Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3.87 Mb.
Pdf просмотр
səhifə1/32
tarix06.09.2017
ölçüsü3.87 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   32

Üç aylıq ədəbiyyat dərgisi № 3(15) 
www.yazidergisi.com 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Payız  2015 
 

2
№ 3 (15) Payız 2015 
 
Təsisçi və baĢ redaktor:  
Azad Qaradərəli 
 
e-mail ünvanımız: 
azadqaradereli@yahoo.com 
 
Dərginin elektron ünvanı: 
www.yazidergisi.com 
 
Dərgi ilə telefon əlaqəsi:  
050-3737121 və 055 -7173403 
  
 
BANK HESABIMIZ: 
  
HESAB SAHĠBĠ: 
VƏLĠYEV AZAD VƏLĠ OĞLU 
Hesab nömrəsi: 382100000001713 
VÖEN 1801515182 
ĠBAN 
AZ75JBBK00000382100000001713 
BANKIN ADI: 
Bank of Baku ASC Neftçilər filialı 
VÖEN 1700038881 
Kod: 507376 
Müxbir hesab 
AZ27NABZ01350100000000007944 
S.W.I.F.T. JBBKAZ22
 
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 
Mətbu nəĢrlərin qeydiyyat reyestri №3467 
 
 
D
ə
rginin 
qapaq 
hiss
ə
sind
ə
 
v
ə
 
içə
risind
ə
 
verilmiş  rə
sm 
ə
s
ə
rl
ə
ri   
görkə
mli  meksika  r
əssamı  Frida 
Kahloya  m
ə
xsusdur 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

                            Üç aylıq ədəbiyyat dərgisi 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(Baş redaktor müavini) 
(Baş redaktor müavini) 
(Baş redaktor) 
(Türkiyə) 
Samir İlqaroğlu 
(Türkiyə) 

4
№ 3 (15) Payız 2015 
 
 
 
 
 
 
BaĢ redaktordan ................ 
 
Ədəbiyyat xəbərləri............ 
 
Yazıçının arxivindən 
Sabir  Əhmədli  ―Yazılmayan yazı‖ 
roman, davamı......... 
 
Bir kitab Ģeir 
Rasim Qaraca Ģeirləri.............. 
 
Hekayə guĢəmiz 
RövĢən  Yerfi,  Usuboğlu,  ġərif 
Ağayar,    Natiq  Mənnədli,  MüĢfiq 
Xan, 
Etibar 
Salmanlı, 
Namiq 
Hüseynli,  Samir  Ġlqaroğlu,  RövĢən 
Danyeri,  Ayxan  Ayvaz,  Hacıbala 
Səfərov,  Fariz  Yunisli,  Günel  Natiq, 
Fərhad Zeynalovun hekayələri 
...................................................... 
 
Poeziya, poeziya 
Ziba Xəlil, Kənan Hacı, El-Sevər, 
Furqan, Vəfa Mürsəlqızı və Qalib 
Bəhramoğlunun Ģeirləri 
 
Güney sovqatı 
 
Rza Talibi, V.Ġlqar, Kiyan Xiyav, Səid 
Muğanlı, Məhəmməd Səfəri,  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
M.Ləvainin Ģeirləri və  Ruqiyyə 
Səfərinin ―Dəlixana‖ hekayəsi...... 
 
Çevirmə  
Xulio Kortosar, M.Saltıkov-ġedrinin 
əsərlərindən nümunələr  
 
Nəsr 
Azad Qaradərəli   ―ġüĢə ev‖,  roman 
(davamı)............................ 
 
Esseistika 
Niyazi Mehdi. Esse 
Thomas de Waal "Əli və Nino" romanı 
haqda    
 
Sənədli nəsr 
Böyükxan Nağıyevin ―Ölmədik, 
yaĢadıq‖ memuarı 
 
Palitra 
Frida Kahlo dünyası ........................... 
 
Yeni nəĢrlər  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BU SAYIMIZDA 

                            Üç aylıq ədəbiyyat dərgisi 

 
 
 
 
 
 
 
 
 
 
 
 
              Ədəbiyyatda  zaman  və  məkan 
anlayıĢı  Ģərti  olduğu  kimi,  əsl  yazıçının 
kimliyi  də  həmiĢə  Ģübhəli  olub.  Yəni,  bu 
gün böyük yazıçı hesab olunan sabah heç 
kim  ola  bilər.  Necə  ki,  Azərbaycanın  bir 
zamanlar  ayaq  səsindən  yer  titrəyən  xalq 
Ģairləri,  xalq  yazıçılarının  adını  indi  heç  
it  dəftərindən  də  tapa  bilməzssən.  Hətta 
elələri də var ki, Bakının küçələrində dik-
dik  gəzir  və  az  qalr,  yaxasından  yazıb 
assın  ki,  mən  xalq  Ģairiyəm,  amma 
amansız  zaman  onların  üstündən  elə 
indinin özündəcə qalın bir xətt çəkib... 
 
Bir  nəĢriyyatın  sifariĢilə  Orxan 
Qaravəlinin  ―Mənim  tanıdığım  Nazim‖ 
kitabını  dilimizə  çevirirəm.  Ah,  bilsəniz 
Nazimə  nə  zülümlər  etmiĢlər  türkiyəli 
qardaĢlarımız!  Böyük  Ģairi  ölümündən 
sonra  da  rahat  buraxmayan  Türkiyə 
Mədəniyyət  Nazirliyi  sözçüsü  Ģairin  75 
illiyi 
münasibətilə 
yazırdı: 
―Yurd 
düĢmanları  əl-ələ  və  iĢ  birliyi  içində 
Yavuz  zirehlisini  yad  məmləkətlərə 
qaçırmağa  (?)  qalxan  Nazim  Hikməti 
adam yerinə qoyub da anırlar... ― 
 
Bu  ilin  yazında  Türkiyədə 
olarkən  bilirsinizmi  nə  duydum?  ġairi 
vaxtilə  ―vətən  xaini‖  adalandıranların 
varisləri 
indi 
onun 
bir 
zamanlar 
həbsxanada  yazdığı  ―QurtuluĢ  dastanı‖ 
əsərinin  (66  min  misradan  ibarət  olub) 
itmiĢ hissələrini axtarırlar!!! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu  gün  az  qala  ―vətən  xaini‖  hesab 
etdiyiniz  yazarlarımızı  söyəndə  barıtını 
bir az az edin, cənablar! Axı bunun 20-30 
il  sonra  dahi  hesab  edilməsi  var... 
Övladlarınıza yazığınız gəlsin... 
 
Mövlana  bilirsinizmi  nə  deyirdi? 
―Ey can! Heç kimsəni layiq olduğundan  
artıq tərifləmə. Ya onu itirmiĢ olarsan, ya 
da özünü məhv edərsən.‖ 
 
―Yazı‖  dərgisini  4  ildir  çap 
edirik. 
Hər 
dəfə 
yeni 
nömrəni 
hazırlayanda elan veririk ki, ölmüĢ, yaxud 
yaĢayan yazıçılarımızın sandıq ədəbiyyatı 
ola  bilər.  Lütfən,  göndərin  çap  edək. 
Sabir 
Əhmədli 
istisna 
olmaqla 
―sandığından‖  yazı  çıxan  olmadı.  Bunlar 
hətta  yazıb  sandıqda  saxlamağa  da 
cəsarər  etməyiblər!  Sonra  da  dissident 
axtarırlar... 
Nə 
dissident, 
canım?! 
Bizimkilər  icazəli  qəhrəmanlardır.  Ġndi 
məlum  olur  ki,  bir  çoxlarının  ilk  ədəbi 
müəllimi  Suslov  imiĢ.  Və  o  da  məlum 
olur  ki,  bunlar  ancaq  kolxoz  ədəbiyyatı 
yaratmağa qadir olublar.  
 
Ġndi  bilidinizmi    bu  günün 
―ustad‖  yazarları  niyə  tarixi  mövzularda 
qələm çalırlar?  
 
Yeri gəlmiĢkən, sandıqlarınızı bir 
qurdalayın,  bəlkə  Ģeytan  ora  nəsə  yazıb 
qoyub?  Özünüz  orada  heç  nəyin 
olmadığınızı bilsəniz belə... 
 
 
 
BAŞ  REDAKTORDAN
 

6
№ 3 (15) Payız 2015 
 
ƏDƏBİYYAT    
X
ƏBƏRLƏRİ 
  
 
“TURANDOT”  NİZAMİNİN  
ƏSƏRİ  İMİŞ  
 
 
 
 
Kembric 
universitetinin 
tədqiqatçısı 
Kristina  Van  Ruyemberk  maraqlı  faktı 
üzə çıxarıb. 
Nizami 
Gəncəvinin həyat 
və 
yaradıcılığını  araĢdıran  ABġ-ın  Kembric 
universitetinin  tədqiqatçısı  Kristina  Van 
Ruyemberk  maraqlı  faktı  üzə  çıxarıb. 
Məlum  olub  ki,  dünya  Ģöhrətli  ―Aida‖, 
―Toska‖  kimi  əsərlərin  müəllifi  ,  italyan 
opera 
bəstəkarı 
Cakomo 
Puçininin ―Turandot‖ 
operası Nizami 
Gəncəvinin 
――Xəmsə‖sinə daxil 
olan ―Yeddi 
gözəl‖poemasının  sujeti 
üzərində qurulub. Əsərdə Nəzrin NuĢ adlı 
slavyan əsilli xanım Ģahzadəsi Sasani Ģahı 
beĢinci  Bəhramın  həyat  yoldaĢı  olur. 
Adıçəkilən  xanım  Bəhrama  qırmızı  rəng 
və  öz  həmyerlisi  olan  ―Adsız  Ģahzadə 
xanım‖ 
haqında 
hekayə 
danıĢır. 
―Reymberk vurğulayir ki,operanın poema 
sujetinin  üzərində  qurulması  haqqında 
məlumatları  o  hissə-hissə  toplayıb. 
Puççini 
həmin 
operanı Karlo 
Qossinin eyniadli pyesi əsasında yazıb. 
Onu  da  əlavə  edək  ki,  bu  pyes  Puççinin 
ölümü səbəbindən yarımçıq qalıb, Əsərin 
təqdimatı  ilk  dəfə  müəllifin  ölümündən 
iki  il  sonra  26.04.1926-cı  ildə  Milanda 
baĢ  tutub.  Lakin  Qossinin  özünün  sujet 
xəttinin  hardan  götürdüyü  Kristinaya 
qaranlıq qaldığından o Puççinin həyat və 
yaradıcılığını 
araĢdıran Lorenso 
Ferreroya müraciət edib. 
Tədqiqatçı bunu belə izah edir: ―Biz əmin 
ola  bilərik  ki,  Qossi  ―Fars  kitabını‖ 
oxuyaraq  Nizaminin  əsərindəki  hekayəni 
tərcümə 
edərkən 
müəllifin 
adını 
göstərməyib. 
Çox  güman  ki,  heç Delakrua ―1001  gün‖ 
adlı  kitabında  təsvir  etdiyi  tarixçələrin 
müəllifi  olduğundan  xəbərsiz  olub.  Bu 
pyesi Karlo Qossi Delakruanın (1001- bir 
gün) kitabı əsasında yazıb. Maraqlısı odur 
ki, Delakruanın ―Adsız slavyan Ģahzadəsi 
Turandot‖  Nizaminin  əsərində  ―Turan 
torpaqlarının  qızı‖  adı  altında  oxucuya 
təqdim  olunur.  Burdan  da  belə  çıxır  ki, 
Delakrua haqda deyilənlər ehtimallar yox, 
həqiqətdir. 
Kristina  Van  Reymberkin  araĢdırması 
göstərir  ki,  bu  Ġtaliya  operasının  ilkin 
mənbəsi 
olan 
Nizamidən 
musiqiĢünasların  əksəriyyəti  xəbərsiz 
olub. ―La  Skala‖  teatrının rəsmisi  qeyd 
edib ki, hazırda operada musiqi daha çox 
əhəmiyyət  kəsb  edir.  Operanın  yaranma 
tarixçəsi  isə  elə  də  maraqlı  deyil. 
Teatrdan onu da bildiriblər ki, Nizaminin 
adı müqayisə üçün yalnız bir dəfə çəkilib. 
Məlumat  üçün  demək  lazımdır  ki,  ―La 
Skala‖ tetrında hər il operanın yeni səhnə 
quruluĢuna aid braĢurlar buraxılır. Həmin 
kitabçalarda,  əsərin  yaranma  tarixi  onun 
müəllifləri haqda dolğun məlumat verilir.  
Turin 
universitetinin ədəbiyyat 
üzrə 
professoru 
Mariya 
Tereza 
Ciaveri 
2010/2011-ci  ildə  yazılmıĢ  ―Giunge  da 
lontano,  la  principessa  crudele…‖  adlı 

                            Üç aylıq ədəbiyyat dərgisi 

məqaləsində  Nizaminin  poeması  və 
Puççininin  opera  librettosu  arasında  öz 
müqayisəsini aparır. 
Təəssüflər  olsun  ki,Terezanın  Nizami  və 
onun  yaratdığı  Ģahzadə  xanım  obrazı 
haqda  ayrıca  kitabının  çap  olunmasına 
dair irəli sürdüyü təklif ―La Skala‖ teatrın 
müdüriyyəti  tərəfindən  rədd  cavabı  alıb. 
Bir  neçə  müddətdən  sonra  teatrın 
müdriyyətinin  dəyiĢməsinə  baxmayaraq 
operaya  aid  olan  yeni  kitabçalarda 
Nizami  Gəncəvinin  adının  heç  olmaması 
hardasa təəccüb doğurdu./BAO.az/ 
  
 
 
BAŞ NAZİR 
N.HİKMƏTDƏN SİTAT 
GƏTİRİB
 
 
 
 
   Türkiyənin 
―Hürrüyyət‖ 
qəzetinin 
xəbərinə  görə  Yunanıstanın  baĢ  naziri 
Aleksis 
Tsipras 
avqustun 
20-də 
vəzifəsindən istefa verdiyini  bildirib. 
     A.  Tsipras  erkən  seçkilərin  yolunu 
açmaq  üçün  istefaya  getdiyini  bildirib. 
―Daha  güclü  bir  hökumət  qurmaq  üçün 
istefa  verirəm.  Sizdən  də  daha  güclü  bir 
hökumət 
qurmaq 
üçün 
dəstək 
gözləyirəm‖, - deyə o, xalqa müraciətində 
söyləyib.  Bu  zaman  A.  Tispras  Nazim 
Hikmətin  ―Ən  gözəl  günlərimiz  hələ 
yaĢamadıqlarımız‖  misrasını  tələffüz 
edib.   
  
    N. Hikmətin Ģeirinin orijinalı belədir: 
  
En güzel deniz:  
Henüz gidilmemiş olanıdır.  
  
En güzel çocuk:  
Henüz büyümedi.  
  
En güzel günlerimiz:  
Henüz yaşamadıklarımız.  
  
Ve sana söylemek istediğim en güzel söz:  
Henüz söylememiş olduğum sözdür... 
 
  
Güneyli bir gənc yazarı 
edam təhlükəsi gözləyir  
 
 
 
Güneyli  gənc  yazar  Hesam  Əddin 
Fərzizadə  bu  ilin  fevral  ayında  MeĢkin 
Cəza  Məhkəməsinin  101-ci  Ģöbəsində 
―Ġslamdan  Ġslama‖  adlı  yazdığı  kitab 
üçün, "dini müqəddəslərin təhqir etmək", 
"təxribatçı 
ideyaların 
təbliği" 
və 
―mürtədlik" 
ittihamları 
ilə 
günahlandırılıb.  O,  ittihamları  qəbul 
etməsə də hakim onu 74 qamçı, 7 il həbs 
və  edam  cəzasına  məhkum  edilib.Hesam 
Əddin  Fərzizadənin  ailəsi  məhkəmədə 
onun  ruh  xəstəsi  olduğunu  idda  edib  və 
məhkəmə  tibbi  onun  Ģizofreniya  xəstəsi 
olduğunu  təsbit  edib.  Beləliklə  Hesam 
Əddinin 
haqqında 
çıxarılan 
edam 
cəzasının icra olunması dayandırılıb və o, 
zəmanət 
qarĢılığında 
sərbəst 
buraxılıb.Lakin  iyunun  25-də  MeĢkin 

8
№ 3 (15) Payız 2015 
 
ġəhər Məhkəməsi onu təkrar məhkəməyə 
çağırıb  və  bu  dəfə  onu  ―Ġmam-Zamanı 
inkar  etmək"  və  yenə  "dini  müqəddəs 
təhqir  etməkdə‖  ittiham  edib.Amerikanın 
Səsinə  danıĢan  Fərzi  Zadənin  qardaĢı 
Səid  bildirib  ki,  məhkəmə  məsulları 
qardaĢımın  haqında  çıxarılan  edam 
cəzasını həyata keçirmək istəyir, ona görə 
gündə  bir  bəhanə  ilə  onu  məhkəməyə 
çağırırlar.  ―Hakim  ona  Səlman  RoĢdi 
ləqəbi  verib  ona  görə  radikal  islamçı  və 
bəsic  üzvləri  onu  dəfələrcə  döyüb  və 
ölümlə  təhdid  ediblər‖,  deyə  Səid 
bildirib.Qeyd olunur kı, Hesam Əddin əla 
qiymətlərlə  təhsilini  bitirib  və  fizika 
sahəsində ISI- da bir neçə elmi məqalələri 
çap  edilib.  O,  həmçinin  Amerikanın 
Stanford  Universitetinə  dəvət  alıb.Ġslam 
dinini  tənqid  edən  ―Ġslamdan  Ġslama‖ 
kitabı,  Misir  və  Kanadada  "ġeyx  Osman 
AlmərakĢinin"  ön  sözü  ilə  iĢıq  üzü 
görüb.Müəllif  adı  çəkilən  kitabı  Ġranda 
ümümi  xalqın  oxuya  bilməsi  üçün  fars 
dilində yazıb, lakin ona görə allahdan və 
Azərbaycan xalqından əfv tələb edib. 
 
 
SAB
Ġ

Ə
HM
Ə
DL
Ġ
  - 85 
 
       Beynəlxalq  Mətbuat  Mərkəzində 
mərhum  yazıçı  Sabir  Əhmədlinin  85 
illik yubileyinə həsr olunmuĢ “Biz yenə 
görüĢəcəyik” 
kitabının 
təqdimat 
mərasimi 
keçirilib. 
Mərasimdə 
yazıçının 
qələm 
dostları, 
KĠV 
nümayəndələri  və  ailə  üzvləri  iĢtirak 
edib. 
      Tədbiri  giriĢ  sözü  ilə  Xalq Ģairi  Sabir 
Rüstəmxanlı  açıb.  O,  Sabir  Əhmədli  ilə 
bağlı  xatirələrini  tədbir  iĢtirakçıları  ilə 
bölüĢüb:  ―Sabir  Əhmədli  Azərbaycan 
ədəbiyyatında  ayrıca  bir  mərhələdir. 
DüĢünürəm ki,o, hələ ki,  öz dəyərini tam 
almayıb.  Zaman  gələcək  ki,  Sabir 
müəllimin  hər  bir  əsəri  ayrıca  tədqiqat 
mövzusu olacaq‖. 
     Sonra  söz  alan    yazıçı  Aqil  Abbas  da 
öz 
növbəsində 
Sabir 
Əhmədli 
yaradıcılığından söz açıb.      
     Daha  sonra  yazıçı  Azad  Qaradərəli 
çıxıĢ  edib.  O,  Sabir  Əhmədlinin  tələbəsi 
olduğunu  deyib:  ―Sabir  Əhmədli  mənim 
sənət  müəllimim  olub.  O,  ilk  yazılarımı 
oxuyar,  dəyərli  fikirlərini  bildirərdi.  Ġlk 
mətbu  hekayəmi də o çap etmiĢdi. Sabir 
müəllim  qaya  kimi  sərt  görünsə  də, 
əslində  çox  həlim,  zarafatçıl  biri  idi. 
Sevinirəm ki, onun kimi bir insanla tanıĢ 
olmuĢam‖. 
 
 
 
     Sonda 
söz  alan  yazıçının  oğlu 
Bəxtiyar  Əhmədli  kitab  haqqında  tədbir 
iĢtirakçılarına  məlumat  verib.  O,  qeyd 
edib  ki,  kitabda  Sabir  Əhmədlinin 
qardaĢı,  Sovet  Ġttifaqı  Qəhrəmanı  Cəmil 
Əhmədova,  Kəlbəcər  uğrunda  gedən 
döyüĢlərdə Ģəhid olmuĢ oğlu Məhəmməd 
Əhmədliyə və 20 yanvar Ģəhidlərinə həsr 
etdiyi 
povest 
və 
hekayələri 
yer 
alır.   Bununla  yanaĢı,  kitabda  Cəmil 
Əhmədovun 
Ģeirləri, 
Məhəmməd 
Əhmədli  haqqında  tanınmıĢ  Ģair  və 
ədiblərimizin  Ģeir  və  xatirələri  də 
toplanmıĢdır. 
     Axırda  qərara  alınıb  ki,  yazıçının 
yubileyinin  AYB-da  qeyd  olunması  üçün 
birlik rəhbərliyinə müraciət olunsun. 
     Amma  çətin  ki,  bu  iĢ  baĢ  tutsun! 
Çünki 2015-ci ilin baĢa çatmasına bir Ģey 
qalmayıb. Bu gediĢlə AYB  yazıçının  86-
ci illiyini qeyd edər... 

                            Üç aylıq ədəbiyyat dərgisi 

YAZIÇININ 
ARXĠVĠNDƏN
  
Sabir Əhmədli  
 
 
 
“Yazılmayan yazı” 
     
memuar roman 
(əvvəli ötən saylarımızda) 
        QıĢdı,  bərk  qar  yağmıĢdı.  Mənə 
dedilər,  biz  bu  iĢlə  məĢğul  olacayıq. 
Gedərsiniz,  səfərləriniz  baĢa  çatar,  bir  də 
VarĢavaya  qayıdanda  sənə  dəqiq  məlumat 
verərik.  Güman  etmiĢdim,  səfirlik  gərək 
onun yerini  bilə idi, bir neçə kərə oraya baĢ 
çəkmiĢ  ola  idi,  qələbə  günləri  bayram  və 
özgə  tədbirlər  olanda.  Nə  səfirlikdən,  nə 
polyaklardan  kimsə  dürüst  soraq  verə 
bilmədilər.  Biz  Lodz  Ģəhərinə,  Katovitsa, 
Krakova  yollandıq.  O  vaxt  PolĢanın  da 
dolanıĢığı  yaxĢı  deyildi,  yoxsulluqdu,  çətin 
yaĢayırdılar. 
Heç 
yadımdan 
çıxmaz 
Krakovdan  Katovitsaya  gedəndə  qatara 
minməkdən  ötrü  necə  əzab    çəkdik.  Adam, 
kütlə  o  qədərdi,  mən  dedim  minə 
bilməyəcəyik  qatara.  Oradan  Osvensimə 
gedəcəkdik.  Barto  və  Prut  oraya  can 
atırdılar.  Rus  adını  daĢısalar  da    görürdüm 
onlar  yəhudi  idi  və  yəhudilərin  ölüm 
düĢərgəsini  görmək  istəyirdilər.  Böyük 
çətinliklə,  onlar  yaĢlı  adamlar,  qadındı, 
mindik qatara, basabasda girib, sıxıla-sıxıla 
içəri-vaqona keçə bildik. Mənimçün elə bir 
darıxmaq  yoxdu.  Cavandım,  bir  də 
Cəbrayılda müharibə illəri, ondan qabaq da 
mən  belə  növbələr  çox  görmüĢdüm,  çörək 
üçün, ərzaq üçün, amerikanların göndərdiyi 
tısbağa  yumurtası,  marqarin  yağı,  əyin-baĢ 
almaqdan  ötrü.  SıxmıĢdılar  Cəbrayıldakı 
növbələrdə suyum çıxmıĢdı. Heyrət elədim, 
Barto  və  Prut  necə  dözdülər,  qatardan 
qalmadılar, diribaĢ, zirəkdilər. 
Katovitsada, 
Krakovda 
bizi 
yaxĢı 
qarĢıladılar,  bələdçilik  elədilər,  Xaçpərəst 
bayramıydı,  Pasxa  münasibətilə  Ģəhərdə 
mərasim,  məclislər  olurdu.  Bizi  də  dəvət 
edirdilər.  Lodzda  rus  mühaciri  çoxdu, 
çoxdan  çıxmıĢdılar  Rusiyadan.  Ġndi  köhnə 
mühacirlər 
qocalmıĢdı, 
PolĢada 
rus 
mühacirlərinin  yeni  nəsli,  cavanlar  əmələ 
gəlmiĢdi. Lodzda bir qonaqlıqda idik. Gözəl 
qızlar  vardı  məclisdə,  rəqs  edirdilər,  yeyib 
içirdilər.  Ġki  gözəl  sarı  saç  qız  gəldi  bizim 
masaya  və  məni  aparmaqdan  ötrü  icazə 
istədilər.  Qarabuğdayı  qafqazlı  oğlan  qızılı 
qızlarda  maraq  doğurmuĢdu.  Getdim,  rəqs 
elədik. Gecədən xeyli keçmiıĢ qalxdıq. 
Ertəsi    Osventsimə  yola  düĢdük.  Almanlar 
deyilənə  görə  altı  milyona  qədər  yəhudi 
öldürmüĢdülər.  Mən  Osventsimdə  əsir, 
dustaq həyatını geniĢ yazmaqdan daĢınıram, 
bu barədə istənilən qədər yazıblar, çəkiblər. 
Bir mənzərə indi də gözümün qabağındadır. 
Yüzlərlə  uĢaq  ayaqqabısı,  görünür  ölmüĢ 
uĢaqlarındı. Bir də bir çalada bir yığın qadın 
saçı toplanmıĢdı, elə bil sarı taxıl tayası idi. 
Üstünə  də  bir  yoğun,  sünbülü  hörük 
atılmıĢdı. PolĢa azad edildikdə Osventsimin 
rəisini  tapmıĢ,    tutub  gətirib    oradaca 
mühakimə  edib,  asmıĢdılar  düĢərgənin 
qapısından. Həkim,  Menqle  adlı  almanmıĢ. 
Almanlar  Avropa  ölkələrindən  bütün 
yəhudiləri  yığıb,  tutub  gətirib  düĢərgələrdə 
saxlayırmıĢlar.  DüĢərgədə  seçirmiĢlər,  kim 
cavandı,  iĢ  bacarandı  iĢlədirdilər,  qocaları, 
xəstələri,  körpələri  heç  edirdilər.  Harada? 
Bir uzun salondu, tavandan borular keçirdi. 
Əsirləri 
guya 
hamama 
çimdirməyə 
gətirirmiĢlər.  SalırmıĢlar  bu  dama,  qapını 
bağlayıb,  tavandakı  borularla  zəhərli  qaz 

10
№ 3 (15) Payız 2015 
 
buraxırmıĢlar.  Hamısı  qırılırmıĢ,  ölüləri 
kürə-sobalarda yandırır, külünü sovurur, ya 
kübrə təki iĢlədirmiĢlər. Səhərlər əsirlər iĢə 
musiqi,  çal-çağır  sədaları  altında  gedir, 
axĢamlar  da  musiqi  ilə  dönürmüĢlər. 
Taxtlar, düĢərgədəki narlar qalır… 
Osventsimdən  qayıdandan  sonra  biz  yenə 
səfirliyə getdik. Orada yenə mənə aydın bir 
söz  deyə  bilmədilər.  Onda  mən  PolĢada 
Ģəhid olmuĢ sovet döyüĢçülərinin siyahısını 
istədim.  24  min  döyüĢçü  həlak  olmuĢdu 
PolĢa  ərazisində.  Verdilər,  bir  böyük,  neçə 
varağa  yazılmıĢ  siyahı  idi.  Bir  qıraqda 
əyləĢib 
baĢladım 
axtarmağa. 
Onun 
öldüyünə  inanmaq  istəmirdim.  Hər  halda 
bunu  təsdiq  edən  bir  yazının,  faktın  ortaya 
çıxmağını  istəmirdim.  Elə  bil  mənin 
inamım bu faktla puç olacaqdı. Bircə-bircə 
ad-familiyaları diqqətlə  oxumağa  baĢladım. 
Gəldi,  qəfildən  çıxdı,  gözlərim  bunca  yad 
adlar  arasında  doğma  soyumuzun  üstə 
dayandı:  273-cü.  Sonra  yenə  də  siyahıya 
baxmaqda  qaldım.  Bəlkə,  daha  bir  tanıĢ 
çıxdı.  Bir  xeyli  baxandan  sora  bir  ayrı 
vərəqdə  yenə  onun  ad-familyasını  gördüm: 
bu  dəfə  yüz  yetmiĢ  üç  ?  Qəribə  idi,  bir 
adam  necə  olub  iki  yerdə…  iki  məzarda. 
Burasını 
mənə 
anlatdılar. 
Müharibə 
bitdikdən 
sonra 
49-cu 
ildə 
ayrıca, 
VarĢavada,  Nika-abidəsindən  bir  qədər  o 
yanda 
məzarlıq 
düzəltmiĢdilər.  PolĢa 
ərazisində  ölmüĢ  bizim  döyüĢçülərin 
cəsədini  məzarlardan  çıxarıb,  bir  yerə  – 
həmin 
bu 
―Sovet 
əsgərlərinin 
məzarıstanı‖na  toplamıĢ,  yenidən  dəfn 
etmiĢdilər. Xəritə vardı, ordan hər bir kəsin 
yerini  bilmək  olurdu.  Bu  xəritə  PolĢa 
qırmızı  xaç  cəmiyyətində  idi.  Onun  iki 
yerdə  yazılmağına  gəlincə  onu  da  baĢa 
saldılar. Onu əzəlcə bir məzarda dəfn etmək 
istəyirlər. 
Sonra 
görünür, 
komandir 
olduğunu, həm də Sovet Ġttifaqı Qəhrəmanı 
olduğunu  bilib,  Fəxri  Xiyabanda  dəfn 
etmiĢdilər.  Orada  belə  sözlər  yazılmıĢdı  : 
―Alleya sovetskix boqatırey‖. 
Ertəsi  məzarıstana  yollandıq.  Barto,  Prud, 
―Neva‖nın  redaktoru  Voronin  də  mənimlə 
getdi. Bir də Zaqurski bizə qoĢuldu. Mariya 
Zaqurski ilə mən xeyli vaxt idi tanıĢdım. O, 
PolĢa  yazıçıları  ilə  SSRĠ-yə  gəlmiĢdi, 
Bakıya  da  gətirmiĢdilər  onları.  Mən  də 
Yazıçılar 
Ġttifaqında 
onlarla 
tanıĢ 
olmuĢdum.  Əri  Yuri  Zaqurski  Azərbaycan 
poeziyasından, 
Nizamidən 
tərcümələr 
etmiĢdi.  Zaqurski  xanımı  bizə,  evimizə  də 
apardım,  Bakıda  məclis  düzəltmiĢdim. 
Onun ehtiyacı vardı. Yazıq ayağındakı qara 
corabları  çıxartdı,  bəlkə  sata.  PolĢada  mən 
onlara  zəng  çaldım,  orada  görüĢdük,  məni 
evlərinə  apardılar.  Qızı  Marqarita  gözəl, 
zərifdi,  Çexoslavakiyada  uĢaq  teatrında 
aktrisa  idi.  O  da  bizimlə  oldu.  PolĢa 
Yazıçılar  birliyində  bir  böyük  ziyafət  də 
verildi,  yəqin,  Barto  və  Prudun  gəliĢinə 
görə. Ayaqüstü məclisdi, ağsaqqallığı PolĢa 
Yazıçılar  Ġttifaqı  baĢçısı,  ―Tvorçestvo‖ 
jurnalının  baĢ  redaktoru  ĠvaĢkeviç  eləyirdi. 
Hündür, ağsaç adamdı. Nüfuzu vardı. Orada 
əhvalat  da  oldu.  Bir  qədər  yeyib  içəndən 
sonra  Prud  baĢladı  danıĢmağa.  Onun 
sözlərində  uydurma  vardı  :  ―Biz  qatarla 
PolĢaya gələrkən, Belorusiyadan keçərkən - 
vaqonun 
pəncərəsindən 
meĢəni,  onun 
qırağındakı  ağcaqayını  göstərib,  demiĢdi:- 
―Bax,  mən    orada  vuruĢmuĢam,  o  ağaca 
söykənmiĢəm…‖  Bunlar  mənə  həqiqətdən 
çox, uydurma gəlmiĢdi. Necə olur elə bizim 
qatar onun döyüĢdüyü yerlərdən keçir. O da 
qatar  pəncərəsindən  görüb  döyüĢdüyü 
yerləri tanıyır. 
 Mən  bütün  rəğbətimlə  yanaĢı,  ―Onüçlər‖ə 
görə  onun  söylədiklərinin  nağıl  olduğuna 
inandım.  Elə  ―Onüçlər‖dəki  əhvalat  təki. 
Masa  baĢında  o,  baĢladı  öyünməyə.  Axırı 
gətirib  çıxardı  oraya:  ―Mı  osvobodili  vas‖. 
Bizimlə bir məclisdə bir polyak generalı da 
vardı. Bu söz ona toxundu, cavabında dedi: 
―U  vas  ne  bılo  druqoy  puti  k  Yevrope‖, 
hirsləndi.  Çıxıb  getdi.  Çexoslovakiyada 
hadisə 
baĢ 
vermiĢdi, 
onu 
təcili 
çağırmıĢdılar. 
Ağlıma 
gəlir,  
Çexoslavakiyada  qiyam  olmuĢdu,  73-cü 
ildə. General oraya yollandı dərhal. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə