Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3.87 Mb.
Pdf просмотр
səhifə6/32
tarix06.09.2017
ölçüsü3.87 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

36
№ 3 (15) Payız 2015 
 
göndərsinlər. 
          Niyaz  dediyi  qaydada  etdi,  mərkəzə 
məruzə edib kömək istədi. Sonra avtoritetlərdən 
üçünü otağına çağırdı. Məhkumlar içəri girərkən 
ayaq  saxlayıb  Niyazın  reaksiyasını  gözlədilər: 
onlara  da  ayaqqabısını  çıxartmaq 
əmri 
veriləcəkdimi?  Belə  olarsa  görüĢməkdən  imtina 
edəcəkdilər.  ―Keçin  içəri‖,  –  eĢidəndə  etirazdan 
daĢındılar.  Niyaz  onlara  hətta  əyləĢməyə  yer  də 
göstərdi: 
            –Buyurun, əyləĢin... 
          Müəssisədə 
qəbuluna 
gələnlərin 
bəzilərindən  ayaqqabısını  çıxarmağı  ilk  dəfə 
tərbiyə  iĢləri  üzrə  müavin  Səfər  tələb  etmiĢdi. 
Həmin  məhkum  otaqdan  çıxarkən  isə  təzim 
edirmiĢ  kimi  arxasını  çevirmədən  qapının  o 
üzündəki ayaqqabısınadək geri addım atmalı idi. 
Səfərin  tərbiyə  ―metodu‖  Niyazın  da  xoĢuna 
gəlmiĢ, 
daxilən 
iyrəndiyi 
məhkumlara 
ayaqqabısını  qapısının  ağzında  çıxartdırar, 
dönmədən arxaya addımladar, oturmağa da icazə 
verməzdi. TanınmıĢlara və hörmət etdiklərinə isə 
bu qaydanı Ģamil etməzdi. 
          Rəis əvəzi xeyli mülayimləĢmiĢdi:   
            –  Məhkum  yoldaĢlarınızı  baĢa  salın  ki, 
düzgün yol seçməyiblər. Narazılıqlarını mənə və 
məndən yuxarı rəhbərliyə yazılı və Ģifahi Ģəkildə 
bildirə  bilərlər.  Aksiya  keçirməklə,  tabesizlik 
göstərməklə  isə  heç  nə  əldə  edə  bilməyəcəklər. 
Məni  bura hökumət  təyin edib, bu kreslonu heç 
də  özbaĢına  tutmamıĢam.  Onlar  məni  iĢdən 
çıxara  bilməz,  lazım  biləndə  də  hökumət  məni 
iĢdən  azad  edəcək.  Gəmiyə  minib  gəmiçi  ilə 
dalaĢmasınlar.  Deyin,  sakitcə  öz  yerlərinə 
dağılıĢsınlar.  DağılıĢmasalar,  kömək  üçün 
əsgərlər,  xüsusi  təyinatlılar  müəssisəyə  girsə 
ziyan  çəkəcəklər.  Döyüləcəklər,  söyüləcəklər, 
cəzalandıralacaqlar.  Özləri  günahkar  olacaqlar, 
daha 
baĢ 
verənlər 
mənlik 
olmayacaq. 
Ġçərilərində  cəza  müddəti  artırılan,  uzaq 
müəssisələrə göndərilənlər də olacaq. Baxsınlar, 
düĢünsünlər  hansı  xoĢdur,  dağılıĢıb  sivil  yolla  
etirazını  çatdırmaq,  yoxsa  qanuna  zidd 
hərəkətlər?.. 
          Avtoritetlər 
heç 
nə 
vəd 
etmədən 
meydandakı  məhkumların  yanına  qayıdıb 
Niyazın  sözlərini  çatdırdılar.  Meydandakılar 
etirazlarından əl çəkmək istəmirdilər: 
            –Xeyr,  heç  dağılıĢdı  yoxdu.  Bizi  ən 
baĢlıcası  rüĢvətə  görə  sıxırlar,  məhkum 
hüquqlarımızı  tapdalayırlar.  Qoy  haqq  səsimiz 
yuxarılaradək  getsin.  Niyazın  məqsədi  bizi 
qorxutmaqdır... 
Yataqxanalardakı  məhkumlar  da  nəzarətçilər 
vasitəsi ilə etirazlarını bildirmiĢdilər: zabitlərdən 
yalnız  dəstə  rəislərinə  güzəĢt  edə  bilərlər, 
qalanları baraklarda görmək belə istəmirlər. 
          Yarım  saat  da  keçdi,  baĢı  dəbilqəli 
əsgərlərlə  dolu  maĢınlar  müəssisənin  qarĢısında 
dayandı.  Onlar  həyətə  daxil  olmamıĢ,  Niyazın 
sözünün ciddiliyini  anlayan bir çox məhkumlar 
kirimiĢcə  meydanı  tərk  etdilər.  Meydandakılar 
yarıbayarı  azaldı,  təqribən  əlli  nəfərədək  adam 
qaldı. 
          Əllərində  iri,  qalın  ĢüĢə  qalxanlı  və  qara, 
yoğun  dubinkalı  əsgərlər  həyətə  girib  bir  anın 
içində  meydanı  dövrəyə  aldılar.  Onların 
içərisində  əzələli,  hündürboyluları  ,  Ģübhəsiz 
təlim görmüĢ xüsusi təyinatlılar idi. 
          Meydandakı  məhkumlar  üzə  vurmasalar 
da gördükləri mənzərədən daxilən sarsılmıĢdılar. 
Onlar  sonuncu  xəbərdarlığı  gözləyirdilər  ki, 
tələblərini  bildirib  dağılıĢsınlar.  Lakin,  bu  dəfə 
sonuncu xəbərdarlıq olmadı. Əsgərlərə baĢlamaq 
komandası  verildi.  Dubinkalı  əsgərlər  hərə  bir 
tərəfdən  çaĢqınlıq  içində  olan  məhkumları 
qolları  açılan  qədər  çırpıb  döyməyə  baĢladılar. 
Sonra  da  çoxusunu  qandallayıb,  bir  qədərini 
cərimə  təcridxanasına,  bir  qədərini  də  çöldəki 
komvoy maĢınına doldurdular. 
          Sonda  mərkəzə  məruzə  edildi:  əməliyyat 
uğurla baĢa çatdı, müəssisədə sabitlikdir. Hər Ģey 
Niyazın əvvəlcədən dediyi kimi oldu: meydanda 
döyülən  məhkumlardan  bəzilərinin  cəzası 
artırılıb  qapalı  həbsxanaya  göndərildi.  Qalanları 
da  təcridxanaya  salınıb  oradan  da  əyalətlərdəki 
cəzaçəkmə  müəssisələrinə  yatab  olundular.  O 
cümlədən,  avtoritetlərdən  də  bir  neçəsi 
müəssisədən kənarlaĢdırıldı. 
*   *   * 
          Haqq  söz  imiĢ:  kin  özü  ilə  kin  gətirər. 
Müəssisədə 
aparılan 
―təmizləmə‖ 
əməliyyatından  sonra  sakitlik  bərpa  olunsa  da, 
məhkumların 
əhval-ruhiyyəsində 
gərginlik 

                            Üç aylıq ədəbiyyat dərgisi 
37 
qalmaqda  davam  edirdi.  Onlarda  əməkdaĢlara, 
xüsusilə Niyaza qarĢı gizli, dərin bir nifrət hissi 
yaranmıĢdı.  Niyaz  gözlərdəki  nifrəti  duysa  da, 
iĢinin  xatirinə  özünü  təmkinli,  mehriban  aparır, 
yeri  gələndə  güzəĢtə  getdiyini  də  göstərirdi. 
Amma 
onun 
sifətinin 
dəyiĢməsinin, 
yumĢalmasının  xeyri  yox  idi.  Artıq  sözünin 
çəkisi  olan  bütün  məhkumlar  Niyaz  və  Bəkirlə 
əvvəlki  münasibətlərini  hər  tərəfli  kəsmiĢdilər. 
Sözləri  olanda  Səfərə,  ġamilə,  digər  zabitlərə 
müraciət  edirdilər.  Ərzaqdan  savayı  hər  Ģeyin 
alveri dayanmıĢdı. ĠĢçilərdən heç kəsə pul vermir 
və  heç  nə  də  istəmirdilər.  Niyazın  gəlir 
―toçkaları‖  olan  telefon  otağının,  çayxananın, 
bərbərin,  dərzinin,  çəkməçinin  qapısını  kimsə 
döymürdü.  Müəssisədə  tam  mənada  böhran 
hökm sürürdü. 
          Böhranın  acı  nəticələrini  hamıdan  tez, 
birinci  hiss  edənlər  isə  sanitarlar  oldu.  Niyazın 
gəlirlərinin  kəskin  Ģəkildə  azalmasından  sonra 
nəinki  sanitarların  çay,  siqaret  pulusu,  hətta 
dəftərxanaya  paket,  marka  almaq  da  onun  üçün 
problemə  çevrilmiĢdi.  Müxtəlif  təĢkilatlara 
yazılan  məktublar  günlərlə  qalaqlanıb  poçta 
atılmasını gözləyirdi. Sanitarlarsa susub dözmək, 
günlərlə 
gözləmək 
istəmirdilər. 
Onlar 
düĢünürdülər  ki,  üç  hektardan  çox  ərazinin, 
yeddi  yüzə  yaxın  adamın  sutka  boyu  tozunu, 
çirkini-çirkabını  təmizlə,  ancaq  insan  kimi  çay 
içmə,  siqaret  çəkmə,  adi  ərzağa  pul  xərcləmə... 
―Belə  insafsızlıqmı  olar?‖  –  Ayaz  sanitarların 
adından Niyaza ĢikayətlənmiĢdi. 
          Niyaz  çatıĢmamazlığın  düzələcəyini  vəd 
etmiĢ,  onların  gündəlik  təminatlarını  pulla 
ödəməyi  kabinetindəki  telefonla  kiməsə  də 
tapĢırmıĢdı.  Həqiqətən  vəziyyətləri  iki  gün 
yaxĢılaĢmıĢ,  sonrakı  günlər  yenə  baxımsız 
qalmıĢdılar.  Məsələnin  düzəlmədiyini  görəndə 
sanitarlar rəisin təsərrüfat iĢləri üzrə müavini ilə, 
mühasiblə qarĢılaĢarkən heç  olmasa maaĢlarının 
yarısın özlərinə verilməsini tələb etdilər.  
          Üç  gün  də  keçdi,  tələblərinə  əhəmiyyət 
verilmədiyini  görən  sanitarlar  müəyyən  yer  və 
sahələrdə  təmizlik  aparmaqdan  imtina  etməyə 
baĢladılar.  Müəssisənin  ərazisində  böyük  zibil 
topaları  yarandı.  Dalısıyca  kanalizasiyalarda 
tutulma,  dolub  daĢma  hadisələri  baĢ  verdi. 
Həyətdəki 
meydanın 
ortasından 
keçən 
kürəbəndin  daĢması  ilə  üfunətli,  çirkli  su 
meydana yayıldı. 
          Ayaz  etiraz  əlaməti  olaraq  briqadirlik 
səlahiyyətindən  ―istefa  vermiĢ‖,  rəhbərliyi 
boynundan atmıĢdı.  Sanitarları yalnız  döyülmək 
və karserə salınmaq  qorxusu altında iĢlədirdilər. 
Müəssisədə  anti-sanitariyanın  artması  əksər 
əməkdaĢları,  o  cümlədən  Zəfəri  də  hövsələdən 
çıxarmıĢdı: 
             –Düz  iĢ  görmürlər.  On  dörd  nəfərin 
təminatını  ödəmək  nə  çətin  iĢdir,  axı?  Vallahi, 
sanitarlar  sözü  bir  yerə  qoyub,  çox  yox  bir  gün 
iĢləməsələr  müəssisə  zibil  içində  üzər.  Bunu 
fikrləĢən varmı?   
          Elə  bil  Zəfərin  bu  sözü  kimlərinsə  ağlına 
batdı. Məhkumlar öz aralarında müzakirə edərək 
dəstə  rəisinin  haqlı  söz  dediyini  qeyd  etdilər. 
Avtoritetlərin Ayazın yanına gizlin göndərdikləri  
müxtəlif adamlar birlik yaratmağı, çətinliklərdən 
yalnız bu yolla çıxa biləcəklərini ona anlatmağa 
çalıĢdılar:  ―Güc  birlikdədir‖.  Lazım  gələrsə, 
dəstək verəcəklərini də arxayın etdilər.   
          Altı  gün  sonra  bütün  sanitarlar  sözü  bir 
yerə  qoyub    səhərin  alatoranında  istehsalat 
sahəsindəki ikimərtəbəli sexlərin birinin damına 
toplaĢdılar. ġüarları da belə idi: ―Biz haqqımızı, 
maaĢımızı istəyirik.‖ 
          Sübh tezdən növbətçi köməkçinin vurduğu 
zənglə  yuxusuna  haram  qatılan  Niyaz  səhər 
yeməyini  yemədən    baĢılovlu  maĢınına  oturub 
iĢə  yola  düĢdü.  Onsuz  evdə  də  rahatlığı 
qalmamıĢdı.  (ĠĢdə  olanda  evə  dair  dərdlərini 
gecə düĢənədək unudurdu.) Oğlunun narkotikaya 
alıĢması  azmıĢ,  üç  həftə  idi  ki,  internetdə  tanıĢ 
olduğu  qadının  evinə  köçmüĢdü.  Onunla 
özbaĢına  ailə  qurması  isə  oğlu  ilə  bağlı  illərdir 
bəslədiyi arzularını puç etmiĢdi. Həyası olmayan 
müasir  ―gəlin‖  qaynanasını  tezliklə  nəvəsi 
olacağı  ilə  də  muĢtuluqlamıĢdı.  ―Həqiqətən 
utanılmalıdır,  yeddi  yüz  adama  rəhbərlik  edən 
Ģəxs bir oğluna yiyəlik edə bilmir,‖ – Niyaz hər 
dəfə özünü məzəmmət edəndə sinəsində göynərti 
hiss edirdi.     
Müəssisəyə  yaxınlaĢanda  uzaqdan  dama  çıxmıĢ 
sanitarları görəndə ürəyi  bir az da sıxıldı: ―Yox, 
bu  sanitarların  iĢi  ola  bilməz,  onlara  yol 

38
№ 3 (15) Payız 2015 
 
göstərənlər  olub,  –düĢündü,  –  bəlkə  də  qiyamın 
planını  təkcə  müəssisə  avtoritetləri  yox,  aranın 
qarıĢmasını,  bulanıq  suda  balıq  tutmaq  istəyən 
oğru  aləmindəki  havadarları  da  cızıblar...  Elədir 
ki,  var,  məndən  acıqlarını  çıxmaq  üçün 
bunlardan istifadə ediblər.‖  
ĠĢçilərinin  də  məsələnin  ĢiĢməsində  maraqlı 
olmalarını  neçə  vaxtdı  duyurdu.  Ġdarədən 
baĢlamıĢ (zira, onlar sudan duru, aynadan təmiz 
idilər  –  aralarında  barmaqla  sayılacaq  qədər 
ləyaqətlisi  vardı,  –  Niyaz  təxmin  edirdi) 
nəzarətçilərədək  onu  xoĢlamayanlar  çox  idi.  Ən 
inandığı  Bəkir  də  yeri  gələndə  etibar  ediləsi 
yoldaĢ  deyildi.  Necə  deyərlər,  balta  ağac 
kəsməzdi, sapı ağac olmasaydı... 
          Ömür boyu inanmazdı, ağlına gəlməzdi ki, 
belə hadisə baĢ versin. Otuz illik xidməti zamanı 
görməmiĢdi 
və 
eĢitməmiĢdi 
haradasa 
üzdəniraqlar  –  sanitarlar  hamılıqla  qiyam  edib 
dama çıxsınlar. 
          O,  müəssisəyə  girib  birbaĢa  sanitarların 
damına çıxdıqları tikilinin yanına getdi. Binanın 
ətrafında  onlarla  məhkum,  nəzarətçilər  və 
zabitlər  dayanıb  tamaĢa  edir,  sanitarların  nə 
edəcəyini  gözləyirdilər.  Niyaz  yaxınlaĢan  kimi 
Ģirin dilini iĢə salmaq istədi: 
            –Ay  uĢaqlar,  düz  etmirsiz,  siz  nə  vaxt 
mənə  dərdinizi  dediniz,  mən  də  baxmadım? 
Dama çıxmaq nəyə lazım imiĢ? Ayaz, eĢıdirsən, 
ağlınızı baĢınıza yığın düĢün aĢağı. 
            –Yox,  Niyaz  məllim,  –  Ayaz  damda 
dayananların  arasından  cavab  verdi,  –  biz  sizə 
dəfələrlə  demiĢik,  qulaq  asmadız.  Hər  dəfə  bizi 
aldadıb  baĢınızdan  etdiz.  MaaĢımızı  istəyəndə 
döydürdüz,  karserlə  qorxuzduz.  UĢaqlar  daha 
sənə  inanmırlar.  Biz  lap  böyük  rəislərin 
gəlməsini  istəyirik.  Qoy  gəlsinlər,  sözümüzü 
onlara deyək, sonra düĢək... 
          Niyaz  aldığı  cavabdan  kor-peĢman 
kabinetinə getdi. O, Bəkiri, ġamili, Səfəri çağırıb 
nə  yolla  olur  olsun  sanitarların  damdan 
düĢürülməsi üçün tədbir görmələrini əmr etdi: 
            –Bilmirəm,  fikirləĢin  bir  vasitə  tapın 
onları oradan aĢağı salın. 
            –Niyaz  müəllim,  necə  edək?  –  Bəkir 
çiyinlərini  çəkib,  sual  etdi.  –  Siz  deyin,  biz  də 
eləyək.  Səhərdən  söz  ilə  hər  üsuldan  istifadə 
etmiĢik.  Xəbərdarlıq  elədik,  hədələdik,  olmadı 
Ģirin  dilə  keçib  vədlər  verdik.  Faydası  yoxdur. 
Kor tutduğundan buraxmadığı kimi yapıĢıblar ki, 
yuxarıdan adam gəlsin, sonra düĢərik... 
            –Bəs  zorla  necə?  Nəzarətçilər  ora  çıxa 
bilməz? 
            –Birincisi,  təhlükəlidir.  Damın  dəmir 
örtüyü  hamardı,  hər  an  adam  sürüĢüb  yıxıla 
bilər.  Ġkincisi  də,  dəli  Mahirin  çənin  üstünə 
çıxması  yadınızdadır?  Onu  düĢürənlərə  töhmət 
veriləndən  sonra  kim  yenidən  töhmətə  görə 
həyatını riskə qoyar?  
            –Onda  bəs  nə  edək?  Bəlkə,  baĢqa 
müəssisədən  iĢçilər  çağıraq,  deyək  ki,  guya 
idarədəndilər, baĢlarını aldadaq? 
            –YaxĢı fikirdir. Gəl ki, alınmayacaq. Biz 
kimisə  tapıb  gətirənədək,  uzağı  yarım  saata 
onsuz da ―yuxarıdakılar‖ tökülüb gələcəklər. 
            –Artıq  xəbər  vermisən?  –  ―Ola  bilər, 
özünü  ―böyüklər‖  qarĢısında  sığortalamaq  üçün 
ondan gizlin məlumat verib‖, – Niyaz düĢündü.  
            –Mən?  –  Bəkir  qızardı,  –  Mən  niyə, 
əvvəllər  xəbəri  kim  verirdi? Yəqin  ki,  həmiĢəki 
kimi  onlar  edib,  –  o,  pəncərədən  görünən 
qüllədəki əsgərə eyham vurdu. 
          Niyaz  nəsə  xatırlayaraq  tez  telefonunu 
götürüb  məruzə  etmək  üçün  mərkəzə  zəng 
vurdu.  Səhərdən  bəri  boĢ  yerə  itirdiyi  vaxta 
heyfsiləndi. Yenə qabaqlasalar, daha onu bu dəfə 
bağıĢlamayacaqdılar.  Qorxduğu  baĢına  gəldi: 
sanitarların  qiyamından  məlumatlı  idilər.  Artıq 
xəbər yaxınlıqdakı müəssisələrə də yayılmıĢdı... 
          Bəkirlə 
ġamilin, 
müəssisənin 
baĢ 
tərbiyəçisi (Niyaz xahiĢ etdi ki, heç olmasa indi 
söyüĢ  söyməsin)  Səfərin  sanitarları  ələ  almaq 
üçün  etdiyi  cəhdlər  xeyir  vermədi.  DaĢ  qayaya, 
bıçaq sümüyə dirənmiĢdi. .. 
          Bəkirin  dediyi  düz  çıxdı.  Yarım  saat 
keçmiĢdi, ―yuxarıdan gələnlər‖ müəssisəyə daxil 
oldular.  Onlar  hadisə  yerinin  yaxınına  gələndən 
sonra  Ayaz  o  birilərə  hələ  damda  gözləməyi 
tapĢırıb  özü  aĢağı  düĢdü.  Gələn  üç  nəfərin 
böyüyü Ayazı ayrı otaqda tək qəbul etdi. Ayaz öz 
həyatından 
baĢlamıĢ 
dama 
çıxmaqlarının 
səbəblərinədək  hər  Ģeyi,  Niyaz  baĢda  olmaqla 
əməkdaĢlar  haqqında  bütün  bildiklərini  ona 
danıĢdı.  Söhbət  bir  saatdan  çox  çəkdi.  Rütbəsi 

                            Üç aylıq ədəbiyyat dərgisi 
39 
ədliyyə  kapitanı,  Ġdarədə  təmiz  karyeraya, 
nüfuza  malik  Ģəxslərdən  biri  olan  həmin  Ģəxs 
söhbətin sonunda Niyazı otağa dəvət edib dedi: 
            –Sanitarlar  indi  damdan  enib  hərə  öz 
iĢləri  ilə  məĢğul  olacaqlar.  Birinə  də 
toxunmayasınız.  EĢidirsiz,  iĢçilərinizə  də  deyin, 
bunu mən sizə Ġdarənin adından deyirəm. Gedib 
rəhbərliyə hadisə ilə bağlı məruzə edəcəyəm, nə 
qərara gəlsələr sizə də elan ediləcək. 
            –Oldu.  Siz  bilən  məsləhətdir,  –  Niyaz 
yazıq-yazıq cavab verdi. 
          MüfəttiĢlərin  böyüyünün  sərt  danıĢması, 
heç  kimlə  sağollaĢmadan  müəssisədən  getməsi 
Niyazın  qanını  lap  qaraltdı.  Bəkir  isə 
narahatlıqdan, 
fikirdən 
baĢını 
itirmiĢdi. 
Niyazdan  xoĢu  gəlməsə  də  iĢdən  çıxarılarsa, 
onun  da  baĢını  sığallamayacaqlarını  bilirdi. 
Hirsindən  kabinetinə  aparmağa  səbri  çatmayıb 
Ayazı həyətdəcə sillələyib söydü: 
            –OğraĢ!  Bəs  sən  deyirdin  oğru  aləminə 
nifrət  edirsən?  Axırı  onların  buyruğunu  yerinə 
yetirdin. Petuxlarda etibar olmur, düz deyiblər... 
            –Günahkar  özünüzsünüz.  Bizə  insan 
kimi  baxsaydınız,  biz  də  belə  etməzdik,  – Ayaz 
burnundan açılan qanını silə-silə cavab verdi. 
            –Sənin  var-yoxunu...  Ģərəfsiz  alçaq,  – 
Bəkir yenidən ona əl qaldırmaq istəyəndə onları 
kənardan,  pəncərədən  görən  Niyaz  otağından 
qıĢqırıb qoymadı: 
            –Bəkir, 
dəymə! 
TapĢırdılar 
axı, 
dəyməyin. Bir də ki, mənası nədir...  
          Sanitarların  qiyamına  avtoritetlər  baĢda 
olmaqla    qalan  məhkumların  da  rəğbəti  açıq-
aĢkar  hiss  olunurdu.  Nahar  vaxtı  avtoritetlərdən 
onlara qrev olaraq larekdən alınmıĢ xeyli siqaret 
qutusu göndərildi.  
          AxĢamüstü  isə  Niyazın  rəislikdən  azad 
olunması,  onun  yerinə  təzə  rəis  təyin  edilməsi 
xəbəri  gəldi.  Əksər  məhkumlar  sevinclərini 
gizlədə  bilmədilər:  ―Tez  ya  gec  bütün 
rüĢvətsevərlərin  sonu  belə  qurtaracaq.  Halal 
olsun,  sanitarlara!  Onlar  çoxlarının  bacarmadığı 
iĢi  gördülər,  müəssisənin  ən  böyük  ―zibilini‖ 
süpürüb atdılar...‖ 
*  *  * 
Təzə rəis özü ilə əməliyyat-rejim üzrə müavin də 
gətirmiĢdi.  Ġki  həftənin  ərzində  Səfərin,  Bəkirin 
də baĢqa müəssisələrə dəyiĢdirilməsinə nail olub 
kabinetlərinə öz adamlarını yerləĢdirmiĢdi. Səfər 
əyalətdəki 
məntəqə 
tipli 
cəzaçəkmə 
müəssisələrindən  birinə  müavin  göndərilmiĢdi. 
Bəkirin  vəzifədə  ucalmaq  arzusu  isə  gözündə 
qalmıĢdı. Əksinə olaraq göndərildiyi müəssisədə 
aĢağı  vəzifəyə  –  baĢ  əməliyyatçı  təyin 
olunmuĢdu.  Həmin  ərəfədə  özündən  kiçik 
qardaĢı  yol  qəzasında  həlak  olduğundan  öz 
uĢaqları (iki boĢandığı arvaddan – dörd uĢaq) ilə 
birgə  onun  da  uĢaqlarının  ehtiyaclarını  ödəmək 
məcburiyyətində qalmıĢdı. 
Gülbaxtdan  getməsindən  yarım  il  keçməmiĢ 
Məhyəddinin  iĢindən  azad  olunması  xəbəri 
eĢidən  hər  kəsi  heyrətləndirirdi.  Heç  demə 
müəssisənin 
müavini 
rəisinin 
narkotika 
istifadəçisi  olduğunu  bilən  kimi  məxfi  qaydada 
mərkəzə 
məruzə 
eləyib. 
Məlumatın 
düzgünlüyünü 
yoxlamaq 
məqsədi 
ilə 
Məhyəddini  qəfildən  mərkəzə  çağırıb,  maĢına 
əyləĢdirib  həkim  yoxlamasına  aparıblar.  Alınan 
qan  analazi  verilən  məlumatı  –  onun  narkotika 
aludəçiliyini  təsdiqləyib.  Ailə  vəziyyətinə  görə 
rəhm edib, faktı açıb ağartmadan ərizəsini alaraq 
xidmətdən  azad  ediblər...  Sərəncama  çıxarılan 
Niyaz isə aĢağı vəzifədə iĢləmək istəmədiyindən 
pensiyaya göndərilməsi üçün raport yazmıĢdı. 
Təzə  rəis  köhnə  Ģöbə  rəislərindən  təkcə  ġamili 
saxlamıĢdı.  Sanitarlardan  da  yarısını  saxlayıb, 
baĢda 
Ayaz 
olmaqla 
qalanlarını 
ətraf 
müəssisələrə  yatab  etmiĢdi.  Saylarının  bir 
qaydada  saxlamaq  üçün  digər  yerlərdən  də 
göndərdiyi  qədər  təzə  sanitarları  müəssisəyə 
qəbul etmiĢdi.  
Bu  rəisin  əvvəlkilərdən  fərqi  cavan,  enerjili  və 
səmimi  olması  idi.  OxĢarlığı  da  çox  idi. 
Gəlirlərlə  bağlı  bütün  iĢləri  yalnız  özü  həll 
edirdi.  ġərik,  tərəfdaĢ,  baĢqasına  həvalə  etməyi 
sevmirdi.  Onun  Bəkir  kimisinə  də  ehtiyacı  yox 
idi.  Avtoritetlərlə  də  özü  ünsiyyət  qururdu. 
GörüĢə  nəzarət  edənlərə  çöldən  gətirilən  pula 
məhdudiyyət 
qoyulmamasına, 
larekin 
böyüdülməsinə,  hamamda  bir  adamlıqların 
sayının  artırılmasına,  çayxanada  çayla  yanaĢı 
pulla  xörək  yeyilməsinə,  illərlə    bağlı  qalan 
kompyuter  otağında  asudə  vaxtın  səmərəli 
keçməsi  məqsədi  ilə  pulla  istifadəsinə  də  icazə 

40
№ 3 (15) Payız 2015 
 
verdi.  Əlbəttə  ki,  yeni  qiymətlərlə!..  Bütün 
iĢçilərinə  də  çəkinmədən  bildirdi  ki,  qeyri-
müəyyən  müddətə  gəlirlərlə  bağlı  ondan  umub 
heç nə istəməsinlər. 
            –Yadındadı, sən deyirdin Niyaz rəis olsa 
kollektiv  barmağını  soracaq,  –  Zəfər  ġərifə 
xatırlatdı,  –  təzə  rəis  deyəsən,  Niyazın  atasına 
rəhmət oxudacaq. 
  –Neynəsin, – ġərif gülümsədi, – verdiyi xərcini 
çıxarmalıdır  da.  Bilirsən  ki,  vəzifəyə  təyin 
olunanda birinci ―qabiliyyət‖  nəzərə alınır. Belə 
olmasaydı  görülən  iĢlərə  heç  göz  yumulardımı? 
Mayasını  tutmayınca  kiminsə  maddi  yardım, 
mükafat 
almasına 
imkan 
verməyəcək. 
Böyüklərin yolu ilə gedir... 
            –Aydın  məsələdir  ki,  BÖYÜKLƏRĠN 
hər Ģeydən  xəbərləri var, baxır nə və nə zaman 
onlara  sərf  etmir.  Hə..,  heç  bir  rəhbərlik  daimi 
deyil,  hərənin  öz  vaxtı,  öz  dövranı  var... Amma 
ki, necə deyərlər nə qədər tas dəyiĢsə də, hamam 
köhnə  hamamdır.  Görərsən,  bu  təzə  rəisin  də 
acgözlüyünün  sonu  yaxĢı  qurtarmayacaq,  pul 
gözünü  tutacaq,  günün  birində  tamahı  baĢına 
bəla gətirəcək. Əvvəllər olanlara dair həmiĢə sən 
sual verirdin, bu dəfə mən sənin rəyini soruĢum: 
sanitarların  dama  çıxmalarının  xeyri  nə  oldu? 
Son  olaylardan  sonra  gedənlərlə  gələnlərin 
arasında səncə fərq varmı? 
          ġərif  mənalı-mənalı  gülümsəməyində 
davam etdi: 
            –Diqqət 
etsən 
bura 
da, 
güclü 
dövlətlərdən asılı olan padĢahlıq kimidir. Adətən 
üçüncü  dünya  ölkələrində  baĢ  verən  etirazları, 
üsyanları,  heç  xatırlayırsanmı?  O  üsyanlarda 
yoxsul,  qara  camaat  nə  qazanırdısa,  burada  da 
sanitarların  nəsibi  elə  oldu.  Xeyrini  daha  çox 
kabinetlərdə  əyləĢənlər  –  hər  yerdəyiĢmədən 
―xeyir‖ əldə edənlər gördü. Bir də ki, toplananlar 
dəyiĢsə də cəm dəyiĢmir. Düzünə qalsa, məhkum 
ya  əməkdaĢ  fərqi  yoxdur.  Bir  neçə  faizi  istisna 
olaraq,  demək  olar  ki,  qalanı  qazamat 
―sanitar‖larıdır.  Fərq  yalnız  kimisinin  adında, 
kimisinin  də  əməlindədir.  Yəni,  birinin  adı 
üzdəniraqdır,  birinin  isə  əməli...  Əməli 
üzdəniraqlarınsa son ucu, – əlini havaya qaldırdı, 
–  lap baĢa gedib çatır.., ta Ģeytanadək... 
                                   
*  *  * 
          Gülbaxt  cəzaçəkmə  müəssisəsində  həyat 
davam  edirdi.  Günlər,  fəsillər,  insanlar  dəyiĢir, 
dəyiĢməyən  isə,  yalnız  ―yuxarıdan‖  gələn 
göstəriĢlər  və  daim  əsən  narın  tozlu  küləklər 
idi... 
 
  
USUBOĞLU 
 
 
SOLO  FORS-MAJOR 
                                              
Yazıçı Rafiq  Tağının xatirəsinə 
                       
             Bütün  bunları  içindəki  adam  dedi: 
qadını 
öldürmüĢük...almıĢıq,satmıĢıq,yatmıĢıq,vəzi
fə 
vermiĢik,maĢın 
vermiĢik,papaq 
vermiĢik,Ģalvar 
vermiĢik.Nə 
xətri 
çəkirsə,olub,bircə  qadın  olmayıb.  Tarixə 
baxın,Sullanı,Meteni,Fatehi  doğa  bilən 
qadınlar  kitabların  hansı  səhifələrində 
qaldılar...?! 
                28  may  metrosundan  vağzal 
meydanına  qalxdı.Ġçindəki  adam    hey 
danıĢırdı.Sağ 
əlini 
ağzına 
aparıb 
dodaqlarına 
döydü,-
sus,qardaĢ,sus,eĢidərlər,olmayan 
evini 
yıxarlar,sus. 
   Metronun 
ətrafı,küçələr,meydanlar,hər 
tərəf  bazar  idi.―YaxĢı  almadı,al,qardaĢ,al,-
yassar  kirli  arvad  idi.Səsi  çiliklənmiĢ  ĢüĢə 
kimi  adamı  deĢirdi.Ġçindən  -  bu  qadın 
Koroğlu  doğa  bilərmi  –keçdi.Sonra  utana-
1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə