Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
137 
Unutqan  qoç 
 
Ev  qoyunları  ən  əski  çağlardan  ələ 
öyrəşərək, insanların 
qulluğunda durmuşlar; onların dədə 
babalarının haçağ 
belə bir asılılığa düşdüyü bəlli deyildir. 
Brem1 
 
 
Ev  qoyunlarının  haçağsa  özgür 
olmaları  ilə  bağlı  tarix  kitablarında  heç  bir 
bilgi yoxdur. Ən əski çağlardan baĢlayaraq, 
topluma  böyüklük    eləyənlərin  ələ 
öyrədilmiĢ böyük qoyun sürülərinin olduğu 
isə hamıya bəllidir, sonrakı yüzilliklərdə də 
qoyun  insan  adlı  varlığın  öz  gərəklərini 
ödəməsi  üçün  yararlandığı  ən  geniĢ 
yayılmıĢ 
bir 
yaratıq 
kimi 
gözə 
çarpmaqdadır. 
Ġnsanlar, 
çalıĢaraq, 
qoyunların  biri-birinə  oxĢamayan  çoxlu 
cinslərini  yarada  bilmiĢdir.  Bir  cins,  ətlik 
üçündür,  o  biri  piy  üçündür,  üçüncüsünün 
dərisindən  isti  kürk  düzəlir,  dördüncüsü, 
çoxlu yumĢaq yun verir. 
 
Ev  qoyunlarının  özləri  də  haçağsa 
dədə-babalarının  özgür  olub-olmadığını 
bilmirlər, onlar indiki çağda hansı durumda 
doğulub yaĢayırlarsa, elə ulu babalarının da 
keçmiĢlərdə  belə  yaĢadıqlarını  düĢünürlər. 
Bir  sözlə,  onların  tarixi  ələ  öyrədilərək 
yaĢamaqdan  baĢlanır,  ancaq  qoyunlar  yaĢa 
dolduqca,  yavaĢ-yavaĢ  özlərinin  lap  yaxın 
keçmiĢlərində  də  yaxĢı-pis  nə  olubsa, 
hamısını  unutmağa  baĢlayırlar.  Onların 
içində  ən  bilgin  qoyunlar,  keçmiĢini 
büsbütün  unudan,  onun  necə  keçdiyini 
anlamayanlar  sayılır,  belə  bilgin  qoyunlar 
isə,  yemləndikləri:  bitkiləri,  otları,  bir  də 
çox dadlı qarıĢıq yemləri biri-birindən yaxĢı 
ayırd  eləyə  bilməklərinə  görə  ad-san 
qazanmıĢlar.    
 
Bu 
dünyada 
olasan, 
suç 
iĢləməyəsən,  uğursuzluğa  düĢməyəsən, 
bunu  ancaq  ölülər  bacarar.  Günlərin  bir 
günü,  hansısa  bir  qoç  gecə  yatanda  yuxu 
gördü.  Özü  də  deyəsən  yuxuda  çox  dadlı 
olan  nəsə  görmüĢdü,  bunu  onun  yuxudan 
dik atılıb ayılmasından, bir də çox uzun bir 
sürədə  o  yan  bu  yana  boylanıb,  gözləri  ilə 
nəyisə axtarmasından bilmək olurdu. 
 
Qoç  ayılandan  sonra  yuxuda  nə 
gördüyünü  yadına  salmağa  çalıĢırdı;  ancaq 
ha  əlləĢib  vuruĢurdusa  yadına  heç  nə 
düĢmürdü.  Yuxusunda,  çox  uzaqlarda, 
gümüĢü  bir  iĢığın  parıldadığını  gördüyü, 
güclə  yadına  gəlirdi.  Yadında  qalan  ancaq 
bu  biçimsiz,  anlaĢılmaz,  gümüĢü  boyalı 
uzaqlıqlar idi, orada canlı, ya da cansız nəsə 
görüb-görmədiyini isə unutmuĢdu... 
 
–Qoyun! ay qoyun! bilmirsən, mən 
yuxuda  nə  görmüĢəm?–o  yanında  uzanmıĢ, 
ömrü  boyu  yuxu  görmədiyi  üçün  gerçək 
qoyun  sayıla  biləcək  yoldaĢına  üz  tutub 
soruĢdu. 
 
–Yat  görək,  ay  yelbeyin!–qoyun 
acıqla onun üstünə çımxırdı.–Səni dənizin o 
tayından bura yuxu görməyə, özündən yeni 
dəb çıxarmağa gətirməyiblər! 
 
Yuxu  görən  qoç  yüksək  soylu 
ingilis  merinosu  idi.  Mülkədar  Ġvan 
Sozontıç  Rastakovskinin  bu  qoçdan  çox 
böyük  gözləntiləri  olduğu  üçün,  onu  çox 
böyük  pula  almıĢdı.  Ancaq  o,  bu  qoçu, 
ağıllı  qoyunlar  törətməsi  üçün  almamıĢdı, 
onun  istəyi  bu  qoçun  bir  sürü  incəyunlu 
qoyunlar  törətməsi  idi,  elə  buna  görə  də, 
ona bu qədər pul vermiĢdi.  
 
Sürüyə  qatıldığı  ilk  çağlarda  qoç 
doğrudan  da  özünü  çox  yaxĢı  göstərmiĢdi. 
Heç nə ilə maraqlanmaz, heç nə düĢünməz, 
heç  onu  buraya  haradan,  nə  üçün 
gətirdiklərini  də  anlamağa  çalıĢmazdı, 
baĢını  aĢağı  salıb  özü  üçün  yaĢayardı. 
Qaldı, qoyunların hüquqları ilə vəzifələrinə, 
qoç  bununla  bağlı  heç  nə  danıĢmaz,  heç 
kimdən  bu  konuda  nəsə  öyrənməyə  də 
çalıĢmazdı,  o,  qoyun  olaraq  doğulan 
varlıqların  belə  düĢüncələrə  qapılmasının 
yersiz 
olduğunu 
düĢünürdü, 
belə 
düĢüncələrin qoyunun baĢını pozub onu dəli 
eləyə  biləcəyini  sanırdı.  Bütün  bunlar  isə, 
onun  qoç  olaraq  görməli  olduğu  iĢi  canla-
baĢla,  bütün  incəliklərinə  kimi  yerinə 
yetirməsinə çox yarayırdı, Ġvan Sozontıç da 

138
№ 3 (15) Payız 2015 
 
buna  baxıb,  sevincindən  özünə  yer  tapa 
bilmirdi, görürdün, çox vaxt qonĢularını da 
öz  qoçunun  qoyunlara  necə  sıçramasına 
baxmaq üçün çağırırdı! 
 
Ġndi birdən bu gözlənilməz yuxu... 
Bunun  nə  yuxu  olduğunu  isə,  qoç  heç  cür 
sonacan  anlaya  bilmirdi.  Bildiyi  ancaq  bu 
idi, 
ruhuna 
nə 
isə 
yoluxmuĢ,  onu 
darıxdırmağa, əndiĢəyə salmağa baĢlamıĢdı. 
Onun  yaĢadığı  tövlə  də,  yemək-içməyi  də, 
ona  yetkinləĢdirmək  üçün  tapĢırılan  qoyun 
sürüsü də, həminki idi, ancaq birdən elə bil 
bütün  bunlar  onun  gözündən  düĢmüĢdü.  O 
baĢını  itirmiĢdi,  elə  hey  tövlə  boyunca 
vurnuxur, bir ucdan mələyirdi: 
 
–Mən  axı  yuxuda  nə  görmüĢəm? 
biriniz mənim yuxumu yozsanız bir!  
 
Ancaq 
qoyunlar 
onun 
bu 
sıxıntılarına acımaq bir yana qalsın, üstəlik, 
onun özünü də acılayır, onu, qoyun dilində 
tərbiyəsiz  anlamı  verən  bir  adla:  filozbfom 
deyə çağırırdılar. 
 
Qoçun  yuxu  görməyini  eĢidəndə, 
onun  qoyun  yoldaĢları  keçmiĢdə,  dörd  il 
onların  üstünə  sıçramıĢ,  Ģlyon  cinsli  baĢqa 
bir  qoçu  anmıĢdılar,  bu  qoç  yaĢa  dolandan 
sonra  onu  mətbəxə  göndərmiĢdilər,  o  da 
oradan izsiz-soraqsız yoxa çıxmıĢdı(düzdür, 
birilərinin  deməsinə  görə,  onu  böyük  bir 
sininin  üstündə,  təntənə  ilə  ağanın  evinə 
sarı  apardıqlarını  görmüĢdülər).  Bax  o 
qoçun öz iĢini görməyinə söz ola bilməzdi! 
Heç vaxt yuxu görməz, qanıqara gəzməzdi, 
qoçun  görməli  olduğu  bütün  iĢləri  də 
dinməz-söyləməz eləyər, bundan baĢqa  heç 
bir  iĢə  baĢ  qoĢmaq  istəməzdi.  Ġndi  buna 
bax! Elə, yaĢlı, sınaqdan çıxmıĢ qoçu iĢdən 
çıxarıb,  yerinə  belə,  ərincək,  yelbeyin  olan 
birisini  gətirib  qoyublar,  səhərdən  axĢama 
kimi  mələyir,  ancaq  bilmək  olmur  nə 
demək 
istəyir, 
qoyunlar  da  qalıblar 
ortalıqda döllənməmiĢ! 
 
–Bu ingilis maymağı bizim iĢimizi 
görməyi  büsbütün  unudub!–deyə  qoyunlar 
çoban Nikitaya Ģikayətləndilər.–Ġndi biz bu 
uyuğa görə qısır qalsaq, Ġvan Sozontıç bizə 
nə deyər? 
 
–Üzülməyin,  istəkli  qoyunlarım!–
Nikita onlara ürək-dirək verdi.–Günü sabah 
onu  qırxarıq,  sonra  bədənini  gicitkənlə 
dalayarıq,  ağlı  baĢına  gələr,  ipək  kimi 
yumĢalar! 
 
Ancaq  Nikata  yanılmıĢdı.  Qoçu 
qırxdılar, bədənini gicitkənlə daladılar, o isə 
elə həmən gecə yenidən yuxu gördü. 
 
Onun  bu  yuxugörmələri,  artıq  bir 
gün də olsun ara vermirdi. Ayağını qatlayıb 
altına  yığan  kimi,  elə  yenicə  mürgüləməyə 
baĢladımı,  istər  gecə  olsun,  istərsə  də 
gündüz,  yuxu  görməyə  baĢlayırdı.  Gözünü 
yumub  yuxuya  dalan  kimi,  onun  görkəmi 
də  büsbütün  dəyiĢirdi,  üzü  də  daha  qoyun 
üzünə  oxĢamırdı,  elə  ciddi,  qaraqabaq  bir 
görkəmə düĢürdü, lap keçmiĢlərdə o ―nazir‖ 
adlanan  çox  sayğılı  adamlara  oxĢamağa 
baĢlayırdı.  Tövləyə  girib-çıxanlar  ona 
baxanda  belə  düĢünürdülər:  gərək  bu  qoç 
yox, məhkəmə icraçısı olaymıĢ! 
 
Ancaq  bütün  bunlar  bir  qırağa,  bu 
qoçun  dərdi  baĢqa  idi,  o  yenə  də,  yuxudan 
ayılandan  sonra,  ha  çalıĢırdısa,  gördüyü 
yuxuları  yadına  sala  bilmirdi.  Onun 
gördüyü yuxuda çoxlu canlı varlıqlar, gözəl 
mənzərələr  vardı,  onların  bir  çoxuna 
vurğunluqla  baxdığı  da  yadındaydı;  ancaq 
elə gözünü açıb özünə gələn kimi də, onlar 
harasa  yoxa  çıxırdı,  onları  heç  cür  yadına 
sala  bilmir,  yenə  də  qayıdıb  həmiĢəki  kimi 
adi bir qoyuna çevrilirdi. ĠĢ burasındadır, o 
qabaqlar  özünün  qoç  kimi  görməli  olduğu 
iĢi  ürəklə  görərdi,  indi  isə  bütün  günü 
qanıqara, çaĢqın, baĢını itirmiĢ bir durumda 
boĢ-boĢuna gəzir, nəsə axtarır, ancaq özü də 
nə  axtardığından  baĢ  aça  bilmirdi...  Qoyun 
ola,  hələ  üstəlik  də  belə  ruh  düĢkünlüyünə 
qapıla–onu  yaxın  gələcəkdə  bıçaq  altına 
düĢməkdən baĢqa nə gözləyə bilərdi? Bıçaq 
altına  düĢmək  öz  yerində,  ancaq  qoçun 
durumu, doğrudan da, günü-gündən daha da 
ağırlaĢırdı.  DüĢdüyü  qatı  qaranlıqdan 
əndiĢələnib  baĢını  itirmiĢ  birisinin:  iĢıqlığa 
çıxmaq 
üçün 
çalıĢıb 
çapalamasına 
baxmayaraq,  bunların  hamısının  boĢa 
getməsindən, 
əlinin 
heç 
yerə 

                            Üç aylıq ədəbiyyat dərgisi 
139 
çatmamasından  da  böyük  acı  ola  bilməz! 
Birdən-birə, özünün də baĢa düĢə bilmədiyi 
hansısa anlaĢılmaz bir istəyə qapılan, yazıq, 
üzgün bir varlığın: bu istəyin nə olduğunu, 
onun  haradan  doğduğunu  aydınlaĢdırmaq 
üçün boĢuna gedən çalıĢmalarından da ağır 
bir  iĢ  ola  bilməz!  O,  ürəyinin  od  tutub 
yandığını  duyur,  ancaq  bu  alovun  nə  üçün 
yarandığını  anlaya  bilmirdi;  bu  dünyanın, 
yaĢadığı 
tövlənin 
divarları 
ilə 
qurtarmadığını,  onun  adlaya  bilmədiyi  bu 
divarların o  üzündə iĢıqlı, sevinc dolu, çox 
yaxĢı  bir  gələcəyin  ola  biləcəyi  onun 
ürəyinə 
damsa 
da, 
ancaq 
bu 
ürəyədammalarının  gerçəkdən  necə  görünə 
biləcəyini  göz  önünə  gətirə  bilmirdi;  o, 
divarlardan  o  yanda  gur  iĢığın,  geniĢliyin, 
özgürlüyün  olduğunu duyur, ancaq heç cür 
bu  sorğunun  cavabını  tapa  bilmirdi:  iĢıq, 
geniĢlik, özgürlük nə deməkdir?.. 
 
Yuxugörmələrin  sayı  artdıqca, 
qoçun sarsıntıları da durmadan artırdı. Həm 
də onun: nə, bu dərdinə ortaq olan bir ürək 
yoldaĢı, nə də, sorularına cavab tapa bilmək 
üçün gənəĢəcəyi bir tanıĢı vardı. Qoyunlara 
yaxınlaĢanda  onlar  qorxa-qorxa  biri-birinə 
qısılıb  ondan  uzaq  durmağa  çalıĢırdılar; 
çoban  Nikita  deyəsən  nəsə  bilirdi,  ancaq 
inadla  susub  heç  nə  danıĢmırdı.  Bu  Nikita, 
dünyagörmüĢ  bir  adam  idi,  özü  də 
qoyunlarla 
bağlı 
bütün 
soruları 
incəliklərinəcən bilirdi, onun qoyunlar üçün 
ortaya atdığı belə bir aksiomu da var idi: 
 
–Sən  qoyun  olaraq  doğulmusansa, 
demək qoyun kimi də yaĢamalısan! 
 
Ancaq  qoç  da  elə  bax  bunu 
istəmirdi. Bu ―qoyunluğa‖ bağlanıb qalmaq 
ona  dinclik  vermirdi,  onun  belə  düĢünməsi 
heç də qoç olaraq yaĢamağın ağırlığına görə 
deyildi,  iĢ  burasında  idi,  o  yuxu  görməyə 
baĢlayan  gündən  özünün  qoyun  yox, 
büsbütün  baĢqa  bir  ―soydan‖  olduğunu 
sanmağa baĢlamıĢdı. 
 
O  öz  yuxularını  sonradan  yadına 
salıb  sonacan  qavramaq  gücündə  deyildi, 
həm də sonacan gərilmiĢ insinktləri ilə, onu 
sarsıdan, özündən alıb aparan bu əndiĢələrə 
qarĢı dözüb dayana da bilmirdi.   
 
Vaxt  keçdicə  qoçun  sarsıntıları 
yavaĢımağa  baĢlamıĢdı,  o,  elə  bil,  yenidən 
özünə  gəlməyə  baĢlayırdı.  Ancaq  bu 
toxtaqlıq  onda  heç  də  yenidən  düz  yola 
qayıtmaq, 
qoç 
olmaq 
istəyindən 
yaranmamıĢdı, 
bu 
onun 
qoyun 
orqanizminin  üzülüb  əldən  düĢməsinə  görə 
idi.  Buna  görə  də,  onun  öz  qoç  iĢini 
görməyə heyi qalmadığından, daha sürünün 
iĢinə də yaramırdı. 
 
Görünür,  elə  buna  görə  də,  qoç 
səhərdən axĢama kimi yatır, ayıqlığında heç 
cür  ayırd  eləyə  bilmədiyi  o  dadlı  yuxuları 
yenidən, dönə-dönə görməyə çalıĢırdı... 
 
Çox  keçmədən  o,  ara  vermədən 
asqırıb-öskürməyə,  xırıldamağa  baĢladı, 
arıqlayıb əldən düĢdü, qanmaz qoyunlar da 
onu  yamsılayaraq  asqırıb-öskürməyə,  öz 
aralarında iriĢərək, pıçıldaĢmağa baĢladılar. 
Bu  anlaĢılmaz  yoluxma  onun  bədənində 
özünə  yer  elədikcə,  qoçun  üzündən  bütün 
qoyunlarda  olan  küt  görkəm  silinib  gedir, 
bunun  yerini  gözəgəlimli  bir  suyumluq 
tutmağa baĢlayırdı. Çobanların hamısı onun 
durumuna acıyırdılar. Onlar, onun namuslu, 
əməksevər bir qoç olduğunu yaxĢı bilirdilər, 
yiyəsinin  iĢini  korlamağına  gəlincə,  bunu 
bilərəkdən  eləmədiyini  də  yaxĢı  baĢa 
düĢürdülər,  yazıq  qoç  neyləsin,  onun 
qarĢısına  qoyunların  heç  vaxt  üzləĢmədiyi 
bir  uğursuzluq  çıxmıĢdı,  çobanların  çoxu 
insinktlə  bunun  nə  olduğunu  anladığından, 
qoça çox böyük sayğı ilə yanaĢırdılar.   
 
Qoçun  yiyəsi  Ġvan  Sozontıç  da 
onun düĢdüyü bu duruma ürəkdən acıyırdı. 
Çoban  Nikita,  belə  bir  durumda  ən  yaxĢı 
çıxıĢ yolunun qoçu kəsmək olduğuna dönə-
dönə  him  vursa  da,  Rastakovski  bundan 
inadla boyun qaçırırdı. 
 
–Onsuz da mənim pulum batdı,–o, 
deyirdi,–bu  qoçun  bundan  sonra  ancaq 
dərisi  iĢə  yarayar,  əti  tökülüb  gedib. 
Yazıqdır,  qoy  öz  ölümü  ilə  köçsün  bu 
dünyadan!  

140
№ 3 (15) Payız 2015 
 
 
Gözlənilən  o  gün  də  gəlib  çıxdı. 
Ayın  gur  iĢığı  ilə  aydınlanan  çöllərin 
üstündən  isti  bir  havanın  asılıb  qaldığı  bir 
iyun  gecəsi  idi;  dörd  bir  yana  səssizlik 
çökmüĢdü;  çöldə-bayırda  kimsə  gözə 
dəymirdi,  elə  bil,  təbiət  də  özünə  qapılıb, 
susqunluğa dalmıĢdı.  
 
Ağıldakı 
qoyunların 
hamısı 
yatmıĢdı. 
Qoyunlar 
baĢlarını 
ağılı 
çəpərləyən  taxtalara  söykəyib  uyuyurdular. 
Qoç  isə  təkcə,  ağılın  ortasında  uzanmıĢdı. 
Birdən  o  diksinərək,  yerindən  dik  atılıb, 
ayağa  durdu.  Ayaqlarını  düzəltdi,  boynunu 
dikəldib  irəli  uzatdı,  baĢını  yuxarı  qaldırdı, 
sonra birdən bütün bədəni titrədi. O, nəyisə 
gözləyirmiĢ  kimi,  qulaqlarını  Ģəkləyib 
döyükdü,  bir  neçə  dəqiqə  dayandı,  sonra 
birdən onun köksündən uca, ürəkparçalayan 
bir mələrti qopdu... 
 
Bu  acı  harayı  eĢidən  qoyunlar 
ürküb  yerlərindən  sıçradılar,  hərəsi  bir 
küncə qısılıb qaldılar. 
 
KeĢikçi  it  də  oyanıb  hürməyə, 
ürküĢən  qoyunları  bir  yerə  toparlamağa 
baĢladı.  Ancaq  qoç  yan-yörəsində  nə  baĢ 
verdiyinin  hayında  deyildi:  o  büsbütün 
özünə qapılıb dayanmıĢdı.  
 
Bu  anlarda,  onun  dumanlanmıĢ 
gözlərinin  qarĢısnında  həmiĢə  gördüyü  o 
dadlı yuxular canlanmaqda idi... 
 
Bir  dəqiqə  sonra  o  sonuncu  dəfə 
titrədi.  Ayaqları  öz-özünə  qatlandı,  bir 
andaca, qoçun ölü cəmdəyi yerə sərildi. 
 
Onun  ölümü  Ġvan  Sozontıça  bərk 
yer eləmiĢdi. 
 
–BaĢa  düĢmürəm,  buna  nə  gəldi 
birdən-birə?–o,  üzgün  bir  səslə  deyinirdi.–
Baxırdın,  sağlam  bir  qoçdur  durub,  birdən 
elə bil buna çər dəydi... Nikita! Sən əlli ilin 
çobanısan,  mənə  elə  gəlir,  bu  cinsdən  olan 
qoyunların  dilini  yaxĢı  bilərsən:  de  görək, 
bu qoça durduğu yerdə nə gəldi axı? 
 
–Mənə  elə  gəlir,  bu  qoç  yuxuda 
―azadlığa  çıxmıĢ  qoyun‖  görübdür,–Nikita 
cavab  verdi.–Görməyinə  görüb,  ancaq 
bunun nə demək olduğunu qana bilməyib... 
Ona görə də, öncə darıxmağa baĢladı, sonra 
da  dözə  bilməyib  öldü.  Baxanda  elə  bizim 
də içimizdə belə Ģeylər olur... 
 
Ancaq Ġvan Sozontıç onu saxlayıb, 
bu yozumun ardına qulaq asmaq istəmədi. 
 
–Sənin  bu  dediklərin  gərək  bizim 
üçün gələcəkdə görk olsun!–deyə o Nikitanı 
təriflədi.–Ola  bilsin,  bu  qoç  baĢqa  yerə 
gedib  çıxsaydı,  orada  bundan  lap  keçi  də 
çıxardı,  ancaq  bizim  yerin  qanunu  çox 
sərtdir: sən qoçsansa, ömrünün sonuna kimi 
də  qoç  qalmalısan.  Sənin  üçün  də,  yiyən 
üçün  də,  elə  dövlət  üçün  də,  belə  yaxĢıdır. 
DolanıĢığın  da  yerində  olacaq:  otun, 
kəpəyin,  ürəyin  istəyən  qədər  veriləcək. 
Qoyunlardan  da  hansına  sıçramaq  istəsən, 
özü yanına qaçacaq... Elə deyilmi, Nikita? 
 
–Düz  deyirsiniz,  Ġvan  Sozontıç, 
baĢqa necə ola bilər?!–Nikita cavab verdi.  
 
1
Alfred  Edmund  Brem(1829-1884)–alman 
zooloq  alimi,  “Heyvanların  həyatı”  adlı 
elmi-populyar kitabı ilə tanınır.  
 
 
 
 
Yalançı qəzetçi ilə tezaldanan oxucu 
 
 
Bir qəzetçi vardı, bir də bir oxucu. 
Qəzetçi bərk yalançı idi–ucdantutma hamını 
aldadırdı,  oxucu  isə  tezinanan  idi–hamıya 
aldanırdı. Çox keçmiĢlərdən qalma bu sözü 
eĢitmiĢ  olarsınız:  aldanan  olmasa,  yalançı 
da  olmazdı.  Necə  deyərlər:  Suum 
cuique(Latıncadır: hərə öz istədiyini seçər). 
 
Beləliklə  də,  qəzetçi  öz  zağasında 
oturub  elə  hey  bir  ucdan  yalan  üyüdüb 
tökürdü. 
―Özünüzü 
qoruyun!–difteriya 
adamları  qırıb  tökür!‖  ―Yaz  gələni  ölkəni 
quraqlıq  bürüyüb,  deyəsən  bu  il  çörəksiz 
qalacağıq!‖ 
―Yanğın 
ölkənin 
bütün 
Ģəhərlərini,  kəndlərini  bürüyüb!‖  ‖Ölkəni, 
dövləti  çapıb  talayırlar!‖  Oxucu  da  bunları 
oxuyub,  qəzetçinin  onun  gözünü  açdığını 
düĢünürdü.  ―Gör  bizdə  necə  söz  azadlığı 
var,  hər  yerdən  soraq  alırıq:  hər  yerdə 
difteriya, yanğın, qıtlıq...‖ 

                            Üç aylıq ədəbiyyat dərgisi 
141 
 
Çoxa öyrəĢən aza durmaz. Qəzetçi 
yalanının oxucunun döĢünə yatdığını görüb, 
bir  az da  üstə qoymağa  baĢlamıĢdı.  ―Bizdə 
dövlət öz vətəndaĢına arxa durmur! Oxucu, 
nə  qədər  bacarırsan  küçəyə  çıxmaqdan 
çəkin, yoxsa səni heç nədən tutub qazamata 
basarlar!‖  Tezaldanan  oxucu  isə  küçədə 
baĢını  dik  tutub  yeriyir,  özü-özünə 
deyinirdi:  ―Çox  düz  yazıb  bu  qəzetçi, 
doğrudan  da  bizim  arxamız  nə  gəzir!‖  Bu 
harasıdır,  o  baĢqa  bir  tezaldanan  oxucuyla 
üz-üzə  gəlib  ondan  soruĢurdu:  ―Siz, 
qəzetçinin  bizim  necə  arxasız  olmağımızla 
bağlı  o  kəsərli  yazısını  oxudunuzmu?‖  O 
biri tezaldanan oxucu da deyirdi: ―Onu heç 
oxumamaqmı 
olar, 
oxumuĢam, 
çox 
bənzərsiz  yazıb!  Bu  gün  küçədə  arxayın 
gəzmək  olmur–adamı  heç  nədən  tutub 
damlayırlar!‖  
 
Ancaq  bu  söz  azadlığına  arxayın 
olub  iĢini  buna  uyğun  olaraq  qurmağın  da 
qorxusu  var.  ―Biz  bilmirdik,  bütün  ölkəni 
difteriya 
baĢına 
götürüb,–tezinanan 
oxucular  ağız-ağıza  verib  qıĢqırırdılar,–nə 
yaxĢı  bizi  baĢa  salan  oldu!‖  Onların  buna 
inanması  ruhlarına  bir  toxdaqlıq  gətirirdi, 
indi birdən, qəzetçi durub desə, difteriya var 
idi,  ancaq  çəkilib  getdi,  daha  ona 
inanmayacaq, 
qəzetini 
də 
alıb 
oxumayacaqdılar.  
 
Qəzetçi  isə  bunun  belə  olmağına 
görə  sevinirdi,  onun  da  qazancı  yalandan 
çıxırdı.  Doğru  sözü  tapıb  deməkmi  olur?–
düĢ  qapı-qapı  axtar,  ay  tapdın  a!–lap  hər 
sətrinə  on  qəpik  ödə,  kimdir  sənə  doğrunu 
yazıb gətirən! Ancaq yalan, nə qədər desən, 
yaz-yarat,  alıcısı  da  baĢının  üstündə.  Sətri 
beĢ  qəpikdən  ürəyin  nə  qədər  istəyir  yalan 
toplayıb gətirsinlər sənə! 
 
Beləliklə  də,  qəzetçi  ilə  oxucu, 
aralarından  su  da  keçməyən  dostlara 
çevrildilər.  Qəzetçi  nə  qədər  çox  aldada 
bilir,  o  qədər  də  çox  varlanırdı(yalançının 
istəyi  də  elə  bu  deyilmi?!);  oxucu  isə,  onu 
nə  qədər  çox  aldadırlarsa,  qəzetçiyə  bir  o 
qədər  çox  pul  gətirib  verirdi.  Otur,  ye-iç, 
gedəndə  evə  də  apar–pul  da,  çaxır  kimi 
qəzetçinin baĢını dumanlandırırdı! 
 
―Əyninə geyməyə Ģalvarı yox idi!–
gözügötürməyənlər 
onun 
ardınca 
danıĢırdılar,–indi  bax,  gör  haralara  qalxıb! 
Gör  nə  qədər  ikiüzlü  yığıb  baĢına!  onun-
bunun  ağzını  güdüb  dedi-qodu  daĢıyan 
qulluqçuları  da  öz  yerində!  Ağ  günə  çıxıb 
daha!‖ 
 
BaĢqa 
qəzetçilər 
doğrunu 
yazmaqla yalançı qəzetçini çətinliyə salmaq 
istədilər–dedilər,  ola  bilsin,  oxucu  bizim 
doğru sözümüzə inanıb ondan ayrıla, ancaq 
diləkləri 
gözlərində  qaldı!  Oxucunun 
ayağını  yerə  dirəyib  doğrunu  öyrənmək 
istəməməsi, bilənlər üçün yenilik deyildir: 
 
 
 
Məni qaranlığa gömən bu gerçək 
 
ĠĢığa ucaldan yalandan gözəl... 
 
 
 
Bu iĢin üstündən azmı keçdi, yoxsa 
çoxmu,  bunu  bilən  yoxdur,  ancaq  günlərin 
birində  tezinanan  oxucunun  durumuna 
acıyan yaxĢı insanlar ortaya çıxdılar. Onlar 
yalançı qəzetçini çağırıb dedilər: ―Bu qədər 
də  utanmazlıq,  tanrısızlıq  olmaz!  Ġndiyəcən 
yalanla  alver  elədin  yetər,  bugündən  sonra 
ancaq doğruyla alver eləməlisən!‖  
 
Bu  arada  oxucular  da,  onun 
yazdıqlarına 
ayıq 
baĢla 
yanaĢmağa 
baĢlamıĢdılar,  görürdün  hələ  ismarıĢlar  da 
yazıb  göndərirlər.  Biri  belə  bir  məktub 
yazıb  göndərmiĢdi:  ―Bu  gün  qızımla  Neva 
prospektində 
gəzməyə 
çıxmıĢdıq, 
düĢünürdük  bizi  polis  tutub  aparacaq, 
onların 
saxalama 
otağında 
gecələyəcəyik(qızım  da  özü  ilə  çoxlu 
yaxmac  düzəldib  götürmüĢdü,  ozü  də  bərk 
sevinirdi:  atacan,  bu  gecə  deyəsən  çox 
ilginc  olacaq  mənim  üçün!),  ancaq  bizi 
kimsə  tutub  saxlamadı,  sağlıqla  gəlib 
evimizə çatdıq... Ġndi buyurun, deyin görək, 
bizim  küçəyə  çıxıb  tutulmamağımızı,  sizin 
yazdığınız  o  tutatut  xəbərləri  ilə  necə 
uzlaĢdıraq?‖ 
 
Elə  qəzetçi  özü  də  iĢlərin  bu  yerə 
gəlib  çıxacağını  gözləyirdi.  Düzünə  qalsa, 

142
№ 3 (15) Payız 2015 
 
insanları 
aldatmaq  onun  özünü  də 
bezdirmiĢdi.  Onun  ürəyi  çoxdan  idi 
doğruluğa  sarı  can  atırdı,  ancaq  oxucu 
səndən  ancaq  yalan  istəyirsə,  neyləmək 
olar?!  Ürəyin  ağrısa  da,  yalan  deməlisən. 
Ġndi  dördbir  yandan  onun  üstünə  bıçaq 
çəkib  doğru  danıĢmağını  tələb  eləyirlərsə, 
qoy  belə  də  olsun,  o  bundan  sonra  ancaq 
doğru  danıĢacaq!  Sizə  doğrumu  gərəkdir, 
canınız  cəhənnəmə,  alın  bu  da  sizə  doğru! 
Ġndiyədək,  insanları  aldatmaqla  özünə 
daĢdan iki böyük ev tikmiĢdi, neynək, o biri 
iki evi də doğru danıĢmaqla tikər! 
 
Beləliklə  də,  o  indi  hər  gün  öz 
qəzetində  oxucularını  doğru  danıĢmaqla 
bezdirməyə  baĢladı!  Difteriya  nə  gəzir,  hər 
yerdə  yeyib-içmək,  çal-çağırdır!  Qazamata 
düĢən yoxdur, heç yerdə yanğın baĢ vermir; 
Konotop  yansa  da  yerində  daha  yaxĢısı 
tikilib. YaxĢı yağıĢlar yağdığına görə, bu il 
elə  bol  taxıl  olacaq,  özümüz  də  yeyəcəyik, 
hələ desən almanlara da tula payı verəcəyik: 
qoy tıxsınlar!  
 
Burada  bir  maraqlı  məqam  da  var 
idi: qəzetçi indi ona doğru yazılar göndərən 
müxbirlərinə  də,  qabaqlar  yalan  yazan 
müxbirlər  kimi,  hər  sətir  yazı  üçün  beĢ 
qəpik  pul  ödəyirdi.  Doğruluqla  alver 
eləməyə  baĢlayan  gündən,  onun  dəyəri 
günü-gündən  aĢağı  düĢməyə  baĢlamıĢdı. 
Belə çıxır, istər satlıq yalan olsun, istərsə də 
satlıq  doğru,  ikisnin  də  dəyəri  qəpik  quruĢ 
olur. Doğruluq alverinə baĢlayandan  sonra, 
qəzetin  satıĢı  azalmaqdansa  bir  az  da  çox 
artmağa  baĢladı.  XoĢ  qoxulu  havanın  iyinə 
can atan çox olur!  
 
Çox  keçmədən  oxucu  hər  Ģeyə 
ayıq  baĢla  yanaĢmağa  baĢlayıb,  büsbütün 
gözüaçıq  oldu.  Düzdür,  bundan  qabaq  o 
yalanı  doğru  sayanda  da  pis  yaĢamırdı, 
ancaq  bu,  indiki  durumu  onun  ürəyinə  lap 
çox  yatırdı.  Çörək  dükanına  girir,  ona 
deyirlər:  ―ĠĢə  bax  ha,  deyirlər  çörək  get-
gedə  ucuzlaĢacaq!‖,  toyuq  satılan  dükanda 
isə deyirlər: ―Gör nələr olur, deyilənə görə, 
bu yaxınlarda toyuq qəpik-quruĢa olacaq!‖ 
 
–Toyuq indi neçəyədir? 
 
–Ġndi  ikisi  bir  manat  iyirmi 
qəpiyədir! Gör allahın köməyi ilə iĢlər necə 
yaxĢılığa sarı gedir də! 
 
Günlərin  bir  günü,  tezinanan 
oxucu  geyinib-kecinib  küçəyə  gəzməyə 
çıxdı.  Ürəyində  ən  yaxĢı  diləklərlə, 
düĢüncəsində  gələcəyə  bəslədiyi  böyük 
inamla  yeriyir,  əlindəki  çubuğu  yelləyirdi: 
bütün  görkəmi  ilə  yan-yörəsindəkilərə 
qorxusuz-ürküsüz  olduğunu,  arın-arxayın 
gəzib dolandığnı göstərirdi!  
 
Ancaq görün iĢliyin tərsliyindən nə 
baĢ  verdi.  O,  evindən  çıxıb  beĢ-on  addım 
atmamıĢ, hansısa bir yanlıĢa görə onu tutub 
damladılar.  Orda  o,  bütün  günü  ac-sussuz 
qalmalı  oldu.  Düzdür,  onun  qabağına 
yemək-içmək  qoysalar  da,  o  bu  it  yalına 
oxĢayan  yeməyə  baxıb  düĢünürdü:  ―Ucuz 
çörək  bunamı  deyirdilər?  Buna  iydən-
qoxudan yaxın durmalı deyil!‖ 
 
O qazamatda difteriyaya yoluxdu. 
 
Ertəsi  günü  onu  yanlıĢ  olaraq 
tutuqladıqlarını 
aydınlaĢdırıb, 
zaminə 
buraxdılar(nə  bilmək  olar,  birdən  yenə  də 
tutuqlamalı  oldular).  O  evə  gəlib,  çox 
keçmədən, yoluxduğu difteryadan öldü. 
 
Ancaq  yalançı  qəzetçi  hələ  də 
sağdır.  Artıq  dördüncü  daĢ  evi  tikib 
qurtarmaq  üzrədir,  iĢi-gücü  səhərdən 
axĢama  kimi  düĢünməkdir:  yaxĢı,  görəsən 
gələcəkdə mən bu tezinanan oxucunu nə ilə 
aldadım: yalanla, yoxsa doğru ilə?    
 
 
 
 
Rus dilindən Araz Gündüz çevirmişdir. 
 
Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin