Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
131 
hamısını!–o,  dəli  kimi,  tanınmaz  olmuĢ  bir 
səslə qıĢqırıb, yenidən özünü evə atdı.  
 
Qirğı  otaqda,  çox  uzun  bir 
müddətdə,  o  baĢ  bu  baĢa  var-gəl  eləyib 
düĢünürdü:  durduğum  yerdə  bu  nə  iĢdir 
mənim baĢıma gəldi? O axı həmiĢə öz iĢini 
bacarıqla  yerinə  yetirən,  aslan  ürəkli  birisi 
olmuĢdu,  indi  budur,  lap  cındıra  dönüb, 
qalıb ayaqlar altında! Bir az duruxdu, sonra 
arvadına  üz  tutub,  yalvarıĢ  dolu  bir  səslə 
dedi: 
 
–Fedosya  Petrovna!  anacığım! 
Tanrını  sevərsən,  mənim  əl-qolumu  bağla! 
yoxsa  görürəm,  mən  bu  gün  elə  iĢlər 
törədirəm,  sonra  heç  bir  ilə  də  bunları 
yoluna qoymaq olmayacaq!  
 
Ata  Qırğının  iĢinin  fırıq  olduğunu 
görən  ana  Qırğı  onu  soyundurub  yatağa 
uzatdı, qaynar çay içirdi. Yarım saat onunla 
əlləĢəndən  sonra,  evin  girəcəyindəki 
asılqanın  yanına  gəldi,  onun  paltosuna 
baxıb  düĢündü:  ―Hələ  bunun  paltosuna  bir 
yaxĢı  göz  gəzdirim,  ola  bilsin,  cibində 
qəpik-quruĢ  qalmıĢ  olar‖.  Paltonun  bir 
cibindən  boĢ  pulqabı  çıxdı;  o  biri  cibindən 
isə  kirli,  yağa  bulaĢmıĢ  bir  kağız  çıxdı. 
Kağızı açan kimi qadının köksündən yanıqlı 
bir ah qopdu! 
 
–Gör  hələ  bu  nəyə  qurĢanıbmıĢ!–
öz-özünə  deyindi,–demə  üstündə  vicdan 
gəzdirirmiĢ, bu! 
 
Ana  Qırğı  oturub  düĢünməyə 
baĢladı,  görəsən  bu  vicdanı  baĢımızdan 
eləyib kimə verə bilərik, eləsi olsun, vicdanı 
olanda öz evini yıxmasın, elə-belə yüngülcə 
baĢağrısı  ilə  ötüĢə  bilsin?  Bir  az 
düĢünəndən sonra tapdı: ən yaxĢısı, vicdanı 
keçmiĢ  fermer,  indi  dəmir  yolunu 
maliyyələĢdirən  yəhudi  Samuil  Davıdoviç 
Brjotskiyə ötürmək olardı. 
 
–Boynuyoğunun 
biridir!–qadın 
düĢündü,–ola  bilsin,  iĢləri  bir  az  korlana, 
ancaq elə bilirəm o buna duruĢ gətirə bilər! 
 
DüĢünüb-daĢındıqdan  sonra  belə 
də  elədi,  vicdanı  səliqə  ilə  büküb  konvertə 
qoydu,  üstünə  Brjotskinin  adresini  yazıb 
poçt  qutusuna  saldı.  Sonra  dönüb  evdə 
vurnuxan ərinə dedi: 
 
–Hə,  indi  ürəklə  bazara  gedə 
bilərsən, arxadaĢım! 
 
 
Samuil  Davıdoviç  Brjotski,  arvad-
uĢağı  ilə  birgə  yemək  masasının  arxasında 
oturmuĢdu.  Onun  yanında  on  yaĢlı  oğlu 
Ruvim 
Samuiloviç 
oturub 
beynində 
apardığı 
bank 
hesabları 
ilə 
bağlı 
düĢüncələrinə dalmıĢdı.  
 
–Ata,  sənin  mənə  bağıĢladığın  bu 
qızılı, iyirmi faiz qazancla sələminə versəm, 
ilin  sonunda  mənim  nə  qədər  pulum  olar 
görəsən? 
 
–Sən bunu adi faizlə, yoxsa artımlı 
faizlə 
vermək 
istəyirsən?–Samuil 
Davıdoviç oğlundan soruĢdu. 
 
–Mənə  elə  gəlir,  artımlı  faizlə 
versəm yaxĢı olar! 
 
–Artımlı faizlə, kəsr hissələrini  də 
hesablasan,  onda  qırx  beĢ  manat  yetmiĢ 
qəpik alınar! 
 
–Onda  elə  artımlı  faizlə  də 
verərəm, atacan! 
 
–Ver  getsin,  oğlum,  ancaq  qızılın 
dəyərində 
girov 
götürəndə 
çalıĢ 
aldanmayasan! 
 
Bir  az  aralıda,  yeddi  yaĢlı  Ġosel 
Samuiloviç  oturub  beynində,  göydə  uçan 
qaz 
sürüsünü 
necə 
ələ 
keçirməyi 
düĢünürdü; ondan da bir az aralıda Solomon 
Samuiloviçlə 
Davıd 
Samuiloviç 
oturmuĢdular, 
onlar 
da 
Davıdın 
Solomondan borc aldığı sorma konfeti faizi 
ilə  geri  qaytarması  üçün  neçə  konfet 
verməli  olduğunu  hesablayırdılar.  Stolun  o 
biri  baĢında  Samuil  Davıdoviçin  çox  gözəl 
xanımı 
Liya 
Solomonovna 
oturub 
qucağında südəmər körpə Rifonu tutmuĢdu, 
çağa  da  instinktlə  anasının  qolundakı  qızıl 
qolbağı dartıĢdırırdı. 
 
Bir  sözlə,  Samuil  Davıdoviç  çox 
xoĢbəxt  idi.  O,  əlini  çox  əcaib  görünüĢü 
olan  bir  sousa  uzatmaq  istəyəndə(bu  sousa 
baxanda adama elə gəlirdi, onun üstü straus 
lələkləri  ilə,  bir  də  brüssel  naxıĢlı  toxuma 

132
№ 3 (15) Payız 2015 
 
parça  ilə  örtülüb),  qulluqçu  gümüĢ  sinidə 
bir məktub gətirdi. 
 
Samuil 
Davıdoviçin 
konverti 
götürməyi  ilə,  köz  üstünə  qoyulmuĢ 
ilanbalığı kimi qıvrılmağı bir oldu. 
 
–Bu  nə  deməkdir!  bu  mənim 
nəyimə  gərəkdir!–o  ucadan  bağırır,  bütün 
bədəni əsirdi. 
 
Yemək  masasına  oturanlar  onun 
nədən belə qıĢqırdığını anlamasalar da, artıq 
yeməkdən 
çəkinməli 
olduqlarını 
anlamıĢdılar.  
 
Mən 
indi 
burada 
Samuil 
Davıdoviçin  bütün  ömrü  boyu  unuda 
bilmədiyi  həmən  o  gündə  nələr  çəkdiyini 
yazıb  baĢağrısı  vermək  istəmirəm;  ancaq 
qısaca  bunu  deyim,  biləsiniz:  üzdən  çox 
çılız,  çox  da  gücsüz  görünən  bu  adam 
üzləĢdiyi  bu  çox  ağır  iĢgənsələrə  dözüb 
dayana  bildi,  bu  vur-çatlasında  on  beĢ 
qəpiyindən belə keçmək istəmədi. 
 
–Bu  nə  lovdur!  bu  nə  deməkdir! 
Liya,  sən  məni  bərk-bərk  tutub  saxla!–onu 
əsməcə  tutduqca  o  da  arvadına  yalvarıb 
bunları  deyirdi,–birdən  mən  səndən  pul 
mücrüsünü  istəsəm,  yıxılıb  ölsəm  belə 
gətirməyəsən a! 
 
Bu 
dünyada 
istənilən 
ağır 
durumdan  çıxıĢ  yolu  olduğu  üçün,  burada 
da  çıxıĢ  yolu  tapıldı.  Samuil  Davıdoviç 
çoxdan,  bir  tanıĢ  generalın  baĢçılıq  elədiyi 
hansısa  xeyriyyə  cəmiyyətinə  yardım 
eləməyə  söz  vermiĢdi,  ancaq  üstündən  çox 
keçsə  də,  indiyədək  dediyi  yardımı 
eləməmiĢdi.  Ġndi  bu  ağır  durum,  çoxdan 
görmək istədiyi bu iĢi onun yadına salmıĢdı. 
 
DüĢünüb-daĢındığı  kimi  də  elədi. 
Samuil  Davıdoviç  ustufluca  ona  gələn 
məktubu  götürdü,  maqqaĢla  onun  içindəki 
kağızı  çıxarıb  baĢqa  bir  konvertə  qoydu, 
konvertin içinə yüzmanatlıq bir kağız pul da 
qoyub ağzını bağladı, sonra tanıĢ generalın 
yanına yollandı. 
 
–Zati  aliləri,  gəlmiĢəm  sizin 
xeyriyyə  cəmiyyətinizə  yardım  eləyəm!–
bunu  deyib  konverti  yardım  sözünü  eĢidən 
kimi  çiçəyi  çırtlayan  generalın  qarĢısına 
qoydu. 
 
–Çox  gözəl!  yaxĢı  eləyirsiniz!–
general  dilləndi,–mən  bunu  çoxdan  bilirəm 
siz...  yəhudilər...  Davıdin  qanunu  ilə...  nə 
idi  onun  adı  zəburmu  yoxsa  zebrmi?... 
unutmuĢam... 
 
General  ha  çalıĢdı,  yəhudilərin 
qanunlarını 
Davıdinmi 
yoxsa 
bir 
baĢqasınımı yazdığını yadına sala bilmədi.  
 
–Düz  deyirsiniz;  zati-aliləri,  sözün 
doğrusu,  mən  heç  özüm  də  anlaya 
bilmirəm, 
bizim  haramız  yəhudidir!–
konverti 
baĢından 
eləyəndən 
sonra 
yüngülləĢdiyini  duyan  Samuil  Davıdoviç 
tələsik  dedi,–biz  elə-belə  üzdən  yəhudiyik, 
ürəyimizdə hamımız rusuq! 
 
–Çox  sağ  ol!–general  dedi,–mən, 
sözün düzü, bu iĢə görə üzülürəm... siz axı 
gərək bizim kimi... 
 
–Zati-aliləri,  mən  dedim  axı,  biz 
yalnız  elə  üzdən  yəhudiyik,  vicdanıma  and 
içirəm!..  
 
–Ancaq yenə də hayıf! 
 
–Zati-aliləri,  düĢünürəm,  bütün  bu 
iĢlərin sonu yaxĢı olar!  
 
–YaxĢı,  haydı,  haydı!  Tanrı  özü 
sizi düz yola çəksin! 
 
Samuil  Davıdoviç  evə  qayıdanda, 
elə  bil,  quĢ  kimi  qanad  açıb  uçurdu. 
AxĢamacan o, baĢına gələn bu iĢi büsbütün 
unutdu,  sonra  da  oturub  adamları  tora 
salmaq  üçün  yaramaz  bir  plan  qurmağa 
baĢladı,  ertəsi  günü  isə,  onun  tora  saldığı 
adamların bir əlləri olmuĢdu, bir də dizləri. 
 
Beləliklə 
də, 
çox  uzun  bir 
müddətdə,  yazıq,  itgin  vicdan  dünyanı 
gəzib  dolandı,  minlərlə  adamlara  yanaĢıb 
sığınacaq  istədi.  Ancaq  heç  kim  ona  yiyə 
durmaq istəmədi, tərsinə, kimə yaxınlaĢdısa 
onu  baĢdan  eləmək  üçün  hər  cür  yalana  əl 
atdılar. 
 
Bütün  bunlar  onu  əldən  salıb 
bezdirmiĢdi,  haçağacan  bu  yazıq  onun-
bunun  qarĢısında  əyilməli,  hər  yerdən 
qovulmalı,  yad  insanların  arasında  yersiz-
yurdsuz yaĢamalı idi? 

                            Üç aylıq ədəbiyyat dərgisi 
133 
 
Günlərin  birində,  vicdan  özünün 
sonuncu  yiyəsi  olan,  yol  üstündə  oturub, 
qıĢda qarla, yayda tozla alver eləyən, ancaq 
buçağacan  heç  kimə  heç  nə  sata  bilməyən, 
alverçi qadına üz tutub gileyləndi: 
 
–Siz,  nə  üçün  mənim  üzərimdə 
ağalıq  eləyirsiniz?!  Niyə  mənimlə  bir 
qaravaĢ kimi davranırsınız? 
 
–Özün  də  görürsən,  kimsə  sənə 
yiyə durmaq istəmir, ay vicdan xanım, indi 
özün  de,  mən  səninlə  neynəməliyəm?–
alverçi qadın soruĢdu. 
 
–Sən  gəl,  belə  bir  iĢ  gör,–vicdan 
dilləndi,–axtar,  körpə  bir  rus  uĢağı  tap, 
mənim  hənirimlə  onun  ürəyini  arıtlayıb 
təmizlə,  sonra  qoy  elə  mən  onun  ürəyində 
də  qalıb  yaĢayım!  O  günahsız  körpə  məni 
qovmaz,  qulluğumu  tutar,  böyüdükcə  də 
məndən  yaĢına  uyğun  olaraq  yararlanar, 
sonra  adamlar  da  mənə  öyrəĢər,  daha 
məndən qaçmazlar. 
 
Vicdanın  dediyi  kimi  də  elədilər. 
Alverçi  qadın  axtarıb,  körpə  bir  rus  uĢağı 
tapdı,  onun ürəyini  arıtlayıb  təmizləyəndən 
sonra, vicdanı onun ürəyinə köçürdü. 
 
Ġndi o körpə yavaĢ-yavaĢ böyüyür, 
o böyüdükcə vicdanı da böyüyür. Bu körpə 
yaĢa  dolub  böyük  adam  olanda,  onun 
vicdanı da böyüyəcək. Onda bütün yalanlar, 
satqınlıqlar, yamanlıqlar da yox olacaq, axı 
vicdanın səsi ürəkdən gəldiyi üçün daha heç 
nədən  çəkinməyəcək,  öz  buyuruqlarını 
insanlara qorxmadan deyə biləcəkdir. 
 
 
 
 
Yolüstü danıĢıq 
 
 
Ġvan  Bodrovla  Fyodr  Qolubkin 
yola çıxmıĢdılar. Onlar bir kənddən, qapıbir 
qonĢu  idilər,  ikisi  də  bu  il,  pasxaqabağı 
orucluqdan  sonra  evlənmiĢdilər.  Aprel 
ayında  onlar  birlikdə  Moskvaya,  daĢyonan 
iĢləməyə  getmiĢdilər,  indi  isə,  tikintinin 
yiyəsindən  ot  biçmək  üçün  evə  getməyə 
icazə  almıĢdılar.  Kəndə  çatmaq  üçün, 
qatardan  düĢəndən  sonra,  dəmir  yolundan 
qırağa çıxıb, ayaqla, 40 kilometrə yaxın yol 
getməydilər,  ancaq  belə  bir  uzun  yolu  lap 
ayaqla  yeriməyə  öyrəncəli  olan  istənilən 
kiĢi də bir gündə gedə bilməzdi. 
 
Onlar 
özlərini 
yorub 
əldən 
salmamaq  üçün  yavaĢ  yeriyirdilər.  Gün 
çıxmamıĢdan  yola  düĢmüĢdülər,  indi  isə 
gün  artıq  günorta  yerinə  çatmağa  az 
qalmıĢdı.  15  kilometrdən  bir  az  çox  yol 
gedəndən sonra, yorulmuĢ ayaqlarına bir az 
dinclik  verməyi  düĢündülər,  hava  da 
getdikcə  daha  qızmar,  bürkülü  olmağa 
baĢlamıĢdı. 
Ancaq 
yan-yörəyə 
göz 
gəzdirəndə  kölgəsində  daldalanıb,  yemək 
yeyib  dincələ  bilmək  üçün  ot  qotmanı  tapa 
bilmədiklərindən, 
hələ 
dayanmaq 
istəmirdilər, kölgənəcək axtara-axtara gedir, 
öz aralarında qızğın danıĢırdılar. 
 
–Ġvan, de görək evə nə aparırsan?–
Fyodr soruĢdu. 
 
–Ağadan  üç  dənə  beĢlik  aldım,  iĢi 
qurtaranda  donluğumdan  çıxacaq.  Bir 
beĢliyi, sözün düzü, Moskvada ev üçün bir 
az  ayın-oyun  almağa  dağıtdım  getdi,  iki 
beĢliyi evə aparıram. 
 
–Mən  də  elə  sənin  kimi.  Ġki  dənə 
beĢliklə neynəmək olar axı? 
 
–Hə,  özün  də  ye,  evi  də  dolandır, 
hamısı  bunun  içindədir,  çatdır  görüm  necə 
çatdırırsan,  atam  da  bir  yandan  üstümə 
ismarıĢ  göndərib  deyir,  hansısa  köhnədən 
qalma  borcumuz  var,  dirənib  istəyirlər. 
Apardığımın da hamısı ona gedəcək. 
 
–Bizim unumuz taxıl biçininə kimi 
çatmayacaq.  Ot  çalımıdır,  bütün  günü  qol 
fırladırsan,  yaxĢı  iĢləyə  bilmək  üçün  gərək 
nəsə  yeyəsən  də.  ĠĢə  bax  a,  heç  nəyimiz 
yoxdur,  nə  çörəyimiz,  nə  duzumuz  var, 
ancaq  yenə  də  özümüzü  adam  sayırıq. 
Bizimkilər  də  belə  deyirlər:  daĢyonansınız, 
Moskvada  iĢləyirsiniz,  sizin  gərək  əliniz 
pulla  oynasın...  Ancaq  heç  inanmıram,  bu 
gediĢlə  payızacan  evə  gözədəyər  bir  pul 
gətirə bilək!   

134
№ 3 (15) Payız 2015 
 
 
–Yer 
üzündə 
bizim 
bu 
kəndçilikdən  də  ağır  bir  yaĢam  yoxdur! 
Bundan o yanası olmur. 
 
–Elədir! 
 
Yolçular  köks  ötürüb,  bir  az 
susqunluq içində yol getdilər. 
 
–Görəsən 
indi 
bizimkilər 
neyləyirlər?–yenə  də  Fyodr  danıĢığa  körpü 
saldı. 
 
–Neyləyəcəklər!  Səhər  çayını  içən 
kimi,  peyin  daĢımaq,  yer  sürmək,  əkin 
yerini  dırmıqlamaq,  toxum  səpmək;  bütün 
yayı torpağın baĢına dolanırlar, yenə də bir 
parça çörək yiyəsi ola bilmirlər. Son üç ildə 
də,  ya  daĢqın  olur,  ya  quraqlıq,  ya  da  dolu 
düĢür...  Deyəsən,  Tanrı  da  bizdən  üz 
döndərib! 
 
–Mənim dərdim isə, ay qardaĢ, heç 
açıb  deyiləsi  deyil.  Kəndin  kovxası  mənim 
Dunkama  göz  dikib;  addımbaĢı  yolunu 
kəsir, ələ almaq istəyir. Elçilərindən sovqat 
göndərir;  atamın  da  gözünün  odunu  almaq 
üçün,  kiĢiyə  qara  yaxıb,  üç  günlüyünə 
soyuq qazamata atdırıbmıĢ. 
 
–Ona  heç  kimin  gücü  çatmır! 
Yoxsa,  bildir  Matrenka  Proxorovanın  necə 
öldüyünü  unutmusan?  Onu  da  bu  kovxa 
elədi...  Ha  dözdü,  dözdü,  sonra  dayana 
bilməyib özünü asdı... 
 
–Bizim  üçün  çox  çətindir,  ancaq 
arvadlar  bizdən  də  pis  gündədir.  Biz  heç 
olmasa Moskvayasada gedə bilirik, dünyanı 
görürük,  arvadlar  haranı  görür?  Qalıblar 
evdə,  dörd  divarın  arasında,  elə  bil 
qandallayıb salmısan qazamata. Əl-ayaqları 
yayın  qızmarında  iĢləməkdən  quruyub 
ağaca dönüb; üzləri qap-qara kösövə dönüb, 
lap çəkmə boğazı kimi qırıĢıb qalıb, insana 
da  oxĢamırlar.  Bu  yandan  da  yerindən 
duran  onların  üstünə  ayaq  alır,  döyülüb 
söyülürlər...   
 
–Fedya,  deyirəm,  gəl  bir  mahnı 
oxuyub dərdimizi dağıdaq! 
 
Mahnı  oxumağa  baĢladılar,  ancaq 
bir  yandan  dərd,  bir  yandan  da  yorğunluq 
güc gəldiyindən, sonacan oxuya bilmədilər, 
yarımçıq saxladılar. 
 
–Ġvan, çoxdandır səndən soruĢmaq 
istəyirəm,  bilmirsən,  o  Doğruluq  deyilən 
Ģey harada olur?–Fyodr soruĢdu.  
 
–Elə 
mən 
özüm 
də 
bunu 
adamlardan  çox  soruĢmuĢam:  o  Doğruluq 
dediyiniz  Ģey  harda  olur,  onu  harada 
axtaraq?  Moskvada  bir  gənc  ağanın  mənə 
deməsinə  görə,  Doğruluğu  qırx  arĢınlıq 
quyunun dibində gizlədiblər. 
 
–Elə  Ģey  olmaz!  Yoxsa  bizim 
arvadlar  onu  indiyə  kimi  sənəklə,  suqarıĢıq 
dartıb  quyudan  çıxarmıĢdılar–Fyodr  sözü 
gülməyə saldı. 
 
–Bilirəm,  o  ağa  balası  məni  ələ 
salmaq  üçün  belə  deyirdi.  Onlara  nə  var! 
Onlar  üçün  Doğruluq  olmadan  yaĢamaq 
daha yaxĢıdır. Bizim isə qarnımızı yalanla o 
qədər  doyurublar,  daha  ürəyimiz  götürmür, 
qusmaq istəyirik.    
 
–Qocaların 
deməsinə 
görə, 
Yeremey  baba  hələ  keçmiĢ  ağanın  çağında 
Doğruluğu axtarıbmıĢ; görürsən, Doğruluğu 
axtarmaq  onu  necə  sınıq-salxaq  eləyib 
yorğan döĢəyə salıb. 
 
–KeçmiĢdə  Doğruluğu  axtaranlar 
çox  olubdur;  yaĢamaq  da  onda  çox  ağır 
olub,  üstəlik  kiĢilərin  Doğruluq  üçün 
ürəkləri  ağrıyırmıĢ.  Biyara  iĢləməkdən 
neçələri  ölüb  gedibmiĢ.  Çöldə  ölüm,  evdə 
ölüm,  addımbaĢı  ölüm...  Bayram  günləri 
kəndli  gəlirmiĢ  kilsəyə,  orada  bütün 
divarlara  Doğruluq  yazılıbmıĢ,  ancaq  onu 
divardan necə qoparıb özünlə aparasan?!  
 
–Düz 
deyirsən, 
Doğruluğu 
divardan  necə  qoparasan?  Kəndli  kimdir? 
O,  görür,  ancaq  gördüyündən  heç  nə 
anlamır.  Biz  qara  camaatıq,  qaragünlüyük; 
dua  eləməyimiz  də,  bilirsən  də  necədir, 
köks  ötürüb,  ağlamsınırıq:  Ulu  Tanrı  keç 
günahımdan!–qurtardı  getdi.  Düzgün  dua 
eləməyi də bacarmırıq.  
 
–KeçmiĢdə dünyanın dərdini çəkən 
kiĢilər 
olub. 
Yeri 
gələndə 
yığıĢıb 
Peterburqun  da  üstünə  gediblər,  oradan  da 
lap katorqayacan... 
 
–Kim  nə  deyir-desin,  keçmiĢdə 
Doğruluqla  bağlı  durum  indikindən  yaxĢı 

                            Üç aylıq ədəbiyyat dərgisi 
135 
olub.  KiĢilər  Yalana  uyan  uĢaqlarının 
dərsini  verər,  Doğruya  yönəldərmiĢlər. 
Bunu  mənə  atam  danıĢıb:  Yeremey  baba 
çox  ürəkli  kiĢi  olub,  dünyanı  düzəltmək 
üçün  çalıĢırmıĢ!  Ġndi  də  görürsən,  o  boyda 
kiĢi sobanın üstündə uzanıb qalıb, ayağa da 
dura  bilmir;  ancaq  deyirlər  o  çağlarda, 
Yeremey  baba  çox  adamın  ruhunu 
Doğruluğu  tapmağa  yönəldə  bilibmiĢ! 
Ancaq indi ona qulaq asanmı var? 
 
–Deyirlər, 
Yeremeyin 
sözünə 
qulaq  asmayandan  sonra  yaĢamaq  çox 
yüngülləĢib.  Ġndi  Doğruluq  kimin  nəyinə 
gərəkdir  axı?  Ġndi  hara  gedirsən:  yığıncaq 
olsun,  meyxana  olsun,  hər  yerdə  bir 
düĢkünlük var... 
 
–Qabaqlar 
mənliyimizi 
ağalar 
alçaldardılar–indi  isə  özümüz  könüllü 
olaraq, 
bu 
meyxanaçıların, 
baĢqa 
fırıldaqçıların  önündə  alçalırıq.  Ġndi  bütün 
kəndlərə 
fırıldaqçılar 
doluĢublar: 
xristianların  mənliyini  alçaldırlar,  üstəlik 
də,  adamları  bu  çal-çağır  içində  keçən 
pozğunluqlara alıĢdırıblar. 
 
–Götür  elə  o  Vasili  Ġqnatyevi–
xristian  qanını  içməklə  gör  özünə  nə  saray 
ucaldıb. Evinin damını da qırmızı kirəmitlə 
örtüb,  neçə  kilometr  uzaqdan  adamın 
gözünə  girir;  evinin  böyründə  də  dükanı 
gecə-gündüz  iĢləyir,  elə  piylənib  daha  əli 
qarnına  çatmır,  görürsən  qarnını  qaĢıyanda 
əlini üstdən yox, böyürdən uzadıb qaĢıyır. 
 
–Hamı  da  qarĢısında  baĢ  əyir. 
Kovxayla  yeyib  içirlər,  kovxa  da  dövlətin 
vergisindən  qabaq  onun  borclarını  yığır 
adamlardan;  polis  də  gələndə  onun  evinə 
düĢür.  Onun  ət  yemədiyi,  araq  içmədiyi 
günü  yoxdur.  Görürsən  ağanın  oğlu  da 
kəndə iĢlərini yoluna qoymağa gələndə, evə 
çatan  kimi  deyir:  tez  olun,  Vasili  Ġqnatıçı 
çağırın  gəlsin!...  ―Hə,  Vasili  Ġqnatıç, 
necəsiniz, 
sağlamlığınız 
yerindədirmi? 
alveriniz  necə  gedir?  Çağırdım,  dedim,  bir 
yerdə  çay  içək...  siz  doğrudan  əsil  rus 
kəndlisisiniz!  özünüzü  oda-közə  vurub 
iĢləyirsiniz, 
baĢqalarına 
da 
örnək 
olursunuz...  Birdən  sizə  nəsə  gərək  olsa, 
mənə Peterburqa yazmağı utanmayın a‖. 
 
–Kəndçilərdən  borclarını  yığmaq 
haqqını satıb ona, qazancın da yeddidən biri 
Ġqnatıça  çatır!  Ağanın  özü  çəkilib  qırağa, 
iĢləri tapĢırıb ona. 
 
–Ġndi  də  ağanın  borclarını  vermək 
çağı  gələndə  hamı  onun  ayağına  yıxılır.  O 
da  kəndçilərə  otunu  çaldırır,  taxılını 
biçdirir... 
 
–Bax  əsil  düĢüklük  budur  elə! 
YaxĢısı,  sən  gəl  mənə  Doğruluğu  harada 
axtarmaqdan danıĢ! 
 
–Mən  bilən  o,  Tanrının  yanında 
olar.  Tanrı  götürüb  onu  göyə  aparıb,  daha 
Yerə buraxmaq da istəmir. 
 
Yolçular yenə də susdular, yenidən 
köks  ötürdülər.  Ancaq  Fyodr  bu  dünyada 
Doğruluğun  olmadığına  heç  cür  inanmaq 
istəmirdi, yoldaĢının dedikləri onun beyninə 
batmırdı. 
 
–Yox,  mən  onu  axtaracağam,– 
deyə o dilləndi.–Kəndə çatan kimi Yeremey 
babanın 
yanına 
gedəcəyəm. 
Ondan 
Doğruluğu  necə  axtarmağı  yerli-yataqlı 
soruĢub öyrənəcəyəm.  
 
–Onun  sənə  danıĢdığı,  necə 
tutuqlanıb  döyülməyindən,  dustaqlıqda 
nələr  çəkdiyindən  olacaq,  deyirlər  onu 
Sibirə  sürgün  eləmək  istəyirmiĢlər,  ağa 
qoymayıb,  götürüb  ona  meĢəbəyiliyi 
tapĢırıb,  ancaq,  nə  o  meĢədən  qırağa  çıxa 
bilərmiĢ,  nə  də  kimsə  onun  yannına  gedə 
bilərmiĢ,  meĢənin  içində  bir  gecəqonduda 
yaĢayırmıĢ. Sən yaxĢısı onun yanına getmə, 
özünü iĢə salarsan! 
 
–Yox  gərək  gedəm.  Götür  elə 
Dunkanın baĢına gələni: evə çatan kimi hər 
Ģeyi  açıb  necə  var  mənə  danıĢacaq...  Ġndi 
sən demək istəyirsən, mən də bu yaramazın 
iĢdəklərinə  qulaq  asıb,  dirək  kimi  durub 
dayanmalıyam,  hə?  Yox,  bu  iĢdə  deyəsən 
kiminsə  baĢı  gedəcək.  Mən  o  süləncək 
köpəyin 
bağırsağını 
ayaqlarına 
dolayacağam! 
 
–YaxĢı  görək  bir!  Doğruluqdan 
danıĢıb qurtardıq, indi də bağırsaq tökməyə 

136
№ 3 (15) Payız 2015 
 
baĢladın.  Səncə  bu  Doğrumu  olacaqdır? 
Bilirsənmi,  belə  Doğruluğa  görə  sənin 
baĢına nə oyun açarlar? 
 
–Nə  bilirlər,  qoy  eləsinlər.  Yoxsa, 
demək  istəyirsən,  o  alçağı  baĢlı-baĢına 
buraxım,  nə  bilir  eləsin?  Yeqor  Petroviç, 
buyurun: 
mənim 
Dunkam 
sizin 
qulluğunuzda həmiĢə hazırdır... Yox, bu iĢə 
son  qoymaq  gərəkdir!  Mən  Doğruluğu 
tapacağam, sonra da qoy nə olacaqsa olsun!  
 
–Ġsti 
lap 
adamın 
beynini 
qaynadır!–Ġvan  bunu  deməklə  sözü  yan 
salmağa  çalıĢdı.–Bir  az  qabaqda  kənd  var, 
ora  çatmamıĢ  yol  qırağında  yolun 
uzunluğunu  göstərən  bir  dirək  var,  necə 
bilirsən,  burada  çöldə  dincələk,  yoxsa 
özümüzü ora çatdıraq? 
 
Ancaq 
Fyodr 
necə 
özündən 
çıxmıĢdısa  ovunmaq  bilmirdi,  var  səsi  ilə 
qıĢqırırdı: 
 
–Mən 
axtarıb 
tapacam 

Doğruluğu, tapacam! 
 
–Ancaq  mən  elə  bilirəm,  sən  heç 
nə  tapa  bilməyəcəksən,  bizim  üçün  heç 
yerdə 
Doğruluq 
yoxdur; 
bilirsənmi, 
görünür, hələ vaxt yetiĢməyib!–Ġvan  dedi.–
Sən  belə  Ģeylərlə  baĢını  qatınca,  yaxĢısı 
budur,  gələn  iləcən  yetəcək  qədər  çörəyi 
necə tapacağını düĢünəydin. 
 
–Hardan  tapacağıq,  yenə  də  o 
Vasili  Ġqnatyevin  ayağına  gedəcəyik,  baĢ 
endirib 
çörək 
dilənəcəyik!–Fyodr 
qaĢqabaqla dedi. 
 
–Elədir, 
çörəyi 
ondan 
borc 
götürəsiyik;  çalınan  otun  da  ondanbirini 
borc faizi yerinə ona verəsiyik! Sonra atam 
da qayıdıb deyəcək: sən, bu nədir  arvadına 
paltar almısan, qarnından da kəsəməli olsa, 
bu ilin buğdasını almağa pul toplamalısan. 
 
–Aclığa  da,  soyuğa  da  dözüb,  elə 
hər il deyirik: gələn il yaxĢı olacaq... hanı o 
yaxĢılıq,  niyə  gəlib  çıxmır?  Görünür,  bu 
Yer üzündə Doğruluq deyilən Ģey heç yerli-
dibli  yox  imiĢ!  adamlar  boĢ  yerə 
yanĢayırlar: 
―Doğruluq, 
Doğruluq...‖, 
hardadır o Doğruluq?! 
 
–O  günləri,  Moskvada  bir  ruhani 
ilə 
danıĢıram,  qayıdıb  mənə  deyir: 
―Doğruluq–bizim 
ürəyimizdədir; 
doğruluqla  yaĢayın,  onda  hamı  üçün  yaxĢı 
olacaq‖. 
 
–Görünür,  sənin  o  tanıĢ  ruhaninin 
qarnı  toxdur,  ona  görə  də  belə  yekə-yekə 
danıĢır. 
 
–Ola  bilsin,  pullu  adamlar  ona 
yaxĢı  əl  tuturlar.  Baxırsan,  sadə  bir 
adamdır,  ancaq  elə  gözəl  sözlər  danıĢır, 
adamın ağzı açıla alır. Görünür, onun günü 
yaxĢı  keçdiyindən,  baĢqalarının  nələr 
çəkdiyi beyninə batmır. 
 
DanıĢığın  bu  yerində  onların 
qarĢısına 
yarıçürümüĢ, 
üstünə 
yol 
göstəricisi  yazılmıĢ  dirək  çıxdı,  onun 
üstündə  yazılan  bu  sözləri  güclə  oxumaq 
olurdu:  Moskvadan  20  kilometr,  Rudak 
stansiyasından 3 kilometr. 
 
Yolçular  yoldan  qırağa  çıxıb, 
yaxınlıqdakı,  keçən  ildən  qalma  olduğu 
bilinən ot qotmanının kölgəsində oturdular. 
 
–Görürsən  də,  necə  adamlar  var,–
Ġvan ağac lifindən toxunmuĢ ayaqqabılarını 
çıxararaq  deyirdi,–bizdə  inəklər  evin 
üstünün  küləĢini  də  yeməyə  baĢlayıblar, 
bunun 
isə 
hələ 
keçənilki  otu  da 
qurtarmayıb. 
 
Oturub 
qəlyanaltı 
eləməyə 
baĢladılar;  su  qabını  ortaya  qoydular, 
çantadan  çörək  çıxarıb  doğradılar–bu  da 
sənə  günorta  yeməyi.  Yeməkdən  sonra 
qotmandan  hərəyə  bir  qucaq  ot  götürdülər, 
altlarına sərib uzandılar. 
 
–Sən  bir  bu  ənginliyə  bax,  ay 
Fedya,–Ġvan əsnəyərək, əli ilə göz iĢlədikcə 
uzanan 
düzənliyi 
göstərdi,–ucu-bucağı 
yoxdur!  Burada  hamıya  yer  çatar,  ancaq 
biz... 
 
 
 
 
 
 
 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin