Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   24   25   26   27   28   29   30   31   32

XX Fəsil. 
 
      Hər  gün  anama  yoluxur,  imtahanlara 
hazırlaĢırdım. 
Elmi 
kommunizmdən 
imtahan  verməkdən  qorxurdum.  Buna  görə 
universitetdə  məsul  vəzifədə  iĢləyən  bir 
nəfər həmyerlimizdən mənə bu iĢdə kömək 
etməsini  xahiĢ  etdim.  Pul  verəcəyimi  də 
dedim.  Pul  məsələsi  ürəyimcə  deyildi. 
Pulum  az  idi.  Pul  verəsi  olsaydım 
vəziyyətim  çox  çətin  olacaqdı.  Dostum 
baĢından etmək üçün mənə belə dedi. 
     -Sən  altı  ildir  burda  oxuyursan,  kömək 
etmək  üçün  mənə  bir  dəfə  də  müracit 
etməmsən. 
Qorxma, 
deyilənlərə 
fikir 
vermə.  Dövlət  imtahanı  kurs  imtahanından 
asan  olur.  Sən  qiymət  alacaqsan,  pul 
verməyinə 
razı 
deyiləm. 
Dostumun 
dedikləri  ürəyimdən  oldu  və  həm  də  məni 
ürəkləndirdi.  Bundan  sonra  imtahana  daha 
da  ciddi  hazırlaĢmağa  baĢladım.  Sutkanı 
qrafikə bölmüĢdüm. Günorta anamın yanına 
gedib  gəlirdim.  Saat  19-da  bulvara  çıxıb  o 
baĢa  gedib  qayıdırdım.  Gündə  bir  dəfə 
çörək yeyib 6 saat yatırdım.   
 
XXI Fəsil. 
 
      Növbəti  dəfə  yenə  qəbul  hakiminin 
yanına  getdim.  Xeyri  olmadı.  Bu  get-gəl 
çox  çəkdi.  Anamın  yanına  gemtməyə  daha 
utanırdım.  Anam  nələr  çəkdiyimdən 
xəbərsiz  idi.  Məni  danlayırdı.  O  elə  zənn 
edirdi ki, mən öz iĢimlə məĢqulam, onun iĢi 
isə  yadıma  düĢmür.  Onun  töhmətlərinə 
dözürdüm.  Yenə  qəbul  həkiminin  yanına 
gələndə  orada  yaĢlı  bir  qadın  gördüm.  Bu 
qadın  həddindən  artıq  kök,  ədəbaz  geyimi, 
yaĢına  uyğun  olmayan  gözünün  ağı  
həddindən  artıq  çox,  qara  bir  qadın  idi. 
Cavan  həkim  məni  bu  qadına  göstərərək 
dedi: 
        -Doktor, bu oğlan bir aydan çoxdur ki, 
mənim  yanıma  gəl-get  edir.  Anası  Ģüa 
müalicəsi  qəbul  etməlidir.  Ancaq  kömək 
edə  bilmədim.  XahiĢ  edirəm  ona  kömək 
edəsiniz.  
  Daha  sonra  mən  qadın  həkimə  yalvara-
yalvara  məzlum  dillə  xahiĢimi  etdim.  Bu 
həkim  də  mənə  hansısa  bir  günü  vəd  etdi. 
Bu  vədlər  də  boĢa  çıxırdı.  Mən  artıq  üç 
imtahan  verib  yaxĢı  qiymətlər  almıĢdım. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
195 
Amma  çəkinidiyim  bu  zəhləmgetmiĢ  elmi 
kommunizm  imtahanı  qalmıĢdı.  Növbəti 
dəfə  həkimin  yanına  ümidsiz  gəldim. 
Həkim məni görcək dedi: 
        -Get  tez  ananı  gətir.  Dəhlizə  kuĢetka 
qoyduracağam,  bu  gecə  orda  yatar.  Sabah 
palataya keçirdərik, əks təqdirdə gecə xəstə 
gətirə bilərlər.  
Mən  tələsik  bayıra  çıxıb  taksi  saxladım. 
Lenin  prospektinə  sürdürüb  anamı  götürüb 
xəstəxanaya  qayıtdım.  Onu  xəstəxanaya 
yerləĢdiribn  arxayınlaĢdım.  Yaxınlıqdakı 
çayxanaya  gedib  bir  çaynik  çay  sifaiĢ 
etdim. Allah heç kimə göstərməsin, xərçəng 
çarəsiz  xəstəlikdir.  Onun  adına  ―ölüm‖ 
desəydilər  daha  yaxĢı  olardı.  Ġndi  anamı 
xəstəxanaya qoymaq haqqında yox, gələcək 
anasızlığım 
haqqnda 
düĢünürdüm.  
Özümdən  asılı  olmayaraq  əllərimi  göyə 
qaldırıb  lal  baxĢılarla  Allahdan  ona  bir  il 
ömür  arzulayırdım  ki,  bəlkə,  ona  bir  az 
xidmət edə biləm.  
 
XXII Fəsil 
 
       Bir gün qaynım Bakıya mənim yanıma 
gəldi.  O,  Bakıda  iĢləyirdi.  Xüsusi  olaraq 
mənim    üçün  gəldiyini  bilmirdim.  AxĢam 
məndən ayrılanda toxtaq-toxtaq dedi. 
       -Sabah  evə  getsən  yaxĢı  olar.  Nahid 
xəstələnib.  
      Səhər  anamın  yanına  getdim.  Evə 
gələndən  sonra  gördüm  Nahidin  baĢı 
sarıqlıdır,  ancaq  baĢı  çox  böyükdür.  Sarığı 
açılandan  sonra  uĢağın  baĢınının  ĢiĢib  sol 
tərəfə  əyildiyini  gördüm.Qulağı  Ģaç  altında 
qaldığından  görünmürdü.  Qulağın  yerində 
xırdava deĢik vardı. Daha pulum yox idi, nə 
edəcəyimi  bilmirdim.  Nə  də  satmağa  bir 
Ģeyimizn yox idi. Asi düĢmüĢdüm ki, Allah 
bu  bəlaları  baĢıma  niyə  açır?  Nə  günahın 
sahibiyəm.  Gecə  gözümə  yuxu  getmirdi, 
sabah  nə  iĢ  görəcəyimi  bilmirdim.  BaĢım 
onsuz  da  dumanlanmıĢdı.  Heç  fikirləĢə  də 
bilmirdim.  
      Tezdən  həyətdə  maĢın  səsi  eĢitdim. 
DıĢarı  çıxanda  savxozun  benzin  daĢıyan 
maĢınını gördüm. Adil kiĢi maĢından düĢüb 
evə gəldi. O ərklə: 
      -Sən  bu uĢağı  evdə  öldürəcəksən? Niyə 
həkimə aparmırsan? – dedi. 
Mən asi-asi cavab verdim.  
       -Bilirəm  ananın  yanından  gəlmisən, 
pulun yoxdu, Dur hazırlaĢ, məndə pul var.  
Mənim  lampama  sanki  neft  töküldü.  Adil 
Nahidi  qucağına  götürüb  maĢına  mindi. 
Xəstəxananın  yanında  yerə  düĢdük.  Adil 
mənə  yüz  manat  pul  verərək  məndən 
ayrıldı.Mən  uĢağı  qucağıma  götürüb 
tanıĢım  qulaq  burun  həkiminin  qəbuluna 
apardım. Doktorlar uĢağa baxaraq dedi: 
      -Müəllim  niyə  bu  qədər  gecikmisən? 
Mən  dinmədim.  Doktor  öz  iĢinə  baĢladı. 
Qulağın  dibindən  neĢtərlə  yaranı  deĢdi. 
Oradan  iki  böyrəkvari  ləyən  çirk  çıxdı. 
UĢaq nibətən sakitləĢdi və yatdı. Mən etika 
xatirinə  həkimi  könülsüz  olaraq  günorta 
yeməyinə  dəvət  etdim.  Nahar  fasiləsi 
baĢlamıĢdı.  Etiraf  edim  ki,  ürəyimdən  qara 
qanlar  axırdı.  Həkim  demiĢdi  ki,  uĢağı 
gərək  Bakıya  aparasan  ki,  orda  əməliyyat 
olunsun.  Bunun  üçün  cibimdə  pulun  az 
olduğunu  bilirdim.  Doktoru  günortaya 
dəvət 
etməmək 
mənim 
üçün, 
ən 
azı,hörmətsizlik  olardı.  Həkim  məni  bahalı 
bir  pavilyona  tərəf  çəkirdi.  Mən  bunu  hiss 
edirdim,  lakin  həkimə  heç  nə  deyə 
bilməzdim. Paviyonda həkim nə yeyəcəksə, 
sifariĢi siz verəcəksiniz deidm. Həkim sup, 
tabaka  içkilərdən  isə  konyak  sifariĢ  etdi. 
Ġçki gələndə mən badəmi kənara çəkdim ki, 
bəlkə  konyakın  yarısı  qala.  Ancaq  zalım 
oğlu  xörək  paylayan  konyakı  bütöv  çəkdi 
hesaba.  Doktor  Ə.  Qarayev  adına  uĢaq 
xəstəxanasına  göndəriĢ  yazdı.  Mən  yenə 
çətinlik  qarĢısında  qaldım,  çünki  pulum  az 
idi. UĢağı anama göstərsəydim anam bunun 
da  xiffətini  çəkəcəkdi.  Göstərmədikdə  isə 
elə  baĢa  düĢəcəkdi  ki,  mən  hardasa  öz 
iĢimlə 
məĢğul 
olub 
onun 
yanına 
getməmiĢəm. Buna görə nahidi onun yanına 
apardım.  Nahidin  yarasının  çirki  çıxdığı 
üçün 
sakitləĢmiĢdi. 
Anam 
vəziyyəti 
biləndən  sonra  kədərləndi  və  mənim  də 

196
№ 3 (15) Payız 2015 
 
əhvalıma  acıdı.  UĢaq  axĢam  anamla  qaldı. 
Səhər  isə  onu  xəstəxanaya  qoydum. 
Birisigün  Elmi  kommunizmdən  imtahan 
verib bir ölü üç aldım. 
 
                   XXIII fəsil 
 
  Nahidi  xəstəxanaya  verəndən  sonra  məni 
onun  yanına  buraxmadılar.  Baxmayaraq 
gedib  hər  gün  meyvədən  Ģirniyyatdan 
aparırdım.Bilmirdim  ki,  apardıqlarımdan 
uĢağa bir Ģey verirlərmi? Bir rus tibb bacısı 
vardı  ki,  mən  sovqatı  ona  verirdim.  Onun 
qarnı  bəlkə  də  xəstəxanada  biĢən  bütün 
yeməkləri  tutardı.  Anam  hər  gün  Nahidi 
soruĢardı,  mən  də  yalandan  yaxĢıdır 
deyərdim.  Bir  dəfə  həkimin  tapĢırığı  ilə 
məni  yuxarı  çağırdılar.  Belə  olmadı  həkim 
məni  analiz  verməyəçağırmıĢdı    Yenə  də 
uĢağı görə bilmədim. 
 
XXIV Fəsil 
 
     Necə  olmuĢdusa  bu  gün  anamın  yanına 
gec  getmiĢdim.  Gördüm  qonĢumuz  anamın 
yanındadır.  GörüĢdük.  Mən  elə  bilirdim 
anama dəyməyə gəlib. Mən çatandan bir-iki 
dəqiqə keçməmiĢ: 
     -Müəllim  mən  gedəcəyəm,  gedək  məni 
yola sal, –dedi 
    QonĢum  anamla  salamatlaĢaraq  qapıya 
doğru  yeridi  və  mən  də  onun  arxasnınca 
küçəyə  doğru  yeriməyə  baĢladım.  Küçədə 
bir  taksi  saxlayıb  köhnə  karvansaraya 
sürdürdük.  Xaltura  edən  minik  maĢınları 
bizim  tərəflərə  burdan  gedirid.  Burada 
qonĢumuz  baĢını yuxarı qaldırmadan mənə 
toxtaq-toxtaq  dedi.  Gəl  sən  də  mənimlə 
gedək, Azərin qıçı sınıb.  
      ġoka düĢdüm bu xəbərdən. Daha heç nə 
soruĢa  bilmədim.  Arxamı  yanımdakı 
həmiĢəyaĢıl  ağaca  söykəyərək    durdum. 
Ətrafdakı hər Ģeyi eĢidir, duyur ancaq dərk 
edə  bilmirdim.  Cansız  müqəvva  kimi 
dayanmıĢdım.  Mən  xəstələrimin  çıxacağı 
günü gözlədiyim halda baĢıma gör nə gəldi? 
QonĢum qolumdan dartanda özümə gəldim. 
MaĢın  bizi  gözləyirdi.  Bizdən  baĢqa  qabaq 
oturacaqda  bir  nəfər  də  əyləĢmiĢdi.  Ələtə 
çatana  qədər  heç  nə  soruĢmadım.  Elə 
bilirdim ki, Azər ölüb, məni aparırlar. Azər 
ən  kiçik  oğlum  idi.  Nəhayət,  var  gücümü 
toplayıb soruĢdum: 
       -QonĢu, sən balalarının canı, düzün de, 
Azər ölüb, məni aparırsan?  
 O,  bir  daha  and  içdi  ki,  elə  bir  Ģey  yoxdu. 
Ancaq bir qıçı dizdən aĢağı qırılıb. Təbii ki, 
yenə  də  inanmadım.  Biz  xəstəxanaya 
çatanda  artıq  axĢam  idi.  Ġçəri  girəndə 
Azərin nənəsini, babasını, dayısını və baĢqa 
qohumlarını orda gördüm.  
Azər mənə baxıb dedi: 
        -Heç nə olmayıb papa, bir az cızılıb. 
       Mən  bir  balaca  gülümsəyib  özümə 
gəldim. Bir qədər onunla əyləndikdən sonra 
üzümü qohumlara tutub dedim:  
      -Sizin hamınızın burda bir xəstəniz var. 
Mənim  isə  Bakıda  iki  xəstəm  var,  mən 
icazə versəniz qayıtsam yaxĢıdır.  
      Onlar  da  mənlə  razılaĢdılar.  Onlar 
məndən  anamın  və  Nahidin  vəziyyətini  
soruĢandan  sonra  məni 
dəmir 
yol 
stansiyasına  yola  saldılar.  Qatara  minib 
yerimi  rahatlayandan  sonra  uzandım.  Ġndi 
hiss  etdim  ki,  baĢım  və  bütün  bədənim 
zoqquldayır.  Dərhal  məni  yuxu  apardı.Bir 
də Bakıda bələdçinin səsinə ayıldım.  
 
XXV Fəsil 
 
    Get-gəldən  yorulmuĢdum.  Məni  Nihadın 
yanına buraxmırdılar ki, buraxmırdılar. Hər 
gün  saatlarla  xəstəxanının  qarĢısından 
boylanırdım,  lakin  Nahidi  görmürdüm.  Bu 
gün bərk isti idi. Əl-üzümə su vurmaq üçün 
həyətdə  ağacları  sulayan  kiĢinin  yanına 
gəldim. O, əlimə su tökə-tökə soruĢdu. 
      -Sizi  çoxdan  buralarda  görürəm  hələ 
uĢağınız bu qədər vaxtda sağalmayıb?  
Mən cavabımda: 
      -UĢaq 
nəinki  sağalmayıb,    heç 
vəziyytindən  xəbərim  də  yoxdu.  Nə  yanına 
buraxırlar,nə  də  mənə  göstərirlər.  Ürəyim 
partlayır. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
197 
    Ağaclara  qulluq  edənin  deyəsən  mənə 
rəhmi  gəlmiĢdi.  O,  ətrafına  boylanaraq 
mənə  dedi.  Buranın  arxasında  ikinci 
mərtəbəyə  qalxmaq  üçün  nərdivan  var. 
Onunla  xəstəxananın  ikinci  mərtəbəsində 
yerləĢən  dəhlizə  çıxa  bilərsən.  Əgər  qapı 
açıq  olsa.  ĠĢdi,  qapı  açıq  olmasa 
aynabənddən baxarsan, bir adam olsa ondan 
xahiĢ edərsən, beĢ-altı manat versən yəqin o 
Ģəxs  sənə  kömək  edər.  Gəlib  pilləkəni 
tapdım.  Təsadüfən  qapı  açıq  idi.  Qapını 
ehtiyatla 
aralayıb 
dəhlizə 
baxmağa 
baĢladım.  Bir  qarabəniz.  Qara  qaĢ-gözü, 
qara  saçlı  əynində  ağ  güllü  pamazı  paltar 
baĢının  kənarı  tənziflə  yüngül  sarınmıĢ  bir 
qız  uĢağı  mənə  tərəf  gülə-gülə  baxaraq  o 
tərəf-bu  tərəfə  qaçırdı.  Qız  o  qədər  Ģirin 
gəldi  ki,  özümdən  asılı  olmayaraq  qızı 
çağırdım.  
-
 
 
-
 
Gəl yanıma. 
Qız dəhlizin o baĢından yanıma qaçaraq 
-
 
Papa, tı mne ne znayeĢ? 
     Mən onun Nahid olduğunu indi anladım. 
Onu  qucağıma  alıb  bərk-bərk  sıxdım. 
Ağlamırdım,  ancaq  gözümdən  yaĢ  gəlirdi. 
Buradan  çıxaraq  birbaĢ  anamın  yanına 
qaçdım.  ġadlığımın  həddi  hüdudu  yox  idi. 
Anamı  qucaqlaıb  dönə-dönə  öpməyə 
baĢladım. 
Ġndiyə 
qədər 
ona 
yalan 
danıĢdığmı 
söylədim. 
Nahidlə 
görüĢdüyümü, 
əməliyyatdan 
çıxdığını, 
yaxın 
günlərdə 
evə 
buraxılacağını 
söylədim.  Əvvəl  Azər  sonra  isə  Nahid 
xəstəxanadan  çıxdılar.  Çox  keçmədi  ki, 
anam da yanımıza gəldi.  
 
XXVI Fəsil 
 
      Anam evimizə gələndən dörd gün sonra 
altıncı  oğlum  doğuldu.  Bu  bir  daha  anamı 
çox  sevindirdi.  Anam  xəstəxanada  yatanda 
on  bir  ədəd  otuz  qəpiklik  lotoreya 
almıĢdım.Tiraj ―Kommunist‖ qəzetində çap 
olunmuĢdu.  Axtardım  ki,  lotoreyaları 
yoxlayım.  Söhbət  əsnasında    qonĢum  dedi 
ki, bizdə olan qəzetdə tiraj var. Mən onlara 
gedib  tiraj  olan  qəzeti  istədim.  Onun 
yoldaĢı qəzeti mənə verdi. Həyətdəki stolun 
üstünə  qəzeti  sərib  lotorayalrı  yoxlamağa 
baĢladıq.  Üç  lotoreya  uyğun  gəlmədi. 
Dördüncü  lotorayanın  seriyasında  jiquliyə 
düĢməyə  bir  rəqəm  çatmadı.  Öz-özümə 
deyinməyə  baĢladım.  Hardaydı  məndə  belə 
bəxt.  BeĢinci  lotoreya  həmin  seriyaya 
uyğun  gəldi.  Mən  VAZ21-03  jiquli 
udmuĢdum.  Qalan  lotoreyaları  yoxlamadan 
qatlayıb cibimə qoyub evə gəldim. Anamın 
yatağının  yanında  oturub  onun  əlindən, 
üzündən dəlicəsinə öpməyə baĢladım.  
     - Ədə, dəli olmusan, nədi? –dedi. 
     -Ana  muĢtuluğumu  ver,  lotoreyama 
maĢın düĢüb – dedim. 
      Anam  da  məni  öpüb  Allaha  Ģükür  etdi. 
Sabah  rayon  mərkəzinə  əmanət  kassasına 
getdim. 
Lotoreyanın  jiquli  udduğunu 
dedim.  Onlar  təzədən  özlərindəki  tirajı 
gətirib  yoxladılar.  Mənim  sənədlərimi  alıb  
sənədləri  iĢləməyə  baĢladılar.  Ġndi  Bakıdan 
maĢını 
götürmək 
qalırdı. 
Bakıya 
getməmidən  əvvəl  oğlanlarımın  doğum 
Ģəhadətnamələrini  də  özümlə  götürdüm. 
Pulum  yox  idi.  Bir  qədər  borc  pul  tapıb 
sürücü  ilə  Bakıya  yollandım.  MaĢını  mənə 
birisi gün verəcəkdilər. Mənim isə dözməyə 
səbrim  çatmırdı.  Vaxtdan  istifadə  edib 
universitetə 
gedib  diplomumu  aldım 
vəuniversitetdə  iĢləyən  yerlimin  otağına 
getdim. GörüĢdükdən sonra dedim: 
-
 
Qaqa,  məni  təbrik  elə, 
yeni  oğlum  doğulub,  diplomu 
almıĢam, 
lotoreyam 
jiquli 
maĢınına düĢüb –deyərək sənədləri 
bir-bir onun qarĢısına qoydum.  
      Yerlim  də  məi  öpərək    ürəkdən  təbrik 
etdi.  
      YaxĢı  deyiblər:  ―Hər  qaranlıq  gecənin 
bir nurlu səhəri var.‖ 
 
Avqust-aprel 2013-2014. Gəncə 
I hissənin sonu
  
 


198
№ 3 (15) Payız 2015 
 
PALITRA 

 
 
  
       Frida  Kahlo  de  Rivera (6  Ġyun,  1907  – 
13  Ġyul,  1954;  Magdalena  Carmen  Frieda 
Kahlo  y  Calderón)  Meksikalı  rəssam 
Coyoacán-da  (Meksika)  anadan  olmuĢdur. 
Fridanın atası fotoqraf – almaniyalı yəhudi, 
anası  isə  hind  mənĢəli  ispaniyalı  qadın  idi. 
UĢaqlığının  erkən  çağlarında  –  6  yaĢında 
ikən, Frida poliomelit xəstəliyi keçirir ki, bu 
da  onun  sağ  ayağının  sol  ayağına  nisbətən 
qısa və nazik olması ilə nəticələnir. Frida bu 
qüsurlu  xəstəliyi  ilə  mübarizə  aparmağa 
çalıĢır:  o,  çoxlu  üzür,  oğlanlarla  futbol 
oynayır  və  hətta  boks  ilə  də  məĢğul  olur. 
Onun  səylə  göstərdiyi  bütün  bu  cəhdlər 
hədər  gedir  və  o,  ömür  boyu  axsaq  qalır. 
Nəticə  etibarı  ilə,  bu  cəhdlər  onun 
xarakterinin  zərif  bir  qadın  xarakteri  kimi 
formalaĢmasına 
mane 
olur. 
      Tale  Fridaya  yeni  ―qara  sürprpriz‖ 
hazırlayırdı.  17  Sentyabr,  1925-ci  ildə,  18 
yaĢlı Frida ağır avtomobil qəzasına uğrayır. 
Qəza zamanı, arxası üstə yerə yıxılmıĢ gənc 
Fridanın  qarın  nahiyəsinin  üstünə  zərblə 
tramvayın  bir  hissəsi  düĢür…  Nəticədə  o, 
onurğa  sütununun  üç  yerindən  sınması, 
çiyin  və  çanaq  sümüyünün  və  həmçinin 
bədəninin müxtəlif yerlərində sümüklərinin 
sınıqları ilə ağır xəsarət alır. Onun qarın və 
uĢaqlıq  nahiyəsi  metal-dəmir  ilə  zədələnir, 
hansı  ki,  bu  da  uĢaqlığın  reproduktivlik 
funksiyasına  ciddi  xəsarət  yerirmiĢ  olur. 
Belə  ki,  Frida  gələcəkdə,  qısır  qalmaq 
təhlükəsinə  məruz  qalmıĢ  olur.  Bu  faciəvi 
qəzada  aldığı  xəsarətlərə  görə,  yaĢadığı 
müddətdə  Fridanın  üzərində  təxminən 
otuzdan 
çox 
əməliyyat 
aparılmıĢdır. 
       
 YaĢadığı  faciələr,  sarsıntılar  və  düĢüncələr 
o  andan  etibarən  öz  əksini  bu  tablolarda 
tapacaqdı… 
 ―Mən  ona  görə  öz  rəsmimi  çəkirəm  ki, 
əksər 
vaxtımı 
özümlə 
təklikdə 
keçirdirdirəm və ən çox məlumata  
malik  olduğum  mövzu  da  məhz  mənim 
özüməm.‖  -sərt  bir  təzdə,  Frida  bəyan 
edirdi… 
    Fridanın  xəstəxanada  çəkdiyi  ilk  rəsm 
əsəri, onun yaradıcılığının əsas istiqamətini 
əbədi  olaraq  əks  etdirən  avtoportret 
olmuĢdur.  Ən  çox,  avtoportretləri  ilə 
tanınan Frida Kahlonun əsərləri öz ―ağrı və 
ehtirası‖  və  öz  güclü,  parlaq  boyaları  ilə 
yadda qalmaqdadır 
 
 
       Xəstəxanada  yatarkən,  Frida  bir  çox 
rəsmlər  çəkir.  …və  nəhayət,  o,  yataqdan 
ayağa qalxıb, yeriməyi bacaranda, gördüyü 
ilk  iĢ  –  çəkdikləri  rəsmlərini  bir  çantaya 
toplayıb  onları Dieqo Riveraya göstərməyə 
aparması  olur.  Bir  ilini  yataq  Ģəraitində 
rəsm çəkməklə keçirən Frida artıq bu sənətə 
ciddi  yanaĢmağa  baĢlayır  və  rəssamlıq 
sənəti  üzrə  təhsil  almağa  baĢlayır.    ―Mən 


                            Üç aylıq ədəbiyyat dərgisi 
199 
həyatımda  iki  ağır  qəza  keçirmiĢəm… 
Birinci  –  uğradığım  yol  qəzasında  fiziki 
olaraq  tramvayın,  ikinci  –  Dieqonun  ruhən 
məni  əzməsi  oldu.‖  –  Frida  Kahlo  sevgili 
əri  Dieqo  Rivera  haqqında. 1929-cu  ildə, 
Frida  Kahlo  və  Dieqo  Rivera  evlənirlər.  O 
vaxt,  Fridanın  22,  Dieqo  Riveranın  isə  43 
yaĢı vardır. Onlar tək yaĢ baxımından deyil, 
xarici  görünüĢcə  də  bir-birindən  kəskin 
fərqlənirdilər.  Frida  bəstə  boylu,  zərif  bir 
qız  idi, Dieqo  Rivera  isə  ağır  çəkili,  boyca 
Fridadan  çox  hündür  birisi  idi.  Bununla 
belə,  hər  Ģeyə  rəğmən  onların  arasında  sıx 
bağlılıq  vardı  –  sevgi.  Onların  coĢqun 
münasibətləri  xəyanət,  peĢə  təzyiqləri, 
boĢanma  və  yenidən  evlənmə,  Fridanın 
biseksual  hərəkətləri,  onun  zəif  səhhəti  və 
qısır olması kimi ciddi məqamlara da qalib 
gəlir. 1940-cı illərdə, Fridanın rəsm əsərləri 
bir neçə məĢhur sərgilərdə nümaiĢ olunur 
.  
 
 
Həmin  ərəfədə,  onun  səhhəti  ilə  bağlı 
problemləri  daha  da  ağırlaĢmağa  baĢlayır. 
Ağrıları yüngülləĢdirmək üçün qəbul etdiyi 
dərmanlar  və  uyuĢdurucu  maddələr  onun 
ruhi vəziyyətini dəyiĢdirir. Bu dəyiĢikliklər 
onun  gündəliyində  də  öz  əksini  aydın 
Ģəkildə tapmaqdadır.  Zamanla, onun ağrılar 
daha  da  güclənir…  Zədəli  onurğa  sütunu 
onu  tez-tez  xəstəsanada  yatmağa  və  demək 
olar  ki,  daima  xüsusi  korset  geyinməyə 
vadar  edir.  Sərgilərindən  birinin  açılıĢında 
onun vəziyyəti çox ağır olur. Həkim ona  
 
 
yataqdan  qalxmağı  qəti  qadağan  edirdi, 
lakin  o,  sərgi  açılıĢına  gedəcəyini  inadla 
təhrik  edir  və  Fridaya  xas  tərzə  uyğun 
olaraq  –  o,  dediyindən  dönmür.  Rəssam 
Kahlo  açılıĢa  çarpayısı  ilə  təcili  yardım 
maĢınındagəlir. 
Çarpayıda 
uzanmıĢ 
vəziyyətdə,  dörd  nəfərin  müĢahidəsi  ilə 
Frida  sərgi  zalına  daxil  olur.  1950-ci  ildə 
Fridanın  onurğa  sütununda  7  tibbi 
əməliyyat  aparılır  və  o,  9  ay  ərzində  yataq 
Ģəraitində  qalmalı  olur.  Bundan  sonrakı 
həyatını  isə  o,  əlil  arabasında  gəzməklə 
keçirir.  1944-cü  ildən  vəfat  etdiyi  günə 
qədər,  Frida  gündəlik  yazardı.  170  vərəqli 
gündəlik  uĢaqlıq  xatirələri,  xəstəliklə 
mübarizə,  Dieqo  Riveraya  olan  istirablı 
sevgisi,  incəsənət  və  siyasət  barəsində 
yazılardan ibarətdir. Burada həmçinin, onun 
sulu  boyayla  çəkdiyi  rəsmlər,  gələcək 
əsərləri olacaq eskizlər, avtoportretlər və s. 
kimi  rəsmləri  də  vardır.  Frida  öz 
gündəliyinə  bu  sözlərlə  yekun  vurmuĢdur: 
―Ġnanıram  ki,  bu  sonluq  mənə  sevinc 
gətirəcək  –  və  ümidvaram,  mən  bir  daha 
geri  dönməyəcəm –  Frida.  Fridanın  külü 
onun  Dieqo  ilə  yaĢadığı  ―Mavi  ev‖indəki 
pre-Columbian 
urnada 
saxlanılır. 
Vəfatından bir müddət sonra, Dieqo Rivera 
Fridanın  evini  muzey  edilməsi  məqsədi  ilə 
Meksika  hökumətinə  təhvil  verir.  1957-ci 
ildə  Dieqo  vəfat  edir  və  1958-ci  il  iyluyun 
12-də  ―Frida  Kahlo  Muzeyi‖nin  rəsmi 
Ģəkildə açılıĢı olur 
 

200
№ 3 (15) Payız 2015 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YEN
Ġ 
  N
Əġ
RL
Ə
R
 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin