Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Azadlıq radiosu, oxu zalı



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   24   25   26   27   28   29   30   31   32

 
Azadlıq radiosu, oxu zalı 
 
 
 
 
 
 
 
 
 
 
------------------------------------------------ 
*Təəssüf ki,  müəllif Əli xanı səhvən fars 
mənĢəli hesab edib. 
  

178
№ 3 (15) Payız 2015 
 
SƏNƏDLĠ  NƏSR
 
    
 Böyükxan Nağıyev 
 
 
 
Ölmədik, yaĢadıq 
sənədli  memuar 
 
                     I Fəsil 
 
       UĢaqlıq  xatirələrimi  yazmaq  istəyidim. 
Ancaq  buna  ürək  eləmirdim.  Nə  qədər 
fikirləĢdim  orada  ürək  açan  bir  xatirə  tapa 
bilmədim.  Köhnə  acı  xatirələri  çözmək 
kimə 
lazımdır?  Digər  tərəfdən  də, 
qorxurdum  gücüm  çatmaya.  Sonra  özüm-
özümə  dedim  ki,  sən  qalın  romanlar 
yazmaq  barədə  düĢünürdün,  indi  isə  adi 
xatirə  yazmaqdan  çəkinirsən?  Beləliklə, 
özümə ürək-dirək verib iĢə baĢladım.  
       Bu, mənim həyatımdır. Ġstəyən inansın, 
istəməyən inanmasın.  
      Atam  müharibəyə  getmiĢdi.  Evimizdə 
nənəm, anam bir də mən qalmıĢdıq. Nənəm 
xəstə idi. O, tez-tez ögüyürdü. Mən ətrafda 
gördüklərimi  yamsılayırdım.  Bu,    nənəmi, 
xalalarımı çox sevindirirdi. Bir dəfə gördüm 
ki,  nənəm  əllərini  alçaq  eyvanımızın 
qırağına  qoyaraq  ögüyür.  Mən  də  gəlib 
onun  yanında  əlimi  eyvanın  bir  tərəfinə 
qoyub  yalandan  ögüməyə  baĢladım.  Necə 
oldusa 
baĢım 
üstə 
eyvandan 
yerə 
yumbalandım.  Gözümü  açanda  özümü 
nənəmin  qucağında  gördüm.  O  daha 
ögümürdü.  Elə  bil,  xəstəliyi  də  yox 
olmuĢdu.  
       Nənəmin 
ölməyi 
də 
yadımdan 
çıxmayıb. Mənə elə gəlir ki, payız idi. Onun 
yatağını  üzüqibləyə  salmıĢdılar.  Mütəkkəsi 
otağın  arxa  divarına  söykənmiĢdi.  AxĢam 
idi.  Lampa  yandırmıĢdılar.  Lampa  isə 
otağın  bir  tərəfində  üçbucaqĢəkilli  taxçaya 
qoyulmuĢdu.  Onun  ĢüĢəsi  yox  idi.  ġüĢə 
əvəzinə  lampanın  kəfkirinə  keçirilmiĢ 
kartonun 
üstünə 
qoparılmıĢ 
banka 
qoyulmuĢdu. 
Onun  zəif  iĢığı  ətrafi  cüzi  iĢıqlandırırdı. 
Evin tavanı isə qaranlıq idi. Mənim fikrimi 
tavandakı və divardakı əcaib-qəraib Ģəkillər 
cəlb  etmiĢdi.  Kölgələr  dəyiĢdikcə  Ģəkillər 
də dəyiĢirdi. 
Nənəmin  döĢəyinin  ətrafında  beĢ-altı  qadın 
vardı.  Bunlardan  biri  bibim,  digəri  anam 
idi.Qalanların kimlər olduğu yadımda deyil. 
Bir  dənə  də  olsun  kiĢi  yox  idi.Nənəmin 
sinəsi  tez-tez  enib  qalxırdı.Arvadlardan 
birisi  yorğanı  onun  sinəsindən  aĢağı  çəkib 
dedi. 
       -Arvad intizarda olduğundan can təslim 
eləmir. 
      Bundan 
sonra  bir  kağız  parçası 
götürərək  onun  əlinin  içərisinə  qoyaraq 
dedi: 
      -Pakizə, Nüsrətdən kağız gəlib. 
      Nənəm  nə  qədər  çalıĢsa  da  gözünü  aça 
bilmədi.  Yanına  uzanmıĢ  əlini  zorla 
sinəsinin  üstünə  gətirdi  və  çətinliklə  kağızı 
sinəsinin 
üstünə  qoydu.  Onun  arıq, 
damarları  aydın  görünən  əlləri  indi  də  elə 
bil  gözümün  qabağındadır.  Bundan  sonra 
nənəm canını tapĢırdı. 
 
II Fəsil 
      Təbiət  indi  çox  dəyiĢilib.  Payızda  və 
yazda  çoxlu  yağıĢ  yağardı.  Yabanı  ot-ələf 
adama 
boy 
verməzdi. 
Ġtgöbələyinin 
hündürlüyü  yarım  metrə  çatardı.  Yay 
həddindən  artıq  qızmar  olardı.  Hünülər 
adamların  gözlərinə  dolur,  nəfəs  aldıqda 
ağızlarına  girir,  qulaqlarının  arxasını  yara 
edirdilər. 
Titrətmə-qızdırma 
bir  bəla 

                            Üç aylıq ədəbiyyat dərgisi 
179 
olmuĢdu.  Atlar  üçün  çox  çətin  idi.  Onlar 
hünüdən  qorunmaq  üçün  baĢlarını  hara 
gəldi  çırpırdılar.  Ona  görə  də  burunlarının 
yuxarılarında  tük  qalmırdı.  Elə  bil,  ülgüclə 
qırxılmıĢ kimi görünürdü. 
Adamların  çoxunun  boğazları  nazilib, 
qarınları  ĢiĢmiĢ  olurdu.  Kəndimizə  arada 
haradansa bir seyid gələrdi. O gələndə qarnı 
ĢiĢmiĢ adamlar atası bazardan gələn uĢaqlar 
kimi 
sevinərdilər. 
Seyid 
onların 
köynəklərini  soyundurub  arxası  üstə 
uzandırardı.  Sovlu  ülgücü  onların  ĢiĢmiĢ 
qarınlarının  üstünə  qoyub  arxasından 
basardı.  Mən  qorxaraq  kiminsə  arxasına 
çəkilərdim. 
Qarnı 
ĢiĢmiĢ 
adamlara 
filankəsin 
ənövi(dalaq  xəstəliyi)  ĢiĢib 
deyirdilər.  Guya  seyidin  ülgücü  ənovi 
içəridən doğrayaraq onu məhv edir. 
      QıĢ  daha  Ģiddətli  keçirdi.  O  qədər  qar 
yağırdı  ki,  bir  qonĢudan  digərinə  getmək 
çətin  olurdu.  Hətta  quyudan  su  götürmək 
mümkün  olmurdu.  Belə  vaxtlarda  anam 
bayırdan  qar  gətirib  əridər,  onun  suyundan 
istifadə  edərdik.  Qar  tövlənin  qapısını  elə 
hörürdü  ki,  iki  günə  güclə  yol  açıb  mal-
qaraya  yem  və  su  verirdilər.  Həddən  artıq 
soyuqlar  olurdu.  Odun  tapılmırdı.  Adamlar 
yayda  topladıqları  təzək  və  kərmə  ilə  evi 
isitmək  istəsələr  də  bu  mümkün  olmurdu. 
Kərmə  və  təzəyi  ocaqda  yandırır,  yorğana 
bürünərək  onun  ətrafında  oturub  əllərini 
qızdırırdılar. 
      Kəndimiz  o  vaxt  çox  kiçik  idi.  Çörək 
tapmaq üçün hərə bir tərəfə köçüb getmiĢdi. 
Kənddə  on,  on  iki  ailə  qalmıĢdı.  BoĢ  qalan 
evlər  ya  uçub  dağılmıĢ,  ya  da  qapı-
pəncərələri  sökülmüĢ  vəziyyətə  düĢmüĢdü. 
Xarabaların  vahiməsindən  gecələr  tək 
bayıra çıxmaqdan hamı xoflanırdı. Elə zənn 
edirdilər, 
cinlər 
gecələr 
xarabalara 
toplaĢaraq  toy  edirlər.  Hələ  cinlərin  toyları 
barədə  çoxlu  uydurmalar  da  söylənilirdi. 
Evlərin  əksəriyyəti  birmərtəbəli  alçaq  evlər 
idi.  Evin  üstünü  isə  küləĢlə  örtmüĢdülər. 
Gündüzlər  günəĢ  çıxanda  evlərin  hər 
tərəfindən  damcılar  tökülərdi.  Səhər-səhər 
duranda  evimizin  damının  hər  tərəfindən 
buzun  sallandığını  görərdim.His  rəngli 
buzların uzunluğu bəzən yerə qədər çatardı. 
Mən  yoğun  buzlardan  birini  əlimə  götürüb 
sallanan  buzlara  vuraraq  qırıb  yerə 
tökərdim. 
      Qəribə bir mənzərə var idi ki, indi mən 
onu  görmürəm.  Hava  açan  kimi  qarı 
zomalaq  edib  dımırladırdılar.  Qardan 
təmizlənmiĢ  kiçik  bir  torpaq  parçasına 
malları  buraxırdılar.  Çox  keçmədən  mallar 
orada doyurdular. 
     O  illərdəki  hadisələrin  biri  heç  vaxt 
yadımdan çıxmaz. Yaz gəlmiĢdi. Hələ otlar 
dəyməmiĢdi. 
Ot  biçininə  xeyli  vaxt 
qalmıĢdı.  Mal-qara  təzə-tər  otlardan  yeyib 
kökəlmiĢdilər.  Köçəri  quĢlar  qayıtmıĢdılar. 
QaranquĢlar  yuvalarını  qurub  sevinirdilər. 
Kolxoz sədri və ondan baĢqa bir neçə adam 
evimizin yanında ―alaq qapmıĢ‖ və  mundar 
olmuĢ  bir  inək    düyəsini  bizim  həyətə 
sürüyürlər.  Kolxoz  sədri  babamı  çağırıb 
deyir  ki,  icazə  ver  düyəni  sizin  eyvana 
çıxaraq. Siz də ondan muğayat olun ki, ona 
qurd-  quĢ  toxunmasın.  Sabah  həkim  gəlib 
akt  verəcək.  O  vaxt  babam,  nənəm  və  iki 
xalam bizimlə  birlikdə  yaĢayırdılar. Babam 
razılıq  verdi.  Onlar  düyəni  qaldırıb  eyvana 
çıxardılar.  Babam  onu  lap  pəncərəsinin 
qənĢərinə  sürütdürdü.  Gecə  yatanda  babam 
lampanı  pəncərənin  qabağına  qoydurdu  ki, 
onun  Ģöləsi  düyənin  üstünə  düĢsün. 
Gecənin  nə  vaxtı  idisə  səs-küyə  oyandım. 
Mən  bayıra  çıxanda  gördüm  ki,  düyənin 
qarnı  yırtılıb,  onun  içalatı  qonĢumuz  molla 
ilə  arvadının  əlindədir.  (Mollanın  adını 
çəkməyi  lüzum  bilmirəm)  Molla  babama 
yalvarırdı ki, içalatı onun əlindən almasın. 
       -UĢaqlar iki gündür acdır. Yeməyə heç 
nəyimiz  yoxdur.  Mən  oxumuĢam  ki,  zəruri 
məqamda  murdar  yemək  olar,  lakin 
oğurluq,  özgəsinin  malını  yemək  olmaz,  – 
dedi.  Babamın  əvvəl  ona  nə  dediyini 
bilmirəm.  Ġndi  isə  ona  heç  nə  demədi. 
Molla içalatı vedrəyə qoyub evlərinə apardı. 
Babamın 
yatdığı 
yer 
mənə 
yaxın 
olduğundan  onun  xısıltısını  eĢidirdim.  O, 

180
№ 3 (15) Payız 2015 
 
öz-özünə  deyirdi:  ―Allah  xaraba  qoysun 
belə zəmanəni‖. 
 
III Fəsil 
       Atam  haqqında  heç  bir  məlumatım 
yoxdur.  Üzünü  də  xatırlaya  bilmirəm. 
Təkcə onu bilirəm ki, müharibəyə aparıblar, 
gələcək. Hərdən bir anamdan soruĢurdum : 
       -Bəs atam nə vaxt gələcək? 
      O  da  məni  sakitləĢdirərək  müxtəlif 
ümidlər  verirdi.  Onu  da  deyim  ki, 
kəndimizdə  üç-dörd  qoca  kiĢi  qalmıĢdı. 
Əhalinin  əksəriyyəti qadınlar idi. Heç uĢaq 
da  yox  idi.  Bu  qadınlara  əsgər  ailələri 
deyirdilər.  Kolxozun  bütün  iĢlərini  onlar 
yerinə yetirirdilər. Qadınlar cüt əkir, kərpic 
kəsir,  taxıl  biçir,  dəryazla  ot  çalırdılar.  Bir 
sözlə, onlar xanımlıqdan uzaq, qadın paltarı 
geyinmiĢ  kiĢilərdi.  Mən  onların  gülüĢlərini 
nə gördüm, nə də eĢitdim. 
      DemiĢdim.  Atam  haqqında  heç  nə 
bilmirdim.  Onun dost və  tanıĢları  haqqında 
məlumatım  yox  idi.  Mən  hələ  belə  Ģeyləri 
dərk edəcək yaĢda deyildim. 
      Kolxozumuz  üç  kəndi  birləĢdirirdi.  Bir 
gün kolxozçularıiclasa çağırdılar. Deyirdilər 
kolxoza təhkimçi gəlib. Bütün qadınlar kimi 
anam  da  məni  arxasına  mindirib  özü  ilə 
iclasa  apardı.  Gözəl  bir  payız  günü  idi. 
Hava nə isti, nə də soyuq idi. Ġclasa gələnlər 
kolxoz  idarəsinin  qarĢısına  toplanmıĢdı. 
Eyvanda  isə  bir  stol,  üç  stul  qoyulmuĢdu. 
Stolun  üzərinə  qırmızı  Ģilə  çəkilmiĢdi.  Bir 
qədər sonra idarədən tanıdığım kolxoz sədri 
ilə  birlikdə  tanımadığım  uca  qamətli, 
yaraĢıqlı,  bir  adam  da  çıxdı.  Onlar  stola 
yaxınlaĢaraq,  oturmadan  iclasa  gələnlərə 
nəzər  saldılar.  Ucaboylu  adam  anama 
yaxınlaĢaraq,  məni  anamın  arxasından 
alaraq  qucağına  götürdü,  üzümdən  öpərək 
anama  qaytardıqdan  sonra    onunla 
əhvalpurĢanlıq etdi. 
Ġclas  qurtarıb  hamı  evlərinə  dönərkən 
tanımadığım adam anamı səslədi. O, əlində 
bir  bükülü  bizə  tərəf  gəlirdi.  Bizə  çatıb 
əlindəki  bağlamadan  bir  fətir  çıxarıb  mənə 
verdi  və  bir  daha  üzümdən  öpərək  bizdən 
ayrıldı.  Onun  kim  olduğunun  fərqinə 
varmadan fətiri sinəmə sıxıb yerimi anamın 
arxasında  rahatladım.  Ac  idim.  Amma 
fətirin  tez  qurtaracağından  qorxaraq  onu 
dodaqlarımın  arasına  alıb  dilimlə  isladaraq 
fırlada-fırlada diĢlərimə sürtüb sovururdum. 
      Sonralar  bu  adamın  kim  olduğunu 
anamdan  soruĢduqda:  -  Atanın  dostudur- 
dedi. O, artıq dünyasını dəyiĢib. Qəbri nurla 
dolsun.  Sonrakı  həyatımda  da  mənə 
köməklər  etdi.  Daha  sonralar  atamın  baĢqa 
dostları  olduğunu  da  anamdan  öyrəndim. 
Lakin  onlara  nə  qədər  yaxınlaĢsam  da, 
atamı niĢan versəm də onlardan bir yaxınlıq 
görmədim. Söz yox ki, bu elə vaxtlar idi ki, 
mənim  onların  heç  birindən  ehtiyacım  yox 
idi. 
 
IV Fəsil 
      Mən 
anamdan 
qopmurdum. 
Hara 
gedirdisə ondan əl çəkmirdim. Heç anam da 
məndən  ayrılmırdı.  Hara  gedirdisə  məni  də 
özü  ilə  aparardı.  Anam  kolxozda  sağıcı 
iĢləyirdi.  ĠĢə  gedəndə  məni  də  oyadar, 
kürəyinə 
atıb 
axĢamdan 
hazırladığı 
boymadərə 
soyutmasını 
götürüb 
iĢə 
gedərdi.  Orada  mənə  yer  salar,  özü  isə 
inəkləri  sağmaqla  məĢğul  olardı.  Mən  də 
buzovları otaran, məndən beĢ-altı yaĢ böyük 
olan Murtuzla oynayardım. Hərdən anamın 
səsi gələrdi: 
      -Ədə, Murtuz, buzovu burax! 
Murtuz  tez  qaçaraq  bir  buzov  buraxar  və 
çoxdan  əmən  buzovu  anasından  ayırıb 
tövləyə salardı. 
Bu gün isə nədənsə anam iĢə gedəndə məni 
aparmamıĢdı. Mən oyananda günəĢ çoxdan 
çıxmıĢdı.  Məni  aparmadığına  görə  anama 
möhkəm  acıqlanmıĢdım.  Söz  vermiĢdim  ki 
gələndə  onunla  danıĢmayacağam.  Mən 
torpaq  eyvanımızdan  ayaqlarımı  sallayaraq 
qaĢqabağımı  töküb  oturmuĢdum.  Birdən 
xalam səsləndi. 
      -Xala  qurban,  horran  soyudu,  gəl 
horranı iç. 
      Mən  xalamın  çağırıĢını  eĢitməzliyə 
vurub  yerimdən  tərpənmədim.  Həmin  gün 

                            Üç aylıq ədəbiyyat dərgisi 
181 
möhkəm  isti  idi.  Günorta  olmamıĢ  isti 
adamın 
nəfəsini 
qaraldırdı. 
Həyətdə 
toyuqlar  üçün  yalaqda  su  qoyulmuĢdu.  Su 
içmək  üçün  sərçələr  uçaraq  yalağın  yanına 
qonurdular,  onlar 
dimdiklərini 
açaraq 
ləhləyə-ləhləyə  yalağa  yaxınlaĢan  kimi 
daĢın arxasından çıxan ala piĢiyimiz onların 
üstünəĢığıyır, 
hər 
dəfə 
də 
əliboĢ 
qayıdıb,daĢın  arxasına  sıxılırdı.  Ġtimiz  yox 
idi.  Heç  kəndimizdə  də  it  yox  idi.  Mən  iti 
ancaq fermanın həyətində görürdüm. Sağın 
damından  yaxantı,  pendir  suyu  və  s. 
axıdılanda  it  gəlib  onu  taqqıldadır  və  yenə 
də  gedib  taxta  anbarın  altına  girib 
kölgələnirdi. 
      Bir  qədər  sonra  xalam  yanıma  gəldi. 
Qolumdan tutub qaldırdı və əlində gətirdiyi 
su  ilə  üzümü  və  əllərimi  yuyaraq  məni 
otağa 
apardı. 
Məni 
sərilmiĢ 
süfrəninkənarında oturtdu. Süddə biĢirilmiĢ 
duru  horranı  qabağıma  qoydu.  Mən  balaca 
taxta  qaĢığı  əlimə  götürüb  horranı  sinəmə 
dağıda-dağıda  içib  bayıra  qaçdım.  Öküz 
qoĢulmuĢ arabaya oxĢar bir Ģeyin bizə tərəf 
gəldiyini gördüm.  
YaxınlaĢanda  gördüm  ki,  arabanın  arxa 
hissəsi  qabaqdan  ayrılaraq  qabaq  döĢəklə 
qolun  üstünə  vəl  qoyulmuĢ,  onların  da 
üstündə  yatacaq  vardı.  Araba  yoldan  bizə 
tərəf  qalxdı.  Yatacağın  arasında  anamı 
gördüm.  Donub  qalmıĢdım,  nə  edəcəyimi 
bilmirdimç  anamı  evə  çıxardıqdan  sonra 
mən  qaçıb  çölə  çıxdım,  üzümü  lal  göylərə 
tutub  əlimin  yuxarı  qaldırdım.  Dua  edib 
Allahdan  anama  çarə  istəmək  istəyirdim. 
Ancaq  quruyub  bu  vəziyyətdə  qalmıĢdım. 
Dua  etməyə  səsim  çıxmırdı.  Elə  gözlərim 
də göyə zillənmiĢdi. Sonralar aydın oldu ki, 
anam  inək  sağdığı  zaman  cöngələr  kələdə 
olan  inəyi  qovub  anamı  tapdalayıblar. 
Nənəm  yumurta  sarısına  bir  az  Ģəkər  tozu, 
un qatıb anamın sinəsinə və kürəyinə lama 
döĢədi.  Anam  beĢ-on  gün  sonra  yenə 
fermaya  iĢləməyə  getdi.  Ancaq  bilmədim 
anamı  nənəmin  türkəçarəsi,  yoxsa  mənim 
lal dualarım sağaltdı. 
 
 
V Fəsil 
       Bu il də qıĢ bərk gəldi. Gecələr Ģaxtalar 
insanın iliyinə iĢləyirdi. Onsuz da paltarsız, 
ac,  tərə  ilə  güzəran  keçirən  adamlar 
bunlardan  əlavə  soyuqdan  da  korluq 
çəkirdilər.  Bəzən  Ģaxtanın  təsirindən  göy 
gurultusuna 
bənzər 
səslər 
eĢidilirdi. 
Adamlar  gündüzlər  danıĢırdılar  ki,  filan 
yerdə  kimsəsiz  bir  uĢağın  cəsədi  tapılıb  və 
belə  sözlər  tez-tez  eĢidilirdi.  Belə  olayları 
eĢidəndə  büzüĢüb  kiriyirdim.  Bir  gün  də 
dedilər  ki,  kəndin  aĢağı  tərəfində  tək 
yaĢayan Cəfərağa kiĢi üç gün bundan qabaq 
ölüb  heç  kimin  də  xəbəri  olmayıb.  Bu  və 
buna  bənzər  hadisələr  tez-tez  eĢidilirdi. 
Əhalinin  çörək  dərdindən  baĢqa  da  odun, 
qənd-çay,  sabun,  neft  və  s.  dərdləri  vardı. 
Babam çayxor idi. O, axĢamlar mütləq çay 
içməli idi. Quru çay olmayanda bir diĢ qənd 
parçasını  qaĢığa  qoyub  odun  üstündə 
yandıraraq 
çaynikə 
salıb 
rəngini 
dəyiĢirdilər.  Qənd  olmayanda  babam  çayı 
motal pendiri ilə içərdi. Sabun üçün də çarə 
tapılmıĢdı.  Dağlarda  bitən  çoqan  dedikləri 
bitkinin  dibini  qazaraq  onun  odunacaq 
Ģəkilli  kökünü  çıxarıb  doğrayıb  qurudar, 
onunla  paltar  yuyardılar.  Neft  və  duz  əldə 
etmək  çətin  idi.  Duzu  Salyandan,  nefti  isə 
rayon 
mərkəzindən 
arxalarına 
çatıb 
gətirirdilər. Adamların dolanıĢığı belə idi.  
       ġaxtaların  bərk  keçdiyi  belə  bir  qıĢda 
anam  yenə  də  sağıcılığını  davam  etdirirdi. 
Qarlı  günlərdə  anam  məni  özü  ilə  fermaya 
aparmazdı.  Tezdən  durar,  əvvəl  yun 
corablarını,  sonra  da  ocağın  qırağından 
çarıqlarını  götürüb  geyinər,  sonra  da 
fermaya yola düĢərdi.  
       Bir neçə gün  idi  ki, günəĢ  qızmar  olub 
qarı  yavaĢ-yavaĢ  əridirdi.  Gecələr  isə 
Ģaxtalar  düĢür,  qarı  dondururdu.  ġaxtanın 
təsirindən  qarın  üstündə  nazik  buz  təbəqəsi 
yaranırdı.  
       Günorta  anam  evə  gəlmədi.  Mən 
dözməyərək  günəĢ  əyilənə  qədər  gah  çölə 
çıxır,  anamın  yoluna  baxır,  gah  da  üĢüyüb 
evə  keçirdim.  Ancaq  anam  gəlmirdi.  Lap 
gün  batana  yaxın  çölə  çıxanda  anamı 

182
№ 3 (15) Payız 2015 
 
həyətimizdə  gördüm.  Onun  boynunda  bir 
keçi  vardı.  Keçini  görəndə  sevindiyimdən 
bilmədim  nə  edim.  Anam  keçini  tövləyə 
salıb eyvana çıxdı. Məni dindirdi, üzümdən 
öpüb  evə  keçdi.  Mən  onun  arxası  ilə 
yeriyəndə  onun  ayağından  axan  qanın 
ləpirini  islatdığını  gördüm.  Nənəm  və 
xalalarım bunu görüb ağlaĢmağa baĢladılar. 
Hərə bir tərəfdən əlləri qana bata-bata onun 
çarıq  və  corablarını  çıxarmağa  baĢladılar. 
Qızlar isti su gətirib onun ayaqlarını yumaq 
istəyəndə  nənəm  qoymadı.  Bir  əski  parçası 
gətirib  ayaqlarının  qanını  sildikdən  sonra, 
qalın  parçanı  onun  ayaqlarına  büküb 
yatağına uzatdılar. Nənəm dedi ki, onun əl-
ayağını  isti  su  ilə  yusaydınız,  əl-ayağı 
göynəyəcəkdi.  
      Sabah  anam  tezdən  duraraq  buz 
doğrayan  qıçlarını  əski  parçaları  ilə 
sarıyaraq  keçini  boynuna  götürüb  fermaya 
apardı. Ağlım kəsəndən sonra öyrəndim ki, 
kolxozda  anama  Ģər  atıblarmıĢ.  Bu  keçi 
onun əvəzində kolxoza ödənmək üçünmüĢ. 
 
VI Fəsil 
     Ġllərin  birində  bir  qıĢ  günü  atamdan 
qalan köhnə evimiz yandı. Kəndin qadınları 
və  qoca  kiĢilər  bir  tərəfdən  evin  üstünü 
söndürür,  bir  tərəfdən  də  evin  içərisindəki 
köhnə  cər-cəməyi  çıxarıb  qarın  və  palçığın 
üstünə  atırdılar.  Evimizin  üstü  tamam 
yanmıĢdı.  Camaat  yığıĢaraq  beĢ-altı  günə 
onun  üstünü  düzəltdilər.  Həyətimizdə  olan 
küləĢi  evin  üstünə  döĢədilər.  Çatmayan 
küləĢi də qonĢular öz küləĢlərindən Ģələ ilə 
daĢıyıb dama döĢədilər. 
     O 
vaxt 
insanların 
ac-yalavac 
yaĢamalarına baxmayaraq, bir-birlərinə çox 
mehriban  idilər.  Ġndiki  zamanda  dünyanı 
baĢına  götürən  paxıllıq,  xəbislik,  zalımlıq 
kimi hisslər onlardan uzaq idi. 
QıĢ qurtarmıĢ, acı yaz baĢlamıĢdı. Evimizdə 
yeməyə  heç  nə  yox  idi.  Gözümüzü  bir 
inəyimizə  dikmiĢdik.  Onu  sağıb  südündən 
içir,  boymadərə,  xaĢxaĢ,  gicitikan,  cincilim 
və baĢqa tərələri bu südlə biĢirib yeyirdilər. 
Mənim  yeməyimin  içərisindəaz  da  olsa  un, 
xəmir olardı. 
     Neçə  gün  idi  ki,  babam  evdə  yox  idi. 
Səhər-səhər  yuxudan  duranda  gördüm  ki, 
anam ağlaya-ağlaya yorğan-döĢəyi sandığın 
üstündən  yerə  tökür.  Sonra  sandığı  açıb 
onun  içərisindən  bir  qəhvəyi  kostyum 
çıxardı. Mən buna qədər onu görməmiĢdim. 
Pencəyin  düymələrinin  rəngi  indi  də 
yadımdan 
çıxmayıb. 
Onun 
düyməsi 
kostyumun rənginə nisbətən açıq rəngli idi. 
Anam  onu  bir  parçaya  büküb  harayasa 
getdi.  Mən  artıq  nisbətən  böyümüĢdüm. 
Anam bir yerə gedəndə ağlamırdım.  
     Bundan  bir  neçə  gün  keçmiĢdi.  Babam 
da  gəlmiĢdi.  Anam  hələ  gəlməmiĢdi. 
Malların  tövləyə  çəkilən  vaxtı  idi.  Xalam 
ocağa daĢların üstünə tərə qarıĢıq omac aĢı 
qoyub biĢirirdi. Qazan təzəcə qaynara düĢən 
zaman  babam  inəyi  sağmaq  üçün  xalamı 
çağırdı.  Xalam  gedəndə  mənə  tapĢırdı  ki, 
qazan  daĢsa  onu  qarıĢdır,  daĢmağa  qoyma. 
Ocağın  odu  qurtarırdı.  Mən  qazanın 
yanındakı  çör-çöpdən  götürərək  qazanın 
altına  dürtdüm.  Ocaq  alovlandı  və  qazan 
möhkəm  qaynamağa  baĢladı.  Qazanın 
içərisindəki  uzun  ağac  çömçə  ilə  ağzına 
qədər  dolu  olan  qazanın  içərisini  bulamağa 
baĢladım.  Birdən  qazan  böyrü  üstə  aĢdı. 
AĢın bir  hissəsi  yerə,  bir  azı  da  köynəksiz, 
açıq  sinəmə  töküldü.  Mən  sinəmdən  aĢı 
siləndə  sinəmin  dərisi  də  əlimlə  soyuldu. 
Mən  ağlamırdım.  Xalam  içəri  girdi. 
Vəziyyəti  görüb,  məni  qucağına  alaraq 
ağlaya-ağlaya  qazanı  düzəltməyə  baĢladı. 
Xalam  hələ  məni  yerə  qoymayıb  yaramı 
piləyirdi.  Birdən  qapı  açıldı,  anam  otağa 
girdi. 
Anamı 
görən 
kimi 
xalamın 
qucağından  çıxaraq  anamın  boynuna 
sarıldım.  Mən  bundan  sonra  ağlamağa 
baĢladım.  Sinəmdəki  yanıq  yeri  anamın 
əynindəki sarınmanın düyməsinə sürtünərək 
qanamıĢdı.  Anam  sinəmin  yandığını  görüb 
ağlamağa  baĢladı.  Anamı  ovundurmağı 
bacarmırdım.  
Sonralar  anamdan  sandıqdan  çıxarıb 
apardığının  nə  olduğunu  soruĢsam  da  o, 

                            Üç aylıq ədəbiyyat dərgisi 
183 
mənə həqiqəti demirdi ki, demirdi. On beĢ-
on altı yaĢım olanda dedi: 
          -Bala, o, atanın kostyumu idi. 
 
                    VII Fəsil 
 
      O  vaxtlar  ağır  günlər  idi.  Allah  bir  də 
göstərməsin. Müharibəydi, çörək tapılmırdı. 
QıĢda  və  erkən  yazda  dolanıĢıq  çox 
çətinləĢirdi. 
Yemək 
üçün 
ehtiyaclar 
qurtarırdı.  Qıllıca  dəyəndən  sonra  xalqın 
güzəranı  nisbətən  düzəlməyə  baĢlayırdı. 
Adamlar  qılıcanı  hələ  sütül  ikən  biçib 
qurudur,  əl  daĢında  üyüdüb  un  əldə  edir, 
bundan  yayma  çörək  hazırlayır,  tərə 
yeməklərin  ―gözünə‖  vururdular.  Daha 
sonra xeyrinə bitən arpamı biçib gətirirdilər. 
Onun  bir  qismini  yeyir,  bir  hissəsini  də  qıĢ 
üçün saxlayırdılar. 
Kolxozda 
taxıl  biçini  zamanı  taxıl 
daĢındıqdan  da  sonra  sahədə  qalan,  yolda 
arabadan  düĢən  sünbülləri  qurd-quĢ  aparsa 
da icazə verilmirdi ki, insanlar onu toplayıb 
evlərinə  aparsın.  Kim  aparsaydı  onu  həbs 
edərdilər.  Çünki  bu  oğurluq  sayılırdı.  ĠĢdir, 
zəmi  yanarsa  oradan  ütülmüĢ  sünbülləri 
toplayıb  gətirməyə  bir  söz  demirdilər.  Bir 
tərəfi ütülən sünbüllərə göynük deyilirdi. 
      1935-1945-ci 
illər 
arası 
doğulan 
uĢaqların  həyatları  tam  eyni  olmasa  da  bir 
çox  məqamlarda  bir-birinə  oxĢar  olub. 
Çoxlarının atası müharibəyə gedib, anası ilə 
qalıb,  bir  qrupun  həm  atası,  həm  də  anası 
dünyasını  dəyiĢmiĢdir.  Bir  qarın  çörəyə 
möhtac  yaĢamıĢdır.  Qalan  bir  faizinin 
yaĢayıĢı  onlardan  cüzi  dolaraq  fərqlənə 
bilərdi.  Hami  ayaqyalın  cırıq-cırıq  yamaqlı 
paltar  geyinir,  çox  kiçik  yaĢlarından  ağır 
iĢlərdə  iĢləmiĢlər.  Çox  kəndlərdə  isə  əmək 
haqqı ala bilməmiĢdilər. 
Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin