Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
47 
dedi  KiĢi  itaətlə  arvadının  arxasıyca 
irəlilədi  və  uğuna-uğuna  alıb-vermədiyim 
bir nəfəs qaldı,ona boylanıram,  dedi.    
            Allah  verdiyi  canı  aldı.Ruh  ruha 
qoĢulub 
getdi.Bir 
quruca 
nəfəs 
qaldı.Bu,kiĢinin alıb vermədiyi həmin nəfəs 
idi.Arvadının  arxasınca  gedə  -gedə  dönüb 
boylandığı nəfəs də elə bu nəfəs idi.Ġndi  bu 
nəfəsi alıb verirdi. 
 
 
 
*** 
         Oğlu  iĢdən  icazə  alıb  axĢam  saat 
beĢdə gəldi, qapıdan gircək soruĢdu  ki, kiĢi  
hə  təhərdi  ?  Bacısı  elə  elədi  ,gülür,  uğunur 
dedi  Oğlu  gəlib  kiĢinin  baĢ  ucunda 
dayandı.Atasının  gözləri  qəmətdə  idi  və  
çevrilmiĢdi.Çevrilib 
haqq 
dünyaya 
baxırdı.Daha bu dünyaya baxacaq gözü yox 
idi. Uğunurdu...  
              Oğlu  kiĢinin      dağ  adamlarının 
çoxunda  olan  qirmızı  yanaqlarına  baxıb, 
hələ ölümü-zadı yoxdu dedi  və uğunmağını 
görüb,  bizim  nə  dirimiz  diri  kimi  olur,nə 
ölümüz ölü kimi  dedi.Öləndə də ―qansert― 
verə  -verə  ölürük  söylədi  və  gedib  divanda 
oturdu.KiĢi bir də uğundu,qız Ģeytana bir də 
lənət oxudu. 
         KiĢinin  oğul  nəvəsi  maqnitofonu 
qurub  qulaqcıqları  babasının  qulaqlarına 
taxmıĢdı  -Yasin  oxudurdu.KiĢini  Ģeytan 
güldürür,Yasini  eĢitsə,gülməyi  dayanacaq- 
deyirdi.       
                                                         
*** 
          Yataqda  yatdığı  alti  günü  ötürüb, 
yeddinci  günün  günortasında  kiĢi  alıb 
vermədiyi  nəfəsi      sonuncu  dəfə  köks 
ötürməsi  ilə  verdi.  Nəvəsi  babasının 
nəfəsini  güzgü  ilə  yoxladı.Bitdi  ,dedi, 
qurtardı,  babam  indi  haqq  dünyadadı, 
maqnitofonu  iĢə  saldı,  həzin  səslə  Yəsin 
surəsi 
otağa,otaqdan  da  keçib  açıq 
pəncərədən 
həyətə 
yayıldi:‖Yəsin  vəl 
Quranəl həkim,innəkə ləminəl mürsəlin...‖ 
*** 
         KiĢini  can  verdiyi  xalçanın  üstündə 
döĢəkqarıĢıq 
götürmüĢdülər,tabuta 
qoymuĢdular, 
məscidə 
yuyat 
yerinə 
gətirmiĢdilər.KiĢinin kiçik oğlu yuyat haqqı 
məscidin 
kassasına 
17 
manat 
pul 
köçürmüĢdü,20 
manat 
da 
məscidin 
axundunun  cibinə  basmıĢdı.Amma  hələ 
yuyucu  gəlib  çıxmamıĢdı.Axund  yuyucuya 
zəng  elədi  ki,  camaat  gözləyir,tez  gəl. 
MürdəĢirin  gəlməsi  10-15  dəqiqə  çəkdi.Və 
bu on-on beĢ dəqiqə kiĢinin kiçik oğluna il 
qədər  uzun  göründü.Nəhayət  ölüyuyan 
gəldi  və  tabutu  maĢından  götürüb  yuyat 
yerinə  gətirdilər.  Ölünü  döĢəkdən  götürüb 
ağ  mələfədə  yuyat  daĢının  üstünə 
qoydular.Yuyucu  ölünün  üzündən  örtüyü 
qaldırdı.Uğuna-uğuna  oldüyündən  kiĢinin 
gülüĢü üzündə donmuĢdu. MürdəĢir ölünün 
donmuĢ  gülüĢünə  baxıb  eyməndi,Ģeytana 
lənət  oxudu.      Ġliq  su  və    sabunla  ölünü 
yumağa  baĢladı.  Bu  son  yolun  aparacağı 
bəndənin  yalan  dünyada    son  çimməyi 
idi.Son  çimməyin  son  suları  yuya-yuya 
getdi,kiĢinin yanaqlarının qırmızısını yuyub 
apardı  və  kiĢi  indi  ölüyə  daha  çox 
oxĢamağa  baĢladı.  Sonra  ölünü  kəfənnəyib 
yenidən tabuta qoydular və yaĢadığı binanın 
həyətində  qurulan  çadıra  gərirdilər.Tabutu 
stolun  üstünə  qoydular  və  molla  Muxtar 
adamlardan  kiĢi  üçün  halallıq  istədi. 
Halallıq  verib,  tabutu üç dəfə  qaldırıb  yerə 
qoydular,   sonra tabutu çiyinlərinə qaldırıb 
qəbristanlığa 
tərəf 
yeridilər.Tabut 
çiyinlərində  adamları  gülmək,uğunmaq 
tutdu.Çiyinləri  atıla-atıla,gülə-gülə,uğuna-
uğuna yeridilər. 
 
*** 
         Oğlu 
baĢqa 
aĢıq 
tapa 
bilməmiĢdi.Televizorda  çıxıĢ  eləyən  cavan 
aĢıqlardan 
birini 
tapsa 
da 
yola 
gətirəmməmiĢdi.  Cavan  aĢıq  ―Ölününkü 
molladı,  dayı  ,  aĢıq  hara,  ölü  hara  ,mən 
hüzrdə  saz  çala  bilmərəm‖  demiĢdi.Ona 
görə  də  oğlu      əlacsız  qalıb,  Xutorda 
skoropomoĢ  Gülməmmədin  evini  tapıb   

48
№ 3 (15) Payız 2015 
 
həyətdə    kətildə  əyləĢmiĢdi,qabaqlarında 
çay vardı, hüznlü səslə deyirdi : 
       -A Gülməmməd əmi, sənin canın üçün, 
qağam  özü  səni  istədi,  Gülməmmədi  çağır 
məni  gora  ―Dilqəmi  ―ilə  aparsın,  - 
dedi.Amma  Gülməmməd  kiçik  oğulun 
danıĢıqlarına  qulaq  assa  da,  ürəyində  öz-
özünə  ,  ―özündən  deyirsən  ,bala  ,sənin 
qağan  skoropomoĢ  Gülməmmədin  gəlib 
çalmasını istəməzdi‖ fikirləĢdi.  
        Kiçik  oğul  sözünü  qurtarıb  susdu,bir 
az gözlədi və ― qadan alem, a Gülməmməd 
əmi‖ –deyə əlavə elədi. 
      Gülməmməd  skoropomoĢluğunu  burda 
da biruzə verdi, bir münasibət bildirmədən -
sən  çayını  iç  deyib    evə  keçdi.Bir  göz 
qırpımında ayağında xrom  
çəkmə,baĢında 
buxara 
papaq,əynində 
qəlfeyi  Ģalvar,  belində  enli  kəmər  uzun 
koynəkdə,sazı  qoltuĢunda  həyətə  çıxdı  və 
getdik dedi. 
 
*** 
               Gülməmmədlə  kiçik  oğul  həyətə 
çatanda  dəfn  dəstəsi  tabut  çiyinlərində 
binanin tinində dayanmıĢ QAZEL maĢınına 
doğru 
irəliləyirdilər.Oğlu 
irəliləyib    
çiynini  tabutun  altına    verdi.SkoropomoĢ 
Gülməmməd  dəstəyə  qoĢulub  tabutun 
arxasinca  yeridi.  Tabutu  QAZEL  maĢınına 
qoyub  qəbristanlığa  gəldilər.Tabutu  qəbrin 
yanına  qoydular.Molla  Muxtar  dua  oxuyub 
yenə dəfnə rəhbərlik eləməya baĢladı: 
            -Ay  camaat  kiĢinin  vəsiyyəti    olub 
ki ―Dilqəmi‖ havasıyla dəfn olunsun, -dedi. 
SkorapamoĢ  Gülməmməd  sözə bənd imiĢ 
kimi  qabağa  adlayıb,qara  sazını  sinəsinə 
qaldırdı  .Dilqəmi  havası  ağır-  ağır    ətrafa 
yayıldı.Adamlar  ölünü  tabutdan  götürüb 
qəbirə endirdilər.Oğlu əlinə bir ovuc torpaq 
götürüb    qəbrə  atdı.Sonra  o  biri  adamlar 
beli 
götürüb 
qəbri 
torpaqlamağa 
baĢladılar.Gülməmmədin  qəhərli  səsi  sazın   
səsinə  qarıĢdı.  Pəsdən  Xətalı  Təcnis  
oxuyurdu :   
Min dərdim varıdı sənə deyəsi
Demədim minini,dedim iki,bir, 
AĢıq deyər iki,bir, 
Ġki eylər iki bir, 
Fələyə zər ĢeĢ qoĢa, 
Mənə düĢər iki-bir, 
Ġki bir də bir-birindən fərq elər
Heç bənzəməz bir-birinə iki bir.   
  
 
 
 
ġərif Ağayar 
 
 
          
 
       ġəkil 
 
     Babamı mən kor eləmiĢdim. Buna bütün 
varlığımla  inanacaq  qədər  balaca,  vicdan 
əzabı  çəkəcək  qədər  böyük  idim.  Belə 
baxanda, özündə də günah vardı. Çox əsəbi 
idi. Evdə üstümüzə qıĢqırır, bizi danıĢmağa, 
oynamağa  qoymurdu.  Atam  ona  uzun  bir 
çubuq  düzəltmiĢdi,  yatdığı  taxtın  üstündən 
evin  o  baĢına  çatırdı.  ġuluq  edəndə  həmin 
sehrli  çubuq  bizi  hər  tərəfdə  axtarıb  tapır, 
təpəmizdə  bir  dəfə  ―taqqq‖  eləyərək 
çəkilirdi.  Əli  də  ağır  idi.  Vuranda  baĢımızı 
ovuĢdura-ovuĢdura qalırdıq. 
       Gizlətməyəcəm  sizdən,  belə  vaxtlarda 
babama  nifrət  edirdim.  Atamın  onun 
saqqalını,  baĢını  qırxmasına,  anamın 
ayaqlarını  yumasına  razı  olmurdum.  Axı 
kim  idi  e,  bu  eqoist  qoca?  Hardan  gəlib 
düĢmüĢdü  evimizə?  O  olmasa  elə  gözəl 

                            Üç aylıq ədəbiyyat dərgisi 
49 
olardı  ki,  hər  Ģey.  Anamla  da  dalaĢırdı 
hərdən.  Hətta  bir  dəfə  Ģillə  də  vurmuĢdu. 
Çox  pis  olmuĢdum.  Gücüm  çatsa  mən  də 
babamı  döyərdim.  Bircə  atama  güvənirdim 
ki,  o  da  dinib-danıĢmırdı.  Elə  bil  görmür, 
eĢitmirdi.  Elə  də  çox  istəyirdi  ki...  ―Dədə, 
sənə  qurban  olum‖  deyəndə  beĢi  də 
yanından  tökülürdü.  Təzyiqi  qalxanda 
qarĢısında  çömbəlib  ayaqlarını  isti  suya 
qoyurdu, paltarını dəyiĢməyə kömək edirdi, 
küləkli  havalarda  qolundan  tutub  su baĢına 
aparırdı.  Amma  babam  bunun  əvəzində 
əmimi  daha  çox  istəyirdi.  Bütün  günü 
üstünə  düĢürdü  ki,  evlənsin.  Əmimsə  onu 
vecinə almırdı. Eləcə gülüb keçirdi.    
   ―Nə  vurursan  eee?!‖  –  bir  dəfə  balaca 
əlimi  irəli  uzadıb  babama  sarı  qıĢqırdım. 
Lap  hirsləndi.  Yatağından  qalxıb  dalımca 
düĢdü,  qulağımın  əmziyini  elə  bərk  çəkdi 
ki, altından qan gəldi. Həm də söydü məni: 
―Südünə  lənət!‖  –  dedi.  O  gün-bu  gün 
düĢmən  kimi  baxırdım  ona.  AxĢamlar 
atamla-anam  həyətdə  iĢləməyə  gedəndə 
məni ha çağırırdı qəsdən  cavab vermirdim. 
Su istəyirdi, aparmırdım. Özü məcbur olub 
qalxır,  dəhlizdə  sənəyi  axtarıb  tapır,  əl-
ayağı əsə-əsə su süzürdü. Onun bu halından 
inanılmaz  zövq  alırdım.  Osa  dodaqaltı 
deyinirdi. Bəlkə də söyürdü məni. 
       BicləĢmiĢdim  artıq.  Mənə  hirslənəndə 
qaçıb  taxtın  altında  gizlənirdim.  Ora  nə 
çubuq  iĢləyirdi,  nə  də  özü  düĢüb  gələ 
bilirdi. 
       Atam  tutaĢmağımıza  gülürdü:  ―Yola 
getmirsiz? Hahaha!‖ Babam da gülümsünüb 
saqqalını ovuĢdururdu. 
       Özü  bir  yana,  divarın  baĢından  asılan 
cavanlıq  Ģəkli  də  qəzəblə  baxırdı  mənə.  O 
Ģəkildən  də  zəhləm  gedirdi.  Atamın 
dediyinə 
görə, 
müharibəyə 
gedəndə 
çəkdirmiĢdi.  Lap  cavan  idi.  Saçlarını 
yandan vurmuĢdular, ortasında bir topa qısa 
pamazok  kimi  qalmıĢdı.  Əynindəki  əsgər 
köynəyi  boğazınacan  düymələnmiĢdi.  Elə 
qətiyyətlə  baxırdı  ki,  elə  bil  gedib  bütün 
Almaniyanı  dağıdacaq.  Amma  həm  də 
gülməli  idi.  Ondan  faĢist  öldürən  olmazdı. 
Gücü  mənə  çatardı  elə...  Cəbhəyə  gedən 
kimi  yaralanmıĢ,  əsir  düĢmüĢdü.  Krımda 
olmuĢdu,  dediyinə  görə.  Evdə  gizlincə 
almanları  tərifləyirdi.  Deyirdi,  bizi  əsir 
alanda  çox  yaxĢı  baxdılar,  süd,  bulka 
verdilər.  VermiĢel,  düyü,  peçenye...  Hətta 
Ģokolad!  Mən  inanmırdım  buna.  Atam 
inanırdı.  Atamın  dediyinə  görə,  babam 
müharibədən,  daha  doğrusu  əsirlikdən 
gələndən  sonra  qorxusundan  düz  üç  il 
danıĢmayıb. 
Özünü 
lallığa 
vurub. 
QorxurmuĢ  ki,  onu  satqın  kimi  tutub 
güllələyərlər. Hətta həyat yoldaĢı da inanıb 
onun  lal  olmasına.  Heç  səsi  də  çıxmırmıĢ. 
Ara  bir  az  sakitləĢəndə  ilk  dəfə  atamla 
yavaĢ-yavaĢ  danıĢmağa,  ona  vəziyyəti  izah 
eləməyə baĢlayıb. 
         KaĢ  o  vaxt  əsirlikdə  öldürəydilər.  Elə 
sevinərdim ki! Yəni öldürmüĢ olsaydılar və 
həm  də  mən  babamı  tanımıĢ  olsaydım 
sevinərdim. Yoxsa atama görə pis  olardım. 
Yəqin  o  da  öz  atasını  mənim  kimi  çox 
istəyirdi. 
       Babam  məni  söydüyü  üçün  ha  eləyib 
ondan  qisas  almağa  çalıĢırdım.  Yatdığı 
yerdə bığlarını yolmaq, daz baĢını Ģillələyib 
qaçmaq, 
çayının 
içinə 
tüpürmək, 
ayaqqabısına  iĢəmək...  Amma  nədənsə 
bunun  heç  birini  eləmədim.  Deyəsən, 
divardakı Ģəkildən qorxurdum. O, mənə elə 
qəzəblə baxırdı ki... Amma bir gün, nəhayət 
ki,  amansız  qisasımın  yolunu  tapdım! 
Yiyəsizliyə  salıb  Ģəkli  divardan  açdım, 
döĢəməyə 
qoydum, 
pərgarın 
ucuyla 
gözlərinin  didəsini  oyub  tökdüm.  Anam 
məni qəfil cinayət üstündə yaxaladı və necə 
həyəcanlandısa  ―uyyy!!!‖  eləyib  üzünü 
cırırmıĢ  kimi  sifətini  xıĢmaladı.  Qorxdum. 
Ağladım.  ―O,  məni  niyə  söyür?‖  –  dedim. 
Anam  məni  sakitləĢdirib,  Ģəkli  gizlədi.  Bir 
də  baĢa  salmağa  çalıĢdı  ki,  əslində,  baban 
səni  dəhĢətli  dərəcədə  çox  istəyir,  körpə 
vaxtı  lüt  soyundurub  maykasının  altından 
qoynuna  salırdı,  duduĢundan  öpürdü, 
boğazını,  sinəni  bal  kimi  yalayırdı,  sən  də, 
maĢallah, 
ağappaq,  koppuĢ  uĢaqdın, 
qorxurdum bir gün səni hopp eləyib udar... 

50
№ 3 (15) Payız 2015 
 
         Güldüm  xeyli,  xoĢuma  gəldi.  Amma 
Ģəklin  gözlərini  tökməyə  peĢman  olmadım. 
Bircə əmimin zəhmətinə hayıfım gəlirdi. O 
Ģəkli  Moskvada  poçtla  böyütdürmüĢdü. 
Neçə gün həsrətlə yolunu gözləmiĢdi. Belə 
gözəl alınmasına elə ürəkdən sevinirdi ki... 
Kibrit  boyda  köhnə  Ģəkli  kitab  boyda  təzə 
Ģəkillə  yanaĢı  qoyub  baxdıqca  baxırdı. 
Babam  da,  atam  da,  anam  da,  hətta 
qonĢularımız  da  yığıĢıb  hər  iki  fotoya 
maraqla  tamaĢa  etmiĢdilər.  Hamı  məəttəl 
qalmıĢ, heyranlığını gizlədə bilməmiĢdi. 
       Allahüçünə  babam  Ģəklinin  divardan 
asılmasını  istəmirdi.  Deyəsən,  ölməkdən 
qorxurdu.  Bir  gün  öz  diliylə  dedi:  ―Bala, 
hələ 
ölməmiĢəm 
ha!‖ 
Əmim 
onu 
qucaqlayıb qulağından öpdü: ―Qarbaçov da 
ölməyib, dədə, hər tərəfə Ģəklini vurublar.‖ 
         Mən  babamın  Ģəklinin  gözlərini  oyan 
gün  müharibə  xəbəri  gəldi.  Dedilər, 
buralardan  köçüb  getməsək  hamımızı 
öldürər,  əsir  apararlar.  Atam  təlaĢ  içində 
evimizi bir  maĢına yüklədi. Babamla  anam 
kabinədə,  atamla  biz  balacalar  kuzada 
oturduq.  Sevinirdik.  Yəqin  maraqlı  yerlər 
görəcəkdik.  Düzənliklər...  Futbol...  Silahlı 
əsgərlər... Tanklar... Mən də böyüyüb əsgər 
olacaqdım... 
       O  gündən  sonra  babamın  fotosunu 
asmağa heç vaxt divarımız olmadı. 
       Mən  buna  bir  az  sevinirdim  də.  Çünki 
atam  Ģəklin  gözlərini  oyduğumu  heç  vaxt 
bilməyəcəkdi. Anam onu gizləmiĢdi. 
         Əmim  heyvanlarımızı  gətirmək  üçün 
kənddə  qaldı.  Bizimlə  necə  görüĢdüyünü 
yaxĢı  xatırlayıram.  Babamı  lap  çox 
qucaqladı.  Atamla  soyuq  görüĢdü.  Anam 
dabanlarını  qalxızıb  əmimin  çənəsinin 
altından  öpdü.  Ucaboy  idi.  Tüfəngi  də 
vardı. Mənə baxıb güldü. Üzümdən öpəndə 
tüfəng  çiynindən  sürüĢüb  üstümə  düĢdü. 
Düzəltdi  çiynində,  baĢ  barmağını  qayıĢına 
keçirib  gözünün  birini  qıydı:  ―Darıxma, 
gələcəm ova gedək. Hacı Süleymanda yaxĢı 
dovĢanlar  olur.‖  Və  ağ  atımızı  minib 
yoldaĢlarının dalınca çapdı. 
    O gündən əmimi bir daha görmədik. Ġtkin 
düĢdü  müharibədə.  Amma  ağ  atımız  gəlib 
çıxdı.  Hardasa  atı  yoldaĢlara  əmanət  edib 
yol  maĢınları  ilə  bizi  yoluxmağa  gəlirmiĢ. 
Nə gəlib bizi tapa bildi, nə də geri qayıdıb 
yoldaĢları...  Biz  əmimin  yoxa  çıxmasından 
bir  ay  sonra  xəbər  tutduq.  Elə  bilirdik, 
yoldaĢlarla  qalıb.  Bəli,  ağ  atımız  gəldi, 
əmim  yox.  Babamı  ilk  dəfə  onda  ağlayan 
gördüm.  Atın  boynunu  qucaqlayıb  alnını 
yalmanına  söykədi:  ―Ay  bivəfa,  oğlumu 
neylədin? 
Mən 
onu 
sənə 
etibar 
eləmiĢdim...‖  -  dedi  və  həzin-həzin  ağladı. 
Atımız əvvəlcə səsini boğazında incik-incik 
qaynadıb  etiraz  eləsə  də,  babamın 
ağladığını  görüb  susdu,  qulaqlarını  salladı. 
Elə  bil  babamın  üzünə  baxmağa  xəcalət 
çəkirdi. 
     Əmimin  Hacı  Süleyman  dediyi  yer  göz 
iĢlədikcə  düzənlik  idi.  YovĢan,  yağtikan, 
qarağan topaları, xırda otlar və təkəmseyrək 
yulğun  kollarından  baĢqa  heç  nə  gözə 
dəymirdi.  Ətraf  Ģoranlıq  idi.  Elə  dəhĢətli 
istilər  keçirdi  ki,  nəfəs  almaq  olmurdu.  Su 
da  yox  idi  buralarda.  Köhnə  yataq  yerində 
bir  tərəfi  yıxılmıĢ  yeraltı  dama  yığıĢdıq. 
Atam  ora-burasına  əl  gəzdirdi.  Üstünə  təzə 
müĢəmbə çəkməmiĢ əmimin xəbəri gəldi və 
bizi  babama  tapĢırıb  qardaĢını  axtarmağa 
getdi. 
         Babam  ağ  atımızla  danıĢan  gündən 
çevrilib  baĢqa  adam  olmuĢdu.  Deyəsən, 
doğrudan  da  anam  deyən  idi.  Onun 
mərhəmətli  qəlbi  vardı.  Gözləri  xeyli 
zəifləsə  də  bircə  gün  rahat  oturmurdu. 
Keçilərimizi  otarır,  həyət-bacanı  qaydaya 
salır,  ilan  yuvalarının  üstünü  örtür,  yıxıq 
tikililərdə  salamat  ağac,  Ģifer  axtarırdı. 
Səhərlərsə  məni  götürüb  yağıĢ  suyu 
yığmağa  gedirdi.  Babam  Hacı  Süleyman 
torpaqlarını  yaxĢı  tanıyırmıĢ.  Deyirdi,  bir-
iki  həftəyə  yağıĢlar  kəsiləcək,  göydən  od 
yağacaq. 
    Eyni heç açılmırdı. Üzdən gülümsəsə də 
içində  qan  ağladığını  hiss  edirdim.  Qalın 
linzalı  eynəyini  taxıb  tozanaqlı  yollara 
baxır, heç nə görməyəndə məndən soruĢur, 

                            Üç aylıq ədəbiyyat dərgisi 
51 
çoxlu  suallar  verirdi.  Bəzən  mən  keçilərin 
dalınca  uzağa  gedəndə  fürsət  tapıb 
ağlayırdı. Yanına gələndə səsimi qısır, çör-
çöp 
ayağımın altında qalıb səs salmasın 
deyə  asta  yeriyir,  babamın  ağlamağına 
mane  olmaq  istəmirdim.  Daha  doğrusu 
bundan  çəkinirdim.  Mənə  elə  gəlirdi  ki, 
onun  ağlamağı  çox  vacib  bir  ayindir  və 
rahat ağlayıb kiriyəndən sonra hər Ģey yaxĢı 
olacaq.   
   Babam qan-yaĢ tökdükcə gözləri daha da 
zəifləyirdi.  Elə  bil  istilər  onun  gözlərini  də 
qurudurdu.  Getdikcə  öləziyir,  geri  çəkilir, 
içində  ağ  halqalar  peyda  olurdu.  Artıq 
keçiləri  saya  bilmirdi.  Mənimsə  saydığıma 
inanmır,  boĢ  yerə  mübahisə  edir,  yaxĢı 
görmədiyi  üçün  gözlərini  söyürdü.  O,  həm 
də  arıqlayırdı  və  arıqladıqca  Ģəkildəki 
adama daha çox oxĢayırdı. Babam Ģəkildəki 
adama oxĢadıqca mən vahimələnirdim. 
     Ancaq  məni  darıxmağa  qoymurdu. 
Deyirdi,  insan  gərək  ən  çətin  vaxtlarda  da 
yaĢamağı  bacarsın,  möhkəm  olsun.  Ağır 
illərdən, bundan daha acınacaqlı vaxtlardan 
misallar  çəkir,  nağıllar  danıĢırdı.  Bir  dəfə 
soruĢdum:  ―Bəs  elədisə,  özün  niyə 
ağlıyırsan əmimdən ötəri?‖ 
     Diksindi.  Uzun  müddət  susdu.  Handan-
hana  dərindən  ah  çəkib  dedi:  ―Ona 
qardaĢımın adını qoymuĢdum. QardaĢım da 
o biri müharibədə itkin düĢdü...‖ 
 
  
*** 
      Artıq  Hacı  Süleyman  torpaqlarına 
yağıĢlar  da  yağmırdı.  Hacı  Süleymanın 
təkcə  yeri  deyil,  göyü  də  qurumuĢdu. 
Ġstidən  nəfəs  almaq  olmurdu.  Elə  bil  bizi 
iplə  yanan  təndirin  içinə  sallamıĢdılar. 
Bədənimizdən  yanmıĢ  yağ  iyi  gəlirdi.  Yer 
istidən elə çatlayırdı ki, az qala çırtıltı səsini 
eĢidirdik.  Ġlan-çayanlar  da  dəhĢətli  istilərə 
dözməyib  yoxa  çıxırdı  yavaĢ-yavaĢ. Ditdili 
və  mığmığaların  əlindən  rahatlıq  yox  idi. 
Mığmığalar  miçətkəndən  də  keçirdi.  Ətraf 
getdikcə  daha  çox  ĢoranlaĢır,  uzaqdan-
uzağa  qar  kimi  ağarırdı.  QurumuĢ  torpaq 
ayaq  altında  xırıltıyla  ovulub  toza  çevrilir, 
külək  əsəndə  bu  toz  havaya  qalxıb  ətrafı 
tüstü kimi bürüyür, günlərlə çəkilmirdi. Toz 
seyrələndə uzaqdan çay axdığını görürdüm. 
Babam  deyirdi,  heç  vaxt  buna  aldanıb 
getməyim.  Bu,  ilğımdır.  Ġstidən  adamın 
gözünə  görünür.  Deyirdi,  Hacı  Süleyman 
torpaqlarının 
hər 
tərəfinə 
bələdəm, 
buralarda  bineyi-qədimdən  çay,  bulaq 
olmayıb. Amma vallah axırdı. Görürdüm o 
çayı.  Yuxu  deyildi.  Ġlğım-filan  deyildi. 
Dalğalanaraq,  Ģaqqıldayaraq  xoĢbəxtcəsinə 
axırdı. Söz yox, nə qədər susasam da o çaya 
tərəf  getmirdim,  əmim  kimi  itməkdən 
qorxurdum. 
         Tozanaq  qalxanda  heç  nə  görünmürdü. 
Adamlar  azıb  evlərinin  yolunu  tapmırdılar. 
Heyvanlar  da  azırdı  belə  toz-dumanın 
içində.  Elə  bil  babamın  Ģəkli  asılan 
evimizdən simurq quĢunun qanadında gəlib 
tamam  fərqli  bir  dünyaya  düĢmüĢdüm. 
Burdakı  torpaq  da,  su  da,  günəĢ  də  tamam 
baĢqa idi. Orda tanıdığım adamlar da burda 
tamam dəyiĢmiĢdilər. Qorxaq, aciz, ağlağan 
olmuĢdular.  Babam  məni  öyrətmiĢdi  ki, 
küləyin  hardan  əsdiyinə  həmiĢə  diqqət 
edim.  Küləyi  hiss  eləməyəndə  barmağımı 
ağzımda  isladıb  havada  tutum.  Və  bununla 
istiqaməti tapım. Adam sağını-solunu bilsə, 
bir də ilğıma aldanmasa heç vaxt azmaz. 
       ―Əmim  də  ilğım  görüb,  baba?‖  – 
soruĢdum bir dəfə. 
     ―O,  azmayıb.‖  –  hirslə  dedi  -  ―Yolları 
bilir. Gələ bilmir!‖ 
    Bizim heyvanlar qapımızı yaxĢı tanıyırdı 
deyə, rahat idim. Harda olsam məni gətirib 
çıxaracaqdılar.  Bircə  ilğıma  aldanmasam 
yetər.  Nə olsun  ki,  həqiqətən  də çay  axırdı 
ordan. Axır axsın, mənə nə! 
       Babam  o  yayı  çoxlu  nağıllar  danıĢa-
danıĢa,  bizə  çoxlu  məsləhətlər  verə-verə 
damımızın  dəhlizində  oturub  obaya  gələn 
yolu vərəvürd eləməklə keçirdi. O, gözünün 
son  iĢıq  parçalarını  da  əmim  üçün 
xərcləyirdi.  Üfüqdəki  çayın  yanınacan 
uzanıb  gedən  tozanaqlı  yollar  babamın 
gözünün iĢığını əmdikcə əmir, sanki qəsdən 

52
№ 3 (15) Payız 2015 
 
ora-bura  burulub  onu  əziyyətə  salırdı. 
Bəzən  baxıĢları  Ģübhəli  bir  qaraltıya  iliĢib 
qalır,  üzünü  qırıĢdırıb  daha  dəqiq  görməyə 
çalıĢır, 
bir 
Ģey 
çıxmayanda 
məni 
haraylayırdı.       
     Qar  yağanacan  birtəhər  dözdük.  Əslində, 
dözə bilmədik heç... Neçə dəfə xəstələndik, 
iki  inəyimiz  qızdırıb  öldü.  Ayaqlarım  yara 
tökdü.  Elə  incidirdi  ki...  Babam  məni 
obadakı  balaca,  ağ  vaqona  -  yardım 
həkimlərinin  yanına  aparanda  ―Ayaqqabısı 
yoxdur‖ 
deməyə 
utandı. 
Dedi, 
nadincliyindən 
ayaqyalın 
gəzir. 
Dik 
məmələri  içimi  qıdıqlayan  qara  dikdabanlı 
ucaboy həkim məlahətli səsiylə tərcüməçiyə 
söylədi  ki,  bir  daha  ayaqyalın  gəzməyim. 
Bədənimdə 
yağtikan 
zəhərinə 
qarĢı 
allergiya  var,  yoxsa  baĢqa  problemlər 
yarana,  hətta  zəhərlənmə  ola  bilər. 
Ayaqlarımın  çirkinə  və  yaralarına  görə 
həkimdən  utandım,  onları  oturduğum 
çarpayının  altında  gizləməyə  çalıĢdım. 
Dikdabanlı  həkim  bunu  görüb  qəribə  bir 
doğmalıqla  gülümsəyəndə  lap  özümü 
itirdim. BaĢımı aĢağı saldım. Bu an nədənsə 
əmimin  gülüĢü  gəlib  durdu  gözümün 
qabağında  və  qəfil  fərqinə  vardım  ki, 
dikdaban  geyinmiĢ  həkim  bir  suyundan 
əmimə  oxĢayır.  Doğmalığı  da  ondandır. 
Bəlkə də heç oxĢamırdı, mənə elə gəlirdi.   
     Yardım  həkimləri  babamın  gözlərinə  də 
baxdılar.  Dedilər,  güclü  təzyiqi  var.  Əsəb 
və stressdən iĢığını tamam itirə bilər. Burda 
heç  bir  Ģərait  yoxdur.  Təcili  harasa 
xəstəxanaya getməlidir. 
   Mənə balaca sellofanın içində çoxlu atma 
dərman,  iki-üç  maz  verdilər.  Dərmanlar 
xeyli kömək eləsə də ayaqlarımın giziltisini 
axıracan  ovuda  bilmədi.  Onda  babam 
qapımızdakı  toyuqlardan  birini  kəsdi, 
dərisini  soyub  ayaqlarıma  çəkdi,  üstündən 
yumĢaq  parça  büküb  qatmayla  bağlayanda 
dodaqlarının  altında  dua  kimi  bu  sözləri 
pıçıldadı:  ―Mənim  gözəl  balam‖.  Gözlərim 
doldu.  Anamın  dediyi  mayka  söhbətinə 
bundan 
sonra 
zərrəcə 
Ģəkk-Ģübhəm 
qalmadı.  Və  babam  bu  sözləri  elə  böyük 
sevgiylə  dedi  ki,  iki-üç  günə  ayaqlarım 
sağalıb anadangəlmə oldu. 
   Atam  yayın  bir  ortasında  gəlib  çıxdı. 
Əmimdən  xəbər  yox  idi.  Dedi,  bizim 
tərəflərdə  qanlı  döyüĢlər  gedir,  gündə  o 
qədər  adam  ölüb,  itkin  düĢür  ki...  Kimi 
axtarasan? Kimdən nə soruĢasan? 
  Əmimdən xəbər gətirmədiyinə görə babam 
atamın  üzünə  baxmır,  onu  danıĢdırmırdı. 
Atam  gizlində  deyinirdi:  ―Axı  mənim  nə 
günahım var?‖ 
       Ġstidən  ümidlərimizin  də  yanıb  kösövə 
döndüyü adi günlərin birində babam baĢını 
göylərə  doğru  qaldırıb  öz-özünə  pıçıldadı: 
―YağıĢ yağacaq!‖ ―Nədən bilirsən, baba?‖ – 
yanına  qaçdım.  ―Havadan  dağların  iyini 
alıram‖  –  burun  pərələri  qalxıb-endi. 
Uzaqdan  bizi  marıtlayan  atam  mızıldandı: 
―KiĢinin  baĢına  hava  gəlib.‖  Babam 
təmkinini  pozmadan  daha  da  inamlı  səslə: 
―Yağacaq‖ – söylədi – ―Mütləq yağacaq.‖ – 
boğazını  arıtladı  ki,  səsi  titrəməsin  – 
―Baxarsız...‖  
       Bir  azdan  doğrudan  da  göy  üzünə  qara 
bulud  gəldi,  Ģıdırğı  yağıĢ  baĢladı.  Çox 
sevindik. Babam da sevindi. Eynəyini taxıb 
buludlara  baxdı.  Amma  deyəsən,  heç  nə 
görmürdü.  Əllərini  yağıĢa  açdı.  Havanı 
qoxladı,  qoxladı...  ĠslanmıĢ  torpaq  qoxusu 
mənim də içimi yaĢamaq eĢqiylə doldurdu.  
 
  
*** 
―Səriallahın səlaha 
Qulhuvallahın səlaha 
Bərkiridir cəbreyil 
Əmanətin qahala...‖ 
  
      Mənasını indi də anlamadığım bu sözlər 
körpə 
vaxtı 
məni 
lüt 
soyundurub 
maykasından  içəri  salan  babamın  mənə 
öyrətdiyi dualardandır. Qurd ağzı bağlamaq 
duası... Dedim axı, bəzən Hacı Süleymanda 
heyvanlar  da  azır,  gəlib  sahibinin  qapısını 
tapa bilmirdi. Səhərlər orda-burda cəsədləri 
qızarırdı. 
Qaçqın 
obalarına 
canavar 
dadanmıĢdı.  Canavarlar  bilirdi  ki,  bu 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin