çəkilmiĢ  kiçik,  pıtırlı  ayaqçıqlar  görsənir. 
Qabaq tərəfdə daĢın lap dərinliklərində nəsə 
parıldayır  elə  bil.  Parıltı  get-gedə    bayıra 
doğru  yaxınlaĢır  və  birdən  ―daĢ‖  tərpənib 
yeriməyə  baĢlayır.  Yalnız  indi  anlaĢılır  ki, 
bu  daĢ  deyil,  qocaman  bir  tısbağadır. 
(Üstündəki  kəpirlərin  çoxluğundan  bilmək 
olur yaşının çoxluğunu.) 
          Kiçik təpəciyin üstündəki ağımtıl daĢ 
parçalarından  aralanan  tısbağa  öz    diĢi 
tayını  axtarmaq  üçün  təpənin  aĢağısına  – 
dərəyə  doğru  yol  alır.  Düz  bir  il  əvvəl  ayrı 
düĢdüyü sevgilisindən onu bu təpə ayırırdı. 
(Əlbəttə,  bu  “bir  il”  anlayışı  tısbağa  iliylə 
bir ildir. İnsan ili ilə bu yəqin ki, çox az bir 
zaman  kəsiyi  olar,  ya  da  həddindən  artıq 
çox.    Amma  tısbağaların  –  yer  üzünün  ən 
uzunömürlü  varlıqlarının  bu  dünyada  ən 
çox maraq göstərdiyi də İnsandır.  
----------------------------------------------------- 
*ABŞ-ın  Kaliforniya  ştatında  Ölüm  vadisi 
deyilən  bir  yer  var.  İllərdir  ki,  burada  baş 
verən  möcüzəli  hadisə  yerli  sakinləri,  o 
cümlədən  alimləri  də  mat  qoyub.  Vadidə 
daşlar  baş  götürüb  yeriyir,  daha  doğrusu 
sürünürlər.  Onlar  lap  canlılar  kimi  elə 
hərəkət  edirlər  ki,  özlərindən  sonra  əməlli-
başlı  iz  buraxırlar.  5,  10,  hətta  70,  80 
kiloqram  ağırlığında  daşlar  bu  vadidə 
başlı-gözlü  canlılar  kimi  yeriyir,  yerli  
sakinləri  qorxuya  salırdılar.  Uzun  illər  bu 
hadisə  insanları  çaş-baş  salmış,  mistik 
dünyaya 
yuvarlandırmışdı. 
Nəhayət,  
alimlər  bu  sirrin  açarını  tapdılar.  Qışda 
yağan  qar  daşların  altında  nazik  buz 
təbəqəsi  yaradırmış  və  apreldə  hava 
qızanda  daşların  altınadakı  buz  təbəqəsi 
əridikcə  daşları  qabağa  sürüşdürürmüş. 
Beləcə,  “yeriyən  daşlar”  özlərindən  sonra 
iz qoya-qoya “gəzirmişlər.” 
Dünya binə olandan bu iki varlıq – İnsan və 
Tısbağa bir-birindən xəbərsiz  bu dünyanın 
dadını  çıxardırlar.  İnsan  tısbağa  ilə  az 
maraqlansa  da  –  tısbağa  yeyən  insanlar 
xaric  –  tısbağa  uzaqdan-uzağa  da  olsa 
insanı  müşahidə  edər,  hətta  günü 
qaçhaqaçda  olan  bu  canlıya  onun  yazığı 
gələrdi. Nədən ki,  qaç-qovla yaşayan insan 
cəmi  70-80  il  yaşayardı,  yerişinə  haram 
qatmayan  astagəl  tısbağa  isə  300  iləcən 
ömür  sürərdi.)  Bu  belə  olmuĢdu:  bir  qırğı 
onu  yemək  üçün  caynağına  alıb  yuxarı 
qalxdı.  Sonra  yüksəklikdən  ətrafa  göz 
gəzdirib  yalnız  bir  təpəliyin  baĢındakı 
ağımtıl  qayaları  gördü.  Düz  tuĢlayıb 
tısbağanı o qayaların üstünə buraxdı. Amma 
son  anda  caynağının  biri  tısbağanın 
üstündəki  kəpirə  iliĢib  onu  vaxtında 
buraxmağa  mane  oldu.  Nəticədə  tısbağa 
qayanın  üstünə  deyil,  düz  yanına  – 
yupyumĢaq göy otun üstünə düĢdü. Beləcə, 
o  öz  sevgilisindən  bir  dərə,  bir  təpə  aralı 
düĢdü. Düz bir ildir ki, gecə demir, gündüz 
demir  yol  gəlir  ki,  öz  diĢi  tayına  yetiĢsin. 
Üstdən  aĢağı  getməyə  nə  var  ki?  Bəzən 
sürüĢmək  də  olar.  Altdan  yuxarı  isə 
qalxmaq zülümdür. Amma o fəhmlə bilir ki, 
yolun əsas hissəsini gedib. Əgər yarım il də 
bu  sürətlə  gedə  bilsə,  tezliklə  amacına 
çatmıĢ  olar.  (O  dincələndə  buralarda  az 
tapılan  daşların  yanında  özünə  yer  edərdi 
ki,  düşmənləri  onu  bu  daşlardan  seçə 
bilməsin.  Ona  görə  də  bu  təpəlikdəki 
daşların  yanında  daşa  dönüb  neçə  müddət 
idi qalmışdı.) 
 
BaĢını  qınından  çıxardıb  ətrafı 
dinĢədi.  Burnuna  xoĢ  bir  qoxu  dəydi  –  bu 
həyat  qoxusu  idi.  DiĢi  tısbağanın  tənindən 
gələn  Ģirin  bir  qoxu!  Qocaman  erkək 
tısbağanı  həyata  bağlayan  bu  qoxu  idi. 
Amma  bu  qoxuda  bir  həyəcan,  bir  təlaĢ  da 
vardı.  Ona  görə  tısbağa  sürətini  artırdı.  Bu 
gözəl  qoxudan  gələn  həyəcan  siqnalı  ona 
―tələs‖  deyirdi.  Bəlkə  də  bütün  dünya 
tısbağalarının  tarixində  ən  böyük  sürətlə 
irəli  atıldı  tısbağa.  Üçdə  bir  tısbağa  ili 
getmiĢdi  ki,  o  gözəlim  qoxu  onun 

146
№ 3 (15) Payız 2015 
 
hissiyyatını  daha  bərk  çuğladı!  O  göydən 
yerə  düĢəndə  içalatı  sızıldamıĢ,  erkəkliyinə 
xətər  toxunduğunu  sanmıĢdı.  Buna  görə  də 
tısbağalar  içərisində  yayılmıĢ  tısbağa 
intiharına cəhd etmək istəmiĢdi – yanını bir 
daĢa  söykəyib  min  əzabla  da  olsa  arxası 
üstdə çevrilməyə çalıĢmıĢdı. O zaman sərin 
meh onun burnunu qıcıqlandırmıĢ, gözəl bir 
qoxunu 
onun 
içinə 
doldurmuĢdu. 
DiĢisindən  gələn  o  qoxunun  gücü  onu 
intihar  cəhdindən  çəkindirmiĢ,  yarı  aĢmalı 
vəziyyətindən  çox  çətinliklə  özünü  qurtara 
bilmiĢ və diĢi tayına doğru yol almıĢdı... 
 
O  gözəlim  qoxu  yaxınlaĢdıqca 
erkək  tısbağanın  içindəki    erkəklik  ehtirası 
dirçəlir, onu daha  hirslə  irəli  aparırdı. Elə 
bil  tısbağa  nəyinsə  üstünə  minmiĢdi  –  onu 
gözəgörünməz  bir  qüvvə  belinə  alaraq 
aparır,  aparırdı.  Anladı  ki,  belə  sürətlə 
getsə,  dörddə  bir  tısbağa  ilinə,  ya  bəlkə  də 
tez çata bilərdi istəyinə... 
 
  ...Daha gedə bilmirdi. Onu aparan 
qüvvə  də  yox  idi  artıq.  Amma  bilirdi  ki, 
çatmalı olduğu mənzilə yetiĢməyə az qalıb. 
Ya  bəlkə  də  çatıb  artıq.  Niyə?  Ondan  ki,  o 
indi  o  gözəlim  qoxunu  daha  hiss  etmirdi. 
Ġçində  olduğun  nəsnə  səni  elə  sehrləyər  ki, 
harada olduğunu bilə bilməzsən. Amma bu 
qocaman  tısbağa  yüz  illərin  tısbağasıydı 
axı.  O  bu  təpədən    ilk  gəncliyində  Nadir 
Ģahın  qoĢununu  da  görmüĢdü,  bu  ətrafdakı 
kəndpara  adamlarının  bir-birinə  hücum 
çəkməsindən 
də 
xəbərdar 
idi, 
bu 
qəbiristanların  salındığının  da    canlı  Ģahidi 
idi,  daĢ-qalaq  edilən  qızların  ah-naləsi  də 
qulaqlarındaydı... 
 
Xülasə,  qoca  tısbağa  diĢisinin 
tənindən  gələn  qoxunun  sehrinə  düĢsə  də, 
hələ  də  həyəcan  təbilinin  çalındığını 
eĢidirdi.  Boynunu  uzadıb  ətrafa  boylandı. 
Boylandı  və  gördüyündən    yerindəcə 
dondu:  bir  tısbağa  bir  qədər  aralıda  arxası 
üstə  çevrilmiĢdi  və  arada  ayaqlarını  zəif-
zəif tərpətsə də, gücünün tükəndiyi bəlli idi. 
Bu  onun  sevgilisi  diĢi  tısbağa  idi. 
Ayaqlarını belə zəif tərpətməsindən bəlli idi 
ki,  azı  dörddə  bir  il  idi,  o  intihara  qərar 
vermiĢdi. Artıq aclıq onu əldən salmıĢdı... 
 
Erkək 
tısbağa  bütün  gücünü 
toplayıb  diĢisinə  doğru  süründü  və  baĢını 
onun altına soxub qaldırmağa cəhd etdi. Bu 
proses  çox  vaxt  apardı.  Amma  bütün 
əzablara 
baxmayaraq, 
erkək 
tısbağa 
diĢisinin  alt  tərəfindəki  torpağı  ayaqları  ilə 
qazıb onun altına girdi və qaldırıb ağzı üstə 
aĢıra  bildi.  Nə  baĢ  verdiyini  gec  də  olsa 
anlayan  diĢi  tısbağa  erkəyini  yanında 
görcək  baĢını  onun  çiyninə  qoyub  rahat 
nəfəs aldı.  
            Ġndi onlar  ağız-ağıza dayanmıĢdılar. 
Erkək  ağzından  onun  ağzına  yemək  və  su 
axıdırdı... 
 
Az  keçdi,  çox  keçdi,  tısbağa 
günüylə, saatıyla nə qədərsə zaman ötdü və  
onlar tısbağaların məĢhur rəqsinə baĢladılar:  
bir-birinin ətrafında fırlanır, fırlanır, hərdən 
ağız-ağıza  dayanıb  bir-birinə  taqq-taqq 
vurur,  dühmüzləyirdilər.  Rəqs  bitər-bitməz  
erkəyi  diĢisini    güclə  itələyir,  taq-taq 
taqqıldadır  və  daha  çala  bir  yerə  qovurdu. 
DiĢi  də  bu  mazaxlaĢmadan  həz  ala-ala 
erkəyinin  qovduğu  çala  yerə  doğru  enirdi 
ki,  o  üstünə  rahatlıqla  çıxa  bilsin.  Deyəsən 
erkək  özünün  ereksiyasının  qayıtdığını 
duymuĢdu... 
 
*** 
TÜSTÜ 
 
         Erkək  tısbağa  diĢisiylə  seviĢdiyi  çala 
yerdə  rahatlanandan  sonra  aĢırılıb  diĢinin 
üstündən  düĢdü.  DiĢisi  onun  belə  tez 
düĢməsindən  təəccüblənsə  də,  razı  halda 
gödərək  quyruğunu  endirəndə  ağzında  acı 
bir  tam  hiss etdi. ĠĢ ondadır ki, erkək də bu 
acını  duymuĢ,  ağzının  acı  olmasından 
sonra,  baĢının  belə  gicəlləndiyini  hiss  edib 
iĢini  tez  qurtarmıĢdı.    Tısbağalar  bir  də 
gördülər  ki,    bir  xeyli  aralıdan  mor 
badımcan  rənginə  çalan  qalın  tüstü  burum-
burum  qalxır,  təxminən  yüz  metrəcən 
yüksələndən sonra göydə ayaq saxlayır, bir-
birinə  sıxlaĢıb  qatılaĢır,  sonra  yuxarıda  bir 

                            Üç aylıq ədəbiyyat dərgisi 
147 
kilometrəcən ərazini bürüyə-bürüyə təzədən 
aĢağı  enir.  Onların  da  üstünə  qonub 
ağızlarını  acı  edən    həmin  bu  tüstünün  acı 
tamı  idi.  
          Tüstü həyət-bacalardakı tək-tük ağac-
uğacın,  evlərin  damına  vurulan  Ģiferlərin, 
həyətlərdə 
yuyulub-sərilmiĢ 
paltarların 
üstünə  qaramtıl  ləkələr  Ģəklində  düĢürdü. 
Bu tüstüdən ağır bir qoxu da gəlirdi. Rezin 
yanığının, sümük yanığının, bir də baĢ tükü  
ütülməyinin iyi gəlirdi.  
 
Kəndin    ən  yaĢlı  adamlarından 
olan  CümĢüd  kiĢi  isə  əlini  gözünün  üstünə 
qoyub  bu  burum-burum  burulan  tüstüyə 
baxdıqca  ―allah  sən  saxla,  allah  sən  saxla‖ 
deyə-deyə  evinə  girir  və  bu  istidə  yorğanı 
baĢına  çəkib  bu  qorxunc  tüstüdən  və  onun  
gətirdiyi  məĢum  iydən  (yenə  iy!)  özünü 
qorumağa çalıĢardı.  
 
(...1942-cü  il.  Polşa.  Varşava.  Yüz 
minəcən  əsirin  saxlanıldığı  əsir  düşərgəsi. 
Burada 
həm 
əsir  götürülmüş  sovet 
əsgərləri,  həm  də  sıravi  insanlar    var. 
Sıravi insanlar əsasən yəhudi gettolarından 
gətirilənlər  idi.  Düşərgədən  300-400  metr 
aralıda  hündür  bacaları  olan  iri  bir  bina 
tikilir.  Bu  tikinti  başa  çatan  kimi  faşistlər 
düşərgədəki  yəhudiləri  seçib  bir  tərəfə 
yığmağa  başladılar.  Əvvəl  yəhudiləri 
seçməkdə  zorlansalar  da,  sonra  bunun 
daha  asan  yolunu  tapdılar:  adamları  lüt 
soyundurur, 
cinsiyyət 
orqanlarına 
baxırdılar.  Sünnət  olunmuşdusa,  yəhudi 
adıyla  aparırdılar.  İlk  seçimlərdə  çoxlu 
sayda  tatar,  türkmən,  qazax,  qırğız,  kumık, 
özbək,  Azərbaycan  türkü  və  başqa  türk 
xalqlarından  olan  kişilər  və  digər 
müsəlmanlar da yəhudi kimi seçilib aparıldı 
və  onlardan  bir  daha  xəbər  çıxmadı.  Daha 
doğrusu, 
xəbər 
çıxdı: 
düşərgənin 
yaxınlığındakı binanın bacalarından qalxan 
tüstü  və  iy  şəklində.  Bu  tüstünün  və  ondan 
qalxan  qoxunun  nə  olduğunu  bir  az  sonra 
bütün  əsirlər  özləri  də  öyrəndilər.  Bəli, 
faşistlər,  burada  yəhudi  adına  apardıqları 
əsirləri diri-diri yandırırdılar... 
 
Düşərgədəki    türk  və  müsəlman 
əsirlərin  rəhbərləri  bu  məsələni  biləndən 
sonra  faşistlərin  rəhbərlərinə  bu  yanlışlığı 
anlatdılar: “Bütün sünnət olunanlar yəhudi 
deyil,  müsəlmanlar,  o  cümlədən  türklər  də  
sünnət  olunurlar...”  Amma    almanlar  bu 
məlumata  inanmaq  istəmirdilər.  Xəbər  o 
zaman 
xaricdə 
Azərbaycan 
mühacir 
hökumətinə başçılıq edən Məhəmməd Əmin 
Rəsulzadəyə  çatır.  O  bu  və  bu  kimi  bəzi 
məsələləri  müzakirə  etmək  üçün    Berlinə 
Hitlerlə  görüşə  gedir.  Başqa  məsələlərdə 
söhbətləri  tutmasa  da,  həmin  bu  yəhudi-
azərbaycanlı  məsələsində  anlaşa  bilirlər. 
Beləcə,    bütün  əsir  türklərlə  yanaşı,  
azərbaycanlılar,  o  cümlədən  Cümşüd  o 
bacalardan  tüstüsü  çıxan  krematoriyada 
diri-diri  yanmaqdan  qurtuldu.  Amma  bir 
şeydən  qurtula  bilmədi:  o  vaxtdan  bəri, 
yanında  baş  ütən  olanda  kişi  haldan-hala 
düşürdü... 
 
İndi  bu  tüstü...  Cümşüd  kişini 
yorğanın altında qan-tər aparırdı...) 
 
Hə,  bu  tüstü,  əslində  yaxĢı  tüstü 
idi.  Yəni  burda  altı    aya  yaxın  olardı  ki, 
asfalt  zavodu  tikilmiĢdi  və  Əmənovların 
Ģəxsi  əmlakı  olan  bu  zavodun  sayəsində 
kəndin 
küçələri 
asfaltlanmıĢdı. 
Bir 
çatıĢmazlıq  vardı:  zavod  kənddən  azı    beĢ  
kilometr  aralıda  tikilməli  idi.  Amma 
Əmənov  bunu  istəmirdi:  ―Kasıbın  malı 
gözünün  qabağında  olar!..‖  Və    qatı  tüstü 
kəndin baĢının üstünü  qəfil  alırdı. Adamlar 
qalırdılar  boğula-boğula.  EĢikdə  paltar 
sərməyə  də  qorxurdu  qadınlar.  Yerə 
qapqara  toz  kimi  qayıdan  bu  tüstü  əlinə 
keçəni qaralayırdı... 
 
 
*** 
ERKƏK  TISBAĞANIN  
GÖRDÜKLƏRĠ: 
 
 
Mən 
bu  insanların  dabbaxda 
gönünə bələdəm. Bu sözü  yaxĢı anlamasam 
da,  onlardan  eĢitmiĢəm.  O    qədər  saymaz, 
eqoist,  o  qədər  özünü  sevəndilər  ki,  tayları 

148
№ 3 (15) Payız 2015 
 
yoxdur. UĢaqları biz tısbağanın qənimidilər. 
Harda 
gördülər, 
yapıĢırlar 
qalın 
qabığımızdan,  bizi  çevirirlər  arxası  üstdə. 
Qalırıq ayağı göydə. Ayaqlarını ha tərpət ki, 
tərpədəcəksən.  Əgər  kimsə  köməyimizə 
gəlməsə  (ya  bir  insaflı  insan,  ya  bir  tülkü, 
ya  da  elə  öz  tısbağa  həmcinsimiz),  elə  o 
vəziyyətdə qalıb öləsiyik...  
 
Nəysə...  Ġndi  keçək  bu  insan 
tayfasının buralarda törətdiklərinə. Qabaqca 
onu  deyim  ki,  mən  gördüklərimin  Ģəklini 
çəkəcəm,  yəni  anlamıram  axı  bu  iĢləkləri. 
Gördüyümü  təsvir  edəcəm,  özünüz  qiymət 
verərsiniz...  
 
         Kəndin yuxarı baĢında, suyu qurumuĢ 
ikinci  kəhrizin  altında  altı  sinif  otağı  olan 
köhnə-külüĢ  məktəb  binası.  Üstünü  təzəcə 
Ģiferləyiblər,  ön  hissəsinə,  sağ  və  sol 
tərəflərinə  ucuz    penoplast  üzlük  vurublar,  
arxa    divarlarını  da  əhənglə  ağardıblar.  Ön 
hissənin  qapısı  və  pəncərələri  təzədir. 
Amma  məktəb  içəridən  tökülür.  Yan  və 
arxa  tərəflərdən    pəncərələr  çürüyüb,  çox 
yerdə  ĢüĢələr  belə  yoxdur.  Bir  neçə  sinif 
otağında  tavan  aĢağı  çöküb,  himə  bənddir 
ki, batsın. Partalar sınıq-salxaq, yazı taxtası 
o  qədər  köhnədir  ki,  rəngi  bilinmir. 
Müəllimlərin  stulları,  stollar  o  qədər 
mismarlanıb ki, göz tökür.  
 
(Tısbağanın gördüklərinə bir əlavə 
edək  ki,  son  illərdə  ölkədə  neftdən  gələn 
gəlirin  hesabına    Bakıdakı  və    digər  böyük 
şəhərlərdəki  məktəblər  həqiqətən  yaxşı 
təmir  edilir.  Yeni  məktəblər  tikilir.  Təəssüf 
ki,  bu  iş  də  kampaniyaçılıq  şəklində  
görülür,  bir  məktəbin  tikintisinə  külli  
miqdarda  pul  silinir,  üstəlik  ucqarlardakı 
köhnə  məktəblər  baxımsız  qalır,  unudulur. 
Nəticədə  adamlar  övladlarını  daha  yaxşı 
məktəbi  olan  iri  kənd  və  şəhərlərə  aparır, 
bu kiçik və köhnə məktəblər isə bağlanmalı 
olur. Məktəbi bağlanan, suyu, abadlığı və iş 
yeri olmayan  kənddə daha kim yaşayar ki? 
Adamlar  belə  kəndləri  tərk  edir,  ölkə  boyu 
xaraba kəndlərin sayı sürətlə çoxalır.) 
 
Yuxarı 
siniflərin 
uĢaqları 
valideynləri 
ilə 
Əmənovların  çiyələk 
sahələrinə alağa gediblər. Ġbtidai  sinifdə bir 
müəllim  1-2-3-cü  sinifləri  bir  yerə  qatıb 
dərs  keçir.  Lövhənin  baĢ  tərəfində  iri 
qırmızı  hərflərlə  belə    Ģüarlar  yazılıb: 
―YENĠLƏġƏN  AZƏRBAYCANA  YENĠ 
MƏKTƏB  TÖHFƏ  EDƏK!‖,  ―HEYDƏR 
ƏLĠYEV  DÜNYAYA  GÜNƏġ  KĠMĠ  
NUR  SAÇACAQ!‖,  ―KURĠKULUMU  
UĞURLA  BAġA  VURAQ!‖ , ―QEYRƏT 
GÖRMƏK  ĠSTƏYƏN  AZƏRBAYCANA 
GƏLSĠN!‖ 
 
Məktəbdən  bir  az  aralıda  kəndin 
sovetdənqalma  köhnə    klubunda  kimsə 
qarmonda  muğam  çalır,  8-9  yaĢlarında  bir 
qız da mələyə-mələyə oxuyur: 
 
Mən  aĢiqəm,  əyədəəəə  balam,  varam 
heyyyyy, 
Ġçimdə  qövr    edər,  əəəədə  balam,  yaram 
heyyyyy... 
 
 
Müəllim  əlini  qaldırıb  çalanı  da, 
oxuyanı  da  saxladı.  Və  az  qala  ağlaya-
ağlaya dedi: 
 
-Meyrənsə, ay qızım, sən niyə belə 
qəhərli-qəhərli  oxuyursan?  Mənim  balam, 
vallah 
sən 

bayrama 
gələnləri 
ağladacaqsan... Belə bir az üzünə Ģən ifadə 
ver,  gülümsə...  Sən  də  qarmonu  içdən  çal, 
ə! 
 
Və  yenidən  baĢladılar.  Qızcığaz  
bu  dəfə  ağzını  açmamıĢdan  üzünə  gülüĢ 
ifadəsi  yayıldı.  Elə  gülə-gülə  oxumağa 
baĢladı: 
 
                                       
Mən aĢiqəm, əyədə 
balam, varam heyyyyy... 
 
Müəllim sevincək 
qıĢqırdı: 
  -Hə, bax belə, bax belə! 
 
 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin